XAB

XAB1

f. 1) yuxu; 2) röya, yuxugörmə. Xabi-əcəl əcəl yuxusu, cəhalət; xabi-qəflət qəflət yuxu; xabi-naz şirin yuxu.

XAB2

ə. xov, narın tük.

XA
XABALUD
OBASTAN VİKİ
Adıge-Xabl
Adıge-Xabl (abq. Адыгьа-ХӀабльа, kab.-çərk. Адыгэ Хьэблэ, qaraç.-balk. Адыге-Хабль, noq. Адыге-Хабль) — Rusiya Federasiyası, Qaraçay-Çerkesiya Respublikasının kənd, Adıge-Xabl rayonunun inzibati mərkəzi. Tərkibində yeganə yaşayış məntəqəsi olan inzibati ərazi vahidliyinə aiddir. == Coğrafiyası == Adıge-Xabl rayonunun şərq hissəsində, Kiçik Zelençuk çayının sağ sahilində yerləşir. Çerkessk şəhərindən 12 km şimal-qərbdə, P217 şossesi üzərində yerləşir. Kənd yaşayış məntəqəsinin sahəsi 11,75 km²-dir. Aşağıdakı yaşayış məntəqələri ilə həmsərhəddir: cənub-qərbdə İkon-Xalq, şimal-qərbdə Adil Xalq, şimalda Erken Xalq və Erken-Şaxar.
Adıge-Xabl rayonu
Adıge-Xabl rayonu (abq. Адыгьа-ХӀабльа район, kab.-çərk. Адыгэ-Хьэблэ район / Адыгэ-Хьэблэ куей, qaraç.-balk. Адыге-Хабль район, noq. Адыге-Хабль район) — Rusiya Federasiyası, Qaraçay-Çerkesiya Respublikasının tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Adıge-Xabl auludur. == Coğrafiyası == Adıge-Xabl rayonu Qaraçay-Çərkəz Respublikasının şimal-qərb hissəsində yerləşir. Rayonun ümumi sahəsi 323,37 km²-dir. Aşağıdakı ərazilərlə həmsərhəddir:cənubda Xabez və Abazin rayonları, qərbdə Krasnodar diyarının Otradnenski rayonu, şimalda Stavropol diyarının Koçubeevski rayonu, şərqdə Prikuban rayonu, həmçinin Noqay rayonu. Noqay rayonu Adıge-Xabl rayonunu iki hissəyə bölür.
Juvenalya Xabiarimana
Juvenalya Xabiarimana (ruanda və fr. Juvénal Habyarimana; 8 mart 1937[…], Qiseni əyaləti[d] – 6 aprel 1994[…], Kiqali, Ruanda) ― 1973-cü ildən 1994-cü ilə qədər Ruandanın ikinci prezidenti vəzifəsində çalışmış Ruandalı siyasətçi və hərbi zabit. O, ruanda dilindən "məğlubedilməz" mənasını daşıyan "Kinani" ləqəbi ilə tanınırdı. Etnik hutu olan Habyarimana, Ruandanın ilk prezidenti Qrequar Kayibanda dövründə müdafiə naziri də daxil olmaqla bir neçə təhlükəsizlik vəzifəsində çalışmışdır. 1973-cü ildə çevriliş nəticəsində Kayibandanı devirdikdən sonra ölkənin yeni prezidenti oldu və axır əvvəl sələfinin hutuyönlü siyasətini davam etdirdi. O, diktator idi və təkrar-təkrar seçkilərdə əngəlsiz qalibiyyətlərinə görə onun saxtakarlığa əl atdığına şübhələr var: 24 dekabr 1978-ci ildə 98,99% səs, 19 dekabr 1983-cü ildə 99,97% səs və 19 dekabr 1988-ci ildə 99,98% səs. Onun hakimiyyəti dövründə Ruandada totalitar, birpartiyalı hökumət mövcud idi, onun başçılıq etdiyi "İnkişaf Uğrunda Milli İnqilab Hərəkatı" partiyası icraçıları əhalidən kütləvi siyasi “animasiya” yarışmalarında prezidentə təriflər oxumağı və rəqs etməyi tələb edirdilər. Habyarimana-nın dövründə ölkə bütövlükdə bir qədər az yoxsullaşsa da, ruandalıların böyük əksəriyyəti həddindən artıq yoxsulluq şəraitində yaşayırdılar. 1990-cı ildə tutsilərin rəhbərlik etdiyi Ruanda Vətənpərvər Cəbhəsi (RVC) onun hökumətinə qarşı vətəndaş müharibəsini başlatdı. Üç illik müharibədən sonra o, sülh müqaviləsi kimi RVC ilə 1993-cü ildə Aruşa sazişlərini imzaladı.
Oleq Xabalov
Oleq Xabalov — Aktyor; Rusiyanın Əməkdar artisti, Şimali Osetiyanın xalq artisti. Oleq Timofeyeviç Xabalov 1933-cü il aprelin 21-də anadan olmuşdur. 1958-ci ildə Şimali Osetiyadakı Şukin adına Ali teatr məktəbini bitirmişdir. Bundan sonra isə Rusiya Teatr İncəsənəti İnstitutunu rejissorluq fakultəsindən məzun olmuşdur. Oleq Xabalov Moskvadakı "Romen" Qaraçı Teatrında aktyor və rejissor kimi fəaliyət göstərmişdir. O, rejissor olaraq Jan Lui Ronkoroninin "Kişilər bazar günü", İvan Rom-Lebedevin "Yolda", Nikolay Çerkaşinin "Gitarasız tabor", V. Rayskinin "Ovsunlar" və Roman Sonçevin "Qayıdış" tamaşalarını səhnələşdirmişdir. Onun quruluş verdiyi "Dövlət evində söhbət" adlı tamaşa isə xüsusi ilə böyük uğur qazanıb. Tamaşada rejissor olmaqla bərabər Oleq Xabalov həm də Stanislav Rodionovun "Kriminal istedad" povestinin motivlərini də yenidən işləyib. Ümumiyətlə, teatr fəaliyətinin sonrakı dövründə Oleq Xabalov bir çox rollarda "Trianalı Karmen"də Xose Qarsiya, "Qaramı"da Budulay, "Gilasın rəngi"ndə Monti, "Başçı"da Ujvo rolunu ifa edib. Yaradıcılığını sonucu nümunələri olan "Qaraçı Afrikadada qaraçıdır" (1996) və "Tabor oteli" (2001) tamaşalarında həm aktyor, həm quruluşçu rejissor və həm də dramaturq kimi çalışıb.
Xaba
Xaba (həmçinin Hor-Xaba kimi oxunur; e. ə. XXVII əsr – e. ə. XXVII əsr) — Qədim Krallığın 3-cü sülaləsi dövründə fəaliyyət göstərən Qədim Misir fironu idi. Xabanın hökm sürdüyü dəqiq vaxt məlum deyil, lakin eramızdan əvvəl 2670-ci ilə aid ola bilər. Kral Habanı Qədim Misir fiquru kimi qiymətləndirmək çətindir. Onun adı arxeoloji cəhətdən daş qablar və palçıq möhürü izləri ilə əlaqələndirilir. Habanın hökmranlığı etibarlı şəkildə Üçüncü Sülalə ilə bağlıdır. Ramessid padşahlarının siyahılarındakı uyğunsuzluqlar və müasir bayram yazılarının olmaması səbəbindən onun sülalədəki dəqiq xronoloji mövqeyi mübahisəli olaraq qalır.
Xaba ehramı
Xaba ehramı, Pilləli ehram (ərəb. الهرم المدور‎‎ - il-haram il-midawwar və ya "dairəvi ehram", bəzən onu "qatlı ehram" da adlandırılar) - Sakkara şəhərinin bir neçə mil aralıqda Qize istiqamətində yerləşir. Günümüzə demək olar ki, tam dağılmış şəkildə gəlib çatmışdır. Ehram haqqında ilk məlumatlara 1839 ildə ing. John Shae Perring malik olmuşdur. Eyni zamanda ehram Karl Rixard Lepsiusun ehramlar siyahısında XIV nömrədə öz əksini tapmışdır.
Xabad-Or-Avner təhsil mərkəzi
Xabad-Or-Avner təhsil mərkəzi — Bakının Xətai rayonundakı Əbilov yaşayış massivində yəhudi uşaqlar üçün Heydər Əliyev Fondu və “Or-Avner” Fondu tərəfindən inşa edilmiş 450 yerlik təhsil mərkəzi. 2007-ci il mayın 31-də Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın iştirakı ilə mərkəzin təməlqoyma mərasimi keçirilib. Təhsil Mərkəzinin tikintisi 2010-cu ildə başa çatıb. 2010-cu il oktyabrın 4-də Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və MDB Yəhudi İcmaları Federasiyasının və “Or-Avner” Beynəlxalq Fondunun prezidenti Lev Levayev təhsil mərkəzinin açılışında iştirak ediblər. Bakının Xətai rayonunda yerləşən üçmərtəbəli kompleks ən müasir tələblər səviyyəsində inşa olunmuşdur. Mərkəzdə müasir avadanlıq və lazımi dərs vəsaitləri ilə təchiz edilən 30 sinif otağı, 700 kvadratmetr sahədə süni örtüklü açıq stadion vardır. 450 yerlik mərkəzin digər təhsil müəssisələrindən fərqi burada yəhudi mədəniyyəti əsaslarının tədris olunmasıdır. Belə ki, mərkəz etno-mədəni komponentlidir. İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu 2016-cı il dekabrın 13-də Azərbaycan Respublikasına işgüzar səfəri çərçivəsində “Xabad-Or-Avner” təhsil mərkəzində olub. Təhsil nazirinin 19.04.2021-ci il tarixli, F-163 nömrəli əmrinə əsasən 152 nömrəli tam orta məktəbin fəaliyyəti bərpa edilib.
Xabarovsk
Xabarovsk — Rusiyada şəhər( 1880-ci ildən), Rusiyanın və Xabarovsk diyarı-nın Uzaq Şərq federal dairəsinin inzibati mərkəzi. Rusiyanın Uzaq Şərq federal dairəsində ən böyük siyasi, maarifləndirici və mədəni mərkəzlərindən biridir. Əhali — 616 242 (2017) nəfərdir.Şəhərin sahəsi — 386 кm². Xabarovsk beynəlxalq dəmir yolu və hava nəqliyyatı yollarının kəsişməsi mərkəzində, Amur çayı və Çinlə sərhədin yaxınlığında Sredamursk ovalığının sağ sahilində yerləşir. Xabarovskdan Moskvaya qədər hava yolu ilə məsafə — 6 100 kilometr, dəmiryolu ilə təxminən — 8 533 kilometr təşkil edir. Şəhərdə iki aeroport var, dəmiryol vağzalı, dörd dəmir yolu stansiyası, avtomobil dayanacağı, çay limanı var. 1858-ci il 31 mayda Şərqi Sibir general-qubernatoru Nikolay Muravyov tərəfindən Xabarovka kəndinin əsası qoyulmuşdur.XVII əsrinin rus tədqiqatçı səyyahı Yerofey Xabarovun şərəfinə adlandırılmışdır. 1880-ci ildən — Xabarovka şəhər statusu almış, Primorsk vilayətinin inzibati mərkəzi, 1884-cü ildən — Amur ətrafı general-qubernatorluğun inzibati mərkəzi olmuşdur. 1893-cü ildə şəhərin adı Xabarovsk olarak dəyişdirilmişdir.1922-ci ilin noyabrında RSFSR-ın Uzaq şərq respublikasının tərkibinə daxil olur.1926-cı ildə şəhər Uzaq şərq vilayətinin inzibati mərkəzi idi, 1938-ci ildən — Xabarovsk diyarının inzibzti mərkəzidir.2002-ci ildə şəhər Uzaq şərq federal dairəsinin mərkəzi statusunu aldı, burada da həmçinin Uzaq Şərqin inkişafı üzrə federal nazirlik yerləşir,Şərq hərbi dairəsinin qərargahı və federal hakimiyyətin və idarənin regional orqanları burada yerləşir, şəhər Uzaq Şərqin paytaxtıdır, Sibir və uzaq şərq şəhərləri Assosiasiyasının üzvüdür. Xabarovsk — "hərbi şöhrətin Şəhəridir".
Xabarovsk Diyarı
Xabarovsk diyarı və ya Xabarovsk ölkəsi (rus. Хабаровский край) — Rusiya Federasiyası subyektlərindən biri. Uzaq Şərqdə yerləşir. 20 oktyabr 1938-ci ildə formalaşdırılıb. İnzibatı mərkəzi Xabarovsk şəhəridir.
Xabarovsk vilayəti
Xabarovsk diyarı və ya Xabarovsk ölkəsi (rus. Хабаровский край) — Rusiya Federasiyası subyektlərindən biri. Uzaq Şərqdə yerləşir. 20 oktyabr 1938-ci ildə formalaşdırılıb. İnzibatı mərkəzi Xabarovsk şəhəridir.
Xabbl ardıcıllığı
Xabbl ardıcıllığı — 1936-cı ildə Edvin Xabbl tərəfindən təklif olunmuş qalaktikaların təsnifatı. İndiyədək daha ətraflı təsnifatlanma variantlarının olmasına baxmayaraq, Xabbl təsnifatı hələ də aktuallığını qoruyub saxlamışdır.
Xabez
Xabez (abq. Хьэбэз, kab.-çərk. Хьэбэз, qaraç.-balk. Хабез, noq. Хабез) — Rusiya Federasiyası, Qaraçay-Çerkesiya Respublikasının kənd, Xabez rayonunun inzibati mərkəzi. Tərkibində yeganə yaşayış məntəqəsi olan inzibati ərazi vahidliyinə aiddir. Xabez rayonunun mərkəzi hissəsində, Kiçik Zelençuk çayının sol sahilində yerləşir. Çerkessk şəhərindən 33 km cənub-qərbdə, Çerkessk-Arxız yolu üzərində yerləşir. Kənd yaşayış məntəqəsinin sahəsi - 65 km². Aşağıdakı yaşayış məntəqələri ilə həmsərhəddir: cənubda Əli-Berdukovski, şimal-şərqdə Elburqan və şərqdə İnjiç-Çukun.
Xabez rayonu
Xabez (abq. Хӏабаз район, kab.-çərk. Хьэбэз район / Хьэбэз куей, qaraç.-balk. Хабез район, noq. Хабез район) — Rusiya Federasiyası, Qaraçay-Çerkesiya Respublikasının tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Xabez auludur. Xabez rayonu Qaraçay-Çərkəz Respublikasının qərb hissəsində yerləşir. Aşağıdakı ərazilərlə həmsərhəddir:şimalda Adıge-Xabl və Noqay rayonları, şərqdə Abazin və Prikuban rayonları, cənub-şərqdə Ust-Cequtinski rayonu, cənub və cənub-qərbdə Zelençuk rayonu, qərbdə Krasnodar diyarının Otradnenski rayonu. Zonalıq üzrə rayon şimaldan cənuba 2 zonaya bölünür: dağətəyi və dağlıq. Rayonda yüksəklik dəniz səviyyəsindən 500 ilə 1600 metr arasında dəyişir.
Xabi Alonso
Xabier Alonso Olano (25 noyabr 1981[…]) — ispan futbolçu. Xabi Alonso karyerasına doğulduğu Xipuskoa vilayətinin paytaxtı San-Sebastyanın futbol klubu olan Real Sosyedadın əsas komandasında başladı. SD Eibarda icarə əsasında qısa müddət oynadıqdan sonra o, keçmiş klubu Real Sosyedadın baş məşqçisi Con Toşakın təşəbbüsü ilə bu kluba kapitan olaraq geri döndü. Xabi Alonso 2002–2003 mövsümündə Real Sosyedadın La Liqanı ikinci yerdə başa vurmasında əvəzedilməz rolu oldu. O avqust 2004-cü ildə 10,5 milyon funt sterlinqlik müqavilə əsasında Liverpula transfer edildi. O, Liverpuldakı ilk mövsümündə UEFA Çempionlar Liqasının finalında həlledici qol vurdu və UEFA Çempionlar Liqasını qazandı. Sonrakı mövsüm o, FA Kuboku və FA Community Shield kubokunu qazandı. O, 2009–2010 mövsümünün başlanğıcında 30 milyon funt sterlinq-ə yaxın dəyəri olan müqavilə əsasında Real Madridə transfer edilib. O,2003-cü ilin aprelində keçirilmiş İspaniyanın Ekvadora 4–0 qalib gəldiyi oyunda milli yığmada ilk oyununu keçirdi. İspaniya milli futbol komandasında oynadığı müddət ərzində o, Avro 2008, Avro 2012 və 2010 Dünya Kubokunu qazanmaqla yanaşı Avro 2004 və 2006 Dünya Kubokunda ölkəsini təmsil etmişdir.
Xabur çayı
Xabur (ərəb. خابور‎ Khābūr; kürd. Xabûr; süry. ܚܒܘܪ; türk. Habur; q.yun. Χαβώρας Khabṓras‎‎) — Qərbi Asiyada çay.
Yerofey Xabarov
Yеrоfеy Pavlоviç Хabarоv (1603–1671) - rus səyyahı, tədqiqatçısı Yerofey Xabarov tunquslar, daurlar, duçеrlər, açanlar məskunlaşmış Amur tоrpaqlarını öyrənmək üçün göndərilən digər еkspеdisiya rəhbərlərindən biridir. Səksən nəfərdən ibarət оlan dəstə U.R.Хabarоvun rəhbərliyi altında 1649-cu ildə Yakutskidən yоla düşür. Dəstəyə vеrgi (yasaq) yığmaqla yanaşı, yеrli əhalinin həyat tərzi və ərazinin хəritəsinin tərtib оlunması tapşırığı da vеrilmişdir. Хabarоv Lеna çayının mənsəbinə dоğru üzməklə qоlu Оlyоkma çayına çatır. Qışladıqdan sоnra qоşqular düzəldərək qayıq və digər yükləri dartmaqla Urku çayına çatan dəstə üzərək Amur çayına düşürlər. Dəstəsi daurlar məskunlaşmış bu ərazidə qalmaqla Хabarоv Yakutska qayıdır və buranın zəngin sərvəti və məhsuldar tоrpaqları haqqında məlumat vеrir. 1650-ci ilin iyulunda daha 180 nəfərdən ibarət dəstə düzəltməklə payızda Amura çatır. Yеni tоrpaqlar zəbt еtmək və zəbt еdilmiş tоrpaqlarda möhkəmlənmək üçün Хabarоvun arхasınca daha 132 nəfərdən ibarət silahlanmış dəstə göndərilir. Daur şəhərlərini zəbt еdərək, оnların üzərinə ağır vеrgilər qоyan Хabarоv digər yеrli хalqlar üzərinə yеriməklə оdlu silah gücünə оnları əsarət altına aldı.Yеrоfеy Хabarоvun Amurun zəngin sərvətlərə malik оlması haqqında məlumatları bu ərazilərə rusların güclü aхımı və məskunlaşması ilə nəticələndi. Бахрушин С. В. Казаки на Амуре.
Zinaida Xabalova
Zinaida Savelyevna Xabalova (əsl adı - Miriam Savelyevna Aşkinazi; 3 mart 1937, Sxinval – 2 noyabr 2016) — Sovet və Rus bəstəkarı, musiqi və ictimai xadim, müəllimi. 1987-ci ildə əməkdar artist, 1992-ci ildə Şimali Osetiya Respublikasının xalq artisti fəxri adına layiq görülmüşdür. 1976-cı ildən SSRİ Bəstəkarlar İttifaqının üzvüdür. Ən çox simfoniya yazan dünyanın yeganə qadın bəstəkarı olaraq Qinnesin Rekordlar Kitabının rekordçusudur.. Zinaida Xabalova 3 mart 1937-ci ildə Gürcüstanın Tsxinvali şəhərində osetin-yəhudi ailəsində anadan olub. Stalinir (hazırkı Tsxinvali) musiqi məktəbində Leninqraddan qonaq müəllim kimi dəvət edilmiş pianoçu E.L.Masinqin tələbəsi olmuşdur. O, kompozisiya üzrə ilk dərslərini tanınmış ictimai xadim və Osetiyanın ilk peşəkar bəstəkarı Boris Aleksandroviç Qalayevdən almışdır. 1958-1963-cü illərdə RSFSR Bəstəkarlar İttifaqında gənc bəstəkarların seminarında Aram Xaçaturyandan kompozisiya, professor Vladimir Feredən fortepiano dərsləri almışdır. Xabalova Eyni zamanda SSRİ Qorki adına Moskva İncəsənət Teatrında pianoçu müəllim kimi çalışmışdır. Zinaida Xabalova 1963-1967-ci illərdə Orjonikidze adına Musiqi Məktəbində dirijorluq və xor şöbəsində, professor Arkadi Tarasoviç Açeyevin qrupunda təhsil almışdır.
Əl-Xabir
Əl-Xabir (ər. الخبير) — Allahın adlarından biri.Xabir sözü xəbərdar olan deməkdir. Xabir olan Allah hər şeydən xəbərdardır. Allahın Xabir adı Qurani-Kərimdə qırx beş dəfə zikr edilir. Xabir olan Allah gizli və aşkar olan hər şeydən xəbərdardır. O, mülkündə baş verən hər şeyin həqiqətini biləndir.
Levan Xabeişvili
Levan Xabeişvili (gürc. ლევან ხაბეიშვილი; 7 may 1987) — Gürcüstan siyasi fəalı və siyasətçisi. O, 2020-ci ildən parlament üzvü kimi fəaliyyət göstərir. O, 2008-ci ildə yerli məmur kimi dövlət qulluğuna qədəm qoymuş, gənc yaşlarından hakim Vahid Milli Hərəkata (VMH) qoşulmuşdur. Xabeişvili həm Tbilisinin yerli bürokratiyasında, həm də Prezident Mixail Saakaşvilinin Administrasiyasında xidmət etmişdir. O, sonuncunun Gürcüstanı tərk etməsindən və 2014-cü ildə yerli seçkilərdə uduzduqdan sonra Yeni Gürcüstan partiyasına qoşulmuş, 2016-cı ildə parlament seçkilərində uğursuz namizədliyini irəli sürmüşdür. Xabeişvili 2017-ci ildə VMH-nin üzvü kimi Tbilisi Şəhər Assambleyasına seçilmişdir. Bu platforma onu ən səs-küylü antihökumət fəallarından birinə çevirmişdir və tez-tez "Gürcü Arzusu"nun rəhbərlik etdiyi hökuməti korrupsiyada ittiham etmişdir. Xabeişvili 2020-ci ildən bəri parlamentin üzvüdür, baxmayaraq ki, onun səlahiyyət müddəti boykotlarla və az iştirakla xarakterizə olunurdu. O, populist kimi səciyyələndirilmi.dir.
İran Kürdüstanı İnqilabi Xabat Təşkilatı
İran Kürdistanı Xabat Təşkilatı (کردی: سازمانی خەباتی کوردستانی ئێران) İran Kürdüstanında 5 sentyabr 1359-cu ildə İran kürd sünni ruhanisi Cəlaləddin Hüseyninin rəhbərliyi altında və bir sıra dini şəxslərin köməyi ilə yaradılmış siyasi və hərbi təşkilatdır. müəllimlər. Bu təşkilatın adı əvvəlcə İran Kürdüstanının Milli və İslami Mübarizə Təşkilatı (Xəbat) olub. Lakin təşkilatın 2003-cü ildə İraq Kürdüstanının Ərbil yaxınlığındakı Tobzava (Rozqari) şəhərində keçirilən üçüncü qurultayı zamanı adı dəyişdirilərək İran Kürdüstanının Xabat Təşkilatına çevrildi.
Dilar Xabuliani
Dilar Xabuliani (24 noyabr 1952) — Avropa çempionu (1977), Gürcüstanın Daxili İşlər naziri (1990-1992), Gürcüstanın Cüdo Federasiyasının prezidenti (1991-2010), Gürcüstan Parlamentinin üzvü (1990-1993).
Leri Xabelov
Leri Xabelov (5 iyul 1964, Tbilisi) — dünya, Avropa və Olimpiya çempionu, Gürcüstan Milli Olimpiya Komitəsinin prezidenti.
Xabur Mühafizəçiləri
Xabur Mühafizəçiləri (süry. ܡܘܬܒܐ ܕܢܛܘܪ̈ܐ ܕܚܒܘܪ; ərəb. مجلس حرس الخابور الآشوري‎) — Suriyada aysor milisi. Əl-Həsəkə mühafəzəsinin şimal-qərbində aysorların çoxluq təşkil etdiyi Xabur vadisində Suriya hökumətinin nəzarətinin dağılmasından sonra yaradılmışdır. Milis yerli aysorlardan ibarətdir və bir neçə aysor yaşayış məntəqəsində, xüsusən də Təll-Təmrdə nəzarət-buraxılış məntəqələri saxlayır. O, əvvəlcə müstəqil qüvvə kimi yaradılmışdı, lakin indi kürdlərin rəhbərlik etdiyi Suriya Demokratik Qüvvələrinə bağlıdır. Rəsmi olaraq bitərəf olsalar da, Xabur Mühafizəçiləri de-fakto Aysor Demokratik Partiyasına bağlıdır. == İstinadlar == == Əlavə ədəbiyyat == Rashid, Bedir Mulla. Military and Security Structures of the Autonomous Administration in Syria. Obaida Hitto tərəfindən tərcümə olunub.

Digər lüğətlərdə