Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ziyadxan Cəbrayılov
Ziyadxan Cəbrayılov — Azərbaycanlı teatr və kino aktyoru, Azərbaycan Dövlət Musiqili Teatrının aktyoru Cəbrayılov Ziyadxan Azad oğlu – aktyor — 1 iyun 1947-ci ildə Şamaxı rayonunda doğulub. 1970-ci ildə N.K.Krupskaya adına kitabxanaçılıq texnikumunun Mədəni-maarif şöbəsinə daxil olub. 1973-cü ildə Bakı xalq yaradıcılıq evində "Qaravəli" xalq teatrının rejissoru vəzifəsində işləyib. 1975-ci ildə Əbilov adına Mədəniyyət evinin təşviqat briqadasının rəhbəri vəzifəsində çalışmışdır. 1977-ci ildə İncəsənət İnstitutunun Musiqili-komediya aktyorluğu fakültəsinə daxil olmuşdur. 1985-ci ildə "LRS" folklor ansamblında aktyor kimi fəaliyyətə başlamışdır. 1970-ci ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrına aktyor vəzifəsinə qəbul olunmuşdur. Teatrda işlədiyi müddət ərzində "Bəbirlinin kələyi"ndə Nazir, S.Ələsgərov "Subaylarınızdan görəsiniz"də Əbülhəsən, R.Səfər "Baş tutmayan hiylə"də Ağacdələn, Çaqqal, S.Ələsgərov "Özümüz bilərik"də Qəzetçi Səfdər, "Məlik Məmmədin nağılı"nda Aşbaz, "Məzəli əhvalat"da Təlxək, S.Rüstəmov "Beş manatlıq gəlin"də Kar Möhsüm, E.Sabitoğlu "Hicran"da Həkim, S.Ələsgərov "Hərənin öz ulduzu"nda Kələntər, E.Sabitoğlu "Nəğməli Könül"də Fərrux kişi, Ü.Hacıbəyov "O olmasın, bu olsun"da hambal, E.Sabitoğlu "Hələlik"də Kar kişi, R.Şəfəq "Bir saat xəlifəlik"də Axund Vali, E.Sabitoğlu "Qırmızı papaq"da Canavar, Meşəbəyi, C.Quliyev "Məhəbbət oyunu"nda Xəstə, S.Fərəcov "Səhnədə məhəbbət"də Cangüdən, Samuray, R.Hacıyev "Talelər qovuşanda" professor, O.Kazımov "Qızıl toy"da Əcnəbi, E.Sabitoğlu "92 dəqiqə gülüş"də polis, O.Rəcəbov "Əlin cibində olsun"da polis, R.Əkbər "Bəydullanın möhtəşəm toyu"nda Şəppəli, R.Mustafayev "Məsmə xala dayımdır"da Biznesmen, V.Adıgözəlov "Aldın payını, çağır dayını"da Zığ-Zığ, E.Sabitoğlu "Bankir adaxlı"da Zərgər, S.Fərəcov "Bir günlük siğə"də Sələmçi, O.Rəcəbov "Şeytanın yubileyi"ndə polis, cangüdən kimi obrazları özünəməxsuz ustalıqla oynamışdır.46 illik səhnə fəaliyyətinə baxmayaraq aktyor heç bir fəxri ad verilməyib. Ziyadxan Cəbrayılov uzun sürən xəstəlikdən sonra 30 aprel 2016-cı ildə vəfat etmişdir və aktyor doğulduğu Şamaxı rayonunda dəfn olunub.
Ziyadxan Kiryakov
Ziyadxan Kiryakov — Böyük Vətən müharibəsi veteranı, Marneuli şəhər Mərkəzi bazarının direktorunun birinci müavini, Təqaüdçülərin Hüquqlarının Müdafiəsi Assosiasiyasının yaradıcısı. Ziyadxan Kiryakov 1926-ci il may ayının 15-də Marneuli rayonunun Gorarxı kəndində dünyaya göz açıb. Orta təhsilini Tbilisidə alıb. 1942-ci ildə könüllü olaraq ordu sıralarına daxil olub və müharibədən sonra 1945-ci ildə ordudan tərxis edilib. Hazırda əmək və müharibə veteranıdır. Ziyadxan Kiryakov hazırda 7 nəvə, 9 nəticə babasıdır. İş fəaliyyətinə 1946-cı ildən Tbilisi şəhərində Tədarük nazirinin katibi vəzifəsi ilə başlayıb. 1947-ci ildə Mərkəzi Komsomol Komitəsinin inspektoru; 1949-cu ildə Tbilisi şəhərinin Kirov rayonu evlər müdiri; 1950-1952-ci illərdə SSRİ Daxili İşlər Nazirliyinin Çimlyanevski düşərgə şöbəsinin baş müfəttişliyində və Rostov vilayətində baş “Hidrovolqa ”ev tikintisi idarədə işləyib. 1953-cü ildə Gürcüstanın Tianeti rayonunun Artilleriyanın İdarə Heyətinin sədri; 1954-cü ildə Stalin adına Rustavi Metallurgiya zavodunun Domna sexində rəis müavini; 1955-ci ildə Algeti Kant İstehlak Cəmiyyətinin sədr müavini; 1965-cı ildə Marneuli şəhərinin İctimai qida-sənaye idarəsində direktor müavini və eyni zamanda yeməkxana və restoran istehsalının direktoru; 1960-1975‑ ci illərdə Marneuli şəhəri Birləşmiş ictimai işlər idarəsində direktor müavini; 1975-1982-ci illərdə Marneuli neft bazasının baş operatoru; 1982-1995-ci illərdə Marneuli istehlak cəmiyyətində müxtəlif mağazaların direktoru işləyib. 1995-ci ildən bu günə qədər Marneuli şəhərinin Mərkəzi bazarının direktorunun birinci müavini vəzifəsində çalışır.
Ziyadxan Nəbibəyli
Ziyadxan İsrafil oğlu Nəbibəyli – (1946), professor, elmlər doktoru, Azərbaycan Yazıçılar və jurnalistlər birliklərinin üzvü. Ziyadxan Nəbibəyli Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinin gündüz şöbəsinə qəbul olur, fəal komsomolçu olur, yaxşı oxuduğu üçün onu Moskva Bauman adına Fizika-Texnika Universitetinə göndərirlər, oradan ordu sıralarına göndərilir və ordudan tərxis olunduqdan sonra doğma Universiteti müvəfəqiyytlə başa vurur. Başqa bir qeyd edilməli məqam isə Ziyadxan Nəbibəylinin ali təhsili başa vurduğu ildə Politexnik İnstitutunda (indiki Texniki Universitet) ilk günlərdən tələbələrə mühazirə oxumalı olmuşdur. Hətta, 5-ci kurs tələbələrin arasında onun özündən yaşca böyük və ailə qurmuş tələbələrdə olmuşdur. Bakı şəhərinin Oktyabr rayonu (indiki Yasamal) 176 və 80 saylı orta məktəblərində də dərs aparan Ziyadxan Nəbibəyli XX əsrin 70-ci illərindən Azərbaycan Elmlər Akademiyasının Neft-Qaz Problemləri Institutunun fizika-kimya laboratoriyasının əməkdaşı olur. Əlbəttə, o, buraya bir təsadüfdən gəlməli olur. Bundan əvvəl AREA-nın fizika institutuna elmi seminara gəlirdi, institutunun direktoru, akademik Həsən Abdullayevlə yaxşı münasibətlər də qurmuşdu. Belə ki, 1969-cu ilin dekabr ayında "səhətinə" görə Azərbaycan Ali Soveti Rəyasət Heyətinin sədri vəzifəsində işləyən professor Məmməd İsgəndərovu Akademiyanın Neft-Qaz institutuna müdür təyin edirlər. Bir müddətdən sonra M.Isgəndərov bu vəzifəsindən də istefaya getməli olur. Institutda xeyli hörmət, nüfuz qazanmağına, gecə-gündüz elmi işləri ilə məşğul olmağına baxmayaraq yeni rəhbərlik Ziyadxan Nəbibəylini M. İsgəndərovun "adamı", onun "qohumu" kimi sıxışdırmağa başlayır, müdafiə işlərinə əngəllər törədir, baxmayaraq ki, onun elmi əsərlərində institut müdürünün adı birinci gedirdi.
Ziyadxan Əliyev
Ziyadxan Əliyev (sənətşünas) — sənətşünas. Ziyadxan Əliyev (əsgər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi.
Ziyadxan Əliyev (sənətşünas)
Ziyadxan Əliyev (1 iyul 1948, Şamxor) — sənətşünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan təsviri sənətinin müxtəlif sahələrini, onun inkişaf tendensiyalarını, ayrı-ayrı sənətkarların yaradıcılığının ardıcıl araşdırmaçısı. Əməkdar incəsənət xadimi. Ziyadxan Əliyev 1948-ci il iyul ayının 1-də Şəmkirdə anadan olmuşdur. Sonradan ailəsi Şamaxı rayonuna köçmüşdür. O, 1974-cü ildə Ə. Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbini fərqlənmə diplomu ilə bitirib. Sonradan İ. Y. Repin adına Sankt-Peterburq Rəngkarlıq, Heykəltaraşlıq və Memarlıq İnstitutunun sənətşünaslıq fakültəsində (1976–1982) təhsil almışdır. 1984-cü ildən Azərbaycan Rəssamlar İttifaqının, 1987-ci ildən isə bu təşkilatın Rəyasət Heyətinin üzvüdür. Sənətşünaslıq fəaliyyətinə 1980-ci ildə Azərbaycan Dövlət İncəsənət Muzeyində başlayan Z. Əliyev, əvvəlcə elmi işçi, sonra isə "Qərbi Avropa və rus incəsənəti" elmi şöbəsinin müdiri vəzifəsində çalışıb. Burada 1993-cü ilə qədər davam edən fəaliyyəti dövründə dünya və milli təsviri sənətimizin öyrənilməsi, təbliği sahəsində səmərəli fəaliyyət göstərib. Həmin illərdə onun tədqiqatları sayəsində indiyə kimi elmə naməlum qalmış fransız barbizonçusu Jül Düprenin, rus impressionisti Konstantin Korovinin, holland rəssamı Frans Xalsın, flamand rəssamı Piter Klassın, məşhur Azərbaycan rəssamı usta Qənbər Qarabağinin və görkəmli memar Zivərbəy Əhmədbəyovun rəngkarlıq və qrafik əsərlərinin dəqiq atribusiya nəticəsində müəllifliyi müəyyən olunub.
Ziyadxan Əliyev (əsgər)
Ədalət Ziyadxanov
Ədalət Ziyadxanov (23 fevral 1946 – 12 sentyabr 2018) — rejissor, aktyor. Ədalət Ziyadxanov 1946-cı ildə Bakıda — "Kubinka"da anadan olub. Uşaqlıqdan sənətə meyil edib. Bakı Bələdiyyə Teatrının rejissorudur. Əvvəllər Şəki teatrında rejissor, Ağdam teatrında baş rejissor işləyib. "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında çalışmışdır. Mədəniyyət və İncəsənət Universitetində dərs deyir. Sənətşünaslıq fakültəsində "ədəbi yaradıcılıq" ixtisası üzrə dərs deyir. Ə.Ziyadxanovun səhnələşdirdiyi Aqşin Babayevin "Oğul" əsəri "Dərviş" mükafatına layiq görülüb. Tamaşalarının çox hissəsi Azərbaycan televiziyasının qızıl fondundadır.
Adil xan Ziyadxanov
Adil xan Əbülfət ağa oğlu Ziyadxanov (d., 25 sentyabr (7 oktyabr) 1870, Yelizavetpol – 14 dekabr 1957, İstanbul) — Gəncə xanı Cavad xanın və Qacar vəliəhd-şahzadəsi Abbas Mirzənin soyundan gələn Azərbaycanın görkəmli dövlət xadimi, alimi və diplomatı. AXC Xarici İşlər Nazirliyində I müavin və AXC-nin İrandakı səfiri kimi vəzifələrdə çalışmışdır. == Həyatı == Əbülfət ağanın üçüncü oğlu Adil xan 25 sentyabr (7 oktyabr) 1870-ci ildə Gəncə şəhərində anadan olub. Gəncə xanı Cavad xan Ziyadoğlu-Qacarın nəticəsidir. Anası Azər Humayun xanım naibüssəltənə Abbas Mirzə Qacarın nəvəsi, şahzadə Bəhmən Mirzənin qızıdır. Şahverdi xan və İsmayıl xan adlı iki böyük qardaşı olmuşdur. Adil xan Ziyadxanov 1957-ci ildə İstanbulda vəfat etmişdir. === Təhsili === Orta təhsilimi Gəncə Kişi Gimnaziyasında almışdır. 1894-cü ilin 1 iyununda ali təhsilini Moskva Universitetinin hüquq fakültəsində bitirmişdir. == Fəaliyyəti == === Çar dövrü === Avropa və Şərq dillərini əla bilib.
İsmayıl xan Ziyadxanov
İsmayıl xan Ziyadxanov və ya İsmayıl xan Ziyadxanlı (15 avqust 1867, Yelizavetpol, Tiflis quberniyası – 1920, Gəncə) — Azərbaycan Cümhuriyyəti hökumətinin üzvü, diplomat, Azərbaycan Cümhuriyyəti ordusunun podpolkovniki. Rusiya imperiyası I Dövlət Dumasına seçilmiş 5 azərbaycanlıdan biri. Türk Ədəmi-Mərkəziyyət Firqəsinin və "Müdafiə" təşkilatının qurucularındandır. Mart soyqırımı dövründə Şamaxı və Göyçay qəzalarında daşnak qüvvələrinə qarşı mübarizə aparıb. 1918-ci ilin sentyabr ayında başlamış Qarabağ hərəkatında iştirak edib. Aprel işğalından sonra bolşeviklər tərəfindən məhkəməsiz güllələnib. İsmayıl xan Gəncə xanı Cavad xanın nəticəsi, Qacar taxt-tacının vəliəhdi Abbas Mirzənin isə nəvəsidir. Çar ordusunun və Azərbaycan Cümhuriyyəti Ordusunun zabiti olmuş Şahverdi xan Ziyadxanın və Azərbaycan Cümhuriyyətinin Xarici İşlər Nazirinin müavini və Azərbaycan Cümhuriyyətinin İrandakı səfiri olmuş Adil xan Ziyadxanovun qardaşıdır. İsmayıl xan Ziyadxanov 1867-ci il avqustun 15-də Gəncə şəhərində anadan olub. İlk təhsilini Gəncə Kişi Gimnaziyasında alıb, daha sonra isə Moskva İmperator Universitetinin hüquq fakültəsinə daxil olub.
Şahverdi xan Ziyadxanov
Şahverdi xan Ziyadxanov və ya Şahverdi xan Ziyadxan (3 (15) oktyabr 1869, Yelizavetpol – 8 may 1919, 6 iyun 1919 və ya 9 iyun 1919, Gəncə) — Çar ordusunun və Azərbaycan Xalq Cümhuriyyəti Ordusunun zabiti, İsmayıl xan Ziyadxanovun qardaşı. Rus-yapon müharibəsində və Birinci Dünya Müharibəsində iştirak edib. 1905-ci ildə Rus-yapon müharibəsi dövründə üzərində "İgidliyə görə" yazılmış dördüncü dərəcəli Müqəddəs Anna ordeni və üçüncü dərəcəli Müqəddəs Stanislav (qılınclarla və bantla birlikdə) ordeni ilə təltif edilib. Birinci Dünya Müharibəsi dövründə Vəhşi diviziyanın tərkibindəki Tatar süvari alayında komandirin köməkçisi təyin olunub. 1915-ci ildə düşmənə qarşı döyüşdə fərqləndiyinə görə üçüncü dərəcəli Müqəddəs Anna (qılınclarla və bantla birlikdə) ordeni ilə təltif olunub. Azərbaycan Cümhuriyyəti ordusunda Podpolkovnik rütbəsində xidmət edib. Ziyadxanov Şahverdi xan Əbülfət ağa oğlu 3 oktyabr 1869-cu ildə Gəncə şəhərində anadan olub. Atası Əbülfət xan Gəncənin sonuncu xanı Cavad xanın nəticəsidir. Gəncə gimnaziyasını 1-ci dərəcə ilə Yelizavetqrad yunker məktəbini isə 2-ci dərəcə ilə bitirib. Şahverdi xan xidmətə 1890-cı ilin noyabr ayının 29-da 44-cü Nijninovqorod draqun polkunun 3-cü eskadronunda sıravi kimi başlayıb.
Ziyadxanovlar
Ziyadxanovlar — Azərbaycan xalqının tanınmış soylarından biri. Gəncə xanlığının məşhur simalarından olan Ziyad xanın övladları rus üsul-idarəsi dönəmində Ziyadxanov soyadını qəbul etdilər. Şahverdi sultan Ziyadoğlu-Qacar — Qızılbaş sərkərdəsi, bəylərbəyi. İbrahim sultan Ziyadoğlu-Qacar — Qızılbaş sərkərdəsi, Qarabağ bəylərbəyi. Yusif xəlifə Ziyadoğlu-Qacar — Qızılbaş sərkərdəsi, bəylərbəyi. Peykər sultan Ziyadoğlu-Qacar — Mənşəcə Azərbaycan türklərindən olan böyük dövlət xadimi, sərkərdə, Səfəvilər dövlətində Gəncə-Qarabağ bəylərbəyi. Məhəmməd xan Ziyadoğlu-Qacar — Mənşəcə Azərbaycanlı olan böyük dövlət xadimi, sərkərdə, Səfəvilər dövlətində Qarabağ bəylərbəyi. Uğurlu xan Ziyadoğlu-Qacar — şair, Qacar elinin Ziyadoğlu oymağının başçısı, Qarabağ bəylərbəyi, Cavad xanın ulu babası. Abbasqulu xan Ziyadoğlu-Qacar — Qarabağ bəylərbəyi, Səfəvi ordusunun komandanı, səfir. Kəlbəli xan Ziyadoğlu-Qacar — şair, Qacar elinin Ziyadoğlu oymağının başçısı, Qarabağ bəylərbəyi, Kaxetiya hakimi, elçi, Cavad xanın babası.
Ziyadxanovlar mülkü
Ziyadxanovlar mülkü — Azərbaycanın Gəncə şəhərində yerləşir. Azərbaycanın tanınmış soylarından biri olan Ziyadxanovlar ailəsinə mənsub olmuşdur. Ziyadxanovların mülkü Gəncədə, Atatürk prospekti 244-də yerləşir. Bina XIX əsrdə tikilib. Tarixi mülkün memarı Gəncənin ilk ixtisaslı memar-mühəndisi Abuzər bəy Rzayevdır. Hal-hazırda burada Nizami Gəncəvi adına Gəncə Tarix-Diyarşünaslıq muzeyi yerləşir. Azərbaycanda bolşeviklər tərəfindən işğal edildikdən sonra Azərbaycan İnqilab Komitəsinin xüsusi dekreti ilə Ziyadxanovların mülkü və torpaqları müsadirə edilib. Sovet dövründə Ziyadxanovların mülkündə bir çox idarə və təşkilatlar yerləşib. 1972-ci ildən isə bina Gəncə Tarix-Diyarşünaslıq muzeyinin istifadəsinə verilib. Tikili klassik şərq üslubunda inşa edilib və iki mərtəbədən ibarətdir.
Ziyatxan Əliyev
Əliyev Ziyatxan Seyfəddin oğlu (8 mart 1965, Qaracalar, Qardabani rayonu) — Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin dekanı, professor. Əliyev Ziyatxan Seyfəddin oğlu 1965-ci ildə Gürcüstanın Qardabani rayonunun Qaracalar kəndində anadan olmuşdur. Ailəlidir. 2 övladı var. Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin Riyazi analiz kafedrasının professorudur. 15 fevral 2022-ci il tarixində Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin dekanı seçilmişdir. Алиев З.С. Базисные свойства в пространстве систем корневых функций одной спектральной задачи со спект-ральным параметром в граничном условии // Дифференц. уравнения, 2011, т.46, № 6, с.764–775 Aliyev Z. S., Kerimov N. B. Spectral properties of the diffe-rential operators of the fourth-order with eigenvalue parameter dependent boundary condition // International Journal of Mathe-matics and Mathematical Sciences, Volume 2012 (2012), Article ID 456517, 29 p. Керимов Н.Б., Алиев З.С., Агаев Э.А. Об осцилляции соб-ственных функций одной спектральной задачи четвертого порядка // Доклады РАН, 2012, т.444, № 3, с.250–252. Алиев З.С. О базисных свойствах корневых функций одной краевой задачи со спектральным параметром в гранич-ных условиях // Доклады РАН, 2013, т.449, № 1, с.7–10 Алиев З.С., Дуньямалиева А.А. Базисные свойства корне-вых функций задачи Штурма-Лиувилля со спектральным параметром в граничных условиях // Доклады РАН, 2013, т.450, № 6, с.1–4.
Ziyaran
Ziyaran — İranın Qəzvin ostanının Abyek (Oba) şəhristanının Mərkəzi bəxşində şəhər. 2016-cı ilin məlumatına görə şəhərdə 3,749 nəfər yaşayır (1,251 ailə). Əhalisi tatlardan ibarətdir və tat dilində danışırlar.