ZİYADƏ
ZİYAƏDDİN
OBASTAN VİKİ
Ziyadxan Cəbrayılov
Ziyadxan Cəbrayılov — Azərbaycanlı teatr və kino aktyoru, Azərbaycan Dövlət Musiqili Teatrının aktyoru == Həyatı == Cəbrayılov Ziyadxan Azad oğlu – aktyor — 1 iyun 1947-ci ildə Şamaxı rayonunda doğulub. 1970-ci ildə N.K.Krupskaya adına kitabxanaçılıq texnikumunun Mədəni-maarif şöbəsinə daxil olub. 1973-cü ildə Bakı xalq yaradıcılıq evində "Qaravəli" xalq teatrının rejissoru vəzifəsində işləyib. 1975-ci ildə Əbilov adına Mədəniyyət evinin təşviqat briqadasının rəhbəri vəzifəsində çalışmışdır. 1977-ci ildə İncəsənət İnstitutunun Musiqili-komediya aktyorluğu fakültəsinə daxil olmuşdur. 1985-ci ildə "LRS" folklor ansamblında aktyor kimi fəaliyyətə başlamışdır. 1970-ci ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrına aktyor vəzifəsinə qəbul olunmuşdur. Teatrda işlədiyi müddət ərzində "Bəbirlinin kələyi"ndə Nazir, S.Ələsgərov "Subaylarınızdan görəsiniz"də Əbülhəsən, R.Səfər "Baş tutmayan hiylə"də Ağacdələn, Çaqqal, S.Ələsgərov "Özümüz bilərik"də Qəzetçi Səfdər, "Məlik Məmmədin nağılı"nda Aşbaz, "Məzəli əhvalat"da Təlxək, S.Rüstəmov "Beş manatlıq gəlin"də Kar Möhsüm, E.Sabitoğlu "Hicran"da Həkim, S.Ələsgərov "Hərənin öz ulduzu"nda Kələntər, E.Sabitoğlu "Nəğməli Könül"də Fərrux kişi, Ü.Hacıbəyov "O olmasın, bu olsun"da hambal, E.Sabitoğlu "Hələlik"də Kar kişi, R.Şəfəq "Bir saat xəlifəlik"də Axund Vali, E.Sabitoğlu "Qırmızı papaq"da Canavar, Meşəbəyi, C.Quliyev "Məhəbbət oyunu"nda Xəstə, S.Fərəcov "Səhnədə məhəbbət"də Cangüdən, Samuray, R.Hacıyev "Talelər qovuşanda" professor, O.Kazımov "Qızıl toy"da Əcnəbi, E.Sabitoğlu "92 dəqiqə gülüş"də polis, O.Rəcəbov "Əlin cibində olsun"da polis, R.Əkbər "Bəydullanın möhtəşəm toyu"nda Şəppəli, R.Mustafayev "Məsmə xala dayımdır"da Biznesmen, V.Adıgözəlov "Aldın payını, çağır dayını"da Zığ-Zığ, E.Sabitoğlu "Bankir adaxlı"da Zərgər, S.Fərəcov "Bir günlük siğə"də Sələmçi, O.Rəcəbov "Şeytanın yubileyi"ndə polis, cangüdən kimi obrazları özünəməxsuz ustalıqla oynamışdır.46 illik səhnə fəaliyyətinə baxmayaraq aktyor heç bir fəxri ad verilməyib. Ziyadxan Cəbrayılov uzun sürən xəstəlikdən sonra 30 aprel 2016-cı ildə vəfat etmişdir və aktyor doğulduğu Şamaxı rayonunda dəfn olunub.
Ziyadxan Kiryakov
Ziyadxan Kiryakov — Böyük Vətən müharibəsi veteranı, Marneuli şəhər Mərkəzi bazarının direktorunun birinci müavini, Təqaüdçülərin Hüquqlarının Müdafiəsi Assosiasiyasının yaradıcısı. == Həyatı == Ziyadxan Kiryakov 1926-ci il may ayının 15-də Marneuli rayonunun Gorarxı kəndində dünyaya göz açıb. Orta təhsilini Tbilisidə alıb. 1942-ci ildə könüllü olaraq ordu sıralarına daxil olub və müharibədən sonra 1945-ci ildə ordudan tərxis edilib. Hazırda əmək və müharibə veteranıdır. === Ailəsi === Ziyadxan Kiryakov hazırda 7 nəvə, 9 nəticə babasıdır. == Fəaliyyəti == İş fəaliyyətinə 1946-cı ildən Tbilisi şəhərində Tədarük nazirinin katibi vəzifəsi ilə başlayıb. 1947-ci ildə Mərkəzi Komsomol Komitəsinin inspektoru; 1949-cu ildə Tbilisi şəhərinin Kirov rayonu evlər müdiri; 1950-1952-ci illərdə SSRİ Daxili İşlər Nazirliyinin Çimlyanevski düşərgə şöbəsinin baş müfəttişliyində və Rostov vilayətində baş “Hidrovolqa ”ev tikintisi idarədə işləyib. 1953-cü ildə Gürcüstanın Tianeti rayonunun Artilleriyanın İdarə Heyətinin sədri; 1954-cü ildə Stalin adına Rustavi Metallurgiya zavodunun Domna sexində rəis müavini; 1955-ci ildə Algeti Kant İstehlak Cəmiyyətinin sədr müavini; 1965-cı ildə Marneuli şəhərinin İctimai qida-sənaye idarəsində direktor müavini və eyni zamanda yeməkxana və restoran istehsalının direktoru; 1960-1975‑ ci illərdə Marneuli şəhəri Birləşmiş ictimai işlər idarəsində direktor müavini; 1975-1982-ci illərdə Marneuli neft bazasının baş operatoru; 1982-1995-ci illərdə Marneuli istehlak cəmiyyətində müxtəlif mağazaların direktoru işləyib.1995-ci ildən bu günə qədər Marneuli şəhərinin Mərkəzi bazarının direktorunun birinci müavini vəzifəsində çalışır. 2003-cü il iyul ayının 8-də Marneuli şəhərində Təqaüdçülərin Hüquqlarının Müdafiəsi Assosiasiyasını yaradıb.
Ziyadxan Nəbibəyli
Ziyadxan İsrafil oğlu Nəbibəyli – (1946), professor, elmlər doktoru, Azərbaycan Yazıçılar və jurnalistlər birliklərinin üzvü. == Həyatı == Ziyadxan Nəbibəyli Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinin gündüz şöbəsinə qəbul olur, fəal komsomolçu olur, yaxşı oxuduğu üçün onu Moskva Bauman adına Fizika-Texnika Universitetinə göndərirlər, oradan ordu sıralarına göndərilir və ordudan tərxis olunduqdan sonra doğma Universiteti müvəfəqiyytlə başa vurur. Başqa bir qeyd edilməli məqam isə Ziyadxan Nəbibəylinin ali təhsili başa vurduğu ildə Politexnik İnstitutunda (indiki Texniki Universitet) ilk günlərdən tələbələrə mühazirə oxumalı olmuşdur. Hətta, 5-ci kurs tələbələrin arasında onun özündən yaşca böyük və ailə qurmuş tələbələrdə olmuşdur. Bakı şəhərinin Oktyabr rayonu (indiki Yasamal) 176 və 80 saylı orta məktəblərində də dərs aparan Ziyadxan Nəbibəyli XX əsrin 70-ci illərindən Azərbaycan Elmlər Akademiyasının Neft-Qaz Problemləri Institutunun fizika-kimya laboratoriyasının əməkdaşı olur. Əlbəttə, o, buraya bir təsadüfdən gəlməli olur. Bundan əvvəl AREA-nın fizika institutuna elmi seminara gəlirdi, institutunun direktoru, akademik Həsən Abdullayevlə yaxşı münasibətlər də qurmuşdu. Belə ki, 1969-cu ilin dekabr ayında "səhətinə" görə Azərbaycan Ali Soveti Rəyasət Heyətinin sədri vəzifəsində işləyən professor Məmməd İsgəndərovu Akademiyanın Neft-Qaz institutuna müdür təyin edirlər. Bir müddətdən sonra M.Isgəndərov bu vəzifəsindən də istefaya getməli olur. Institutda xeyli hörmət, nüfuz qazanmağına, gecə-gündüz elmi işləri ilə məşğul olmağına baxmayaraq yeni rəhbərlik Ziyadxan Nəbibəylini M. İsgəndərovun "adamı", onun "qohumu" kimi sıxışdırmağa başlayır, müdafiə işlərinə əngəllər törədir, baxmayaraq ki, onun elmi əsərlərində institut müdürünün adı birinci gedirdi.
Ziyadxan Əliyev
Ziyadxan Əliyev (sənətşünas) — sənətşünas. Ziyadxan Əliyev (əsgər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi.
Ziyadxan Əliyev (sənətşünas)
Ziyadxan Əliyev (1 iyul 1948, Şamxor) — sənətşünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan təsviri sənətinin müxtəlif sahələrini, onun inkişaf tendensiyalarını, ayrı-ayrı sənətkarların yaradıcılığının ardıcıl araşdırmaçısı. Əməkdar incəsənət xadimi. == Həyatı == Ziyadxan Əliyev 1948-ci il iyul ayının 1-də Şəmkirdə anadan olmuşdur. Sonradan ailəsi Şamaxı rayonuna köçmüşdür. O, 1974-cü ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbini fərqlənmə diplomu ilə bitirib. Sonradan İ.Y.Repin adına Sankt-Peterburq Rəngkarlıq, Heykəltaraşlıq və Memarlıq İnstitutunun sənətşünaslıq fakültəsində (1976-1982) təhsil almışdır. 1984-cü ildən Azərbaycan Rəssamlar İttifaqının, 1987-ci ildən isə bu təşkilatın Rəyasət Heyətinin üzvüdür. == Fəaliyyəti == Sənətşünaslıq fəaliyyətinə 1980-ci ildə Azərbaycan Dövlət İncəsənət Muzeyində başlayan Z.Əliyev, əvvəlcə elmi işçi, sonra isə “Qərbi Avropa və rus incəsənəti” elmi şöbəsinin müdiri vəzifəsində çalışıb. Burada 1993-cü ilə qədər davam edən fəaliyyəti dövründə dünya və milli təsviri sənətimizin öyrənilməsi, təbliği sahəsində səmərəli fəaliyyət göstərib. Həmin illərdə onun tədqiqatları sayəsində indiyə kimi elmə naməlum qalmış fransız barbizonçusu Jül Düprenin, rus impressionisti Konstantin Korovinin, holland rəssamı Frans Xalsın, flamand rəssamı Piter Klassın, məşhur Azərbaycan rəssamı usta Qənbər Qarabağinin və görkəmli memar Zivərbəy Əhmədbəyovun rəngkarlıq və qrafik əsərlərinin dəqiq atribusiya nəticəsində müəllifliyi müəyyən olunub.
Ziyadxan Əliyev (əsgər)
Ziyadxan İbrahim oğlu Əliyev (12 yanvar 1997, Carlı, Kürdəmir rayonu – 30 sentyabr 2020, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ziyadxan Əliyev 1997-ci il yanvarın 12-də Kürdəmir rayonunun Carlı kəndində anadan olub. Əslən Cəbrayıl rayonunun Soltanlı kəndindən idi. 2003-2012-ci illərdə Kürdəmir rayonunun Carlı kənd tam orta məktəbində, 2012-2014-cü illərdə isə Qubadlı rayonunun Fərcan kənd tam orta məktəbində təhsil alıb. 2014-2018-ci illərdə Azərbaycan Texniki Universitetində (ATU) “Kompüter mühəndisliyi” ixtisası üzrə ali təhsil alıb. Subay idi. Ziyadxan Əliyev REAL Partiyasının üzvü idi. == Hərbi xidməti == Ziyadxan Əliyev 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi.Azərbaycan Ordusunun əsgəri olan Ziyadxan Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı hərbi hospitalda müalicə alırdı. Həmin vaxt hərbi təcili tibbi yardım maşınında döyüş meydanından yaralı hərbçiləri daşımaq üçün əsgər lazım olub. Könüllü olaraq döyüş meydanına yollanan Ziyadxan Əliyev, yaralı hərbçiləri təxliyə edən zaman 1 oktyabrda Tərtər rayonunun Talış yüksəkliyi istiqamətində gedən döyüşlərdə erməni tərəfinin snayper gülləsi ilə şəhid olub.
Adil xan Ziyadxanov
Adil xan Əbülfət ağa oğlu Ziyadxanov (d., 25 sentyabr 1870, Yelizavetpol – 14 dekabr 1957, İstanbul) — Gəncə xanı Cavad xanın və Qacar vəliəhd-şahzadəsi Abbas Mirzənin soyundan gələn Azərbaycanın görkəmli dövlət xadimi, alimi və diplomatı. AXC Xarici İşlər Nazirliyində I müavin və AXC-nin İrandakı səfiri kimi vəzifələrdə çalışmışdır. == Həyatı == Əbülfət ağanın üçüncü oğlu Adil xan 25 sentyabr 1872-ci ildə Gəncə şəhərində doğulmuşdu. Gəncə xanı Cavad xan Ziyadoğlu-Qacarın nəticəsidir. Anası Azər Humayun xanım naibüssəltənə Abbas Mirzə Qacarın nəvəsi, şahzadə Bəhmən Mirzənin qızıdır. Şahverdi xan və İsmayıl xan adlı iki böyük qardaşı olmuşdur.Adil xan Ziyadxanov 1957-ci ildə İstanbulda vəfat etmişdir. === Təhsili === Orta təhsilimi Gəncə Kişi Gimnaziyasında almışdır. 1894-cü ilin 1 iyununda ali təhsilini Moskva Universitetinin hüquq fakültəsində bitirmişdir. == Fəaliyyəti == === Çar dövrü === Avropa və Şərq dillərini əla bilib. 1905-ci ildən Bakıda Ə. B. Topçuboşovun (1865–1934) redaktorluğu altında çıxan "Kaspi" qəzetiylə əməkdaşlıq edib, orada maarifçi məqalələrlə çıxış edib.
Ziyadxanovlar
Ziyadxanovlar — Azərbaycan xalqının tanınmış soylarından biri. == Soyun yaranması == Gəncə xanlığının məşhur simalarından olan Ziyad xanın övladları rus üsul-idarəsi dönəmində Ziyadxanov soyadını qəbul etdilər. == Soyun tanınmış nümayəndələri == Şahverdi sultan Ziyadoğlu-Qacar — Qızılbaş sərkərdəsi, bəylərbəyi. İbrahim sultan Ziyadoğlu-Qacar — Qızılbaş sərkərdəsi, Qarabağ bəylərbəyi. Yusif xəlifə Ziyadoğlu-Qacar — Qızılbaş sərkərdəsi, bəylərbəyi. Peykər sultan Ziyadoğlu-Qacar — Mənşəcə Azərbaycan türklərindən olan böyük dövlət xadimi, sərkərdə, Səfəvilər dövlətində Gəncə-Qarabağ bəylərbəyi. Məhəmməd xan Ziyadoğlu-Qacar — Mənşəcə Azərbaycanlı olan böyük dövlət xadimi, sərkərdə, Səfəvilər dövlətində Qarabağ bəylərbəyi. Uğurlu xan Ziyadoğlu-Qacar — şair, Qacar elinin Ziyadoğlu oymağının başçısı, Qarabağ bəylərbəyi, Cavad xanın ulu babası. Abbasqulu xan Ziyadoğlu-Qacar — Qarabağ bəylərbəyi, Səfəvi ordusunun komandanı, səfir. Kəlbəli xan Ziyadoğlu-Qacar — şair, Qacar elinin Ziyadoğlu oymağının başçısı, Qarabağ bəylərbəyi, Kaxetiya hakimi, elçi, Cavad xanın babası.
Ziyadxanovlar mülkü
Ziyadxanovlar mülkü — Azərbaycanın Gəncə şəhərində yerləşir. Azərbaycanın tanınmış soylarından biri olan Ziyadxanovlar ailəsinə mənsub olmuşdur. == Haqqında == Ziyadxanovların mülkü Gəncədə, Atatürk prospekti 244-də yerləşir. Bina XIX əsrdə tikilib. Tarixi mülkün memarı Gəncənin ilk ixtisaslı memar-mühəndisi Abuzər bəy Rzayevdır. Hal-hazırda burada Nizami Gəncəvi adına Gəncə Tarix-Diyarşünaslıq muzeyi yerləşir.Azərbaycanda bolşeviklər tərəfindən işğal edildikdən sonra Azərbaycan İnqilab Komitəsinin xüsusi dekreti ilə Ziyadxanovların mülkü və torpaqları müsadirə edilib. Sovet dövründə Ziyadxanovların mülkündə bir çox idarə və təşkilatlar yerləşib. 1972-ci ildən isə bina Gəncə Tarix-Diyarşünaslıq muzeyinin istifadəsinə verilib. Tikili klassik şərq üslubunda inşa edilib və iki mərtəbədən ibarətdir. Bina düzbucaqlı formaya malikdir və Gəncəyə xas olan qırmızı kərpicdən tikilib.
İsmayıl xan Ziyadxanov
Ziyadxanov İsmayıl xan Əbülfət ağa oğlu (15 avqust 1867, Yelizavetpol, Tiflis quberniyası – 1920, Gəncə) — Azərbaycan Xalq Cümhuriyyətinin hökumət üzvü, diplomat. == Həyatı == İsmayıl xan Ziyadxanov 15 avqust 1867-ci ildə Gəncə şəhərində anadan olmuşdu. İlk təhsilini Gəncə gimnaziyasında alıb, daha sonra Moskva Universitetinin Hüquq fakültəsinə daxil olub. Moskva Universitetini müvəffəqiyyətlə bitirdikdən sonra Tiflis dairə məhkəməsində prokuror müavini vəzifəsində işə başlayıb. İsmayıl xan Sənubər xanımla ailə qurmuşdu. Əbülfət ağa adlı oğlu vardı. == Fəaliyyəti == İsmayıl xan 1905-ci ildə erməni daşnaklarının törətdiyi dəhşətli qətliamlara məruz qalan azərbaycanlıların acısını dərindən duyaraq siyasi fəaliyyətə qoşulub. Azərbaycanın milli istiqlal hərəkatının fəal üzvləri sırasında yer alan İsmayıl xan 1906-cı ildə Yelizavetpol quberniyasının 1-ci Dövlət Dumasının deputatı seçilib. Dumanın müsəlman fraksiyasının büro üzvü və "Xalq Azadlığı" partiyasının üzvü olub. Dumadakı fəaliyyəti dövründə çarizmin ucqarlarda köçürmə siyasətini, Qafqazda törədilmiş milli qırğınları, müstəmləkəçilərin xalqımızın başına açdığı bəlaları kəskin tənqid edib.
Şahverdi xan Ziyadxanov
Şahverdi xan Ziyadxanov və ya Şahverdi xan Ziyadxan (3 (15) oktyabr 1869, Yelizavetpol – 8 may 1919, 6 iyun 1919 və ya 9 iyun 1919, Gəncə) — Çar ordusunun və Azərbaycan Xalq Cümhuriyyəti Ordusunun zabiti, İsmayıl xan Ziyadxanovun qardaşı. Rus-yapon müharibəsində və Birinci Dünya Müharibəsində iştirak edib. 1905-ci ildə Rus-yapon müharibəsi dövründə üzərində "İgidliyə görə" yazılmış dördüncü dərəcəli Müqəddəs Anna ordeni və üçüncü dərəcəli Müqəddəs Stanislav (qılınclarla və bantla birlikdə) ordeni ilə təltif edilib. Birinci Dünya Müharibəsi dövründə Vəhşi diviziyanın tərkibindəki Tatar süvari alayında komandirin köməkçisi təyin olunub. 1915-ci ildə düşmənə qarşı döyüşdə fərqləndiyinə görə üçüncü dərəcəli Müqəddəs Anna (qılınclarla və bantla birlikdə) ordeni ilə təltif olunub. Azərbaycan Cümhuriyyəti ordusunda Podpolkovnik rütbəsində xidmət edib. == Həyatı və təhsili == Ziyadxanov Şahverdi xan Əbülfət ağa oğlu 3 oktyabr 1869-cu ildə Gəncə şəhərində anadan olub. Atası Əbülfət xan Gəncənin sonuncu xanı Cavad xanın nəticəsidir. Gəncə gimnaziyasını 1-ci dərəcə ilə Yelizavetqrad yunker məktəbini isə 2-ci dərəcə ilə bitirib. == Hərbi xidməti == === Xidmətinin ilk illəri === Şahverdi xan xidmətə 1890-cı ilin noyabr ayının 29-da 44-cü Nijninovqorod draqun polkunun 3-cü eskadronunda sıravi kimi başlayıb.
Ədalət Ziyadxanov
Ədalət Ziyadxanov (23 fevral 1946 – 12 sentyabr 2018) — rejissor, aktyor. == Həyatı == Ədalət Ziyadxanov 1946-cı ildə Bakıda — "Kubinka"da anadan olub. Uşaqlıqdan sənətə meyil edib. Bakı Bələdiyyə Teatrının rejissorudur. Əvvəllər Şəki teatrında rejissor, Ağdam teatrında baş rejissor işləyib. "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında çalışmışdır. Mədəniyyət və İncəsənət Universitetində dərs deyir. Sənətşünaslıq fakültəsində "ədəbi yaradıcılıq" ixtisası üzrə dərs deyir. Ə.Ziyadxanovun səhnələşdirdiyi Aqşin Babayevin "Oğul" əsəri "Dərviş" mükafatına layiq görülüb. Tamaşalarının çox hissəsi Azərbaycan televiziyasının qızıl fondundadır.12 sentyabr 2018-ci ildə vəfat etmişdir.
вма́тываться возбрани́ть горемы́чная де́рма изба́виться копа́тель промо́зглый разря́дный скулова́тый варе́ние водя́нка ге́тто микроскопи́я начина́ющий пове́сить нос правозащи́тница рассо́льный ро́вный полата eye-bulbe face flannel glass brick sepsis безропотный повидло