Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Eyyvah eyvah
Eyyvah Eyvah — Hakan Algülün rejissoru olduğu, 2009-cu ildə çəkilmiş, Türkiyə istehsalı komediya filmi.
Eyyvah eyvah (film, 2010)
Eyyvah Eyvah — Hakan Algülün rejissoru olduğu, 2009-cu ildə çəkilmiş, Türkiyə istehsalı komediya filmi.
.ki
.ki — Kiribatinin internet kodu.
Kastavey-Ki
Kastavey-Ki (ing. Castaway Cay) — Baham adalarında özəl ada. Adanın keçmiş adı Qorda-Ki olmuşdur. Ada şimaldan cənuba 3.7 kilometr (2.3 mil) uzanır, maksimum eni 2.3 kilometr (1.4 mil), sahəsi təqribən 4 km2 qədərdir. Adanın ən yüksək nöqtəsi dəniz səviyyəsindən 8 metr (26 ft) hündürlükdədir. Okean gəmiləri üçün liman olan dünyada yeganə özəl adadır. Adada təyinatı üzrə istifadə olunmayan, ancaq "böyüklər üçün" limandan çimərliyə gedən yol kimi xidmət hava limanı var. Velosiped və piyada yolları şəbəkəsi salınmışdır, turistlər dörd dayanacaqdan ibarət avtobus xətti ilə ada ətrafında hərəkət edə bilər. == Tarixi == Ada haqqında ilk qeydlər XVIII əsrin əvvəllərinə təsadüf edir. Ada o dövrün dəniz ticarət yollarının şimalında yerləşir.
Ki-Uest
Key West ABŞ-dakı Florida Keysin bir hissəsidir. Adanın uzunluğu 6.4 kilometr, eni 3.2 kilometrdir. Key West City və heç bir ölkə tərəfindən tanınmayan Conch Republic adadadır. 1950-ci illərin sonuna qədər adada bir çox duz gölməçəsi mövcud idi. Daha sonra bu gölməçələr dolduruldu.
Ki-Vest
Key West ABŞ-dakı Florida Keysin bir hissəsidir. Adanın uzunluğu 6.4 kilometr, eni 3.2 kilometrdir. Key West City və heç bir ölkə tərəfindən tanınmayan Conch Republic adadadır. 1950-ci illərin sonuna qədər adada bir çox duz gölməçəsi mövcud idi. Daha sonra bu gölməçələr dolduruldu.
Kokucisu-ki
Kokucisu-ki (旭日旗) — hərfi tərcüməsi "Doğan günəş bayrağı") — Yaponiyanın hərbi bayrağı. Bu bayraq müvəffəqiyyət arzusunun simvolu kimi istifadə olunurdu.. Lakin hərbi bayraq qismində isə ilk dəfə Edo dövrünün sonlarında (1854-cü ildən) istifadə olunmuşdur. 1870-ci il 27 yanvar tarixində Meyci dövründə aparılan siyasət çərçivəsində milli bayraq qismində qəbul olunmuşdur..Hal-hazırda bayraqdan hərbi dəniz qoşunlarında, dəyişilmiş şəkildə Yaponiya özünümüdafiə quru qüvvələrində istifadə olunur. Vaxtaşırı olaraq, bayrağın təsvirinə reklam plakatları və məhsulların üzərində rast gələ bilərik. İkinci dünya müharibəsi dövründə isə yapon qoşunları bayraqdan Cənub-Şərqi Asiya ölkələrini işğal etdikləri zaman istifadə etmişdilər. Cənubi Koreya və Çində bu bayraq yapon militarizmi və imperializminin simvolu sayılır, ondan istifadə etmək isə təhqir hesab edilir. == Xarici görünüşü == Ağ parça üzərində qırmızı dairəyə malik olan bu bayraq Yaponiyanın müasir bayrağını xatırlatsa da, günəş şüalarının sayı ilə (adətən 16 olur) fərqlənir. Beləki bu şüalar Yaponiyanın "Gündoğan ölkə" olmasını nümayiş etdirir. Yaponiya İmperator ordusu bu bayraqdan 1870-ci ildən bəri istifadə edir. .
Ram-Ki
Ram-Ki (ing. Rum Cay — Baham adalarında ada və rayon. 1996-cı ilə qədər ada San Salvador və Ram-Ki rayonunun bir hissəsi idi. San Salvador adasından 32 kilometr (20 mil) cənub-şərqdə yerləşən Ram-Ki adasının səthi əsasən düzdür, hündürlüyü təxminən 37 metr (121 ft) yüksəkliyə qədər olan yumşaq maili təpələrlə örtülmüşdür. Əsas yaşayış yeri kokos bağlarının ortasında yerləşən Port-Nelson kəndidir. Ram-Ki Baham adalarının 32 rayonundan biridir. Rayonun inzibati mərkəzi Port-Nelson kəndidir. Rayonun sahəsi 78 km2, əhalisi 99 nəfərdir. XIX əsrin ikinci yarısında Ram-Ki adasının əhalisi beş min nəfərə çatmışdır. Adanın iqtisadiyyatında mühüm yer ananasın becərilməsi, duz hasilatı və sisal istehsalı tuturdu, lakin rəqabət və 1926-cı il qasırğası kimi təbii fəlakətlər öz təsirini göstərmişdir.
Sil-Ki
Sil-Ki (ing. Seal Cay) — Baham adalarında ada. İnzibati cəhətdən Qrand-Ki rayonunun bir hissəsidir. Ada Abako adalarının şimalında, Volkers-Kidən 3.3 kilometr (2.1 mil) şərqdə yerləşir. Qrupun ən şərqində yerləşən və ən yüksək (dəniz səviyyəsindən 3 metr (9.8 ft) hündürlükdə) adasıdır. Uzunsov formaya malikdir. Adanın uzunluğu 700 metr (2,300 ft), eni isə 85 metr (279 ft) kimidir. Volkers-Ki kimi, Sil-Ki adası da dayaz sahil suları ilə tanınır. Burada çoxlu balıqlar, xüsusən də əllə bəslənə bilən köpəkbalıqları var. Bundan əlavə, burada dalğıclıq da inkişaf etdirilir.
Volkers-Ki
Volkers-Ki (ing. Walker’s Cay) — Baham adalarında ada, Abako adalarının bir hissəsidir. Adanın sahəsi 15 km2, uzunluğu 1,3 km, eni 88 ilə 485 m arasında, dəniz səviyyəsindən hündürlüyü 1 metrdir. Volkers-Ki Baham adalarının ən şimalında yerləşən adadır. İnzibati cəhətdən Qrand-Ki rayonuna aiddir. Adada Volkers-Ki-Taun şəhəri yerləşir. Ada idman balıq ovu və dalğıclıq üçün məşhurdur. 2002-ci ildə Volkers-Ki sahillərindəki dəniz ərazisi milli park elan edilmişdir. "Bahamas-Walker's Cay". World Database on Protected Areas.
Çen Ki
Çen Ki (15 aprel 1984) — Çini təmsil edən stolüstü tennisçi. Çen Ki Çini 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə qızıl medalın sahibi olub.
Kİ Klaksvik
Klaksvíkar Ítróttarfelag ("Klaksvik İdman Klubu"), ümumi olaraq KÍ və ya KÍ Klaksvik kimi qısaldılmış formada adlandırılan, Klaksvik şəhərində yerləşən Farer adalarının peşəkar futbol klubudur. Klub 1904-cü ildə yaradılıb. Klub 20 dəfə Farer Adaları Premyer Liqasının və 6 dəfə də Farer Adaları Kubokunun qalibi olmaqla Farer adalarının ən uğurlu futbol klublarından biridir. Bundan əlavə KÍ Klaksvik UEFA-nın təşkil etdiyi Avropa yarışlarının qrup mərhələsində daha dəqiq desək UEFA Avropa Konfrans Liqasının hazırkı turnirində(2023-2024) oynayan ilk Farer adaları futbol klubudur. Klub formalarını mavi-ağ rənglərdə geyinir və matçlarını Við Djúpumýrar stadionunda keçirir.
De ki, de ki (mahnı)
Kim Hyan-Ki
Kim Hyan-Ki (d. 31 yanvar 1980) — Cənubi Koreyanı təmsil edən həndbolçu. == Karyerası == Kim Hyan-Ki Cənubi Koreya yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarına qatıldı. Bürünc medal uğrunda oyunda Norveç yığmasına 22:20 hesabı ilə məğlub olan Cənubi Koreya yığması, Sidney Olimpiadasını 4-cü yerdə başa vurdu.
Kim Ki-Taik
Kim Ki-Taik (3 oktyabr 1962) — Cənubi Koreyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Kim Ki-Taik Cənubi Koreyanı 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə gümüş medala, cüt turnirdə isə 4-cü pillənin sahibi olub.
Kim Ki-duk
Kim Ki Duk (kor. 김기덕, Konseviç sistemində — Kim Qidok; 20 dekabr 1960[…], Ponxva[d], Könsan-Pukto[d] – 11 dekabr 2020, Riqa) — Cənubi Koreya kinorejissoru, Venesiya kinofestivalının "Qızıl şir" mükafatı laureatı ("Pyeta" filminə görə). == Həyatı == Kim Ki Duk 1960-cı il dekabr ayının 20-də Cənubi Koreyanın Kyonsan-Pukto əyalətinin Ponxva uyezdindəki Sobyonni kəndində anadan olub. Maddi çətinliklər üzündən 9 yaşındaykən məktəbdən ayrılaraq fabriklərdə çalışmağa başlayıb. 20 yaşında hərbi dəniz qüvvələrinə qatılır və 5 il orduda çavuş olaraq xidmət edir. 1990-cı ildə Fransaya köçən Kim Ki Duk burada rəssamlıq edərək öz həyatını keçirir. Və həvəsi olduğu — filmlərə ssenarilər yazır. Bir neçə mükafatlara layiq görülür. 1993-cü ildə Cənubi Koreyaya qayıdan Kim, burada film ssenariləri yazmağa başladı və 1995-ci ildən Korean Film Council'da iki mükafat birdən qazanır. == Karyerası == Kim, 1996`cı ildən kiçik büdcəli Timsah adlı filmiylə ilk kino rejissor kimi fəaliyyətinə başladı.
Ki Bo-Bae
Ki Bo-Bae (kor. 기보배; 20 fevral 1988, Anyan[d], Kyonqido) — Cənubi Koreyalı oxatan. Ki Bo-Bae 2012-ci ildə Londonda, 2016-cı ildə isə Rio-de-Janeyroda Olimpiya Oyunlarının çempionu olub. O, həmçinin üç dəfə Dünya Çempionatında, bir dəfə isə Asiya Oyunlarının qızıl medalını qazanıb. == Karyerası == Ki Bo-Bae birinci ciddi uğurunu 2011-ci ildə İtaliyanın Turin şəhərində qazandı. O, Dünya Çempionatında qarışıq komanda yarışlarında qızıl, komanda yarışlarında isə bürünc medal qazandı. Növbəti 2012-ci ildə isə Ki Bo-Bae XXX Yay Olimpiya Oyunlarında fərdi və komanda yarışlarında birinci yeri tutaraq qızıl medal qazandı. Ki Bo-Bae növbəti uğurunu 2013-cü ildə Antalya şəhərində qazandı. Ki Bo-Bae komanda və qarışıq komanda yarışlarında qızıl medal qazandı. 2 il sonra isə Ki Bo-Bae Danimarkanın paytaxtı Kopenhagen şəhərində fərdi və qarışıq komanda yarışlarında qızıl, komanda yarışlarında isə bürünc medala sahib çıxdı.
Ki no Tsurayuki
Ki no Tsurayuki (yap. 紀貫之 ; 866 və ya 872, Heyan-kyo[d] – 30 iyun 945, Heyan-kyo[d]) — yapon şairi, Heyan dövrünün filoloqu, tanka janrında şeirlər yazan ədib, 36 ölməz şairdən biri. == Həyatı == Tsurayukinin həyatı və xarakteri ilə bağlı məlumatlar çox azdır. O həyatını əsasən ədəbiyyata həsr etmişdir. Tsurayuki köhnə zadəgan ailəsindən idi. O, Fucivara ailəsi tərəfindən hakimiyyətdən uzaqlaşdırılmışdı. 905-ci ildə Tsurayuki İmperator Dayqonun (897-930) fərmanı ilə şairlər birliyinin başçısı təyin edilir (bu birlik sonralar "Kokin vakasyu" (Köhnə və yeni yapon şeirləri toplusu) külliyatını tərtib edəcəkdi). Yalnız 930-cu ildə Ki no Tsurayuki Tosa əyalətinin hakimi təyin edilmiş (930-935) və bu dövrdə "Şinsenvakasyu" külliyyatını tərtib etmişdi. 935-ci ildə Ki no Tsurayuki 5 il müddətində nazirlərə ona yeni vəzifə verilməsi xahişi ilə müraciət etsə də, bu müraciəti ilə bağlı müsbət cavab ala bilməmişdir. Yalnız 940-cı ildə Ki no Tsurayuki mərasimlər idarəsində (cibusyo) xarici işlər və buddizm rahiblərinin işi üzrə şöbəyə (qembaryo) rəis təyin edilir, 944-cü ildə isə ona 5-ci dərəcə verilir.
Kim Ki Duk
Kim Ki Duk (kor. 김기덕, Konseviç sistemində — Kim Qidok; 20 dekabr 1960[…], Ponxva[d], Könsan-Pukto[d] – 11 dekabr 2020, Riqa) — Cənubi Koreya kinorejissoru, Venesiya kinofestivalının "Qızıl şir" mükafatı laureatı ("Pyeta" filminə görə). == Həyatı == Kim Ki Duk 1960-cı il dekabr ayının 20-də Cənubi Koreyanın Kyonsan-Pukto əyalətinin Ponxva uyezdindəki Sobyonni kəndində anadan olub. Maddi çətinliklər üzündən 9 yaşındaykən məktəbdən ayrılaraq fabriklərdə çalışmağa başlayıb. 20 yaşında hərbi dəniz qüvvələrinə qatılır və 5 il orduda çavuş olaraq xidmət edir. 1990-cı ildə Fransaya köçən Kim Ki Duk burada rəssamlıq edərək öz həyatını keçirir. Və həvəsi olduğu — filmlərə ssenarilər yazır. Bir neçə mükafatlara layiq görülür. 1993-cü ildə Cənubi Koreyaya qayıdan Kim, burada film ssenariləri yazmağa başladı və 1995-ci ildən Korean Film Council'da iki mükafat birdən qazanır. == Karyerası == Kim, 1996`cı ildən kiçik büdcəli Timsah adlı filmiylə ilk kino rejissor kimi fəaliyyətinə başladı.
Li Ki-Son
Li Ki-Son (d. 15 avqust 1966) — Cənubi Koreyanı təmsil edən həndbolçu. == Karyerası == Li Ki-Son Cənubi Koreya yığmasının heyətində 1988-ci ildə Cənubi Koreyanın Seul şəhərinin ev sahibliyində baş tutan XXIV Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan üç oyunun birində məğlub olan Cənubi Koreya yığması, Seul Olimpiadasını 1-ci yerdə başa vurdu və qızıl medal qazandı.
Litl-Stirrap-Ki
Litl-Stirrap-Ki (ing. Little Stirrup Cay) — Baham adalarında özəl ada. Karib dənizindəki Berri adaları arxipelaqının bir hissəsidir. Ada "Royal Caribbean International" şirkətinə məxsusdur və ona Koko-Ki də deyilir. Ada qərb-cənub-qərbdən şərq-şimal-şərqə təxminən 1.6 kilometr (0.99 mil) uzanır, onun maksimum eni 450 metrdən çox deyil, dəniz səviyyəsindən maksimum nöqtəsi 11 metrdir. Adanın şərq və mərkəzi hissəsində turistlər üçün tikililər mövcuddur, şimal-şərq hissəsində sərnişin qayıqlarının gəldiyi körfəz yerləşir, adanın qərb hissəsində yaşayış yoxdur. Turistlər adada snorkellinq, üzgüçülük, kayakinq, paraseylinq, dayvinq, voleybol və hidroxizəklə məşğul olmaq imkanı əldə edirlər.
Mitsubishi Ki-15
Ki-15 — birmühərrikli qırıcı təyyarə. Metal konstruksiyalı müdafiə istehkamlarını dağıdılması məqsədilə yaradılıb. Fumixiko Kono, Tomio Kubonun və Sokiçi Mizumonun rəhbərliyi altında yaradılıb. İlk uçuşu 1936-cı ilin mayında həyata keçirilib. Silahlı qüvvələrin istifadəsinə 1937-ci ilin sonunda verilib.
Mitsubishi Ki-46
Ki-46 — ikimühərrikli qırıcı təyyarəsi. Metal konstruksiyalı müdafiə istehkamlarını dağıdılması məqsədilə yaradılıb. Tomio Kubonun rəhbərliyi altında yaradılıb. İlk uçuşu 1939-cu ilin noyabrında həyata keçirilib. Silahlı qüvvələrin istifadəsinə 1939-cu ilin sonlarında verilib.
Qrand-Ki adası
Qrand-Ki (ing. Grand Cay) — Baham adalarında ada. İnzibati cəhətdən Qrand-Ki rayonunun bir hissəsidir. Qrand-Ki Abako adalarının şimalında, Volkers-Ki adalar qrupu və Dabl-Brester adaları arasında yerləşir. Qrand-Ki əsasən düzənlikdir, şərq hissəsində bataqlıq da var. Uzunluğu 1,8 km-dir, eni 380 m–1,5 km arası dəyişir. 2010-cu ilin məlumatına görə, Qrand-Ki adasında 383 nəfər yaşayır. Adada dalğıclıq və balıq ovu məşhurdur.
Son Cun-ki
Song Joong-ki (kor. 송중기; 19 sentyabr 1985, Tecon) — Cənubi Koreyalı aktyordur. Tarixi yetkinlik dramı Sunkyunkvan Qalmaqlı-da (2010) və Qaçan adam estrada şousunda (2010–2011) orijinal aktyor heyətindən biri kimi şöhrət qazandı. O vaxtdan bəri o, "Günahsız Adam" (2012), "Günəşin nəsilləri" (2016), "Arthdal Salnamələri" (2019) və Vincenzo (2021) seriallarında, eləcə də "Canavar Oğlan" (2012), Döyüş gəmisi adası (2017) və Kosmik Təmizləyicilər (2021) kimi hit filmlərdə müxtəlif spektrli rollar oynayıb. Son 2012-ci ildə və 2017-ci ildə Gallup Koreyada "İlin Televiziya Aktyoru" seçildi. O, ilk dəfə 2013-cü ildə yeddinci, daha sonra 2017-ci ildə ikinci, 2018-ci ildə yeddinci yeri tutaraq Forbes Koreya Güclü Məşhurlar siyahısına daxil edildi. Onun serial və filminin uğuru beynəlxalq miqyasda onu əyləncə sənayesində ən yaxşı Hallyu ulduzu kimi təyin etdi. Son ailədəki üç övladın ikincisidir (və ya ortanca uşaqdır) və Deconun (ing. Daejeon) kənd kənarında böyüyüb. O, şort-trekdə yarışıb və doğma Decon şəhərini milli səviyyədə təmsil edib; onun konkisürmə keçmişi Triple serialında milli komandanın skater rolu üçün faydalı olardı.
Eyvan
Eyvan — İranın İlam ostanının şəhərlərindən və Eyvan şəhristanının mərkəzidir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 27,752 nəfər və 6,010 ailədən ibarət idi.
Eyvan şəhristanı
Eyvan şəhristanı- İranın İlam ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Eyvan şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 47,380 nəfər və 10,040 ailədən ibarət idi.
Eyvaq (Sərab)
Eyvəq (fars. ايوق‎, digər adı: Evə) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,348 nəfər yaşayır (294 ailə).
Eyvaz Abutalıbov
== Siyahı ==
Eyvaz Babayev
Eyvaz İlyas oğlu Babayev (20 iyun 1947, Kirovabad) — Gəncə şəhər İcra Hakimiyyətinin başçısı (2000–2003). == Həyatı == Eyvaz Babayev 1947-ci ildə Gəncə şəhərində anadan olmuşdur. Gəncə şəhər 6 saylı C. Cabbarlı adına orta məktəbi medalla bitirmiş, daha sonra Moskva şəhərində Qubkin adına neft və qaz institutunda alı təhsil almışdır. Əmək fəaliyyətinə Gəncə şəhəri Çini Qablar zavodunda mühəndis kimi başlamışdır. 1990–1994 və 1997–2000 illərdə həmin zavodun direktoru olmuş, əmək fəaliyyətini daha sonra 1994-cü ildən 1997-ci ilədək Gəncə şəhər İcra Hakimiyyətində icra başçısının müavini vəzifəsində davam etdirmişdir. Bundan sonra Eyvaz İlyas oğlu Babayev 27 iyul 2000-ci ildən 8 aprel 2003-cü il tarixinədək Gəncə şəhər İcra Hakimiyyətinin başçısı olmuşdur. Ailəlidir: üç övladı, altı nəvəsi var.
Eyvaz Borçalı
Ayvaz Məhəmməd oğlu Ayvazov və ya Eyvaz Borçalı (5 may 1938, Ağammədli, Marneuli rayonu) — şair, tərcüməçi, 1968-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1981), "Azərbaycanfilm" kinostudiyasının keçmiş rəhbəri (1984–1986). == Həyatı == Eyvaz Borçalı 1938-ci il mayın 5-də Gürcüstanın Borçalı (Marneuli) rayonunun Ağaməmmədli kəndində anadan olmuşdur. Burada Qaçağan onbirillik məktəbini bitirdikdən sonra M. F. Axundov adına Rus Dili və Ədəbiyyatı İnstitutuna daxil olmuşdur. Azərbaycan Yazıçılar İttifaqının zəmanəti ilə həmin institutun VI kursundan Moskvaya, M. Qorki adına Ədəbiyyat İnstitutuna, bədii tərcümə bölməsinə keçirilmişdir. Buranı bitirdikdən sonra Azərnəşrdə redaktor kimi əmək fəaliyyətinə başlamışdır (1964). "Azərbaycanfilm" kinostudiyasında ssenari redaksiya heyətinin üzvü (1970), "Mozalan" satirik kino-jurnalının baş redaktoru (1971–1984), C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının direktoru (1984–1986) vəzifəsində işləmişdir. Ədəbi yaradıcılığa 1960-cı ildə "Ədəbiyyat və incəsənət" qəzetində çıxan "Əbədi məşəl" şerilə başlamışdır. Bundan sonra dövri mətbuatda vaxtaşırı şeirlərini və bədii tərcümələrini çap etdirmişdir. Bakı şəhər Oktyabr rayonu xalq deputatları Sovetinə üç çağırış deputat seçilmişdir. "Kirpi" jurnalının baş redaktoru olmuşdur (1986–1993).
Eyvaz Hüseynov
Eyvaz Mövsüm oğlu Hüseynov (15 fevral 1959, Muğanlı, DQMV) — Azərbayacan Respublikası Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı, Qarabağ müharibəsi veteranı. == Həyatı və təhsili == Eyvaz Hüseynov 15 fevral 1959-cu ildə Azərbaycan Respublikası Xocavənd (keçmiş Martuni) rayonunun Muğanlı kəndində anadan olmuşdur. 1976-cı ildə Xocavənd rayon Kuropatkin kənd tam orta məktəbini bitirmişdir. 1976-cı ildə Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutuna daxil olmuş, 1981-ci ildə həmin institutun "Elektron hesablayıcı maşınları" fakültəsini bitirərək, mühəndis –sistemotexnik ixtisasına yiyələnmişdir. === Ailəsi === Ailəlidir, 3 övladı var. == Fəaliyyəti == === Əmək fəaliyyəti === 1981-ci ildə Bakı radio zavodunda mühəndis, 1988-ci ildə Xocavənd rayonu Muğanlı kənd "Səməd Vurğun" adına kolxozda Baş mühasib, 1990-cı ildə Muğanlı kənd Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri vəzifələrində işləmişdir. 2 iyul 1992-ci il tarixdə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir. Qarabağ müharibəsi veteranıdır. 1988-ci ildə Xocavənd özünümüdafiə dəstəsini yaratmış, həmin dəstənin komandiri olmuşdur. Torpaqların müdafiəsi uğrunda erməni separatçılarına qarşı aparılan döyüşlərdə dəfələrlə yaralanmışdır.
Eyvaz Kərimov
== Siyahı ==
Eyvaz Məhəmmədhəsənov
Eyvaz Məhəmmədhəsənov (Eyvaz İmamverdi oğlu Məhəmmədhəsənov) — Qazaxıstan Azərbaycanlıları Assosiasiyası sədrinin regionlar üzrə müavini, Qazaxıstan Xalqları Assambleyasının üzvü. == Həyatı == Eyvaz Məhəmmədhəsənov 1958-ci ildə martın 2-də Qazaxıstan Respublikasının Canbul vilayətinin Tolebi rayonunun Jana Jol (Yeni-Yol) kəndində çoxuşaqlı (11 uşaq olublar) ailədə dünyaya göz açıb. Həmin kənddə Panfilov adına orta məktəbdə təhsil alıb. Atası Məhəmmədhəsənov İmamverdi Kəlbi oğlu 1925-ci ildə Masallı rayonunun Qızılağac kəndində anadı olub. Ailəsi 1937-ci ildə Azərbaycanın Masallı rayonunun Qızılağac kəndindən Qazaxıstana sürgün olunub. Atası Böyük Vətən Müharibəsi iştirakçısı olub. SSRİ Ali Soveti Rəyasət Heyətinin Fərmanına əsasən 1948-ci il martın 28-də İmamverdi Məhəmmədhəsənov Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb. 1999-cu ildə Qazaxıstanda dünyasını dəyişib. Tolebi rayon mərkəzində onun büstü qoyulub, o cümlədən adına küçə verilib. Eyvaz Məhəmmədhəsənov 1976-cı ildə hərbi xidmətini Ukraynanın Kiyev şəhərində başa vurduqdan sonra Almatı şəhərinə qayıdıb.
Eyvaz Məmmədov
Eyvaz Əbdürəhman oğlu Məmmədov — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR ədliyyə naziri (1970–1980). == Həyatı == Eyvaz Əbdürəhman oğlu Məmmədov 1921-ci ildə kəndli ailəsində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetini bitirmişdir. 1938–1944-cü illərdə Sovet Ordusunda xidmət etmiş, Böyük Vətən müharibəsi iştirakçısı olmuşdur. 1944–1965-ci illərdə dövlət təhlükəsizliyi orqanlarında xidmət edən Eyvaz Məmmədov 1965–1970-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti yanında Xarici Turizm İdarəsi rəisinin müavini, Azərbaycan SSR Nazirlər Soveti yanında Hüquq Komissiyası sədrinin müavini vəzifələrində işləmişdir. Eyvaz Məmmədov 1970-ci ildə Ədliyyə Nazirliyi yenidən təsis olunduqda nazir vəzifəsinə təyin edilmiş, 1980-ci ildə təqaüdə çıxanadək bu vəzifədə işləmişdir. O, 1942-ci ildə ÜİK(b)P (Sov.İKP) üzvlüyünə qəbul edilmiş, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü olmuşdur. Azərbaycan SSR Ali Sovetinin 8 və 9-cu çağırış deputatı seçilmişdir.
Eyvaz Qocayev
Eyvaz Vaqif oğlu Qocayev (1984, Sarılı Xəştab, Zəngilan rayonu) — jurnalist, "sumqayitxeber.com" xəbər portalının təsisçisi və baş redaktoru == Həyatı == 1984-cü ilin aprel ayının 12-də Azərbaycan SSR-in Zəngilan rayonunun Sarallı Xəştab kəndində anadan olmuşdur. 2001-ci ildə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olmuş və 2005-ci ildə həmin ali məktəbin bakalavr pilləsini bitirmişdir. == Fəaliyyəti == Çox erkən yaşlarından ictimai həyatda aktiv iştirak etməyə başlayıb. Gənclər təşkilatlarında, media orqanlarında təsisçi və rəhbər vəzifələrdə çalışıb. 2009-cu ildən fəaliyyət göstərən Azərbaycanın ilk regional xəbər portalı olan "Sumqayitxeber.com"un təsisçisi və baş redaktorudur. Son 10 ildə təlimçi, jurnalist və yazar kimi fəaliyyət göstərən Eyvaz Qocayevin yazdığı "Karyera bələdçisi" kitabı Azərbaycanda ən çox oxunan kitablar sırasındadır. Yüzlərlə gəncə həm İKT, həm də karyera planlaşdırılması sahəsində təlimlər keçən Eyvaz Qocayev Sumqayıt şəhərinin sosial-mədəni həyatında xüsusi fəallığı ilə fərqlənib. Şəhərin ictimai həyatında aktiv iştirakına və xidmətlərinə görə dəfələrlə fəxri fərman və mükafatlarla təltif edilib. 2010-cu ildə "İlin gənc jurnalisti" adına layiq görülüb. 2015-ci ildə Azərbaycan Respublikası Milli Məclisinə keçirilən seçkilərdə 43 saylı Sumqayıt üçüncü seçki dairəsindən öz təşəbbüsü ilə namizəd kimi iştirak etmişdir.
Eyvaz Qurbanov
Eyvaz Daşdəmir oğlu Qurbanov (14 fevral 1963, Bucaq, Vartaşen rayonu) — Azərbaycan ictimai-siyasi xadimi, Azərbaycan Respublikası Milli Məclisinin III və VII çağırış deputatı (2005–2010, 2024–h. h.) Oğuz Rayon İcra Hakimiyyətinin başçısı (2011–2024). == Həyatı == Eyvaz Daşdəmir oğlu Qurbanov 1963-cü il fevralın 14-də Oğuz rayonunun Bucaq kəndində anadan olub. 1980-ci ildə Oğuz şəhər 2 saylı orta məktəbini bitirib. 1981–1983-cü illərdə hərbi xidmətdə olub. 1984–1988-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda, 2001–2004-cü illərdə isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alıb. 1984–1999-cu illərdə Tofiq Bəhramov adına Respublika Stadionunun direktoru vəzifəsində işləyib. 1997-ci ildən Avropa Şurasının İdmanın İnkişafı Komitəsində respublikamızı müntəzəm olaraq təmsil etmişdir. Azərbaycan Milli Olimpiya Komitəsinin üzvüdür. 2000-ci ildən Milli Olimpiya Komitəsinin Bakı Olimpiya Kompleksinin direktoru, 2005–2010-cu illərdə isə Oğuz-Qəbələ seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinin III çağırış deputatı olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2011-ci il tarixli Sərəncamı ilə Oğuz Rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir.
Eyvaz Qələmçəli
Eyvaz Qələmçəli (1929, Köhnəqışlaq, Ağstafa rayonu – 19 mart 2003, Ağstafa rayonu) — şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Eyvaz Qələmçəli 1929-cu ildə Ağstafa rayonunun Köhnəqışlaq kəndində anadan olub. 15 yaşından şeir yazmağa başlayıb. İndiyə kimi üç kitabı - "Könlüm istəyir", "Bu dağlardadır", "Kürəyində haqqın əli" nəşr olunaraq oxucuların ixtiyarına verilib. Eyvaz Qələmçəli "Şəhid oldu", "Kürəyində haqqın əli", "Qurbanam", "İncədərə", "Qoru", "Ehtiyacım var", "Gəncə bax", "Kimi", "Qaldı", "Ağlar", "Həkim", "Dünya", "Qocalmışam", "Mən Qocalmazdım", "Düşür yadıma", "Səslə mən döyüşə", "Azərbaycan əsgəri", "Ay aşıq", "Ceyrançölün çobanları", "Sinədəftər şair Zəlimxan Yaquba", "Hanı", "Aşıqlar evi", "Allah" və s. yüzlərlə şeir yazmışdır. -deyən şair 2003-cü ilin mart ayının 19-da dünyasını dəyişib. Ağstafa rayon İcra Başçısının və Yazıçılar Birliyinin birgə fəaliyyəti nəticəsində onun 80 illik yubileyi 2009-cu il iyul ayının 3-də təntənəli qeyd edilib.
Eyvaz Zeynalov
Eyvaz Zeynalov (tam adı: Zeynalov Eyvaz Mahmud oğlu; 18 yanvar 1950, Qiyaslı, Ağdam rayonu) — Azərbaycan yazıçısı. == Həyatı == 18 yanvar 1950-ci ildə Ağdam rayonunda anadan olub. Tanınmış yazıçı ilk və orta təhsilini Ağdam şəhər 1 nömrəli məktəbində almış və bu məktəbi əla qiymətlərələ bitirmiş,1973-cü ildə V.İ.Lenin adına APİ-nin dil-ədəbiyyat fakültəsini bitirmişdir. “Qəlibə sal” adlı ilk hekayəsi hələ orta məktəbin 9-cu sinfində oxuyarkən “Lenin yolu” qəzetində çap olunub. 2007-ci ildə “Avropa Nəşr Mətbu Evi”nin keçirdiyi müsabiqədə “Ən yaxşı vətənpərvər yazıçı” Beynəlxalq Qızıl mükafatına layiq görülüb, 2008-ci ildə Mahmud Kaşğari adına Beynəlxalq hekayə müsabiqəsinin qaliblərindən biri olub. 2010-cu ildə Azadlıq radiosunun “Ədəbi azadlıq” kiçik hekayə müsabiqəsinin qalibi olub və 1-ci yeri tutub. 1990-cı ildə “Yazıçı” nəşriyyatında “Rəngsiz yuxu” (povest, hekayələr) adlı ilk kitabı çapdan çıxmıb. 1999-cu ildə “Bahalı şokolad qutusu”, 2007-ci ildə “Qırmızı almalar” (uşaqlar üçün) kitabları, 2006-cı və 2009-cu illərdə “Qarabağ hekayələri” (təkmilləşdirilmiş, artırılmış iki nəşr), 2007-ci ildə “Hekayələr”, 2008-ci ildə “Qış günəşi” (povestlər, hekayələr), 2013/14-cü ildə “Bələdçi” (iki roman: “Bələdçi” və “Qisas”) kitabı, 2014-cü ildə “Tələ” romanı, 2015-ci ildə “Alın yazısı” romanı, “Ömrə atılan daş” romanı çap edilib. 2010-cu ildə Tiflisdə iki dildə - azərbaycan və gürcü dilində “Uşaq hekayələri və nağıllar” adlı kitabı çap olunub. 2011-ci ildə Türkiyədə, Ankarada Türkiyə türkcəsində “Kara(b)ağlayan Hikayeler” kitabı çıxıb.
Eyvaz nekropolu
Eyvaz nekropolu — Ordubad şəhərinin cənub-şərq hissəsində arxeoloji abidə. == Ümumi məlumat == Abidə XX əsrin 80-ci illərinin əvvəllərinə qədər mövcud idi. Orada mərmərdən hazırlanmış çoxlu başdaşı tipli qəbirüstü xatirə abidələri var idi. Bu abidələrin üzərində ərəb və fars dillərində kitabələr olmuşdur. Qəbiristanlıq sufi şeyxi Pir Eyvazın vəfatından sonra yaranmışdır. Sonralar bu sufi şeyxinə hörmət əlaməti olaraq onun qəbri ətrafında dəfn mərasimləri keçirilmiş və böyük bir qəbiristanlıq yaranmışdır. Qəbiristanlıqdakı məzar kitabələrinin tarixləri orada 16-18-ci əsrlərdən başlayaraq dəfn mərasimləri keçirildiyini söyləməyə əsas verir. XX əsrin 80-ci illərində dağıdılıb, yerində avtovağzal inşa edilmişdir.
Eyvaz türbəsi
Eyvaz türbəsi — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun inzibati mərkəzinin cənub hissəsində, Pir Eyvaz qəbiristanlığının şimal tərəfində yerləşən tarixi-memarlıq abidəsi. Pir Eyvaz daşıdığı tituldan (pir) göründüyü kimi məşhur sufi şeyxi olmuş Ordubad şəhərində Bəktaşi xanəgahı yanında dəfn olunmuş, qəbirin üstündə türbə inşa edilmişdir. Qəbirin üstündə sementlə bir-birinə bərkidilmiş mərmər baş daşı parçalarının üzərində olan kitabə qalıqlarında sufiliklə bağlı bəzi terminlər həkk edilmişdir. Türbənincənubundakı Pir Eyvaz qəbiristanlığı bu qəbirin xatirəsinə keçirilən dəfn mərasimləri hesabına yaranmışdır. XVI əsrə aiddir. XX yüzilliyin 80-ci illərində dağıdılmışdır. == Mənbə == Naxçıvan abidələri ensiklopediyası. Naxçıvan: AMEA Naxçıvan bölməsi, 2008, səh.90.
Eyvaz İbrahimov
Eyvaz Əlləzoğlu
Eyvaz Əlləzoğlu (Həsənov Eyvaz Əlləz oğlu; 1956, Muğanlı[d], Qardabani rayonu – 26 fevral 2011) — Azərbaycan yazıçısı. == Həyatı == Eyvaz Əlləzoğlu 1956-cı ildə Gürcüstan Respublikasının Qardabani (tarixi adı Qarayazı) rayonunun Muğanlı kəndində anadan olmuş, Tbilisi Pedaqoji İnistitutunun filologiya fakültəsini bitirmişdir. 1980-ci ildən dövrü mətbuatda hekayələri və publisisstik yazıları ilə çıxış edir. 26 fevral 2011-ci ildə vəfat edib. == Fəaliyyəti == Ali təhsilini başa vurduqdan sonra Kosalı kənd orta məktəbində gürcü dili müəllimi, "Samqor" qəzetində korrektor kimi fəaliyyət göstərmiş, "Gürcüstan", "Borçalının səsi", "Ekspress" və "Xəzər" mətbu orqanlarında əməkdaşlıq etmişdir. Publisistik fəaliyyəti dönəmində "Olaylar", "Borçalının səsi", "Ekspress" və digər qəzetlərlə Gürcüstanın siyasi həyatı ilə bağlı analtik yazılar yazmışdır. 1993-1996-cı illər ərzində Prezident Aparatının Milli Siyasət şöbəsində məsləhətçi, 1996-1998-ci illərdə Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyində ikinci katib kimi fəaliyyət göstərmişdir. Ssenarisi əsasında "Ov" cizgi filmi ekranlaşdırılmışdır. Gürcü dilindən Qoderzi Çoxelinin, Revaz İnanişvilinin, Naira Gelaşvilinin və digər müasir gürcü yazıçılarının əsərlərini dilimizə çevirmişdir. "Əli və Nino" kitab mağazasının təşkil etdiyi Milli Kitab Mükafatında xüsusi mükafatla təltif olunmuşdur.
Yetim Eyvaz
Yetim Eyvaz (tam adı Eyvaz Qurbanov; 26 fevral 1952, Qalaaltı, Siyəzən rayonu – 23 iyul 2017, Qalaaltı, Siyəzən rayonu) — Azərbaycanlı şair. Eyvaz Qurbanov 26 fevral 1952-ci ildə Şabran rayonunda anadan olmuşdur. Siyəzən şəhər Cəfər Cabbarlı adına 1 nömrəli məktəbdə oxuyub. 10 ildən sonra hərbi xidmətə gedib. 21 il sürücü işləyib. 1996-cı ilə kimi çox yaxşı yaşayıb, amma 1996–2006-cı illərdə pul qazanmaq üçün hər əziyyətə qatlaşıb. Odun doğrayıb satıb, sürücülük edirdi. 2006-cı ildə Youtube-da "Yaz yağışı" şeiri ilə populyarlıq qazanıb. Şeir yazmağa 15 yaşında başlamışdır. Öz dediyinə görə, bu günə qədər 2423 şeir yazmışdı, Ümumiyyətlə, onun yazdığı və toylarda söylədiyi musiqili şeirlər böyük şöhrət qazanmış və onu xalqa sevdirmişdi.
Eyva Maks
Amanda Eyva Koci (16 fevral 1994, Miluoki, Viskonsin) — Eyva Maks kimi tanınan amerikan-alban musiqiçi və müğənni-mahnı müəllifi. 2020-ci ilin sentyabrında Böyük Britaniya Albomları Chart -da ikinci, ABŞ Billboard 200 -də isə 27-ci yerdə qərarlaşan Heaven and Hell (Cənnət və Cəhənnəm) adlı debüt studiya albomu çıxardı. 2023-cü ilin yanvarında musiqiçinin ikinci debüt studiya albomu Diamonds and Dancefloors (Almazlar və Rəqs zalları) çıxdı. == Həyatı və musiqiçinin karyerası == === 1994-2012: Erkən illəri === Amanda Koçi kimi doğulan musiqiçi 16 fevral 1994-cü ildə Miluoki, Viskonsində dünyaya gəlmişdir. Maksın valideynləri albandırlar. Maksın özündən 7 yaş böyük qardaşı da var. Maks uşağlıq dövrü boyunca ailəsinin pul qazanmaqla bağlı olan çətinliklərini görmüşdür. Onun valideynləri ingilis dili bilmədiklərinə baxmayaraq, 3 işdə birdən işləməyə çalışırdılar. Maksın anası opera müğənnisi, atası isə pianoçudur. Maks ailəsi ilə birlikdə 8 yaşında olanda Virciniyaya köçmüşdür.
EDVAC
EDVAC (ing. Electronic Discrete Variable Automatic Computer) — ilk elektronik kompüterlərdən biridir. EDVAC-ı ENIAC-dan ayıran xüsusiyyət, onlu sistem deyil ikili say sistemindən istifadə etməsidir. == Layihənin Qaynağı və Planları == EDVAC-ın layihəsi ENIAC-in istifadəyə hazırlanmasından əvvəl hazırlanmışdı. EDVAC'ın layihəsi, ENIAC-in layihəsi əsnasında ortaya çıxan problemlərin çoxunu həll etməyə istiqamətli idi. ENIAC kimi EDVAC da Pennsylvania Universiteti tərəfindən Aberdeen İsbat Mərkəzinin (Aberdeen PROVING GROUND) Amerikan Hərbi Balistik Araşdırma Laboratoriyası (US Army'S BALLISTICS Research Laboratory) üçün istehsal edilmişdir. ENIAC-in layihəsi J.Presper Eckert, John William Mauchly, John von Neumann və digər bir neçə elm adamı tərəfindən hazırlanmışdır və yeni layihə isə John von Neumann tərəfindən 1945-ci ildə EDVAC-ın üzərinə tətbiq edilmişdir. Yeni kompüterin istehsalı üçün olan müqavilə, 1946-cı ilin Aprel ayında 100.000 dollarlıq başlanğıc büdcəsiylə imzalanmışdır və müqavilədə cihazın adı Electronic Discrete Variable Automatic Computer (EDVAC) olaraq qeyd edilmişdir. İstehsalda əsas problem etibarlılığı və xərci arasındakı tarazlıq idi. EDVAC-ın büdcəsi, ENIAC-a bənzər olaraq təxminən 500.000 dollar idi.
Eyham
Eyham — kinayə məqsədilə işlənən ikibaşlı söz, incə işarə. Cəlil Məmmədquluzadənin "Ölülər" əsərində İsgəndərin, Cəfər Cabbarlının "Sevil"ində Gülüşün dilində dəfələrlə belə eyhamlar işlənmişdir.
Eysay
Eysay (栄西, 15 dekabr 1141, Kaya rayonu[d] – 1 avqust 1215, Kennin məbədi[d]) – yapon buddist keşişi. Zed buddizminin Rinzay sektasını Yaponiyaya gətirmişdir və onun sayəsində Zen buddizmin müstəqil məktəbi kimi tanınmışdır. Eysay Yaponiyada çayçılığı populyarlaşdıran şəxs kimi də tanınır. == Həyatı == === Zen buddizmi === Yaponiyada "kokuşi" (milli müəllim) titulu ilə tanınan Eysay Okayama bölgəsində yaşayan Şinto rahiblərinin ailəsində anadan olmuşdur. Dövrün bir çox rahibi kimi o da Hiei dağında yerləşən Tenday mərkəzində təhsil almışdır. 1168-ci ildə ilk dəfə Çinə səyahət edərək Zen mərkəzlərini ziyarət etmişdir. Gördüklərindən təsirlənən Eysay Zen sektasının Yaponiyada buddizm inancına canlanma gətirəcəyini düşünmüşdür. 1187-ci ildə qitəyə səyahət edərək buddizmin Hindistandakı köklərini araşdırmaq istəmiş, lakin ona Çin sərhədlərini keçməyə icazə verilməmişdir. 1191-ci ilə kimi Çində qalaraq orda buddizmin Rinzay sektasını öyrənmişdir. Yaponiyaya qayıtdıqdan sonra Kyuşu adasında ilk Rinzay məbədi olan Şofuku məbədini tikdirmişdir.
Eyvan (memarlıq elementi)
Eyvan (Farsca: ایوان eyvān, ərəbcə: إيوان Iwan) üzəri daha çox tağlarla örtülmüş; Üç tərəfi bağlı, bir tərəfi tam açıq olan bir memarlıq elementidir. Eyvana İran memarlığında, Səlcuq və Osmanlı memarlığında tez-tez rast gəlinir.
Eyvaz Qurbanov (şair)
Yetim Eyvaz (tam adı Eyvaz Qurbanov; 26 fevral 1952, Qalaaltı, Siyəzən rayonu – 23 iyul 2017, Qalaaltı, Siyəzən rayonu) — Azərbaycanlı şair. == Həyatı == Eyvaz Qurbanov 26 fevral 1952-ci ildə Şabran rayonunda anadan olmuşdur. Siyəzən şəhər Cəfər Cabbarlı adına 1 nömrəli məktəbdə oxuyub. 10 ildən sonra hərbi xidmətə gedib. 21 il sürücü işləyib. 1996-cı ilə kimi çox yaxşı yaşayıb, amma 1996–2006-cı illərdə pul qazanmaq üçün hər əziyyətə qatlaşıb. Odun doğrayıb satıb, sürücülük edirdi. 2006-cı ildə Youtube-da "Yaz yağışı" şeiri ilə populyarlıq qazanıb. Şeir yazmağa 15 yaşında başlamışdır. Öz dediyinə görə, bu günə qədər 2423 şeir yazmışdı, Ümumiyyətlə, onun yazdığı və toylarda söylədiyi musiqili şeirlər böyük şöhrət qazanmış və onu xalqa sevdirmişdi.
Ərvah Səbzəvar dərəsi
Ərvah Səbzəvar dərəsi (fars. دره ارواح سبزوار‎) — İranda dərə. Dərə Çah Suxtə kəndindən 3 kilometr (1.9 mil) cənub-qərbdə və Səbzəvardan 55 kilometr (34 mil) cənubda yerləşir. Geoloji cəhətdən bu vadidə Dördüncü dövr çöküntüləri ilə mergel və konqlomeratın növbələşməsi burada müəyyən formasiyaların yaranmasına səbəb olmuşdur. Vadidə mövsümi şəlalələr mövcuddur. Vadinin ucunun bir hissəsində vadi o qədər dar və dəhşətli olur ki, bəzən iki nəfər o hissədən keçə bilmir. Ərvah Səbzəvar dərəsində maral kimi heyvanlar yaşayır. Bundan əlavə, dərədə su eroziyasının nəticəsində daş sütunlar yaranmışdır.