Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Gəvən
Gəvən (lat. Astragalus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi.
Fars gəvəni
Fars gəvəni (lat. Astragalus persicus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. == Təbii yayılması == İlk dəfə Azərbaycanın Zuvand dağlarında təsvir edilmişdir. == Botaniki təsviri == 25 sm hündürlükdə, tikanlı, gümüşü, yumşaq tüklü, yarpağını tökən kolcuqdur. 5-6 cüt ellipsvari, 16 mm-ə qədər uzunluqda, ucu nazik, tikansız yarpaqcıqlıdır. İyulda çiçəkləyir. Çiçəkaltlığı enli və qısa, azca şişdir. Bəzək bitkisi kimi daşlı yamacların örtülməsində istifadə edilə bilər. Bir növ müxtəlifliyi məlumdur: Rapherrianus (Fisch.) Boiss. == Ekologiyası == Dağlıq sahələrdə, quru, daşlı yamaclarda bitir.
Fyodorov gəvəni
Göl gəvəni
Göl gəvəni (lat. Astragalus uraniolimneus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. == Təbii yayılması == Avstraliyada, o cümlədən Qafqazda təbii halda bitir. == Botaniki təsviri == 7-25 sm hündürlükdə, qısa budaqlı, yarpağını tökən koldur. Yarpağı 5-6 cüt, ucu şiş, hər iki tərəfdən ağ, ipək tüklü, 5-10 sm uzunluqdadır. Çiçək oxu yarpağa bərabər, yaxud onlardan uzundur. Çiçək qrupu yumurtavari, şaraoxşar, çılpaqdır. Meyvəsi sıx tüklüdür. İyunda çiçəkləyir, meyvəsi iyul və avqustda yetişir. == Ekologiyası == Dağların yuxarı qurşaqlarında, quru, daşlı yamaclarda yayılmışdır.
Gəşəng qayışləçək
Qəşəng qayışləçək (lat. Himantoglossum formosum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin qayışləçək cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir –EN A2acd + 3bc; C1. Bitki aləmində nadir, relikt Qafqaz üçün endemik növdür. Cinsi formalaşmasında mərkəzi rol oynayan növdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Gövdəsi 30-70 sm hündürlükdədir. Aşağı hissədən uzunsov-neştərşəkilli, küt-itiləşmiş yarpaqlıdır. Çiçəkqrupu salxıma bənzərdir, seyrək, çoxçiçəklidir, 30 sm uzunluqğunadır. Çiçəkləri fır-fır, yana əyilmiş, 12-25 ədəddir.
Hirkan gəvəni
Hirkan gəvəni (lat. Astragalus hyrcanus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. == Təbii yayılması == İlk dəfə Dağıstanın Dərbənd şəhəri ətrafında təsvir еdilmişdir. == Botaniki təsviri == 50-90 sm hündürlükdə, çox budaqlı, yarpağını tökən yarımkoldur. Gövdəsinin aşağı hissəsi ağaclaşmış, üzəri çökək, ağ tüklüdür. Yarpağı 4-6 cüt, еnsiz, xətvari, yaxud uzunsov-еllipsvari, 5-15 mm еnində, yuxarısı nisbətən az, aşağısı sıx, ağ tüklüdür. Paxlasının uzunluğu 7 sm-ə, еni isə 1-2 mm-ə çatır, ucu bizvari əyilmiş, üzəri yumşaq, еllips formalı, hər iki ucdan nazikdir. Saplağı 1–2 mm uzunluqda, ağ tüklüdür. Yabanı şəraitdə iyul-avqustda çiçəkləyir. Mеyvəsi avqust-sеntyabrda yetişir.
Hohenager gəvəni
Hohenager gəvəni (lat. Astragalus hohenackeri) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. == Təbii yayılması == İlk dəfə Azərbaycanın Zuvand sahəsində təsvir еdilmişdir. Şimali və Qərbi İranda yayılmışdır. == Botaniki təsviri == 9-25 sm hündürlükdə, yastıqvari, budaqları qısa tikanlı, yarpağını tökən kolcuqdur. Yarpaqları 5-7 cüt, xətvari-neştərşəkilli olub, 6 mm uzunluqdadır. İyun ayında çiçəkləyir. == Ekologiyası == Quru, daşlı yamaclarda bitir. İstiyə, quraqlığa davamlıdır. == Azərbaycanda yayılması == Lənkəranın Diabar sahəsində rast gəlinir.
Hüseynov gəvəni
Hüseynov gəvəni (lat. Astragalus husseinovii) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. == Təbii yayılması == Qafqazda yayılmışdır. == Botaniki təsviri == Təbiətdə 35–45 sm hündürlüyünə boy verən kolcuqdur. Yarpaqları 4–5 cüt dar-xətvarı yarpaqcıqlardan təşkil olunmuşdur. Paxlasının saplağı 3 mm uzunluqda olub yatıq ağ parlaq tüklüdür. Paxlasının uzunluğu 3,5 sm eni isə 3–4 mm ola bilir. May ayında çiçəkləyir, iyul-avqust ayları arasında meyvə verir. == Ekologiyası == Daşlı yamaclarda daha çox rast gəlinir. Təbiətdə toxum vasitəsilə çoxalır.
Jukunda gəvəni
Şax astrakanta (lat. Astracantha jucunda) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin astrakanta cinsinə aid bitki növü. == Təbii yayılması == Azərbaycanda Kiçik Qafqazda, Naxçıvan dağlarının orta qurşaq sahələrində yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 5-15 sm-ə çatan, yarpağını tökən kolcuqdur. Nazik budaqların diametri 5–15 mm-ə qədər olub, tikanlarla örtülü, yerə sərilmişdir. Yarpaqcıqları 7-8 cüt, uzunsov, dağınıq, kirpikvarı tüklüdür. Çiçəkləri sarı, şarvari, başcıq çiçək qrupundadır. İyul ayında çiçəkləyir. Paxlası uzunsov-yumurtavari, bir qədər yumşaq tüklüdür. Meyvələri avqust ayında yetişir.
Karakalin gəvəni
Lusiya gəvəni
Astragalus cornutus (lat. Astragalus cornutus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. == Təbii yayılması == Böyük Qafqaz sıra dağlarının aşağı və orta dağ qurşaqlarında, Kiçik Qafqazda, Naxçıvanda kolluqlarda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 25–70 sm-ə çatan kolcuqdur. Zoğları ağ, sıx tüklüdür. Yarpaqları 5–6 (8) ədəd, cüt, ensiz-xətvari, ellipsvari, yaxud uzun, neştərvari olub, 2 sm uzunluğunda, 4 mm enində, ağ tüklüdür. Çiçək oxu yarpaqdan azca uzun, xırda, sıx, qara tüklüdür. Paxlası qısa, düz yönəlmiş, neştərvari, uzunsov, 2 sm uzunluqda və 4 mm enində, ağ tüklü, iki yuvalıdır. May-iyun aylarında çiçəkləyir, meyvəsi iyulda yetişir. Təbiətdə toxum vasitəsilə çoxalır.
Monqol gəvəni
Monqol gəvəni (lat. Astragalus mongholicus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. Astragalus membranaceus var. mongholicus (Bunge) P.K.Hsiao Astragalus penduliflorus var. mongholicus (Bunge) X.Y.Zhu Phaca macrostachys Turcz. Tragacantha mongholica (Bunge) Kuntze Astragalus borealimongolicus Y.Z.Zhao Astragalus membranaceus Fisch. ex Bunge Astragalus membranaceus var. mandshuricus Nakai Astragalus membranaceus f. propinquus (Schischk.) Kitag. Astragalus mongholicus var.
Mərəzə gəvəni
Qılıncvari gəvən (lat. Astragalus xiphidium) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. Kiçik Qafqaz dağlarında yayılmışdır. 30-50 sm hündürlükdə yarımkoldur. Yerüstü hissəsi oduncaqlaşmışdır. Bitkinin üzəri çökük, ağ və ya boz tüklüdür. Bütün bitki yerə sərilmiş halda, ağ, yaxud boz tüklü, 3-5 cüt dar, xətvari, ucu küt, 10–14 mm uzunluqda, 1–2 mm enində yarpaqcıqları vardır. Paxlası qısayarpaqlı, adətən horizontal vəziyyətdə, xətvari, bizvari, 3-5 sm uzunluqda və 3 mm enində olub, üzəri tüklə örtülmüşdür. Yabanı halda mayda çiçəkləyir, meyvəsi iyun-iyulda yetişir. Toxum vasitəsi ilə çoxalır.
Prilipko gəvəni
Prilipko gəvəni (lat. Astragalus prilipkoanus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" — VU C2a(i). Azərbaycanın nadir, Qafqazın endemik növüdür. Regional IUCN Statusu EN B2ab (v). 15-40 sm hündürlükdə, çoxillik bitkidir. Yarpaqcıqlar 8-12 cüt, dəyirmi-yumurtaşəkillidir, 5-20 mm uzunluğunda, 3-8 mm enindədir. Kasacıq boruvaridir. Tac bozumtul bənövşəyi rəngdə, 20-22 mm uzunluqdadır. Yumurtalıq tüklüdür.
Qarabağ gəvəni
Quba gəvəni
Quba gəvəni (lat. Astragalus kubensis) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" – VU D2. Azərbaycanın nadir, prioritet endemikidir. Regional IUCN statusu - VU D2. 5-7 sm hündürlükdə, çoxillik ot bitkisidir. Yarpaqlar 8-12 cüt xırda, uzunsov-yumurtavari, küt, zəif xovlu (tüklü) yarpaqcıqlıdır. Çiçəklər oturan, sıx 5-15 çiçəkli salxım qrupundadır. Kasacıq borucuqlu, qaratüklü, dişilidir; dişləri borucuqdan nisbətən 3-4 dəfə qısadır. Tac parlaq, bənövşəyi-göy, uzunsov bayraqlıdır.
Qüdrət gəvəni
Azərbaycan Nazçıvan MR-də rast gəlinir. Azərbaycanın nadir və nəsli kəsilməkdə olan bitkisidir. CR B1ab(ı, ıı, ııı,)+2ab(ı, ıı, ııı). Naxçıvanda yuxarı dağ qurşağında yayılmışdır. Azərbaycanda təbii ehtiyatı azdır. Təbiətdə hündürlüyü 25–30 sm-ə qədər olan tikanlı koldur. Tikanları dağınıq, 2–3 sm uzunluqda, bənövşə rəngli, düz möhkəm tüklə örtülüdür. Yarpağı 7 cüt, düz, lansetvarı, ucları şiş, 1 sm uzunluqda olub, yaşıl, boz tüklüdür. Yarpaqaltlıqları enli yumurtavarı, qısa tüklü, 8 mm uzunluqdadır. Yarpaq qoltuğunda əmələ gələn 2 çiçək 1–2 sm uzunluqda sünbülvarı çiçək qrupu əmələ gətirir.
Andrey gəvəni
Andrey gəvəni (lat. Astragalus andreji) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. == Təbii yayılması == Andrey gəvəni Azərbaycanın endemik bitkisidir. İlk dəfə Bozdağ sahəsində 1953-cü ildə təsvir edilmişdir. == Botaniki təsviri == 80-150 sm hündürlükdə, budaqları şaxəli, uzun və möhkəm tikanlıdır. Yarpağı 2-3,5 sm uzunluqda, 4-6 cüt ellipsvari və neştərvari formalı, yarpağını tökən koldur. Yumurtavari yarpaq altlıqlarının ucu neştərvari, 5–6 mm uzunluğunda, ağ tüklüdür. Tədricən tamamilə çılpaqlaşır və sarımtıl rəngdə olur. Çiçək altlıqları kasacığa bərabərdir. Yarpaqların qoltuğundan çıxan 2-3 ədəd çiçəkləri 2-9 sm uzunluqda sünbülvari çiçək qrupu əmələ gətirir.
Terek gəvəni
Vedi gəvəni
Vedi gəvəni (lat. Astragalus polyanthus subsp. vedicus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinin astragalus polyanthus növünə aid bitki yarımnövü. Cənubi Zaqafqaziya endemidir. Qafqazda, Azərbaycanda təbii halda yayılmışdır. Hündürlüyü 10-35 sm, düz, yuxarı qalxan budaqlı, zəif şaxələnmiş, yarpağını tökən kolcuqdur. Yarpağı cüt, nazik, narıncı-qırmızı, ucu biz, ətli, uzunluğu 4-6 sm, tükcüklü, ellipsvaridir. Yarpaqaltlıqları neştərvari, kənarı kirpikli. 6-12 cüt ellipsvari yarpaqcıqlardan ibarətdir. Çiçəkləri yarpaqcıqların qoltuğunda 5-10-u bir yerdə yerləşib, diametri 2-3 sm, şarşəkilli çiçək qrupu əmələ gətirir.
Xəzər gəvəni
Qafqaz, Rusiya (Dağıstan),Türkiyə və İran ərazi-lərində təbii arealı vardır. Talış dağlarının ən yüksək alp çəmənliklərində quru daşlı yamaclarda yayılmışdır. Nadir və nəsli kəsilməkdə olan bitki növüdür. CR B1ab(ı,ıı,ııı,ıv,v). Daşlı, qumlu, gilli yerlərdə rast gəlinir. Azdır. Yarpağını tökən 30 sm hündürlükdə xırda koldur. Yarpaqları və budaqları 4 sm qədər uzunluqda qalın tikalıdır. Tikanlarının ucu şişdir. Yarpaqları yumurtavarı lansetşəkilli qısa tüklü kənarları kirpikvarı-dır.
Zəngilan gəvəni
Astragalus rostratus (lat. Astragalus rostratus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu: "Məlumat azlığı" – DD. Qafqazın endemik növüdür. Kiçik Qafqazın cənub sahəsi (Yuxarı Qarabağ, Zəngilan rayonu – Pirçevan kəndinin ətrafında). 16 sm-dək hündürlükdə, çoxillik ot bitkisidir. Yarpaqcıqlar 7-11 cüt, sivriləşmiş, 13 mm-dək uzunluqda, 1-1,5 mm enində, üst hissədə zəif, aşağı hissədə isə sıx sıxışdırılmış boz-tükcüklüdür. Salxım çiçək qrupu boş, 6-12 çiçəklidir. Kasacıq sıxışdırılmış ağımtıl və qara tükcüklü; dişlər bizvari; 2-3 dəfə borucuqdan qısadır. Paxlalar düz, silindrik, 4,5-6 sm uzunluğunda, nazik, 10 mm-dək uzunluqda buruncuqludur. Çiçəkləmə-meyvə əmələgətirmə dövrü may-iyun-iyul aylarına təsadüf edir.
Çin gəvəni
Çin gəvəni (lat. Astragalus chinensis) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. Tragacantha chinensis (L.f.) Kuntze Glycyrrhiza costulata Hand.-Mazz.
Şahənd gəvəni
Şahənd gəvəni (lat. Astragalus sahendi) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. İlk dəfə İranın Şahənd dağında təsvir edilmişdir. Yerəyatan, sıx budaqlı yarımkoldur. İllik budaqları sarımtıldır. Yarpaq oxu tikanlıdır. Yarpaqları 5-7 cüt, dəyirmi və uzunsov, yarpaqcıqları 8 mm-ə qədər uzunluqdadır. Paxlası 1 sm, uzunsov, biryuvalıdır. May ayında çiçəkləyir, meyvəsi iyunda yetişir. Orta dağ qurşağında, quru və çılpaq yamaclarda bitir.
Naxçıvan gəvəni
Astragalus caraganae (lat. Astragalus caraganae) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Kritik təhlükə həddində olanlar" – CR B1ab (i, ii, iii)c(i)+2ab(i, ii, iii)c(i). Azərbaycanın nadir, endemik növüdür. Regional IUCN Statusu — CR B1ab (i, ii, iii)c(i)+2ab(i, ii, iii)c(i). Çoxsaylı düzduran gövdəli, 20–50 sm hündürlükdə, çoxillik bitkidir. Yarpaqcıqları 16–27 cütdür, uzunsov-ovalvaridir, üzəri çılpaq, alt hissəsi sıx məxməri tükcüklüdür. Yumurtalığı uzunsov, ayaqcıqlıdır. Salxımı qısa, 4–6 seyrək çiçəklidir. Paxlası düzdür, seyrək tükcüklü, buruncuqlu və ikiyuvalıdır.
Qəşəng alma
Qəşəng alma (lat. Malus spectabilis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin alma cinsinə aid bitki növü. Qəşəng alma dekorativ bitki kimi Yaponiya və Çində çox qədimdən becərilir. Hündürlüyü 8-9 m-ə çatan ağacdır. Budaqları qırmızımtıl-qəhvəyidir. Yarpaqları enli yumurtaşəkilli, oval və ya uzunsov-yumurtaşəkillidir, ucu sivriləşmişdir, göyümtül-yaşıl rəngdədir, əsası enli pazşəkillidir, kənarı xırda mişardişlidir. Yarpağın uzunluğu 8 sm-dir. Vegetasiya dövrü aprelin axırından sentyabrın əvvəllərinə qədər davam edir. May-iyun aylarında çiçəkləyir. Çiçəkləri ağımtıl-çəhrayı və ya açıq-qırmızıdır, 5-8 ədədi çətir çiçək qrupuna yığılmışdır.
Qəşəng böcək
Qəşəng böcək (lat. Calosoma sycophanta) — sərtqanadlılar dəstəsinə, karabidlər fəsiləsinə aid növ. Təhlükə həddinə yaxınlaşır, yaxın gələcəkdə təhlükəli vəziyyətə düşə bilər. Azsaylı növdür. Böcəyin bədənin uzunluğu 21 – 35 mm-dir; qanadüstlükləri qızılı yaşıl rəngdə olub metal parıltısına malikdir. Bığcıqları, ağız orqanlar, baldırları və pəncərələri qara rəngdə olub parlaqdır; ətrafları nadir hallarda qırmızımtıl rəngdə ola bilər. Avropa, Asiya və Qafqaz meşələrində yayılmışlar. Azərbaycanda düzən və dağətəyi meşə sahələrində rast gəlinir. 2000-ci ildə İ.Q.Kərimova tərəfindən Şabran rayonunda 1 fərd, 2004-cü ildə İ.A.Nuriyeva tərəfindən Şabran rayonunda 15 fərd, 2012-ci ildə 1 fərd qeydə alınmışdır. Tək ipəksarıyanın kütləvi artdığı illərdə böcəyin sayında da yüksəliş nəzərə çarpır.
Qəşəng deysiya
Qəşəng deysiya (lat. Deutzia gracilis) — hortenziyakimilər fəsiləsinin deysiya cinsinə aid bitki növü. Yabanı halda Yaponiyada dağlıq ərazidə bitir. Hündürlüyü 40-80 sm-ə çatan koldur. Qarşı-qarşıya yarpaqları uzunsov-neştərvari, kənarları dişli, bir az sallaq, uzunluğu 6 sm-dir. Çiçəkləri ağdır. Uzunluğu 9 sm-ə qədər olan salxımşəkilli çiçək qrupuna 50-yə qədər çiçək yığılmışdır. Kasayarpaqları 5 ədəd, üçbucaqlı və ya xətvari, meyvə ilə qalan və ya töküləndir. Xaricdən çox vaxt ulduz formalı, tüklüdür. Ləçəkləri 5 ədəd, ağ, nadir hallarda narıncı və ya qırmızımtıl-qonur rəngdədir.
Qəşəng durna
Qəşəng durna (lat. Anthropoides) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin durnakimilər dəstəsinin durnalar fəsiləsinə aid heyvan cinsi. Hazırda 2 növə ayrılır: Adi qəşəng durna (Anthropoides virgo) — durnaların ən kiçik növü olub, Asiya, Avropa və Şimali Afrikanın geniş ərazilərində yaşayır. Afrika qəşəng durnası (Anthropoides paradisea) — Cənubi Afrika Respublikası və Namibiyada yaşayır.
Qəşəng ilansoğanı
Qəşəng ilansoğanı (lat. Muscari elegantulum), hiasintkimilər (Hyacinthaceae) fəsiləsindən bitki növü. Nadir, məhdud areallı endemik hirkan növüdür. 2 yerdə olması məlumdur: Lerik rayonunun Orand və Şinabad kəndləri ətrafında Sibardu və Talış dağlarında. Orta dağlıq qurşağın stepli yamaclarında tək-tək rast gəlinir. Toxumla və vegetativ yolla çoxalır. Mal-qara otarılması, ot çalınması. Azərbaycanın Botanika İnstitutunun Botanika bağında becərilir. Mühafizəsi üçün xüsusi tədbirlər hazırlanmamışdır.
Qəşəng qayışləcək
Qəşəng qayışləçək (lat. Himantoglossum formosum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin qayışləçək cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir –EN A2acd + 3bc; C1. Bitki aləmində nadir, relikt Qafqaz üçün endemik növdür. Cinsi formalaşmasında mərkəzi rol oynayan növdür. Çoxillik ot bitkisidir. Gövdəsi 30-70 sm hündürlükdədir. Aşağı hissədən uzunsov-neştərşəkilli, küt-itiləşmiş yarpaqlıdır. Çiçəkqrupu salxıma bənzərdir, seyrək, çoxçiçəklidir, 30 sm uzunluqğunadır. Çiçəkləri fır-fır, yana əyilmiş, 12-25 ədəddir.
Qəşəng qızılçətir
Qəşəng qızılçətir (lat. Centaurium pulchellum) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin acıçiçəkkimilər fəsiləsinin qızılçətir cinsinə aid bitki növü.
Qəşəng süsən
Qəşəng süsən (lat. Iris elegantissima) — süsənkimilər (Iridaceae) fəsiləsindən bitki növü. Elmi adı - Iris elegantissima D. Sosn. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir –VU D2. Azərbaycanın nadir növüdür. Çoxillik ot bitkisidir. Kökümsovu qısa, sürünən, gövdə 20 sm hündürlükdədir, 1 iri təpə çiçəyi var. Yarpaqları boz-göyümtül, dar-xətvari, bəzən oraqvari əyilmiş, gövdədən qısadır. Təpə yarpaqları otşəkilli-pərdəlidir, gövdədən qısadır. Çiçəkyanlığının borucuğu uzun, silindrvaridir.