Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İrgiz çayı
İrgiz çayı — Qazaxıstanın Aktübinsk vilayətində çay. İrgiz Turqay çayının sağ qoludur. Uzunluğu 593 km-dir.Muqocar dağlarının şimal yamaclarından öz mənbəyini götürür. Əsasən qar suyu ilə qidalanır.
Seyithan İzsiz
Seyithan İzsiz (1976, Çatağ[d], Van ili) — iş adamı və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının müstəqil deputatı. Seyithan İzsiz 1976-cı ildə Van ilinin Çatağ ilçəsində anadan olub. İstanbul Universiteti İqtisadiyyat və İdarəetmə Bölməsindən məzun olub. İstanbul Gelişim Universitetində siyasi elmlər üzrə magistr dərəcəsi alıb. Uzun illər iş adamı olaraq çalışıb. Van Federasiyasının prezidenti, Bəylikdüzüdə Könüllülər Vəqfinin qurucu prezidenti və İstanbul Şərqi — Cənub-Şərqi Üst Çatı Platformasının qurucu üzvü olub. Həmçinin İstanbul Ticarət Palatasının Şura üzvü və Komitə sədrinin müavini vəzifələrində çalışıb. Siyasi fəaliyyəti ərzində AK Partiya və İYİ Partiyanın üzvü olub. 2014-cü ildə İstanbul BB Məclis üzvü seçilib. 2023-cü ildə İYİ Partiyanın namizədi olaraq İstanbul ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib.
Dünya irsi
Dünya Mədəniyyət Mirasları siyahısı – UNESCO-nun Dünya mirasları Komitəsi tərəfindən təyin olunmuş və yerləşdikləri ölkənin dövlət orqanları tərəfindən qorunması zəmanət edilmiş, bütün dünya üçün əhəmiyyətli bir dəyər daşıdığı qəbul edilən təbii və mədəni abidələrin siyahısıdır. Dünya Mədəniyyət Mirasları siyahısının yaradılmasında məqsəd, bütün insanlara məxsus olan dəyərlərin qorunmasında beynəlxalq əməkdaşlığı həyata keçirməkdir. Nizamlı olaraq yenilənən siyahıya 2004 ildən etibarilə 134 ölkəyə aid 788 abidə daxil edilmişdir. Bunların 617-si mədəni, 154-ü təbii, 23-ü isə mədəni və təbii abidələrdir. 1972-ci ildə UNESCO 38 maddədən ibarət qətnaməni qəbul etdi.Qətnamədə hamı tərəfindən ümumdünya irsinin bir nəfər kimi qorumalı olduğu qeyd edilirdi. Qətnaməyə 175 dövlət qoşulmuşdur.Bunlardan 21 dövlət Ümumdünya irsinin idarə heyətinin üzvüdür. == Ümumdünya irsinin loqosu == Ümumdünya irsi dünyada olan nadir abidə və təbii qoruqların qorunması ilə məşğul olur. Bu idea Ümumdünya irsinin rəsmi loqosundada əks olunmuşdur. Bu loqo, Belçikalı Karikatura ustası Michel Olyff tərəfindən yaradılmış və 1998-ci ildən etibarən, rəsmi loqo olaraq istifadə edilir .Loqonun icərsində olan kvadrat insanın həyatda nələrə nail ola biləcəyni, onun ətrafında olan dairə isə təbiətin insana verdiyi gözəlliyi ifadə edir. Loqonun dairəvi formada olması, həm də bütün dünyada olan irsin qorunması deməkdir.
Ümumdünya irsi
Dünya Mədəniyyət Mirasları siyahısı – UNESCO-nun Dünya mirasları Komitəsi tərəfindən təyin olunmuş və yerləşdikləri ölkənin dövlət orqanları tərəfindən qorunması zəmanət edilmiş, bütün dünya üçün əhəmiyyətli bir dəyər daşıdığı qəbul edilən təbii və mədəni abidələrin siyahısıdır. Dünya Mədəniyyət Mirasları siyahısının yaradılmasında məqsəd, bütün insanlara məxsus olan dəyərlərin qorunmasında beynəlxalq əməkdaşlığı həyata keçirməkdir. Nizamlı olaraq yenilənən siyahıya 2004 ildən etibarilə 134 ölkəyə aid 788 abidə daxil edilmişdir. Bunların 617-si mədəni, 154-ü təbii, 23-ü isə mədəni və təbii abidələrdir. 1972-ci ildə UNESCO 38 maddədən ibarət qətnaməni qəbul etdi.Qətnamədə hamı tərəfindən ümumdünya irsinin bir nəfər kimi qorumalı olduğu qeyd edilirdi. Qətnaməyə 175 dövlət qoşulmuşdur.Bunlardan 21 dövlət Ümumdünya irsinin idarə heyətinin üzvüdür. Ümumdünya irsi dünyada olan nadir abidə və təbii qoruqların qorunması ilə məşğul olur. Bu idea Ümumdünya irsinin rəsmi loqosundada əks olunmuşdur. Bu loqo, Belçikalı Karikatura ustası Michel Olyff tərəfindən yaradılmış və 1998-ci ildən etibarən, rəsmi loqo olaraq istifadə edilir .Loqonun icərsində olan kvadrat insanın həyatda nələrə nail ola biləcəyni, onun ətrafında olan dairə isə təbiətin insana verdiyi gözəlliyi ifadə edir. Loqonun dairəvi formada olması, həm də bütün dünyada olan irsin qorunması deməkdir.
İrsi hemoxromatoz
İrsi hemoxromatoz - Sinonimlər: Bürünc diabet, birincili hemoxromatoz. İrsi hemoxromatoz (İHX) – genetik defekt nəticəsində dəmirin mədə-bağırsaq traktında sorulmasının artması və onun orqanizmin toxumalarında toplanması ilə müşayiət olunan ağır, çoxsistemli xəstəlikdir. İnsan orqanizmində dəmir artığının ifraz olunmasının xüsusi mexanizmi olmadığından bu hal, bir qayda olaraq, qaraciyərin, mədəaltı vəzin, ürəyin, hipofizin funksiyasının pozulmasına səbəb olur. İHX “dəmirin izafi yüklənməsi” (DİY) nozoloji qrupuna daxildir. Bu xəstəliklərin əsas klinik təzahürləri ümumi patogenetik mexanizmlə – orqan və toxumalarda dəmirin izafi toplanması ilə əlaqədardır. İHX çox da nadir xəstəlik deyil. Avropoid populyasiyası nümayəndələri arasında bu xəstəliyin geninin yayılmasına təxminən 5%, xəstəliyin özünə (homoziqotlar) 0,3%, gəzdiriciliyinə isə (heterozigotlar) 10% tezlikdə rast gəlinir. Xəstəliyin ekspressiyasına bir sıra faktorlar, xüsusən qadınlarda menstruasiya və doğuşla əlaqədar qanitirmə təsir göstərir. Kişilərdə bu xəstəlik qadınlara nisbətən 5-10 dəfə çox rast gəlinir. Xəstələrin 70%-də ilk simptomlar 40-60 yaşda meydana çıxır.
İrsi monarxiya
İrsi monarxiya – irsi monarxiya və ya sülalə sistemi monarxiya idarəetmə sisteminin ən geniş yayılmış üsuludur və indiki monarxiyaların əksəriyyəti tərəfindən istifadə olunur. İrsi monarxiyada bütün monarxlar eyni ailədən gəlir və monarxiya ailənin bir üzvündən digərinə miras qalır. Sülalə sisteminin üstünlükləri sabitlik, davamlılıq və proqnozlaşdırıla bilənlik, həmçinin məişət məhəbbəti və sədaqətini sabitləşdirən elementdir. Məsələn, irsi monarxiyanın başında duran kral və ya kraliça ölürsə və ya taxtdan imtina edərsə, tac adətən sonrakı nəslə, padşahın və ya kraliçanın övladına müəyyən qaydada keçir. əgər o uşaq da ölürsə, bu dəfə tac öz övladına, övladı yoxdursa, qardaşına, bacısı oğluna, əmisi oğluna və ya başqa qohumuna keçir. İrsi monarxiyalarda varislik adətən müəyyən qaydalarla müəyyən edilir ki, kimin taxta çıxacağı çoxdan məlum olsun. Cari varislik adətən ən böyük uşaqla olur, lakin keçmişdə daha çox istifadə edilən başqa üsullar var, məsələn, ata nəslini, başqa seçilmiş vərəsə və ya yenidən seçilmiş vərəsə miras almaq kimi. Tarixən taxta çıxma sistemlərində, xüsusən də bu hüququn yalnız oğlanlara aid olub-olmaması və ya qızların da bu hüquqa malik olub-olmaması sualına diqqət yetirilməklə, fərqliliklər olmuşdur. Paternalist taxt-tac sistemində qadınlara nə taxta çıxmağa, nə də taxt-tacı öz nəsillərinə buraxmağa icazə verilmir. Ata qohumu ata nəslindən birbaşa ortaq əcdadı olan kimsədir.
İrsi xəstəlik
İrsi xəstəlik — Ana atadan uşağa "irsi" olaraq keçən xəstəliklərə verilən addır. İrsi xəstəliklərə yaxın qohum olan ana-atanın uşaqlarında digər uşaqlara nisbətlə daha çox şahid olunur. Bu xəstəliklərə 2007-ci ildə doğulmuş 'Ayşarlı Aytacı' misal göstərmək olar. Karlıq, korluq, zehni zəiflik, şizofreniya, cinsi inkişafın, boyun ləngiməsi, skelet pozğunluqları, şəkərli diabet, hipertoniya xəstəliyi, bronxit, bir sıra allergik xəstəliklər, ateroskleroz, xora xəstəliyi, epilepsiya, böyrək patologiyaları, sonsuzluq, keçəllik və bir çox digər xəstəliklərə də irsi meyllilik mövcuddur. İrsi xəstəliklər çoxşaxəlidir: Bu xəstəliklərin başlıca səbəbi qohum nikahlar və tibbi müayinədən keçmədən evlənən cütlüklərdir. Çünki qan analizi nəticəsində irsi genetik xəstəlikləri olan gələcək valideynlərin evlənməsi tibbi nöqteyi-nəzərdən yolverilməzdir. Doğulan şikəst uşaqların əksəriyyəti bu evliliklər nəticəsində dünyaya gəlir. Maraqlısı budur ki, belə ailələrdə 3-4 uşaq şikəst olaraq doğulduqdan sonra məsələdən xəbərdar olurlar ki, bu xəstəliyin səbəbkarı ya ana, yada atadır. Bəzən şikəst doğulan uşaqların cərrahiyyə üsulu ilə müalicəsi tamamilə mümkün olur. Ancaq yenə də xəstəyə həkim nəzarəti mütləq olmalıdır.
İrsi xəstəliklər
İrsi xəstəlik — Ana atadan uşağa "irsi" olaraq keçən xəstəliklərə verilən addır. İrsi xəstəliklərə yaxın qohum olan ana-atanın uşaqlarında digər uşaqlara nisbətlə daha çox şahid olunur. Bu xəstəliklərə 2007-ci ildə doğulmuş 'Ayşarlı Aytacı' misal göstərmək olar. Karlıq, korluq, zehni zəiflik, şizofreniya, cinsi inkişafın, boyun ləngiməsi, skelet pozğunluqları, şəkərli diabet, hipertoniya xəstəliyi, bronxit, bir sıra allergik xəstəliklər, ateroskleroz, xora xəstəliyi, epilepsiya, böyrək patologiyaları, sonsuzluq, keçəllik və bir çox digər xəstəliklərə də irsi meyllilik mövcuddur. İrsi xəstəliklər çoxşaxəlidir: Bu xəstəliklərin başlıca səbəbi qohum nikahlar və tibbi müayinədən keçmədən evlənən cütlüklərdir. Çünki qan analizi nəticəsində irsi genetik xəstəlikləri olan gələcək valideynlərin evlənməsi tibbi nöqteyi-nəzərdən yolverilməzdir. Doğulan şikəst uşaqların əksəriyyəti bu evliliklər nəticəsində dünyaya gəlir. Maraqlısı budur ki, belə ailələrdə 3-4 uşaq şikəst olaraq doğulduqdan sonra məsələdən xəbərdar olurlar ki, bu xəstəliyin səbəbkarı ya ana, yada atadır. Bəzən şikəst doğulan uşaqların cərrahiyyə üsulu ilə müalicəsi tamamilə mümkün olur. Ancaq yenə də xəstəyə həkim nəzarəti mütləq olmalıdır.
İrsi xəta
İrsi xəta (ing. inherent error ~ ru. унаследованная ошибка ~ tr. kalıtsal hata) – fərziyyələrdə, layihədə, məntiqdə və / və ya alqoritmdə olan və proqramın yaxşı yazılmasına baxmayaraq, onu yanlış işləməyə vadar edən xəta. Məsələn, paralel portdan istifadə üçün yazılmış ardıcıl rabitə proqramında irsi xəta var. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Dünya İrsi Mərkəzi
UNESCO-nun baş qərargahı (ing. UNESCO Headquarters, fr. Maison de l'UNESCO) 1958-ci ilin 3 noyabrında Fransanın paytaxtı Paris şəhərində yerləşən Place de Fontenoy mərkəzində açılmışdır. Binaya giriş pulsuzdur. == Dizaynı == UNESCO-nun baş qərargahının binası üç memarın birgə əməyi nəticəsində ərsəyə gəlmişdir: Bernard Zerfus (Fransa), Marsel Broyer (Macarıstan) və Piyer Luiqi Nervi (İtaliya). == Quruluşu == İdarəetmənin yerləşdiyi əsas bina üçbucaqlı ulduz formasında olan yeddi mərtəbədən ibarətdir. Buraya daimi nümayəndə heyətləri və qeyri-hökumət təşkilatları üçün nəzərdə tutulmuş “akkerdeon” adlanan bir bina və kubik bina da əlavə edilmişdir. == Fransa ilə əlaqələr == Binanın tikildiyi ərazi Fransa hökumətinin mülkiyyətindədir. 22 dekabr 1952-ci ildə imzalanan sərəncama əsasən onun UNESCO-nun sərəncamına verilməsi Xarici İşlər Nazirliyinə təyin edildi.
Ümumdünya irsi komitəsi
Ümumdünya İrs Komitəsi, UNESCO-nun Ümumdünya irsi siyahısına daxil ediləcək yerləri təyin edən təşkilatdır. Dünya Mədəni və Təbii İrsin Qorunması Konvensiyasının həyata keçirilməsindən məsuldur, Dünya Mirası Fondunun istifadəsini idarə edir və iştirakçı dövlətlərin istəyi ilə maliyyə yardımı paylayır. Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən dörd il müddətinə seçilən iyirmi bir üzv dövlətdən ibarətdir. Ümumdünya irsi komitəsinə 21 ölkə daxildir. Hər il komitəyə bir dövlət rəhbərlik edir. İldə bir dəfə iclas keçirilir. İclasa həmin il komitəyə rəhbərlik etmiş, ölkə başçılıq edir. Komitənin əsas işi yeni namizədlər arasında seçim aparmaq və siyahıda olan irslərin vəziyyətini dəyərləndirməkdir. Ümumdünya irsi komitəsi, həm də Ümumdünya Mədəniyyət fondunu idarə edir. Ümumdünya irsi komitəsinə daxil olan 21 ölkənin siyahısı.
Ümumdünya irsi siyahısı
Ümumdünya irsi, UNESCO tərəfindən tərtib edilmiş, xüsusi mədəni və ya fiziki dəyərə malik olan yerlərdən hər birinə verilən addır. Ümumdünya irsi siyahısı üçün baxın: Aşağıda ümumdünya irslərinin siyahısı mövcuddur. Siyahıda hər irsin yanında qəbul edilmə ili qeyd edilmişdir. Bir obyektin yanındakı (T) işarəsi isə o irsin təhlükə altında olduğunu göstərir. Əfqanıstan Cam minarəsi (2002) (T) Bamyan Buda heykəlləri (2003) (T) Avstraliya Büyük Resifi (1981) Kakadu Milli Parkı (1981) Villandra gölləri (1981) Lord Hov Adası (1982) Tazmaniya, heyvanların yaşadığı dövlət qoruğu (1982) Avstraliyanın şimalında olan Godvana meşələri (1986) Uluru və Kata Tjuta Milli Parkları (1987) Queensland bölgəsində yerləşən tropik bölgələr (1988) Qərbi Avstraliya (1991) Fraser Adası (1992) Avstraliyanın şərqində yerləşən gümüş yataqları (1994) Herld və McDonald Adaları (1997) Macquarie Adası (1997) Büyük göy dağlar (2000) Purnululu Milli Parkı (2003) Kral sərgi salonu və Carlton bağları (2004) Sidney Opera Binası (2007) Banqladeş Baqerhat məscid şəhəri (1985) Paharpur şəhərində Budist və Vihara məbədlərinin xarabalıqları (1985) Sundarban (1997) ÇXR Ming və Qing sülalələrinin Pekin və Şanxayda yerləşən sarayları (1987) Xian – ilk Çin imperatorunun məzarının yerləşdiyi abidə. (1987) Moqao Mağaraları (1987) Taishan Dağı (1987) Zhoukoudian dövlət qoruğu (1987) Böyük Çin səddi (1987) Huangshan Dağı (1990) Huanglong elmi və tarixi araşdırma mərkəzi (1992) Jiuzhaigou vadisi elmi və tarixi araşdırma mərkəzi (1992) Vulingyuan elmi və tarixi araşdırma mərkəzi (1992) Vudang Dağında olan tarixi tikililər (1994) Potala Sarayı (1994) Dağlarda olan mərkəzlər və ətrafında ki, məbədlər (1994) Qufu şəhərində olan Kanfutsi məbədi, məzar və müzey kompleksi (1994) Lushan Milli Parkı (1996) Emei – elmi və tarixi araşdırma mərkəzi (1996) Ping Yao (1997) Suzhou şəhərində yerləşən bağlar (1997) Tarixi Lijiang şəhəri (1997) Yaz Saray, Pekin (1998) Cənnət məbədi (1998) Dazu Qayaüstü Təsvirləri (1999) Vuyi Dağı (1999) Anhui şəhərində tarixi kəndlər (Xidi və Hongcun) (2000) Ming və Qing sülalələrinin kral məzarlıqları (2000) Longmen katakomba məzarlar (2000) Qingcheng Dağı və Dujianyang su anbarı (2000) Yungang katakomba məzarları (2001) Üç paralel çay (2003) Antik Koguryo Krallığının paytaxtı (2004) Tarixi Macao şəhəri(2005) Sichuan Panda Barikadaları (2006) Yin Xu (2006) Diaolou və ətraf ərazilərdə olan kəndlər (2007) Cənubi Çin mədəni bölgəsi (2007) Fujian Tulou (2008) Sanqingshan Milli Parkı (2008) Vutai Dağı (2009) İndoneziya Borobudur məbədi (1991) Komodo Milli Parkı (1991) Prambanan məbədi (1991) Ujung Kulon Milli Parkı (1991) Sangiran ilk insanların yaşadığı düşərgə (1996) Lorentz Milli Parkı (1999) Sumatra şəhərində yağış meşələri (2004) Filippin Barok Kilisəsi (1993) Tubbataha Resifi (1993) Qarğıdalı tarlaları (1995) (T) Antik Vigan şəhəri (1999) Puerto-Princesa Milli Parkı (1999) Cənubi Koreya Haeinsa məbədi, Tripitaka Koreana (1995) Jongmyo məbədi (1995) Seokguram katakomba məzarları (1997) Changdeokgung Sarayı (1997) Hwaseong Qalası (1997) Gochang, Hvasun və Gangva (2000) Gyeongju şəhərində tarixi yerləri (2000) Volkanik Jeju Adası (2007) Joseon sülaləsinin məzarlıqı (2009) Hindistan Agra Qalası (1983) Ajanta Mağaraları (1983) Ellora mağaraları (1983) Tac Mahal (1983) Mahabalipuram şəhərində olan qalıqlar (1984) Konarakda yerləşən günəş məbədi (1984) Manas Təbiət qoruğu (1985) (T) Kaziranga Milli Parkı (1985) Keoladeo Milli Parkı (1985) Goa şəhərində qədim kilsə və monastır (1986) Fatehpur Sikri (1986) Hampi qalıqları (1986) Xacuraho məbədinin qalıqları (1986) Elephanta Mağaraları (1987) Böyük Chola məbədi (1987) Pattadakal qalıqları (1987) Sundarban Milli Parkı (1987) Nanda Devi Milli Parkı (1988) Sanchi Budist məbədi və qalıqları (1989) Hümayun türbəsi, Dehli (1983) Qütb Minar kompleksi, Dehli (1993) Hindistanda dağlarda yerləşən gizli dəmiryol xəttləri (1999) Bodh Gayada yerləşən Mahabodi məbədi (2002) Bhimbetka (2003) Champaner-Pavagadh bölgəsində Arxeoloji məntəqələr (2004) Chhatrapati Shivaji Terminus (2004) Qızıl Qala (2007) İran Nəqşi Cahan meydanı, İsfahan (1979) Persepolis (1979) Çoge (1979) Süleyman taxtı (2003) Bam və ətraf ərazilər (2004) (T) Pasargad (2004) Sultaniyə şəhəri (2005) Bisotun (2006) İranda olan erməni kilsələri (2008) Şuştar su anbarı (2009) Təbriz qapalı bazarı (2010) Şeyx Səfi kompleksi (2010) İsrail Tarixi Qüds şəhəri və xarabalıqları (1981) (İsrail, Kudüs üzerinde hak talep etmektedir) (T) Masada (2001) Tarixi Akka şəhəri (2001) Təl Əviv şəhəri ətrafında yerləşən ağ şəhər (2003) Müqqədəs İncildə adı qeyd olunan yerlər: Meggido, Hazor və Beer Sheba (2005) Neqev çöllük ərazidə olan antik şəhərlər kompleksi (2005) Hayfa şəhərində olan müqqədəs yerlər və qərbi Galilee (2008) Yaponiya Horyu-jidə Budist məbədinin qalıqları (1993) Himeji-jo (1993) Shirakami-Sanchi (1993) Yakushima (1993) Tarixi Kyoto, Uji və Otsu şəhərləri (1994) Tarixi Shirakava-go və Gokayama kəndləri (1995) Xirosima qardaşlıq heykəli (At(1996) İtsukuşima məbədi (1996) Nara şəhərinin qalıqları (1998) Nikko məbədlər kompleksi (1999) Ryukyu Krallığının dövrünə aid olan əsərlər (2000) Kii Dağlarında olan müqqədəs yerlər (2004) Shiretoko (2005) İvami Ginzan gümüş mədənləri və ətrafı (2007) Kamboca Angkor (1992) Preah Vihear məbədi (2008) Qazaxıstan Xoca Əhməd Yasəvinin türbəsi (2003) Tamgalı Qayaüstü Təsvirləri (2004) Saryarka; şimali Qazaxıstanda göllər (2008) Qırğızıstan Süleyman – Müqqədəs dağ (2009) KXDR Koguryo Krallığının məzarlığı (2004) Laos Luang Prabang şəhəri (1995) Vat Phou və Champasak antik şəhərlər (2001) Malayziya Gugung Mulu Milli Parkı (2000) Kinebalu Milli Parkı (2000) Maleka və Corctoun şəhərləri (2008) Monqolustan Uvs Nuur (2003) (Yarısı Rusya'da) Orxan yenisey abidələri (2004) Nepal Katmandu Vadisi (1979) Sagamartha Milli Parkı (1979) Chitvan Milli Parkı (1984) Lumbini; Buda'nın Doğum Yeri (1997) Özbəkistan İtçan Kala (1990) Buxara şəhərinin qalıqları (1993) Şehri Sebz antik şəhəri (2000) Səmərqənd; Mədəniyyətlərin qovuşduğu yer. (2001) Pakistan Moenjodaro xarabalıqları (1980) Tahti Bahi budist məbədi və Şehri Bahlol yaxınlığında olan xarabalıqlar (1980) Taxila (1980) Lahor qalası və Şalemar bağları (1981) (T) Makli şəhərinin tarixi yerləri (1981) Rohtas Qalası (1997) Papua-Yeni Qvineya Kuk – Əkin sahələri (2008) Solomon adaları Rennell dövlət qoruğu (1998) Şri-Lanka Polonnaruwa antik şəhəri (1982) Sigirya antik şəhəri (1982) Anuradhapura antik şəhəri (1982) Gallle antik şəhəri və xarabalıqları (1988) Müqqədəs Kandy şəhəri (1988) Sinharaja meşə sahələri (1988) Dambullada qızıl məbədi (1991) Tailand Ayutthaya antik şəhəri (1991) Sukhotai antik şəhəri (1991) Thungyai təbiət qoruğu (1991) Ban Chiang antik şəhəri (1992) Dong Phayayen Khao Yai meşələri (2005) Türkmənistan Qədim Mary tarix mərkəzi (1999) Qədim Ürgənç (2005) Nisa şəhərində yerləşən Part Krallığının Qalası (2007) Vanuatu Kral Roi Matanın Mülkü (2008) Vyetnam Hue şəhərinin qalıqları (1993) Ha Long kəndi (1994) Hoi An antik şəhəri (1999) Mənim övladım məbədi (1999) Phong Nha-Ke Milli Parkı (2003) Yeni Zelandiya Te Wahipounamu (Qərbi Yeni Zelandiyada yerləşir) (1990) Tongariro Milli Parkı (1990) Yeni Zelandiya qərbi qütb adaları (1998) Benin Abomey Kral Sarayı kompleksi (1985) Botsvana Tsodilo (2001) Burkina-Faso Loropeni Xarabalıqları (2009) Efiopiya Simien Milli Parkı (1978) (T) Lalibelada dağın icərsində oyulmuş kilsələr (1978) Fasil Ghebbi (1979) Aksum (1980) Aşağı Avash Vadisi (1980) Aşağı Omo Vadisi (1980) Tiya (1980) Harar Jugol; antik şəhəri (2006) Kot-d'İvuar Nimba Dağı (1981) (yarısı Qvineyada yerləşir) (T) Tai Milli Parkı (1982) Comoe Milli Parkı (1983) (T) KDR Virunqa Milli Parkı (1979) (T) Kahuzi-Byeqa Milli Parkı (1980) (T) Qaramba Milli Parkı (1980) (T) Salonqa Milli Parkı (1984) (T) Okapi qoruğu (1996) (T) Qabon Lope Milli Parkı (2007) Qambiya Ceyms Adası (2003) Senegambiada daş hasarlar (2006) Qana Qalalar və Hasarlar, Büyük Acra, ölkənin mərkəzi və qərb hissəsində yerləşir (1979) Ənənəvi Asanti tikililəri (1980) Qvineya Nimba Dağı (yarısı Kot-d’İvuarda yerləşir) (1992) (T) CAR Sterkfontein, Swartkrans, Kromdraai və Environs mağaraları (1999) Simangaliso Milli Parkı (1999) Robben Adası (1999) Drakensberg Dağları (2000) Mapungubwe Mədəniyyət qoruğu (2003) Ümid burnuda olan mühafizə mərkəzləri (2004) Vredefort (2005) Richtersveld Mədəniyyət qoruğu və Botanika bağı (2007) Dja Doğa Siti (1987) Kamerun Dıja təbiət qoruğu (1987) Keniya Turkana Gölü təbiət qoruğu (1997) Kenya dağı Milli Parkı (1997) Lamu intik şəhəri (2001) Müqqədəs Mikenda Kaya meşələri (2008) Madaqaskar Tsingy de Bemeraha Milli Parkı (1990) Ambohimanga Təpələri (2001) Atsinanada yerləşən yağış meşələri (2007) Mali Djenne antik şəhəri (1988) Timbuktu (1988) Bandigara Təpələri (1989) Askianın Türbəsi (2004) Malavi Malavi Gölü Milli Parkı (1984) Chongoni Qayaüstü Təsvirləri (2006) Mavritaniya Banc d'Arguin Milli Parkı (1989) Ouadane, Chinguetti, Tichitt və Oualata antik şəhərləri (1996) Mozambik Mozambik adası (1991) Namibiya Tvyfelfonteyn (2007) Niger Air Dağları və Tenere təbiət qoruğu (1991) (T) W Milli Parkı (1996) Nigeriya Sukur Mədəniyyət qoruğu (1999) Osun və Osogbo Müqqədəs meşələri (2005) MAR Manovo-Gounda Floris Milli Parkı (1988) (T) Seneqal Gore Adası (1978) Niokolo-Koba Beynalxalq park və qoruğu (1981) (T) Cuc quş yuvaları (1981) Müqqədəs luis Adası (2000) Seneqambiyada yerləşən daş hasarlar (yarısı Qambiyada yerləşir) (2006). Seyşel adaları Aldabra adası (1982) Vallee de Mai qoruğu (1983) Tanzaniya Ngorongoro müdafiə zonası (1979) Kilva Kisivani və Songo Mnara xarabalıqları (1981) (T) Serengeti dövlət qoruğu (1981) Selous müdafiə zonası (1982) Kilimancaro Milli Parkı (1987) Zənzibarda yerləşən antik daş şəhər (2000) Kondoa Qayaüstü Təsvirləri (2006) Toqo Koutammakou (2004) Uqanda Bvindi Milli Parkı (1994) Rvenzori Milli Parkı (1994) Kasubida yerləşən kral məzarları (2001) Kabo-Verde Cidadə Velha, Ribeira Grandenin tarixi mərkəzi (2009) Zambiya Viktoriya şəlaləsi (1989) (yarısı Zimbabvedə yerləşir) Zimbabve Mana Gölləri Milli Parkı (1984) Büyük Zimbabve Milli Parkı (1986) Khami Xarabalıqları (1986) Viktoriya şəlaləsi (1989) (Yarısı Zambiyada yerləşir) Motabo Dağları (2003) Bəhreyn Qalat al-Bahrain – Antik Liman və Dilmun Sivilizasiyasının paytaxtı (2005) Əlcəzair Al Qala, Beni Hammad (1980) Djemila (1982) MZab Vadisi (1982) Tassili Ajjer (1982) Timgad (1982) Tipasa (1982) Əlcazayirdə Kasbah şəhəri (1992) Mərakeş Tarixi Fas şəhəri (1981) Tarixi Mərakeş şəhəri (1985) Ait-Ben-Haddouda yerləşən bədəvi evlər (1987) Tarixi Meknes şəhəri (1996) Volubilis antik şəhəri (1997) Tarixi Tetouan şəhəri (1997) Tarixi Essaouira şəhəri (2001) Mazagan – antik portuqaliya koloniyası (2004) İraq Hatra (1985) Asur (2003) (T) Samarra antik şəhəri (2007) (T) Liviya Cyrene antik şəhər (1982) Leptis Magna antik şəhər (1982) Sabratha antik şəhər (1982) Acacus Dağları Kaya Resimleri (1986) Tarixi Ghadames şəhəri (1985) Livan Anjar (1984) Baalbek (1984) Biblos (1984) Sur şəhəri (1984) Müqqədəs vadi və Allahın sədirləri (1998) Misir Abu Mena (1979) (T) Teb antik şəhəri və Nekropolu (1979) Tarixi Qahirə Şəhəri (1979) Memfis və Nekropol, Qizada yerləşən piramidalar (1979) Əbu Simbel (1979) Müqəddəs Yekaterina monastırı (2002) Əl-Hitan vadisi (Balinalar Vadisi) (2005) Sudan Gebel Barkal və Napatan ərazilərində olan abidələr (2003) Suriya Tarixi Şam şəhəri (1979) Tarixi Busra şəhəri (1980) Palmira antik şəhəri (1980) Tarixi Halep şəhəri (1986) Crac des Chevaliers və Salah El-Din Qalası (2006) Səudiyyə Ərəbistanı El Hicr antik şəhəri (2008) Tunis El Jem Amfiteatrı (1979) Tarixi Tunis şəhəri (1979) Kartaca (1979) Ichkeul Milli Parkı (1980) Kerkuane antik şəhəri və Nekropol (1985) Kairouan (1988) Tarixi Sus şəhəri (1988) Dougga (1997) Oman Bahla Qalası (1987) Bat, Al-Khutm və Al-Ayn antik şəhərləri (1988) Ərəb oriks mağarası (1994) (2007-ci ildə siyahıdan çıxarılmışdır.) Frankincense (2000) Aflaj Su anbarı və mədəni qoruğu (2006) İordaniya Petra (1995) Quseir Amra (1995) Um er-Rasas (2004) Yəmən Tarixi Şibam şəhəri (1982) Tarixi Sana şəhəri (1986) Tarixi Zabid şəhəri (1993) (T) Socotra Adası (2008) Almaniya Aachen Kafedralı (1978) Speyer Kafedralı (1981) Würzburg meydaı və bağları (1981) Vies Kilsəsi (1983) Augustusburg və Falkenlust Qalaları (1984) Məryəm Ana Kafedralı və Müqqədəs Maykl Kilsəsi(1985) Trier Roma qalıqları, Müqqədəs.
Albaniyada Ümumdünya irsi obyektləri
Albaniyada Ümumdünya irsi obyektləri — Albaniyada mədəni və təbii irs əmlaklarının UNESCO-nun Ümumdünya irsi siyahısına yazılmış və ya ölkənin ilkin siyahısına daxil edilmiş siyahıdır. Aşağıdakı siyahı Albaniya Ümumdünya irsi obyektlərinin siyahısıdır.
Avstriya irsi uğrunda müharibə
Avstriya irsi uğrunda müharibə (alm. Österreichischer Erbfolgekrieg‎) — Avropa dövlətlərinin 1740–1748-ci illərdə Avstriya irsi üstündə apardığı müharibə. == Zəmin == İmperator VI Karl və əksər Avropa dövlətləri tərəfindən 1713-cü ildə qəbul edilmiş Praqmatik sanksiyaya görə, Avstriya Habsburqlarının geniş torpaqları (Avstriya, Çexiya, Macarıstan, Cənubi Niderland, habelə İtaliyadakı torpaqlar) VI Karlın qızı Mariya Terezanın ixtiyarına keçməli idi, ancaq Karlın ölümündən sonra Fransa tərəfindən müdafiə olunan Prussiya, Saksoniya, İspaniya Mariya Terezanın varislik hüququnu tanımaqdan imtina etmişdir. == Hərbi əməliyyatlar == Avstriya torpaqlarını bölüşdürmək uğrunda Fransanın kömək etdiyi Prussiya, Bavariya, Saksoniya, İspaniya və Sardiniyadan ibarət koalisiya Britaniya, Hollandiya və sonralar Rusiya tərəfindən də müdafiə olunan Avstriyaya qarşı müharibəyə başlamışdır. Hərbi əməliyyatlar Avropa, Amerika və Hindistanda aparılırdı. Rusiya ordusunun Reynə çıxmasından qorxan Fransa sülh danışıqlarına razılıq vermişdir. Müharibə 1748-ci ildə imzalanmış Axen sülhü ilə başa çatmışdır. Beləliklə, Habsburqlar ərazilərinin böyük hissəsini əldə saxlamışdır (Mariya Terezanın varislik hüququ tanındı), lakin Sileziyanın çox hissəsi Prussiyaya verilmiş və İtaliyadakı torpaqların bir hissəsi itirilmişdi (bu torpaqlar İspaniyaya qaytarılmışdır). Sülh Avropa dövlətləri arasındakı ziddiyyətləri həll etmədi. Avstriya irsi uğrunda müharibə ilə Yeddiillik müharibə araasında ancaq qısa fasilə olmuşdur.
UNESCO-nun Dünya İrsi
Dünya Mədəniyyət Mirasları siyahısı – UNESCO-nun Dünya mirasları Komitəsi tərəfindən təyin olunmuş və yerləşdikləri ölkənin dövlət orqanları tərəfindən qorunması zəmanət edilmiş, bütün dünya üçün əhəmiyyətli bir dəyər daşıdığı qəbul edilən təbii və mədəni abidələrin siyahısıdır. Dünya Mədəniyyət Mirasları siyahısının yaradılmasında məqsəd, bütün insanlara məxsus olan dəyərlərin qorunmasında beynəlxalq əməkdaşlığı həyata keçirməkdir. Nizamlı olaraq yenilənən siyahıya 2004 ildən etibarilə 134 ölkəyə aid 788 abidə daxil edilmişdir. Bunların 617-si mədəni, 154-ü təbii, 23-ü isə mədəni və təbii abidələrdir. 1972-ci ildə UNESCO 38 maddədən ibarət qətnaməni qəbul etdi.Qətnamədə hamı tərəfindən ümumdünya irsinin bir nəfər kimi qorumalı olduğu qeyd edilirdi. Qətnaməyə 175 dövlət qoşulmuşdur.Bunlardan 21 dövlət Ümumdünya irsinin idarə heyətinin üzvüdür. Ümumdünya irsi dünyada olan nadir abidə və təbii qoruqların qorunması ilə məşğul olur. Bu idea Ümumdünya irsinin rəsmi loqosundada əks olunmuşdur. Bu loqo, Belçikalı Karikatura ustası Michel Olyff tərəfindən yaradılmış və 1998-ci ildən etibarən, rəsmi loqo olaraq istifadə edilir .Loqonun icərsində olan kvadrat insanın həyatda nələrə nail ola biləcəyni, onun ətrafında olan dairə isə təbiətin insana verdiyi gözəlliyi ifadə edir. Loqonun dairəvi formada olması, həm də bütün dünyada olan irsin qorunması deməkdir.
Mədəni irsin qorunması və bərpası
Mədəni irsin qorunması və bərpası — Mədəni sərvətlərin qorunub saxlanılması, gələcək nəsillərə ötürülməsi və tarixi binaların xarab olmuş hissələrinin daha çox məhv olmasının qarşısını almaq üçün orijinallarına uyğun olaraq bərpa edilməsi məqsədilə aparılan işlərin məcmusudur. Ümumiyyətlə, dəqiqləşdirmə və sənədləşmə kimi ilkin mərhələlərdən əlavə düzəliş və qoruma kimi prosesləri də əhatə edir. Muzeyşünaslıq sahəsi olan və sənət tarixi ilə işləyən bu peşə, memarlığın magistr və doktorantura proqramlarına daxil olan və mülki və monumental daşınmaz əmlakın təmir metod və üsullarını göstərir.
Fransadakı ümumdünya irsi obyektlərinin siyahısı
Fransada Respublikasında UNESCO-nun ümumdünya irsi obyektlərinin siyahısı — Fransa Respublikasında UNESCO-nun Ümumdünya İrs Siyahısında (2017-ci il üçün) 43 obyekt var ki, bu da ümumi sayının 3,7%-ni (2021-ci il üçün 1154) təşkil edir. 39 obyekt mədəni meyarlar üzrə siyahıya salınıb, onlardan 19-u insan dahiliyinin şah əsəri kimi tanınıb (meyar i), 3 təbii meyarlar altında, hər biri müstəsna gözəllik və estetik əhəmiyyətə malik təbiət hadisəsi kimi tanınıb (meyar vii) , və 1 qarışıq xüsusiyyət, həmçinin vii meyarına cavab verir. Bundan əlavə, 2017-ci ilə qədər Fransada 37 obyekt Ümumdünya İrs Siyahısına daxil olmaq üçün namizədlər sırasındadır. Fransa Respublikası 27 iyun 1975-ci ildə Ümumdünya Mədəni və Təbii İrsin Mühafizəsi Konvensiyasını ratifikasiya etmişdir. Fransada yerləşən ilk beş obyekt 1979-cu ildə UNESCO-nun Ümumdünya İrs Komitəsinin 3-cü sessiyasında siyahıya alınmışdır. == Siyahı == Bu cədvəldə obyektlərr UNESCO-nun Ümumdünya İrs Siyahısına əlavə olunma ardıcıllığı ilə verilmişdir. == İlkin siyahı == Cədvəldə obyektlər ilkin siyahıya əlavə olunduqları ardıcıllıqla düzülüb. Bu siyahıda Fransa hökuməti tərəfindən ümumdünya irsi siyahısına namizəd olaraq təklif edilən obyektlər göstərilib.
Hindistanda ümumdünya irsi obyektlərinin siyahısı
Hindistanda YUNESKO-nun ümumdünya irsi obyektlərinin siyahısına 40 obyekt daxildir (2021-ci il üçün), bu, ümumi rəqəmin 3,1%-ni (2021-ci il üçün 1154) təşkil edir. Siyahıya 32 obyekt mədəniyyət meyarlarına görə, 7 obyekt təbii meyarlara görə, 1 obyekt mədəni və təbii meyarlara görə daxil edilib. 13 obyekt insanın yaradıcılığının şah əsəri kimi tanınır (meyar i), 3 obyekt təbiət fenomeni və ya müstəsna təbii gözəlliyə və estetik əhəmiyyətə malik məkan kimi tanınır (meyar vii). Bundan əlavə, 2022-ci ildən ölkədəki 49 obyekt ümumdünya irs siyahısına daxil olmaq üçün namizədlər sırasındadır. Hindistan Ümumdünya Mədəni və Təbii İrsin Mühafizəsi Konvensiyasını 1977-ci il noyabrın 14-də ratifikasiya edib. Hindistandakı ilk obyektlər 1983-cü ildə YUNESKO-nun ümumdünya irs komitəsinin 7-ci sessiyasında siyahıya alınıblar. == Siyahı == Bu cədvəldə obyektlər YUNESKO-nun ümumdünya irs siyahısına əlavə olunduqları ardıcıllıq ilə verilmişdir. === Obyektlərin coğrafi yerləşməsi === == İlkin siyahı == Cədvəldə obyektlər ilkin siyahıya əlavə olunduqları ardıcıllıqla düzülür. Bu siyahıda Hindistan hökuməti tərəfindən ümumdünya irs siyahısına əlavə edilmək üçün namizəd olaraq təklif edilən obyektlər göstərilmişdir.
Monqolustanda ümumdünya irsi obyektlərinin siyahısı
Monqolustanda ümumdünya irsi obyektlərinin siyahısında 5 obyekt var (2021-ci il üçün), bu ümumi rəqəmin 0,3%-ni təşkil edir (2021-ci il üçün 1154). Siyahıya 3 obyekt mədəniyyət meyarlarına görə, 2 obyekt isə təbii meyarlara görə daxil edilib. Bundan əlavə, 2021-ci ilə kimi Monqolustanda 12 obyekt Ümumdünya İrs Siyahısına daxil olmaq üçün namizədlər sırasındadır. Monqolustan 1990-cı il fevralın 2-də Ümumdünya Mədəni və Təbii İrsin Mühafizəsi haqqında Konvensiyanı ratifikasiya edib. Monqolustan ərazisində yerləşən ilk obyekt 2003-cü ildə YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 27-ci sessiyasında siyahıya alınmışdır. Bu cədvəldə obyektlər YUNESKO-nun Ümumdünya İrs Siyahısına əlavə olunma ardıcıllığı ilə verilmişdir. Cədvəldə obyektlər ilkin siyahıya əlavə olunduqları ardıcıllıqla düzülmüşdür. Bu siyahıda Monqolustan Hökuməti tərəfindən Ümumdünya irs siyahısına daxil edilmək üçün təklif edilən obyektlər göstərilmişdir.
Qazaxıstandakı ümumdünya irsi obyektlərinin siyahısı
Birləşmiş Millətlər Təşkilatının Elm, Təhsil və Mədəniyyət üzrə ixtisaslaşmış qurumunun (UNESCO) Ümumdünya irsi obyektləri, 1972-ci ildə qurulan UNESCO-nun Ümumdünya irsi siyahısında təsvir edildiyi kimi mədəni və ya təbii irs üçün vacib yerlərdir. Qazaxıstan 1994-cü il 29 aprel tarixində tarixi ərazilərinin siyahıya daxil olması üçün konvensiyanı qəbul etmiş və 2016-cı ilə qədər Qazaxıstanın beş mədəni və təbii irsi bu siyahıya daxil edilmişdir. Qazaxıstanda siyahıya alınan ilk obyekti Əhməd Yasəvi türbəsi (qaz. Қожа Ахмет Яссауи кесенесі, Qоjа Ахmet Yassaviy kesenesі) 2003-cü ildə Parisdə keçirilən Ümumdünya irsi komitəsinin 27-ci iclasında siyahıya alınmışdır. Növbəti illərdə ikinci ərazi Tamqalıdakı petroqliflər, daha sonra 2008-ci ildə Sarıarka - Şimali Qazaxıstan çöl və gölləri siyahıya əlavə edilmişdir. 2014 və 2016-cı illərdə isə müvafiq olaraq iki transmilli rekvizit: İpək yolu: Çanqan-Tyan-Şan dəhlizinin marşrutlar şəbəkəsi (Çin və Qırğızıstan) və Qərbi Tyan-Şan (Qırğızıstan və Özbəkistanla) siyahıya əlavə edilmişdir. Cədvəl müvafiq sütunun üstündəki hissəsini vuraraq sütuna; yer, sahə və il sütunları üçün alfasayısal olaraq; yer sütunu üçün tərəf dövlət tərəfindən; və kriteriyalar sütunu üçün meyarlar növünə görə sıralanır. Transsərhəd ərazilər aşağıda sıralanır. Obyekt – obyektin adı. Yer – regional və ya əyalət səviyyəsindəki bölgə ilə müşaiyyət olunan ölkəyə görə sıralanır.
Qırğızıstandakı ümumdünya irsi obyektlərinin siyahısı
Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO) Ümumdünya irsi obyektləri 1972-ci ildə qurulan UNESCO Ümumdünya irsi konvensiyasında da təsvir edildiyi kimi mədəni və ya təbii irs üçün vacib yerlərdir. Bu siyahıda Qırğızıstandakı Ümumdünya irsi obyektlərin siyahısı və İlkin siyahıdakı obyektlər verilmişdir. Cədvəl müvafiq sütunun üstündəki hissəsini vuraraq sütuna; yer, sahə və il sütunları üçün alfasayısal olaraq; yer sütunu üçün tərəf dövlət tərəfindən; və kriteriyalar sütunu üçün meyarlar növünə görə sıralanır. Transsərhəd ərazilər aşağıda sıralanır. Obyekt – obyektin adı. Yer – regional və ya əyalət səviyyəsindəki bölgə ilə müşaiyyət olunan ölkəyə görə sıralanır. Çoxmillətli və ya çox regionlu obyektlər olduqda, adlar əlifba sırası ilə sıralanır. Tip / Kriteriya – Ümumdünya irsi komitəsi tərəfindən təyin olunmuşdur. Sahə – hektar və akrla. Verilməyən dəyər, UNESCO tərəfindən heç bir məlumatın yayımlanmadığını göstərir.
Serbiyadakı ümumdünya irsi obyektlərinin siyahısı
Serbiyada UNESCO ümumdünya irsi obyektlərinin siyahısı Serbiya Respublikasında YUNESKO-nun ümumdünya irsi siyahısına 5 ad daxildir (2016-cı il üçün), bu ümumi rəqəmin 0,3%-ni təşkil edir (2021-ci il üçün 1154). Bütün obyektlər mədəniyyət meyarlarına (şərtlərinə) uyğun olaraq siyahıya daxil edilib, onlardan 2-si insan dühasının şah əsəri kimi tanınır (meyar i). Bundan əlavə, 2014-cü ildən Serbiyadakı 11 obyekt ümumdünya irsi siyahısına daxil olmaq üçün namizədlər sırasındadır. Yuqoslaviya Federativ Respublikası 2001-ci il sentyabrın 11-də ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında Konvensiyanı ratifikasiya etmişdir. Bununla belə, Serbiya ərazisində yerləşən ilk obyekt hələ 1979-cu ildə YUNESKO-nun ümumdünya irsi komitəsinin 3-cü sessiyasında, ölkə YSFR-nin bir hissəsi olduğu zaman siyahıya daxil edilmişdir. Onu da qeyd etmək lazımdır ki, Kosovoda Pravoslav Monastırları mədəni obyekti 2010-cu ildən etibarən Kosovalı albanların mümkün hücumlarına görə təhlükədə olan ümumdünya irsi siyahısına daxil edilib. Bu irs obyekt ərazisindəki bütün 4 pravoslav kilsəsi KFOR tərəfindən qorunur. Bu cədvəldə obyektlər YUNESKO-nun ümumdünya irsi siyahısına əlavə olunmaları xronoloji ardıcıllığı ilə yerləşdirilib. Cədvəldə obyektlər ilkin siyahıya əlavə olunduqları ardıcıllıqla düzülmüşdür. Bu siyahıda Serbiya hökumətinin ümumdünya irsi siyahısına əlavə edilmək üçün namizəd kimi təklif etdiyi obyektlər göstərilir.
Avropadakı ümumdünya irsi obyektlərinin siyahısı
Burada Avropada UNESCO ümumdünya irsinin siyahısı təqdim olunmuşdur. == Xarici keçidlər == UNESCO-nun Dünya İrsi Siyahısı - UNESCO rəsmi saytı. (ing.) UNESCO-nun Dünya İrs Statistikası - UNESCO rəsmi saytı.
İsraildəki ümumdünya irsi obyektlərinin siyahısı
Birləşmiş Millətlər Təşkilatının Elm, Təhsil və Mədəniyyət üzrə ixtisaslaşmış qurumunun (UNESCO) Ümumdünya irsi obyektləri, 1972-ci ildə qurulan UNESCO-nun Ümumdünya irsi siyahısında təsvir edildiyi kimi mədəni və ya təbii irs üçün vacib yerlərdir. Mədəni irs, abidələrdən (memarlıq əsərləri, monumental heykəllər və ya yazılar kimi), binalardan və ərazilərdən (o cümlədən arxeoloji sahələr) ibarətdir. Təbii irs, elmi-tədqiqat, konservasiya və ya təbii estetika baxımından mühüm əhəmiyyət kəsb edən fiziki və bioloji birləşmələr, geoloji və fizioqrafik birləşmələr (o cümlədən təhlükə altında olan flora və faunanın yaşayış yerləri) kimi müəyyən edilir. İsrail dövləti 6 oktyabr 1999-cu ildə konvensiyanı ratifikasiya edərək, mədəni və təbii obyektlərini siyahıya daxil etmək hüququ qazanıb. Ölkədəki doqquz ərazinin hamısı mədənidir. Ən erkən daxiletmələr 2001-ci ildə Masada qalası və qədim Əkka şəhəri idi. Siyahıya son daxil edilən ərazilər, 2014-cü ildə daxil edilmiş Beyt Quvrin-Mareşa Milli Parkındakı mağaralar şəbəkəsidir. Bundan əlavə, İsrail Nazirlər Kabineti 18 obyekti öz ilkin siyahısına daxil edib, onlar gələcəkdə bu əraziləri Ümumdünya İrsi obyektləri kimi təqdim etmək niyyətindədirlər. Onlardan 14-ü 2000-ci ildə siyahıya alınıb. Rəsmi siyahıdan fərqli olaraq, ilkin siyahıda bir neçə təbii və qarışıq irs obyektləri vardır.
Afrikadakı Ümumdünya irsi obyektlərinin siyahısı
Afrikadakı Ümumdünya irsi obyektlərinin siyahısı — Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO) Afrikada 145 Ümumdünya irsi obyekti təyin etmişdir. Bu obyektlər 35 suveren dövlətdə yerləşir. == Ümumdünya irsi obyektlərinin seçimi == Dövlətlər arasında siyahıya daxil olmuş obyekt sayına görə Cənubi Afrika Respublikası on obyekt ilə liderdir. Ardınca doqquz obyektin yerləşdiyi Efiopiya və Mərakeş, daha sonra səkkiz obyekt ilə Tunis və yeddi obyekt ilə Əlcəzair, Misir, Keniya, Seneqal və Tanzaniya gəlir. Siyahıya daxil olan on ölkənin hər birində yalnız bir obyekt var. Dörd obyekt iki ölkə arasında paylaşılır: Maloti-Drakensberq parkı (Lesoto və Cənubi Afrika), Nimba dağı Təbiət Qoruğu (Kot d'İvuar və Qvineya), Seneqambiya daş çevrələri (Qambiya və Seneqal) və Viktoriya şəlaləsi (Zambiya və Zimbabve). Sanqa meşəsi (Mərkəzi Afrika Respublikası, Kamerun və Konqo) və V-Arli-Pencari kompleksi (Benin, Burkina Faso və Niger) isə üç ölkə arasında bölüşdürülür. Qitədən Ümumdünya irsi siyahısına ilk obyektlər 1978-ci ildə, Seneqaldakı Qore adası və Efiopiyadakı Lalibela qaya kilsələri yazılmışdır. Somali hökuməti 1972-ci il Ümumdünya irsi konvensiyasının üzvü olmadığı üçün Somalidə rəsmi Ümumdünya irsi obyekti yoxdur. Bununla birlikdə, ölkədə Ümumdünya irsi statusu üçün gələcək namizəd olacağına inanılan bir çox arxeoloji ərazi var.
İrşi
İrşi - türk və altay xalq inancında və xalq mədəniyyətində pəri. Cisimsiz dişi varlıq. Bütün dünya mifologiyalarında fərqli adlarla iştirak edər. Çox vaxt yaxşı varlıqlardır. Çox gözəl qız bir qılığına bürünür. Lakin əslində nə gözü, nə qulağı, nə burnu, nə saçı olmayan bir canlıdır. Nağıl qəhrəmanı igidlərlə evlənərlər. Bəzən də onları görünməz edən sehrli köynəkləridir. Təpəgözün anası bir pəridir. Bəzən iye anlayışı ilə ekvivalent olaraq istifadə edilər.
Aksiz
Aksiz — kütləvi istehlak mallarının bəzilərinə (duz, qənd, kibrit, tütün, spirtl i içkilər və s.), xidmətlərə (kommunal, nəql. və s.), həmçinin zinət əşyalarına (zərgərlik məmulatı) və mineral xammala onların qiymətlərinə daxil edilməklə qoyulan dolayı vergi növü. Aksiz vergisi yüksəkrentabelli məhsul istehsalından əldə olunan mənfəəti büdcə gəlirinə əlavə etmək məqsədilə qoyulur. Aksiz dərəcələri hökumət tərəfindən təsdiqlənir və bütün ölkə ərazisində vahid qaydada tətbiq olunur. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 246.
İlbiz
İlbiz — (Gastropod) dəstəsindan bir Molyusk növü. Onların bədənləri 3 əsas hissədən: baş, gövdə və ayaqdan ibarətdir. Əzələli ayaqları qarın hissədə yerləşir. İlbizlər şirin sularda, okeanlarda və bütün ətrafda görüləbilən heyvanlardır. Nəmli yerlərdə, yağışın bol olduğu və havanın tam soyumadığı payız aylarında tez-tez görünərlər. Bədənlərində bol miqdarda su olduğu üçün çox soyuq havalarda donarlar. Çox isti havalarda isə su itirərək quruyabilərlər. Keçdikləri yerdə iz buraxmalarının səbəbi parlaq rəngdə sümüksü bir maye istehsal etmələridir. Qabıqlarıyla gövdələrinin arasındakı qurumuş sümüksü maye, bədənlərindəki nəmi itirməmələrini etməyə imkan verir. Qışda torpaq altına ya da ağac gövdələrinə sığınaraq aktivliklərini sürdürürlər.
İrbis
İrbis (lat. Panthera uncia) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinə aid heyvan növü. Məhv olma həddindədir. Sayı getdikcə azalmaqdadır. 103-130 sm. olan iri pişik. Quyruğun uzunluğu 92-105 sm. Bədən quruluşu yetərincə ağırdır. Bədəni, peysərdə daha hündür olmaqla, alçaqdır, beli aşağı hissədən çiyinlərinə qədər mülayim enişlidir. Gövdəsi uzunsovdur.
İrbit
İrbit — Rusiya Federasiyasında yerləşən şəhər Sverdlovsk vilayətinə daxildir
İrisk
İrisk — İranın Cənubi Xorasan ostanının Büşruyə şəhristanının İrisk bəxşində şəhər və onun mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,657 nəfər və 783 ailədən ibarət idi.
Ərciz
Ərciz — Yelizavetpol (Gəncə) Qazax Şəmşəddin qəzasında, indi Barana (Noemberyan) rayonunda kənd.
Ərsin
Ərsin — Xəmir işlərində kündələmə prosesində xəmirin kəsilməsi üçün və təndirdə çörəkbişirmə işlərində istifadə edilən dəmir kürəkcik şəklində alət. Ərsini iki növü vardır: xəmir ərsini və təndir ərsini. Bunların hər ikisi yastı formada döymə üsulu ilə hazırlanırdı. Təndir ərsini çörəyi təndirdən çıxarmaq üçündür. Ərsinin qulpunun en kəsiyi lentvarı, tiyəsi təxminən 6-7 sm, bəzən daha çox olur. Xəmir ərsininin qulpu qısa olsa da təndir ərsininin qulpu xeyli uzundur. Qulpunun uzunluğu 70-80 sm olan təndir ərsininin digər ucu qarmaqlı (koğa) olur. Bəzən isə ərsin ayrı, koğa da ayrı hazırlanır. Təndir ərsini təndirdən çörəyi qazıb çıxarmaq və təndirin divarlarındakı qalıqları təmizləmək üçün istifadə edilir. Təndir və xəmir ərsinlərinin tiyə hissəsi eyni formada olduğu üçün onları yalnız sapının uzun-qısalığına görə ayırmaq mümkündür.
Dinsiz
Dinsizlik, kontekstə bağlı olaraq, ateizm, aqnostisizm, deizm, skeptisizm, azad düşüncə və ya dünyəvi humanizm mənası daşıya bilən bir sözdür. İnsanların dini baxışlar üzrə bölgüsündə Dentsu Institute (2006) və Zuckerman (2005) təşkilatlarının statistikası əsas götürülür. Verilən rəqəmlər maksimal qiymətlərdir. Statistikaya görə, 16% dünya əhalisi (1,1 milyard insan) özünü "dinsiz" sayır, buraya aqnostiklər, ateistlər, dünyəvi humanistlər və dini görüş haqda suala "yox", "dini seçimim yoxdur" deyə cavab verən kəslər aiddir. Araşdırmalara görə, varlı ölkələr daha çox dinsizdir, kasıblar isə dindardır; "təhsillilik" və "təhsilsizlik" göstəricisi də buna müvafiqdir.. Hesabatda qeyd olunur ki, dinsizlər müəyyən qədər inanclara malikdirlər, həmçinin dinsizlərin əksəriyyəti Asiya-Sakit okean bölgəsində yaşayırlar. 2012-ci il sorğusu göstərdi ki, ateistlər də daxil olmaqla 36% insan dinsizdir və 2005-ci ildən 2012-ci ilə qədər onların sayı 9% artıb.. Həmin mənbəyə görə, təxminən 40–50% özünü dinə bağlı saymayan insan heç olmasa tək tanrıya və ya hansısa fövqəltəbii qüvvəyə inanır.. == Dünya ölkələrinin göstəriciləri == Cədvəldə ölkələr üzrə dinsiz (qeyri-dindar) əhalinin azalan faizlərlə göstəricisi verilib.
İosif
İosif — ad. I Frans İosif İosif Stalin İosif Yesman — Hidravlika sahəsində görkəmli sovet alimi.
Arsin
Arsin (türk. Arsin) — Trabzon ilinin ilçəsi.
Artiz
Artız — İrəvan quberniyasının İrəvan qəzasında, indi Ellər (Kotayk, Abovyan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 15 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsinlə qeyd edilmişdir. Toponim qədim türk dilində "ardıc, ardıc kolu" mə’nasında işlənən artız sözündən əmələ gəlmişdir. Fitotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 4. IV.1946-cı il fərmanı ilə adı dəyişdirilib Gehard qoyulmuşdur. == Əhalisi == Kənddə 1873-cü ildə 221 nəfər, 1886-cı ildə 267 nəfər, 1897-ci ildə 426 nəfər, 1904-cü ildə 293 nəfər, 1914-cü ildə 480 nəfər, 1916-cı ildə 466 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar ermənilərin soyqırımına mə'ruz qalaraq depertarsiya olunmuş, kənddə Türkiyədən köçürülən ermənilər yerləşdirilmişdir.
Ursia
Yonca (lat. Trifolium) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi. Yonca cinsinin nümayəndələri çoxillik ot bitkisidir. Boyu 50–80 sm-dir. Dərin bir kök sistemi vardır. Əlverişli şəraitdə bitkinin kökü torpaqda 8–10 metrə qədər dərinliyə uzana bilir. Paxlalı yem bitkilərindən səpin yoncasının (lat. Medicaqo sativa) 80-ə qədər yabanı və mədəni sort və formaları, çəmənlik üçyarpaq yoncasının (lat. Trifolium pratense) 6 yabanı forması vardır. Yem bitkiləri içərisində ən çox bəsləyicilik dəyəri olan yoncada 10 qədər vitamin var.
Ersi
Ersi (Xoy)
Adsız
Irqıl
Qırğız
Qırğızlar – türk xalqlarından biri. Hazırkı Qırğızıstan Respublikasının əsas (70.9 %-i) əhalisi. Xalqın öz dilində adı "kırqız"dır. Etimologiyaya görə iki varianta üstünlük verilir : türk sözü olan " qırx qız" və "qırğı" sözləri. Bir çox türkdilli xalqlarda eyni məna başa düşülür. Türkiyədə : Qırğızlar Van ilinin Ərciş ilçəsinin Ulupamir kəndində yaşayırlar, sayları 3.850 nəfərdir (2007). Əfqanıstanda : Qırğızlar Bədəxşan vilayətinin Vahan rayonunda yaşayırlar və sayları 20.000 nəfərdən çoxdur.
Qırız
Qrız — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. "Qrız" sözü haqqında əsası olmayan rəvayətlər söyləyənlər olmuşdur. Belə ki, Qrız-Qrıts sözü qırmaq feli ilə təsadüfən fonetik səsləşir və ona görə də, bu rəvayətlər uydurmadır. "Tök" (tökmək), "var", "gəldi", "gələcək", "gəlir" fellərinin Qrız dilində təsnifatını və s. verdikdə "Q" elementinə, daha doğrusu söz önlüyünə rast gəlinir. Həmin "Q" elementi yüksəklik, ucalıq, hündürlük, açıqlıq göstərir. "rıts" isə hamar, cila mənasını verir. Cilalanmış daş-ritsə xud, cilalanmış taxta-ritsə təxtə yer bildirir. Kəndin mövqeyinə görə belə adlanır. Qrızlı tədqiqatçı Şıxbala Qrızlı bu haqqda "Qrızlar və qrız dili" kitabında geniş məlumat vermişdir.
İrtış
İrtış (rus. Иртыш, qaz. Ertis, q.türk Ertiş, çin. 额尔齐斯河 — É'ěrqísī hé)— Çində, Qazaxıstanda və Rusiyada çay, Ob çayının əsas sol qol. İrtış çayının uzunluğu 4248 km təşkil edir (uzunluğuna görə Ob çayından böyükdür). Ob çayı ilə birlikdə İrtış 1643 min km² hövzə genişliyi ilə Rusiyada birinci, Asiyada ikinci, dünyada isə altıncı ən geniş çaydır. İrtış 4,248 metr (13,937 ft) uzunluq ilə dünyada ən uzun çay qoludur (ikinci yerdə Missuri çayı). Çin (525 kilometr), Qazaxıstan (1700 kilometr), Rusiya (2010 kilometr) ərazilərindən axır. İrtış çayı öz mənbəsini Monqolustan və Çinin sərhədində yerləşən Altay dağlarından götürür. Qara İrtış çayı Çindən Zaysan dərəsilə Qazaxıstana keçib, Zaysan axar gölünə tökülür.
İrşad
İrşad (qəzet)