Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Məmmədağa Bağırov
Məmmədağa Həsənağa oğlu Bağırov (2 dekabr 1997; Masallı rayonu, Azərbaycan — 6 noyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Məmmədağa Bağırov 1997-ci il dekabrın 2-də Masallı rayonunun Xoşçobanlı kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Məmmədağa Bağırov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Məmmədağa Bağırov noyabrın 6-da Hadrutun azad edilməsi zamanı şəhid olub. Masallı rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Məmmədağa Bağırov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Məmmədağa Bağırov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Məmmədağa Bağırov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Məmmədağa Bağırov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Məmmədağa Bağırov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Məmmədağa Dadaşov
Məmmədağa Dadaşov (bəstəkar)
Məmmədağa Hüseynov
Məmmədağa Hüseynağa oğlu Hüseynov (8 fevral 1929, Bakı – 20 yanvar 2002) — Azərbaycan boyakarı, Azərbaycan Respublikasının xalq rəssamı (2000). == Həyatı == Məmmədağa Hüseynov 8 fevral 1929-cu ildə Bakıda anadan olmuşdur. 1949-cu ildə Moskvada - Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Rəssamlıq fakültəsinə daxil olur. 1955-ci ildə oranı bitirib Bakıya qayıdır və "Azərbaycanfilm" yaradıcı fəaliyyətə başlayır. 20-yə qədər filmdə quruluşçu rəssam kimi çıxış edir. Azərbaycanın mədəni həyatında fəal iştirak edir. Respublika və xarici ölkələrdə keçirilən sərgilərin iştirakçısıdır. == Mükafatları == Azərbaycan SSR əməkdar rəssamı — 23 dekabr 1976 Azərbaycan Respublikasının xalq rəssamı — 18 dekabr 2000 == Filmoqrafiya == Asif, Vasif, Ağasif (film, 1983) Bahar rəqsləri (film, 1962) Bir məhəllədən iki nəfər (film, 1957) Bizim Cəbiş müəllim (film, 1969) Bizim küçə (film, 1961) Böyük dayaq (film, 1962) Dağlarda döyüş (film, 1967) Əhməd haradadır? (film, 1963) Əlavə iz (film, 1981) Fəallıq (film, 1975) Görüş (film, 1955) Xalq istedadları (film, 1967) Xoşbəxtlik qayğıları (film, 1976) İntizar (film, 1969) Kölgələr sürünür (film, 1958) Qaraca qız (film, 1966)(film, kinoalmanax) Qələbənin yolları (film, 1976) Qızıl qaz (film, 1972) Qocalar, qocalar...
Məmmədağa Muradov
Məmmədağa Məmmədhəsən oğlu Muradov (19 fevral 1921, Bakı – 14 noyabr 1969) — Azərbaycan tarzəni, Azərbaycan SSR əməkdar artisti (1959). == Həyatı == M. Muradov 1921-ci ildə Bakı şəhərində anadan olmuşdur. Qədim klassik janr olan muğamın görkəmli ustadları Mansur Mansurov, Qurban Pirimov, Bəhram Mansurov bu şəhərdə yaşayıb yaradır, gənc tarzənin yaradıcılığının inkişafına, onun mahir tarzən kimi yetişməsinə müsbət təsir göstərirdilər. M. Muradov gənc yaşlarından ifaçılığa başlamış və o, 1937-ci ildə M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının xalq çalğı alətləri orkestrinə qəbul olunmuşdur. O, tez bir zamanda orkestrin solisti olmuş, daha sonra isə konsertmeyster vəzifəsində çalışmışdır. M. Muradov eyni zamanda Bakının bir sıra musiqi məktəblərində, o cümlədən A. Zeynallı adına musiqi məktəbində uzun müddət müəllim işləmiş, istedadlı gənc tar ifaçılarının yetişməsində böyük rolu olmuşdur. Məmmədağa Muradov özünün incə ifaçılıq texnikası, muğamları özünəməxsus işləməsi, solist müğənnilərin virtuoz müşayəti ilə dinləyicilərin qəlblərinə yol tapır, xalq musiqisi sevərlərin hörmətini qazanırdı. Klassik muğamlarımızın sirlərinə dərindən bələd olan tarzən həm solo çalmaqda, həm də xanəndələri müşayət etməkdə xüsusi istedada malik idi. O, müğənnilik məktəbinin korifeyləri Seyid Şuşinski, Xan Şuşinski, Zülfü Adıgözəlov, habelə Şövkət Ələkbərova, Rübabə Muradova, Əbülfət Əliyev, Sara Qədimova ilə birgə çıxışlar edir, onları müşayət edirdi. Məmmədağa Muradovun ifaçılıq bacarıği xarici ölkə dinləyiciləri tərəfindən də yüksək qiymətləndirilmişdir.
Məmmədağa Məmmədov
Məmmədağa Əhməd oğlu Məmmədov (30 may 1926, Bakı – 23 yanvar 1971, Bakı) — Azərbaycan-sovet kimyaçısı, texnoloq və dövlət xadimi, Azərbaycan SSR neftayırma və neft kimyası sənayesi naziri (1967–1971). == Həyatı == Məmmədağa Məmmədov 1926-cı ildə yoxsul kəndli ailəsində anadan olmuşdur. 1943-cü ildə məktəbi bitirdikdən sonra M. Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun texnoloji fakültəsinə daxil olmuşdur, burada oxumaqla paralel olaraq istehsalat sahəsində də işləmişdir. 1949-cu ildə ali təhsilini bitirdikdən sonra Sov.İKP XXII qurultayı adına Bakı neftayırma zavoduna operator göndərilmiş, burada qurğu rəisi vəzifəsinə yüksəlmiş, sonralar isə ÜİK(b)P Mərkəzi Komitəsinin partiya təşkilatçısı — Azərbaycanın iri neftayırma müəssisəsinin partiya komitəsi katibi vəzifəsinə irəli çəkilmişdir.1955–1959-cu illərdə Məmmədağa Məmmədov Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin neft sənayesi şöbəsi müdirinin müavini, 1959–1961-ci illərdə Azərbaycan SSR Xalq Təsərrüfatı Şurası Neft Zavodları Birliyinin baş mühəndisi və rəis müavini, 1961–1965-ci illərdə isə Azərbaycan SSR Xalq Təsərrüfatı Şurasının Neft Emalı və Kimya Sənayesi İdarəsinin rəisi, 1965–1967-ci illərdə Azərbaycan SSR neftayırma və neft kimyası sənayesi nazirinin birinci müavini, 1967–1971-ci illərdə isə Azərbaycan SSR neftayırma və neft kimyası sənayesi naziri olmuşdur.Məmmədağa Məmmədov sürtkü yağları üçün aşqarlar texnologiyasının hazırlanmasında və istehsalatın təşkili işində fəaliyyət göstərmiş, bu sahəyə dair bir sıra elmi əsərlərin müəllifi olmuşdur. M. Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutu kafedrasının dosenti olmuş, 1967-ci ildə isə texnika elmləri namizədi alimlik dərəcəsini almışdır.1946-cı ildən Sov.İKP üzvü olan Məmmədağa Məmmədov dəfələrlə Bakı şəhər və Şaumyan rayon partiya komitələrinin üzvü və Bakı Sovetinin deputatı seçilmişdir. O, 1961–1963-cü illərdə Azərbaycan KP MK üzvlüyünə namizəd olmuşdur.Məmmədağa Məmmədov 23 yanvar 1971-ci ildə Bakıda vəfat etmişdir. == Təltif və mükafatları == "Azərbaycan SSR əməkdar mühəndisi" fəxri adı — 1964 "Azərbaycan SSR əməkdar ixtiraçısı" fəxri adı — 24 may 1960 "Stalin" mükafatı (3-cü dərəcə) — 1951 "Lenin" ordeni "Şərəf nişanı" ordeni == İstinadlar == == Xarici keçidlər == "Mammadagha A Mammadov" (ingilis). Find a Grave. 14 dekabr 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 dekabr 2021.
Məmmədağa Sultanov
Məmmədağa Sultanov — azərbaycanlı tərcüməçi, şair, ədəbiyyatşünas, 1959-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Əməkdar mədəniyyət işçisi (1967), filologiya elmləri namizədi (1948), baş elmi işçi (1982), müharibə və əmək veteranı. == Həyatı == Sultanov Məmmədağa Sultan oğlu — 1910-cu il yanvarın 5-də İranın Ərdəbil şəhərində anadan olmuşdur. Kiçik yaşlarında ikən ailəlikcə Bakıya köçmüşlər. İbtidai məktəbi qurtardıqdan sonra fərdi təhsil almışdır. 1991-ci il yanvar ayının 19-da Bakıda vəfat etmişdir. == Fəaliyyətləri == "Hücum" jurnalının məsul katibi (1932–1933), Kürdəmir rayonu MTS siyasi şöbəsinin orqanı "Bolşevik" qəzetinin redaktoru (1933–1935), Masallı rayonu qəzetinin redaktoru (1935–1936), "Gənc işçi" qəzetinin məsul katibi (1936–1937), "Kommunist" qəzeti redaksiyasında elm və mədəniyyət şöbəsinin müdiri (1937–1938), mühəndis və təsərrüfatçıların ixtisasını artıran institutun dil və ədəbiyyat kafedrasının müdiri (1939), Azərbaycan Dövlət Universitetinin aspirantı və müəllimi (1939–1941) işləmişdir. İkinci Dünya müharibəsi dövründə Zaqafqaziya cəbhəsi siyasi idarəsinin tərcüməçisi və siyasi təlimatçısı kimi Sovet Ordusu tərkibində Təbrizdə (1941–1942), Qafqazda olmuşdur (1942–1945). Azərbaycan EA Nizami adına Dil və Ədəbiyyat İnstitutu əlyazmaları şöbəsinin müdiri (1945–1950), Azərbaycan Elmlər Akademiyası Əlyazmaları fondunun direktoru (1950–1972), şöbə müdiri (1972–1976), Azərbaycan EA Yaxın və Orta Şərq xalqları İnstitutunun Şərq ölkələri ilə ədəbi əlaqələr şöbəsinin müdiri (1976–1981), Azərbaycan EA respublika Əlyazmaları İnstitutunda baş elmi işçi (1982-ci il-dən) olmuşdur. == Əsərləri == Ədəbi fəaliyyətə 1926-cı ildə "Gənc işçi" qəzetində çap etdirdiyi "Sənət məktəbi" adlı ilk şerilə başlamışdır. Klassik ədəbiyyatdan etdiyi poetik tərcümələr onun yaradıcılığında başlıca yer tutur.
Məmmədağa Səfərov
Məmmədağa Balakişi oğlu Səfərov (d. 10 may 1997; Bakı – ö. 21 oktyabr 2020; Xocavənd) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən Müharibəsi şəhidi. == Həyatı == Məmmədağa Səfərov 10 may 1997-ci ildə Bakı şəhərində anadan olmuşdur. Yasamal rayonu 20 saylı tam orta məktəbdə orta təhsil almışdır. 2014–2019-cu illərdə Türkiyənin Balıkəsir Universitetinin makina mühəndisliyi fakültəsində təhsil almışdır. Oxuduğu universitetdə akt zalına Şəhidimizin adı verilib. == Hərbi xidməti == Məmmədağa öz istəyi ilə təhsilini donduraraq hərbi xidmətə yollanır. 2020-ci ilin oktyabrın 8-də hərbi xidmətə başlamış və Qusar rayonunda xidmət etmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan İkinci Qarabağ müharibəsində Xocavənd, Cəbrayıl və Füzuli istiqamətində gedən döyüşlərdə iştirak etmiş, oktyabrın 21-də Xocavənd uğrunda gedən döyüşlərdə həlak olmuşdur.
Məmmədağa Sərdarov
Məmmədağa Sərdarov — Siyasi elmlər üzrə fəlsəfə doktoru, İctimai xadim, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-publisist. == Həyatı == Məmmədağa Əhmədkərim oğlu Sərdarov 1941-ci il yanvarın 1-də Azərbaycan Respublikası Qusar rayonunun Gədəzeyxur kəndində anadan olub. 1957-ci ildə Qusar şəhər 1 saylı Azərbaycan orta məktəbini,1963-ci ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunun Rus dili və Ədəbiyyatı fakültəsini əyani bitirib. Əmək fəaliyyətinə hələ tələbə ikən fəhləliklə başlayıb. 1962-ci ildən 1966-cı ilə qədər İsmayıllı və Bakı şəhərinin Qaradağ rayonu məktəblərində müəllim işləmiş, 1966-cı ildə komsomol işinə irəli çəkilmiş, Qaradağ rayon Komsomol Komitəsində şöbə müdiri, rayon partiya komitəsində təlimatçı və rayon komsomol komitəsinin birinci katibi işləyəndən sonra 1971-ci ildə Komsomolun Mərkəzi Komitəsində informasiya bölməsinin müdiri vəzifəsinə təyin olunmuşdur. Üç il burada çalışandan sonra ona Respublika Xalq Nəzarəti Komitəsində işləməyi tövsiyə edilir və orada 17 il əvvəl inspektor, sonra baş inspektor vəzifələrində çalışıb. Bu orqan ləğv edildiyindən o, Əhalinin Əmək və Sosial müdafiəsi Nazirliyində baş mütəxəssis, 1993-cü ildən isə Nazirlər Kabinetində yeni yaradılan Qaçqınlar və məcburi köçkünlərin məsələləri üzrə şöbəsində böyük referent işləyib. Həmin illərdə işlədiyi təşkilatların mükafatları ilə yanaşı "Rəşadətli əməyə görə" medalı, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif olunmuşdur. == Ailəsi == Üç övladı, 5 nəvəsi var Həyat yoldaşı — Pakizə Əliş qızı Sərdarova 1945-ci ildə anadan olmuş, 2004-cü ildə vəfat etmişdir. Elçin Məmmədağa oğlu Sərdarov – 1969-cu il təvəllüdlü, ali təhsillidir, Təhsil Nazirliyində işləyir, Emin Məmmədağa oğlu Sərdarov – 1971-ci il təvəllüdlü, ali təhsillidir, Respublika Dövlət Arxivinin direktorudur.
Məmmədağa Tərlanov
Məmmədağa Əlibaba oğlu Tərlanov (16 mart 1918, Bakı – 9 dekabr 1988, Bakı) — Azərbaycan təsviri və tətbiqi sənətinin tədqiqatçısı, sənətşünas alim, professor, müəllim, Azərbaycan SSR əməkdar mədəniyyət işçisi. == Həyatı == 1918-ci il martın 16-da Bakıda dünyaya göz açmışdır. Əslən Bakının Novxanı kəndindən olan rəssam 1936-cı ildə Əzim Əzimzadə adına rəssamlıq məktəbini bitirmiş, 1938-ci ildən 1941-ci ilədək SSRİ Rəssamlıq Akademiyasında təhsil almışdır. Böyük Vətən müharibəsinin başlanması ona təhsilini davam etdirməyə imkan verməmişdir. Həmin ilin iyun ayında cəbhəyə yollanmışdır. 1945-ci ilin əvvəllərində cəbhədə ayağından ağır yara alan Məmmədağa əvvəlcə Moskvaya, müalicə aldıqdan sonra isə Bakıya qayıdıb. Həmin il Azərbaycan Dövlət İncəsənət Muzeyinin elmi katibi vəzifəsinə təyin olunub. 1946-cı ildə Azərbaycan Rəssamlar İttifaqının məsul katibi, 1952-ci ilin iyun ayında isə sədri seçilib və 10 il bu vəzifədə çalışıb. O, eyni zamanda Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində təlimatçı işləyib. 1947–1951-ci illər olduqca ağır, gərgin zəhmət tələb edən dövr idi.
Məmmədağa Umudov
Məmmədağa Məmmədəli oğlu Umudov (d. 27 may 1949, Əmircan) — bəstəkar, professor, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2008). == Həyatı == === Təhsili === Umudov Məmmədağa Məmmədəli oğlu 1949-cu il may ayının 27-də Bakının Əmircan kəndində anadan olmuşdur. Orta təhsilini 84 və 97 nömrəli məktəblərdə almışdır. Əmircandakı musiqi məktəbinin tar sinfini bitirmişdir. 1968-ci ildə Asəf Zeynallı adına musiqi texnukumunu bitirmişdir. Daha sonra Azərbaycan Dövlət Konservatoriyasının ifaçılıq fakültəsinin tar ixtisası (1973) və bəstəkarlıq (1977) fakültəsini bitirmişdir. Bəstəkar Cövdət Hacıyevin tələbəsi olmuşdur. === Yaradıcılığı === Tələbəlik illərinin ilk yaradıcılıq axtarışları nəticəsində kamera instrumental və simfonik janrda bir sıra əsərlər, o cümlədən "12 prelüd", "Fortepiano triosu" (1973-75), fortepiano üçün prelüdlər və sonatına (1974-75), variasiyalar, simli kvartet və s. yazır.
Məmmədağa İmanov
Məmmədağa İqab oğlu İmanov (4 aprel 2001; Dalğalı, Neftçala rayonu, Azərbaycan – 29 sentyabr 2020) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Məmmədağa İmanov 2001-ci il aprel ayının 4-ü Neftçala rayonunun Dalğalı kəndində anadan olmuşdur. == Hərbi xidməti == Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanan Məmmədağa hərbi xidmət müddətinə Neftçalada başlamış, Beyləqanda davam etdirmişdir. Azərbaycan Ordusunun əsgəri olan Məmmədağa İmanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Sonuncu dəfə 29 sentyabr tarixində əlaqə saxlamışdır. Uzun müddət nəşi tapıla bilməmişdir. 2021-ci il mayın 31-i Məmmədağa İmanovun nəşi tapılmış və ailəsinə təhvil verilmiş və Neftçala Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Məmmədağa İmanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Məmmədağa İmanov ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Məmmədağa İmanov ​ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Məmmədağa Şirəliyev
Məmmədağa Şirəli oğlu Şirəliyev (19 sentyabr 1909, Şamaxı – 19 aprel 1991) — filologiya elmləri doktoru (1943), Əməkdar elm xadimi (1962), professor, AMEA-nın dilçilik üzrə həqiqi üzvü (1962), türkoloq, dilçi. == Həyatı == Məmmədağa Şirəliyev 19 sentyabr 1909-cu ildə Şamaxı şəhərində anadan olmuşdur. O, 1927-ci ildə Bakıda orta məktəbi bitirib və Bakı Dövlət Universitetinin Şərq fakültəsinin Dilçilik şöbəsinə qəbul olunub və 1931-ci ildə ali təhsilini başa vurub. == Əmək fəaliyyəti == Məmmədağa Şirəliyev 1931-ci ildən Azərbaycan Pedaqoji İnstitutunda, 1943-cü ildə Bakı Dövlət Universitetində Azərbaycan dilçiliyi kafedrasının müdiri vəzifəsini icra etmişdir. Azərbaycan dialektologiya məktəbinin yaradıcısıdır. O, bir müddət Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin dekan müavini, elmi hissə üzrə prorektoru olmuşdur. 1949-cu ildə Azərbaycan SSR EA Dil İnstitutunun direktoru, Azərbaycan SSR EA Ədəbiyyat və Dil İnstitutunun direktoru olan Şirəliyev Azərbaycan SSR EA İctimai elmlər bölməsinin akademik katibi vəzifəsində işləmişdir. == Elmi yaradıcılığı == Məmmədağa Şirəliyev 1941-ci ildə "Bakı dialekti" mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, lakin əsərin elmi dəyərini nəzərə alaraq, 1943-ci ildə ona filologiya elmləri doktoru alimlik dərəcəsi verilmişdir. M.Ə.Şirəliyev 1949-cu ildə Azərbaycan SSR EA-nın müxbir üzvü, 1962-ci ildə isə həqiqi üzvü (akademik) seçilmişdir. M.Ş.Şirəliyev 100-dən çox elmi əsərin, o cümlədən monoqrafik "Azərbaycan dialektologiyasının əsasları", "Bakı dialekti", habelə M.H.Hüseynzadə ilə birlikdə orta məktəblər üçün yazdığı "Azərbaycan dilinin qrammatikası" dərsliyinin müəllifidir.M.Ş.Şirəliyev türkologiyada, o cümlədən, Azərbaycan dilçiliyində dilçilik coğrafiyasının banisidir.
Məmmədağa Dadaşov (aktyor)
Məmmədağa Ağarəhim oğlu Dadaşov (12 aprel 1912, Bakı – 3 dekabr 1996, Bakı) — Azərbaycan aktyoru, Azərbaycan SSR əməkdar artisti (1957). GTT-nın yaradıcılarındandır. Aktyor kimi xarakterik və tipik obrazların ifasında nailiyyətlərə daha çox müvəffəq olub. == Həyatı == Məmmədağa Ağakərim oğlu Dadaşov 12 aprel 1912-ci ildə Bakıda doğulub. Səhnəyə ilk dəfə on dörd yaşında, oxuduğu məktəbdə çıxıb. 40 saylı pioner dəstəsinin dram dərnəyinə üzv olub. GTT məhz həmin dərnəyin bazası əsasında yaranıb və truppanın ilk aktyorlarının sırasında Məmmədağa Dadaşov da olub. Ömrünün sonuna qədər səhnədən və bu kollektivdən ayrılmayıb. Məmmədağa Dadaşov komediya, faciə, dram əsərlərində və nağıl-tamaşalarda müxtəlif səciyyəli rollar oynayıb. Azad ("Azad", Əyyub Abbasov), Valer, Leandr ("Zorən təbib" və "Skapenin kələkləri", Jan Batist Molyer), Vəhşi pişik ("Özbaşına gəzən pişlk", Reyhard kiplinq), El oğlu ("E1 oğlu", Abdulla Şaiq), Çingiz ("Nərgiz", Mirmehdi Seyidzadə), Məhkəmə sədri ("Müfəttiş", Nikolay Qoqol), Ağa Zaman, Məşədi Qurban, Hatəmxan ağa ("Molla İbrahimxəlil kimyagər", "Xırs quldurbasan" və "Müsyö Jordan və dərviş Məstəli şah", Mirzə Fətəli Axundzadə), Hacı Saleh ("Tamahkar", Süleyman Sani Axundov), İmran ("Anacan", Yusif Əzimzadə), Nüsrət ("Yaşar", Cəfər Cabbarlı), Simnar xan ("ÇİÇəkiİ dağ", Məmmədhüseyn Təhmasib), Casus ("Qavroş", Viktor Hüqonun "Səfillər" romanı əsasında səhnələşdirənləri Zəfər Nemətov və Əli İsmayılov), Qasım xan ("Əlvida, Hindistan!", Qeybulla Rəsulov), Milan Hersoqu, Montekki ("iki veronalı" və "Romeo və Cülyetta", Vilyam Şekspir), Mirbağır ağa ("Yarımçıq şəkil", Adil Babayev), Molla Səfi ("Hacı Qəmbər", Nəcəf bəy Vəzirov), Mirzə Qoşunəli ("Bəxtsiz cavan", Əbdürrəhim bəy Haqverdiyev), Jandarına polkovniki ("Ovod", Etil Voyniç), Tağı müəllim ("Şirinbala bal yığır", Salam Qədirzadə) rollarında özünün aktyorluq bacarıq və qabiliyyətini daha ifadəli şəkildə göstərə bilib.
Məmmədağa Dadaşov (bəstəkar)
Məmmədağa Dadaşov — Bəstəkar, səs rejissoru. == Həyatı == 1951-ci il yanvarın 5-də anadan olub. == Əsərləri == Skripka və piano üçün 2 Pyes (1991); Nəfəsli orkestr üçün "Marş" (1992); Piano üçün 6 Prelüd (1998). B. Vahabzadə, N. Xəzri, M. Rahim, İ. Dadaşov, O. Şamilin söz. 14 Mahnı (1990–2001).
Məmmədağalı
Məmmədağalı — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 noyabr 2002-ci il tarixli, 384-IIQ saylı Qərarı ilə Qəbələ rayonunun Məmmədağalı kəndi Bunud kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Seyidqışlaq kəndi mərkəz olmaqla, Seyidqışlaq kənd inzibati ərazi dairəsi yaradılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 953-IIQ saylı Qərarı ilə Qəbələ rayonunun Məmmədağalı kəndi Seyidqışlaq kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Məmmədağalı kənd inzibati ərazi vahidi yaradılmışdır. == Toponimikası == Kənd məmmədovlar nəslinin məskunlaşması nəticəsində yarandığına görə həmin nəslin adı ilə adlandırılmışdır. == Tarixi == Kəndin tarixinə dair geniş araşdırma aparılmayıb, lakin üzərində alban yazısı olan daşın tapılması göstərir ki, kəndin tarixi qədim dövrə gedib çıxır. Kəndin adına İsmayıl bəy Qutqaşınlının "Səfərnamə"sində "Məhəmmədağalı" şəklində rast gəlinir. Məmmədağalı kəndində 2005-ci ildə Milli Məclisin qərarına əsasən İnzibati Ərazi Nümayəndəliyi təşkil edilmişdir. 2003-cü ilə qədər Bund kənd İƏN daxilində, 2003-2005-ci illər ərzində Seyidqışlaq kənd İƏN tərkibində inzibati ərazi olmuşdur. 1999-cu ildən etibarən bələdiyyə strukturu fəaliyyət göstərir. Seçicilərin sayı 250 nəfərdir.
Məmmədağalı bələdiyyəsi
Qəbələ bələdiyyələri — Qəbələ rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Seyidqışlaq-Məmmədağalı yolu
Y-36-01 — Seyidqışlaq-Məmmədağalı yolu yerli əhəmiyyətli yoldur. Ümumi uzunluğu 18 km-dir. 2005-ci il avqust ayında yolun 1-ci km-də Dəstəmazçay üzərində uzunluğu 12 m olan körpü tikilərək istifadəyə verilmişdir.
Seyidqışlaq–Məmmədağalı yolu
Y-36-01 — Seyidqışlaq-Məmmədağalı yolu yerli əhəmiyyətli yoldur. Ümumi uzunluğu 18 km-dir. 2005-ci il avqust ayında yolun 1-ci km-də Dəstəmazçay üzərində uzunluğu 12 m olan körpü tikilərək istifadəyə verilmişdir.
Məmmədabad
Məmmədabad (Saatlı) — Azərbaycan Respublikasının Saatlı rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Məmmədabad (Üçkilsə) — Üçkilsə rayonunda kənd.
Məmmədoba
Məmmədoba — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalinin sayı 966 nəfərdir. == Toponimiyası == Yaşayış məntəqəsini XIX əsrdə həmin rayondakı Aşağı Miyanku kəndindən köçüb gəlmiş Məmməd adlı şəxs salmışdır. Oykonim “Məmmədin obası, Məmmədə məxsus oba” mənasındadır.
Məmmədqala
Məmmədqala (rus. Мамедкала – Mamedkala) — Dağıstan respublikasının Dərbənd rayonunda şəhər tipli qəsəbədir. Qəsəbə Dərvaqçayın sahilində, Şimali Qafqaz dəmir yolunun eyni adlı stansiyasının yaxınlığında yerləşir. == Tarix == Tərəkəmə mahalında yerləşən qəsəbənin bünövrəsi XVIII əsrdə Qubalı Fətəli xan tərəfindən salınmışdı. Qaytaq üsmisi Əmir Həmzə ilə mübarizə aparan Fətəli xan üsminin qardaşı oğlu Xan Məhəmmədi öz tərəfdaşına çevirib, 1775-1778 illərdə onu üsmiyə qarşı çıxartmaq niyyəti ilə yüz kəndli ailəsi ilə birlikdə Dərbənddən 100 fərsah kənara köçürmüşdü. Burada salınan qala Xanməhəmmədqala adı ilə tanındı. Üsmiliyin ərazisində yerləşən bu qala Əmir Həmzənin vəfatına kimi üsmiliyə tabe olmamışdı. XIX əsrin əvvəlində bu yer artıq Xanməmmədqala və ya sadəcə Məmmədqala kimi qeydə alınırdı.Sovet dövründə qəsəbə Məmmədqala dəmiryol stansiyası, Məmmədqala, Mixaylovka, Tumayevka, Duzlaq kəndləri və Ş. Əliyev adına sovxoz yaşayış məntəqələrinin birləşdirilməsi yoluyla ilə yaradılmışdır. == Coğrafiya == Məmmədqala qəsəbəsi Dərbənd şəhərindən 22 km şimal-qərb, Mahaçqala şəhərindən 112 km cənub-şərq istiqamətində yerləşir.
Adelaida Məmmədova
Adelaida Məmmədova (22 avqust 1922, Tiflis – 25 aprel 2015, Bakı) — musiqiçi alim, pedaqoq, ictimai xadim, SSRİ Dövlət Mükafatı laureatı Bülbülünün həyat yoldaşı və Polad Bülbüloğlunun anası. == Yaradıcılığı == Adelaida Məmmədova 1922-ci il avqust ayının 22-də Tiflis şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, Gürcüstan Xalq Ədliyyə Komissarlığı nəzdindəki Tbilisi Hüquq Məktəbində təhsil alaraq əmək fəaliyyətinə başlamışdır. 1977-ci ildə Azərbaycan peşəkar vokal sənətinin banisi Bülbülün Memorial Muzeyi yaradılarkən Adelaida Məmmədova onun direktoru təyin edilmişdir. Adelaida xanım 40 ildən artıq müddətdə, Bülbülün irsinin fədakar qoruyucusu və fəal təbliğçısı olmuşdur. Məhz onun gərgin əməyi sayəsində respublikanın ilk ev-muzeylərindən biri olan Bülbülün xatirə muzeyində görkəmli sənətkarın həyat və yaradıcılığını əks etdirən 6 mindən artıq sənəd, o cümlədən müğənninin iştirak etdiyi opera tamaşalarının afişaları, məktubları və redaktəsi ilə nəşr edilmiş toplu və dərsliklər, habelə onun mədəni, elmi, pedaqoji və ictimai fəaliyyətinə aid materiallar toplanmışdır. Onun səyi ilə Bakı və Şuşa şəhərində Bülbülün xatirə ev-muzeyləri yaradılmışdır. O, muzey direktoru olmaqla yanaşı, həm də Bülbülün zəngin irsinin yorulmaz tədqiqatçısı idi. Adelaida Məmmədova görkəmli vokal ustasının elmi fəaliyyətinə və çoxşaxəli yaradıcılığına həsr olunmuş çox sayda kitab və məqalələrin müəllifi olmuşdu. Təssüflər olsun ki, Şuşa şəhəri 1992-ci ildə Ermənistanın silahlı qüvvələri tərəfindən işğal olunduqdan sonra, Bülbülün xatirə ev-muzeyi vəhşicəsinə dağıdılmışdır.
Almaz Məmmədova
Almaz Əli qızı Məmmədova — Azərbaycan filoloqu, filologiya üzrə elmlər doktoru, BDU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru. == Həyatı == 1948-ci ilin oktyabr ayının 3-də Bakı şəhərində anadan olub. 1955-1965-ci illərdə Bakı şəhərində 172 saylı tam orta məktəbdə təhsil alıb və orta məktəbi əla qiymətlərlə bitirib. 1965-1970-ci illərdə BDU-nun Filologiya fakültəsində təhsil alıb və universiteti fərqlənmə diplomu ilə bitirib. 1971-ci ildən Bakı Dövlət Universitetində çalışır. 1979-cu ildə BDU-nun əyani aspiranturasına qəbul olub. 1981-ci ildə ”Mədinə Gülgünün həyat və yaradıcılığı“ mövzusunda dissertasiya müdafiə edib və filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. 1990-cı ildə dosent elmi adını alıb. 1997-ci ildə “Cənubi Azərbaycan ədəbiyyatının inkişaf mərhələləri (1946-1990-cı illər)” mövzusunda dissertasiya müdafiə edərək filologiya üzrə elmlər doktoru elmi dərəcəsi alıb. 1999-cu ildə professor elmi adını alıb.
Ayan Məmmədova
Aynur Məmmədova
Aynur Tofiq qızı Məmmədova (21 fevral 1979, Təzə Şilyan, Ucar rayonu) – Paralimpiyaçı Taekvondo üzrə 3 qat dünya və 4 qat Avropa çempionu, Azərbaycan Respublikasının əməkdar idman ustası və ictimai-siyasi xadim, Paratekvando üzrə Azərbaycan Milli Yığmasının üzvü, Prezident Mükafatçısı, Əlilliyi olan uşaq və gənclərin idmana inteqrasiyası ictimai birliyinin sədri. == Həyatı == Aynur Tofiq qızı Məmmədova 21 fevral 1979-cu il tarixdə Azərbaycan SSR-in Ucar rayonunun Təzə Şilyan kəndində anadan olmuşdur. Uşaqlığı Təzə Şilyan kəndində keçmişdir. 1997-ci ildən Bakı şəhərində yaşayır. MirKamal Bəşirli adlı bir oğlu var. === Təhsili === 1996-cı ildə Təzə Şilyan kənd orta məktəbini bitirib. 2001-ci ildə Bakı Maliyyə İqtisad Kollecini bitirib. 2014-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasıda təhsil almış, 2019-cu ildə bitirmişdir. == Fəaliyyəti == 1998-ci ildən ictimai-siyasi və xeyriyyəçilik fəaliyyəti fəal məşğul olmuşdur. 1998–2000-ci illərdə Azərbaycan Əlil Qadınlar Cəmiyyəti İdarə Heyətinin üzvü, 2000–2004-cü illərdə Azərbaycan Respublikası Müharibə Veteranları Cəmiyyətinin Sədr müavini, 2004–2009-cu illərdə "Pənah" Əlillər Cəmiyyətinin İdarə Heyətinin üzvü vəzifəsini tutmuşdur.
Aysel Məmmədova
Aysel Məmmədova (3 iyul 1989, Bakı) — Azərbaycan müğənnisi. O, "X My Heart" mahnısı ilə Azərbaycanı Portuqaliyanın paytaxtı Lissabonda keçirilən 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Həyatı və musiqi karyerası == Aysel Məmmədova 3 iyul 1989-cu ildə Azərbaycanın Bakı şəhərində anadan olub. Musiqiçi ailəsində doğulan Ayselin həyatı uşaqlıqdan musiqi ilə bağlı olub. O, 1995–2006-cı illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində təhsil alıb. 2010-cu ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Aysel "Caspian Jazz & Blues Festival" (2002), Bakı Beynəlxalq Caz Festivalı (2005/2006), "MuzEnergo Festival of Music Improvisation" (2007), Montro Caz Festivalı (2009) Emil İbrahimin musiqi qrupunun müşayiəti ilə, Qafqaz Caz Festivalı (2012) və "Jara-2017" festivalı kimi beynəlxalq musiqi festivallarının iştirakçısı olub.Aysel 2013-cü ildə tanınmış musiqiçilər Aleksandr Koppaloni və 2015-ci ildə isə Debora C.Karterdən özəl dərslər alıb. Eyni zamanda, Rusiya, Gürcüstan, Türkiyə, Ukrayna, İsrail, İsveçrə, Niderland və İtaliyada keçirilən musiqi tədbirlərində də iştirak edib.Aysel pianoçu, vokalist və bəstəkardır. === 2018 Avroviziya Mahnı Müsabiqəsi === 8 noyabr 2017-ci il tarixində İctimai TV rəsmi olaraq Aysel Məmmədovanın ölkəni Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil edəcəyini açıqlamışdır. İfaçının Lissabon səhnəsində ifa edəcəyi mahnı "X My Heart" 2018-ci ilin mart ayının 4-də təqdim olunmuşdur.
Bahar Məmmədova
Bahar Bərdəli (tam adı: Bahar Hüseynəli qızı Məmmədova; 6 may 1957, Bala Qacar, Bərdə rayonu) — AMEA Ədəbiyyat İnstitutu, filologiya üzrə fəlsəfə doktoru, dosent. Ədəbiyyatşünas, yazıçı, şair, AYB-nin üzvü (1995); Yeni Azərbaycan Partiyasının üzvü (1998). == Həyatı == Bahar Məmmədova 1957-ci il mayın 6-da Bərdə rayonunda anadan olmuşdur. Şirvanlı kənd orta məktəbini (1964-1974), Azərbaycan Dövlət Pedaqogi Universitetini (1974-1979) bitirmişdir. 1979-1991-ci illərdə Bərdədə, 1991-2008-ci illərə qədər isə Bakıda orta təhsil məktəblərində müəllim, direktor müavini və direktor işləmişdir.2008-ci ildən AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan ədəbiyyatı şöbəsində elmi fəaliyyətinə başlamışdır. Hazırda isə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosentdir. İyirmiyə yaxın bədii-elmi kitabın müəllifidir. Yazıçı kimi prezident təqaüdçüsüdür. == Qalereya == == Yaradıcılığı == === Bədii kitablar === Qarabağın maralı. (Povest, hekayələr).
Bilqeyis Məmmədova
Məmmədova Bilqeyis Mir Əbdülqəni qızı (d.27.9.1931, Bakı) — professor (1997). == Həyatı == Azərb. Dövlət Konservatoriyasını bitirmişdir (1957). 1957 ildən konservatoriyanın musiqi nəzəriyyəsi kafedrasında prof, vəzifəsində işləyir. 1953-62 illərdə Azərb. Dövlət musiqi nəşriyyatının baş redaktoru, 1962-66 illərdə "Azərnəşr"də İncəsənət redaksiyasının müdiri, 1969-79 illərdə Azərb. Dövlət Konservatoriyasında tədris və elmi işlər üz prorektor olmuş, həmçinin 1974-77 illərdə konservatoriyanın rektorı vəzifəsini icra etmişdir. Bir sıra elmi yazıların, dərs vəsaitlərinin müəllifidir. "Şərəf nişanı" ordeni ilə təltif edilmişdir.