Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nüma Denis Füstel de Kulanj
Nüma Denis Füstel de Kulanj (fr. Numa Denis Fustel de Coulanges) 18 mart 1830[…], Paris – 12 sentyabr 1889[…], Massi[d] — fransız tarixçisi, qədim dövr və orta əsrlər tarixi üzrə mütəxəssis. 1853-cü ildə ali normal məktəbi bitirmiş, daha sonra 1870–80-ci illərdə oranın müəllimi, 1880–83-cü illərdə isə direktoru olmuşdur. Xiosda arxeoloji qazıntılar aparmış, qədim yunan ailəsinin tarixini tədqiq etmişdir. 1858-ci ildə Polibi haqqında, daha sonra Vesta kultuna dair dissertasiya müdafiə etmişdir. 1860-cı ildən Strasburq Universitetinin professoru olmuş, 1864-cü ildə "Qədim insanlarda ailə və dövlət" adlı məşhur əsərini yazmışdır. 1875-ci ildə əxlaqi və siyasi elmlər akademiyasına üzv seçilmiş, 1878-ci ildən Sorbonnada orta əsrlər tarixi kafedrasının müdiri olmuşdur. Əsas elmi əsəri olan "Qədim Fransanın siyasi institutları" (fr. "L’Histoire des institutions politiques de l’ancienne France") tamamlanmamışdır. Bəzi cildləri şagirdi Kamil Jüllian tərəfindən çapa hazırlanmışdır.
1 May nümayişi (1919)
Bir May Nümayişi (1919) — Azərbaycan Xalq Cümhuriyyəti siyasi xadimlərinin iştirakı ilə 1 May bayramının Bakıda qeyd olunması. == Haqqında == "Müsavat" partiyasının 1919 il aprelin 29-da təşkil etdiyi fəhlə konfransında 1 May nümayişinə "Yaşasın müstəqil Azərbaycan!" şüarı ilə çıxmaq qərara alındı. Konfrans nümayəndələri dünya demokratik qüvvələrinin səsinə səs vermək əzmi göstərdilər. Azərbaycanın siyasi xadimlərinin 1 May bayramında iştirak etmək arzusu, bu münasibətlə azərbaycanlı fəhlələrə müraciəti bolşeviklər üçün gözlənilməz oldu. Azərbaycanlı fəhlələr mütəşəkkil surətdə nümayişə çıxdılar. Bolşeviklərin "Yaşasın Sovet Rusiyası" şüarına qarşı azərbaycanlı fəhlələrin "Yaşasın istiqlalı qoruyan millət və partiya" şüarı nümayişdə alqışlarla qarşılandı. 1 May bayramının təntənəli qeyd olunması rəsmi dövlət qəzeti olan "Azərbaycan"da da işıqlandırıldı. Mayın 1-də səhər tezdən küçələrdə əmək təşkilatlarının qırmızı bayraqları ilə yanaşı, müsəlman təşkilatlarının üçrəngli bayraqları da dalğalanırdı. Şəhərin müsəlman fəhlələrinin nümayəndələri zurna sədaları altında rəqs edir, müsəlman natiqlərin çıxışları sürəkli alqışlarla qarşılanırdı. Dövlət opera teatrının xoru orkestrin müşayiəti ilə inqilabi mahnılar ifa edərək, bayram şənliyini daha da rövnəqləndirirdi.
ABŞ Nümayəndələr Palatası
ABŞ Nümayəndələr Palatası (ing. The United States House of Representatives) — ABŞ Konqresinin aşağı palatası, yuxarı palatası isə Senatdır. Orada ABŞ ştatları əhali sayına görə mütənasib olaraq nümayəndə ilə təmsil olunublar. Konqresin sayını dəyişdirmək hüququnu saxlamasına baxmayaraq, nümayəndələrin ümumi sayı hazırda 435 üzvü vardır və bu 1929-cu il Reapportionment Aktına uyğun olaraq müəyyən edilir. Hər bir nümayəndə iki il müddətinə seçilir. Nümayəndələr Palatasının rəhbəri "Spiker" kimi tanınır və onun üzvləri tərəfindən seçilir. Qanun layihələri hər iki məclisdə ayrıca müzakirə olunur və səsə qoyulur. Hər iki məclisdə qəbul edilən qanun layihələri arasında fərqlər varsa, qarışıq bir komissiya tərəfindən razılaşdırılır və təklif olunan qanun təklifi ABŞ Prezidentinin təsdiqlənməsi üçün təqdim olunur. Prezident veto səlahiyyətinə malikdir. Prezident bu səlahiyyətdən istifadə etmədən qanun layihəsini imzalayırsa, qanun şəffaf şəkildə həyata keçirilir.
ABŞ Nümayəndələr Palatasının spikeri
Amerika Birləşmiş Ştatları Nümayəndələr Palatasının spikeri, adətən Nümayəndələr Palatasının spikeri kimi tanınır, Birləşmiş Ştatların Nümayəndələr Palatasının sədridir. Ofis 1789-cu ildə ABŞ Konstitusiyasının I Maddəsinin 2-ci Bölməsinə əsasən yaradılmışdır. Spiker Palatanın siyasi və parlament lideridir və eyni zamanda onun sədrlik edən zabiti, orqanın çoxluq partiyasının de-fakto lideri və qurumun inzibati rəhbəridir. Spikerlər müxtəlif digər inzibati və prosessual funksiyaları da yerinə yetirirlər. Bu bir neçə rol və məsuliyyəti nəzərə alaraq, spiker adətən debatlara şəxsən rəhbərlik etmir. Bu vəzifə əvəzinə çoxluq partiyasından olan Palata üzvlərinə həvalə olunur. Spiker mütəmadi olaraq zəmin debatlarında da iştirak etmir.
Albaniyanın diplomatik nümayəndəliklərinin siyahısı
Albaniyanın diplomatik nümayəndəliklərinin siyahısı (alb. Lista e misioneve diplomatike të Shqipërisë) - Albaniyanın xarici ölkələrdə yerləşən diplomatik nümayəndəliklərinin siyahısını özündə birləşdirir. Siyahıda fəxri konsul vəzifəsinə sahib şəxslərin yaşadığı ölkələr qeyd edilməyib. Albaniyanın dünyanın dörd qitəsində yerləşən 43 səfirliyi və 6 müvəqqəti akkreditə olunmuş nümayəndəliyi mövcuddur. 2013-cü ildə keçirilmiş seçkilərdən sonra ölkənin Xarici İşlər Naziri Dmitri Buşati hökumətin iqtisadi böhran səbəbindən bəzi ölkələrdə yerləşən səfirliklərini bağladığını açıqlamışdır. 2014-cü ildə Albaniya Kuala-Lumpur (Malayziya), Lissabon (Portuqaliya), Sarayevo (Bosniya və Herseqovina) və Yeni Dehli (Hindistan) də yerləşən səfirliklərini bağlamışdır.
Almaniya fəhlə nümayəndə heyətinin Bakıya səfəri (film, 1925)
Almaniya fəhlə nümayəndə heyətinin Bakıya səfəri sənədli filmi 1925-ci ildə "Kino-Mədənçi" Studiyasında istehsal edilmişdir. Filmdə Almaniya fəhlə nümayəndə heyətinin Bakıya səfərindən bəhs edilir. == Məzmun == Filmdə Almaniya fəhlə nümayəndə heyətinin Bakıya səfərindən, onların Azərbaycanda yeni sosialist sənayesinin təşkili və iş prosesi, fəhlələrin həyat və məişəti ilə yaxından tanış olmalarından bəhs edilir. == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 29.
Andorranın diplomatik nümayəndəliklərinin siyahısı
Andorranın diplomatik nümayəndəliklərinin siyahısı (isp. Misiones diplomáticas de Andorra) — Andorra Knyazlığının xarici ölkələrdə yerləşən diplomatik nümayəndəliklərinin siyahısını özündə birləşdirir. Andorra kiçik ölkə olduğundan xarici ölkələrdə digər Avropa ölkələrinə nisbətən məhdud sayda səfirlik və konsulluq şöbələri fəaliyyət göstərir. Avropa İttifaqı, Benilüks ölkələri və Almaniya ilə münasibətlərin tənzimlənməsinə Belçikanın paytaxtı Brüssel şəhərində yerləşən səfirlik nəzarət edir.
Azərbaycan Xalq Cümhuriyyəti nümayəndə heyətinin İtaliyaya səfəri
Azərbaycan Xalq Cümhuriyyəti nümayəndə heyətinin İtaliyaya səfəri - AXC rəhbərliyinin hərbi silah və sursat alınması üçün İtaliya krallığına 1919-cu ildə göndərdiyi nümayəndə heyətinin səfəri nəzərdə tutulur. == Arxa plan == İlk əvvəllər Azərbaycan Xalq Cümhuriyyəti İtalyan qoşunlarının Azərbaycanda yerləşdirilməsinə nail olmağa çalışırdı. Buna görə də Parisə ezam edilən müttəfiq komandanlığı yanında xüsusi nümayəndə Ə.Tahirov yolüstü Romada dayandı və İtaliya Xarici İşlər Nazirliyinin nümayəndələri ilə bir sıra görüşlər keçirdi. İtaliya Xarici İşlər Nazirliyinin rəsmisi Mayoni ilə görüşdə Ə.Tahirov Azərbaycana ordu göndərilib-göndərilməyəcəyini soruşduqda Mayoni ona bir neçə kağız göstərərək bildirdi ki, Parisdə olan İtaliya nümayəndələri ilə görüşdə Ə.M.Topçubaşov Azərbaycana İtaliya ordusunun göndərilməsinin arzuolunmazlığını bəyan edib. Ə.M.Topçubaşov öz bəyanatında əhalinin bu addımdan narazı qalacağını vurğuladığından Mayoni bilmək istəyirdi ki, belə münasibət Ə.M.Topçubaşovun şəxsi fikridir, yoxsa, doğrudan da, əhali və hökumət Azərbaycana İtaliya ordusu göndərilməsinin əleyhinədir. Əslində İtaliya tərəfi Qafqaza ordu göndərməməyə qərar verdiyindən, Ə.M.Topçubaşovun ilk müzakirələr zamanı hələ ingilis ordusu Azərbaycanda olarkən İtaliya ordusunun ora göndərilməsinə ehtiyac olmadığı haqqında söylədiyi fikrinə istinad edirdi. Bu fikir, həm Аzərbaycan, həm Gürcüstan nümayəndələri tərəfindən irəli sürüləndə İngiltərə ordusunun Qafqazı tərk etməsi barədə rəsmi açıqlama hələ elan edilməmişdi. Lakin Britaniya hökumətinin Qafqazı tərk etmək barədə Sülh konfransına rəsmi müraciətindən sonra Cənubi Qafqaz respublikaları ətrafında siyasi şərait əsaslı dərəcədə dəyişmişdi. Ona görə də Ə.Tahirov Mayoniyə bildirdi ki, siz əhali və xalqın İtaliyaya münasibətini, polkovnik Qabba başda olmaqla, Azərbaycana göndərdiyiniz missiyaya göstərilən münasibət əsasında mühakimə yürüdə bilərsiniz. Bu missiyanın şərəfinə Azərbaycan hökumətinin təntənəli qəbul mərasimi keçirdiyini açıqlayan Ə.Tahirov əlavə etdi ki, hökumət və əhali sizin ordunuzu Azərbaycanda görməkdən şad olardı.
Azərbaycan Xalq Cümhuriyyətindəki diplomatik nümayəndəliklər
Azərbaycan Xalq Cümhuriyyətindəki diplomatik nümayəndəliklər — Azərbaycan Xalq Cümhuriyyəti dövründə xarici dövlətlərin Azərbaycandakı diplomatik heyətləri. == Bakıda == Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakıda xarici diplomatik nümayəndəliklər fəaliyyətə başladılar. Faəliyyət göstərən diplomatik nümayəndəliklər və nümayəndələrinin siyahısı: Böyük Britaniya Vitse konsul - Gevelke Yerləşdiyi ünvan - Kladbişenskaya küçəsi 11 ünvanındakı Rus-Asiya bankının dəftərxanası Belçika Konsul - Ayvazov Yerləşdiyi ünvan - Qorçakovskaya küçəsi 19 Yunanıstan Konsul-Kusis Yerləşdiyi ünvan - Qoqolevskaya və Molokanskaya küçələrinin tinində Gürcüstan Demokratik Respublikası Diplomatik nümayəndə - N.S.Alşibay Yerləşdiyi ünvan - Telefonnaya (indiki Yusif Məmmədəliyev) küçəsi Qrifonlu ev Ermənistan Diplomatik nümayəndə - Q.A.BekzadyanYerləşdiyi ünvan - 28 May küçəsi, 5 Danimarka Konsul - E.F.Biyerinq Yerləşdiyi ünvan - Birjevaya küçəsi, 32. Elektriçeskaya Sila şirkətinin binası İtaliya Konsul - L.Qrikurov Yerləşdiyi ünvan - Molokanskaya küçəsi, 35. Litva Konsul agent - V.İ.Miskeviç Yerləşdiyi ünvan - Pozenovskaya küçəsi, 15 İran Baş konsul - Səədül-Vəzir Yerləşdiyi ünvan - Qubernskaya küçəsi Polşa Konsul-agent - S.Rılski Yerləşdiyi ünvan - Politseyskaya küçəsi, 15 ABŞ Vitse-konsul - Randolf Yerləşdiyi ünvan - Krasnovodskaya küçəsi, 8 Ukrayna Vitse-konsul - Qolovan Yerləşdiyi ünvan - İstiqlaliyyət küçəsi, 8. Mirzəbəyov qardaşlarının evi Finlandiya Konsul-agent - Vegelius Yerləşdiyi ünvan - Balaxanı ərazisi. Nobel qardaşlarının ofisi Fransa Konsul-agent - Yemelyanov Yerləşdiyi ünvan - Vodovoznaya küçəsi İsveçrə Konsul - Klottyu Yerləşdiyi ünvan - Birjevaya küçəsi, 14 İsveç Konsul - R.K.Vanderpluq Yerləşdiyi ünvan - Qubernskaya küçəsi == Digər dövlətlər == Yaponiya hökuməti Azərbaycanla diplomatik münasibətlər yaratmağa hazır olduğunu bildirmiş, Antuan Delabus başda olmaqla Vatikan da öz nümayəndələrini Bakıya göndərmişdi. == Qeydlər == == Həmçinin bax == Azərbaycan Xalq Cümhuriyyətinin xaricdəki nümayəndəlikləri == Ədəbiyyat == Aзepбaйджанская Pecnублика (1918-1920), Документы и материалы. 1918-1920 rr., Б., 1998; Həsənov C, Azərbaycan beynəlxalq münasibətlər sistemində (1918-1920-ci illər), B., 1993.
Azərbaycan Xalq Cümhuriyyətinin Dağlılar Respublikasında diplomatik nümayəndəliyi
Azərbaycan Xalq Cümhuriyyətinin Dağlılar Respublikasında diplomatik nümayəndəliyi — Azərbaycan Xalq Cümhuriyyətinin xarici ölkələrdə yaratdığı diplomatik nümayəndəliklərdən biri. 1919 ilin fevral-sentyabr aylarında fəaliyyət göstərmişdir. == Yaranması == 1919-cu ildə Könüllü ordunun Dağıstana doğru irəliləməsi və bir sıra yaşayış məntəqələrini öz nəzarəti altına götürməsi müstəqil dağlı dövlətinin mövcudluğunu böyük sual altında qoymuşdu. Hadisələrin belə şəkil alması təbii ki, Azərbaycanda da ciddi həyəcan və əndişə doğurmuşdu. Məclisi-Məbusanın 6 mart tarixli iclasında Şimali Qafqazdakı vəziyyət xüsusi müzakirə mövzusuna çevrilmişdi. İclasda Müsavat fraksiyası adından danışan Məhəmməd Əmin Rəsulzadə Azərbaycan və dağlı xalqlarının tarixi taleyinin və müstəqillik mübarizəsinin biri-biri ilə sıx bağlı olduğunu, hər iki ölkəyə qarşı yönələn təhlükənin də eyni mənbədən qaynaqlandığını göstərərək demişdi: Cümhuriyyət Hökuməti Dağlılar Respublikası ilə müntəzəm əlaqələr yaratmaq, Şimali Qafqazda baş verən siyasi və hərbi prosesləri yaxından izləmək üçün 1919-cu ilin əvvəlində Dağlılar Respublikasında diplomatik nümayəndəlik yaratmağı qərara aldı. Fevralın ilk günlərində Dağlılar Respublikası hökuməti Əbdürrəhim bəy Haqverdiyevin diplomatik nümayəndə təyin olunmasına razılıq verdi. Fevralın 25-də Azərbaycan Hökuməti Ə.Haqverdiyevi bu vəzifəyə təyin etdi və Temirxan-Şuraya göndərdi. Azərbaycan diplomatik nümayəndəliyi martın 28-də Temirxan-Şurada fəaliyyətə başladı və elə həmin gün Azərbaycan Xarici İşlər Nazirliyinə Denikin ordusunun və rus kazaklarının Terek vilayətinə, həmçinin Çeçenistana hücum etmələri haqqında məlumat göndərdi. Ə.Haqverdiyev 1919-cu il martın 30-da öz etimadnaməsini Dağlılar Respublikası hökumətinin sədrinə təqdim etdi, 31-də isə bütün nazirlərlə görüşdü və Dağlılar parlamentinin iclasının iştirakçısı oldu.
Azərbaycan Xalq Cümhuriyyətinin Ermənistandakı diplomatik nümayəndəliyi
Azərbaycan Xalq Cümhuriyyətinin Ermənistandakı diplomatik nümayəndəliyi — Azərbaycan Xalq Cümhuriyyətinin Ermənistan Respublikasında fövqəladə və səlahiyyətli nümayəndəliyi. 1918–1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin Ermənistan, Gürcüstan, Osmanlı imperiyası, Dağlılar Respublikası və Türküstanda diplomatik nümayəndəliyi, İranda səfirliyi, Kuban və Don hökumətləri yanında səlahiyyətli nümayəndəsi, Paris Sülh Konfransında səlahiyyətli nümayəndə heyəti fəaliyyət göstərmişdir. Həmin illərdə Bakıda isə Böyük Britaniyanın, Ermənistanın, Belçikanın, Yunanıstanın, Gürcüstanın, Danimarkanın, İtaliyanın, Litvanın, İranın, Polşanın, ABŞ-nin, Ukraynanın, Finlandiyanın, Fransanın, İsveçrənin, İsveçin diplomatik nümayəndəlikləri, konsulluqları, konsul agentləri fəaliyyət göstərirdi. == Diplomatik nümayəndəliyin yaradılmasında məqsəd == Azərbaycan Xalq Cümhuriyyətinin diplomatiya tarixində ən gərgin münasibətləri, şübhəsiz ki, Ermənistanla olmuşdur. Hələ müstəqillikdən öncə erməni silahlı dəstələri indiki Ermənistan ərazisində yerli azərbaycanlılara qarşı kütləvi qırğınlar törədirdilər. Müstəqillik əldə edildikdən sonra — 1918-ci ilin yayında Azərbaycanla Gürcüstan arasında nümayəndəlik səviyyəsində diplomatik əlaqələr qurulmuşdur. Azərbaycanla Ermənistan arasında birbaşa diplomatik münasibətlərin yaradılması isə yalnız 1919-cu ilin əvvəlində mümkün olmuşdur. Həmin vaxtadək Ermənistanla yazışmalar Azərbaycanın Gürcüstandakı diplomatik nümayəndəliyi vasitəsilə həyata keçirilirdi. Azərbaycanla Ermənistan arasında diplomatik yazışmalara aid sənədlər əsasən Xalq Cümhuriyyəti Xarici İşlər və Müdafiə nazirliklərinin fondlarında, Azərbaycanın Gürcüstandakı daimi nümayəndəliyinin fondunda və Sovet Azərbaycanı Xarici İşlər Komissarlığının fondlarında saxlanılır. 1918-ci il mayın 28-də dövlət müstəqilliyinin elan edilməsindən yarım ildən artıq vaxt keçməsinə baxmayaraq, Ermənistanla Azərbaycan arasında birbaşa diplomatik münasibətlər qurulması mümkün olmamışdı.
Azərbaycan Xalq Cümhuriyyətinin Gürcüstanda diplomatik nümayəndəliyi
Azərbaycan Xalq Cümhuriyyətinin Gürcüstanda diplomatik nümayəndəliyi — Azərbaycan Xalq Cümhuriyyətini Gürcüstan Demokratik Respublikasında təmsil edən elçilik. 1918-ci ilin iyun ayında təsis edilmişdi. == Fəaliyyəti == 1918-ci ilin iyun ayında təsis edilmiş diplomatik nümayəndəliyə Azərbaycan Milli Şurasının üzvü Məmməd Yusif Cəfərov təyin olunmuşdu. Azərbaycan Hökuməti Gəncəyə köçdükdən (1918,16 iyun) sonra iki ölkə arasında müntəzəm əlaqələrin qurulması və inkişaf etdirilməsində bu nümayəndəliyin misilsiz rolu oldu. M.Y.Cəfərovun 1918-ci il iyunun 21-də Xarici İşlər Nazirliyinə ünvanladığı məxfi məlumatında Gürcüstan hökumətinin Azərbaycanla münasibətləri yaxşılaşdırmaq istəyi, keçmiş Zaqafqaziya hökumətinin əmlakının bölüşdürülməsi təklifi, Gürcüstandakı alman alayının Bakıya hərəkət etmək niyyəti haqqında bilgi verildi. İyunun 22-də isə Azərbaycan xarici işlər naziri ona tapşırıq verdi ki, Azərbaycan Hökumətinin mübahisəli ərazilər məsələsinə baxılması üçün xüsusi komissiya yaradılması haqqında təklifini Gürcüstan və Ermənistan hökumətlərinə çatdırsın. Qeyd etmək lazımdır ki, Azərbaycanın Gürcüstandakı diplomatik nümayəndəsi ilk vaxtlar Azərbaycan Hökumətinin tapşırıqlarını Ermənistan hökumətinə çatdırmaq funksiyasını da icra etməli oldu. Çünki Azərbaycan Hökuməti yalnız 1918-ci il sentyabrın 12-də Ermənistan Respublikasında diplomatik nümayəndəlik yaratmağı qərara aldı. 1918-ci il avqustun 15-də Məmməd Yusif Cəfərov Azərbaycan Hökuməti adından Ermənistan Respublikasının Gürcüstandakı işlər vəkili A.Camalyana nota verərək, Andronikin başçılığı ilə erməni hərbi hissələrinin Zəngəzur və Şuşa bölgələrinə soxulmasını Azərbaycan Respublikasına qarşı düşmənçilik aktı kimi dəyərləndirmiş və bu hərbi birləşmələrin dərhal geri çağırılmasını tələb etmişdi. Azərbaycan Hökumətinin 1918-ci il, 12 iyul tarixli qərarı ilə Azərbaycanın Gürcüstandakı diplomatik nümayəndəliyinin 1 katib, 1 kargüzar, 1 makinaçı və 1 kuryerdən ibarət ştat tərkibi müəyyən edildi.
Azərbaycan Xalq Cümhuriyyətinin Krımdakı diplomatik nümayəndəliyi
Azərbaycan Xalq Cümhuriyyətinin Krımdakı diplomatik nümayəndəliyi — Azərbaycan Xalq Cümhuriyyətinin Krım hökuməti və Krım türkləri ilə əlaqə saxlamaq üçün təsis etdiyi elçilik. == Haqqında == Krım hökuməti 1918-ci il iyunun 25-də Simperopolda yaradılmışdı. Baş naziri general-leytenant Süleyman bəy Sulkeviç, xarici işlər naziri Cəfər əfəndi Seyid Əhməd idi. Azərbaycan hökuməti 1918-ci il oktyabrın 23-də Krım hökuməti yanında diplomatik nümayəndəlik təsis etməyi qərara aldı. 1918-ci il, noyabrın 1-dən Azərbaycan Ukraynadakı diplomatik nümayəndəsi Miri bəy Vəzirova (Yusif Vəzir Çəmənzəminlinin qardaşı) Azərbaycan Xalq Cümhuriyyəti Krımda da təmsil etmək tapşırıldı. Öz növbəsində, Krım hökuməti də qarşılıqlı əlaqələr yaratmaq, Qara dəniz hövzəsi, xüsusən də limanları ilə bağlı razılaşdırılmış siyasət məsələlərini müzakirə etmək üçün öz nümayəndəsi Əli Aleksandroviçi 1918-ci il noyabrın əvvəllərində Azərbaycana göndərdi.Azərbaycan Xalq Cümhuriyyətinin Krıma göndərdiyi nümayəndələr bölgədə fəaliyyət göstərən hökumətlərlə, xüsusilə də Krım türkləri ilə sıx əlaqələr qurmaq məqsədidaşıyırdılar. 1918-ci il noyabrın 16-da Süleyman bəy Sulkeviçin başçılıq etdiyi Krım hökuməti istefa verdi. Keçmiş duma üzvü S.S. Krım yeni hökumət yaratdı. Konstitusiyalı Demokratiya Partiyası üzvlərindən təşkil edilmiş bu hökumət 1919-cu ilin əvvəllərində Denikin ordusu Krıma daxil olduqdan sonra yerli müsəlmanlara — türk-tatar əhalisinə qarşı repressiyaları gücləndirdi. Krım türkləri öz hüquqlarını qorumaq üçün bu hökumətə daxil olmayaraq, ayrıca milli hökumət-direktoriya və parlament yaratdılar.
Azərbaycan Xalq Cümhuriyyətinin Kuban və Donda diplomatik nümayəndəliyi
Azərbaycan Xalq Cümhuriyyətinin Kuban və Donda diplomatik nümayəndəliyi — Azərbaycan Xalq Cümhuriyyətinin Kuban hökuməti və Şimali Qafqaz xalqları ilə əlaqə saxlamaq üçün təyin etdiyi diplomatik nümayəndəlik. == Nümayəndəliyin açılması == Rusiyada bolşeviklər hakimiyyəti ələ keçirəndən sonra Kuban Qanunverici Radası və Kuban hökuməti yaradılmışdı. Mərkəzi Yekaterinodar (indiki Krasnodar) şəhəri idi. Cəfər bəy Rüstəmbəylinin hökumətin qərarı ilə Azərbaycan Respublikasının Kuban və Krımda diplomatik nümayəndə və ticarət müvəkkili təyin edilməsi haqqında məlumat 23 mart 1919-cu il tarixli 61№-li "Azərbaycan" qəzetində də dərc edilmişdir. 1919-cu il iyunun 26-da C. Rüstəmbəyova Azərbaycan Xalq Cümhuriyyətini Don hökuməti yanında da təmsil etmək mandatı verildi. == Nümayəndəliyin fəaliyyəti == C. Rüstəmbəyov Azərbaycan Xarici İşlər Nazirliyinə ünvanladığı raportda 1919-cu il iyunun 1-də Yekaterinodarda ingilis hərbi missiyasının rəisi general Briqqslə görüşməsi, ingilis komandanlığının Azərbaycanla Cənubi Rusiya Silahlı qüvvələri (Könüllü ordu) baş komandanı general Denikin arasında normal münasibət qurulmasında maraqlı olması, iyunun 3-də Briqqsin vasitəçiliyi ilə Denikinlə görüşməsi və onun Azərbaycanla diplomatik nümayəndəlik mübadiləsinə hazır olması haqqında məlumat vermişdi. Azərbaycanın diplomatik nümayəndəsinin 1919-cu il iyunun 11-də göndərdiyi raportda Kuban Radasında federasiya və müstəqillk tərəfdarları ilə Denikin arasında münasibətlərin gərgin olması, Kuban hökumətinin Denikinə qarşı mübarizə məsələlərini müzakirə etmək üçün Rusiyanın cənubunda yeni yaranmış dövlətlərin, o cümlədən Cənubi Qafqaz respublikaları nümayəndələrinin iştirakı ilə konfrans çağırmaq haqqında xəbər verilirdi. Raportda kubanlıların Denikinə inanmamaları, kazakları öz tərəflərinə çəkməklə müstəqilliklərini qorumağa çalışmaları, yalnız Ukrayna hüdudlarında bolşeviklərə qarşı mübarizə aparmaq istəmələri də qeyd olunmuşdu. 1919-cu il iyunun 26-da Azərbaycan Xarici İşlər Nazirliyinin C. Rüstəmbəyova göndərdiyi təlimatda Azərbaycan Hökumətinin Denikinlə diplomatik nümayəndəlik mübadiləsinə razılıq vermədiyi, Denikin ordusu hissələrinin Dağıstandan çıxarılması tələbi əks olunmuşdu. Azərbaycan Hökuməti Kuban və Donla iqtisadi əlaqələr yaratmağa çalışır, ağ neft və digər neft məhsulları əvəzində taxıl almağı planlaşdırırdı.
Azərbaycan Xalq Cümhuriyyətinin Osmanlı dövlətində diplomatik nümayəndəliyi
Azərbaycanın Türkiyədə Diplomatik Nümayəndəliyi — Azərbaycan Xalq Cümhuriyyətini Osmanlı dövlətində təmsil edən elçilik. Azərbaycanla Türkiyə arasında ilk diplomatik təmaslar 1918-ci ilin yazında Trabzon və Batum sülh konfranslarından başlandı. 1918-ci il iyunun 18-də isə Azərbaycan Hökuməti İstanbula ilk nümayəndə heyəti göndərdi. Türkiyə hökuməti və rəsmi dairələrində yaxşı tanınan Məhəmməd Əmin Rəsulzadənin başçılıq etdiyi nümayəndə heyətinə Xəlil bəy Xasməmmədov və Aslan bəy Səfikürdski daxil idilər. Nümayəndəlik İstanbulda keçirilməsi nəzərdə tutulan beynəlxalq konfransda iştirak etməli idi. Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti nümayəndə heyətinə, həmçinin, Osmanlı dövləti ilə hərbi, iqtisadi, nəqliyyat və maliyyə sahələri üzrə müqavilələr bağlamaq üçün etimadnamə vermişdi. İyunun 24-də İstanbula çatan Azərbaycan nümayəndələri Osmanlı hökumətinin başçısı Tələt paşa və digər hökumət üzvləri ilə görüşlər keçirməyə, Azərbaycan Xalq Cümhuriyyəti haqqında türk ictimaiyyətinə məlumatlar çatdırmağa başladılar, mətbuata çoxsaylı müsahibələr verdilər. Nümayəndələr Azərbaycanın öz müstəqilliyini elan etməsini beynəlxalq aləmə bildirmək üçün də mühüm addımlar atdılar. İstiqlal bəyannaməsinin tam mətnini İstan-bulda olan bütün səfirlik və konsulluqlara təqdim etdilər, Almaniya, Avstriya-Macarıstan və Bolqarıstan diplomatları ilə görüşlər keçirdilər. 1918-ci ilin yayında Birinci dünya müharibəsi (1914–18) cəbhələrində Dördlər ittifaqının uğursuzluqları İstanbul konfransının başlanmasına imkan verməsə də, Azərbaycan nümayəndəliyi Osmanlı hökuməti üzvləri ilə çox əhəmiyyətli razılaşmalara nail oldu.
Azərbaycan Xalq Cümhuriyyətinin Paris Sülh Konfransındakı Nümayəndə Heyəti
Azərbaycan Xalq Cümhuriyyətinin Paris Sülh Konfransındakı Nümayəndə Heyəti — 1918-ci ilin dekabr ayının 28-də Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin Paris Sülh Konfransına göndərilməsi üçün formalaşdırdığı heyət. == Haqqında == 1918-ci ilin dekabr ayının 28-də isə parlament Paris Sülh Konfransına gedəcək nümayəndə heyətinin tərkibini seçdi. Bu tərkibə Əlimərdan bəy Topçubaşov (sədr), Məmmədhəsən Hacınski (sədr müavini), Əkbər ağa Şeyxülislamov, Əhməd bəy Ağayev, Məhəmməd Məhərrəmov, Ceyhun Hacıbəyli və Mir Yaqub Mehdiyev daxil oldu. Nümayəndə Heyəti hələ İstanbulda ikən ciddi təşkilatlanmış və dəqiq iş bölgüsü aparmışdı. Heyətin tərkibində üç bölmə - siyasət və milli məsələlər, iqtisadiyyat və kommersiya, təbliğat və məlumat bölmələri yaradılmış və üzvlər ixtisas və maraq səviyyələrinə uyğun şəkildə həmin bölmələrdə fəaliyyətə cəlb olunmuşdular. Bununla bir sırada Nümayəndə Heyətinin hər bir üzvünün görəcəyi konkret iş, məsuliyyət daşıyacağısahə də müəyyənləşdirilmişdi. 1919-ci il yanvarın 20-də Paris sülh konfransında iştirak edəcək Azərbaycan nümayəndə heyəti İstanbula gəldi. Lakin Fransa hökuməti onların Parisə gəlməsinə viza vermədi. Topçubaşovun və onun başçılıq etdiyi nümayəndə heyətinin Parisə buraxılmaması onlarda və Azərbaycan hökumətində narahatlıq yaradırdı. Bu zaman Əlimərdan bəy Topçubaşov Türkiyə, İran, Rusiya, Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Fransa diplomatları və nümayəndələri ilə görüşlər keçirmiş, onlara Azərbaycanın siyasi və iqtisadi vəziyyəti haqqında məlumat vermiş, Azərbaycanın bir müstəqil dövlət kimi öz ölkələri tərəfindən tanınmasına köməklik göstərmələrini xahiş etmişdir.
Azərbaycan Xalq Cümhuriyyətinin Ukraynada diplomatik nümayəndəliyi
Azərbaycanın Ukraynada diplomatik nümayəndəliyi — Azərbaycan Xalq Cümhuriyyətini Ukraynada təmsil edən elçilik. Azərbaycan Cümhuriyyətinin Nazirlər şurası 1918-ci il sentyabrın 12-də Ukraynaya işlər vəkilinin göndərilməsi haqqında qərar qəbul etdi. Qərara uyğun olaraq, 1918-ci il noyabrın 1-də Mir Yusif Vəzirov (Yusif Vəzir Çəmənzəminli) Azərbaycan Hökumətinin Ukraynada diplomatik nümayəndəsi təyin edildi. Elə həmin ay M.Y.Vəzirov Kiyevdə diplomatik fəaliyyətə başladı. Birinci dünya müharibəsində (1914–1918) "Dördlər ittifaqının məğlub olması" , Ukraynadan Almaniya, Azərbaycandan isə Osmanlı qoşunlarının geri çəkilməsi və hər iki ölkəyə Antanta qoşunlarının yeridilməsi, keçmiş Rusiya imperiyası ərazisində yaranmış hər iki yeni dövlətin həm bolşevik hakimiyyəti, həm də Denikin tərəfindən təhdid olunması onların beynəlxalq aləmdə oxşar mövqedən çıxış etmələrini zəruriləşdirdi. Buna görə Ukrayna hökuməti də Azərbaycan Xalq Cümhuriyyəti ilə sıx diplomatik əlaqə qurmaq məqsədilə 1919-ci il fevralın 8-də Azərbaycana göndərilmək üçün keçmiş daxili işlər naziri İvan Kraskovskinin başçılığı ilə xüsusi diplomatik missiya yaratdı.1919-cu ilin martında Azərbaycan və Ukrayna nümayəndəlikləri Antanta dövlətlərinin İstanbuldakı hərbi rəhbərliyinə müraciət edərək onlara Paris sülh konfransında (1919–1920) iştirak etmək üçün şərait yaradılmasını xahiş etdilər. Həmin vaxt Odessa şəhərində müttəfiqlərarası komissiya fəaliyyətə başlamışdı. Azərbaycan Hökuməti bu komissiyada ölkənin mənafeyini təmsil etmək üçün 1919-cu il martın 14-də Rüstəm bəy Sultanovu nümayəndə təyin etdi.1919-cu ilin yazında Ukraynanın Denikin ordusu tərəfindən tutulması nəticəsində Azərbaycanın Kiyevdəki diplomatik nümayəndəliyinin normal fəaliyyət göstərməsi pozuldu. M.Y.Vəzirov Odessaya getmək məcburiyyətində qaldı. Burada o, İngiltərə baş konsulu Kukla görüşərək, Azərbaycan haqqında ona ətraflı məlumat verdi.
Azərbaycan Xalq Cümhuriyyətinin diplomatik nümayəndəlikləri
Azərbaycan Xalq Cümhuriyyətinin xaricdəki nümayəndəlikləri — Azərbaycan Xalq Cümhuriyyəti Hökumətini xarici dövlətlərdə təmsil edən diplomatik missiyalar. == Osmanlı imperiyası == Azərbaycan Xalq Cümhuriyyətinin diplomatik münasibətlər yaratdığı və dostluq müqaviləsi bağladığı ilk dövlət Osmanlı imperiyası olmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti Osmanlı imperiyası ilə geniş və hərtərəfli diplomatik münasibətlər yaratmaq üçün Əlimərdan bəy Topçubaşovu 1918-ci ilin avqustunda fövqəladə elçi və səlahiyyətli nazir kimi İstanbula göndərmiş və ona diplomatik nümayəndə kimi bütün səlahiyyət və hüquqlar verilmişdi. Əlimərdan bəy Topçubaşov Azərbaycan nümayəndə heyətinin başçısı kimi Paris sülh konfransına (1919–1920) yola düşənə qədər, İstanbulda olduğu müddətdə, Osmanlı sultanı, Osmanlı dövlətinin baş naziri, xarici işlər, ədliyyə, hərbi, maliyyə nazirləri ilə, həmçinin xarici dövlətlərin Türkiyədəki nümayəndələri ilə görüşmüş, geniş diplomatik danışıqlar aparmış, beynəlxalq sülh konfransına hazırlıqla bağlı məsələləri müzakirə etmiş etmişdir. Əlimərdan bəy Topçubaşov İstanbuldakı Antanta dövlətlərinin diplomatik nümayəndələrinə Azərbaycan Xalq Cümhuriyyəti adından memorandum təqdim etmişdir. Cənubi Qafqazın hər üç millətinin mənafeyinin ədalətlə nəzər alındığı bu memorandumun surətləri erməni və gürcü nümayəndələrinə də təqdim olunmuşdu. Əlimərdan bəy Topçubaşovun rəhbərlik etdiyi missiyaya Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər Nazirliyinin nümayəndəsi Səlim bəy Behbudov, Əlimərdan bəy Topçubaşovun iki katibi (Mustafa bəy Vəkilov və Rəşid bəy Topçubaşov) daxil idilər. Azərbaycan Xalq Cümhuriyyətinin İstanbulda diplomatik nümayəndəsi Yusif bəy Vəzirov (Çəmənzəminli), onun müavini və maliyyə müşaviri isə Cahangir bəy Qayıbov idi. === Batum === Azərbaycan Xalq Cümhuriyyəti illərində Batumda baş konsulu Mahmud bəy Əfəndiyev olmuşdu. == Paris Sülh Konfransı == 1918-ci ilin dekabrında Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti Paris sülh konfransında iştirak etmək üçün tam səlahiyyətli və geniş hüquqa malik olan nümayəndə heyəti göndərmək haqqında qərar qəbul etdi.
Azərbaycan Xalq Cümhuriyyətinin xaricdəki nümayəndəlikləri
Azərbaycan Xalq Cümhuriyyətinin xaricdəki nümayəndəlikləri — Azərbaycan Xalq Cümhuriyyəti Hökumətini xarici dövlətlərdə təmsil edən diplomatik missiyalar. == Osmanlı imperiyası == Azərbaycan Xalq Cümhuriyyətinin diplomatik münasibətlər yaratdığı və dostluq müqaviləsi bağladığı ilk dövlət Osmanlı imperiyası olmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti Osmanlı imperiyası ilə geniş və hərtərəfli diplomatik münasibətlər yaratmaq üçün Əlimərdan bəy Topçubaşovu 1918-ci ilin avqustunda fövqəladə elçi və səlahiyyətli nazir kimi İstanbula göndərmiş və ona diplomatik nümayəndə kimi bütün səlahiyyət və hüquqlar verilmişdi. Əlimərdan bəy Topçubaşov Azərbaycan nümayəndə heyətinin başçısı kimi Paris sülh konfransına (1919–1920) yola düşənə qədər, İstanbulda olduğu müddətdə, Osmanlı sultanı, Osmanlı dövlətinin baş naziri, xarici işlər, ədliyyə, hərbi, maliyyə nazirləri ilə, həmçinin xarici dövlətlərin Türkiyədəki nümayəndələri ilə görüşmüş, geniş diplomatik danışıqlar aparmış, beynəlxalq sülh konfransına hazırlıqla bağlı məsələləri müzakirə etmiş etmişdir. Əlimərdan bəy Topçubaşov İstanbuldakı Antanta dövlətlərinin diplomatik nümayəndələrinə Azərbaycan Xalq Cümhuriyyəti adından memorandum təqdim etmişdir. Cənubi Qafqazın hər üç millətinin mənafeyinin ədalətlə nəzər alındığı bu memorandumun surətləri erməni və gürcü nümayəndələrinə də təqdim olunmuşdu. Əlimərdan bəy Topçubaşovun rəhbərlik etdiyi missiyaya Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər Nazirliyinin nümayəndəsi Səlim bəy Behbudov, Əlimərdan bəy Topçubaşovun iki katibi (Mustafa bəy Vəkilov və Rəşid bəy Topçubaşov) daxil idilər. Azərbaycan Xalq Cümhuriyyətinin İstanbulda diplomatik nümayəndəsi Yusif bəy Vəzirov (Çəmənzəminli), onun müavini və maliyyə müşaviri isə Cahangir bəy Qayıbov idi. === Batum === Azərbaycan Xalq Cümhuriyyəti illərində Batumda baş konsulu Mahmud bəy Əfəndiyev olmuşdu. == Paris Sülh Konfransı == 1918-ci ilin dekabrında Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti Paris sülh konfransında iştirak etmək üçün tam səlahiyyətli və geniş hüquqa malik olan nümayəndə heyəti göndərmək haqqında qərar qəbul etdi.
Azərbaycan Xalq Cümhuriyyətinin İranda diplomatik nümayəndəliyi
Azərbaycan Xalq Cümhuriyyətinin İranda diplomatik nümayəndəliyi — Azərbaycan Xalq Cümhuriyyətini İran dövlətində təmsil edən elçilik. == Əlaqələrin yaradılması == Azərbaycan müstəqillik qazandıqdan sonra İranla normal qonşuluq və dostluq münasibətləri yaratmağa başladı. Azərbaycan hökuməti 1918-ci il Sentyabrın 12-də İrana nümayəndə-işlər vəkili təyin etməyi qərara aldı. Lakin İran tərəfi ilk vaxtlar AXC-ni tanımaq və onunla diplomatik əlaqələr qurmaqdan imtina etdi. 1918-ci il, sentyabrın 6-da Azərbaycanın İstanbuldakı nümayəndə heyətinin başçısı Məhəmməd Əmin Rəsulzadə Azərbaycan Xarici İşlər nazirinə məlumat verdi ki, Şimali Azərbaycanda müstəqil dövlətin yaradılması barədə İstiqlal bəyannaməsinin surətini buradakı İran konsulluğuna təqdim etmiş, İran konsulu isə bu sənədu zərfə qoyub geri qaytarmış, ona əlavə olunmuş vərəqdə bildirmişdi ki, o, Azərbaycan adında dövlətin müstəqilliyini tanımır. 1918-ci ilin yazında Osmanlı qoşunlarının Cənubi Azərbaycana daxil olmasından sonra Şimali Azərbaycan vətəndaşlarınınn hüquqlarını qorumaq məqsədi ilə Təbrizdə Azərbaycan konsulluğu fəaliyyətə başladı. Konsulluğa ilk dövrdə Teymur bəy Məlik-Aslanov, sonra Yusif Ziya və Rauf bəy Səfərəlibəyli başçılıq etmişdilər. Rauf bəy Təbrizdə ermənilər tərəfindən güllələnərək öldürülüb. İrəvandan (İrəvan) əslisi olan Raufbəy daşnakların Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin üzvləri üçün ovunun qurbanı olub. Türk qoşunlarının 1918-ci ilin noyabrında Cənubi Azərbaycanı tərk etməsindən sonra İran hökuməti bu konsulluğu bağladı.
Azərbaycanda yerləşən diplomatik nümayəndəliklər
ABŞ
Azərbaycanda yerləşən diplomatik nümayəndəliklərin siyahısı
ABŞ
Azərbaycandakı diplomatik nümayəndəliklərin siyahısı
ABŞ
Azərbaycanın daimi nümayəndəlikləri
== Avropa ==
Azərbaycanın daimi nümayəndəliklərinin siyahısı
== Avropa ==
Azərbaycanın diplomatik nümayəndəliklərinin siyahısı
== Avropa ==
Nama
Nüşa
Nüşa (rus. Нюша; tam adı: Nüşa Vladimirovna Şuroçkina rus. Ню́ша Влади́мировна Шу́рочкина; doğum adı: Anna Vladimirovna Şuroçkina rus. Анна Владимировна Шурочкина; 15 avqust 1990, Moskva) - rusiyalı gənc musiqiçi, bəstəkar, rəqqas, prodüsser. Populyar müğənni. == Biografiya == 15 avqust 1990 tarixində musiqiçi ailəsində dünyaya gəlib. Atası - Vladimir Şuroçkin "Laskoviy May" qrupunun keçmiş solisti və onun prodüseri olub. Anası 2 yaşında atası ilə boşanır. Ögey anası Oksana Şurockinadan isə ögey bacısı Mariya Şiroçkina var. O gənclər arasında üzgüçülük üzrə ikiqat Avropa çempionudur.
Numa Pompili
Numa Pompili (lat. Numa Pompilius; 21 aprel e.ə. 753 – e.ə. 671, bilinmir) — Romuldan sonra Roma çarı Tit Tasinin yeznəsi Numa Pompili olmuşdu. O, dinc siyasət yürüdürdü. O, torpaqsızlara torpaq vermiş, yadellilərdən yeni icma yaratmış, sənətkarları “bir kollegiyada birləşdirib onlara xüsusi bayram günü - Aqonalia bayramı - müəyyən etmişdir”. O, pontifiklərin (kahinlər) kollegiyasını yaratmışdı. Onun vaxtında Romada taun xəstəliyinin yayıldığını da deyirlər. Pompilinin hakimiyyəti 43 il davam etmişdir.
Paskal Numa
Paskal Olivier Numa (6 yanvar 1972) ― fransalı keçmiş futbolçu. Karyerasına "PSJ"-də başlamışdır.
Aleksandr Düma
Aleksandr Düma (fr. Alexandre Dumas; 24 iyul 1802[…], Ville-Kotre[d][…] – 5 dekabr 1870[…], Pyuys[d], Dənizkənarı Sena) — tanınmış fransız yazıçısı. Daha çox macəralarla zəngin tarixi romanları ilə dünya oxucularının rəğbətini qazanmışdır. "Qraf Monte Kristo", "Qrafinya de Monsoro", "Üç muşketyor", "Dəmir maskalı adam", "Qara zanbaq" kimi əsərləri dəfələrlə ekranlaşdırılmışdır. Düma həmçinin dramaturq və qəzetlər üçün məqalələr yazmış peşəkar müxbir kimi də tanınır. == Həyatı == Aleksandr Düma 24 iyul 1802-ci ildə Fransanın Villers-Koterets (Villers-Cotterêts) şəhərciyində anadan olmuşdur. Zənci atası Tomas-Aleksandr Davi-Düma de La Payetri ordu generalı, anası Mari-Lüzi Elizabet Labure isə keçmiş mehmanxana sahibinin qızı olmuşdur. Dörd yaşında ikən atasını itirən Düma anasının çəkdiyi min bir əzab-əziyyətlə böyüyür. Anasının ona yaxşı təhsil verə bilməməsinə baxmayaraq bu, gənc Dümanın kitablara olan sonsuz məhəbbətinə heç cür təsir etməmişdir və o, əlinə düşən kitabları sonsuz həvəslə oxumuşdur. Uşaqlıq vaxtlarında anasının ona atasının Napoleonun şanlı müharibələrində nümayiş etdirdiyi qəhrəmanlıqlar haqqında ağız dolusu danışdığı maraqlı söhbətlər Dümada sərgüzəştlərə və qəhrəmanlıq motivlərinə sonsuz maraq oyatmışdır.
Hüma Sərşar
Hüma Sərşar-İran yəhudilərindən olan və 1979-cu il İran İslam İnqilabından sonra ABŞ da sakin olan yazıçı və jurnalist.
Hüma Xatun
Xədicə Alimə Hüma Xatun (d. 1400 — ö. 1449, Bursa) — II Muradın qadını və Sultan II Mehmedin doğma anasıdır. Haqqında çox da məlumat yoxdur. Məzarı Bursada, Hüma Xatun və ya Xatuniyə türbəsinə dəfn edilmişdir. Bu türbənin 1449 tarixli kitabəsində adı verilməsə də, II Mehmed tərəfindən anasının adına inşa edildiyi qeyd edilir. Atasının adı bilinmir. Ancaq gördüyü bir xeyriyyə işinin sənədlərində Hatun binti Abdullah, yəni Abdullah qızı olaraq göstərilir. Bu da onun İslamı sonradan qəbul etməsini sübut edir. Çünki o dövrdə İslamı sonradan qəbul edən insanlar öz atalarına yox, Abdullah (Allahın qulu) adına istinad edilirdi.
Nima Yuşic
Nima Yuşic (farsca: نیما یوشیج), əsl adı Əli İsfəndiyaridir (d. 12 noyabr 1895 – ö. 6 yanvar 1960) — sadəcə Nima adıyla tanınan İran şairi idi. Fars və mazandaran dillərində yazırdı. == Həyatı == Nima Yuşic kimi tanınan məşhur müasir İran şairi və fars azad şeirinin atası Əli İsfəndiyari 1897-ci ildə Mazandaranın uzaq və gözəl mənzərəli kəndlərindən olan Yuş kəndində dünyaya gəlmişdir. Nimanın atası İbrahim xan Əzəmus-səltənə şücaətli atçılardan idi və heyvandarlıq və əkinçiliklə məşğul olub. İbrahim xan musiqi və xəttatlıqla da məşğul idi. Anası da çox zövqlü bir qadın idi və daima Nizami Gəncəvinin "Yeddi gözəl" və Hafiz Şirazinin divanını oxuyurdu. Nimanın uşaqlıq illəri bu səmimi ailədə və İranın yaşıl və sıx şimal meşələrində keçmişdir. O, bir müddət çobanlarla birlikdə yaylaq və qışlaqları gəzib dolaşmışdır.
Aleksandr Düma (ata)
Aleksandr Düma (fr. Alexandre Dumas; 24 iyul 1802[…], Ville-Kotre[d][…] – 5 dekabr 1870[…], Pyuys[d], Dənizkənarı Sena) — tanınmış fransız yazıçısı. Daha çox macəralarla zəngin tarixi romanları ilə dünya oxucularının rəğbətini qazanmışdır. "Qraf Monte Kristo", "Qrafinya de Monsoro", "Üç muşketyor", "Dəmir maskalı adam", "Qara zanbaq" kimi əsərləri dəfələrlə ekranlaşdırılmışdır. Düma həmçinin dramaturq və qəzetlər üçün məqalələr yazmış peşəkar müxbir kimi də tanınır. == Həyatı == Aleksandr Düma 24 iyul 1802-ci ildə Fransanın Villers-Koterets (Villers-Cotterêts) şəhərciyində anadan olmuşdur. Zənci atası Tomas-Aleksandr Davi-Düma de La Payetri ordu generalı, anası Mari-Lüzi Elizabet Labure isə keçmiş mehmanxana sahibinin qızı olmuşdur. Dörd yaşında ikən atasını itirən Düma anasının çəkdiyi min bir əzab-əziyyətlə böyüyür. Anasının ona yaxşı təhsil verə bilməməsinə baxmayaraq bu, gənc Dümanın kitablara olan sonsuz məhəbbətinə heç cür təsir etməmişdir və o, əlinə düşən kitabları sonsuz həvəslə oxumuşdur. Uşaqlıq vaxtlarında anasının ona atasının Napoleonun şanlı müharibələrində nümayiş etdirdiyi qəhrəmanlıqlar haqqında ağız dolusu danışdığı maraqlı söhbətlər Dümada sərgüzəştlərə və qəhrəmanlıq motivlərinə sonsuz maraq oyatmışdır.
Aleksandr Düma (oğul)
Aleksandr Düma (27 iyul 1824[…] – 27 noyabr 1895[…], Marli-le-Rua[d][…]) — Fransız yazıçı. == Həyat və yaradıcılığı == Aleksandr Düma 27 iyul 1824-cü ildə Fransada dünyaya göz açmışdır. Anası Mariya Katerina Labay, atası isə məşhur fransız yazıçı Aleksandr Dümadır. Gənc yaşlarından yazıçılığa yönəldiyi üçün təhsilini yarımçıq buraxmış Düma müxtəlif şeirlər, 15-ə yaxın roman, eyni zamanda bir çox pyeslər qələmə almışdır. Onun ən tanınmış əsəri atasının kef məclislərinin birində tanıdığı Marie Duplessis adlı xanımdan təsirlənərək yazdığı La Dame aux Camelias (Kameliyalı Qadın) adlı romanıdır. 1848-ci ildə nəşr edilən əsər daha sonra yazıçı tərəfindən pyes olaraq da qələmə alınmışdır. Pyesin bir çox yerdə səhnələşdirilməsiylə Düma məşhurluq qazanmışdır. Yazıçı 1895-ci ildə, 71 yaşında vəfat etmişdir.
Fransua Ribado Düma
Fransua Ribado Düma (fr. François Ribadeau Dumas; 14 iyun, 1904 – 27 dekabr, 1998) — fransız yazıçı, tarixçi və publisist. == Həyatı == Fransua Ribado Düma 14 iyun 1904-cü ildə Nöyi-sür-Sendə anadan olmuşdur. Gizli ezoterik elmlərlə üzrə mütəxəssis. O, rəsmi Paris-Rive Qaşe bələdçi-direktoru və Qastronomiya Mətbuat Assosiasiyasının (l'Association de la presse gastronomique) qurucu üzvü olmuşdur. Parisin 7-ci dairəsinin (Saint-Tomas-d'Aquin) müşaviri və Senanın baş müşaviri idi. Fransua Ribado Düma 27 dekabr 1998-ci ildə vəfat etmişdir. == Əsərləri == Histoire de Saint-Germain-des-Prés (1959); Hitler et la sorcellerie (1975). (Azərbaycanca tərcüməsi: Hitler: insan, yoxsa şeytan? Bakı: TEAS-Press, 2021); Spiritualité de la magie (1995); Grandeur et misère des Jésuites (1994); La Magie chez les Jésuites (1989); La Lumière et l'illumination (1984).
Hüma Şah Sultan
Hüma Şah Sultan (v. ən tezi 1672, Konstantinopol, Osmanlı imperiyası) — 18-ci Osmanlı sultanı Sultan İbrahimin nikahlı xanımı, Hasəki sultan. Sultan İbrahimlə nikahlanmış və toy mərasimində başından asdığı tellər səbəbilə, Telli Hasəki olaraq anılmağa başlanmışdır. == Həyatı == Həyatının ilk illəri və saraya necə alındığı bilinməsə də, Sultan İbrahim səltənətinin son illərində hərəmə alındığı ehtimal olunur. Sultan İbrahimin ən sevimli qadını olan Hümaşah Sultanla 1647-ci ildə rəsmi nikahla evləndiyi məlumdur. Tarixçi Mustafa Naimanın qeydlərinə görə, nikah əsnasında gəlin vəkili olaraq Darüssəadə ağası, sultanın vəkili olaraq isə sədrəzəm Həzərparə Əhməd Paşa iştirak etmişdir. Nigahın ardından bütün divan vəzirləri və digər saray xidmətçiləri saçlarından gümüş və qızıl tellər asılan gəlini alayla birlikdə Topqapı sarayına gətirdilər. Mehir məbləği olaraq o ilki Misir xəzinəsi Hümaşah Sultana hədiyyə edildi. Sultan İbrahimin psixoloji zəifliyindən istifadə edərək üzərində nüfuz qazanan Hümaşah Sultan gün keçdikcə sərvətini artırırdı. Ancaq onun bu qədər qısa zamanda yüksəlməsi başda Validə Mahpeykər Kösəm Sultan olmaqla, qızları Fatma, Gövhər və Atikə Sultanların da narazılığına səbəb olmuşdu.
Nema Huni (Talış)
Nema Huni (fars. نماهوني‎) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 424 nəfər yaşayır (82 ailə).
Nima Qum Muzeyi
Nima Qum Muzeyi (仁摩サンドミュージアム, Nima Sando Myuciamu) – Yaponiyanın Şimane prefekturasının Oda şəhərində, keçmiş Nima qəsəbəsinin ərazisində yerləşən və quma həsr olunmuş muzey. Burada dünyanın ən böyük qum saatı saxlanılır. == Tarixi == Muzeyin açılışı 3 mart 1991-ci ildə yerli bələdiyyə başçısının iştirakı ilə baş tutmuşdur. Muzeyin yaradılmasında məqsəd qəsəbə yaxınlığında yerləşən Kotoqahama çimərliyinin qumunu nümayiş etdirərək turist cəlb etmək olmuşdur. Belə ki, bu çimərliyin qumu "oxumaq" xüsusiyyətinə malikdir.Muzeyin memarı Nimada doğulmuş Şin Takamatsudur. O, muzeyin ən hündür piramidasını anasının qəbrindən görünə biləcək şəkildə dizayn etmişdir. == Xüsusiyyətlər == Muzey altı şüşə piramidadan ibarətdir. Ən böyük şüşə piramidasında Ginnesin Rekordlar Kitabına düşmüş dünyanın ən böyük qum saatı saxlanılır. Bu qum saatının yuxarı kürəsinin tam boşalması və aşağı kürəsinin tam dolması düz 1 il çəkir. Hər ilin 31 dekabr tarixində gecəyarısı qum saatı çevrilir.Qum saatının yerləşdiyi şüşə piramida 21 metr hündürlüyündə və 17 metr enindədir.
Nima Ərkani Hamid
Nima Ərkani Hamid (ing. Nima Arkani-Hamed; 5 aprel 1972, Hyuston) — İran əsilli Amerika-Kanada nəzəri fiziki. Ərkaninin valideynləri Iran və Təbriz şəhərinin əhalisindəndirlər.
Nüman ibn Müqərrin
Nöman ibn Müqərrin (bilinmir – dekabr 641, Nahavənd, Həmədan ostanı) — səhabə, sərkərdə. == Həyatı == Nöman ibn Müqərrin Mədinə yaxınlığında yaşamış Müzeynə qəbiləsinin başçısı olmuşdur. Hicrətdən sonra Nöman öz qəbiləsinin 400 nəfərlik atlı dəstə ilə Mədinəyə Məhəmməd peyğəmbərin yanına gəlmiş, İslamı qəbul etmişdir. Bundan sonra Nöman müsəlmanların apardığı savaşlarda vuruşmuşdur. Məhəmməd peyğəmbərin vəfatından sonra Nöman xəlifə Əbu Bəkrə tabe olmayan ərəb qəbilələri ilə döyüşmüşdür. Xəlifə Ömərin dövründə isə o, İrana qarşı savaşlarda fəallıq göstərmiş, Xilafət qoşununa başçılıq etmişdir. İranlılara qarşı Nəhavənd döyüşündə həlak olmuşdur.
Duma
Duma (ərəb. دوما‎) — Suriyada şəhər, Dəməşq mühafazəsində, eyniadlı məntəqə və nahiyənin inzibati mərkəzi. 2004–cü il siyahıyaalınmasına əsasən şəhərin əhalisi 110.893 nəfərdir.
Numea
Numea (ing. Nouméa) — Fransanın dəniz ərazisi olan Yeni Kaledoniya adasının paytaxtı. Əhalisi 2004-cü il siyahıya alınmaya görə 91 386 nəfərdir, şəhərətrafı da daxil olmaqla — 146 245 nəfər. == Coğrafiyası == Numea düz xətlə Parisdən 16 758 kilometr məsafədədir. Şəhər Yeni Kaledoniyanın cənub-şərqindəki təpəli yarımadasında yerləşir. Nikel əritmə müəssələri vardır. Nikel, dəmir filizi, mis ixrac edilir. == Nəqliyyat == Şəhərin 52 kilometrliyində, şimal-qərbində La-Tontuta aeroportu yerləşir. Şəhər daxilində yerli reyslər edən Numea Macenta aeroprtu vardır.
Nuqa
Nuqa - Şəkər və bal, yumurta ağı, badam, qoz, fıstıq və fındıqdan edilən və müxtəlif dadlar, darçın, vanil kimi ədviyyatlar əlavə olunan bir konfet növüdür.Cənubi Avropada, nuqa böyük ölçüdə Milad mövsümü ilə əlaqəlidir.Təbrizin əhəmiyyətli şiniyatlarındandır.
Nuxa
Şəki — Azərbaycan Respublikasında şəhər, Şəki rayonunun inzibati mərkəzi. 4 yanvar 1963-cü ildən respublika tabeli şəhərdir. 1846-cı ildən 1968-ci ilə qədər "Nuxa" adlandırılmışdır. Şəki rayonunun inzibati mərkəzidir. Sovet dövründə respublika tebeliyində olan şəhər statusuna malik idi. Hal-hazırda da Şəki rayonu tərkibində deyil, birbaşa respublika tabeliyindədir. Amma Şəki şəhər icra hakimiyyəti başçısının səlahiyyətləri həm də Şəki rayonuna şamildir. Şəki şəhəri respublikanın şimal-qərbində, Kiş çayının sol sahilində, dəniz səviyyəsindən 700 metr yüksəklikdə, paytaxt Bakı şəhərindən 370 km aralıda, Böyük Qafqaz sıra dağlarının cənub ətəklərində, mərkəzi regionlardan uzaqda – təcrid olunmuş bir məkanda yerləşir. Şəhəri əhatə edən təbiət, meşələrlə örtülmüş dağlar öz gözəlliyi ilə insanı valeh edir. Xan yaylağının sıldırım yollarıyla şimal tərəfdən şəhərə yaxınlaşacaq olursaq qarşımıza nəticəsində iki yarğanın əmələ gəldiyi iki böyük uçuruma — Çaqqaldar və Ottal uçurumlarına rast gələrik.
Puma
Puma (lat. Puma concolor) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin puma cinsinə aid heyvan növü. Nəsli kəsilmək üzrədir, pərakəndə yayılmış yarımnövdür. Şimali və Cənubi Amerikada yaşayan puma həmçinin dağ aslanı kimi də tanınır. Yalqız həyat tərzi keçirən bu böyük pişiyin yayılma arealı şimalda Kanadanın Yukon bölgəsindən cənubda And dağlarının cənubuna qədər olduqca geniş bir ərazini əhatə edir. Yaşadığı mühitə uyğunlaşma qabiliyyətinə malik olan Puma Amerika qitəsindəki müəyyən başlı hər habitatta iştirak edər. İnsanlar tərəfindən həddindən artıq ovlanma və təbii həyat sahələrində insanların məskunlaşması ilə əlaqədar olaraq tarixi yaşayış bölgələrində onların sayı kəskin azalmışdır. Ancaq bəzi ərazilərdə son zamanlarda qorunması ilə əlaqədar populasiyalarda artma müşahidə edilmişdir. Çox geniş bir sahəyə yayılan puma dəyişik habitatlarda çox müxtəlif rənglərə və gövdə quruluşuna malikdir. Amerika qitəsində yaquardan sonra ikinci ən böyük pişik olan puma, pələng, şir və yaquardan sonra dünyanın dördüncü ən böyük pişiyidir.
Suma
Suma — Azərbaycan Respublikasının Ağdam rayonunun Güllücə kənd inzibati ərazi dairəsində kənd.Suma kəndi 1994-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. 20 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == Tarixi == Suma kəndi rayon mərkəzindən 21 km. şimal-şərqdə, Qarabağ düzündə yerləşir; Ağdam rayonunun Güllücə və Tağıbəyli kəndləriylə qonşudur. Suma kəndi 16 aprel 1994-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. == Mədəniyyəti == İşğala qədərki dövrdə Suma kəndində orta məktəb, klub, kitabxana, tibb məntəqəsi və müxtəlif ticarət-iaşə obyektləri var idi. Güllücə və Suma kəndlərinin arasında müqəddəs yer – Güllücə ocağı adlı ziyarətgah mövcuddur. Güllücə, Suma, Tağıbəyli, eləcə də Ağdamın digər kəndlərindən adamlar gəlib Güllücə ocağını ziyarət edirdilər. İşğal altında olan bütün yaşayış məntəqələri kimi, Suma kəndini də ermənilər dağıdıb xarabalığa çeviriblər. == Əhalisi == İşğala qədər (16 aprel 1994-cü il) Suma kəndində 1286 nəfər əhali yaşayırdı.
Yuma
Yuxa (ing. Yuha) — ABŞ ərazisində yerləşən Sonora səhrasının qərb hissəsini təşkil edən qumlu səhra. Meksika-ABŞ sərhəddində qərarlaşır (Arizona ştatı ABŞ və Aşağı Kaliforniya Meksika). Səhra Arizona ştatının cənub-qərbində, Hila çayından cənubda, Kolorado çayından isə şərqdə yerləşir. Səhranın cənubu Meksika sərhədinə yaxın Böyük səhra (ing. Great Desert, isp. Gran Desierto) adlandırılır. Yayı dəhşətli istiləri, qışı isə orta temperaturları ilə seçilir.
Acacia suma
Acacia polyacantha (lat. Acacia polyacantha) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü. == Sinonimləri == Acacia polyacantha Willd. Acacia polyacantha subsp. polyacantha Acacia suma (Roxb.) Voigt Gagnebina tamariscina sensu Bojer Mimosa suma Roxb. Senegalia suma (Roxb.) Britton & Rose == Yarımnövləri == Acacia polyacantha subsp. campylacantha (A.Rich.) Brenan Senegalia polyacantha subsp. campylacantha (Hochst. ex. A.Rich.) Kyal.
Antonio Nusa
Antonio Eromonsele Nordbi Nusa (17 aprel 2005) — Eliteserien təmsilçilərindən olan "Stabek" klubunda sol cinah hücumçusu kimi çıxış edən peşəkar Norveç futbolçusu. == Karyerası == Nusa futbolçu karyerasına yerli "Lanqhus" klubunda başlamışdır. 13 yaşı olarkən "Stabek" klubunun akademiyasına qəbul olmuşdur. 2021-ci ilin əvvəlində ona əsas komandada oynamaq üçün şans verilmişdir. Yoldaşlıq oyununlarında qollarla yadda qalan Nusa klub ilə peşəkar müqavilə imzalamışdır. O, Eliteseriendə debütünü 30 may 2021-ci ildə "Rosenborq" klubuna qarşı oyunda etmişdir.Nusa karyerasında ilk qolunu 27 iyun 2021-ci ildə "Bodo Qlimt" klubuna qarşı oyunda vurmuşdur. Həmin görüşdə klub rəqibinə 1-4 hesabı ilə məğlub olmuşdur. 3 gün sonra "Vikinq" klubu ilə keçirilən görüşdə Nusa dublla yadda qalmış və klub rəqibi ilə 3-3 hesabı ilə bərabərliyə razılaşmışdır. 16 yaş 71 günlüyündə qolla yadda qalan Nusa Martin Edeqordan (15 yaş 151 günlük) sonra Eliteseriendə qol vuran ən gənc futbolçu kimi tarixə düşmüşdür. == Şəxsi həyatı == Nusa Norveçdə anadan olmuşdur.
Avena nuda
Avena nuda (lat. Avena nuda) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin yulaf cinsinə aid bitki növü.
Ceykob Zuma
Ceykob Qedleyihlekisa Zuma (zulu Jacob Gedleyihlekisa Zuma; 12 aprel 1942[…], Nkandla[d], Kvazulu-Natal vilayəti) — Cənubi Afrika siyasətçisi, 9 may 2009-cu ildən 14 fevral 2018-ci ilədək Cənubi Afrika Respublikasının Prezidenti idi. 14 iyun 1999-cu ildən 14 iyun 2005-ci ilədək Cənubi Afrika Respublikasının vitse-prezidenti, 18 dekabr 2007-ci ildən 2017-ci il 18 dekabrınadək hakim Afrika Milli Konqresinin sədri vəzifəsində çalışmışdır == Həyatı == === Gənclik illəri === Ceykob Zuma, 12 aprel 1942-ci ildə Cənubi Afrikanın Kvazulu-Natal bölgəsindəki Incandla şəhərində anadan olmuşdur. Zulu qəbiləsinə mənsubdur. Atası polis idi və Zuma uşaq ikən dünyasını dəyişdi. Anası evdar qadın idi. Rəsmi məktəb təhsili almamışdı . Onun iki qardaşı var — Maykl və Cozef. 1959-cu ildə Afrika Milli Konqresinə, 1963-cü ildə — Cənubi Afrika Kommunist Partiyasına üzv oldu.. 1975–1990-cı illərdə, əksər AMK üzvləri kimi,Zumada Svazilend, Mozambik və Zambiyada sürgündə idi. AMK-yə qoyulan qadağa ləğv edildikdə ölkəyə ilk qayıdanlardan biri oldu.
Enuma eliş
Enuma eliş (; akk.. enūma eliš) — dünyanın yaradılması haqqında Babil və Akkad eposu. Adı eposun ilk iki sözündən: "enūma eliš" - "nə zaman yuxarıda" götürülmüşdür. Mətn şumer dilində mixi yazısı ilə yeddi gil lövhələr üzərində yazılmışdır. Bu kitabələr Assuriya çar kitabxanasına məxsus olmuşdur. Onun yaranma tarixi e.ə. II minilliyə təsadüf edir. == Yaranması == Eposun yaranması stadial xarakter daşısa da o, tarixi şəraitlərlə əsaslandırılmışdır. Eposun məğzini paneqiriklər və ağılar təşkil edir. Türk və rus ədəbiyyatındakı leksik düzüm və üslub bu eposun üslubuna daha yaxındır.
Fragaria nuda
Meşə çiyələyi (lat. Fragaria vesca) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin çiyələk cinsinə aid bitki növü. Çiyələyin məlum olan 20 növündən bir növü – meşə çiyələyi Azərbaycanın dağ-meşə rayonlarında çox geniş yayılmışdır və ehtiyatı çoxdur. Meşə çiyələyi mayın axırı, iyunun əvvəllərindən başlayaraq bütün yayı çiçəkləyir. Çiçəkləri ağ rəngli olub ətirlidir. Meyvələri iyunavqustda yetişir. Meyvələri ətirli, şirin, meyxoş olub, forması yumurtavari və uzun konusvaridir. Rəngi qırmızı, ağ, bəzən bənövşəyi olur. Çiyələk xırda meyvəciklərin birləşməsindən əmələ gəlib, hər meyvəciyin üzərində qeyri-həqiqi xırda sarı toxum yerləşir. Meşə çiyələyinin tərkibində 6% şəkər (fruktoza və qlükoza), 1,5% üzvi turşu (alma, limon), 1,5% azotlu maddə, 0,4% aşılayıcı maddə, 1,3% pektinli maddə, 20-50 mq% C vitamini, 3,5 mq% karotin, dəmir və kalium duzları, efir yağları vardır.
Guma (Suxumi)
Guma (gürc. გუმა) - Gürcüstanın Abxaziya bölgəsinin Suxumi ərazisində yerləşən kənd. Dəniz səviyəsindən 380 m hündürlüktə, Suxumidən 23 km uzağlıktadır. 2008-ci ildə Rusiya Federasiyası tərəfindən işğal edilib. == Ədəbiyyat == ენციკლოპედია „საქართველო“, ტ. 2, თბ., 2012. — გვ. 200.
Huma quşu
Huma quşu (fars. هما‎) — tez-tez cənnət quşu olaraq adlandırılan, gözlə görünməyəcək qədər yüksəkliklərdə istirahət etmədən, heç vaxt yerə toxunmadan davamlı uçan, bəzi mənbələrdə ayaqlarının olmadığı bildirilən əfsanəvi quş. == Mənşəyi == Ərəbcə Bulah olub və bəzi mənbələrdə ərəbcə "ruh" mənasını verən "hu", "su" mənasını verən "ma" sözlərindən ibarət olduğu iddia edilmişdir. Mənbələrdə Tenqrizm inancında tanrı Umayla oxşarlığı olan Huma, bəzi türk ləhcələrində Kumay və ya Umay quşu olaraq da bilinir. == Etiqadlar == Başına qonduğu insana xoşbəxtlik gətirəcəyinə inanıldığına görə bəxt quşu və ya taleh quşu adı ilə də tanınır. Bu etiqadın mənbəyi, keçmiş zamanlardan bir hökmdar öldükdə insanların bir meydanda cəmləşməsi və Humanın üzərinə qonduğu və ya kölgəsinin düşdüyü şəxsin hökmdar olduğuna dair məşhur xalq inancıdır. Bilinənlərin əksinə olaraq Oğuz Xan dastanında da qeyd edildiyi kimi Çepnilərin quşu Huma quşu deyil Kuma quşudur. Kuma quşu xalq arasındakı adı ilə, şunqar, qızılquşlar fəsiləsindən olan kestrel məhz Çepni quşudur. Yırtıcı bir quşdur və böyük bir yırtıcı quş kimi Kaşqarın əsərlərində də yazılmışdır. Tiginlərin simvoludur.
Karksi-Nuia
Kаrksi-Nuiа (est. Karksi-Nuia) (1987-ci ilə qədər Nuya) — Estoniyanın cənubunda yerləşən şəhər, Vilyandimaa bölgəsində şəhər. == 1 yanvar ayına görə əhali sayı == == Tarixi == Karksi ilk dəfə XII əsrdə inzibati mərkəz kimi xatırlanır.Karksi vogt ilk dəfə 1248-ci ildə yazılı sənədlərdə xatırlanır. Karksidə qala tikintisi orta əsrlərdə başlamışdı. Lakin bu müddət ərzində qəsrin bir neçə dəfə dağıdılması ilə tamamlanma təxirə salındı. Nəhayət XIV əsrdə tamamlanandan sonra bir müddət Estoniyanın cənubunda yerləşən Teuton ordeni üçün mühüm qala, 1470-ci ildən isə yerli komandanlığın iqamətgahı olmuşdur.Böyük Şimal müharibəsi zamanı qala dağıdılmış və heç vaxt bərpa olmamışdır. Qəsr daş və kərpicdən inşa edilmişdir. Bu gün xarabalıqlar müxtəlif mədəni və idman tədbiri üçün arxa plan kimi istifadə olunur == Coğrafiyası == Karksi-Nuia, Viljandi Countinin cənub hissəsində yerləşir.Sahəsi 3 kv. metkilordu (1,2 kv. mil).
Kuma çayı
Kuma çayı (kab.-çərk. Гум,qaraç.-balk. Къум, çeç. ГӀум-хи, qum. Кум) — Şimali Qafqazda çay. Uzunluğu 802 km, hövzəsi 33,5 min km²-dir. Kuma çayının əsas qolları: sağ qoları — Podkumok, Zolka, Darya; sol qolları — Surkul, Suxoy və Sulu Karamık, Tomuzlovka, Buyvola çaylarıdır. == Etimologiyası == Çayın adı əsasən türkcə "kum" sözündən("qum") əmələ gəlmişdir. Kuma çayı şağı axarlarında, həqiqətən də qumların arasından axır. XI–XIII əsrlərdə Kumanların ərazisi boyunca axırdı, buna görə də bəziləri çayın adını Kumanların öz adı ilə-"Kumanlar" ilə eyniləşdirirlər.
Messi (puma)
Messi (rus. Месси; d. 30 oktyabr 2015) – Instagram və Youtube platformalarında məşhur olan ev puması. Aleksandr və Mariya Dmitriyev cütlüyü tərəfindən saxlanılır. Onlar Messinin 2016-cı ildə yerli zooparkdan qəbul etmişdirlər. Hazırda isə cütlük Messi ilə birlikdə Rusiyanın Penza şəhərində yerləşən ikimərtəbəli böyük evdə yaşayırlar. 2017-ci ildə Dmitriyev ailəsi Messi üçün Instagram hesabı və Youtube kanalı açmışdır. Tezliklə Messi sosial şəbəkələrdə məşhurlaşmış və böyük izləyici kütləsi toplamışdır. == İlk illəri == Messi Rusiyanın Saransk şəhərində yerləşən bir zooparkda doğulmuşdur. O, həmin dövrdə "Barselona" klubunda çıxış edən futbolçuların şərəfinə adlandırılmış və yenicə doğulmuş olan 3 puma balasından biri idi.
Dama dama
Adi lan (lat. Dama dama) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinin lan cinsinə aid heyvan növü.
ANAMA
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi və ya qısaca ANAMA (ing. Azerbaijan National Agency for Mine Action) — Azərbaycan Respublikası Müharibədən Təsirlənən Bölgələrin Yenidən Qurulması və Bərpası üzrə Dövlət Komissiyası nəzdində fəaliyyət göstərən mina təmizləmə agentliyi və icra orqanı. Agentlik Azərbaycan ərazisindəki minaları zərərsizləşdirmək üçün Azərbaycan Minalardan Təmizləmə Proqramına uyğun bütün lazımi prosedurların həyata keçirilməsinə cavabdehdir. Agentliyin donorları Azərbaycan hökuməti (2,400,000 $) və BMT-nin İnkişaf proqramıdır (160,000 $). == Tarixi == Azərbaycan Prezidentinin 15 yanvar 2021-ci il tarixli fərmanına əsasən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin əsasında publik hüquqi şəxs statuslu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi yaradılıb. == Fəaliyyəti == ANAMA öz səlahiyyətləri daxilində Azərbaycan Respublikası vətəndaşlarının minalardan və partlayıcı qurğulardan əziyyət çəkmədikləri bir mühit yaratmağa çalışır. Bu məqsədə çatmaq üçün agentlik minalardan təmizləmə qabiliyyətini artırmağa çalışır. Buna görə də, Azərbaycanda mina əleyhinə fəaliyyətlə əlaqəli tədqiqat-inkişaf prosesini təşviq etmək üçün İnformasiya Texnologiyaları potensialını artırır. Əlavə olaraq, baş ofis, partlayışlar nəticəsində meydana gələn ölümlə nəticələnən qəza və xəsarətlərin sayını azaltmaq, infrastrukturu bərpa etmək və yenidən qurmaq və qida təhlükəsizliyini təmin etmək üçün müəyyən siyasətləri davam etdirir. Bu tədbirlər nəticəsində məcburi köçkünlərin yenidən vətənlərinə qayıda biləcəyi gözlənilir.
Alma
Alma (lat. Malus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. == Ümumi məlumat == Azərbaycanda almanın üç yüzə qədər müxtəlif növü və çeşidi vardır. Bunlardan altmışı sənaye üçün əhəmiyyətlidir. Digər şirəli meyvələrdən almanın üstünlüyü odur ki, onu bütün il boyu saxlayıb istifadə etmək mümkündür. Almanın yetişmə fəsli aşağıdakı kimidir: yay (iyul, avqust), payız (sentyabr, oktyabr), qış (noyabrdan fevral ayına qədər). Eyni sort alma iqlim şəraitindən asılı olaraq yetişmə dövrünü dəyişə bilər. Almanın növündən və sortundan asılı olaraq rəngi, dadı və ətri müxtəlif olur. Almadan təbii halda istifadə etməklə yanaşı, bir sıra qiymətli konservləşdirilmiş məhsullar – kompot, mürəbbə, povidlo, şirə, püre və s. hazırlanır.
Cümə
Cümə – dünyanın bir çox ölkələrində həftənin sayca beşinci ( bəzilərində altçncı ) günü. ISO 8601 beynəlxalq standartına görə yeddi günlük həftənin beşinci günüdür. Cümə həftədə cümə axşamı günü ilə şənbə günü arasında yerləşir. Rəsmi sənədlərdə cümə bəzən qısaldılmış şəkildə c.- da yazılır. " Cümə " sözü ərəb dilindəki " يوم CM'A " "toplanmak" ( toplam ) sözündən irəli gələrək yaranmışdır. Qədim Romada cümə günü gözəllik ilahəsi Veneraya, qədim alman tayfalarında Freyya qadın allahına həsr edimişdi.Ona görə də ingilis dilində cümə günü Friday adlanır. Beşgünlük iş həftəsi qəbul edilmiş ölkələrdə cümə günü istirahıət günüdən əvvəlki gün olduğundan işçilərin işə bir qədər laqeyd yanaşması hiss edlir. Rusiyada Pasxa dini bayramından sonra on həftə ərzində hər cümə günü ticarət yarmarkası keçirilirdi. İslam ölkələrində cümə günü qeyri – iş günüdür və kütləvi surətdə inasnlar məscidlərdə namaz qılırılar.ABŞ-də cümə günü haqqında deyirlər "TGIF" —"Thank God It’s Friday" (" Sağ ol, Allah , bu gün cümədir!") Qədim türk dilində bu günün adı, Altıncı Gün və Altınç dır. Cümə ayrıca kişi şəxs adı da vardır.
Dama
Dama (oyun) — taxta lövhə üzərində aparılan strateji oyun növü
Emma
Emma — Ceyn Ostinin 1815 - ci ildə nəşr olunan kitabı == Məzmun == Hekayənin qəhrəmanı Emma Vudhaus gözəl, yüksək əhval-ruhiyyəli, ağıllı və mülki zadəganlardan olan gənc qadındır. Emma, ​​əsasən təcrübəsinin olmaması və həmişə haqlı olduğuna inamı səbəbindən bəzi ciddi səhvlərə yol verir. O, Frank Çörçilllə qısa flört edir; lakin romanın sonunda cənab Naytlini sevdiyini anlayır.
Hüms
Hüms (ərəb. حمص‎) — Suriyada şəhər. Hüms mühafəzəsinin mərkəzidir. == Tarixi == Hüms bizim eradan əvvəl 2300-cü ilə aid salnamələrdə çəkilir. Şəhər Emesa adlanırdı. Bir müddət Roma imperiyasından asılı olmuşdu.