Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Aşıq Qasım
Aşıq Qasım (1867, Qaracəmirli, Yelizavetpol qəzası – 1919, Qaracəmirli, Gəncə quberniyası) — XIX əsr Azərbaycan aşığı. AŞıq Qasım 1867-ci ildə Şamxorun Qaracəmirli kəndində anadan olub və 1919-cu ildə buradaca dünyasını dəyişib. Şəmkirli Aşıq Hüseynin şagirdi olan Qasım dövrünün məşhur aşıqlarından imiş. Gəraylı, qoşma, təcnis və müxəmməslər yazan Qasım özündən sonra gələn aşıqlara çox böyük təsir göstərmişdir. Saz-söz məclislərindən birində o usta aşıqların bir çoxunu tərifləyəndən sonra müəllimi Şəmkirli aşıq Hüseynin hamıdan bir baş yuxarı olduğunu belə təsvir etmişdir: Aşıq Qasımın çoxlu sayda bənzətmələri də var. Hazırda Şəmkir rayonunun Qaracəmirli və Talış kəndlərində, Şəmkir, Gəncə və Bakı şəhərlərində Aşıq Qasım nəsilinin üzvləri yaşayırlar. Həmin nəsil xalq arasında "Aşıqlı nəsilı" adı ilə məşhurdur. Soyadları isə onun adı ilə bağlı olaraq "Qasımov/Qasımlı" olaraq adlandırılmışdır. Azərbaycan aşıqları və el şairləri. II cild.
Azər Qasımlı
Azər Ağaqasım oğlu Qasımlı (31 mart 1975; Bakı şəhəri, Azərbaycan SSR) - azərbaycanlı ictimai-siyasi xadim, Respublikaçı Alternativ Hərəkatının sabiq sədr müavini, məclis başqanı, Partiya Təşkilat Komitəsinin koordinatoru və İdarə Heyətinin üzvü, Siyasi Menecment İnstitutunun təsisçisi, İdarə Heyətinin üzvü və sədri, siyasət elmləri üzrə fəlsəfə doktoru. Azər Ağaqasım oğlu Qasımlı 1975-ci il martın 31-də Bakı şəhərində anadan olub. Atası Ağaqasım Qasımov geologiya üzrə elmlər namizədi, Azərbaycan Neft və Kimya İnstitutunun pedaqoqu, anası Şəfiqə Nəsrullayeva isə fioloq olub. Azər Qasımlı 1993-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Bədii sənaye bölməsinə daxil olmuşdur. İncəsənət adamı ola bilməyəcəyini anlayaraq bir il sonra, 1994-cü ildə Sosial İdarəetmə və Politologiya İnstitutuna imtahan vermişdir. 1998-ci ildə həm İncəsənət İnstitutundan, həm də Sosial İdarəetmə və Politologiya İnstitutundan (fərqlənmə diplomu ilə) məzun olmuşdur. 2000-ci ildə İzmirdə Egey Universitetinin Türk dili və ədəbiyyatı bölməsində bir illik proqramını tamamladıqdan sonra 2001-ci ildə İstanbulda Mərmərə Universitetinin Beynəlxalq münasibətlər və siyasi elmlər bölməsinə daxil olan Azər Qasımlı, burada Əhməd Davudoğlundan dərs almış, "Vətəndaşlığın və siyasi sığınacağın hüquqi və siyasi əsasları" mövzusunda dissertasiyanı müdafiə etmiş və nəticədə magistr dərəcəsinə yiyələnmişdir. Ardınca isə o, 2009-cu ildə M. V. Lomonosov adına Moskva Dövlət Universitetində “Azərbaycanda siyasi rejimin formalaşması” mövzusunda dissertasiya işini müdafiə etmiş və siyasət üzrə fəlsəfə doktoru (PhD) elmi dərəcəsi almışdır. Evlidir. 3 övladı var.
Azər Qasımlı (neftçi)
Azər Qasımlı (neftçi alim)
Azər Qasımlı (siyasətçi)
Azər Ağaqasım oğlu Qasımlı (31 mart 1975; Bakı şəhəri, Azərbaycan SSR) - azərbaycanlı ictimai-siyasi xadim, Respublikaçı Alternativ Hərəkatının sabiq sədr müavini, məclis başqanı, Partiya Təşkilat Komitəsinin koordinatoru və İdarə Heyətinin üzvü, Siyasi Menecment İnstitutunun təsisçisi, İdarə Heyətinin üzvü və sədri, siyasət elmləri üzrə fəlsəfə doktoru. Azər Ağaqasım oğlu Qasımlı 1975-ci il martın 31-də Bakı şəhərində anadan olub. Atası Ağaqasım Qasımov geologiya üzrə elmlər namizədi, Azərbaycan Neft və Kimya İnstitutunun pedaqoqu, anası Şəfiqə Nəsrullayeva isə fioloq olub. Azər Qasımlı 1993-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Bədii sənaye bölməsinə daxil olmuşdur. İncəsənət adamı ola bilməyəcəyini anlayaraq bir il sonra, 1994-cü ildə Sosial İdarəetmə və Politologiya İnstitutuna imtahan vermişdir. 1998-ci ildə həm İncəsənət İnstitutundan, həm də Sosial İdarəetmə və Politologiya İnstitutundan (fərqlənmə diplomu ilə) məzun olmuşdur. 2000-ci ildə İzmirdə Egey Universitetinin Türk dili və ədəbiyyatı bölməsində bir illik proqramını tamamladıqdan sonra 2001-ci ildə İstanbulda Mərmərə Universitetinin Beynəlxalq münasibətlər və siyasi elmlər bölməsinə daxil olan Azər Qasımlı, burada Əhməd Davudoğlundan dərs almış, "Vətəndaşlığın və siyasi sığınacağın hüquqi və siyasi əsasları" mövzusunda dissertasiyanı müdafiə etmiş və nəticədə magistr dərəcəsinə yiyələnmişdir. Ardınca isə o, 2009-cu ildə M. V. Lomonosov adına Moskva Dövlət Universitetində “Azərbaycanda siyasi rejimin formalaşması” mövzusunda dissertasiya işini müdafiə etmiş və siyasət üzrə fəlsəfə doktoru (PhD) elmi dərəcəsi almışdır. Evlidir. 3 övladı var.
Azər Qasımov
Azər Qasımov (siyasətçi) — Azərbaycan Respublikası Prezidentinin Mətbuat katibi. Azər Qasımov (kimyaçı) — Azərbaycan alimi. Azər Qasımov (hərbçi) — Azərbaycan zabiti. Azər Qasımov (şəhid) — Azərbaycanlı şəhid.
Azər Qasımov (alim)
Azər Əlibala oğlu Qasımov — Azərbaycan alimi, AMEA akad. Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun “Neft-kimya proseslərinin texnologiyası” laboratoriyası müdiri, texnika üzrə elmlər doktoru, professor. Azər Əlibala oğlu Qasımov 1942-ci il fevralın 17-də Bakıda ziyalı ailəsində anadan olmuşdur. 1950-60-cı illərdə Bakı şəhəri 160 saylı məktəbdə təhsil almışdır. 1960-cı ildə M.Əzizbəyov adına Neft-Kimya İnstitutunun kimya-texnologiya fakültəsinə daxil olmuş və 1965-ci ali təhsilini başa vurmuşdur. İnstitutu bitirdikdən sonra A.Ə.Qasımov 1965-1968-ci illərdə Yeni Bakı Neftayırma zavodunda mühəndis vəzifəsində çalışmışdır. 1968-1972-ci illərdə təhsilini Azərbaycan Elmlər Akademiyasının Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun aspiranturasında davam etdirmişdir. Aspiranturanı bitirdikdən sonra həmin institutun “Neft-kimya proseslərinin texnologiyası” laboratoriyasında müxtəlif vəzifələrdə çalışmışdır. 1988-ci ildən həmin laboratoriyaya rəhbər təyin edilmişdir. A.Ə.Qasımov hal-hazırda həmin laboratoriyanın müdiri vəzifəsində çalışır.
Azər Qasımov (hərbçi)
Azər Əlövsət oğlu Qasımov — Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin polkovnik-leytenantı, İkinci Qarabağ müharibəsi veteranı. Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin polkovnik-leytenantı olan Azər Qasımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Şuşanın azadlığı uğrunda gedən döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin canlı qüvvələrinin məhv edilməsində fərqlənib. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Azər Qasımov "Zəfər" ordeni ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun və Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Azər Qasımov "Cəbrayılın azad olunmasına görə" medalı ilə, 29.12.2020-ci il tarixli Sərəncamına əsasən isə "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azər Qasımov (kimyaçı)
Azər Əlibala oğlu Qasımov — Azərbaycan alimi, AMEA akad. Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun “Neft-kimya proseslərinin texnologiyası” laboratoriyası müdiri, texnika üzrə elmlər doktoru, professor. Azər Əlibala oğlu Qasımov 1942-ci il fevralın 17-də Bakıda ziyalı ailəsində anadan olmuşdur. 1950-60-cı illərdə Bakı şəhəri 160 saylı məktəbdə təhsil almışdır. 1960-cı ildə M.Əzizbəyov adına Neft-Kimya İnstitutunun kimya-texnologiya fakültəsinə daxil olmuş və 1965-ci ali təhsilini başa vurmuşdur. İnstitutu bitirdikdən sonra A.Ə.Qasımov 1965-1968-ci illərdə Yeni Bakı Neftayırma zavodunda mühəndis vəzifəsində çalışmışdır. 1968-1972-ci illərdə təhsilini Azərbaycan Elmlər Akademiyasının Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun aspiranturasında davam etdirmişdir. Aspiranturanı bitirdikdən sonra həmin institutun “Neft-kimya proseslərinin texnologiyası” laboratoriyasında müxtəlif vəzifələrdə çalışmışdır. 1988-ci ildən həmin laboratoriyaya rəhbər təyin edilmişdir. A.Ə.Qasımov hal-hazırda həmin laboratoriyanın müdiri vəzifəsində çalışır.
Azər Qasımov (mətbuat katibi)
Azər Qasımov (tam adı: Qasımov Azər Məhəmməd oğlu; (1966-cı il 22 iyun, Bakı şəhəri) — Azərbaycan Respublikası Prezidentinin Mətbuat katibi. Azər Qasımov 22 iyun 1966-cı ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunu, Bakı Dövlət Universitetini və Çenq Du Universiteti (Çin) bitirmişdir. 1994-cü ildə Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı Səfirliyində tərcüməçi, 1994-1995-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Beynəlxalq təşkilatlar idarəsində attaşe, 1995-1996-cı illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Konsulluq idarəsində attaşe, 1996-1997-ci illərdə Azərbaycan Respublikasının İran İslam Respublikasının Təbriz şəhərindəki Baş Konsulluğunda attaşe, 1997-1999-cu illərdə Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyində attaşe, üçüncü katib, 1999-2000-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Asiya, Afrika və Latın Amerikası ölkələri idarəsində üçüncü katib, ikinci katib, 2000-2004-cü illərdə isə Azərbaycan Respublikasının Milli Məclisi Aparatının Beynəlxalq münasibətlər şöbəsinin müdiri vəzifəsində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 13 mart 2004-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin Mətbuat katibi təyin edilmişdir.
Azər Qasımov (siyasətçi)
Azər Qasımov (tam adı: Qasımov Azər Məhəmməd oğlu; (1966-cı il 22 iyun, Bakı şəhəri) — Azərbaycan Respublikası Prezidentinin Mətbuat katibi. Azər Qasımov 22 iyun 1966-cı ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunu, Bakı Dövlət Universitetini və Çenq Du Universiteti (Çin) bitirmişdir. 1994-cü ildə Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı Səfirliyində tərcüməçi, 1994-1995-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Beynəlxalq təşkilatlar idarəsində attaşe, 1995-1996-cı illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Konsulluq idarəsində attaşe, 1996-1997-ci illərdə Azərbaycan Respublikasının İran İslam Respublikasının Təbriz şəhərindəki Baş Konsulluğunda attaşe, 1997-1999-cu illərdə Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyində attaşe, üçüncü katib, 1999-2000-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Asiya, Afrika və Latın Amerikası ölkələri idarəsində üçüncü katib, ikinci katib, 2000-2004-cü illərdə isə Azərbaycan Respublikasının Milli Məclisi Aparatının Beynəlxalq münasibətlər şöbəsinin müdiri vəzifəsində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 13 mart 2004-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin Mətbuat katibi təyin edilmişdir.
Azər Qasımov (şəhid)
Azər Yaqub oğlu Qasımov (2 dekabr 1979; Yenikənd, Tərtər, Azərbaycan — 29 oktyabr 2020; Suqovuşan, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin MAXE əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Azər Qasımov 1979-cu ildə Tərtər rayonunun Yenikənd kəndində anadan olub. 1997-ci ildə orta məktəbi bitirib hərbi xidmətə başlamışdır. Azər Qasımov ailəli və 4 övlad atası idi. Azər Qasımov 2014-cü ildən müddətdən artıq hərbi qulluqçu kimi Azərbaycan Silahlı Qüvvələrində xidmətə başlayıb. 2016-cı ildə Aprel döyüşlərində iştirak edərək xüsusi medalla təltif edilib. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Azər Qasımov Suqovuşan döyüslərində savaşıb. 29 oktyabr 2020-ci ildə Talış Suqovuşan istiqamətindəki döyüşlər nəticəsində şəhid olub. Tərtərdə dəfn edilmişdir. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Azər Qasımov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azər Qasımzadə
Azər Qasımzadə (siyasətçi) — Azərbaycan Dirçəliş Partiyasının yaradıcısı. Azər Qasımzadə (mühəndis) — Texnika elmləri doktoru, professor.
Azər Qasımzadə (alim)
Azər Qasımzadə (mühəndis)
Azər Ərəstun oğlu Qasımzadə (Kasimzade Azer Arastun oğlu; 23 fevral, 1955, Bərdə, Azərbaycan SSR) — texniki elmlər doktoru, Türkiyənin Ondoqquz May Universitetinin Mühəndislik Fakültəsinin professoru. Qasımzadə Azər Ərəstun oğlu 1955-ci il fevralın 23-də Azərbaycan Respublikasının Bərdə şəhərində anadan olub. 1972-ci ildə Şuşada Ü.Hacıbəyli adına 1 saylı orta məktəbi qızıl medalla bitirib, 1978-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu “Sənaye və mülki tikililəri konstruktoru” ixtisası üzrə ali təhsilini bitirib. 1980—1983-cü illərdə A.Qasımzadə V.V.Kuybışev adına Moskva İnşaat Mühəndisləri İnstitutunun inşaat mexanikası kafedrasının aspiranturasında oxumuş və 1983-cü ildə Moskvada texnika elmləri namizədi alimlik dərəcəsi almışdır. 1991-ci ildə həmin ali məktəbdə elmi işi müdafiə edərək texniki elmlər doktoru adına layiq görülmüşdür. 1986—1988-ci illərdə Moskva İnşaat Mühəndisləri Universitetinin “İnşaat Mexanikası” kafedrasında elmi təcrübə keçərək, doktorant və təsərrüfat hesablı elmi layihənin icraçısı olmuşdur. 1991-ci ilde Amerika Birləşmiş Ştatlarının New Jersey Institute of Technology Universitetinin, “İnşaat və Ətraf Mühəndisliyi” bölməsində və Prinston Universitetinin “İnşaat mühəndisliyi və Əməliyyatların Tədqiqi” bölməsində elmi mübadilədə olub. 1978-ci ildə təyinatla SSRİ Neft və Qaz Sənayesi Nazirliyinin “Dənizneftqaz” Elmi-Tədqiqat və Layihə İnstitutunun dəniz qurğuları şöbəsinə göndərilib və orada mühəndis—konstruktor kimi işləyib, Xəzər, Azov və Qara dənizlərdəki yataqların hesablama-layihə, maket və modelləşdirmə sahəsindəki tədqiqatlarda iştirak edib. 1980—1983-cü illərdə “Dənizneftqaz” Dövlət Elmi-Tədqiqat və Layihə İnstitutu ilə müqavilə əsasında Moskva İnşaat Mühəndisləri İnstitutunda neft-qaz hasilatı sənayesi üçün dəniz platformalarının üst hissələrinin hesablanmasının etibarlılığı tədqiqatlarını davam etdirib. 1983-cü ildə namizədlik dissertasiyasının müdafiəsindən sonra A.Qasımzadə “Dənizneftqaz” Dövlət Elmi-Tədqiqat və Layihə İnstitutunun hesablama mərkəzinin avtomatlaşdırılmış layihələndirmə sistemləri şöbəsində işini davam etdirib və əvəzçilik əsasında İnşaat Mühəndisləri İnstitutunda mühazirələr oxuyub.
Ağadadaş Qasımov
Ağadadaş Qasımov — azərbaycanlı rəssam. Qasımov Ağadadaş Cabbar oğlu 19 iyun, 1962-ci ildə Bakıda anadan olmuşdur. O, 1980-ci ildə Ə.Əzimzadə adına Rəssamlıq məktəbinin rəngkarlıq fakültəsini, 1986-cı ildə Tiflis Dövlət Rəssamlıq Akademiyasının qrafika fakültəsinin plakat ixtisasını bitirmişdir. Ağadadaş Qasımov qrafika rəssamı kimi fəaliyyət göstərmişdir. Yaradıcılıq fəaliyyətinə əsasən 1988-ci ildən başlamış, mütəmadi olaraq Respublika və xarici ölkələrdə keçirilən sərgilərin fəal iştirakçısı olan A. Qasımov, dəfələrlə diplom və mükafatlara layiq görülmüşdür. O, 1997-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 1988-ci ildən Respublika və Beynəlxalq sərgilərin fəal iştirakçısıdır. Rəssamın əsərləri, ABŞ, Fransa, Almaniya, Avstriya, Türkiyə, Litva, İran və Azərbaycanda nümayiş edilib. Ağadadaş Qasımov 2001-ci ildən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında müəllim işləyir.
Baba Qasımov
Baba Əhməd oğlu Qasımov (1 noyabr 1989, Ərçivan, Astara rayonu – 21 oktyabr 2020, Qubadlı rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. Baba Qasımov 1989-cu il noyabrın 1-də Astara rayonunun Ərçivan qəsəbəsində anadan olub. Ailəli idi. Üç övladı yadigar qaldı. Azərbaycan Ordusunun giziri olan Baba Qasımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Baba Qasımov oktyabrın 21-də Qubadlının azad edilməsi zamanı şəhid olub. Astara rayonunun Ərçivan qəsəbəsində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Baba Qasımov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Baba Qasımov ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Baba Qasımov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Balakişi Qasımov
Balakişi Qasımov (azərb. Balakişi (Balaş) Ələkbər oğlu Qasımov‎; d. 20 oktyabr 1978, Bakı) — İctimai Televiziyanın baş direktoru (2018-ci ildən), "Nə? Harada? Nə zaman?" elitar klubunun oyunçusu, Azərbaycanda "Nə? Harada? Nə zaman?" oyununun aparıcısı və baş prodüseri, GameTV.az prodüser mərkəzinin rəhbəri. Bakı şəhər 1 saylı orta məktəbini bitirmişdir. Azərbaycan Dövlət İqtisad Universitetini maliyyə ixtisası üzrə bitirmişdir. 2004-cü ildən klub oyunlarının iştirakçısıdır.
Balaş Qasımov
Balakişi Qasımov (azərb. Balakişi (Balaş) Ələkbər oğlu Qasımov‎; d. 20 oktyabr 1978, Bakı) — İctimai Televiziyanın baş direktoru (2018-ci ildən), "Nə? Harada? Nə zaman?" elitar klubunun oyunçusu, Azərbaycanda "Nə? Harada? Nə zaman?" oyununun aparıcısı və baş prodüseri, GameTV.az prodüser mərkəzinin rəhbəri. Bakı şəhər 1 saylı orta məktəbini bitirmişdir. Azərbaycan Dövlət İqtisad Universitetini maliyyə ixtisası üzrə bitirmişdir. 2004-cü ildən klub oyunlarının iştirakçısıdır.
Bayram Qasımov
Bayram Arzu oğlu Qasımov (21 mart 2001, Novoivanovka, Gədəbəy rayonu – 5 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Bayram Qasımov 2001-ci il martın 21-də Gədəbəy rayonunun Novoivanovka kəndində anadan olub. Subay idi. Azərbaycan Ordusunun əsgər olan Bayram Qasımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Bayram Qasımov oktyabrın 5-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Gədəbəy rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Bayram Qasımov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Bayram Qasımov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Bayram Qasımov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Bayram Qasımov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Bayram Qasımxanlı
Bayram Qasımxanlı 1946-cı ildə Bakı şəhəri Balaxanı qəsəbəsində anadan olub. 1971-ci ildə Ə.Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbini, 1977-ci ildə Tbilisi Dövlət Rəssamlıq Akademiyasını bitirib. 1978-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 1982-ci ildən pedaqoq-rəssam kimi fəaliyyət göstərib. 1984-cü ildən Bakı eksilibris klubunun sədridir. 1989-cu ildə "Azərbaycan eksilibrisi" adlı kitabı dərc olunmuşdur. Respublikada və xaricdə keçirilən beynəlxalq müsabiqələrdə mükafatlara və diplomlara layiq görülmüşdür. Türkiyədə, İranda, Polşada, Belqradda keçirilən sərgilərdə uğurla çıxış etmişdir. 2006-cı ildən Azərbaycan "Karikaturaçı Rəssamlar Birliyi"nin üzvüdür. FECO (Beynəlxalq Karikaturaçılar Təşkilatları Federasiyası) Azərbaycan qrupunun üzvüdür.
Beufort qasırğası
Beufort qasırğası — Dünyada böyük diametrli və şiddətli qasırğa. Ölçüsünə görə saatda 75 mildən çox sürətlə dönərək əsir. Şərqi Sakit okean və Cənubi Atlantik okeanı xaric subtropik və tropik iqlim qurşağındakı bütün isti dənizlərdə sıx-sıx meydana gəlir. Avqust-sentyabr aylarında Antil adalarında daha çox özünü göstərir.
Böyükağa Qasımzadə
Qasımov Böyükağa Məmməd oğlu – şair, tərcüməçi, 1939-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. Böyükağa Qasımzadə 1916-cı il martın 18-də Bakı quberniyası Bakı qəzasının Maştağa kəndində xırda sahibkar-dəmirçi ailəsində doğulmuşdur. Atası Məmməd kişi 1903-cü ildə Bakıya köçüb xırdavat dükanı sahibi, sonra adi fəhlə olmuşdur. Böyükağa yeddiillik məktəbi Bakıda bitirib fəhlə fakültəsində (1932), sonra isə sənaye institutunda (1937) təhsil almışdır. Ədəbi yaradıcılığa 30-cu illərdə başlamış, ilk şerlərini məktəblilərə həsr etmişdir. Onun ilk kitabı – "Murad" poeması 1937-ci ildə çapdan çıxmışdır. APİ-nin dil və ədəbiyyat fakültəsini bitirmişdir (1937-1941). İkinci Dünya müharibəsinin ilk günlərində səfərbərliyə alınmış, hərbi məktəbdə kursant, 1941-ci ilin dekabrında Cənub cəbhəsində atıcı rotasının komandiri, siyasi şöbənin təlimatçısı, Zaqafqaziya cəbhəsində "Döyüşçü" qəzeti redaksiyasında məsul katib işləmişdir (1942-1945). Xüsusi tapşırıqla İrana göndərilmiş (1945-1946), sonra təyyarəçilik məktəbində xüsusi qrupda siyasi rəhbər, hərbi klubda rəis vəzifələrində işləmişdir (1947-1948). Ordudan tərxis ediləndən sonra "Ədəbiyyat qəzeti"ndə incəsənət şöbəsinin müdiri (1948-1950), daha sonra "Azərbaycan" jurnalında poeziya şöbəsinin müdiri (1953-1957) olmuşdur.
Cavid Qasımov
Dəmir Alməmmədov (Qasım oğlu)
Qazı-qazı
Qazı-qazı – Qədim tarixə malik Naxçıvan Muxtar Respublikasının Şərur, Şahbuz və Kəngərli rayonlarında ən çox yayılmış və sevimli oyunlar sırasına daxildir. Sinələri səviyyəsində əlləri ilə bir-birindən tutaraq sıraya düzülən kişilərdən ibarət bu yallı dəstəsinin önündə əlində çubuq tutan yallıbaşı, sıranın sonunda isə ayaqçı durur. Yallıbaşının və ayaqçının əllərindəki çubuq "Günahkarı" cəzalandırmaq üçündür. İfaçılar bu rəqsi lovğalıqla "qazılana-qazılana" ifa edirlər. Asta, orta və iti hissələrdən ibarət yallıda yallıbaşının etdiyi hərəkəti yallının ifaçıları da təkrar etməlidir. Əks təqdirdə hərəkətləri yerinə yetirməyən ifaçı çubuqla cəzalandırılır.
Qapı
Qapı —Girib-çıxmaq üçün evin, yaxud barının və s.-nin divarında açıq yer, deşik, habelə bu deşiyi qapamaq üçün taxtadan, dəmirdən və s.-dən düzəldilən qurğu. Qapılar əsasən obyektin daxili təhlükəsizliyinin təmin edilməsi üçün istifadə edilir. "Qapı" sözünün ilkin forması, tarixən Göytürk xaqanlığının dilinə, yəni Qədim türk dilində təsadüf edir. Göytürkçə səslənişi "Kapuğ"dur. Bu söz Azərbaycan dilində iki formada hələ də istifadə olunur. "Qapı" və "qabığ". Bunu daha yaxşı anlamaq üçün, belə bir mülahizə yürütmək olar: Necə ki, meyvənin "qabığını" açmadan onu yeyə bilməzsən, eyniylə evində "qabığını" açmadan içəri daxil ola bilməzsən. Bir müddət sonra öz tələffüz şəklini yavaş-yavaş itirməyə başlayıb bu söz, lakin bir çox dildə o sözün öz quruluşunu necə dəyişdiyi aydın olur. "Kapuğ" Macar dilində "Kapu" şəklində, yəni son hərfinin düşməsi şəklində, Türk dilində "Kapı" şəklində, yəni son hərfin dəyişilməsiylə və Azərbaycan dilində isə "Qapı" şəklində səsləndirilməyə davam edir.
Qass
Qass — Azərbaycan Respublikasının Zaqatala rayonunun Əli Bayramlı kənd inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Zaqatala rayonunun Əli Bayramlı kənd inzibati ərazi vahidi tərkibindəki Qass kəndi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır. Kənddə Qafqaz Albaniyasının tayfası olan saxurlar yaşayır.
Qaysı
Adi ərik (lat. Prunus armeniaca) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. Adi ərik mart-aprel aylarında çiçəkləyir. Çiçəkləri ağ və ya açıq çəhrayıdır, yarpaqlarından çox əvvəl açılırlar. Çiçək saplaqları qısadır. Meyvələri iyun-avqust aylarında yetişir. Meyvələri birçəyirdəkli olub, rəngi ağ, sarı və qırmızı-narıncı olur. Meyvəsinin ağırlığı 3–18 q, forması isə müxtəlifdir. Ətliyi şirəli, şirin və ya turşa-şirindir. Adi ərik təzə halda istehlak edilir.
Qazı
Qazı (ər. "qazi") — hökmdar tərəfindən (əvvəlcə: xəlifə) təyin olunmuş və şəriət əsasında ədaləti bərqərar edən müsəlman məmur-hakimi. Orta çağ dövlətlərində məhkəmə sistemi qazı deliyən dini hakimlərin əlində idi. Dövlətin əyalət, vilayət, qəza, mahal və paytaxtında divanbəyi tərəfindən təyin olunmuş qazı var idi. Qazılar şəriət qanunları əsasında hüquqi işlər aparırdılar. Onlar əsasən dini işlərə, irsi, ailə və məişət məsələlərinə baxırdılar. Baxdıqları məsələlərin ayrıntıları: 1. Məzhəb və ruhanilik 2. Evlənmə və boşanma 3. Küsmüş qohumları barışdırmaq 4.
Qasım
Qasım — kişi adı. Qasım Qasımov Qasım Qasımov (mühəndis) Qasım Qasımov (siyasətçi) Qasım Qasımov (repressiya qurbanı) Qasım Abdullayev (xanəndə) — xanəndə. Qasım Rzayev — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Qasım İsmayılov — Azərbaycan siyasətçisi Xəstə Qasım — XVIII əsr Azərbaycan aşığı.
Dağ qazı
Dağ qazı (lat. Anser indicus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin qaz (quş) cinsinə aid heyvan növü. Çox vaxt onu ayrıca Eulabeia cinsinə aid edirlər. Bədən quruluşu qəşəngdir Uzunluğu 70–76 sm, kütləsi 1,9–3,2 kq olur. Boynu uzun və nazik, dimdiyi kiçikdir. Lələkləri qonurumtul-bozdur; açıq rəngli bədəninin yanlarında tünd zolaqlar var; başı, boynunun yanları, qarıncığı, quy ruğunun altı və üstü ağdır; təpəsində və peysərində eninə qonurumtul-qara zolaqlar var. Dimdiyi sarı, burunüstü sümüyü və burun dəlikləri qara, ayaqları narıncıdır. Orta və Mərkəzi Asiya dağla rın da, Cənub-Şərqi Altaydan Qərbi Mancuriyaya qədər, cənuba doğru Pamirə, Ladakx və Tibetə qədər məskunlaşmışdır. Dağ göllərinin sahillərində və onlara yaxın, 1000 m-dən 5000 m-ədək yüksəklikdə yerləşən çay vadilərində, həmçinin sarların və çalağanların yuvalarını tuta raq qayalarda, yaxud ağaclarda koloniyalarla yuvalayır. Hindistanın şimalında, Banqladeşdə və Myanmada qışlayır; Himalay dağları üzərindən, 9000 m-ədək yüksəklikdə uçub keçirlər.
Döner qapı
Döner qapı (ing. Revolving door) — tipik olaraq üç və ya dörd qapıdan ibarət olan və mərkəzi bir çubuğa yapışdırılan və silindrik bir kamerada şaquli bir ox ətrafında dönən bir qapı növüdür. Döner qapılar enerji qənaətlidir və binanın istilik və ya soyutma itkisini azaldır.
Elflərin qanı
Elflərin qanı (pol. Krew elfów) — Polşa yazıçısı Andjey Sapkovskinin fentezi janrında yazdığı, "Cadugər Saqası"ndan olan ilk romandır. Roman ilk dəfə 1994-cü ildə Polşada çap edilmişdir. Əsərdəki hadisələr ümumi qəhrəman cadugər Riviyalı Geraltın iştirakı ilə birləşdirilən "Sonuncu arzu" və "Qismət qılıncı" hekayələr toplularında baş verən hadisələrin davamıdır. Roman, Polşada Yanuş Zeydel Ədəbiyyat mükafatına, Böyük Britaniyada isə Devid Gemmel Fentezi mükafatına layiq görülmüşdür. Əsərin ingiliscə tərcüməsi Böyük Britaniyada 2008-ci ildə (Gollancz nəşriyyatı tərəfindən), ABŞ-də isə 2009-cu ildə (Orbit nəşriyyatı tərəfindən) çap edilmişdir. Kitabdakı hadisələrin başlamasından təxminən bir il əvvəl Nilfqaard imperiyası Sintraya hücum edir. Ölümcül yaralanmış kraliça Kalante intihar edir, onun Siri adlandırılan nəvəsi Sirilla isə alovlar içində olan şəhərdən qaçır. Nilfqaard imperatoru Emqır var Emreys Sirinin tapılması üçün ,casuslarını qitənin dörd bir tərəfinə göndərir. Emqır bilir ki, bu balaca qız yalnız krallığın varisi olduğuna görə yox, həm də elflərin qanını daşıdığına və sehr potensialına görə böyük əhəmiyyət daşıyır.
Karbon qazı
Karbon qazı CO2 ,karbon(IV) oksid, karbon dioksid. Rəngsiz, iysiz qazdır. Havadan ağırdır. Yanmır və yanmanın qarşısını alır. Atmosfer təzyiqdə -78,5 °C-dən aşağı temperaturda karbon qazı mayeləşmədən birbaşa bərk hala keçir. Ona görə də "quru buz" adlanır. Təbii mineralların parçalanmasından: CaCO3 □(→┴t ) CaO + CO2 Təbii qazın yandırılmasından: CH4 + 2O2 → CO2 + 2H2O Laboratoriyada karbonat turşusunun duzlarına qüvvətli turşularla təsir etməklə alınır Na2CO3 + 2HCl → 2NaCl + CO2 + H2O CO2 − karbonat turşusunun anhidrididir. Turşu oksidlərinin ümumi xassələrini göstərir: CO2+ H2O↔ H2CO3 Na2O + CO2→Na2CO3 2NaOH + CO2 → Na2CO3 H2O Karbon qazını əhəng suyu ilə təyin edirlər: Ca(OH)2 + CO2 → CaCO3 +H2O Karbon qazı ammonyakla karbamid əmələ gətirir: CO2 + 2NH3 □(→┴t ) CO(NH2)2 + H2O Oksidləşdirici kimi kömür və magneziumla reaksiyaya daxil olur: CO2 + C □(→┴t ) 2CO CO2 + 2Mg □(→┴t ) 2 MgO + C Təbiətdə bitkilərin yaşıl yarpaqlarında(xlorofildə) fermentlərin iştirakı ilə havada olan karbon qazı və torpaqdan udulmuş su hesabına fotosintez prosesi gedir, qlükoza sintez olunur: 6CO2 + 6 H2O □(→┴hϑ ) C6H12O6 + 6O2 Zəhərli qaz deyil, amma havada karbon qazının normadan çox olması orqanizmə zəhərləyici təsir göstərərək hipoksiyaya səbəb olur.Tərkibində 1,5-3% CO2 olan hava ilə uzun müddət ( bir neçə gün) nəfəs aldıqda qusma və başgicəllənmə başlayır, CO2 6%-dən çox olduqda isə ürəyin fəaliyyəti zəifləyir və həyat üçün təhlükəli vəziyyət yaranır.. Karbon qazı soda, qazlı içkilərin, karbamidin, yuyucu vasitələrin istehsalında, quru buzun alınmasında istifadə olunur. Həmçinin neftin çıxarılmasında, pensilin istehsalında, mədənlərdə partlayıcı maddələrin soyudulmasında, yanğının söndürülməsində tətbiq olunur.
Keit Qasım
Keit Qasım — Hamrin bölgəsində (Mərkəzi Mesopotamiya) eramızdan əvvəl 5-ci minilliyin birinci yarısından başlayaraq üçlü yaşayış təbəqəsinə malik arxeoloji abidə.
Kömür qazı
Kömür qazı, şəhərlərdə istilik və işıqlandırma məqsədləri üçün istifadə edilən kömürdən Əldə edilən qaz yanacağıdır. Kömür qazı "Kömür Qazı Zavodu" və ya Qazxana adlandırılan istehsal və ya depolama müəssisələrində istehsal olunur. Onun tərkibi istehsalında istifadə edilən üsula görə dəyişir, lakin adətən hidrogen, karbon monoksit, metan və uçucu karbohidrogenlər kimi kalorili qazlardan və az miqdarda da karbon qazı və azot kimi kalorisiz qazlardan ibarətdir.
Küpəgirən qarı
Küpəgirən qarı — Azərbaycan nağıllarındakı personajlardan biri. Küpəgirən qarı nağılların mənfi obrazlarındandır. Evlər yıxan, fitnə-fəsad quran, cilddən-cildə girən, ovsunlu, məharətli, bədəməldir. Bir anlığa gözəllər gözəli də ola bilir, mələklər mələyi də, göyə də qalxa bilir, yerə də enə bilir, ancaq eybəcərliyinə dov gələ bilmir, üst dodağı göy süpürür, alt dodağı yer, bədheybətdir. Yuxuda onu görürsən əgər, Küpəgirən səni qazana atıb qaynadır ki, bişirib yesin! Qışqırırsan, tanış bəzilərini köməyə çağırırsan, amma səsin çıxmır. O qazandan çıxmaq istəyirsən, lakin Küpəgirən qarı süpürgəsi ilə başından vurur. Təzədən qazana girirsən! Neyləməlisən? Əlbəttə ki yuxudan oyanmalısan!
Məşədi Qasım
Məşədi Qasım Hacı Kərim oğlu (1863, Daşkənd, Yeni Bəyazid qəzası – 1921, Şuşa) — erməni daşnaklarına qarşı vuruşan xalq qəhrəmanı, sərrast gülləatan. Məşədi Qasım 1863-cü ildə Göyçə mahalının Daşkənd kəndində anadan olub. 1918-ci ildə erməni daşnaklarının hücumlarına qarşı xalqı səfərbər edib. Göyçədən Qarabağa gəlib, laçınlı Sultan bəylə bərabər ermənilərə qarşı döyüşüb. Bir neçə il Sultan bəy tərəfindən onun adına verilmiş Ağdamın Qasımlı kəndində yaşadıqdan sonra 1921-ci ildə Göyçəyə qayıdarkən Şuşada vəfat edib və orada da dəfn olunub. Qardaşı Kərbəlayi Əmrah qardaşı uşaqlarını doğma ata-baba yurdu olan Göyçəyə aparıb. Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra oğlu Fəzi əmisi Kərbəlayi Əmrahla yenidən dədə-baba yurduna qayıdıb. Məşədi Qasımın nəvələri, nəticələri və digər qohumları hazırda Bərdə rayonunun Yeni Daşkənd kəndində yaşayırlar. 11-ci sinif "Azərbaycan tarixi" dərsliyində: Göyçə mahalının kəndləri də daşnak quldur dəstələrinin hücumlarına məruz qalırdı. Həmin mahalın Daşkənd kəndinin sakini Məşədi Qasım kişi erməni quldurlarına qarşı mübarizədə ad qazanmışdı.
Ozon qatı
Ozon təbəqəsi — Yer kürəsini günəşin məhvedici radiasiyasından qoruyur. Yer kürəsində olan bütün canlıları ultrabənövşəyi şüalanmadan qoruyan ozon qatının qorunması dünya ölkələri üçün birinci dərəcəli problemlərdən sayılır. Beynəlxalq ozon qatının mühafizəsinin devizi belədir: "Səmanı qoru, özünü qoru, ozon təbəqəsini qoru!". 1994-cü ildə BMT-nin Baş Assambleyası 16 sentyabr tarixini "Beynəlxalq Ozon Qatının Mühafizəsi Günü" elan edib. Bu gün ozon təbəqəsini dağıdan maddələrə dair imzalanan Monreal protokolunun tarixə salınması məqsədilə təyin olunmuş və dövlətlərə bu tarixi Monreal protokoluna uyğun fəaliyyətlərin təbliğatına həsr etmək təklif edilib. "Ozon təbəqəsinin qorunması haqqında" Vyana Konvensiyasında əks olunan və sonradan dağıdıcı xüsusiyyət daşıyan maddələrə dair Monreal protokolunda həyata keçirilən ozon təbəqəsinin qorunması beynəlxalq təşəbbüsdür. Protokolda iştirakçılar tərəfindən öhdəliyə götürülmüş müəyyən hədlər, ozondağıdıcı maddələrin istehsalı və istehlakının tamamilə dayandırılması müəyyən olunmuşdur. Bu gün Vyana Konvensiyasına 173 dövlət qoşulub. Ozon qatı Günəşdən gələn ultrabənövşəyi şüaları udur, onların yer səthinə çatmasının qarşısını alır. Ozon qatının dağılmasında "antropogen faktorun" rolu elmi dairələrdə daha çox təhlükə mənbəyi kimi müzakirə olunur.
Qapı (Proqramlaşdırmada)
Qapı (Proqramlaşdırmada) — (ing.gate, ru.вентиль) – AND, OR, NOT (VƏ, VƏYA, DEYİL) kimi Bul operatorları ilə göstərilən və Bul məntiqinin qaydalarına uyğun işləyən elektron açar. Qapı, yarımkeçirici qurğunun çox miniatür elementidir; o, bir və ya bir neçə giriş siqnalının durumu ilə məntiqi bağlı olan elektrik giriş siqnalı formalaşdırır. Məsələn, giriş siqnalının tərsinə çevrilməsi (invert) üçün nəzərdə tutlmuş qapı ikilik vahidin elektron ekvivalentini sıfra, ikilik sıfırın ekvivalentini isə vahidə çevirir. Qapılar ən çeşidli məntiqi funksiyaları yerinə yetirdiyindən onları müxtəlif yollarla elə birləşdirmək olar ki, toplama, çıxma, vurma, bölmə və s. əməlləri yerinə yetirmək mümkün olsun. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Qapı (dəqiqləşdirmə)
Qapı
Qapı (novella)
Qapı — Maqda Sabonun novellası. Əsər olduqca zəhmətkeş bir qadının (Emerenc) keşməkeşli ibrətamiz həyatından bəhs edir. 2003-cü ildə "Qapı" əsərinə görə yazıçıya Fransa-nın ədəbiyyat üzrə nüfuzlu mükafatı "Prix Femina Etranger" təqdim edilmişdir.
Qranit qatı
Qranit qatı (rus. гранитный слой, ing. granite layer) — materik tipli yer qabığı qatlarından birinin şərti adı; bazalt qatı ilə çökmə süxur qat arasında yerləşib, seysmik məlumatlara əsasən ayrılmışdır. Bazalt qatdan Konrad səthi ilə ayrılır. Platformaların kristallıq qalxanlarında (məs: Baltik qalxanı) və qırışıqlıq vilayətlərin mərkəzi hissələrində səthə çıxır. Q.q. metamorfik süxurlardan, əsasən, qranit və qneyslərdən ibarətdir; materik tip yer qabığı üçün səciyyəvidir. Qalınlığı 5–15 km-ə çatır. Bax: Yer qabığı.
Qızıl qapı
"Qızıl qapı" parkı (ing. Golden Gate Park) — San-Fransiskoda yerləşən park.
Xəstə Qasım
Xəstə Qasım (1684, Tikmədaş, Şərqi Azərbaycan ostanı – 1760, Şamaxı) — XVIII əsr Azərbaycan aşığı. Rəvayətlərə görə, Xəstə Qasım XVIII əsrdə Tehran-Təbriz yolunun kənarında Qarqalan dağının ətəyində yerləşən Tikmədaş kəndində dünyaya gəlib. Doğma kəndində molla məktəbini başa vurandan sonra dövrünün elm mərkəzlərindən olan Ərdəbildə təhsil alıb, Şeyx Səfi mədrəsəsində yaradıcılığa da elə o illərdə başlayıb. "Xəstə Qasımın Ərdəbil səfəri" dastanına görə, müəllimi ona nə qədər dərs öyrətsə də, Qasım başa düşmür, axırda müəllimi onun məktəbdən çıxaracağı ilə hədələyir. Qasımın əli hər yerdən üzülür. O gecə yuxuda Həzrəti Əlini görüb ondan badə alır, bir gecənin içində təriqətin ən yüksək qatlarına çatır. Xəstə Qasım sonralar 14 il müddətində Qum və Nəcəf şəhərlərində dini təhsil alır. Ömrünün 20 ildən çoxunu elmləri öyrənməyə sərf edir. Şeirlərindən bəlli olduğu kimi, Xəstə Qasım Qurani-Kərimi əzbərdən bilməklə yanaşı, müqəddəs kitabı avazla oxuyar, eyni zamanda mahir xəttat olduğuna görə öz xətti ilə Quranın və başqa qiymətli kitabların üzünü köçürərmiş. "Xəstə Qasım", "Biçarə Qasım", "Molla Qasım" təxəllüsləri ilə şeirlər yazan aşığın "Xəstə" təxəllüsünü götürməsi ilə bağlı da müxtəlif fikirlər söylənməkdədir.
Zabul Qasım
Qasım İbrahim oğlu Abdullayev və ya Zabul Qasım (1873, Şuşa – 1927, Şuşa, Dağlıq Qarabağ) — xanəndə. Abdullayev Qasım İbrahim oğlu 1873-cü ildə Şuşada anadan olmuşdur. O, ömrünün son illərində Şuşa musiqi məktəbində muğamatdan dərs demiş, incəsənət işçilərinin respublika həmkarlar ittifaqı şurasının sədri vəzifəsində çalışmışdır. Qasım Abdullayev 1927-ci ildə Şuşada vəfat etmişdir. "Zabul" muğamını xüsusilə yaxşı ifa etdiyinə görə tanınan Qasım Abdullayev xalq arasında "Zabul Qasım" adı ilə məşhurlaşmışdı. O dövrdə, Azərbaycan xalqının məclislərində ”Segah" muğamı daha populyar idi. Lakin XIX əsrin son illərində xanəndələr “Zabul-segah”a daha çox meyl edirdilər. Bu populyarlığın əsas səbəbi tarzən Sadıqcanın tarın qoluna "Zabul" pərdəsini əlavə etməsi idi. XX əsrin əvvəllərində Zabul Qasım Bakıda bir neçə dəfə konsert vermiş və tamaşaçıların sonsuz rəğbətini qazanmışdır. Zabul Qasım ilk dəfə Bakı tamaşaçıları qarşısında 1903-cü ilin yanvar ayının 27-də H.Z.Tağıyevin teatr binasında verilən “Şərq konserti”ndə Cabbar Qaryağdıoğlu, Şəkili Ələsgər və Seyid Mirbabayevlə birlikdə çıxış etmişdir.
Qapı telefonu
Qapı telefonu - daxili şəbəkədən istifadə edən telefon xətti. Xətt telefon şəbəkəsi ilə bağlı deyil. Çox vaxt səsucaldan ilə təchiz olunur və eyni binanın daxilində qısa məsafələrdə rabitəni təmin edir. Elektron qurğu danışma qurğusuna zəng blok siqnalı verən qurğudur. Bir-abunəçi və çox-abunəçi qurğularına bölünür. Elektromexanika həm də elektron tip kimi avtomatik bağlayan qurğularla (AZANI) təchiz edilmiş ola bilər. Əlaqənin ötürülməsinin üsulu üzrə: məftil və ya radiosiqnaldır. Qapı telefonlarının ən mürəkkəbləri vətəndaşların təhlükəsizliyinin təmin olunması və onların əmlakının qorunması üçün çoxmənzilli evlərin bloklarına qurulur. Müasir çoxmənzilli domofonlar aşağıdakı qurğularla və funksiyalarla təchiz edilmişdir: Audio və video - mənzildə danışma qurğusuyla blokda zəng əlaqəsi. Daxili İşlər Nazirliyinin və ya FHN-ın pultuna nəticəylə mühafizə və yanğın söndürən siqnalizasiyalarının sistemlərinin qoyulması.
Qapı venası
Qapı venası ya qaraciyərin qapı venası — lat. vena portae qarin boşluğunda olan tək üzvlərdən (kiçik çanaq üzvlərindən başqa) venoz qanı qaraciyərə daşıyır; bu damarı təşkil edən başlıca köklər üçdür: yuxarı çöz (müsariqə) venası — lat. v. mesenterica superior, aşağı çöz (müsariqə) venası — lat. v. mesenterica inferior və dalaq venası — lat. v. lienalis. Qapı venası yolda ıdlük venasını və mədə venalarını qəbul etdikdən sonra — lat. art.
Qarabağlar qaşı
Qarabağlar qaşı düzənliyi — Naxçıvan MR-da şimalda Çalxanqala kəndindən başlayaraq Xok dağına qədər uzanan düzənlik. Şimalda Çalxanqala kəndindən başlayaraq Xok dağına qədər uzanır. Buranın relyefi 900 metrlə 1400 metr yüksəklik arasında tərəddüd edir. Qarabağlar qaşı şimaldan cənuba doğru genişlənir və nəticədə eni 7 kilometrə qədər çatır. Sarmat dövrü gillərindən təşkil olunmuş maili düzənliyin şərq yamacı dik olub, bəzi yerlərdə uçurumlar şəklində Süst düzünə enir. Bu yamacda bedlend relyefi inkişaf etmişdir. Kiçik, dar və dərin dərələr başlıca olaraq cənub-şərq istiqamətində uzanır. Qarabağlar qaşının səthi maili düzənlik təşkil etməklə, qərb və cənub-qərb istiqamətində şiddətli surətdə parçalanaraq alçalır. Buranın səthi cənub-qərb istiqamətində uzanan bir neçə çay dərəsi vasitəsilə təpəliklərə ayrılmışdır. Həmin dərələrdən bəzən sellər keçir.
Kaşı
Kaşı — keramika, daş, metal və hətta şüşə kimi davamlı materiallardan istehsal edilən parça.Kaşılar ümumiyyətlə dam, döşəmə, divar , duş və ya masa zirvələri kimi digər obyektləri örtmək üçün istifadə olunur.
Qali
Qali (gürc. გალი, rus. Га́ли) və ya Qal (abx. Гал) – Gürcüstan Respublikasının Abxaziya Muxtar Respublikasının Qali bələdiyyəsində (qismən tanınmış Abxaziya Respublikasının Qali rayonu) şəhər. Müasir Qali ərazisi orta əsrlərdə Abxaziyada mövcud olmuş Samurzakan knyazlığının tərkibində idi.. Yerli tarixşünas Konstantin Maçavariani bu ərazi barədə yazmışdır: 1990-cı illərin əvvəllərində Qali şəhəri Gürcüstan-Abxaziya münaqişəsinin mərkəzində idi. 1989-cu ildə keçirilən əhali siyahıyaalmasına əsasən şəhərin əhalisi 15,763 nəfər ibarət idi. Bunların 93,3%-i gürcü (meqrellər), 3,2%-i rus, 1,6%-i abxaz idi. 2003-cü ildə keçirilən əhali siyahıyaalmasına əsasən şəhərin əhalisi yalnız 7,169 nəfərdən ibarət idi. Əhalinin kəskin şəkildə azalmasının səbəbi Abxaziya müharibəsi zamanı və sonrası Abxaziyada gürcülərə qarşı olan etnik təmizləmə və digər demoqrafik dəyişikliklərdir.
Qami
Qami (erm. Քամի; azərb. Külək‎) — Ermənistanın 2018 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Sevak Xanağyan "Qami" mahnısı ilə Ermənistanı Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil etmişdir. Mahnı ifaçı Sevak Xanağyan və eyni zamanda Anna Danielyan və Viktoriya Maloyan tərəfindən bəstələnmişdir.
Qari
Qari (ərəb. قارئ‎) — təcvid elmini yaxşı bilən alim, Quran oxuyucusu.
Qarşi
Qarşi (özb. Qarshi/Қарши , pronounced [qarʃɨ] ; fars. نخشب‎ Nəxşab) — Özbəkistanın cənubunda yerləşən şəhər. Qaşqadərya vilayətinin paytaxtı. İnzibati cəhətdən Qarşi şəhər tipli Qaşqədərya qəsəbəsini əhatə edən rayon səviyyəli şəhərdir. 278,300 nəfər əhalisi var (2021-ci il təxmini). Təxminən 520 km Daşkənddən cənub-cənub-qərbdə, təxminən 335 km şimalda, Özbəkistanın Əfqanıstanla sərhədində 38° 51' 48N enində, 65° 47' 52E uzunlğunda, 374 metr yüksəklikdə yerləşir. Şəhər təbii qaz istehsalında əhəmiyyətlidir, lakin Qarşi toxunmuş düz xalça istehsalı ilə də məşhurdur. Əslən Soqdiyanın Naxşab şəhəri (bu, Yunan-Baktriya Krallığının hakimiyyəti dövründə Eucratideiya adlandırıla bilərdi və İslam özbəklərinin (türklərin) Nəsəf şəhəri və Monqolun Qarşi şəhəri (Xarş tələffüz olunur), Qarşi idi. Buxara əmirliyinin ikinci şəhəri.
Qaşıq
Qaşıq - yemək yeyən zaman istifadə olunan mətbəx ləvazimatı. Yarım kürəvari şəklə sahibdir. Sulu, yaxud dənəli yeməkləri yeyilməsində istifadə olunur. Deşikli qaşıqlardan maye olmayan, yaxud mayedə həll olunmayan hissəcikləri, ya da köpüyü yığmaq üçün istifadə olunur. Salat, qızardımış kartof kimi iri dənəli qidaların servis olunmasında iki qaşıq maşa kimi istifadə olunur. Qaşıqlardan biri baş, işarət və üzük barmaqları ilə, digəri isə balaca, orta və üzük barmaqları ilə tutulur.
Vaşi
Vaşi (和紙) və ya yapon kağızı – Yaponiyada hazırlanan ənənəvi kağız növü. Kağız kağızağacı (kozo), Wikstroemia sikokiana (qampi) və Edgeworthia chrysantha (mitsumata) bitki növlərindən əllə hazırlanır. Qəlibləmə zamanı ən çox tamezuki və naqaşizuki üsullarından istifadə olunur. Yaponiya kağızla ilk dəfə V əsrin sonlarında Çin və Koreya vasitəsilə tanış olub. Nara dövrü Yaponiyada kağız istehsalının ilk dövrü hesab olunur. Heyan dövrü isə Yaponiyada kağız istehsalının qızıl dövrü kimi tarixə düşmüşdür. Müasirləşmə dövrü olan Meyci dövrünün təlabatını qarşılamaq üçün Yaponiyada kağız Qərb texnologiyası əsasında istehsal olunmağa başlamışdır. Bu cür kağız istehsalı Yaponiyanın bir çox yerində yerinə yetirilsə də, əsas mərkəzlər bu yerlərdir: Toyo və Kavanoe (Ehime prefekturası), İmadate və Obama (Fukui prefekturası), Yame (Fukuoka prefekturası), Adaçi (Fukuşima prefekturası), Mino və Kavay (Gifu prefekturası), İno və Tosa (Koçi prefekturası), Ayabe (Kioto prefekturası), İida (Naqano prefekturası), Yoşino (Nara prefekturası), Oqava (Saytama prefekturası), Misumi və Yakumo (Şimane prefekturası), Saci və Aoya (Tottori prefekturası), Nakatomi (Yamanaşi prefekturası). Vaşi kağızlarının mənşəyi Çin və Koreya ilə bağlıdır. VIII əsrdə aid "Nihon Şoki" xronikalarında qeyd olunur ki, 610-cu ildə Koreyadan Yaponiyaya gəlmiş keşiş Donço piqment, mürəkkəb və kağız hazırlama texnikalarını bilirdi.
Xaşı
Xaşı — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Xaşı oyk, sadə. Quba r-nunun Qonaqkənd qəsəbə i.ə.v.-də kənd. Cimi çayının sahilində, dağətəyi ərazidədir. Kənd yaxınlığındakı eyniadlı bulağın adı ilə adlandırılmışdır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 160 nəfər əhali yaşayır.
Lasi
Lasi (lat. Latium) — qədim İtaliyada müasir roman dillərinin ilkin vətəni olan region. Romalıların bir xalq kimi formalaşdığı regiondur. Onun ərazisi hal-hazırda müasir İtaliyanın daha böyük inzibati-ərazi quruluşu olan Latsionun bir hissəsidir .
Qazi
Qazi və ya Veteran — lat. veteranus < vetus – qoca, sınanmış, qoca əsgər.
Asi
Asi (عاصی - üsyançı):
Qaş
Qaş — gözün üstündə yerləşən sıx tük örtüyü. Hər iki gözün üstündə yerləşən qaşlar tədricən üzün yanlarına doğru meyillənir. Alında yaranan tər damcıları qalın tük örtüyünü keçə bilmir və qaşlar vasitəsilə üzün yanlarına yönləndirilir. Beləliklə, gözlər şor tər damcılarından qorunmuş olur. Çin mədəniyyətində müdriklərin uzun ömrünü vurğulamaq üçün müdriklər çox uzun qaşlı təsvir olunur. Çox uzun qaşlar Çində uzunömürlülük, müdriklik rəmzi sayılır.
Ağası Məlikov
Ağası Məlikov (tam adı: Ağası Zərbəli oğlu Məlikov; 1 yanvar 1957, Siyəzən rayonu) — texnika elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü, Bakı Mühəndislik Universitetinin elmi işlər üzrə prorektoru. Ağası Məlikov 1957-ci il yanvarın 1-də Siyəzən rayonunda anadan olmuşdur. Bakı Dövlət Universitetini bitirmişdir. Amerikada nəşr olunan "American Journal of Operation Research" jurnalının yarandığı gündən onun Redaksiya Heyətinin üzvüdür və bu ildən o, həmin jurnalın Baş Redaktoru seçilmişdir . Ağası Məlikov Neftkimyaavtomat Elmi-Tədqiqat və Layihə İnstitutunda müxtəlif vəzifələrdə, həmçinin Milli Aviasiya Akademiyasında kafedra müdiri vəzifəsində və AMEA İdarəetmə Sistemləri İnstitutunda çalışıb. Neft məhsulları ilə təminetmə obyektlərinin texnoloji proseslərinin riyazi modelləri və onların optimallaşdırılması üsullarını yaratmışdır. İdarə olunan prioritetləri olan çoxselli kütləvi xidmət sistemlərinin optimallaşdırılması üsullarını yaratmışdır. Çoxölçülü Markov zəncirlərinin stasionar paylanmasının hesablanması üçün səmərəli təqribi üsullar yaratmışdır. Əks əlaqələri olan kütləvi xidmət sistemlərinin və ehtiyatlanma-xidmət sistemlərinin yeni modellərini təklif etmiş və onların riyazi analizi üsullarını yaratmışdır. Gələcək nəsil kommunikasiya şəbəkələrin keyfiyyət göstəricilərinin hesablanması və optimallaşdırılması üçün üsullar təklif etmişdir.
Ağası Məmmədov
Ağası Ağagül oğlu Məmmədov (1 iyun 1980; Bakı, Azərbaycan SSR) — Azərbaycanı və Türkiyəni təmsil edən boksçu. 1997–2001-ci illərdə Türkiyə, 2002–2004-cü illərdə isə Azərbaycan yığmasının heyətində çıxış edib. Ağası Məmmədov 2004-cü ildə Yunanıstanın Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarının bürünc medalına sahib olub. Ağası Məmmədov Azərbaycan idmanında xidmətlərinə görə 2004-cü ildə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən "Tərəqqi" medalı ilə təltif edilib. Ağası Məmmədov 1980-ci il iyunun 1-də Bakı şəhərində anadan olub. Ağası Ağagüloğlu 1997-ci ildə Macarıstanın Budapeşt şəhərində baş tutan Dünya Çempionatında mübarizə apardı. Bu turnir 17 yaşlı Ağası Ağagüloğlunun beynəlxalq səviyyədə birinci nüfuzlu turniri idi. Turnirin 1/8 final mərhələsində Ağası Ağagüloğlu Argentina nümayəndəsi Ömər Narvaez ilə üz-üzə gəldi. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Ağası Ağagüloğlu rəqibinə 5:6 hesabı ilə məğlub oldu və Dünya Çempionatında mübarizəsini dayandırdı. Ağası Ağagüloğlunun növbəti turniri 1998-ci ilin 16–24 mayında Belarusda baş tutan Avropa Çempionatı oldu.
Ağası Məşədibəyov
Ağası Abutalıb oğlu Məşədibəyov (1912, Bakı – 1984) — Azərbaycan tarzəni, bəstəkarı, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1963). Ağası Məşədibəyov Abutalıb oğlu 1912-ci ildə anadan olub. 1935-ci ildə təhsilini müvəffəqiyyətlə bitirən Ağası Üzeyir bəyin təklifi ilə məktəbin notlu xalq çalğı alətləri orkestrinin dirijoru və xalq musiqisi şöbəsinin müdiri vəzifələrini daşımışdır. Tələbə ikən o, Radio Verilişləri Komitəsi nəzdində fəaliyyət göstərən xalq çalğı alətləri orkestrində ikinci tarçılar qrupunun konsertmeysteri kimi çalışmışdır. Həm müəllim, həm də orkestrdə konsertmeyster olan A. Məşədibəyovun musiqiçi kadrların meydana gəlməsində rolu az deyildi. Böyük Vətən müharibəsi illərində A. Məşədibəyov konsert briqadaları ilə cəbhədə tez-tez çıxış etmiş, döyüşçüləri qələbələrə ruhlandırmışdır. Müharibədən sonrakı illərdə A. Məşədibəyov Gəncə Dövlət Filarmoniyasının bədii rəhbəri, sonra Şəki Musiqili-Dram Teatrının musiqi hissə müdiri işləmişdir. Şəki teatrında çalışdığı dövrlərdə Azərbaycan bəstəkarlarının bir neçə səhnə əsərini: Z. Hacıbəyovun " Aşıq Qərib" operasını, S. Rüstəmovun "Beş manatlıq gəlin", "Durna", F. Əmirovun "Gözün aydın" musiqili komediyalarını tamaşaya hazırlamış, eyni zamanda dram tamaşalarına musiqi yazmışdır. A. Məşədibəyov 1939-cu ildə açılmış Azərbaycan Dövlət Musiqili Komediya Teatrının təşkilində bilavasitə yaxından iştirak etmiş, burada əvvəl tarzən-solist, sonra isə ikinci dirijor kimi işləmişdir. O, "Toy kimindir?" adlı musiqili komediyasını məhz bu teatr üçün yazmışdır.
Ağası xan
Ağası xan Xançobanlı-Sərkər (1731, Şamaxı – 1788, Bakı) — Şirvanın ilk xanı. Dövləti qardaşı Məhəmmədsəid xan ilə birlikdə idarə etmişdir. 1731-ci ildə Şamaxıda, Allahverdi bəy Sərkər və Ümmügülsüm xanımın ikinci övladı olaraq dünyaya gəlmişdir. Abbasqulu ağa Bakıxanov Ağası xanın atasını səhvən "Əsgər bəy" yazsa da, Nailə Bayramlının fikrincə bu ad Allahverdi bəy olmalıdır. Mənbələrdə 1748-ci ildən Ağası xan və Məhəmmədsəid xan birlikdə Şirvan xanı kimi hesab olunurlar. 1761-ci ildə Ağası xan qardaşı ilə Hacı Məhəmmədəli xanı devirərək Ağsunu ondan almışdıdı. Fətəli xanın Məhəmmədsəid xan və Ağası xandan 10000 rubl xərac tələb etməsi, yayılmış taun xəstəliyinə görə bu pulu yığa bilməyən xanın rədd cavabı verməsi Şirvanın Quba tərəfindən işğalı üçün şərait yaratdı. Şirvan xanlığı əvvəl xərac verməyə razı olsa da, sonra Şəki xanı Hüseyn xana arxalanan Məhəmmədsəid xərac verməkdən imtina etdi. Lakin Şəki ilə də vəziyyət pisləşməsi Qubalı Fətəli xanın Hüseyn xanın Şamaxı xanlığına qarşı birləşməsinə səbəb olur. Xanlar 1764-cü ildə bir daha xərac verəcəyinə söz versə də, yenə sözündən dönür.
Danişmənd qazi
Danışmənd qazi (1071–1104) — Səlcuqlu bəyi, Danişməndlilər sülaləsinin banisi. Lakin türk hökmdarlarmın humanist və ədalətli idarəçiliyinə baxmayaraq ermənilər zaman-zaman türklərə qarşı xəyanətdən və savaşmaqdan geri qalmamışlar. "Danişməndnamə", Niksan mühasirəyə alan türk əsgərlərinə qarşı vuruşan xristianlar arasında çoxlu sayda ermənilərin olduğunu yazır. Anadolu bölgəsi xaçlılara məzar olduqdan sonra Gümüş Təgin Qazi Əhməd Danişmənd erməni hakimi Qabrielə mək-tub yazaraq Malatyanı təslim verməsini istədi. Lakin Qabriel bu təklifi rədd edərək Malatya qalasmı daha da möhkəmlən-dirdi. Qaladakı ermənilər və suriyalılar Qabrielin zülmündən cana doymuşdular. Malatya əhalisi istəyirdi ki, burada Bizansdan asılı olan Qabrielin idarəçiliyi əvəzinə türklərin ədalətli hakimiyyəti bərqərar olsun. Erməni hakim Qabriel aclıq və qıtlığa çarə qılmaq əvə-zinə xalqa daha çox zülm edir, hətta keşişləri belə öldürür-dü. Bütün bunlarm nəticəsində Malatya əhalisi üsyan qaldı-raraq şəhərin qapılarmı səlcuq türklərinin üzünə açdılar.1101-ci ildə şəhərə daxil olan türk əsgərləri kimsənin malı-na əl vurmadılar. Danişmənd Əhməd Qazi dərhal başqa yer-lərdən taxıl gətirdib erməni və suriyalılara paylatdırdı.
Xan bağı (Bakı)
Xan bağı — İçərişəhərdə yerləşən və Bakı xan sarayı kompleksinin tərkibində olan tarixi bağdır. Xan bağı sarayın birinci həyətinə, xan ailəsinə məxsus evin qarşısında yerləşir. Bağın mərkəzində kiçik hovuz yerləşir. Həmçinin bağ ərazisində ovdan və təndir vardır. Park ərazisində Azərbaycan florasının ayrılmaz ünsürləri olan Eldar şamı, çinar, sərv, ağcaqayın və digər ağaclar saxlanılmış, əlavə olaraq isə müvafiq sahədə gümüşvari küknar, ağ akasiya, leylan sərvi, adi yasəmən, Şərq tuyası, müxtəlif qızılgül kolları vardır. 2018-ci ildən Bakı xan sarayı kompleksi ərazisində bərpa və yenidənqurma işlərinə start verilmişdir. Bakı xan sarayı şəhərin qədim nüvəsi olan İçərişəhərdə tikilmişdi. Kompleksin inşasına 1754-cü ildə Əbdülrəhim bəy və Mehdiqulu bəyin sifarişi ilə başlanılmışdır. Kompleksin ilk tikililəri Böyük Qala küçəsi boyunca tikilmiş, sonrakı yüzillik ərzində, yəni XIX əsrin sonlarına kimi həyət istiqamətində də tikililərin sayı artırılmışdır. Azərbaycanın SSRİ tərkibinə qatılmasına kimi sarayın birinci həyətində bulaqlar və bağ mövcud idi.
Yapon bağı (Bakı)
Yapon bağı — Azərbaycanın Bakı şəhərində, Xətai rayonunun Heydər Əliyev parkında yerləşən yapon üslubunda bağ. Azərbaycanda ilk yapon bağı 2009-cu ilin oktyabrında İsmayıllı rayonunda tikilmişdir. Açılış mərasimində prezident İlham Əliyev iştirak etmişdir. Bakıda yapon bağının salınması barədə qərar 2014-cü ildə verilmişdir. Tikinti işləri isə 2015-ci ilin fevralında başlamışdır. Tikintidə Yaponiyadan gəlmiş 11 nəfər mütəxəssis çalışmışdır. Bağın açılışı 15 oktyabr 2015-ci ildə baş tutmuşdur. Açılış mərasimində Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov, Yaponiyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Tsuquo Takahaşi, Azərbaycan Respublikası Prezident Administrasiyasının məsul əməkdaşı Tağı Tağıyev, Yapon bağları və parklarının salınması və dizaynı üzrə ixtisaslaşmış "Kosugi Zohen" şirkətinin prezidenti Saki Kosuqi və rayon sakinləri, səlahiyyətli şəxslər iştirak ediblər. Parkda qədim Yaponiya mədəniyyətini, folklorunu və milli ornamentlərini əks etdirən atributlar, torii quraşdırılıb, İtaliyanın Pistoya şəhərindən gətirilmiş sakura, aser, şam ağacı və digər yapon mənşəli ağac və gül kolları əkilib. Xızı rayonundan gətirilən təbii qaya və çay daşlarından şəlalə kompleksi yaradılıb, eləcə də oturacaqlar quraşdırılıb.
Əjdaha qanı ağacı
Əjdahan qanı ağacı və ya Dracaena cinnabar – Ərəb dənizində yerləşən Yəmənin bir hissəsi olan Sokotra arxipelaqına mənsub əjdaha ağacıdır. Ağacların çıxardığı qırmızı şərbətin qan kimi rənginə görə adını almışdır. Bu Əjdaha qanı ağacı aşağıdan baxanda göbələk şəklinə bənzəyir. Bu nadir ağacı görmək istəyirsinizsə, Yəmənə səyahət etməli, gəmi icarəyə götürməli və Sokotra adasını ziyarət etməli olacaqsınız. Bu ağacın şirəsi qan kimi qırmızıdır və bu ağac bütün dünyada Yəmən sahillərində yalnız bir adada rast gəlinir. D. cinnabar-in ilk təsviri 1835-ci ildə Şərqi Hindistan şirkətindən leytenant Uellstedin başçılıq etdiyi Sokotrada aparılan tədqiqat zamanı verilmişdir. O, ilk dəfə Pterocarpus draco adlandırılmışdır, lakin 1880-ci ildə Şotland botanisti İsaak Bayley Balfour növlərin rəsmi təsvirini vermişdir. və onu Dracaena cinnabar olaraq dəyişdirdi. 60–100 Dracaena növündən D. cinnabar ağac kimi böyüyən yalnız altı növdən biridir. Əjdaha qanı ağacı adətən çiçəklərini mart ayında verir, baxmayaraq ki, çiçəkləmə yeri ilə fərqlənir.