Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Fikrət Sadıq
Sadıqov Fikrət Abbas oğlu — şair, publisist, ssenari müəllifi, kino redaktoru, 1963-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR əməkdar mədəniyyət işçisi (1986), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1990). == Həyatı == Fikrət Sadıq 1930-cu il mayın 30-da Şamaxı şəhərində anadan olmuşdur. Burada ibtidai, Kürdəmirdə orta təhsil aldıqdan sonra Bakıda sənət məktəbini bitirmişdir (1946). Gəncə neft kəşfiyyatının Naftalan qəsəbəsində, Tərtərdə neft kəşfiyyatı sahəsində elektrik montyoru işləmişdir (1946-1952). Sovet ordusunda xidməti borcunu yerinə yetirəndən sonra Bakıda bir müddət kinomexanik kimi çalışmışdır. 1955-ci ildə Kürdəmirdə elektrik montyoru işlədiyi vaxt axşam məktəbini bitirmişdir. Sonra ADU-nun Filologiya fakültəsində təhsil almışdır (1956-1961). Ədəbi fəaliyyətə tələbəlik illərində universitet nəşriyyatının buraxdığı "Gənclik nəğmələri" almanaxında dərc etdirdiyi "Artist" və "Ana əli" şeirləri ilə başlamışdır. Poetik yaradıcılığında bədii tərcürməyə də meyl etmişdir. "Yumaq top", "Bir parça vətən", "Oğul" pyesləri, "Xırdaca gəlin", "Daş balkon", "İlk məhəbbət haqqında daha bir hekayə" və s.
2000-2010 seçmələri (Ənvər Sadıqov, albom)
2000-2010 seçmələri – Azərbaycan Respublikasının xalq artisti, musiqiçi Ənvər Sadıqovun ikinci studiya albomu. Alboma 20 musiqi nömrəsi daxildir. == Albom haqqında == Albomda xalq rəqslərindən tutmuş, Emin Sabitoğlu, Tofiq Quliyev, Karlos Qardel, Arif Məlikov, Astor Piazzolla, Faiq Sücəddinov kimi bəstəkarların əsərləri yer almışdır.
2000-2010 seçmələri (Ənvər Sadıqov albomu)
2000-2010 seçmələri – Azərbaycan Respublikasının xalq artisti, musiqiçi Ənvər Sadıqovun ikinci studiya albomu. Alboma 20 musiqi nömrəsi daxildir. == Albom haqqında == Albomda xalq rəqslərindən tutmuş, Emin Sabitoğlu, Tofiq Quliyev, Karlos Qardel, Arif Məlikov, Astor Piazzolla, Faiq Sücəddinov kimi bəstəkarların əsərləri yer almışdır.
2010-2015 seçmələri (Ənvər Sadıqov albomu
2010-2015 seçmələri – Azərbaycan Respublikasının xalq artisti, musiqiçi Ənvər Sadıqovun üçüncü studiya albomu. Alboma 17 musiqi nömrəsi daxildir. == Albom haqqında == Albomda xalq rəqslərindən tutmuş, Ramiz Mirişli, Elza İbrahimova, Süleyman Ələsgərov, Telman Hacıyev, Tofiq Quliyev, Rafiq Babayev, Adil Bəbirov, Elçin İmanov və Emin Sabitoğlu kimi bəstəkarların əsərləri yer almışdır.
2010-2015 seçmələri (Ənvər Sadıqov albomu)
2010-2015 seçmələri – Azərbaycan Respublikasının xalq artisti, musiqiçi Ənvər Sadıqovun üçüncü studiya albomu. Alboma 17 musiqi nömrəsi daxildir. == Albom haqqında == Albomda xalq rəqslərindən tutmuş, Ramiz Mirişli, Elza İbrahimova, Süleyman Ələsgərov, Telman Hacıyev, Tofiq Quliyev, Rafiq Babayev, Adil Bəbirov, Elçin İmanov və Emin Sabitoğlu kimi bəstəkarların əsərləri yer almışdır.
Altay Sadıqzadə
Altay Oqtay oğlu Sadıqzadə (d. 27 aprel 1951, Bakı) — Azərbaycan rəssamı, Bakı Müasir İncəsənət Muzeyinin dizayneri, Azərbaycanın avanqard hərəkatının aparıcı nümayəndələrindən biri, SSRİ Rəssamlar İttifaqının üzvü (1979). == Həyatı == Altay Sadıqzadə 27 aprel 1951-ci ildə Bakı şəhərində anadan olub. 1970-ci ildən Ə.Əzimzadə adına rəssamlıq məktəbində, 1977-ci ildən isə İ.Surikov adına Rəssamlıq İnstitutunda təhsil almışdır. 1979-cu ildən SSRİ Rəssamlar İttifaqının üzvüdür. == Yaradıcılığı == Rəssamın ilk fərdi sərgisi 1988-ci ildə Bakıda keçirilmişdir. Rəssamın yaradıcılığının primitiv görünməsinə baxmayaraq, əsərləri akvarellə işlənmiş, maddi ağırlıqdan məhrum, ruhlandırılmış və parlaq koloritlə zəngindir. Bununla boya ilə işlənmiş formalar, öz-özünə kompozisiyaya həkk olunmuş rəngarəng yazılar təəssüratını oyadır. Rəssam əsərlərində qrotestlik xas olan obyektlərini təsvir edərkən onları ümumiləşdirir. Altay Sadıqzadənin əsərlərinə dinamika, bədii ifadənin emosional gücü, parlaq kolorit, ritm, kontrast xasdır.
Altay Sadıxzadə
Altay Oqtay oğlu Sadıqzadə (d. 27 aprel 1951, Bakı) — Azərbaycan rəssamı, Bakı Müasir İncəsənət Muzeyinin dizayneri, Azərbaycanın avanqard hərəkatının aparıcı nümayəndələrindən biri, SSRİ Rəssamlar İttifaqının üzvü (1979). == Həyatı == Altay Sadıqzadə 27 aprel 1951-ci ildə Bakı şəhərində anadan olub. 1970-ci ildən Ə.Əzimzadə adına rəssamlıq məktəbində, 1977-ci ildən isə İ.Surikov adına Rəssamlıq İnstitutunda təhsil almışdır. 1979-cu ildən SSRİ Rəssamlar İttifaqının üzvüdür. == Yaradıcılığı == Rəssamın ilk fərdi sərgisi 1988-ci ildə Bakıda keçirilmişdir. Rəssamın yaradıcılığının primitiv görünməsinə baxmayaraq, əsərləri akvarellə işlənmiş, maddi ağırlıqdan məhrum, ruhlandırılmış və parlaq koloritlə zəngindir. Bununla boya ilə işlənmiş formalar, öz-özünə kompozisiyaya həkk olunmuş rəngarəng yazılar təəssüratını oyadır. Rəssam əsərlərində qrotestlik xas olan obyektlərini təsvir edərkən onları ümumiləşdirir. Altay Sadıqzadənin əsərlərinə dinamika, bədii ifadənin emosional gücü, parlaq kolorit, ritm, kontrast xasdır.
Amra Sadıkoviç
Amra Sadıkoviç (6 may 1989-cu ildə Prilepdə anadan olub) — İsveçrəli tennis oyunçusudur. O, 25-ci ad günündən bir neçə gün sonra 2014-cü ilin may ayında karyerasını bitirdiyini açıqlamışdır. Yalnız 13 aydan sonra yenidən İTF Qadınlar Sxemində oynamağa başlamışdır.Sadikoviç öz karyerası boyunca İTF-də 8 dəfə fərdi və 12 dəfə cütlərdə titul sahibi olub. 13 iyun 2016-cı ildə o, öz rekorduna imza ataraq dünya reytinqində 148-ci pillədə qərarlaşmışdır. 6 may 2013-cü ildə o, əvəzedicilərin reytinqində 148-ci pillədə qərarlaşaraq rekorda imza atmışdır. Sadikovi Federasiya Kuboku uğrunda yarışda İsveçrə üçün 7-6 qələbələrin və məğlubiyyətlərin müəllifi olmuşdur.
Anar Sadıqov
Anar Sadıqov (Babalı) — Azərbaycanın teatr rejissoru,Lənkəran Dövlət Dram Teatrının baş rejissoru, Prezident mükafatçısı == Həyatı == Sadıqov Anar Babalı oğlu 1986-cı il 14 dekabr tarixində Bakı şəhərində anadan olub. 1993–2004-cü illərdə Sabunçu rayon Zabrat qəsəbəsində yerləşən 192 saylı orta məktəbdə oxuyub. 1995–2000-ci illərdə Zabrat qəsəbəsində yerləşən 32 saylı Uşaq Musiqi Məktəbində Qarmon ixtisası üzrə təhsil alıb. 2005–2009-cu illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Rejissorluq Fakültəsinin Dram Rejissoru ixtisası üzrə Azər Paşa Nemətov, Firdovsi Naibov, Fərhad İsrafilov kimi görkəmli teatr xadimlərindən təhsil almış və Universiteti fərqlənmə diplomu ilə bitirib. 2009–2010 cu illərdə Rəhman Əlizadənin yaratdığı Satira Teatr Studiyasında aktyor vəzifəsində çalışıb. 2010–2011-ci illərdə Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında rejissor və aktyor kimi çalışıb. İ.Məlikzadə "Hərənin öz ulduzu" tamaşasına quruluş verib. 08.09.2011–07.01.2011-ci illərdə Maştağa qəsəbəsində yerləşən H.A.Abbasov adına Mədəniyyət evinin nəzdində fəaliyyət göstərən "Uşaq" dram dərnəyinin rəhbəri vəzifəsində çalışıb. 2011-ci ildə Azərbaycan Teatr Xadimlərinin təşəbbüsü ilə Moskvada keçirilən Çexov Festivalı ərəfəsində ustad dərslərində iştirak edib. 2012–2013-cü illərdə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında köməkçi rejissor vəzifəsində işləyib.
Arzu Sadıqov
Arzu Həmid oğlu Sadıqov (1 mart 1963, Bakı – 12 may 1994) — Azərbaycan hərbçisi, Azərbaycan Silahlı Qüvvələrinin Mayoru. == Həyatı == 29 fevral 1964-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1992-1994-cü illərdə N saylı Xüsusi Təyinatlı Alay komandirinin döyüş üzrə müavini rütbəsində Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında, Füzuli şəhərinin müdafiəsində iştirak edib. 1994-cü il may ayının 11-də şəhid olmuşdur. == Təltifləri == Xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə dəfələrlə müxtəlif mükafatlara və medallara layiq görülüb. Azərbaycan Respublikası Prezidentinin 20 iyun 1994-cü il tarixli 157 nömrəli fərmanı ilə ölümündən sonra Azərbaycan bayrağı ordeni ilə təltif olunmuşdur.
Azad Sadıqov
Azad Sadıqov (10 noyabr 1968, Yevlax – 29 oktyabr 1991, Xocalı rayonu) — Qarabağ - Xocalı şəhidi == Həyatı == Azad Sadıqov 1968-ci il noyabrın 10-da Yevlax şəhərində anadan olmuşdur. Azad 1975-ci ildə Yevlax şəhər Nəriman Nərimanov adına 15 saylı dəmiryol məktəbinin birinci sinfinə getmişdir. 1983-cü ildə Cəmşid Naxçıvanski adına hərbi litseyə daxil olmuşdur. Burda təhsil aldığı illərdə həmin dövr Azərbaycanda yeni sayılan karate idman növü ilə məşğul olmağa başlamışdır. 1986-ci ildə Cəmşid Naxçıvanski adına hərbi litseyi bitirərək Celyabinsk Politexnik İnstitunun ( Южно-Уральский государственный университет ) Əlvan Metallar fakültəsinə daxil olmuşdur. Azad Sadıqov burada təhsil aldığı müddətdə milli ayrı seçkiliklə qarşılaşmış və təhsilini yarımçıq qoyaraq 1987-1989-cu illərdə Celyabinsk şəhərində hərbi xidmətədə olmuşdur. 1989-cu ilin iyununda Azərbaycana qayıdır. Yevlax Birləşmiş Aviasiya müəssisəsində mühafizə xidmətində mühafizəçi kimi işə düzəlir.Elə həmin il Bakı şəhərində Azərbaycan Hava Yolları Konserninin Təlim-Tədris Mərkəzinin Hava Hərəkətinin İdarə olunması ixtisası üzrə dispeçerlik təhsili almışdır və Yevlax Aviasiya müəssisəsində ixtisası üzrə işlə təmin olmuşdur. == Şəhidlik zirvəsi == Həmin vaxtlar Xocalı Aeroportu Yevlax Birləşmiş Aviasiya müəssisəsinə tabe idi, Müharibəyə Xocalı Aeropurtunda yaranmış çətin vəziyyətə nəzarət etmək üçün Yevlax Aeroportunun əsas idarəedici heyəti bir qrup işçini Xocalı Aeroportuna ezam etmək qərarı alınır. Erməni qəsbkarları Vətənimizə hücum çəkəndə, bu müqəddəs torpağa göz dikəndə hər bir qeyrətli Vətən oğlu kimi Azad da düşmənlə üzləşməkdən çəkinmədi.
Ağababa Sadıqov
Ağababa Sadıqov (azərb. Sadıqov Ağababa Hacıbaba oğlu‎; d. 1875, Şamaxı – 1905, Rusiya) — poruçik, Port Artur müharibəsi iştirakçısı, qəhrəman döyüşçü. == Həyatı == Ağababa Sadıqov 1875-ci ildə Şamaxının Ərdəbilli məhəlləsində ziyalı ailəsində anadan olub. Atası Hacıbabanın Peterburq və Moskvada ipək dükanı varmış.1903-cü ilin əvvəllərində igid poruçik Ağababa Peterburqdakı Mixaylov topçuluq məktəbini bitirib. 1905-ci ilin əvvəllərində igid poruçik Ağababa Sadıqovun həlak olması haqqında qara kağız da alınıb.Tədqiqatçı Şəmistan Nəzirli "General Əli ağa Şixlinski və silahdaşlari" kitabında yazır: "Aleksandr Stepanovun "Port-Artur", P.Larenkonun "Port-Arturun əzablı günləri" və Trofim Borisovun "Portarturçular" romanlarında bir azərbaycanlı soyadına da rast gəlinir – poruçik Sadıqov. Bu əsərlərdə poruçik Sadıqovun əzablı döyüş yolu yazıçılar tərəfindən maraqla izlənilir. Hətta P.Larenkonun 1906-cı ildə Peterburqda nəşr olunmuş "Port-Arturun əzablı günləri" (II cild) sənədli əsərində yaralanmış poruçik Sadıqovun hospitalda müalicə olunduğu vaxtda iki dəfə fotoşəkli də dərc olunub. Döyüşlərdə mətanət və mərdliklə vuruşan poruçik Sadıqov qəhrəmanlıqla həlak olub." == Ədəbiyyat == Şəmistan Nəzirli. "Kommunist" qəzeti, 1984, 9 sentyabr.
Bəxtiyar Sadıqov
Sadıqov Bəxtiyar Yusif oğlu (10 yanvar 1951, Ağdam) — Azərbaycan Respublikası Milli Məclisinin deputatı. == Həyatı == Bəxtiyar Sadıqov 1951-ci ildə Ağdam şəhərində anadan olmuşdur. 1965-ci ildə Ağdam Şəhər 4 nömrəli səkkizillik məktəbini bitirmiş. 1965–1969-cu illərdə Bakı Yerli Sənaye Texnoloji Texnikumunda oxumuşdur. 1969-cu ildə "Ağac biçmə və ağac emalı texnologiyası" üzrə texnik-texnoloq ixtisasına yiyələnmiş, fərqlənmə diplomu aldığına görə pedaqoji sovetin qərarı ilə ali məktəbə oxumağa ezam edilmişdir. Həmin ili Azərbaycan Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinə daxil olaraq 1974-cü ildə oranı da fərqlənmə diplomu ilə bitirmişdir. Texnikumda oxuyarkən texnikum üzrə tələbə həmkarlar təşkilatının sədri, Universitetdə isə Jurnalistika fakültəsinin komsomol təşkilat katibi seçilmişdir. Texnikumu qurtardıqdan sonra 6 ay — 1969-cu ilin aprelindən – sentyabrınadək Ağdam şəhər Kommunal Təsərrüfatı idarəsində fəhlə, BDU-nu qurtardıqdan sonra isə 8 ay — 1974-cü ilin sentyabrından 1975-ci ilin aprelinədək "Azərbaycan" nəşriyyatının qəzet-jurnal sexində çeşidləyici işləmişdir. 1975-ci ilin aprelindən "Abşeron" qəzetində əvvəlcə korrektor, sonra müxbir, kənd təsərrüfatı şöbəsinin müdiri, redaktor müavini vəzifələrində çalışmışdır. == İctimai-siyasi fəaliyyəti == 1986-cı ildə "Kommunist" qəzetinə dəvət edilmişdir.
Cəlil Sadıxov
Cəlil Sadıxov (?-?) — Azərbaycanın Ukraynada ilk səfiri. == Həyatı == Cəlil Sadıxov Azərbaycanın Ukraynada ilk diplomatik nümayəndəsi olmuş, 10 oktyabr 1918-ci il tarixində Kiyevdə yaradılmış Azərbaycanın Ukraynada komissarlığına rəhbərlik etmişdir. Komissarlıq Kiyev şəhəri Provorovska küçəsi 15 ünvanında fəaliyyət göstərmişdir. Cəlil Sadıxovun köməkçisi Yusif Salehov, katib Mir Cəlal Mirtağıyev və diplomatik kuryer Məmməd Tağı Sultanov 1910-cu illərdə Müqəddəs Vladimir adına İmperator Universitetinin (hazırda Taras Şevçenko adına Kiyev Milli Universiteti) tibb fakültəsində təhsil almışlar. Diplomatik nümayəndəliyin ikinci katibi Cahangir Həmzəyev 1910–1914-cü illərdə Müqəddəs Vladimir Universitetinin hüquq fakültəsində təhsil almış və sonra Kiyevdə qalmışdır.
Elgün Sadıqov
Elgün Heydər oğlu Sadıqov (11 yanvar 2000; Sarıçoban, Ağdam rayonu, Azərbaycan — 23 oktyabr 2020; Ağdam rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elgün Sadıqov 11 yanvar 2000-ci ildə Ağdam rayonunun Sarıçoban kəndində Heydər Sadıqovun ailəsində anadan olmuşdur. 2006–2017-ci illərdə Ağdam rayon Xındırıstan kənd tam orta məktəbdə təhsil almışdır. Subay idi. == Hərbi xidməti == Elgün Sadıqov 12 yanvar 2018-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon üzrə Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, Gədəbəy rayonunda yerləşən "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət etmişdir. 2019-cu ilin iyun ayında hərbi xidmətdən tərxis olunmuşdur. 15 aprel 2020-ci ildə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq hərbi xidmətinə davam etmişdir. Ağdam rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət etmişdir. Azərbaycan Ordusunun əsgəri olan Elgün Sadıqov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində atıcı olaraq iştirak etmişdir.
Elnur Sadıqov
Sadıqov Elnur Kərim oğlu (9 may 2001, Təzəkənd, Cəlilabad rayonu – 29 oktyabr 2020, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == 9 may 2001-ci ildə Cəlilabad rayonunun Təzəkənd kəndində doğulub. Təzəkənd kənd Elxan Fətiyev adına 1 saylı tam orta məktəbdə təhsil alıb. == Təltifləri == 15 dekabr 2020 tarixli Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.
Elvin Sadıqov
Elvin Namiq oğlu Sadıqov (3 noyabr 1998; Qaradağlı, Goranboy rayonu, Azərbaycan — 1 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elvin Sadıqov 3 noyabr 1998-ci ildə Goranboy rayonunun Qaradağlı kəndində Namiq Sadıqovun ailəsində anadan olmuşdur. Subay idi. == Hərbi xidməti == Elvin Sadıqov 2017-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy rayonu üzrə Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmışdır. Hərbi xidmətini Naxçıvanda yerləşən "N" saylı hərbi hissədə etmişdir. Elvin Sadıqov hərbi xidmətini sonradan Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun Xüsusi Təyinatlı Bölməsində müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq davam etdirirdi. Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin əsgəri olan Elvin Sadıqov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində kəşfiyyatçı və pulemyotçu olaraq iştirak etmişdir. Füzulinin, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Elvin Sadıqov 1 noyabr 2020-ci ildə Şuşa istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Sadıqov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Sadıqov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Sadıqov ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elvin Sadıqov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elvin Sadıqov ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.06.2022-ci il tarixli Sərəncamına əsasən Elvin Sadıqov ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Elçin Sadıqov (futbolçu)
Elçin Cahangir oğlu Sadıqov — (14 iyun 1989, Yelqava, Latviya SSR, SSRİ) — Azərbaycan futbolçusu, qapıçı. == Tərcümeyi halı == Elçin Cahangir oğlu Sadıqov 14 iyun 1989-cu ildə Latviya SSR-nin Yelqava şəhərində anadan olmuşdur. E. Sadıqov 1991-ci ildə ailəsi ilə birlikdə Azərbaycanın Zaqatala şəhərinə köçmüşdür. Burada beş il yaşadıqdan sonra ailə 1996-cı ildə Şəmkir şəhərinə köçmüşdür. Burada Elçin Sadıqov "Şəmkir" futbol klubunun uşaq qrupunda məşqlərə başlamışdır. 15 yaşında ikən Azərbaycanın yeniyetmələrdən ibarət yığma komandasının (U-17) heyətinə daxil edildiyinə görə daimi yaşamaq məqsədilə 2005-ci ildə Bakı şəhərinə getmişdir. == Klub karyerası == Elçin Sadıqov 2008-ci ildən Azərbaycan Premyer Liqasında "Neftçi" Bakı komandasının şərəfini qorumağa başlamışdır. Bu vaxta qədər o, klubun ikinci komandasında — "Neftçi-2" — nin heyətində çıxış etmişdir. 2007-ci il mövsümündə — 2 avqust 2007-ci ildə Elçin Sadıqov "Neftçi" futbol komandasının tərkibində UEFA Kuboku uğrunda mübarizədə Avstriyanın "Rid" komandasına qarşı oynamışdır. Həmin oyunda "Neftçi" komandası 2:1 hesabı ilə qələbə qazanmışdır.
Emil Sadıqzadə
Emil Əziz oğlu Sadıqzadə (22 iyul 2000; Qovlarsarı, Samux rayonu, Azərbaycan — 15 oktyabr 2020; Füzuli, Azərbaycan) — Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Emil Sadıqzadə 22 iyul 2000-ci ildə Samux rayonunun Qovlarsarı kəndində anadan olmuşdur. 2006-2015-ci illərə qədər Samux rayon Qovlarsarı kənd tam orta məktəbdə təhsil almışdır. 2015-2019-cu illərdə Gəncə Musiqi Kollecində musiqi üzrə təhsil almışdır. Subay idi. == Hərbi xidməti == Emil Sadıqzadə 2019-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Samux rayon üzrə Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Müddətli həqiqi hərbi xidmətində fərqləndiyi üçün Xüsusi Təyinatlı Qüvvələrdə xidmətini davam etmişdir. Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin əsgəri olan Emil Sadıqzadə 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində kəşfiyyatçı atıcı olaraq iştirak etmişdir. Murovdağın, Cəbrayılın, Xocavəndin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Emil Sadıqzadə 15 oktyabr 2020-ci ildə Füzuli istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur.
Emin Sadıxov
Emil Nəsirli (doğum adı: Əli İldırım oğlu Məmişov; 1905, Bakı – 1975, Bakı) — nasir, publisist, == Həyatı == Əli İldırımoğlu (Məmişov) 1927-ci il noyabr ayının 17-də hazırkı Qubadlı rayonunun Əliquluuşağı kəndində rəncbər ailəsində anadan olmuşdur. Burada orta məktəbin VIII sinifdə oxuyarkən 1941–1945-ci illəri əhatə edən Böyük Vətən müharibəsi başlanmışdı. VIII–IX siniflərdə çoxluq təşkil edən və əsgərlik yaşına çatmış oğlanlar müharibəyə cəlb olunduğundan həmin siniflər tədris fəaliyyətini dayandırmışdı. Məktəbin direktorluğu onun fəal şagird olduğunu nəzərə alıb, birbaşa qızların çoxluq təşkil etdiyi və bu səbəbdən tədrisi davam etdirdilən X sinfə keçirilmişdi. Beləliklə, Əli İldırımoğlu VIII sinfi başa vurub, IX sinifdə oxumadan, birbaşa X sinfə keçmiş və həmin orta məktəbi müvəffəqiyyətlə bitirmişdir. === Əmək fəaliyyəti === Müharibənin gedişi ilə əlaqədar olaraq, kəndlərdə müəllim qıtlığı yaranmışdı. Ona görə də elə həmin il Əli İldırımoğlu Şuşa şəhərində açılmış müəllim kadrları hazırlayan iki aylıq kursa göndərilmişdir. Həmin kursu bitirdikdən sonra 1941–1942-ci dərs ilində ilk dəfə olaraq Məlikəhmədli kənd ibtidai məktəbində sinif müəllimi kimi əmək fəaliyyətinə başlamışdır. 1946-cı ilə qədər rayonun Xıdırlı, Novlu, Xəndək ibtidai, Teymur Musganlı yeddiillik məktəblərində müəllim işləmişdir. Qiyabi yolla Laçın Pedaqoji Texnikumunu, 1946–1948-ci illərdə Ağdam ikiillik Müəllimlər İnstitutunun Tarix fakültəsini bitirdikdən sonra yenidən pedaqoji fəaliyyətini davam etdirmişdir.
Famil Sadıqov
Famil Kamil oğlu Sadıqov (1968, Naxçıvan) — iqtisad elmlər namizədi, Qazprom-un vitse-prezidenti. == Həyat və fəaliyyəti == F.Sadıqov 1968-ci ildə Naxçıvanda anadan olub. S.Orconikidze adına Dövlət İdarəçilik Akademiyasının və Ümumrusiya Vergi Akademiyasını bitirmişdir. İqtisad elmlər namizədidir. 1995–1999-cu illərdə RF Maliyyə Nazirliyində və Federal Dövlət Xidmətində müxtəlif vəzifələrdə işləmiş, 1999–2004-cü illərdə RF vergilər və rüsumlar nazirinin müavini olmuşdur. RF vergilər və rüsumlar nazirinin müavini vəzifəsində işlədiyi dövrdə ona II dərəcəli RF dövlət xidməti həqiqi dövlət müşaviri rütbəsi verilmişdir. 2005–2009-cu illərdə Federal Xəzinədarlığın rəhbərinin müavini olmuşdur. 2009-cu ildən Rusiya "Qazprombank"nın İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışıb. 2020-ci il aprel ayından Gazpromun maliyyə direktoru, vitse-prezidenti təyin edilmişdir. 2020-ci ildən həmçinin əlavə vəzifə olaraq Famil Sadiqov Belarusda yerləşən, Səhmləri Rusiya Federasiyasına aid olan "Belqazprombank" idarə heyətinin sədridir.
Fikrət Sadıqov
Fikrət Məmməd oğlu Sadıqov (28 aprel 1940, Ordubad) — Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı. == Həyatı == Fikrət Məmməd oğlu Sadıqov 1940-cı ilin aprel ayında Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində fəhlə ailəsində anadan olmuşdur.1965-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) kimya fakültəsini bitirmişdir. 1965–2005-ci illərdə Azərbaycanın kimya müəssisələrində müxtəlif vəzifələrdə — növbə rəisi, sex texnoloqu, istehsalat texnoloqu, sex rəisi, istehsalat şöbəsinin rəisi, baş mühəndis, 1981–1992-ci illərdə SSRİ kimya sənayesi nazirliyinin "Sumqayıt Kimya Sənaye" istehsalat birliyinin baş direktoru, 1992–2005-ci illərdə "Azərkimya" Dövlət Şirkətinin prezidenti işləmişdir. 1983–1990-cı illərdə Sumqayıt şəhər sovetinin, 1990-cı ildə Azərbaycan Respublikası Ali sovetinin, 1995–2000-ci ildə Milli Məclisin deputatı seçilmişdir.1987-ci ildə namizədlik dissertasiyası işini müdafiə edib. 1995-ci ildə doktorluq dissertasiyası müdafiə edib texnika elmlər doktoru elmi dərəcəsini almışdır. 2004-cü ildə professor adına layiq görülmüşdür. 1990-cı ildə SSRİ Nazirlər kabineti yanında Xalq təsərrüfatı akademiyasının ali kommersiya məktəbinin tam kursunu bitirmişdir.1993-cü ildən Beynəlxalq Şərq Neft akademiyasının,1994-cü ildən Beynəlxalq Mühəndislər akademiyasının, 1995-ci ildən Beynəlxalq Ekoenergetika akademiyasının həqiqi üzvüdür. == Elmi fəaliyyəti == Fikrət Sadıqovun rəhbərliyi ilə kimya sənayesində bir çox proseslər hazırlanıb, tətbiq edilmişdir.Epoksid qətranlarının istehsalının təkmilləşdirilməsi, kcl katalizatoru iştirakı ilə diqlisidid efirlərinin alınıb, onların epoksid qətranlarına çevrilməsində elmi işlər aparılmışdır. Epixlorhidrin istehsalında dixlorhidrin istehsalının yeni üsulu işlənib hazırlanmış və sənayedə tətbiq olunmuşdur. Səthi aktiv maddə olan alkilbenzolsulfanatın natrium duzunun istehsalında xlorparafinlərin benzolla alkilləşməsinin yeni mükəmməl texnologiyası tədqiq edilib, yeni texnologiya sənayedə tətbiq edilmişdir.
Fikrət Sadıqov (kimyaçı)
Fikrət Məmməd oğlu Sadıqov (28 aprel 1940, Ordubad) — Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı. == Həyatı == Fikrət Məmməd oğlu Sadıqov 1940-cı ilin aprel ayında Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində fəhlə ailəsində anadan olmuşdur.1965-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) kimya fakültəsini bitirmişdir. 1965–2005-ci illərdə Azərbaycanın kimya müəssisələrində müxtəlif vəzifələrdə — növbə rəisi, sex texnoloqu, istehsalat texnoloqu, sex rəisi, istehsalat şöbəsinin rəisi, baş mühəndis, 1981–1992-ci illərdə SSRİ kimya sənayesi nazirliyinin "Sumqayıt Kimya Sənaye" istehsalat birliyinin baş direktoru, 1992–2005-ci illərdə "Azərkimya" Dövlət Şirkətinin prezidenti işləmişdir. 1983–1990-cı illərdə Sumqayıt şəhər sovetinin, 1990-cı ildə Azərbaycan Respublikası Ali sovetinin, 1995–2000-ci ildə Milli Məclisin deputatı seçilmişdir.1987-ci ildə namizədlik dissertasiyası işini müdafiə edib. 1995-ci ildə doktorluq dissertasiyası müdafiə edib texnika elmlər doktoru elmi dərəcəsini almışdır. 2004-cü ildə professor adına layiq görülmüşdür. 1990-cı ildə SSRİ Nazirlər kabineti yanında Xalq təsərrüfatı akademiyasının ali kommersiya məktəbinin tam kursunu bitirmişdir.1993-cü ildən Beynəlxalq Şərq Neft akademiyasının,1994-cü ildən Beynəlxalq Mühəndislər akademiyasının, 1995-ci ildən Beynəlxalq Ekoenergetika akademiyasının həqiqi üzvüdür. == Elmi fəaliyyəti == Fikrət Sadıqovun rəhbərliyi ilə kimya sənayesində bir çox proseslər hazırlanıb, tətbiq edilmişdir.Epoksid qətranlarının istehsalının təkmilləşdirilməsi, kcl katalizatoru iştirakı ilə diqlisidid efirlərinin alınıb, onların epoksid qətranlarına çevrilməsində elmi işlər aparılmışdır. Epixlorhidrin istehsalında dixlorhidrin istehsalının yeni üsulu işlənib hazırlanmış və sənayedə tətbiq olunmuşdur. Səthi aktiv maddə olan alkilbenzolsulfanatın natrium duzunun istehsalında xlorparafinlərin benzolla alkilləşməsinin yeni mükəmməl texnologiyası tədqiq edilib, yeni texnologiya sənayedə tətbiq edilmişdir.
Firuz Sadıqzadə
Firuz Sadıq oğlu Sadıqzadə (25 fevral 1931, Bakı – 24 may 1997, Bakı) — nasir, tənqidçi, ədəbiyyatşünas, şərqşünas, 1959-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Firuz Sadıq oğlu Sadıqzadə 1931-ci ildə Bakı şəhərində anadan olmuşdur. Atası Naxçıvanda, xalq yazıçısı Mirzə İbrahimovla birgə yüksək vəzifədə çalışan Sadıq Vahabov olmuşdur. 7 yaşında ikən atasını itirdiyindən anasının himayəsi altında boya-başa çatmışdır. 1938-ci ildə ailəliklə Cənubi Azərbaycana köçmüş, ibtidai təhsilini Sərab şəhərində, sonra Tehranda farsca almışdır. 1945-ci ildə İran Demokratik Gənclər İttifaqı sıralarına daxil olmuşdur. Azərbaycana qayıdarkən məşhur "Vahabovlar" soyundan olduğu üçün soyadının atasının adı ilə əvəzlənməsi tələb olunmuşdu. 1946-cı ilin dekabrında Bakıda orta məktəbi bitirdikdən sonra 1950–1955-ci illərdə ADU-nun filologiya fakültəsində təhsil almışdır. İctimai işlərdə fəal çalışmışdır. 1957-ci ildən Cənubi Azərbaycan Yazıçılar Cəmiyyətinin məsul katibi olmuşdur.
Firuz Sadıxzadə
Firuz Sadıq oğlu Sadıqzadə (25 fevral 1931, Bakı – 24 may 1997, Bakı) — nasir, tənqidçi, ədəbiyyatşünas, şərqşünas, 1959-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Firuz Sadıq oğlu Sadıqzadə 1931-ci ildə Bakı şəhərində anadan olmuşdur. Atası Naxçıvanda, xalq yazıçısı Mirzə İbrahimovla birgə yüksək vəzifədə çalışan Sadıq Vahabov olmuşdur. 7 yaşında ikən atasını itirdiyindən anasının himayəsi altında boya-başa çatmışdır. 1938-ci ildə ailəliklə Cənubi Azərbaycana köçmüş, ibtidai təhsilini Sərab şəhərində, sonra Tehranda farsca almışdır. 1945-ci ildə İran Demokratik Gənclər İttifaqı sıralarına daxil olmuşdur. Azərbaycana qayıdarkən məşhur "Vahabovlar" soyundan olduğu üçün soyadının atasının adı ilə əvəzlənməsi tələb olunmuşdu. 1946-cı ilin dekabrında Bakıda orta məktəbi bitirdikdən sonra 1950–1955-ci illərdə ADU-nun filologiya fakültəsində təhsil almışdır. İctimai işlərdə fəal çalışmışdır. 1957-ci ildən Cənubi Azərbaycan Yazıçılar Cəmiyyətinin məsul katibi olmuşdur.
Ladı
Ladı - xovsuz xalça növü. Bu texnika da palaz texnikasının bir növü hesab edilə bilər. Lakin bu texnika palaz toxunma texnologiyasında xeyli fərqlənir. Ladının toxunuşu zamanı hər dəfə arğac-ərişlərin arasından müəyyən say əsasında keçirilir. Ladını toxumaq üçün yer hanasından (sadə toxucu dəzgah) istifadə edirlər. Digər xalça növlərindən fərqli olaraq şəddə və xalça məmulatı olan örkən kimi ladı da əvvəllər evdə deyil həyətdə torpağın üstündə yer hanasını üfüqi vəziyyətdə uzatmaqla toxunurdu. Ladının ənənəvi mərkəzləri Qazax və Xızı hesab olunur. Bu gün ladının əsas istehsal mərkəzləri Yardımlının, Lerikin, Astaranın dağ kəndlərində yerləşir. Ladı rəngli arğac sapların müəyyən hesabla ərişdən keçirilməsi yolu ilə hazırlanır. Nəticədə məmulatın daralan və genişlənən naxışlar şəklində bədii xüsusiyyətləri üzə çıxır.
Sado
Sado (yap. 佐渡島) — Yapon dənizi sularında yerləşir. İnzibati cəhətdən Yaponiyanın Niiqata prefekturasına daxildir. Adanın inzibati cəhətdən mərkəzi eyni adlı şəhərdir. Şəhər ada ərazisi bütünlüklə örtülür. == Coğrafiya == 1 yanvar 2008 il məlumatına görə adanın sahəsi 855,26 km² təşkil edir. Ada 65 037 nəfər adam yaşayır. Ada səmadan «N» hərifini xatırladır. Reylef baxımından adanı üç yerə bölmək olar. Böyük Sado adanın şimal-qərbində dağlıq ərazidir.
Sarı
Sarı – rənglərdən biri. İsti, yüngül, şən rəngdir. O, xoş hisslər yaradır və hərəkətin, sevincin simvoludur. Bu rəng uzun müddət yadda qalır. Lakin başqa rənglərlə qarışdırıldıqda əks emosiyalar yarada bilər. Məsələn, yaşıla çalan sarı yalanı, paxıllığı simvolizə edir. Braziliyada bu rəng ümidsizliyin, bənövşəyi rəng ilə qarışdıqda xəstəliyin, Suriya müsəlmanları üçün isə ölüm rəngidir. Çində isə əksinə, bu rəng imperiyanın simvolu olduğu üçün çox populyardır. Sarı Günəşin rəmzidir.Parlaq sarı ilhamverici xüsusiyyətə malik olsa da, iş otaqlarında istifadəsi məsləhət deyil. Çünki zehni qarışdıra bilər.
Hakim Sadi
Hakim Sadi (14 noyabr 1992) — Əlcəzairli marafonçu. Hakim Sadi Əlcəzairi 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Hakim Sadi birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 2 saat 26 dəqiqə 47 saniyəyə qət edərək 155 marafonçu sırasında 104-cü yeri tutdu.
Sad!
Sad!—amerikalı repçi XXXTentacionun ? albomundan mahnıdır (2018). Mahnı, albomun aparıcı sinqlı olub, 2 Mart 2018 tarixində çıxdı. Parça John Cunningham tərəfindən hazırlanmış və XXXTentacion tərəfindən yazılmışdır. Mahnı, XXXTentacion-un ABŞ-dakı ən çox dinlənən mahnısıdır, 18 iyun 2018-ci ildə, ölümündən sonra Billboard Hot 100-də bir nömrəyə çatdı. Mahnının musiqi videosu vəfatından sonra iyunun 28-də, YouTube kanalında yayımlandı.
Adı sənin, dadı mənim (film, 1980)
Adı sənin, dadı mənim tammetrajlı televiziya tamaşası rejissor Ələkbər Kazımovski tərəfindən 1980-ci ildə ekranlaşdırılmışdır. Televiziya tamaşası Azərbaycan televiziyasında istehsal edilmişdir. Televiziya tamaşası Qəlyanalı, Qəmzə və Həmzə üçlüyü arasında baş verən gülməli hadisədən danışır. Televiziya tamaşasında əsas rolları Səyavuş Aslan, Nəsibə Zeynalova, Əzizağa Qasımov və Ofeliya Aslan ifa edirlər. == Məzmunu == Televiziya tamaşası Qəlyanalı (Səyavuş Aslan), Qəmzə (Nəsibə Zeynalova) və Həmzə (Əzizağa Qasımov) üçlüyü arasında baş verən gülməli hadisədən danışır. Qəlyanalı Qəmzənin malına, bağına görə onunla evlənmək istəyir. Həmzə isə Qəmzənin ayrıldığı keçmiş sevgilisidir. İş elə gətirir ki, Qəmzə Qəlyanalıya yox elə Həmzəyə ərə gedir. Qəlyanalının fırıldağı baş tutmur. Adı da Həmzənin olur, dadı da...
Abşeron sayı
Abşeron sayı — Azərbaycan Respublikasının ərazisində, Abşeron arxipelaqının tərkibinə daxil olan dayazlıq. Xəzər dənizinin qərb sahilində, Pirallahı adasından şimal-şərqdə yerləşir. Sayın mərkəzi hissəsində palçıq vulkanı vardır. Burada neft və qaz yatağı aşkar edilmişdir.
Bozqır sarı
Çöl sarı (lat. Buteo rufinus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin əsl sar cinsinə aid heyvan növü. == Kateqoriya və statusu == (II-EN). Təhlükə altındadır. Məhdud ərazidə qalıb. == Qısa təsviri == Qarğadan böyük yırtıcıdır. Qanad lələklərinin dibi ağdır, havada uçarkən aydın görünür. Bel tərəfi açıq-qonur, qarın tərəfi kürəndir. Qanadlarının tinində (əyrisində) tünd rəngli böyük ləkə var (uzaqdan görünür). == Yayılması == Avropa, Asiya və Şimali Afrikada yayılıb.
Bu-Sadə
Bu-Sadə (ərəb. بوسعادة‎) — Əlcəzairin şimalında, Msila vilayəti ərazisində şəhər. Eyniadlı dairənin inzibati mərkəzidir. == Coğrafi mövqe == Şəhər vilayətin mərkəzi hissəsində, eyniadlı vahənin ərazisində, dəniz səviyyəsindən 553 metr yüksəklikdə yerləşir. == Hekayə == Bu-Sadə şəhəri 1849-cu ilin noyabrında Fransa qoşunları tərəfindən fəth edilmişdir. Qala və kazarmaları olan şəhər XIX əsrin sonu–XX əsrin əvvəllərində mühüm hərbi məntəqə olmuşdur. == Əhalisi == 2008-ci ilin siyahıyaalınmasına əsasən, əhalinin sayı 125,573 nəfər idi. İllər üzrə şəhər əhalisinin dinamikası: == Nəqliyyat == Eyniadlı hava limanı şəhərdən 7 kilometr şimalda yerləşir.
Diş sapı
Dıli sado
"Dıli sado" (orijinalda tal. Dıli sədo, tərcüməsi: "Qəlbin səsi") — talış yazıçısı Aytən Eyvazonun 2015-ci ildə talış dilində yazılmış romanı. Əsər 19-cu əsrin sonlarında Talışıstanda baş verən tarixi hadisələrdən bəhs edir və müəllif zamanın koloritini öz əsas personajları vasitəsilə çatdırır, onların arasında ümumi fonda gənc bir sevən cütlük seçilir, onların taleyi belədir. əsərin əsas məqamı . Romanda talış adət-ənənələri, həyat tərzi, məişət və şəxsiyyətlərarası münasibətlər təsvir olunur. В романе описаны талышские традиции, образ жизни, бытовые и межличностные отношения. Kitabın redaktoru Əlimərdan Şükürzadədir və kitab talış şairi Vüqar Mirzəzadənın maliyyə dəstəyi ilə nəşr edilib. 18 mart 2015-ci il tarixində Beynəlxalq Mətbuat Mərkəzində "Etnoqlobus" onlayn xəbər agentliyi "Tolışi Ədəbiјoti Bınyvışton" ("Talış ədəbiyyatı yazıçıları") təşəbbüs qrupunun köməkliyi ilə romanın təqdimatını keçirmişdir. Romanın müəllifi görülən işlərdən bu şəkildə danışmışdır: Romanın talış dilində yazılması, dilin inkişaf etdirilməsi, onun canlılığı, ədəbi ənənənin qurulması məqsədi daşıması da vacibdir. Oxucu üçün maraqlı olar ki, romandakı dialoqlar talış dilinin Lənkəran və Lerik dialektlərini əks etdirir .
Hadı Rəcəbli
Hadi Rəcəbli və ya Hadi Rəcəbov (25 oktyabr 1947, Viravul, Lənkəran rayonu) — I–V çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Əmək və Sosial Siyasət Komitəsinin sədri, Azərbaycanda ilk siyasi elmlər namizədi, siyasi elmlər doktoru, professor. == Həyatı == Rəcəbli Hadi Musa oğlu 1947-ci il oktyabrın 25-də Lənkəran rayonunun Viravul kəndində anadan olmuşdur. Moskva Yeyinti Sənayesi İnstitutunun texnologiya fakültəsini və Bakı Ali Partiya məktəbini bitirmişdir. 1963-cü ildən Lənkəran çörək zavodunda fəhlə, mühasib, texnoloq, iqtisadçı işləmişdir. 1971-ci ildən Lənkəran Şəhər Komsomol Komitəsinin ikinci katibi, 1972-ci ildən birinci katibi, 1978-ci ildən "Bakinski raboçi" qəzetinin xüsusi müxbiri, 1980-ci ildən Lənkəran Şəhər İcraiyyə Komitəsinin sədri olmuşdur. 1981-ci ildən Azərbaycan KP MK-nın inspektoru, 1983-cü ildən Şəki Şəhər Partiya Komitəsinin birinci katibi, 1989–1995-ci illərdə Azərbaycan Respublikasının Nazirlər Kabinetində referent, aparıcı mütəxəssis, bölmə müdiri, şöbə müdirinin müavini, şöbə müdiri vəzifələrində çalışmışdır. Ehtiyatda olan mayordur. 9 kitabın və 220-dən çox elmi-publisistik məqalənin müəllifidir. Azərbaycanda ilk siyasi elmlər namizədidir. == Siyasi fəaliyyəti == Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür.
Hadı Rəcəbov
Hadi Rəcəbli və ya Hadi Rəcəbov (25 oktyabr 1947, Viravul, Lənkəran rayonu) — I–V çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Əmək və Sosial Siyasət Komitəsinin sədri, Azərbaycanda ilk siyasi elmlər namizədi, siyasi elmlər doktoru, professor. == Həyatı == Rəcəbli Hadi Musa oğlu 1947-ci il oktyabrın 25-də Lənkəran rayonunun Viravul kəndində anadan olmuşdur. Moskva Yeyinti Sənayesi İnstitutunun texnologiya fakültəsini və Bakı Ali Partiya məktəbini bitirmişdir. 1963-cü ildən Lənkəran çörək zavodunda fəhlə, mühasib, texnoloq, iqtisadçı işləmişdir. 1971-ci ildən Lənkəran Şəhər Komsomol Komitəsinin ikinci katibi, 1972-ci ildən birinci katibi, 1978-ci ildən "Bakinski raboçi" qəzetinin xüsusi müxbiri, 1980-ci ildən Lənkəran Şəhər İcraiyyə Komitəsinin sədri olmuşdur. 1981-ci ildən Azərbaycan KP MK-nın inspektoru, 1983-cü ildən Şəki Şəhər Partiya Komitəsinin birinci katibi, 1989–1995-ci illərdə Azərbaycan Respublikasının Nazirlər Kabinetində referent, aparıcı mütəxəssis, bölmə müdiri, şöbə müdirinin müavini, şöbə müdiri vəzifələrində çalışmışdır. Ehtiyatda olan mayordur. 9 kitabın və 220-dən çox elmi-publisistik məqalənin müəllifidir. Azərbaycanda ilk siyasi elmlər namizədidir. == Siyasi fəaliyyəti == Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür.
Hadı Əliyev
Hadı Əliyev Bədəl oğlu (1900 – 1982) — coğrafiyaşünas alim, professor. == Həyatı == Hadı Əliyev 1900-cu ildə anadan olub. Orta təhsilini Bakının Maştağa kəndində Realnı məktəbində almışdır. Azərbaycanda Coğrafiya elminin və coğrafiya təhsilini qoyanlardan biridir. 1927-ci ildən Coğrafiya elminin tədrisi ilə məşğul olmuşdur. 1939-cu ildə coğrafiya elmləri üzrə namizədlik dissertasiyası müdafiə etmiş və Azərbaycanda ilk coğrafiyaşümas alimlərdən biri olmuşdur. XX əsrdə Azərbaycanda coğrafiyaçıların ilk milli müəllimi olnuşdur. == Elmi fəaliyyəti == O, 1939-cu ildə ADPU-nə müəlimliyə dəvət olunmuşdur. Bir müddət həmin institutun prorektoru vəzifələrində çalışmışdır. 1938-ci ildə keçmiş SSRİ EA-nın Azərbaycan filialında ilk iqtisadi coğrafiya şöbəsini təşkil edir və ona ictimai əsaslarla rəhbərlik edir.
Hüseyn Sanı
Hüseyn Paşa oğlu Hüseynov (1900, Göyərçin, Qazax qəzası – 1970, Salah, İcevan rayonu) — Azərbaycan el şairi, pedaqoq. == Həyatı == Hüseyn Hüseynov 1900-cü ildə Qazax qəzasının Göyərçin kəndində (sonradan Dilican rayonu) Paşalar nəslində anadan olmuşdur. Ulu babası Təbrizin Dəvəçilər məhəlləsindən olub. İlk təhsilini mollaxanada alan Hüseyn Dilicanda Pedaqoji Seminariyanı qurtardıqdan sonra Tovuz və Gədəbəyin müxtəlif kəndlərində müəllimlik etmiş və qəzet redaksiyalarında çalışmışdır. O 1930-cu illərdə lüğət də hazırlamışdır. Səməd Vurğun və tanınmış folklorşünas alim Hümmət Əlizadə ilə birlikdə Çəmbərəkəndi və Göyçəni kəndbəkənd gəzərək, ağsaqqallardan, el bayatı və nağıl bilicilərindən bildikləri bu mənəvi sərvəti toplayaraq onları xalqın ümumi istifadəsinə vermişlər.Onun ilk şeiri 1925-ci ildən qəzetlərdə nəşr olunmağa başlamışdır. 1937-ci ildə çap olunan "Aşıqlar" kitabında, 1949–1951-ci illərdə isə orta məktəblər üçün "Ədəbiyyat müntəxəbatı" dərsliyində şeirləri çap olunmuşdur.Hüseyn Hüseynov şeirlərini əsasən Hüseyn Mayıl təxəllüsü ilə yazmışdır. Bəzi kitablarda isə səhvən Aşıq Hüseyn Mayıl kimi təqdim olunmuşdur. O heç vaxt əlinə saz alıb el məclisləri keçirməmişdir. Sazın hazırlanmasında usta kimi fəaliyyət göstərmişdir.
Mirzə Sadıq
Mirzə Əsəd oğlu Sadıq və ya Sadıqcan (1846, Şuşa – 1902, Şuşa) — Azərbaycan musiqiçisi, tarzən, bəstəkar və Azərbaycan tarını təkmilləşdirən sənətkar.Sadıqcan — Azərbaycanın tanınmış tarzənlərindən biri sayılır. Sadıqcan tarı təkmilləşdirərək, bu alətdə virtuoz oyunların imkanlarını genişləndirdi. O, tara cingənə və kök simləri əlavə edib, simlərin sayını 5-dən 11-ə çatdırıb. O, həmçinin tarın pərdə tutma sistemini tamamilə dəyişdirib, onların sayını 28-dən 22-yə endirdi. Sadıqcan Azərbaycan muğamına əhəmiyyətli yeniliklər təqdim edərək, "Segah" və "Mirzə Hüseyn Segahı"nı təkmilləşdirdi və "Mahur" muğamını yaxşılaşdırdı. Azərbaycan muğamında "Mahur-Hindi", "Orta Mahur", "Zabul Segah", "Xaric Segah", "Mirzə Hüseyn Segahı", "Yetim Segah", "Çoban Bayatı" yaranması, Sadıqcanın yaradıcılığı və Azərbaycan tarı ilə bağlıdır. 1890-cı illərdə Sadıqcanın rəhbərliyi altında Şuşada ansambl yarandı. Ansamblın tərkibində, o dövrün tanınmış müğənniləri və musiqiçiləri daxil idi. Tarzənin tanınmış şagirdlərindən — Qurban Pirimov, Məşədi Cəmil Əmirov, Məşədi Zeynal Haqverdiyev, Şirin Axundov, Mərdi Canıbəyov, Həmid Malıbəyli və digərlərini qeyd etmək olar. == Həyatı == === Uşaqlığı və erkən illəri === Sadıq Mirzə Əsəd oğlu 1846-cı ildə Şuşa şəhərində anadan olub.
Orqanizmlərin sayı
Orqanimzlərin sayı aşağıdakı kimidir. Vahid sahədə hər hansı bir növün fərdlərinin sayı (mütləq hesablamada): bolluğu, rast gəlinməsi və s. (gözəyarı və ya nisbi uçot metodları ilə) Növün populyasiyasında və ya hər hansı bir ərazidə olan fərdlərin ümumi miqdarı (Ussuriya tayqasında pələnglərin sayı. Şirvan düzündə ceyranların sayı, Hindistanda fillərin sayı və s.) Müəyyən sahədəki fərdlərin ümumi sayı (onların sistematik bölgüyə mənsubiyyətindən asılı olmayaraq). == Orqanimzlərin kütləvi artımı (çoxalması) == Orqanizmlərin hədsiz çoxalması; populyasiyanın sıxlığı məskunlaşdığı yerin həcmini maksimal doldurur. Bu fazada zərərvericilər kənd təsərrüfatına, maldarlığa və insanlara böyük ziyan yetirir.
Qurbanəliyev sadıq
Sadıq Bağırov
Sadıq Bağırov (1940—2015) — azərbaycanlı əməkdar rəssam. == Həyatı == Sadıq Bağırov 1940-сı ildə Bakı şəhərində anadan olub, 1978-ci ildən Kaluqada yaşayır. Rusiya Rəssamlar İttifaqının üzvü olan Sadıq Bağırov şəhər, vilayət və respublika sərgilərinin iştirakçısı idi. Yaratdığı onlarla rəsm əsəri hazırda Azərbaycan, Rusiya, Ukrayna, ABŞ, Fransa, İtaliya, Almaniya, Yuqoslaviya, Polşa və Braziliyada şəxsi kolleksiyalarda saxlanılır. O, Rusiya prezidenti Vladimir Putinin mədəniyyət məsələləri ilə bağlı Kaluqa vilayəti üzrə müşaviri olmuşdur.20 may 2015-ci ildə vəfat etmişdir. Kaluqanın Litvinski məzarlığında torpağa tapşırılıb.
Sadıq Dadaşov
Sadıq Ələkbər oğlu Dadaşov (2 (15) aprel 1905, Bakı, Bakı quberniyası, Rusiya imperiyası – 24 dekabr 1946, Moskva) — Azərbaycan-sovet memarı, memarlıq tarixçisi, Azərbaycan sovet memarlığının banilərindən biri, professor, SSRİ Memarlıq Akademiyasının müxbir üzvü (1941), Azərbaycan SSR EA-nın akademiki (1945), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1940), SSRİ Dövlət Mükafatı laureatı (1941). == Həyatı == Sadıq Ələkbər oğlu Dadaşov 15 aprel 1905-ci ildə Bakıda anadan olmuşdur.Sadıq Dadasov 1929-cu ildə M. Əzizbəyov adına Bakı Politexnik İnstitutunun İnşaat fakültəsini bitirmişdir.O, 1944-cü ildə Azərbaycan SSR Xalq Komissarları Soveti yanında Memarlıq İşləri İdarəsinin ilk rəisi olmuşdur.Sadıq Dadaşov 1941-ci ildə SSRİ Memarlıq Akademiyasının müxbir üzvü, 1945-ci ildə yeni yaradılmış Azərbaycan SSR Elmlər Akademiyasının (indiki Azərbaycan Milli Elmlər Akademiyası) akademiki seçilmişdir.1940-cı ildə ona Azərbaycan SSR əməkdar incəsənət xadimi fəxri adı verilmiş və 1941-ci ildə SSRİ Dövlət mükafati laureatı olmuşdur.O, “Lenin” ordeni, “Qırmızı Əmək Bayrağı” ordeni və medallarla təltif edilmişdir.Sadıq Dadaşov 24 dekabr 1946-cı ildə Moskvada vəfat etmiş, Bakıda dəfn olunmuşdur. == Elmi fəaliyyəti == Sadıq Dadaşov Azərbaycan memarlıq irsinin ilk elmi tədqiqatçısıdır. O, Azərbaycan memarlığı tarixinin öyrənilməsinin əsasını qoymuş, bu məqsədlə 1934-1940 və 1944-1946 illərdə Azərbaycanın bir sıra rayonlarına elmi səfərlər təşkil etmişdir.Sadıq Dadaşov memarlıq və nəzəri əsərlərini görkəmli Azərbaycan memarı və memarlıq tarixçisi Mikayıl Hüseynovla birgə yaratmışdır. Sadıq Dadaşovun layihəsi əsasında Bakıda və respublikanın digər şəhərlərində çoxlu yaşayış, ictimai və mədəni-məişət binaları tikilmiş və bu memarlıq əsərləri Azərbaycan memarlığının inkişafında böyük rol oynamışdır.Sadıq Dadaşov 1929-1933 illərdə 23 tikilinin layihəsini vermişdir. Bunlara Bakıdakı fabrik-mətbəx (Bayılda), Azərbaycan Sənaye İnstitutunun yeni binası (indiki Azərbaycan Dövlət Neft Akademiyası; hər ikisi 1932), İncəsənət işçiləri üçün ev, bir sıra yaşayış binaları kompleksi, Qazaxdakı Pedaqoji Texnikumun binası (hamısı 1933) aiddir. Sadıq Dadaşovun əsas işləri: Azərbaycan Texniki Universitetinin binası (1935) "Nizami" kinoteatrının binası (1934) Bakı Musiqi Akademiyasının binası (1936) Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin binası (1940) və s.Sadıq Dadaşov Nizami Gəncəvinin 1946-cı ildə Gəncədə , 1949-cu ildə Bakıda qoyulmuş abidələrinin layihə müəllifidir. == Əsas elmi əsərləri == Памятники Азербайджанской архитектуры в Баку. Москва, 1938. Архитектурные памятники Баку.
Sadıq Elcanlı
Sadıq Elcanlı (Sadıq Qurbanqulu oğlu İbrahimov) — ssenari müəllifi, kino redaktoru. == Həyatı == Sadıq Elcanlı 12 yanvar 1956-cı ildə Dəvəçinin Surra kəndində anadan olub. Universitetin flologiya fakültəsində təhsil alıb (1974-1979). 1980-ci ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri şirkətində işləyir, ədəbiyyat və incəsənət redaksiyasında baş redaktordur. "Sirli səsin sorağı", "Əbədi sevginin xatirələri" povest və hekayələr kitabının müəllifi, əməkdar jurnalistdir. 2016-cı ildə Cəfər Cabbarlı mükafatına layiq görülmüşdür.6 noyabr 1992-ci ildə Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəy tərəfindən “Azərbaycan Respublikasının əməkdar jurnalisti” fəxri adına layiq görülüb == Filmoqrafiya == Abbas Səhhət (film, 2007) (qısametrajlı sənədli film) (AzTV) — ssenari müəllifi "Atikva" ümid deməkdir (film, 1994) Avşarlar (film, 1996) Bəsdir, ağlama! (film, 1999) Bir ömrün xatirəsi (film, 2007) Böyük ömrün davamı (film, 2007) Dahi qurucu (film, 2009) Dünya bir pəncərədir (veriliş, 2007) Etnoqrafik etüdlər (film, 1996) Ey, Vətən! (film, 1995) Əbədi zirvə (film, 1998) Əbədiyyət ünvanı (film, 2004) Güllələnmiş heykəllər (film, 2002) Hacı Arif (film, 1995) Heydər Əliyev və Azərbaycan dili (film, 1997) Xilaskar. I film (film, 2003) Xilaskar. II film (film, 2003) İşğal (film, 1994) Kamil (film, 1997) Qanlı Bakı (film, 1994) Qisas günü (film, 1993) Qobustan (film, 1997) Mətbuat fədaisi (film, 2007) Novruz (film, 1995) Olacağa çarə yoxdur (film, 2003) Pirə qayıdan yol (film, 1994) Səhnəmizin Yaşarı (film, 1996) Səni axtarırıq...
Sadıq Hüseynov
Sadıq Hüseynov (aktyor)
Sadıq Həsənzadə
Sadıq Həsən oğlu Həsənzadə (1906, Bakı – 1979, Bakı) — aktyor, Azərbaycan SSR əməkdar artisti (1958). == Həyatı == Əməkdar artist olub. Gəncə teatrının qüdrətli xarakterlər ustası kimi şöhrət qazanıb. Otuz ılə yaxın Gəncə teatrında işləyib və yaşlı vaxtlarında Sumqayıt teatrında, "Azərbaycanfilm" studiyasında çalışıb. Gəncə teatrında ifa etdiyi əsas rollar: Elxan və Yanardağ, Uryadnik, Şərif və Aftil ("Od gəlini", "1905-ci ildə" və "Almaz", Cəfər Cabbarlı), Vəli ("Bahar", Məmmədhüseyn Təhmasib), Qurbanov, Mirzə Qərənfil ("Aşnalar" və "Xoşbəxtlər", Sabit Rəhman), Əbdək ("Nizami", Mehdi Hüseyn), Nüsrət ("Qatır Məmməd", Zeynal Xəlil), Montano və Yaqo ("Otello", Vilyam Şekspir), Hacı Qara, Xan ("Hacı Qara" və "Lənkəran xanının vəziri", Mirzə Fətəli Axundzadə), Zeynəboğlu ("Vəfa", Rəsul Rza), Dev ("Məlik Məmməd", Əyyub Abbasov), Rzaqulu ("Hacı Fərəc", Nəcəf bəy Vəzirov), Şapur, Qacar ("Fərhad və Şirin" və "Vaqif", Səməd Vurğun), Xacə Süleyman ("Qərq edilmiş daşlar", İlo Mosaşvili), Ağasəlim ("Atayevlər ailəsi", İlyas Əfəndiyev), Tahir ("Xəyanət", Həsən Bicari və Qulamrza Cəmşidi), Qənbərov ("Günəş", Lütfəli Həsənov), Qulam ("Vicdan", Bəxtiyar Vahabzadə), Cjou Pu Yuan ("Tufan", Tsao Yuy), Əfrasiyab ("Səyavuş", Hüseyn Cavid), Cönendro ("Qanq qızı", Rabindranat Taqor), Tumacov ("Kişilər", Altay Məmmədov), Ömər ("Şücayət qəbul edilmir", Toktobolat Əbdülmöminov), Farsadan ("Tariyel", Məmmədəli Nəsirov), Sarvan ("Kəndçi qızı", Mirzə İbrahimov), komissar ("Anacan", Yusif Əzimzadə), Gəray bəy ("Komsomol poeması", İsgəndər Coşqun), Milton Sterlinq ("Sarı əlcək", Əfqan Əsgərov), Dərviş ("Nəsrəddin", Yusif Əzimzadə), Kazım ("Ürək yanarsa...", Teymur Məmmədov), Mark Tuysk ("Azmış oğul", Eqon Rannet), Yanar ("Ürək sevərsə... ", Əlyar Yusifli), Braun ("Üç qəpiklik opera", Bertolt Brext). == Filmoqrafiya == Azərbaycan naminə (film, 2005) Bayquş gələndə... (film, 1978) Bir cənub şəhərində (film, 1969) Biri vardı, biri yoxdu... (film, 1967) Dənizə çıxmaq qorxuludur (film, 1973) Dörd bazar günü (film, 1975) Firəngiz (film, 1975) Gecə söhbəti (film, 1971) Həyat bizi sınayır (film, 1972) Xoşbəxtlik qayğıları (film, 1976) İki dəfə iki (film, 1973) Qanun naminə (film, 1968) Qatır Məmməd (film, 1974) Qayınana (film, 1978) Qızıl qaz (film, 1972) Mezozoy əhvalatı (film, 1976) Nəsimi (film, 1973) O qızı tapın (film, 1970) Od içində (film, 1978) Putyovka (film, 1975) Səmt küləyi (film, 1973) Tütək səsi (film, 1975) Var olun, qızlar... (film, 1972) Yeddi oğul istərəm...
Sadıq Murtuzayev
Sadıq (Sadıx) Nəbi oğlu Murtuzayev (25 iyul 1927, İlisu, Şəki qəzası – 4 fevral 2021) — Azərbaycan dövlət və partiya xadimi, Azərbaycan Kəndli-Fermer Təsərrüfatları İstehsalat Birliyinin sədri, filologiya elmləri namizədi, Şəki, Abşeron və Ağdam Rayon Partiya Komitələrinin birinci katibi. == Həyatı == S. Murtuzayev 1956-cı ildə Zaqatala rayon Partiya Komitəsinin ikinci katibi seçilir. Bir qədər sonra namizədlik dissertasiyası müdafiə edərək elmlər namizədi alimlik adı alır. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Vəli Axundov onun bu işini alqışlayır, digər partiya işçilərinə nümunə göstərir. Sadıq müəllim tez-tez respublika mətbuatında aktual mövzularla çıxışlar edir. 1959-cu ildə Zaqatala rayon Partiya Komitəsinin birinci katib seçilən S. Murtuzayev cəmi ilyarım sonra SSRİ Ali Sovetinın deputatı olur və Sov. İKP-nin XXII qurultayına nümayəndə seçilir, Lenin orderinə layiq görülür. 1962-ci ildə Azərbaycan KP MK-nın ideologiya şöbəsinin müdiri, 1963-cü ildən 1990-cı ilin sonunadək Abşeron, Şəki, Ağdam və yenidən Abşeron rayonlarının birinci katibi vəzifələrində çalışır. O, eyni zamanda 30 ilə yaxın Azərbaycan KP MK-nın üzvü, Sov. İKP-nın XXII, XXIII qurultaylarının və XIX Ümumittifaq Partiya Konfransının nümayəndəsi olur.
Hadi Sayi Binəkövül
Hadi Sayi Binəköhl (Farsca:هادی ساعی بنه كُهل) İranda - Azərbaycanın Təbriz şəhəri yaxınlığında yerləşən Baostanava bölgəsinin Qarakövül kəndində, 1976-ci il iyunun 10-da anadan olub. Tehranın Rey (Şabdüləzim) şəhərində böyümüşdür. Hadi Sayı Taekvondo üzrə 2000-ci il Olimpiya oyunlarının gümüş, 2004 və 2008-ci il olimpiya oyunlarının isə qızıl medallarına layiq görülmüşdür. Hazırda Tehran Şəhər Şurasına üzvlük üçün namizəddir. Hadi Sayi 2008-ci il Olimpiya oyunlarında qazandığı qızıl medalı azərbaycanlılara ithaf etmişdir.
Sədi Sani Qarabaği
Sədi Sani Qarabaği (1854, Cinli – 1879, Amasya) — XIX əsr Azərbaycan şairi. == Həyatı == Sədi Ocaqqulu oğlu Sani 1854-cü ildə Qarabağın Cavanşir qəzasının Cinli kəndində doğulmuşdur. Təhsilini Şuşada və Türkiyənin Amasiya şəharində Hacı Mir Həmzə Seyid Nigarinin yanında almışdır. "Məclisi-fəramuşan" şairləri xüsusilə Həsənəli xan Qaradaği ilə yaxınlıq və dostluq etmişdir. Klassik üslubda, Azərbaycan və fars dillərində yazmış, bədii irsinin bir hissəsi qalmışdır. İtedadlı və məhsuldar şaır Sadi Sani 25 yaşında, 1879-cu ildə vəfat etmişdir.
Sadi (Bostanabad)
Sadi (fars. سعدی‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 62 nəfər yaşayır (11 ailə).
Sadi Sink
Sadie Anne Sink (ing. Sadie Sink; 16 aprel 2002) — amerikalı aktrisa və model. == Həyatı == Sink 16 aprel 2002-ci ildə Texas ştatında anadan olmuşdur. Üç qardaşı və bir bacısı var. == Fəaliyyəti == === Aktrisa === Sink Şüşə qəsr filmində Vudi Harrelson rolunu canlandırmışdır. 2017-ci ildə Qəribə şeylər serialında Maksin "Maks" Meyfild rolunu canlandırmışdır. === Model === Sink ilk dəfə 2018-ci ildə Parid Dəb həftəsində podiuma çıxmışdır. Yaş limitinin 16 olmasına baxmayaraq, Sink 15 yaşında idi. Həmçinin Kate Spade, Vogue, L'Officiel Paris, Chanel və Givenchy Beauty üçün model çəkilişləri etmişdir.
Şadi Çalıq
Mehmet Şadi Çalıq (türk. Mehmet Şadi Çalık; 6 dekabr 1917, İraklion – 24 dekabr 1979, İzmir) — Türkiyə heykəltaraşı. 1940-1948-ci illərdə İstanbul Gözəl Sənətlər Akademiyasında professor Rudolf Bellinqin şagirdi olmuşdur. 1950-1951-ci illərdə karyerasına Fransanın Paris şəhərində davam etmişdir. Dövlət Gözəl Sənətlər Akademiyasının Heykəl bölməsində təhsil üzvü olmuşdur. Plastır, bürünc, dəmir və taxta kimi müxtəlif məmulatlardan istifadə edərək hazırladığı heykəlləri İstanbul Rəsm və Heykəl muzeyində yerləşir. Əsərlərinə Orta Şərq Texniki Universitetində yerləşən Atatürk heykəli, İzmir mədəniyyət parkındakı heykəllər, Əsaf Halət Çələbi büstü, İstanbul bələdiyyə sarayı dekorları və s. aiddir. Neo-klassik üslubunda başladığı karyerasında vaxtilə mücərrəd və "Minimunizm" adlandırdığı heykəli ilə minimalist bir anlayışa istiqamətlənən Çalığın əsərlərində sadəlik və açıqlıq aydın görünür. == Bioqrafiya == Mehmet Şadi Çalıq 6 dekabr 1917-ci il tarixində Yunanıstana aid olan Krit adasının İraklion şəhərində anadan olmuşdur.
Sarı Gəlin (Sami Yusifin mahnısı)
Sarı gəlin — 2014-cü il Sami Yusuf qrupunun The Centre albomundan olan mahnı. Mahnının ingiliscə sözləri Vill Noksa, musiqisi Sami Yusifə aiddir. == Klip == Klipin rejissoru Ömər Həbibdir.
Cadi
Cadi (gürc. მჭადი) — ənənəvi olaraq lobio və pendirlə yeyilən ənənəvi gürcü qarğıdalı çörəyi.
Ladi
Ladi (rus. лади, ing.
Sadiq
Sadiq — ad.
Sari
Sari — İranın Mazandaran ostanının və Sari şəhristanının mərkəzidir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 259,084 nəfər və 71,522 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti mazandaranlılardan ibarətdir və mazandaran dilində danışırlar. Mazandaranlılardan əlavə, türkmənlər, ermənilər də az sayda bu şəhərdə yaşayırlar.
Sati
Sati ritualı — Sadiqlik rəmzi hesab olunur. Sati-i Süfla (Meşkinşəhr) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. Sati-i Ülya (Meşkinşəhr) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. Sati-i Vusta (Meşkinşəhr) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd.
Sədi
Sədi — ad. Sədi Şirazi — orta əsr fars ədəbiyyatı, qəzəl janrının ən görkəmli nümayəndəsi. Sədi Sani Qarabaği — XIX əsr Azərbaycan şairi.
Vadi
Vadi- (rus. вади, ing. wadi Şm. Afrika və Ərəbistanın səhralarında quru və ya dövrü axımı olan dərələrin ərəbcə adı.
Şada
Şada — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda kənd. Pirçayın (Şahbuz çayın qolu) sahilindədir. == Tarixi == Oykonomin türkdilli şoto etnoniminin fonetik təhlilə uğramış variantı ilə bağlılığı ehtimal edilir. MƏnbələrə görə tayfa adını yaşadığı eyni adlı səhradan götürmüşlər. VII əsrdə Şərqi Türküstanın Çu vadisində dövlətlərini yaratmış şatolar oğuz, xəzər və monqol yürüşləri zamanı Azərbaycanda məskunlaşmışlar. Tayfa XİX əsrdə qırğızların tərkibində şada adı ilə qeydə alınmışlar. == Əhalisi == Əhalisi 182 nəfərdir.
Şadlı
Şadlı — toponim və təxəllüs. toponimlərAşağı Şadlı (Çaldıran) — Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. Yuxarı Şadlı (Çaldıran) — Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd.bu təxəllüsü olan şəxslər İbrahim xan Şadlı — Şadlı elinin elbəyi, Fətəli şah Avşarın sərkərdəsi. Yarməhəmməd xan Şadlı — Şadlı elinin elbəyi, Nasirəddin şah Qacar dövründə vali. Cəfərqulu xan Şadlı — Şadlı elinin elbəyi, Nadir şah Avşarın sərkərdəsi. Aslan sultan Şadlı — Qərbi Azərbaycandakı Şadlı elinin başçısı.digərŞadlı eli — Azərbaycan xalqının tarixində önəmli rol oynamış qurumlardan biridir. Şadlı tayfası — Xorasanda yaşayan kürd tayfası.
Şafi
Məhəmməd ibn İdris əş-Şafii (28 avqust 767, Qəzzə, Abbasilər – 20 yanvar 820) — Şafi məzhəbinin banisi. == Həyatı == Şafii məzhəbinin qurucusu Məhəmməd ibn İdris əş-Şafii 767-ci ildə Qəzzədə (Fələstində) dünyaya gəlmişdir. Soyu Qureyş tayfasındandır. Erkən yaşlarından atasını itirib ehtiyac içində böyüyən, lakin istedadlı olan gənc Məhəmməd Quran və hədisləri mükəmməl öyrənmiş, sonra isə Məkkəyə köçüb, tanınmış alimlərdən müxtəlif elmlərə dair dərs almışdır. Daha sonra bacarıq və istedadı sayəsində çeşidli dövlət vəzifələrində çalışmış, müəllimlik fəaliyyəti ilə də məşğul olmuşdur. Ömrünün çox hissəsini Bağdadda, son illərini isə Misirdə keçirmiş və 820-ci ildə orada da vəfat etmişdir. == İmam əş-Şafinin nəsəbi == O, Əbu Abdilləh Muhəmməd bin İdris bin Abbas bin Osman bin əş-Şafi bin Səib bin Ubeyd bin Abdi Yezid bin Haşim bin əl-Muttalib bin Abdi Manaf əl-Muttalibi əl-Qureyşidir. Rəsulullah - səllallahu aleyhi və alihi səlləmin - nəsəbi ilə babası Abdu Manaf ibnu Qusayda birləşir. Künyəsi Əbu Abdilləhdir. Amma Əbu Hənifədən fərqli olaraq künyəsi ilə deyil babası əş-Şafiyə nisbəti ilə məşhurdur.
Şahi
Şahi—Azərbaycan Səfəvilər dövlətinin gümüş sikkəsi. == Tarixi == Səfəvilər dövlətinin yaranması Azərbaycanın qədim torpaqlarının bir bayraq altında birləşməsi demək idi. Bu gün numizmatika elminə məlum olan ilk Səfəvi sikkəsi I İsmayılın adından 1501-ci ildə zərb edilmişdi. 1510-cu ildə Şah İsmayılın özbək Seybani xanın üzərindəki qələbəsindən sonra, Xorasan da Səfəvilər sərhədlərinə qatılmış və burada da 12 İmamın və İsmayılın adından sikkələr zərb edilmişdi. Onun adından zərb olunan sikkələrin cəmi 5 ədədi təyin edilmişdi. Bunlar Astaradan və Çaykənddən aşkar edilmiş dəfinədən təyin edilmiş orta çəkiləri 1:2:4:8:16 nisbətində, yəni kvadrat nisbətində olaraq 18,71:9,37,4,68:2,34:1,02 qr. olmuşdu. Bu sikkələr şahı adlanır və 2 misqal çəkidə yəni 9,36 qr, və ya 48 noxud çəkisində olurdu. Dəyişildikdə 50 ədəd 2 misqala bərabər mis fulusa dəyişdirilirdi. Bundan başqa, 1 misqal çəkili 4,68 qramda yarımşahı – (24 noxud), dörddə bir – şahı – 2,34 qr, səkkizdə bir – şahı – 1,77 qr.
Şahı
Şahi—Azərbaycan Səfəvilər dövlətinin gümüş sikkəsi. == Tarixi == Səfəvilər dövlətinin yaranması Azərbaycanın qədim torpaqlarının bir bayraq altında birləşməsi demək idi. Bu gün numizmatika elminə məlum olan ilk Səfəvi sikkəsi I İsmayılın adından 1501-ci ildə zərb edilmişdi. 1510-cu ildə Şah İsmayılın özbək Seybani xanın üzərindəki qələbəsindən sonra, Xorasan da Səfəvilər sərhədlərinə qatılmış və burada da 12 İmamın və İsmayılın adından sikkələr zərb edilmişdi. Onun adından zərb olunan sikkələrin cəmi 5 ədədi təyin edilmişdi. Bunlar Astaradan və Çaykənddən aşkar edilmiş dəfinədən təyin edilmiş orta çəkiləri 1:2:4:8:16 nisbətində, yəni kvadrat nisbətində olaraq 18,71:9,37,4,68:2,34:1,02 qr. olmuşdu. Bu sikkələr şahı adlanır və 2 misqal çəkidə yəni 9,36 qr, və ya 48 noxud çəkisində olurdu. Dəyişildikdə 50 ədəd 2 misqala bərabər mis fulusa dəyişdirilirdi. Bundan başqa, 1 misqal çəkili 4,68 qramda yarımşahı – (24 noxud), dörddə bir – şahı – 2,34 qr, səkkizdə bir – şahı – 1,77 qr.
Şali
Şali (çeç. Шела) - Rusiyanın subyekti olan Çeçenistan respublikasında yerləşən Şalinski rayonunun şəhər mərkəzi. == Coğrafiyası == Şəhər Şalinski rayonunun mərkəzi hissəsində, Çeçen düzənliyinin ətəklərindən keçən meşə silsiləsini kəsən Bass çayının hər iki sahilində yerləşir. Arqun dəmiryol stansiyasından 18 km cənubda və Qroznı şəhərindən 36 km cənub-şərqdə, regional avtomobil magistralı qovşağının keçdiyi yerdədir. Şəhərin sahəsi 2009-cu ilin məlumatlarına görə 27,02 km²-dir. Mülayim kontinental iqlim üstünlük təşkil edir. Orta illik yağıntının miqdarı təxminən 450 mm-dir. == Tarixi == XIX əsrin ortalarında Şali Böyük Çeçenistanın ən böyük kəndlərindən biri idi. Strateji mövqeyinə görə, aul Qafqaz müharibəsi illərində çar qoşunlarına hücum etmək üçün yola çıxan İmam Şamil qoşunlarını toplanma nöqtəsi kimi xidmət edirdi. 1944-cü ildə Çeçenlər və İnquşların məcburi köçürülməsindən və Çeçen-İnguş Muxtar Sovet Sosialist Respublikasının ləğv edilməsindən sonra kənd Mejdureçe adlandırıldı.
Şami
Şami — Lənkəran mətbəxinə aid yemək Şami Lənkəran mətbəxinə aid yeməkdir. Görünüş etibarilə şami tava-kabab və kotletə oxşayır, amma şaminin tərkibinin hazırlanma qaydası onlardan bir qədər fərqlidir. Burada ət əvvəlcə bişirilir, sonra çəkilib küftəcik şəkili verildikdən sonra qızardılır. Şamini adətən plovla süfrəyə verirlər (Lənkəranda şami-plov adlanan plov var). == Lazım olan ərzaqlar == 18-20 ədəd şami üçün 1 kg sümüksüz, yağsız qoyun əti 2 ədəd orta baş soğan - qabığını soyun, bütöv qalsınlar 2 ədəd yumurta zövqə görə duz zövqə görə istiot təxminən üçdə bir stəkan duru yağ - qızartmaq üçün == Hazırlanma qaydası == Əvvəlcə əti və bütöv soğanları bir qazana qoyun. Üstünə ərzaqları örtəcək qədər su tökün. Bir çimdik duz atın. Qaynadın və təxminən 30 dəqiqə bişirin. Ət tamamilə bişməlidir. Qazanın suyunu süzün (suyunu düşbərə üçün istifadə edə bilərsiniz).
Kadi
Kadi — ad. Kadi (futbolçu) — Braziliyalı futbolçu. Yevdokiya Kadi — Kipr müğənnisi.
Xan bağı (Bakı)
Xan bağı - İçərişəhərdə yerləşən və Bakı xan sarayı kompleksinin tərkibində olan tarixi bağdır. Xan bağı sarayın birinci həyətinə, xan ailəsinə məxsus evin qarşısında yerləşir. Bağın mərkəzində kiçik hovuz yerləşir. Həmçinin bağ ərazisində ovdan və təndir vardır. Park ərazisində Azərbaycan florasının ayrılmaz ünsürləri olan Eldar şamı, çinar, sərv, ağcaqayın və digər ağaclar saxlanılmış, əlavə olaraq isə müvafiq sahədə gümüşvari küknar, ağ akasiya, leylan sərvi, adi yasəmən, Şərq tuyası, müxtəlif qızılgül kolları vardır. 2018-ci ildən Bakı xan sarayı kompleksi ərazisində bərpa və yenidənqurma işlərinə start verilmişdir. == Tarixi == Bakı xan sarayı şəhərin qədim nüvəsi olan İçərişəhərdə tikilmişdi. Kompleksin inşasına 1754-cü ildə Əbdülrəhim bəy və Mehdiqulu bəyin sifarişi ilə başlanılmışdır. Kompleksin ilk tikililəri Böyük Qala küçəsi boyunca tikilmiş, sonrakı yüzillik ərzində, yəni XIX əsrin sonlarına kimi həyət istiqamətində də tikililərin sayı artırılmışdır. Azərbaycanın SSRİ tərkibinə qatılmasına kimi sarayın birinci həyətində bulaqlar və bağ mövcud idi.
Yapon bağı (Bakı)
Yapon bağı — Azərbaycanın Bakı şəhərində, Xətai rayonunun Heydər Əliyev parkında yerləşən yapon üslubunda bağ. == Tarixi == Azərbaycanda ilk yapon bağı 2009-cu ilin oktyabrında İsmayıllı rayonunda tikilmişdir. Açılış mərasimində prezident İlham Əliyev iştirak etmişdir.Bakıda yapon bağının salınması barədə qərar 2014-cü ildə verilmişdir. Tikinti işləri isə 2015-ci ilin fevralında başlamışdır. Tikintidə Yaponiyadan gəlmiş 11 nəfər mütəxəssis çalışmışdır. Bağın açılışı 15 oktyabr 2015-ci ildə baş tutmuşdur. Açılış mərasimində Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov, Yaponiyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Tsuquo Takahaşi, Azərbaycan Respublikası Prezident Administrasiyasının məsul əməkdaşı Tağı Tağıyev, Yapon bağları və parklarının salınması və dizaynı üzrə ixtisaslaşmış "Kosugi Zohen" şirkətinin prezidenti Saki Kosuqi və rayon sakinləri, səlahiyyətli şəxslər iştirak ediblər. == Xüsusiyyətlər == Parkda qədim Yaponiya mədəniyyətini, folklorunu və milli ornamentlərini əks etdirən atributlar, torii quraşdırılıb, İtaliyanın Pistoya şəhərindən gətirilmiş sakura, aser, şam ağacı və digər yapon mənşəli ağac və gül kolları əkilib. Xızı rayonundan gətirilən təbii qaya və çay daşlarından şəlalə kompleksi yaradılıb, eləcə də oturacaqlar quraşdırılıb.