Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ernest Telman
Ernest Telman (alm. Ernst Thälmann‎; 16 aprel 1886, Altona — 18 avqust 1944, Buhenvald) — Almaniya komunistlərinin lideri. == Həyatı == Errnst Telman 1886-cı il aprel ayının on altısında Hamburqda İohann Telmanın ailəsində anadan olmuşdur. Ernst gənc yaşlarından işləməyə başlamışdır. O əvvəlcə günəmuzd fəhlə, sonra mebel daşıyan, yük daşıyan arabaçı, liman fəhləsi, dənizçi işləmişdir. Proletar şüuru getdikcə artan Ernst 1902-ci ildə Almaniya Sosial-demokrat Partiyasının (ASDP) sıralarına, iki ildən sonra isə Hamburq nəqliyyat işçiləri həmkarlar ittifaqına daxil oldu. Hamburqun fəhlə kütlələrinin kapitalist zülmkarlara qarşı apardıqları amansız mübarizə ona daim inqilabiləşdirici təsir göstərirdi. Axı Avqust Bebelin reyxstaqda Hamburqun nümayəndəsi olması nahaq deyildi. Telman nəqliyyatçı fəhlələri müdafiə etmək üçün tez-tez həmkarlar ittifaqlarının yığıncaqlarında çıxış edir, həmkarlar ittifaqlarındakı bürokratlara kəskin hücum edirdi. Bürokratlar hələ o zaman Telmana barışmaz üsyançı və inqilabçı kimi baxırdılar.
Telman Allahverənov
Telman Fazil oğlu Allahverənov (7 iyul 1995; Mingəçevir, Azərbaycan — 8 oktyabr 2020; Ağdərə, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Telman Allahverənov 1995-ci il iyulun 7-də Mingəçevir şəhərində anadan olub.2003-cü ildə Mingəçevir şəhər 1 Nömrəli tam orta məktəbə gedib və 2014-cü ildə bitirib. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Telman Allahverənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə savaşıb. Telman Allahverənov oktyabrın 8-də Ağdərə istiqamətində şəhid olub. Mingəçevir şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Telman Allahverənov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Telman Aslanov
Telman Ağakərim oğlu Aslanov — azərbaycanlı alim, kimya üzrə elmlər doktoru. == Həyatı == Aslanov Telman Agakərim oglu 1947-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1965-1971-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunda kimya-texnologiya fakültəsində mühəndis-texnoloq ixtisası üzrə təhsil aldıqdan sonra 1971-ci ildə Neft Kimya Prosesləri İnstitutunun Sumqayıt filialında baş laborant vəzifəsində işə başlamışdır. 1973-1987-ci ilə kimi həmin laboratoriyada k.e.i. vəzifəsində çalışmış T.A.Aslanov 1984-cü ildə Neft-Kimya Prosesləri İnstitutunda elmlər namizədi dissertasiya işini müdafiə etmiş və kimya elmləri namizədi elmi dərəcəsi almışdır. 1987-ci ildə isə o, baş elmi işçi vəzifəsinə keçirilmişdir. Aslanov T.A. 1997-2014-cü illərdə AMEA PMİ-nin 13 saylı “Polikondensləşmə” laboratoriyasının müdiri vəzifəsində çalışmışdir. 2007-ci ildə kimya elmləri doktoru alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdir. AMEA-nın Fəxri Fərmanı ilə təltif olunmuşdur. Yüksəkmolekullu Birləşmələr Kimyası sahəsində bir mütəxəssis kimi o, 2010-cu ildə Amerika Bioqrafiya İnstitutunda keçirilən sorğuya görə “İlin adamı” (tibb və sağlamlıq sahəsində) adına layiq görülmüşdür.
Telman Ağayev
Ağayev Telman Məmmədəli oğlu (10 oktyabr 1935, Vağudi, Qarakilsə rayonu – 9 may 2020) — biologiya elmləri doktoru (1983), professor (1989), AMEA-nın müxbir üzvü (2001). == Həyatı == Telman Ağayev 10 oktyabr 1935-ci ildə Ermənistan Respublikasının Sisyan rayonunun Vağudi kəndində anadan olub. Ali təhsilini 1959-cu ildə Azərbaycan Kənd Təsərüfatı İnstitutunun Zootexnika fakültəsində alıb. == Əmək fəaliyyəti == Telman Ağayev 1960-cı ildən Naxçıvan MSSR Nazirlər Sovetində təlimatçı, kənd təsərrüfatı üzrə referant vəzifələrini icra edib. 1963-cü ildə Kənd Təsərrüfatı Nazirliyində Heyvandarlıq şöbəsinin müdiri olan Telman Ağayev 1967-ci ildə Elmlər Akademiyasının Fiziologiya İnstitutunda kiçik elmi işçi, 1973-cü ildə isə böyük elmi işçi kimi fəaliyyət göstərib. Alim 1975–2019-cu illərdə isə laboratoriya rəhbəri vəzifəsini icra edib.Telman Ağayev 1993–1995-ci illərdə Azərbaycan EA-nın A. İ. Qarayev adına Fiziologiya İnstitutunda elmi işlər üzrə direktor müavini olub. 1995–2003-cü illərdə həmin institutun direktoru vəzifəsini icra edib. Alim 2020-ci ildən bu elmi müəssisədə baş elmi işçi kimi fəaliyyət göstərib.Telman Ağayev AMEA-nın "Xəbərləri" (biologiya və tibb elmləri seriyası), "Ekoenergetika" və Gürcüstan EA "Xəbərləri" jurnallarının redaksiya heyətinin üzvü kimi fəaliyyət göstərib (2012). Habelə, T. Ağayev YUNESKO-nun Azərbaycan Respublikasında "Bioetika, Elmi Biliklərin və Texnologiyaların Etikası" Milli Komitəsində təmsil olunmuş, Beyin Tədqiqatları üzrə Beynəlxalq Təşkilatın (IBRO, 1996) üzvü olub. === Üzv olduğu cəmiyyətlər === Azərbaycan Biokimya Cəmiyyətinin sədri; Avropa Biokimyaçılar Cəmiyyətinin üzvü (1999); Azərbaycan Fizioloqlar Cəmiyyətinin vitse-prezidenti(1995–2004); Respublika Biokimyaçılar və Molekulyar Bioloqlar Cəmiyyətinin İdarə Heyətinin üzvü; Azərbaycan Fizioloqlar Cəmiyyətinin prezidenti (2005); == Əsas elmi nailiyyətləri == Telman Ağayev 1969-cu ildə "Mədə reseptorlarının qıcıqlanması zamanı baş beyində zülal və aminli turşuların mübadiləsi" mövzusunda namizədlik, 1983-cü ildə "Beyinin görmə analizatorunun strukturlarında qlutamin turşusu sisteminin formalaşmasının yaş xüsusiyyətləri" mövzusunda isə doktorluq dissertasiyalarını müdafiə etmişdir.
Telman Ağdamski
Telman Əhməd oğlu Ağdamski (6 avqust 1936, Ağdaş) — azərbaycanlı kimyaçı, kimya elmləri doktoru, Azərbaycan Respublikasının əməkdar müəllimi (2012). == Həyatı == Telman Ağdamski (Bədəlbəyli) 6 avqust 1936–cı ildə Ağdaşda anadan olmuşdur. Azərbaycanın opera müğənnisi, əməkdar incəsənət xadimi Əhməd Ağdamskinin oğludur. Ağdaş orta məktəbini bitirmiş (1943-1953), ADU-nun Kimya fakültəsində təhsil almışdır (1953-1958). Tələbə olarkən Azərbaycan Elmlər Akademiyasının (indiki Azərbaycan Milli Elmlər Akademiyası) Qeyri-Üzvi və Fiziki Kimya İnstitutunda lobarant kimi əmək fəaliyyətinə başlamışdır (1957). Həmin institutun aspiranturasına daxil olub (1958), "Dehidrogenləşmə və polimerləşmə reaksiyalarında xrom-alüminium katalizatorunda nadir torpaq elementlərinin və əlaqələndiricilərin tədqiqi" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir (1965). İnstitutun kiçik elmi işçisi olmuş, sonralar APİ-nin Analitik və fiziki kimya kafedrasında dosent (1967), Kimya fakültəsinin dekanı (1972-1981 illər) vəzifələrində işləmişdir. "İkivalentli nadir - torpaq elementlərinin tsiklopentadienil (arenil) metalkarbonilte-trahidrofuranat komplekslərinin sintezi, quruluşu və katalitik xassələri" mövzusunda dissertasiyasına görə kimya elmləri doktoru alimlik dərəcəsi almışdır (1992). "Fiziki kimya" ixtisası üzrə professordur (1995). Hazırda Analitik və fiziki kimya kafedrasının professorudur.
Telman Bağırov
Telman Bağırov (tam adı: Telman Malik oğlu Bağırov; 9 sentyabr 1960, Port-İliç, Lənkəran rayonu, Azərbaycan SSR, SSRİ – 20 yanvar 1990, Bakı, Azərbaycan SSR, SSRİ) — Qanlı Yanvar şəhidi. == Həyatı == 1960-cı il sentyabrın 9-u Lənkəran rayonunun Port-İliç yaşayış məntəqəsində (indiki Liman şəhəri) anadan olmuşdur. Port-İliçdə orta kənd məktəbini bitirdikdən sonra hərbi xidmətə çağırılmış, hərbi xidmətini başa vurduqdan sonra Bakı şəhər 12 nömrəli texniki-peşə məktəbini bitirərək kinomexanik sənətinə yiyələnmişdir. Daha sonra Bakı məişət kondisionerləri zavodunun 1 nömrəli sexində işləmişdir. Orada əvvəlcə partiya sıralarına, daha sonra isə əla xasiyyətnamə ilə 26 Bakı komissarı rayonunun daxili işlər şöbəsinin milis mühafizə bölməsinə qəbul olunmuşdur. Milis rütbəsi kiçik serjant olmuşdur. 1989-cu il noyabr ayında Şuşanın Malıbəyli kəndində gedən döyüşlərdə iştirak etmişdir.Ailəli olmuş, yeganə qızı Nişanə ölümündən 22 gün sonra, 1990-cı il fevralın 11-də anadan olmuşdur. == Qanlı Yanvar faciəsi == «Dostluq» kinoteatrının yanındakı danışıq məntəqəsinin qarşısında əsgərlər tərəfindən vurulmuşdur. Xəstəxanada ona tibbi yardım göstərilənə qədər «Dostluq» kinoteatrının yaxınlığında vəfat etmişdir. Bacısı Hörmətin xatirələrindən: Şəhidlər xiyabanında dəfn edilmişdir.
Telman Bəkirov
Telman Muxtar oğlu Bəkirov — Alim, texnika elmləri doktoru, Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü, Rusiya Elmi-Tədqiqat Qaz İnstitutunun laboratoriya rəhbəri. == Həyatı və elmi fəaliyyəti == Telman Bəkirov 1941-ci ildə Qazax şəhərində anadan olmuşdur. Qazax şəhər 1 saylı orta məktəbi bitirmişdir. 1960-cı ildə Azərbaycan Dövlət Neft və Kimya İnstitutuna (indiki Neft və Sənaye Universiteti) daxil olmuş və 1965-ci ildə bitirmişdir. 1965–1970-ci illərdə Respublikanın kimya və qaz sənayesi müəssisələrində mühəndis vəzifəsində işləmişdir. 1970-ci ildə Moskvaya gedərək Ümumittifaq Elmi-Tədqiqat Qaz İnstitutunda aspirant, elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi vəzifələrində çalışmışdır. 1972-ci ildə "Yüksək təzyiqdə karbohidrogenli qazların absorbsiya qabiliyyətinin tədqiqi" mövzusunda dissertasiya müdafiə edərək texnika elmləri namizədi elmi dərəcəsi almışdır. 1991-ci ildə "Təbii qazların ilkin emalının absorbsiya prosseslərinin intensivləşdirilməsi" mövzusunda dissertasiya işini mudafiə edərək texnika elmləri doktoru elm dərəcəsi almışdır. Tədqiqat işləri ittifaqın neft və qaz yataqlarında geniş tətbiq olunmuş, Urenqoy və Yamburqda çox səmərəli nəticələr vermişdir. 200-dən çox elmi əsərin, 4 monoqrafiyanın, bir kitabın, 20 kəşfin müəllifidir.
Telman Cəfərov
Telman Cəfərov (filoloq) — filologiya elmləri doktoru, professor. Telman Cəfərov (rəssam) — Azərbaycan rəssamı.
Telman Hacıyev
Telman Hacıyev (bəstəkar) — Azərbaycan bəstəkarı.
Telman Hüseyn
Telman Hüseyn — Azərbaycan Yazıçılar Birliyinin üzvü(1998), şair. == Həyatı == Hüseynоv Telman Canbaхış оğlu, 2 fevral 1941-ci ildə Vedi (Qarabağlar) rayоnunun Haхıs kəndində anadan оlub. 1951-ci ildə ailəsi ilə birlikdə Qərbi Azərbaycandan Bərdə rayоnunun Otuzikilər kəndinə depоrtasiya оlunmuşdur. 1958-ci ildə Bakı şəhərində orta məktəbi bitirmişdir. 1968-ci ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqоji İnstitutunun filоlоgiya fakültəsinə qəbul оlmuş və 1972-ci ildə həmin iхtisası bitirmişdir. Telman Hüseynin ilk şeiri 1968-ci ildə "Gənc müəllim" qəzetində çap оlunmuşdur. 1972-1974-cü illərdə təyinatla İmişli rayоnunda müəllim kimi əmək fəaliyyətinə başlamışdır. 1974-cü ildən hal-hazıra qədər Bərdə rayоnunun Оtuzikilər kəndində kənd оrta məktəbinin ədəbiyyat müəllimi işləyir. 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 2006-cı ildən Bərdə "Söz" ədəbi birliyinin sədridir.
Telman Hüseynov
Telman Hüseynov (iqtisadçı) (azərb. Telman Əlihüseyn oğlu Hüseynov‎) — Azərbaycan Dövlət İqtisad Universitetinin professoru. Telman Hüseynov (hərbçi) (azərb. Telman Əsgər oğlu Hüseynov‎) – Azərbaycan Silahlı Qüvvələrinin polkovniki, Vətən Müharibəsi Qəhrəmanı.
Telman
Telman — Kişi adı. Telman Adıgözəlov — Azərbaycanın məşhur televiziya, teatr və kino aktyoru Telman Abışev — Vətən müharibəsi şəhidi Telman Abdinov — rəssam Telman Abdullayev — azərbaycanlı şəhid Telman Aslanov — azərbaycanlı alim, kimya üzrə elmlər doktoru Telman Bağırov — "20 Yanvar" şəhidi Telman Bəkirov — Alim, texnika elmləri doktoru Telman Ağdamski — azərbaycanlı kimyaçı Telman Ağayev — biologiya elmləri doktoru, professor Telman İsmayılov — Rusiyada yaşayan iş adamı və AST Şirkətlər Qrupunun sahibi Telman Allahverənov — Vətən müharibəsi şəhidi Telman Həsənli — Vətən müharibəsi şəhidi Telman Həsənov — şəhid Telman Məmmədov — Qarabağ müharibəsi şəhidi. Telman Orucov — Azərbaycan dövlət və siyasi xadimi Telman Ələkbərov — Vətən müharibəsi şəhidi Telman Kəlbiyev — Vətən müharibəsi şəhidi Telman Nəhmətov — Vətən müharibəsi şəhidi Telman Nəbiyev — tanınmış Azərbaycan neft mühəndisi Telman Nüsrətoğlu — tarix elmləri doktoru Telman Tatarayev — coğrafiya elmləri doktoru, professor Telman İbadov — azərbaycanlı dövlət və siyasi xadim Telman İmanov — İqtisad elmləri doktoru, professor Telman Həmidov — Texnika elmləri namizədi, dosent Telman Qurbanov — professor Telman Kazımov — dövlət xadimi Telman Kazımov (hərbçi) — Telman Miriyev — Aprel döyüşlərininnin hərbi rəhbərlərindən biri Telman Məlikov — Azərbaycan Milli Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutunun professoru Telman Paşayev — sovet sərbəst güləşçisi Telman Xəlilov — coğrafiya elmləri doktoru, professor Telman Salahov — Azərbaycanlı futbolçu və məşqçi Telman Zeynalov — Azərbaycan heykəltəraşı Telman Cəfərov Telman Cəfərov (filoloq) — filologiya elmləri doktoru, professor Telman Cəfərov (rəssam) — Azərbaycan rəssamı Telman Hüseyn — şair Telman Hüseynov Telman Hüseynov (iqtisadçı) — Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Telman Hüseynov (hərbçi) — Vətən Müharibəsi QəhrəmanıTelman HacıyevTelman Hacıyev (bəstəkar) — Azərbaycan bəstəkarı. Telman Hacıyev (professor) — professor. Telman Hacıyev (fleytaçı) — Azərbaycan SSR əməkdar incəsənət xadimi Telman Hacıyev (mühəndis) — elmlər doktoru, professor Telman Hacıyev (polkovnik) — Ədliyyə polkovnikiTelman Quliyev — Qax rayonu icra hakimiyyətinin başçısı (2009–2010). Telman Səfərov — şair-publisist.
Telman Həmidov
Telman Həmidov — Texnika elmləri namizədi, dosent. Telman Muxtar oğlu Həmidov 1940-cı ildə Şəki şəhərində anadan olmuşdur. O,1948–1958-ci illərdə orta məktəbdə oxumuş, 1958-ci ildə Azərbaycan Politexnik İnstitutuna daxil olmuş, 1953-cü ildə institutun inşaat fakültəsini qurtarmışdır. Oxuduğu illərdə nümunəvi tələbə olduğundan, institutu qurtaran kimi "Mühəndis rəsmxəti" kafedrasında assistent vəzifəsinə işə götürülmüşdür. İnstitutda işlədiyi ilk gündən onu qabiliyyətli, bacarıqlı, təvazökar və savadlı bir müəllim kimi tanımışlar. Buna görə də T. Həmidov 1969-cu ilbə baş müəllim vəzifəsinə keçirilmişdir. 1975-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutu təşkil olunduqdan sonra T. Həmidov öz fəaliyyətini burada "Mühəndis qrafikası" kafedrasında davam etdirmişdir. T. M. Həmidov 1975-ci ildə görkəmli alim, texnika elmləri doktoru, professor A. Mustafayevin rəhbərliyi altında hazırladığı elmi dissertasiyasını müdafiə edərək, texnika elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür. O, 1991-ci ildə dosent elmi adını almışdır. T. Həmidov dəfələrlə beynəlxalq elmi-metodik konfranslarda məruzə etmiş, 22 elmi-metodik əsər çap etdirmişdir ki, əsərlərdən 5-i fransız dilində nəşr edilmişdir.
Telman Həsənli
Telman Rafiq oğlu Həsənli (3 mart 1998; Bağbanlar, Biləsuvar rayonu, Azərbaycan — 18 oktyabr 2020; Zəngilan rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Telman Həsənli 1998-ci ilin martın 3-də Bağbanlar kəndində anadan olub. 2018-ci ildə ordu sıralarında həqiqi hərbi xidmətini başa vurduqdan sonra ayrilmayib. == Hərbi xidməti == Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Telman Həsənli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Telman Həsənli ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət və fədakarlıq göstərdiyinə, habelə təşəbbüskar və qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Telman Həsənli ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Telman Həsənli ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Telman Həsənli ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Telman Həsənov
Həsənov Telman Yelmar oğlu (15 noyabr 1939, Kərkicahan – 31 oktyabr 1991, Kərkicahan) — şəhid. == Həyatı == Telman Həsənov 15 noyabr 1939-cu ildə Xankəndi şəhəri yaxınlığındakı Kərkicahan kəndində dünyaya gəlmişdir. Təhsilini Xankəndi şəhəri 4 saylı tam təmayüllü orta məktəbində alır. Məktəbi 1956-cı ildə qızıl medalla bitirir və Bakı Yanğından Mühafizə İdarəsi nəzdindəki İnstitutda dərs alır. Sonra bir müddət həmin komandanlıqda işləyir. 1963-cü ildə Xankəndidəki yanğından mühafizə alayına göndərilir. 1968-ci ildə ailə həyatı qurur. 1975-ci ildə ermənilərin fitnəsi ilə vəzifəsindən çıxarılır. 1984-cü ildən Xankəndi və Xocalı tikinti idarələrində iş icraçı işləyir. == Müharibə illəri == Telman Həsənov 1988-1991-ci illərdə Dağlıq Qarabağdakı proseslərdə torpaqların müdafisində fəal iştirak edir.
Telman Kazımov
Telman Məmməd oğlu Kazımov (9 fevral 1937, Lənkəran – 31 oktyabr 2016) — Azərbaycan inşaatçı-mühəndisi və dövlət xadimi, Azərbaycan SSR quraşdırma və xüsusi tikinti işləri naziri (1982–1988), Azərbaycan SSR Baş Quraşdırma və Xüsusi Tikinti İşləri İdarəsinin rəisi (1976–1982), Azərbaycan SSR əməkdar inşaatçısı. == Həyatı == Telman Məmməd oğlu Kazımov 9 fevral 1937-ci ildə Lənkəran şəhərində anadan olmuşdur. 1955-ci ildə buradakı 4 nömrəli orta məktəbi bitirmiş, 1955–1960-cı illərdə Azərbaycan Politexnik İnstitutunun inşaat fakültəsində "İstilik-qaz təchizatı və ventilyasiyası" ixtisası üzrə təhsil almışdır. İnstitutda kafedra assistenti olmuşdur.Əmək fəaliyyətinə SSRİ Quraşdırma və Xüsusi Tikinti İşləri Nazirliyinin Rostov şəhərindəki "Qavsantexquraşdırma" trestinin Bakı Quraşdırma İdarəsində usta vəzifəsində başlayan Telman Kazımov 1962–1966-cı illərdə Bakı Quraşdırma İdarəsində istehsalat şöbəsinin müdiri olmuş, Abşeron Mexanikləşdirilmiş Səyyar Dəstəsində rəis işləmişdir. 1966–1972-ci illərdə isə Bakı "Santexquraşdırma" idarəsinin rəisi vəzifəsində çalışmışdır.Telman Kazımov 1972–1976-cı illərdə Azərbaycan SSR Nazirlər Soveti Quraşdırma və Xüsusi Tikinti İşləri İdarəsi rəisinin müavini, 1976–1982-ci illərdə isə idarənin rəisi olmuşdur. 1982-ci ildə bu idarənin bazasında Azərbaycan SSR Quraşdırma və Xüsusi Tikinti İşləri Nazirliyi yaradılmış və o, nazir vəzifəsinə təyin edilmişdir. 1988-ci ildə nazirlik ləğv edildikdən sonra Telman Kazımov SSRİ Quraşdırma və "Azərquraşdırmaxüsusitikinti" ərazi tikinti-quraşdırma birliyinin rəisi və "Azərquraşdırmaxüsusitikinti" istehsalat tikinti-quraşdırma birliyinin rəisi olmuşdur. 1991-ci ildən "AzQUR" Açıq Səhmdar Cəmiyyətinin sədri olmuşdur.Telman Kazımov Azərbaycan 1963-cü ildən Sov.İKP üzvü olmuş, Azərbaycan Kommunist Partiyası Təftiş Komissiyasının üzvü seçilmişdir. Azərbaycan SSR Ali Sovetinin 9 və 10-cu çağırış deputatı olmuşdur. "Qırmızı əmək bayrağı" və "Xalqlar dostluğu" ordenləri və "Rəşadətli əməyə görə" medalı ilə təltif edilmiş, "Azərbaycan SSR əməkdar inşaatçısı" fəxri adına layiq görülmüşdür.
Telman Kəlbiyev
Telman Yadigar oğlu Kəlbiyev (24 mart 1988; Neftçala rayonu, Azərbaycan SSR — 2 oktyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Telman Kəlbiyev 1988-ci il martın 24-də Neftçala rayonunun Bankə qəsəbəsində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun giziri olan Telman Kəlbiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Telman Kəlbiyev oktyabrın 2-də Murovdağ döyüşləri zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Telman Kəlbiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Telman Kəlbiyev ​ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Telman Laçınlı
Telman Səfərov (tam adı:Səfərov Telman Yadigar oğlu 22 oktyabr 1936, Laçın rayonu – 7 noyabr 2018) İqtisadçı, şair-publisist. == Həyatı == Səfərov Telman Yadigar oğlu 22 oktyabr 1936-cı ildə Laçın rayonunun Gəloxçu camaatı adlanan elatın Qarıqışlaq kəndində ziyalı ailəsində anadan olub. 1945–1955-ci tədris illərində Qarıqışlaq kənd orta məktəbində təhsil almış və yüksək qiymətlərlə məktəbi bitirmişdir. İlk ixtisas təhsilini Bakı şəhərində alıb, ardınca Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indikiAzərbaycan Dövlət İqtisad Universiteti) İqtisadiyyat fakültəsində Xalq təsərrüfatının planlaşdırılması ixtisası üzrə ali təhsil alıb. Sonradan ixtisasını dəyişmək məqsədi ilə Bakı şəhərində Moskvanın Kooperativ İnstitutunda qiyabi yolla əlavə olaraq Əmtəəşünas ixtisası üzrə ali təhsil almışdır. İlk əmək fəaliyyətinə baş iqtisadçı kimi "Telman" adında kolxozda başlamışdır. 2 il işlədikdən sonra fasilə vermədən 36 il baş mühasib işləmişdir. 1993-cü ilin iyun ayından 1999-cu ilin sonuna kimi Bərdə rayon prokurorluğunda ictimai əsaslar üzrə təftişçi mühasib işləyib. Ailəlidir, 3 oğul, 4 qız atasıdır. Övladlarının hamısı ali təhsillidir.
Telman Miriyev
Telman Mirbaba oğlu Miriyev (19 iyul 1981, Cəlilabad rayonu – 28 oktyabr 2016, Cəlilabad rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı; [[Xüsusi Təyinatlı Qüvvələr (Azərbaycan)|Xüsusi Təyinatlı Qüvvələr]; Aprel döyüşlərininnin hərbi rəhbərlərindən biri. == Həyatı == Telman Miriyev 19 iyul 1981-ci ildə Cəlilabad rayonunda doğulmuşdur. == Hərbi xidməti == Telman Miriyev Lələtəpə azad olunması əməliyyatlarına rəhbərlik etmişdir.
Telman Məlikov
Telman Qulu oğlu Məlikov — Azərbaycan Milli Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutunun professoru. == Həyatı == 1972-ci ildə Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, həmin ildə təyinatla indiki Gəncə Dövlət Universitetinə müəllim göndərilmişdir. Dekabr 1972-ci il, Dekabr 1975-ci il müddətində BDU-nun Aspirantı olmuşdu.1976-1977-ci illərdə Gəncə Dövlət Universitetində işləmişdir. 1977-ci ildən 2013-cü ilədək Azərbaycan Texnologiya Universitetində(Gəncə şəhəri) işləmişdi. 1990-cı ildən 2005-ci ilədək Ali riyaziyyat kafedrasının müdiri olmuşdu. 11.01.2000-ci ildən 13.03.2013-cu ilədək universitetin rektor vəzifəsini icra etmişdir.2014.04.01 tarixindən AMEA-nın Riyaziyyat və Mexanika İnstitunda işləyir. == Elmi fəaliyyəti == T.Q.Məlikov 1972-ci ildə ADU-nun aspiranturasına daxil olmuş, 1976-cı ildə «Bəzi optimal sistemlərdə məxsusi proseslərin tədqiqi » mövzusunda 01.01.02-«Diferensial və inteqral tənliklər» ixtisası üzrə namizədlik dissertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almışdır. Professor T.Q.Məlikov 2005-ci ildə 01.01.09 - «Diskret riyaziyyat və riyazi kibernetika» ixtisası üzrə «Bəzi optimal idarə məsələlərində optimallıq üçün zəruri şərtlər» mövzusunda doktorluq dissertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsi almışdır. T.Q.Məlikov 1992-ci ildən professordur. Professor T.Q.Məlikov AMEA-nın müxbir üzvü Q.T.Əhmədovun Respublikamızda yaratdığı optimal idarə məktəbinin davamçılarından biridir.
Telman Məmmədov
Telman Məmmədov (Telman Rza oğlu Məmmədov; 1948 - 8 noyabr 1992) — Qarabağ müharibəsi şəhidi. == Həyatı == Telman Məmmədov 1948-ci ildə Şuşada dünyaya göz açmışdır. Qarabağ müharibəsi başlayan illərdə Şuşa özünümüdafiə dəstəsinə könüllü getmiş və döyüşmüşdür. 8 noyabr 1992-ci ildə döyüş tapşırığını yerinə yetirərkən həlak olmuşdur. Yevlax rayonunun Hürüuşağı kəndində torpağa tapşırılmışdır. == Həmçinin bax == Qarabağ müharibəsi Erməni terrorizmi Azərbaycanlıların Soyqırımı Günü == İstinadlar == XATİRƏ KİTABI. 10-CU CİLD, SƏH. 220.
Telman Nüsrətoğlu
Telman Nüsrətoğlu (tam adı: Quliyev Telman Nüsrət oğlu;1971, Zəngilan rayonu) — tarix elmləri doktoru.[mənbə göstərin] == Həyatı == Tarix Elmləri Doktoru Quliyev Telman Nüsrət oğlu 1971-ci ildə Zəngilan rayonunun Babaylı kəndində anadan olub. Orta məktəb təhsilini əlaçı olaraq bitirən Telman Nüsrətoğlu 1993-cü ildə ölkəmizdə ilk dəfə tətbiq edilən test üsullu tələbə qəbulu imtahanından yüksək bal toplayaraq dövlət hesabına qardaş Türkiyə dövlətinin Mərmərə Universitetinə ali təhsil almağa göndərilib. Tələbəlik illərində İstanbulda nəşr edilən "Gənc Aydın" jurnalının baş redaktoru olub, müntəzəm olaraq Türkiyə mətbuatında məqalələrlə çıxış edib. Bakalavr təhsilini tamamladıqdan sonra eyni universitetin Ümumi Türk Tarixi kafedrasında magistr təhsilinə qəbul olunub. Magistr təhsilini uğurla başa vuraraq Çarlıq Rusiyasının Azərbaycanı işğalı mövzusunda elmi işinini müdafiə etdikdən sonra Türkiyənin ən öncül universitetlərindən biri olan İstanbul Universitetində doktora təhsili və tarix araşdırmalarına davam edib. İstanbul Universitetində böyük Türk tarixçiləri Zəki Vəlidi Toqan və İbrahim Kafesoğlunun təməllərini atdığı Ümumi Türk Tarixi kafedrasında elmi işini müdafiə edərək tarix üzrə elmlər doktoru elmi dərəcəsi alıb. Sabunçu rayonunun Zabrat qəsəbəsində yaşamaqdadır. Ailəlidir, dörd övladı var. == Siyasi fəaliyyəti == Bir müddət Müsavat Partiyasının üzvü olmuş, Yasamal Rayon Təşkilatının sədri olmuşdur. 2003-cü il prezident seçkilərindən sonra partiyadan istefa vermişdir.
Telman Nəbiyev
Telman Əsəd oğlu Nəbiyev — tanınmış Azərbaycan neft mühəndisi. == Həyatı == Telman Nəbiyev 10 sentyabr 1934-cü ildə Qazax rayonun Ikinci Şıxlı kəndində müəllim ailəsində dünyaya gəlib. 1957-ci ildə M. Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunu bitirib. Azərbaycan neft sənayesində müxtəlif rəhbər vəzifələrdə işləyib. 1967-ci ildə Bakı-Batumi Neft Kəməri Idarəsinin rəisi, 1970-ci ildən 1985-ci ilə qədər Zaqafqaziya Maqistral Neft Kəmərləri Idarəsinin rəisi işləyib. 1985-ci ildən "Xəzərdənizneftgaz" İstehsalat Birliyinin baş direktor müavini, 1988-ci ildən "Xəzərdənizneftgaz" İB-nin Əsaslı Tikinti Idarəsinin direktoru olmuş, 1992-ci ildən 1999-cu ilə qədər Azerbaycan Dovlət Neft Şirkətində müxtəlif rəhbər vəzifələrdə çalışmışdır. 1 noyabr 2012-ci ildə Bakı şəhərində vəfat edib. Bir qızı, bir oğlu var. == Mükafatları == "Şərəf Nişanı" ordeni və medallarla təltif olunub.
Telman Nəhmətov
Telman Təyyar oğlu Nəhmətov (29 aprel 1990; Astara rayonu, Azərbaycan SSR — 31 oktyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Telman Nəhmətov 1990-cı il aprelin 29-da Astara rayonunun Alaşa kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun kiçik çavuşu olan Telman Nəhmətov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Telman Nəhmətov oktyabrın 31-də Hadrutun azad edilməsi zamanı şəhid olub. Astara rayonunun Alaşa kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Telman Nəhmətov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Telman Nəhmətov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Telman Nəhmətov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.
Telman Orucov
Telman Xəlil oğlu Orucov (1940, Qaramanlı, Yevlax rayonu) — Azərbaycan dövlət və siyasi xadimi. == Həyatı == Telman Xəlil oğlu Orucov 1940-cı ildə Yevlax rayonunun Qaraimanlı kəndində müəllim ailəsində anadan olmuşdur. Atası Xəlil Həsənqulu oğlu 1943-cü ildə Böyük Vətən müharibəsində cəbhədə həlak olmuş, anası Suqra Nağı qızının himayəsində böyümüşdür. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin İqtisad fakültəsinə daxil olmuş, 1964-cü idə universiteti fərqlənmə diplomu ilə bitirmişdir. Tələbə illərində Kommunist partiyası sıralarına daxil olaraq 1991-ci ildəki partiyanın ləğvinə qədər onun sıralarında fəaliyyət göstərmişdir. == Siyasi fəaliyyəti == 1965-ci ilin iyununda Beyləqan (keçmiş Jdanov) rayon partiya komitəsinə təlimatçı təyin olunmuş, 1966-cı ilin sonundan 1969-cu ilin ortalarınadək rayon komsomol komitəsinin birinci katibi işləmiş, rayon partiya komitəsinin büro üzvü seçilmişdir. 1969-cu ildə iyul ayının əvvəllərində Beyləqan rayon partiya komitəsinin ikinci katibi seçilmiş, bu vəzifədən 1971-ci ilin avqustunda Moskvaya, Sov.İKP Mərkəzi Komitəsi yanındakı Ali Partiya Məktəbində oxumağa göndərilmiş, 1973-cü ilin iyulunda bu təhsilini də fərqlənmə diplomu ilə başa vurmuşdur. 1973-cü ilin avqustundan 1975-ci ilin iyununa qədər Azərbaycan KP Mərkəzi Komitəsinin Təşkilat-partiya işi şöbəsinin inspektoru, 1975−1980-ci illərdə Ağdam rayon partiya komitəsinin birinci katibi vəzifələrində işləmişdir. 1980-ci ilin martında respublika tədarük naziri, bir il sonra isə respublika meyvə-tərəvəz təsərrüfatı naziri təyin edilmişdir. 1985-ci ilin sonunda aqrar sahə üzrə nazirliklərin və baş idarələrin birləşməsindən yaradılmış Dövlət Aqrar-Sənaye Komitəsi sədrinin birinci müavini – respublika naziri təyin edilmişdir.
Afət Telmanqızı
Afət Telmanqızı— LAF TV-nin həmtəsisçisi (2020-ci ildən), telejurnalist, Azərbaycan Respublikasının əməkdar jurnalisti == Həyatı == Məhərrəmova Afət Telman qızı 7 noyabr, 1975-ci il, Bakı şəhərində anadan olub. Bakıda İlqar Əbülhəsənov adına 42 saylı orta məktəbi bitirib. 1997-ci ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin bakalavr, 2000-ci ildə isə magistr pilləsini bitirib. Ali məktəbdə oxuduğu illərdə- 1993-1997-ci illərdə "Səhər" qəzetində", "Müxalifət", "Millət" qəzetlərində, AZTV-də təcrübə keçib. 1997-ci ildən rəsmi əmək fəaliyyətinə başlayıb. İlk iş yeri " Hürriyyət" qəzeti olub. 2000-ci illərdə " Yeni Müsavat" qəzetində müxbir kimi çalışıb. 2001-ci ildən isə ANS TV-də redaktor, sonra Xəbərlər Departamentinin baş redaktoru olub. "Xəbərçi", "Nəzər nöqtəsi", "Açıq söhbət" verilişlərinin aparıcısı olub. İlk dəfə ANS- də müstəqilliyin bərpa tarixinə həsr olunmuş "Var dövlətimiz Azərbaycan" sənədli fìlminin müəllifi olub.
Allahyar Telmanlı
Allahyar Elman oğlu Telmanlı (1 sentyabr 1992, Şərur rayonu, Naxçıvan Muxtar Respublikası – 9 oktyabr 2020, Cəbrayıl rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Allahyar Telmanlı 1992-ci il sentyabrın 1-də Şərur rayonunun Yengicə kəndində anadan olub. 2010-2014-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. == Hərbi xidməti == Azərbaycan Ordusunun baş leytenantı olan Allahyar Telmanlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Allahyar Telmanlı oktyabrın 9-da Cəbrayılın azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Allahyar Telmanlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Allahyar Telmanlı ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Allahyar Telmanlı ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.
Elman Telmanoğlu
Elman Telmanoğlu Cəfərov (25 yanvar 1980, Sumqayıt) — Politoloq, Telejurnalist. == Həyatı == Elman Telmanoğlu Cəfərov 25 yanvar 1980-ci ildə Sumqayıt şəhərində anadan olub. "Azərbaycan Jurnalistlət Birliyi"nin üzvüdür. 1997–2001-ci illərdə Azərbaycan Texniki Universitetinin, Telekommunikasiya fakültəsində Bakalavr təhsili almışdır, 2021–2023-cü illərdə Ukrayna respublikasında İ. İ. Meçnikov adına Odessa Dövlət Universitetində Politologiya ixtisası üzrə Magistr dərəcəsinə yiyələnmişdir.
Telman Bağırov küçəsi
Telman Bağırov küçəsi — Bakının cənub- şərqində, tarixi İçərişəhərdə küçə. == Tarixi == 1990-cı il yanvarın 20-də Azərbaycan SSR-in paytaxtı Bakı şəhərində Sovet İttifaqı bölmələrinin siyasi müxalifət mitinqlərinə boğulmasında ölən gənc Telman Bağırovun (1960-1990) adı verilmişdir. Sovet dövründə Pestel adlanırdı. == Tikili == Memarlıq abidələri № 5 (1868), № 6 (1880), № 7 (1890), № 8 (1800),№ 9 (1898), № 11 (1858), № 14 (1800), № 15 (1900), № 17 (1910) yerli əhəmiyyətə malikdir. == Mənbə == "20 Yanvar Şəhidi" fəxri adı alanların siyahısı Ичеи-шехер.
Telman Cəfərov (filoloq)
Cəfərov Telman Həmzağa oğlu — filologiya elmləri doktoru, professor, Bakı Slavyan Universitetinin tədris işləri üzrə prorektoru, Rus ədəbiyyatı kafedrasının professoru, Azərbaycan Respublikasının Əməkdar müəllimi. == Həyatı == Cəfərov (Vəlixanlı) Telman Həmzağa oğlu 1963-cü ilin 22 iyul tarixində Yardımlı rayonunun Vəlixanlı kəndində anadan olmuşdur. Ali məktəbi fərqlənmə diplomu ilə bitirdikdən sonra 1985-1988-ci illərdə doğma kəndində rus dili və ədəbiyyat müəllimi kimi çalışmış və 1988-ci ildə Bakı Slavyan Universitetinin (əvvəlki M.F.Axundov adına APRDƏİ) əyani aspiranturasına daxil olmuşdur. Aspirantura müddətində ordu sıralarında xidmət etmiş və 1992-ci ildə «M.Y.Lermontovun nəsri Azərbaycan ədəbiyyatşünaslığı və tərcümələrində» adlı namizədlik dissertasiyası müdafiə etmişdir. 2004-cü ildə isə «Qədim rus ədəbiyyatında slavyan-türk əlaqələri» mövzusunda doktorluq dissertasiyası müdafiə edərək, filologiya elmləri doktoru adına layiq görülmüşdür. 1992-ci ildə Bakı Slavyan Universitetinin (BSU) rus ədəbiyyatı və onun tədrisi metodikası kafedrasında laborant vəzifəsinə qəbul edilən Telman Cəfərov (Vəlixanlı) hazırda həmin kafedranın professorudur. 2008-ci ildə professor elmi adını almışdır. Elmi və yaradıcı fəaliyyətlə yanaşı, o, 1996-2014-cü illərdə BSU nəzdində Məktəb-lisey Kompleksinin (əvvəlki adları: "Turan" liseyi; BSU Humanitar liseyi) direktoru kimi çalışmışdır. 2014-cü ilin aprel ayında Bakı Slavyan Universitetinin tədris işləri üzrə prorektoru təyin edilmişdir. Filologiya elmləri doktoru, professor Telman Cəfərov (Vəlixanlı) 1993-cü ildə yaradılmış «Mütərcim» Tərcümə və Nəşriyyat-Poliqrafiya Mərkəzinin təsisçisidir.
Telman Cəfərov (rəssam)
Telman İsmayıl oğlu Cəfərov (d.8 aprel 1939, Gəncə şəhəri- ö.11 oktyabr 1994, Gəncə şəhəri) — Sovet, Azərbaycan respublikası rəssamı, müəllim, şair, SSSri rəssamlar ittifaqının üzvü. == Həyatı == Erkən illəri Cəfərov Telman İsmayıl oğlu 1939-cu ildə aprelin 8-də Gəncədə anadan olmuşdur. Orta təhsilini Gəncə şəhərində başa vurmuş, 1958-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbinə daxil olmuş və 1963-cü ildə “Rəsm və rəsmxət müəllimi” ixtisası üzrə tam kursu bitirmiş və eyni zamanda SSSri rəssamlar ittifaqına üzv olmuşdur. 1964-cü ildə H.Zərdabi adına Kirovabad (indiki Gəncə) Dövlət pedoqoji instituna daxil olmuş və 1969-cu ildə “Pedoqogika və ibtidai təhsil metodikası” ixtisası üzrə tam kursu bitirmişdir. Əmək fəaliyyətinə orta məktəbdə rəsm müəllimi kimi başlamış, uşaq rəssamlıq məktəbində müəllim, direktor vəzifəsində işləmiş. Eyni zamanda Gəncə Dövlət Pedoqoji institunda “Təsviri incəsənət” fənnindən dərs demişdir. 1982-ci ildən ömrünün sonuna qədər Gəncə Dövlət Rəsm Qalareyasının direktoru vəzifəsində işləmişdir. Ailəli olmuş, 2 oğlu, 1 qızı və 7 nəvəsi var. Yaradıcılığı Telman Cəfərovun yaradıcılıq yolu 1960–cı illərin sonu 1970–ci illərin əvvəlindən başlayır. Telman Cəfərov "aralıq" yaş qrupuna aiddir: "sərt uslubun" idealları artıq öz işini bitirmiş, gələcək "yetmişincilərin" yaradıcılıq proqramı isə hələ rüşeym halındadır.
Telman Hacıyev (HİK sədri)
Telman Həbib oğlu Hacıyev — Yerli Sənaye və Kommunal-Məişət Müəssisələri İşçilərinin Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri, Ədliyyə polkovniki. == Həyat və fəaliyyəti == 1951-ci ildə anadan olmuşdur. 1972-ci ildə Bakı Dövlət Universitetini bitirmişdir. 1982-1987-ci illər ərzində təhsilini keçmiş SSRİ Daxili İşlər Nazir-liyinin Volqoqrad şəhərindəki Ali İstintaq Akademiyasında davam etdirmişdir. 1976-cı ildən 2006-cı ilə qədər hüquq-mühafizə orqanlarında müxtəlif vəzifələrdə çalışmışdır. 2006-2008-ci illərdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında hüquq şöbəsinin müdiri işləmişdir. 2008-ci ilin aprelində Yerli Sənaye və Kommunal-Məişət Müəssisələri Fəhlələrinin Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri seçilmişdir. AHİK-in Məclis və İcraiyyə Komitəsinin üzvüdür. == Mükafatları == Azərbaycan Respublikasının sosial-ictimai həyatında göstərdikləri xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunmuşdur. Azərbaycanda həmkarlar hərəkatının inkişafındakı xidmətlərinə görə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmuşdur.
Telman Hacıyev (bəstəkar)
Hacıyev Telman Hacı oğlu (9 iyun 1930, Gəncə, Gəncə dairəsi – 5 yanvar 1991, Bakı) — [Azərbaycan bəstəkarı], [Azərbaycanın əməkdar incəsənət xadimi], Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının bədii rəhbəri, musiqilərin işlənməsi üzrə mütəxəssis və redaktor. O, 200-dən çox bədii və sənədli filmə, həmçinin çoxsaylı televiziya və radio verilişlərinə musiqi bəstələyib == Ailəsi == 14.03.1969-cu il tarixində ailə qurmuşdur. Atası — Hacıyev Hacı Vəli oğlu, 1903-cü il (Bakı Dövlət Universitetinin Coğrafiya Kafedrasının müdiri, dosent) Anası — Hacıyeva Böyükxanım Ağa qızı, 1910-cu il (Gəncə şəhəri İcraiyyə Komitəsinin katibi) Qardaşı — Hacıyev Tarik Hacı oğlu, 1928-ci il (Respublikanın baş geoloqu, Azərbaycan SSR Geologiya İnstitutunun direktoru) Bacısı — Hacıyeva Fəridə Hacı qızı, 1940-cı il (Azərbaycan İqtisad Universitetinin Təbiət Elmləri Kafedrasının baş müəllimi) Həyat yoldaşı — Hacıyeva (Abdullayeva) Sevda, 1943-cü il Qızı — Hacıyeva Lalə, 1970-ci il Oğlu — Hacıyev Anar, 1972-ci il == ÜMUMİ MƏLUMAT == Anadan olduğu tarix — 09.06.1930, Gəncə şəhəri, Azərbaycan 05.01.1991-ci il tarixində Bakı şəhərində vəfat etmişdir. Təhsili: Üzeyir Hacıbəyov adına Dövlət Konservatoriyası Musiqi bəstəkarlığı ixtisası üzrə təhsil almışdır — 1958–1964. İş təcrübəsi: 1. Azərbaycan Respublikasının Dövlət Televiziya və Radio Komitəsi Musiqilərin işlənməsi üzrə mütəxəssis — 04.04.1958 Musiqi verilişləri üzrə redaktor köməkçisi- 01.07.1958 Musiqi verilişlərinin redaktoru- 01.10.1958 Azərbaycan musiqisi üzrə redaksiya heyətinin böyük redaktoru — 01.09.1961 Musiqi verilişləri şöbəsində baş redaktor müavini — 16.07.1963 Televiziyada əsas musiqi proqramları üzrə baş redaktor — 01.08.1971 Radioda musiqi redaksiyasının baş redaktoru — 01.01.1973 −10.02.1975 2. Azərbaycan SSR Bəstəkarlar İttifaqı Məsləhətçi — 01.03.1975 −16.04.1975 3. Azərbaycan Dövlət Filarmoniyası Dövlət Mahnı və Rəqs Ansamblının bədii rəhbəri — 21.04.1975 −05.04.1983 4. Azərbaycan Respublikasının Dövlət Televiziya və Radio Komitəsi. Dövlət Komitəsinin musiqi kollektivlərinin bədii rəhbəri −15.08.1983 −03.12.1984 5.
Telman Hacıyev (fleytaçı)
Hacıyev Telman Muxtar oğlu — Azərbaycan SSR əməkdar incəsənət xadimi, fleytaçı, fəlsəfə elmləri doktoru, 4 milli ifaçılaq mukafatı laureatı, Azərbaycan Musiqi Xadimləri ittifaqı üzvü, Bakı musiqi Akademiyası incəsənət nəzəriyyəsi və tarixi kafedrasının müdiri, professor. == Həyatı == Telman Hacıyev 1937 il yanvarın 31-də anadan olmuşdur. 1961-ci ildə Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını fərqlənmə diplomu ilə fleyta ixtisası üzrə bitirmişdir. 1959-cu ildə Azərbaycan Dövlət Universitetinin iqtisadiyyat fakültəsini, 1964-cü il P. İ. Çaykovski adına Moskva dövlət konservatoriyasını fleyta üzrə əyani aspiranturanı bitirmişdir. Musiqi estetikası elminə maraq göstərərək fəlsəfə elmləri doktoru, professor V. K. Skaterşikovun elmi rəhbərliyi ilə 1972-ci ildə «Azərbaycan musiqi mədəniyətində sosializm realizmi metodunun problemi» mövzusunda fəlsəfə elmləri namizədi dissertasiyası müdafiə etmişdir. 1975-1976-cı illərdə SSRİ mədəniyyət nazirliyi xətti ilə Misir Ərəb Respublikasında Qahirə konservatoriyasının professoru vəzifəsində işləmiş və Qahirə, İsgəndəriyyə, Naqhamadi, Xeluan şəhərlərində solo konsertlər vermişdir. 1984-cü ildə «İncəsənətin sosial fəallığı» mövzusunda doktorluq dissertasiyası müdafiə edərək fəlsəfə elmləri doktoru elmi dərəcəsi almışdır. 1991-ci ildə professor elmi adı verilmişdir. 1992-ci ildə Azərbaycan Respublikası Əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüşdür. Həmin ildən Bakı Musiqi Akademiyasında yaradılmış incəsənət nəzəriyyəsi və tarixi kafedrasınının müdiridir.
Telman Hacıyev (mühəndis)
Hacıyev Telman Muxtar oğlu — elmlər doktoru, professor, Azərbaycan Memarlıq və İnşaat Universitetinin “Hidrotexniki qurğular və hidravlika” kafedrasının professoru, hidrotexniki tikinti sahəsində çoxsaylı ixtiraların və kitabların müəllifi idi. == Elmi fəaliyyəti == Telman Hacıyev 1 dekabr 1934-cü ildə Tərtər rayonunda fəhlə ailəsində anadan olmuş, 1952-ci ildə orta məktəbi, 1957-ci ildə Azərbaycan Politexnik İnstitutunun (AzPİ) “Hidrotexniki və hidromeliorasiya işlərinin mexanikləşdirilməsi” ixtisasını fərqlənmə diplomu ilə bitirib. Ali məktəbi bitirtikdən sonra göndərişlə 1957-1960-cı illərdə “Qafqazenerjitikinti” trestində (o cümlədən Əli – Bayramlı istilik elektrik stansiyanın tikintisində) işləyib. 1959-cu ildə Moskvada İnşaat sistemində rəhbər kadrların hazırlıq kursunu bitirmiş, 1961-1963-cü illərdə dosent, 1975-1977-ci illərdə həmin kafedrada, sonra isə Az.İMİ-də dosent, 1977-1999-cu illərdə kafedrasının müdiri vəzifəsində fəaliyyət göstərib. 1988-ci ildə Moskva şəhər A. N. Kostyakov adına ÜİH Moskva şəhərində A. N. Kostyakov adına ÜİET “Hidrotexnika və Meliorasiya” İnstitutunun aspirantı olub. 1964-1965-ci illərdə AzET “Hidrotexnika və Meliorasiya” İnstitutunun Pirşağı qəsəbəsindəki ET təcrübə stansiyasında müxtəlif vəzifələrdə işləyib. 1966-cı ildən 1975-ci ilə kimi Az.Pİ-də “İnşaat maşınları” kafedrasında və M ET institutunda doktorluq dissertasiyasını müdafiə etmiş, 1989-cu ildən texnika elmləri doktoru elmi dərəcəsi və həmin ilin sonunda da professor elmi adını alıb. 1999-cu ildən də bu günə kimi “Hidrotexniki qurğular və hidravlika” kafedrasında professor vəzifəsində çalışıb. İşlədiyi müddətdə 30 il fasiləsiz (1966-1995-ci illərdə) təsərrüfat hesablı müqavilələrə elmi-texniki və problem mövzuları üzrə geniş elmi – texniki işlər aparıb. Bundan əlavə, çöl şəraitində - naturada ET işlərini aparmaq üçün SSRİ – də analoqu olmayan “Avtotenzolaboratoriya” təşkil edib.
Telman Hacıyev (polkovnik)
Telman Həbib oğlu Hacıyev — Yerli Sənaye və Kommunal-Məişət Müəssisələri İşçilərinin Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri, Ədliyyə polkovniki. == Həyat və fəaliyyəti == 1951-ci ildə anadan olmuşdur. 1972-ci ildə Bakı Dövlət Universitetini bitirmişdir. 1982-1987-ci illər ərzində təhsilini keçmiş SSRİ Daxili İşlər Nazir-liyinin Volqoqrad şəhərindəki Ali İstintaq Akademiyasında davam etdirmişdir. 1976-cı ildən 2006-cı ilə qədər hüquq-mühafizə orqanlarında müxtəlif vəzifələrdə çalışmışdır. 2006-2008-ci illərdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında hüquq şöbəsinin müdiri işləmişdir. 2008-ci ilin aprelində Yerli Sənaye və Kommunal-Məişət Müəssisələri Fəhlələrinin Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri seçilmişdir. AHİK-in Məclis və İcraiyyə Komitəsinin üzvüdür. == Mükafatları == Azərbaycan Respublikasının sosial-ictimai həyatında göstərdikləri xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunmuşdur. Azərbaycanda həmkarlar hərəkatının inkişafındakı xidmətlərinə görə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmuşdur.
Telman Hacıyev (professor)
Hacıyev Telman Muxtar oğlu — elmlər doktoru, professor, Azərbaycan Memarlıq və İnşaat Universitetinin “Hidrotexniki qurğular və hidravlika” kafedrasının professoru, hidrotexniki tikinti sahəsində çoxsaylı ixtiraların və kitabların müəllifi idi. == Elmi fəaliyyəti == Telman Hacıyev 1 dekabr 1934-cü ildə Tərtər rayonunda fəhlə ailəsində anadan olmuş, 1952-ci ildə orta məktəbi, 1957-ci ildə Azərbaycan Politexnik İnstitutunun (AzPİ) “Hidrotexniki və hidromeliorasiya işlərinin mexanikləşdirilməsi” ixtisasını fərqlənmə diplomu ilə bitirib. Ali məktəbi bitirtikdən sonra göndərişlə 1957-1960-cı illərdə “Qafqazenerjitikinti” trestində (o cümlədən Əli – Bayramlı istilik elektrik stansiyanın tikintisində) işləyib. 1959-cu ildə Moskvada İnşaat sistemində rəhbər kadrların hazırlıq kursunu bitirmiş, 1961-1963-cü illərdə dosent, 1975-1977-ci illərdə həmin kafedrada, sonra isə Az.İMİ-də dosent, 1977-1999-cu illərdə kafedrasının müdiri vəzifəsində fəaliyyət göstərib. 1988-ci ildə Moskva şəhər A. N. Kostyakov adına ÜİH Moskva şəhərində A. N. Kostyakov adına ÜİET “Hidrotexnika və Meliorasiya” İnstitutunun aspirantı olub. 1964-1965-ci illərdə AzET “Hidrotexnika və Meliorasiya” İnstitutunun Pirşağı qəsəbəsindəki ET təcrübə stansiyasında müxtəlif vəzifələrdə işləyib. 1966-cı ildən 1975-ci ilə kimi Az.Pİ-də “İnşaat maşınları” kafedrasında və M ET institutunda doktorluq dissertasiyasını müdafiə etmiş, 1989-cu ildən texnika elmləri doktoru elmi dərəcəsi və həmin ilin sonunda da professor elmi adını alıb. 1999-cu ildən də bu günə kimi “Hidrotexniki qurğular və hidravlika” kafedrasında professor vəzifəsində çalışıb. İşlədiyi müddətdə 30 il fasiləsiz (1966-1995-ci illərdə) təsərrüfat hesablı müqavilələrə elmi-texniki və problem mövzuları üzrə geniş elmi – texniki işlər aparıb. Bundan əlavə, çöl şəraitində - naturada ET işlərini aparmaq üçün SSRİ – də analoqu olmayan “Avtotenzolaboratoriya” təşkil edib.
Telman Hüseynov (alim)
Telman Hüseynov (tam adı:Hüseynov Telman Əlihüseyn oğlu; 28 dekabr 1934, Cəbrayıl rayonu – 4 avqust 2016, Bakı) — Azərbaycan Dövlət İqtisad Universitetinin professoru. == Həyatı və təhsili == Telman Hüseynov 1934-cü il 28 dekabrda Cəbrayıl rayonunda anadan olmuşdur. 1955-ci ildə K.Marks adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olmuş və həmin institutu "Sənayenin iqtisadiyyatı" ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. 1962-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda aspiranturaya qəbul olmuş, aspiranturanı bitirdikdən sonra 1967-ci ilədək orada kiçik elmi işçi vəzifəsində çalışmışdır. === Vəfatı === 4 avqust 2016-cı ildə Bakı şəhərində vəfat etmişdir. == Fəaliyyəti == === Pedaqoji fəaliyyəti === 1967-ci ildən D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda pedaqoji fəaliyyətə başlamışdır. Ali məktəbdə işlədiyi 50 ilə yaxın müddətdə professor elmi adına layiq görülmüş, kafedra müdiri, fakültə dekanı, prorektor və rektor əvəzi vəzifələrində çalışmışdır. === Elmi fəaliyyəti === 1967-ci ildə namizədlk dissertasiyasını müdafiə edərək iqtisad elmləri namizədi, 1989-cu ildə iqtisad elmləri doktoru alimlik dərəcəsinə layiq görülmüşdür. Elm sahəsində əldə etdiyi nailiyyətləri ilə respublikada iqtisad elminin inkişafına sanballı nəzəri-praktik töhfələr vermişdir. Elmlər namizədi və elmlər doktoruna elmi rəhbər və məsləhətçi olmuş, uzun müddət Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Ekspert Şurasının sədr müavini işləmişdir.
Telman Hüseynov (hərbçi)
Telman Əsgər oğlu Hüseynov — Azərbaycan Silahlı Qüvvələrinin polkovniki. İkinci Qarabağ müharibəsinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı. == Haqqında == Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Telman Hüseynova "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi.
Teoman
Teoman xan (çin. - 頭曼 ; e. ə. III əsr) — Hunların bilinən ilk hökmdarı. Mete xaqanın atasıdır. E.ə. III əsr ərəfələrində yaşayan Teoman ilk böyük Hun hökmdarıdır. Fərqli Türk boyları arasında birliyi təmin edərək, mərkəzi bir idarə qurmuş və beləcə e.ə. 220-ci ildə ilk Hun xaqanı olaraq iş başına keçmişdir. Türk boyları o zamana qədər ən yaxınlıqdakı Çin İmperatorluğuna bir çox axın reallaşdırmışdı, hər nə qədər bu axınlar Çinlilər üçün təhdid kimi görünsə də, Türk boyları heç bir zaman birlikdə hərəkət etmədikləri üçün böyük bir Hun axını olmamışdı.
Şəlman
Şəlman — İranın Gilan ostanında yerləşən şəhər. Şəlman əhalisinin əksəriyyətini giləklər təşkil edir.