Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Xan
Xan (Türk dili: Han, kaan, kağan, hakan) — Monqol və türk dövlətlərində hökmdarlar tərəfindən istifadə edilən ünvanlardan biri və nisbi olaraq ən köhnələrindəndir. == İstifadəsi == Xan — ilk dəfə jujanlar dövründə istifadə edilən bir tituldur. Xaqandan daha aşağı titul idi. Avropa feodalizmində krala bərabərdir. Xan sözündən yaranan sözlər: Gurxan — Qaraxitaylar dövlətinin idarəçilərinə deyilirdi. İlxan — Müəyyən bir elin ya da bölgənin idarəçilərinə deyilirdi. Xani-xanan (fars. خان خانان‎) — Böyük Moğol İmperiyasının sərkərdələrinə deyilirdi. Xan Sahib Şri Babi — Bantva Manavadar dövlətinin hökmdarlarına deyilirdi. Qan — Koreyadakı qəbilə başçılarına verilən titul idi.
Xan xan Bəsirəssəltənə
Xan xan Bəsirəssəltənə (1852-1922) — Mirzə Əli Siqqətülislamın yeznəsi (bacısının həyat yoldaşı), Müzəffərəddin şah Qacara yaxın olan saray adamlarından idi. 1895-ci ildə, Müzəffərəddin şah Qacar ilə birlikdə Təbrizdən Tehrana gəlib və Müzəffərəddin şah Qacar padşah olandan sonra, şahın ən yaxın adamlarından oldu. 1896-1897-ci illərdə sarayda şahın xidmətçisi olmaqdan başqa, Tehranın ətrafında olan ellərin (Qaraçorlu eli, Xudabəndəli eli və Osanlu eli) başçısı oldu ki, əvvəllər Əminəssultanın qardaşı, Məhəmməd Qasim xan Vəkiləssəltənənin sahibliyində idi. 1898-ci ildə, Mirzə Əli Əsğər xan Əminəssultanın yenidən iş üstə gələndən sonra,yada Ruslar tərəfindən iş üstə gətirildiyəndən sonra, Bəsirəssəltənə Ərdəbilə sürgün oldu və bir daha Tehrana qayıtmadı, 1922-ci ildə və 70 yaşında vəfat etdi. Uşaqları, soyadlarını "Bəsirpur" qoyublar. == Qaynaqlar == شرح حال رجال ایران.نگارش مهدی بامداد.جلد دوم ص 90.
Ehsan xan Kəngərli (xan)
Ehsan xan Kəngərli və ya Ehsan xan Naxçıvanski (1789, Naxçıvan – 1846, Naxçıvan) — Çar-Rus ordusunda general-mayor, Naxçıvanın sonuncu xanı Kəlbəli xan Kəngərlinin oğlu, tam süvari qoşunu generalı İsmayıl xan Naxçıvanskinin, Kəlbəli xan Naxçıvanskinin və Qönçəbəyimin atası. Naxçıvanski soyadından istifadə etmiş ilk Kəngərli nümayəndəsi. == Hərbi fəaliyyəti == Ehsan xan Kəngərli 1826–1828-ci illər Rusiya–İran müharibəsi zamanı Abbasabad qalası qarnizonunun hərbi rəislərindən biri, İran ordusunda sərhəngi (polkovnik) olmuşdur. Sonradan o, rusların tərəfinə keçmiş və qalanın alınmasında onlara kömək göstərmişdir. Tarixi mənbələrə görə, Ehsan xan Kəngərli naxçıvanlılardan və ruslardan ibarət on minlik qoşuna başçılıq etmişdir. İlk dövrlərdə çar hökuməti Azərbaycanın digər xanlıqlarında olduğu kimi, Naxçıvanda da eyni siyasət yeridir və xanlıqdaxili muxtariyyət hüququ verirdi. Azərbaycan xanlıqlarını öz torpaqlarına qatdıqdan sonra, yerlərdə xan üsul-idarəsi komendant idarəsi ilə əvəz olundu. Lakin Naxçıvanın idarəsi rus ordusunun polkovniki rütbəsini almış Ehsan xana tapşırıldı. Azərbaycanın şimalı Rusiyaya birləşdirildikdən sonra general-mayor rütbəsi alan Ehsan xan Kəngərli İrəvan və Naxçıvan xanlıqlarının, Ordubad dairəsinin səlahiyyətli nümayəndəsi kimi Türkmənçay müqaviləsini (1828) imzalamış, xanlıq ləğv edildikdən sonra Naxçıvan əyalətinin ilk naibi təyin olunmuşdur. Ehsan xan abadlıq, quruculuq işlərinə, dünyəvi təhsilə böyük diqqət yetirirdi.
Abaqa xan
Abaqa xan (monq. ᠠᠪᠠᠬᠠ ᠬᠠᠭᠠᠨ; 27 fevral 1234[…], Böyük Monqol imperiyası – 1 aprel 1282[…], Həmədan) — Elxani hökmdarı, Hülakü xanın və Yesunçin xatunun oğludur. Elxanilərin ikinci hökmdarı olan Abaqa xanı taxtda qardaşı Əhməd Təkudar əvəz etmişdir. Abaqa xanın hakimiyyətinin çox hissəsi ümumilikdə monqol imperiyasının daxilində gedən vətəndaş müharibələri ilə müşayət edilmişdir. Hakimiyyətin çox hissəsində Elxanilərin şimal qonşuları olan Qızıl Orda ilə müharibə şəraiti mövcud olmuşdur. Həmçinin Abaqa xan Suriyanı tamamilə ələ keçirmək üçün uğursuz cəhd etmiş və onun bu cəhdi II Homs döyüşü ilə nəticələnmişdir. == Həyatı == Abaqa indiki Monqolustan ərazisində 27 fevral 1234-cü ildə dünyaya gəlmişdir. Atası olan Hülakü xan Elxanilər dövlətinin qurucusudur. Buddist olan Abaqa atasının sevimli oğlu olmuş və onun tərəfindən Türküstan canişini təyin edilmişdir. Hülakü xan xəstəlik nəticəsində 1265-ci ildə vəfat etdi.
Abaxay xan
Abaxay xan (28 noyabr 1592 – 21 sentyabr 1643, Mancuriya) Nurxasi xanın səkkizinci oğlu — Mancuriya dövlətinin qurucusu. == Həyatı == Mancurlar XVII əsrin birinci yüzilliyində Tsin ("Saf") dövləti yaratmışdılar ki, buna da Abaxay xan başçılıq edirdi. Mancurlar qiyamşçılara divan tutub Abaxay xanın oğullarından birini Çin imperatoru elan etdilər və bunula da yeni Tsin sülaləsinin əsasını qoydular. Abaxay xan 1626-cı ildə ulu xan və imperator seçildi. Abaxay xan 1643-cü ilin sentyabr ayında vəfat etmişdir. == Ədəbiyyat == Oleq NepomninИстория Китая: Эпоха Цин. XVII — начало XX века. М.: Восточная литература, 2005. ISBN 5-02-018400-4 Э. Паркер — Китай, его истории, политика и торговля, 1903 г.
Abdulla xan
Abdulla xan (1340 – 1370) — Mamay xanın köməyi ilə hakimiyyətə gəlmişdi. Əvvəlcə Həsən xan tərəfindən devrilsə də yenidən hakimiyyətə gətirilmiş, müstəqil hərəkətlərindən dolayı Mamay xan onu devirib taxta Bulak xanı gətirmişdi.
Abılay xan
Abılay xan (1711, Türkistan – 23 may 1781, Daşkənd) — Orta juzun, sonra isə bütün Qazax xanlığının qurultayda seçilmiş xanı, Qazaxıstanın azadlıq və müstəqillik simvolu (1711–1781) == Həyatı == Əsl adı Əbilmənsur olan və sonralar babasının adı ilə Abılay xan kimi tanınan bu böyük və cəsur insan 1711-ci (1713) ildə o dövrün məşhur xanı Korkem Vali sultanın ailəsində anadan olub. Uşaq ikən cəsurluğu və döyüşkənliyi ilə seçilən Əbilmənsur dərhal ətrafındakıların diqqətini cəlb etmişdi. Oğlunun cəsurluğunu görən atası onun haqqında fəxrlə: "Onun gözlərində qorxu yoxdur. O, ölümündən qorxmur, ondan yaxşı sərkərdə çıxacaq",-demişdi. Hələ gənc ikən Abılay həm də müdrik bir insan təsiri bağışlayırdı və o ən çətin vəziyyətlərdən belə çıxış yolu tapa bilirdi. Ona görə də ona "Aruvaq" (ataların ruhu) ləqəbini vermişdilər. Abılay 13 yaşında olanda Cunquriya xanı Tsevan Rabdan Orta Cüzə hücum etdi. Bu hücum zamanı Abılayın atası qəhrəmancasına həlak oldu. Ancaq düşmən güclü idi və ona görə də Orta Cüzün əhalisi Səmərqəndə çəkilməyə məcbur oldu. Abılay xan isə qisas almaq üçün alışıb yanırdı və ona görə də bir neçə dəfə Cunquriya xanına qarşı yürüşdə iştirak etdi.
Akça Xan
Alaz Xan
Alaş Xan
Allahqulu xan
Allahqulu xan(1794–1842)—Qonquratlar sülaləsindən Xivə xanı. == Həyatı == Məhəmməd Rəhim xandan sonra yerinə keçən oğlu Allahqulu xanın (1825–1842) səltənət dönəmi Xivə xanlığının ən yaxşı dövrlərindən birini təşkil etdi. Allahqulu xanın göstərdiyi uğur bilxassə İran və Buxarada qısqanclıq doğurdu. Ruslar da bundan faydalandılar və 1830-cu illərin əvvəllərindən etibarən İranlıları Mərv və Herat istiqamətində genişləməyə, Buxara əmirliyini də silahlandırıb hərbə təşviq etdiler. Sonunda rusların Buxara əmirinə savaş sursatı aparsn bir dəstənin Xivə torpaqlarından zorla keçməyə qalxması, Xivə qüvvələrinin də bunları yaxalayıb əsir alması Rusiya ilə Xivənin arasını açdı və rusların Xivə xanlığına qarşı ilk ciddi səfərlərini aparmalarına səbəb oldu. Əsas məqsədləri, Türkistana enməkdə ən böyük əngəl olaraq gördükləri Xivə xanlığını nəzarət altına almaq olan ruslar, General Perovski komandasında 13.000 nəfərlik bir qüvvəni Xivəyə göndərdilər (14 noyabr 1839). Fəqət 5 dekabr 1839-cu ildə Manqışlaqın Üstyurd bölgəsindəki Beş-Tumak vahəsində aparılan savaşı uduzdular və Orenburqa çəkildilər. Perovskinin amacı, Orenburqda gərəkli köməyi aldıqdan sonra 1840-cı ilin baharında yenidən Xivə üzərine yürüməkdi. Fəqət bu sırada İngiltərənin etdiyi müdaxile savaş durumuna son verdi. Rusların Xivə və Türkistanı almaları halında Hindistandakı hakimiyətlerinin təhlükəyə girəcəyini düşünən İngilislər, Allahqulu xanı Rus əsirlərini sərbəst buraxması üçün razı saldılar.
Allahverdi xan
Allahverdi xan (gürcü)
Allahyar xan
Allahyar xan Dəvəli-Qacar — İranın baş naziri Allahyar xan Qılıncçı — Qılıncçı tayfasının başçısı.
Allay xan
Allay xan — türk və altay mifologiyalarında vətən tanrısı. Alay xan və ya Alıy xan olaraq da tanınmaqdadır. Vətəni qoruyar. Nurlu bir görünüşü vardır. Yurduna xəyanət edənlərə xəstəlik və bəla gətirər. İlk Ata olan Elley ilə adında bir əlaqə vardır. Lakin eyni adam olduqlarını iddia etmək o qədər də mümkün görünməməkdədir. Arvadının adı da eynidir: Allay Xanım. == Allay xanım == Vətən, digər variantda isə torpaq ilahəsi. Allay Xanın arvadıdır.
Alqu xan
Alqu xan (?- 1266) — 1260–1266-cı illər arasında Cığatay xanı. Çingiz xanın nəticəsi, Cığatay xanın nəvəsi və Baydar xanın oğludur. == Həyatı == Böyük Monqol imperiyası Böyük xanı Möngke 1260-cı ildə öldüyündə taxta çıxan Arık Bökə tərəfindən anası Orqina xatun vəsayətindəki kiçik yaşdaki Mübarəkşahın yerinə Cığatay xanlığı taxtına çıxartılır.1261-ci ildə öncədən Göy Orda idarəsindəki bölgələri də ələ keçirərək hakimiyətini genişlədir. Səmərqənd və Buxaranı öz idarəsinə alır. Bu dönəmdə Monqol taxtı üçün Kubilay xan ilə qanlı bir içsavaşın ortasında olan Arık Bökəyə qarşı üsyan qaldırır. İki il boyunca sürecək savaşlar qanlı keçəcəkdir. Alqu, Kubilay xanın valilərindən Mahmud Yalavac oğlu Məsud bəyin və Orgina xatunun dəstəyini alacaq və Arık Bökənin güclərini zəiflədəcəkdir. 1263-cü ildə Kubilay xana bağlılığını bildirən Alqu xan, Arık Bökəni dəstəkləyən Kaydu xan ilə savaşır. Kaydu yardım üçün başvurduğu Qızıl Orda dövləti hökmdarı Bərkə xandan böyük dəstək görür. Torpaqları işgal altına qalan Alqu, Kayduya yenilərək geri çəkilmək məcburiyyətində qalır.
Altay Xan
Altsek xan
Altsek xan — Bulqar şahzadəsi, Kubrat xanın ən kiçik oğlu. 631-ci ildə qardaşı Batbayan xandan ayrılaraq Avar xaqanlığına sığınmışdı. Lakin burada çox qala bilməyərək üsyan etmiş və xaqanın qəzəbinə uğramışdır. Bundan sonra Bavariyaya gedən və I Daqobertdən sığınacaq tələb edən şahzadə xəyanətə uğradı və bu dəfə İtaliyaya köçməyə məcbur oldu. 9000 qəbilə üzvündən 800ü sağ qalmışdı. Lombard kralı I Qrimoald tərəfindən ona "qastald" titulu verilərək cənubi İtaliyadakı Sepino,Boyano,İserniya şəhərləri onun sərəncanıma verildi.
Alığ Xan
Amcad Xan
Amcad Xan (hind. अमजद ख़ान) — Hindistan aktyoru == Həyatı == Amcad Sinqx Xan 12 noyabr 1940-cı ildə Hindistanda görkəmli aktyor Cayyantanın ailəsində anadan olub. Amcad Xan Bendredə Müqəddəs Treza orta məktəbini bitirib. 1957-ci ildə Amcad "Deli artıq yaxındır" filmində epizodik yeniyetmə rəssam rolunu oynayıb. 1975-ci ildə ona "Qisas və qanun" filmində Quldur Cabbar rolunu təklif etdilər. Bu rola hazırlıq üçün Amcad Xan quldurların həyatı haqqında müxtəlif materialları oxuyurdu. 1986-cı ildə Amcad Xan Bombey-Qoa yolunda avtomobil qəzasına düşdü. Müalicə üçün istifadə olunan dərmanlar həyatının sonuna kimi onun çəkisinә ciddi problemlər törәtdi. == Ölümü == Amcad Xan 27 iyul 1992-ci ildə 51 yaşında ürək çatışmazlığından ölmüşdür. Aktyoru Pali-Xildә Bandrının şərq hissəsindә müsəlman qәbiristanlığında dəfn ediblər.
Andar xan
Andar xan — türk və altay mifologiyalarında od tanrısı. Andır Xan olaraq da tanınır. Atəşi qoruyur. Bəzən əsəbiləşərək yer üzündə yanğınlara səbəb olur. Əlində bir "yola" (məşəl) ilə ifadə edilir. Saçları oddandır. Gözləri alov saçar. Heybətli və əzələli bir görünüşü vardır. Məşəli özbaşına heç sönmədən davamlı yanar. Bitkilərin qoruyucu tanrısı olaraq da görülər.
Ayuka xan
Ayuka və ya Ayuki xan (1642, Cunqariya, Sincan-Uyğur Muxtar Rayonu – 1 (12) mart 1724) — Kalmık xanı. Onun hakimiyyəti illərində Kalmık xanlığı özünün çiçəklənmə dövrünü keçirmiş və iqtisadi, hərbi, siyasi baxımdan özünün ən güclü dövrünü yaşamışdır. Rusiya adına Ayuka xan imperiyanın cənub sərhədlərini qoruyurdu. O, həmçinin rus qoşunları ilə birlikdə müsəlman tayfalarına qarşı olan bir çox hərbi ekspedisiyalarda iştirak etmişdir. Bu ekspedisiyalar Mərkəzi Asiyaya, Şimali Qafqaza və Krıma qarşı olmuşdur. == Həyatı == O, özünün kalmıklardan ibarət ordusundan Kazanda və Orenburqdakı başqırd üsyanlarının yatırılmasında istifadə etmişdir. Rusiya imperiyası hökuməti danışıqlar üçün Knyaz Qolitsin Aleksey İvanoviçi göndərmişsə də, kalmıklara olan rus hücumları sonlandırılmamışdı. Rusiya imperiyası hakim dairələri Volqanın aşağı axarı boyunca öz mövqelərini daha da möhkəmləndirmək istəyirdilər. Buna görə də, onlar əllərindəki bütün imkanlarla Ayuka xanı dəstəkləyirdilər. Bunun qarşılığında Ayuke xan öz ordusu ilə daim rusların xidmətində olmuşdur.
Ayığ Xan
Azna xan
Azna Xan - türk və altay mifologiyasında fəsad ilahı. Məşhur olaraq Ayna Xan adıyla da bilinir. Adna Xan da deyilir. Yer üzündə qarışıqlıq çıxarar. Pisliyə dair bütün xüsusiyyətləri bünyəsində saxlayar. Fürsət tapdığında insanlara və yer üzünə zərər verər. Yeraltında yaşayır. Ayna Xana bağlı pis ruhlar vardır və onlar da Aynalar (Aznalar) adıyla xatırlanar. Yer üzündə pislik çıxarmaq istədiyi zaman bu ruhları göndərir. Aynalar bu mənada Şeytan anlayışı ilə özdeşleşmişlerdir.
Ağca Xan
Batı Xan
Batı xan (1205-1255,Monqolca: Бат Хаан və Şah Batı, Rusca: Баты́й, Farsca: باتو Bātū, Çincə: 拔都, Monqolca (ənənəvi):ᠪᠲ ᠬᠠᠭᠠᠨ; ) — Cuçi xanın böyük oğlu, Çingiz xanın nəvəsidir. "Batu" və ya "Bat" monqol dilində "möhkəm" deməkdir. Batı xan monqol hökmdarı və Monqol İmperiyasının bölünməsi nəticəsində yaranmış olan Qızıl Orda dövlətinin qurucusu idi. Polşa və Macarıstan ordularını məğlub etdikdən sonra qurduğu dövlət rus torpaqları və Qafqazda 250 il hegemon olmuşdur. Çingiz xanın oğullarının ölümündən sonra Monqol İmperiyasında ağa (böyük qardaş) adlı ən hörmətli şahzadə olmuşdu. == Gəncliyi == Çingiz xan tərəfindən 20 yaşında Cuçi ulusunun başçısı elan olunmuşdu. Tac mərasimində Çingiz xanın ən kiçik qardaşı Temüge Çingizin rəsmi nümayəndəsi olaraq iştirak etmişdi. Tacqoyma mərasimində Çingiz xanı, qardaşı Temüge təmsil edirdi. Çingiz xan 1227-ci ildə vəfat etdikdə 4000 monqol adamını Joçi'nin ailəsinə buraxdı. Jochi'nin torpaqları Batı ilə böyük qardaşı Orda arasında Ağ Orda və Qızıl Orda olmaqla iki yerə bölündü.
Çan Van Çan
Nquyen Çan (ing. Nguyễn Chấn) və ya Çan Van Ça (Trần Văn Trà; 1918 – 20 aprel 1996, Hoşimin) — Vyetnam hərbi xadimi. O, Vyetkonq komandiri olmuşdur. Çan Van Ça 1960–1982-ci illərdə Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin üzvü, Şimali Vyetnam ordusunda general-leytenant, 1964–1976-cı illərdə Cənubi Vyetnam üzrə Mərkəzi İdarənin Hərbi Məsələlər Komitəsinin sədri olmuşdur. == Vyetnam müharibəsi == Vyetnam müharibəsi zamanı Cənubi Vyetnam və ABŞ-yə qarşı mübarizədə iştirak etmişdir. O, 1968-ci ildə Tet hücumü zamanı Sayqona hücuma rəhbərlik və Pasxa hücumunda B-2 cəbhəsinə komandanlıq etmişdir. 1974-cü ildə Hanoyda Şimali Vyetnam hərbi liderlərinin görüşü zamanı Ça gələn il üçün planlaşdırılan mühafizəkar strategiyaya qarşı çıxmış və həm Cənubi Vyetnam, həm də ABŞ hərbi reaksiyasını sınamaq üçün Cənubi Vyetnamın Fuklonq vilayətinə hücum edilməsini təklif etmişdir. Hücum uğurlu alınmış və ABŞ hərbi cəhətdən cavab verməmişdir. Bu, daha böyük, daha aqressiv kommunist əməliyyatlarına səbəb olmuşdur. Ça 1975-ci ilin aprelində Cənubi Vyetnam hökumətinin süqutuna səbəb olan Bahar hücumunda baş general Van Tyen Zunq rəhbərliyindəki A75 qərargahının komandir müavini olmuşdur.
Ban Çan
Ban Kristofer Çan və ya səhnə adı ilə Bang Chan (3 oktyabr 1997, Seul) — 2018-ci ildə JYP Entertainment tərəfindən yaradılan Cənubi Koreyalı oğlan qrupu "Stray Kids"-in lideri, vokalı, repçisi və prodüseridir. 3Racha mahnı yazan triosunun üzvüdür.Koreya Musiqi Müəllif Hüquqları Assosiasiyasının (KOMCA) məlumatına görə, o 124 mahnının müəllifidir. == İlk İllər == === Həyatı === Ban Çan 3 oktyabr 1997-ci ildə Cənubi Koreyada Seul şəhərində anadan olub.Hannah adında bacısı və Lucas adında qardaşı var. Kiçik yaşlarında bir müddət Avstraliyanın Sidney şəhərində yaşamışdır. Çan Avstraliyada ikən "Newtown" Liseyində oxudu. Cənubi Koreyaya köçdükdə "Chungdam" Liseyində oxudu. Kiçik yaşlarında modern rəqs və balet rəqsi üzrə təhsil almışdır. == Karyera == === Stray Kids === 11 aprel 2011-ci ildə JYP Entertainment-ə qatıldı. 800 namizəd arasından tək o seçilmişdir. 7 il stajçı olub.
Van Man
Van Man (çin. 王莽, pinyin: Wáng Măng; şəxsi adı Çzyuyçzyun (çin. 巨君, pinyin: Jùjūn); -45.. — 23.10.6) — 9 - 23 cü illərdə Çin imperatoru. Lyu sülaləsinin banisi, Xin xanədanının qurucusu. Çin tarixində o, uzurpator kimi tanınır.
Abdulla xan (Xivə xanı)
Abdulla xan(? - 1855)—Qonquratlar sülaləsindən Xivə xanı. == Həyatı == Məhəmmədəmin xanın yerinə keçən Abdullah xan (Mart-sentyabr 1855) yeni bir ordu ilə türkmənlər üzərinə yürüdüysə də aparılan savaşda yenilərək öldürüldü və Xivə xanlığı türkmənlər üzərindəki hakimiyətini itirdi. Xivə xanlarının Türkmənlərlə uğraşmasından faydalanan ruslar Cənubi Qazaxıstan torpaqlarını işğal edərək Aral gölünün şimal sahilinə qədər endilər. Xivə və Kokand xanlıqlarının etirazlarına rəğmən Aralın şimal sahillərində və Sırdəryanın eyni gölə töküldüyü yerdə qalalar inşa etdiler. Bu arada polkovnik İqnatiyev ilə şərqşünas Nikolay Xanıkov başçılığında bir heyəti Orta Asiyaya göndərən ruslar buradakı ölkələrin əsgəri və iqtisadi quruluşu haqqında bilgi topladılar. İqnatiyev ilə N. Xanıkov Rusiya hökumətinə öncə Kokandın, ardından Buxara ilə Xivənin işğalını tövsiyə etdilər. Bir yandan Orta Asiya Türk dövlətləri, Osmanlı dövlətinin birlik və bərabərlik tövsiyəsinə rəğmən bir-birləriylə sürəkli mücadilə içində olurdular. Buxara ilə Xivənin Mərv bölgəsi hakimiyəti üzündən etdikləri mücadilənin ardından bu dəfə Buxara ilə Kokand arasında mübarizə başladı.
Abdulla xan (Yarkənd xanı)
Abdulla xan ibn Əbdürrəhim xan (?—30.10.1675) — Turfanın, Çalışın (1635–1668), Məmləkəti-Moğoliyyənin və Yarkənd xanlığının hakimi. == Həyatı == Abdullah xan dönəmində (1638–1668) şimal qonşuları olan Kalmıklar (Kalmıkca: Хальмгуд)ın böyük bir hərbi gücə sahib olduğu bilinməkdədir. Buna qarşı önləm alınırsa da iş işdən keçmiş, hər şey Abdulla xanın aleyhinə, əsas olaraq Səidiyə xanlığının əleyhinə işləmişdir. Abdulla xan (1638–1668) da xanlığı oğluna buraxmışdır. Qurultay, xan seçmənin xaricində xanlıqda torpaqların paylaşdırılması və önəmli məqamlara təyin edilməsi haqqında da qərar verirdi.
Fətəli xan (Quba xanı)
Fətəli xan və ya Fəth Əli xan (tam adı: Fətəli xan Hüseynəli xan oğlu; 1736, Quba şəhəri – 29 mart 1789, Bakı şəhəri) — Quba xanlığının VI xanı (1758 – mart 1789); XVIII əsrin görkəmli azərbaycanlı dövlət xadimi və sərkərdəsi. == Həyatı == === Erkən illəri === Fətəli xan Hüseynəli xan oğlu 1736-ci ildə Quba şəhərində anadan olmuşdu. Qaytaq qumuqlarından və qacarlardan olan Azərbaycan türkü və şiə idi. Anası, Qaytaq usmisi nəslindən olan Pəri Cahan xanım idi. Fətəli xanın şəcərəsinə işıq salan II şah Abbasın dönəmində baş verən hadisələr barədə Bakixanov Gülüstani-İrəm kitabında yazır: Qaytaq usmiləri nəsli iki hissəyə bölünürdü. Böyük nəsil Məcəlisdə idi, kiçik nəsil Yengikənddə və bu nəsildən olan yaşça böyüklər növbə ilə usmi adını daşıyırdılar. Təxminən həmin vaxt onların arasında ədavət düşdü, Yengikənd hissəsi yaşça daha böyük olan Məcəlisdəki hissəyə hücum etdi və, Aydə bəy adlı biri tərəfindən xilas edilərək şamxalın yanına aparılan Hüseyn xandan başqa hamısını qırdı. Hüseyn xan İrana getdi, bir müddət Salyan Rudbarında qonaq qaldı, oradakı qazinin qızı ilə evləndi. Ondan, sonralar Rudbar və Salyan sultanları nəslinin başlanğıcını qoyan, bir qızı oldu. İsfahana gələrək, Aydə bəy uzun müddət onu şaha təqdim edə bilmədi.....Burada zadəgan Qacar nəslindən bir qız Hüseyn xana vurulur...O tezliklə onunla evlənir....və bu izdivacdan Əhməd xan doğulur ki, Quba xanlarının nəslinin əsasını qoyur...Buna görə Ağa Məhəmməd Qubalı Şeyx Əli xanı öz qohumu adlandırırdı .
Fətəli xan (Şəki xanı)
Fətəli xan — Şəki xanı. Məhəmmədhüseyn xanın ikinci oğlu. "Möhnəti" təxəllüsü ilə şeirlər də yazıb. == Haqqında == 1780-cı ilin avqust ayında atası Məhəmmədhüseyn xan öz iqamətgahı Nuxa qalasında ikən, qala qəfildən Məhəmmədhüseyn xanın əmisi Hacı Əbdülqadirin adamları tərəfindən tutulur. Məhəmmədhüseyn xan özü tikdirdiyi Qurğuşunlu otaqda oğlu Fətəli ağa ilə birlikdə basqınçılara müqavimət göstərir, "yanında ikinci oğlu Fətəli xan uşaq, tüfəng doldurub verir imiş. Bir neçə saat atışmadan və bir neçəsini qətlə yetirəndən sonra, özünə yara yerləşib, ixtiyardan düşür.". Məhəmmədhüseyn xan silahı yerə qoyub təslim olur, onu 1 həftə saxlayıb, sonra edam edirlər, Şəki xanlığı Məhəmmədhüseyn xanın əmisi Hacı Əbdülqadirin əlinə keçir. Bir neçə il sonra Məhəmmədhüseyn xanın əvvəllər ölmüş hesab edilən oğlu Məmmədhəsən ağa Qarabağda peyda olur. O, özünə qoşun toplayıb, tezliklə Şəkini ələ keçirir, Hacı Əbdülqadir xanı tutub öldürtdürür və Şəki xanı olur. Məhəmmədhəsən xanın qardaşı Fətəli xanın oğlu Kərim ağa Şəkixanov yazır ki, "Məhəmmədhəsən xan bir iki il xanlıq edəndən sonra, mənim atam Fətəli xan Məhəmmədhəsən xanın qardaşıdır, onun anası Ərəş sultanının qızıdır.
Hüseyn xan (Şəki xanı)
Hüseyn xan — sonuncu Şəki xanı. Şəkinin yerli xanlarından biri olan Səlim xanın oğlu idi. II Rus-İran müharibəsi (1826-1828) başlayanda Hüseyn xan İranda yaşayırdı. Çox güman ki o, İrana yalnız 1806-cı ilin sonunda — Şəkidən mühacirət edən atası ilə birlikdə getmişdi. II Rus — İran müharibəsinin əvvəllərində İran şahzadəsi Abbas Mirzə böyük bir ordu ilə Cənubi Qafqaza daxil olarkən Hüseyn xana qoşun verib Nuxaya göndərir. Hüseyn xan 11 avqust 1826-cı il tarixdə Nuxaya daxil olur və heç bir müqavimətlə üzləşmir. Çünki rus əsgərləri onun gəlişindən 3 gün əvvəl — 8 avqust tarixində, artıq Nuxanı tərk etmişdilər. Hüseyn xanın Nuxaya gəlməsi, həm 7 il əvvəl ruslar tərəfindən rəsmən ləğv edilmiş Şəki xanlığını bərpası və həm də 20 il əvvəl onların devirdikləri Hacı Çələbi xan sülaləsinin Şəki xanlığında yenidən hakimiyyətə qayıdışı demək idi. Abbas mirzənin özü də Nuxaya gəlib çıxmışdı və burada onun atasının — İran şahı Fətəli xan Qacarın, adından sikkə zərb edilməsinə başlanılmışdı. Lakin Abbas mirzənin Gəncə yaxınlığında ruslar tərəfindən məğlub edilməsi və onun 30 sentyabrda Arazı keçib İrana geri çəkilməsi nəticəsində hərbi dəstəkdən məhrum olan Hüseyn xan, bundan sonra cəmi 1 ay yerində duruş gətirə bildi.
Hüseynqulu xan (Bakı xanı)
Mirzə Məhəmməd xan Dərgahqulu xan oğlu — 1792-1806 - cı illərdə Bakı xanı. == Həyatı == Huseynqulu xan I Mirzə Məhəmməd xanın nəvəsidir. Hüseynqulu xan 1792-ci ildə əmisi Məhəmmədqulu xanın vəfatından sonra taxta çıxmışdır. O, yeznəsi Qasım bəy Mansurxan bəy oğlunun və digər yaxın bəylərin köməyi ilə hakimiyyətə gəlib, 14 il, 1806-cı ildə ruslar Bakını alanadək burada hakimlik edib 1792-1806-cı illərdə hakimiyyətdə olmuş Hüseynqulu xan olduqca mürəkkəb beynəlxalq şəraitdə Rusiya və Qacarların idarə etdiyi İran arasında manevr etməli olur. Rusiya imperatriçəsi II Yekaterinanın fərmanı ilə Rusiyanın himayəsinə keçən Hüseynqulu xan rus ordusunun Azərbaycanı tərk etməsindən sonra Ağa Məhəmməd şah Qacara meyil edir. Qacarın qətlindən sonra Bakı xanlığı yenidən müstəqilliyini bərpa edir. XIX əsrin əvvəlində Bakı xanlığı uğrunda dövlətlərarası mübarizə yenidən kəskinləşir. 1803-cü ildə yenidən Rusiyadan asılılığı qəbul edən Hüseynqulu xan az sonra bu asılılıqdan imtina edir. Bakı xanı Hüseynqulu xan qaçandan 20 il sonra yenidən qoşun yığıb Abşeronu ruslardan azad edir. Amma İçərişəhəri ala bilmir və rus qarnizonunu mühasirədə saxlamağı bacarır.
Hüseynəli xan (Quba xanı)
Hüseynəli xan — 1726–1758-ci illərdə hakimiyyətdə olmuş Quba xanı. == Haqqında == 1726-cı ilin sonu 1727-ci ilin əvvəllərində Quba xanlığı Rusiyanın tərkibinə daxil oldu və 1718-ci ildə öldürülmüş Sultan Əhməd xanın kiçik yaşlı oğlu Hüseynəli bəy Quba xanı elan edildi. Belə ki, Rusiya İmperiyasının Xarici Siyasət Arxivində saxlananılan rəsmi sənəddə 1726-cı il oktyabrın 20-də Dərbəndə gəlmiş Hüseynəli bəyin Rusiya himayəsini qəbul edərək sədaqət andının içməsi bildirilir. Andda deyilirdi: "Mən, Quba xanının oğlu Hüseynəli bəy öz əqidəmlə şəriət qaydası ilə Qurana and içirəm ki, imperatriçə əlahəzrətlərinin təbəəliyində olub, öz təbəələrimlə, canım, ruhum və bütün pak vicdanımla imperatriçə əlahəzrətlərinin təbiətən və sadiq qulu kimi qulluq edəcək, onların təbəələrinə qarşı heç bir zidd hərəkət göstərməyəcək, bütün Rusiya İmperiyasına mən öz təbəələrimlə sədaqət, hər cür xeyirxahlıq göstərəcəyəm". Quba xanı nəinki həmişə sadiq olmağa and içirdi, hətta rus qoşunlarına mübarizədə hər cür yardım etməyi, rus əsgərlərinə mənzil ayırmağı da öz öhdəsinə götürürdü. Hüseynəli bəy Rusiyanın açıq və ya gizli düşmənləri ilə heç bir əlaqə saxlamayacağını da söz verirdi. 1726-cı il dekabrın 21-də Peterburqda Ali Məxfi şurada Hüseynəli bəyin Rusiya himayəsinə qəbul edilməsi və onun Quba xanı kimi təsdiq olunması məsələsi nəzərdən keçirildi. Hüseynəli bəyin torpaqları Osmanlılarla bağlanmış müqaviləyə görə Rusiya zonasında qalarsa himayəyə qəbul edib ona xan rütbəsi vermək haqqında Xəzərsahili əyalətlərdəki rus qoşunlarının komandanı feldmarşal Dolqorukiyə fərman göndərildi. Sərhədlər müəyyənləşdirilərkən Quba xanlığının böyük bir hissəsi Rusiya tərəfində qaldığından Hüseynəli xan, Quba xanı kimi təsdiq olundu və xan az yaşlı olduğuna görə qəyyumlar ayrıldı. Əfrasiyab naib, Fəraməz isə nazir oldu.
Kerey xan (Qazax xanı)
Kerey xan və ya Girey Xan (qazax türkcəsində: Керей хан; 1425 – 1473, Qazax xanlığı) — 1465-1468 illərində ilk Qazax xanı. Əmisi oğlu Canıbəy xanla birgə Qazax xanlığını qurmuşdur. Qızıl Orda və sonradan Ağ Orda xaqanı olmuş Uruz xanın nəticəsidir. Bolat Sultanın oğludur. Burunduq xanın atası. 1468-ci ildə baş vermiş Qazax-Şeybani savaşı nəticəsində həyatını itirmişdir. Ölümündən sonra taxta əmisi oğlu Canıbəy keçmişdir. Çingizlilər xanədanının türkləşmiş Törə sülaləsindəndir.
Qara xan (Talış xanı)
Seyid Cəmaləddin Mirzə bəy və ya xan olduqdan sonra bilinən adı ilə Qara xan — Talış xanlığının ilk müstəqil xanı. == Uşaqlığı == Qara xanın atası Seyid Abbas Məhəmməd Peyğəmbərin nəslindən gəlib Talış bölgəsinə gəlmə idi. O Boradigah kəndinin bəyi Əsəd bəylə yaxınlaşaraq onun qızı Ahu xanımla evlənir. Bu evlilikdən Seyid Cəmaləddin dünyaya gəlir. 1736-cı ildə Suqovuşandakı qurultayda Nadir şahın hakimiyyətini tanıyan Seyid Abbas bəy oğlu Seyid Cəmaləddini bəyi onun qulluğuna göndərir. Maraqlıdır ki Cəmaləddin bəy "Qara" ləqəbini bu qulluğda dərisinin rənginə görə almışdı. Seyid Cəmaləddin Dağıstan səfərində göstərdiyi igidliyə görə Nadir şahdan "xan" titulunu alır və Qara xan adlanmağa başlayır. == Xanlıq dövrü == 1747-ci ildə Nadir şah Əfşarın ölümündən sonra vətənə qayıdan Qara xan Talış xanlığının taxtına çıxır. Qara xan ilk iş olaraq sərhədləri möhkəmləndirir, daimi ordu formalaşdırır. Mərkəzi hakimiyyəti gücləndirmək üçün narazı feodalların torpaqlarını xanlıq torpaqlarına əlavə edir.
Qasım xan (Qazax xanı)
Qasım xan(1445–1521) — Qazax xanlığının hökmdarı (1511–1521). == Həyatı == Qazax xanlığının ən güçlü olduğu dönəm, XVI əsrin birinci çərəyində, özəlliklə Qasım xan (1511–1521) dönəmidir. Gerçəkdə o, xanlığı daha Burunduq dövründə idarə etməyə başlamışdı. Onun taxta çıxmasından sonra, Canıbək soyundan gələnlərin əlinə keçti. Burunduq ilə Qasım öz aralarında anlaşmazlıqlar yaşadığı sırada, Məhəmməd Şeybani Qazax torpaqlarına bir neçə dəfə hücum etdi. Qazax xanları da Türkistanın cənubundakı şəhərləri ilə Mavəraünnəhrə səfərlərə çıxdı. Məhəmməd Şeybaninin səfərlərindən (1509) birinə qatılan Fəzlullah bin Ruzbehan İsfəhani, məğlubiyyətə uğrayan Canıs Sultan ulusundan ələ keçirilən qənimətin çox böyük və çox çeşidli olduğunu söyləyir. O səfərdə, ev alətləri və əşyaları, geyəcək və hər cür ticari mallar ilə birlikdə arabalara yüklənmiş on mindən artıq Qazax keçə çadırı, çox sayda minik atları, inəklər, dəvələr və qoyunlar ələ keçmişdi. Bu bilgilər qazaxların sadəcə iqtisadi baxımdan nə qədər güclü olduqları haqqında deyil, eyni zamanda sürəkli savaşların onlara nə qədər böyük zərərlər verdiyi mövzusunda da bizə bəzi bilgilər verməkdədir. Şeybani xan qazaxlara qarşı apardığı üç səfərin nəticəsində, Qazax valilərini Türkistan bölgəsinin bayırına keçici olaraq atmakda bacarıqlı oldu.
Mustafa xan (Şamaxı xanı)
Mustafa xan Xançobanlı (d. 1768 – ö. 17 sentyabr 1844) — sonuncu Şirvan xanı. == Həyatı == Mustafa xan Ağası xan oğlu Şamaxı şəhərində anadan olmuşdu. О xeyli qaçqın həyat sürdükdən sоnra 1792-ci ildən xanlıq kürsüsünə sahib оldu. Bir zaman Azərbaycan xanlıqlarına və xanlarına qənim kəsilmiş Fətəli xan Qubalının əlindən canını götürüb qaçaraq Qarabağ xanlığına pənah gətirmiş оlan Əsgər bəy, Qasım bəy və Mustafa bəy Ərəşli Şəhabəddin sultan tərəfindən tutularaq qоlları qandallanmış halda Fətəli xanın sərəncamına göndərildi. Оnları Fətəli xanın elçisi Məmmədkərim bəylə Hacı Seyid bəy aparırdı. Bir təsadüf nəticəsində Göyçay ərazisində Hacı Seyid bəy əsirləri azad etdi və Məmmədkərim bəyi zəncirləyib geri döndü. Bu 3 nəfər əvvəlcə Cara və оradan da Avarstana getdilər. Оrada da qala bilməyən xanzadələr Qarabağa və оradan da Türkiyəyə getdilər.
Məhəmmədhəsən xan (Şəki xanı)
Məhəmmədhəsən xan və ya Məhəmməd Həsən xan, Məhəmmədhəsən ağa (Şəki xanı olana qədər). Şəki xanı. Məhəmmədhüseyn xanın oğlu.(≈1760—5.9.1831) == Haqqında == Atası Məhəmmədhüseyn xan Şəki xanı olduğu zamanlarda, atasının əmisi Hacı Əbdülqadir 1770-ci ildən başına bir dəstə yığıb, Qanıxçayın Kür çayına qovuşduğu yerdə - "Dardoqqaz" adlanan yarımadada, məskən salmış və Məhəmmədhüseyn xana qarşı silahlı mübarizəyə başlamışdı. Qarabağ xanı İbrahim xan və Gürcüstan hakimi Irakli xan da Hacı Əbdülqadirin Məhəmmədhüseyn xana qarşı silahlı mübarizəsini dəstəkləyirdilər. Məhəmmədhüseyn xan oğlu Məhəmmədhəsən ağanı sülh və barışıq üçün əmisi Hacı Əbdülqadirin yanına göndərdikdə isə Hacı Əbdülqadir Məhəmmədhəsən ağanı tutub, Məhəmmədhüseyn xanın düşməni olan Qarabağ xanı İbrahim xana yollayır ki onu öldürsün. İbrahim xan Məhəmmədhəsən ağanı öldürmür, gizlində saxlayır, lakin Hacı Əbdülqadir xəbər göndərir ki guya onu artıq qətlə yetirilmişdir. 1780-cı ilin avqust ayında isə bir gecə Hacı Əbdülqadirin göndərdiyi 60 nəfərlik bir dəstə Nuxa şəhərininə xəlvəti yaxınlaşa bilir. Hacı Əbdülqadirin adamları səhərədək şəhərin ətrafındakı dağlarda gizlənirlər, "səhərdən, adamlar divandan dağılandan sonra qala ki boşallanir və o vaxt da qarovul və ya müstəhfiz (–yəni: mühafizəçi) bərqərar olmayır imiş. Əminlik cəhətinə, qalanın yuxarı qapısından daxil olub, qapıları içəridən bağlayırlar. Qalada ancaq hərəmxanalara məxsus xidmətkarlardan rast gələni qətlə yetirib, xanın üstünə hücum edirlər.
Məhəmmədqulu xan (Bakı xanı)
Məhəmmədqulu xan (Bakı – 1792, Bakı) — Bakının altıncı xanı. == Səltənəti == Məlik Məhəmməd xanın kiçik qardaşı və I Mirzə Məhəmməd xanın oğlu idi, doğum tarixi məlum deyil. Fətəli xanın ölümündən bəri həm yeni Quba xanı Əhməd xanın, həm də qardaşı oğlu II Mirzə Məhəmmədın təcrübəsizliyindən istifadə edərək Bakı xanlığını qəsb etməyə çalışırdı. Xanlığa layiq görüldüyü təqdirdə iddialı Əhməd xanı sədaqəti ilə əmin etdi. Əhməd xan 1791-ci ildə Məhəmmədqulu ağanın taxtda oturması üçün Bakıya qoşun göndərdi. Bakı ordusu cəmi 500 nəfərdən ibarət olduğundan Mirzə Məhəmməd həmin il əmisinin xeyrinə imtina etdi. Ancaq Əhməd xana tabe olmayaraq, xərac vermədi. Quba xanı keçmiş xana olan bağlılığını dəyişdirdi və Bakını mühasirəyə aldı, Məhəmmədqulu şəhər xalqının köməyi ilə onun qüvvələrini məğlub etdi. Əhməd xan 1791-ci il mart ayında vəfat etdi və onun yerinə 13 yaşlı qardaşı Şeyxəli xan gəldi. Mirzə Məhəmmədə yenidən Bakıya yürüş etmək üçün ordu verildi.
Məhəmmədəli xan (Kokand xanı)
Məhəmmədəli xan (1808-1842) — 1822-1842-ci illərdə Kokand xanlığını idarə etmiş hakim. == Həyatı == Atası Ömər xan 1822-ci ildə xəstələnib vəfat etdiyi zaman, taxtına o zamanlar 15 yaşlarında olan Məhəmmədəli xan (Madali) oturmuşdur. Atası kimi adil və dindar bir hökmdar olan Məhəmmədəli xana, Kokand xalqı muadil vəya Məhəmmədəlinin qısaltması olarak “Madali” deyə xitab etmişdir. Məhəmmədəli xan, atasının bıraxdığı qanun-qaidə üzərində ayaqda qalmış, Kokandlılar asudə bir dövr və könül xoşnutluğu içində olmuşdular. Dövlət iqtisadiyyatının inkişaf etdiyi, xəzinənin zənginləştiyi, Kokandda böyük bir mədrəsənin tikildiyi, Fərqanə vadisində sulama sistəmi gəliştirilərək “Xan Arik” dənilən büyük kanalların açıldığı bu dönəmdə, Məhəmmədəli xanın ilk icraatı kardəşi Mahmut Xanı və akrabalarını sürgünə göndərmək olmuştur. Kokand taxtı üzərindəki hakimiyətini sağlamlaştıran Madali, Kokand daxilindəki Qırğız, Qıpçaq və digər köçərilər arasında ekonomik və siyasi istiqrarı sağlamış, onları oturaq həyata keçirəbilmək için yeni yərləşim alanları və xəstəxanalar qurmuşdur. Kokand xanlığının ən güclü olduğu və ən geniş sınırlara çatdığı Məhəmmədəli xan dönəmində öncəliklə Pamir, Bədaxşan, Xocənd, Daşkənd, Cənubi Qazaxıstan, Qaşqar ilə Qırğızistanın tamamı Kokand xanlığının hakimiyəti altına girmiştir. Ardından Çin üzərinə yönələn Madali, 1826-cı ildə Qaşqar əski hökmdarlarının soyundan olan Cahangir Xocanın dəvəti üzərinə Şərqi Türksitana qüvvə göndərmiş və Gülbağ deyilən mövqedə Çinlilər (Hıtay) ilə savaşarak qazi ləqəbini almışdır. İbrətinin vərmiş olduğu bilgilərə görə, o zamana qədər Kokand xanlarından heç kimsə küffar ilə muharibə qılmamış və qazilik lakabına nail olmamıştır. Çindəki Hocalar və Qırğızların isyanına dəstək verən Məhəmmədəli xan, Minyol, Qaşqar, Yarkənt, Xotan və Aksu kimi şəhərləri də ələ keçirməyi başarmıştır.
Mənsur xan (Moğolustan xanı)
Mənsur xan (1484–1544) —1501–1522-illərdə Şərqi, 1501–1504-cü illərdə Mərkəzi, 1516–1544-cü illərdə Moğolustan hakimi, I Sultan Əhməd xanın oğlu. == Həyatı == Mənsur xan Sultan Əhməd xan oğlu 1484-cü ildə anadan olmuşdu. Moğolustan hakimi I Sultan Mahmud xan 1502–1503-cü illərdə qardaşı Sultan Əhməd oğlanla bərabər Məhəmməd Şeybani xana qarşı döyüşə yollanmışdı. O zaman Mənsur xan Turfan dairəsinin hakimi idi.Şərqi və 1501-ci ildən Mərkəzi Moğolustan ona verildi.1504-cü ildə atası I Sultan Əhməd xanın vəfatından sonra Duqlat tayfası Əbubəkr mirzənin başçılığı ilə onu Mərkəzi Moğolustandan çıxarıb, Aksu şəhərinə yiyələndi. 1508-ci ildə I Sultan Mahmud xanın öldürülməsindən sonra qardaşları Sultan Xəlil oğlan və Sultan Səid oğlanla hakimiyyət uğrunda mübarizəyə başladı. Elə həmin ildə Almatı yaxınlığında Çarun-Çulanda onları məğlub etdi. Sultan Xəlil oğlan Fərqanəyə qaçdı və orda Məhəmməd Şeybani xan tərəfindən öldürüldü. Sultan Səid oğlan isə qaçıb Kabulda məskunlaşdı. Orda özünü bütün Moğolustanın hakimi elan etdi. Əlində isə ancaq Turfan və Çalış qalmışdı.
Səlim xan (Şəki xanı)
Səlim xan — Şəki xanı; iki dəfə − birinci dəfə 1795-1797, ikinci dəfə isə 1805-1806-cı illərdə, hər dəfə də 2 ildən də az müddət ərzində hakimiyyətdə olmuş, lakin xan olmaq uğrunda mübarizəsini sonra yenə də davam etdirməsi səbəbindən, adı XIX əsrin birinci rübündə daha uzun müddət ərzində, vaxtaşırı olaraq dövrün siyasi gündəmlərində hallanmışdı. Şəki xanlarından Məhəmmədhüseyn xanın oğlu, Hacı Çələbi xanın nəticəsi, Məhəmmədhəsən xan ilə Fətəli xanın atabır qardaşı, Hüseyn xanın isə atası idi. Səlim xan Şəki xanı ikən hakimiyyətini möhkəmləndirmək və düşmənlərinə qarşı hərbi dəstək almaq üçün əvvəl xanlığını Rusiya imperiyasının tərkibinə qatmışsa da, bacısının Qarabağda ruslar tərəfindən öldürülməsindən sonra, dərhal Şəki xanlığı ərazisindəki rus qoşununu bu ərazidən çıxartmış, bundan 4 ay sonra əks-hücuma keçən ruslara silahlı müqavimət göstərmiş, lakin sonda məğlub olaraq İrana qaçmışdır. O, hakimiyyətini geri qaytarmaq ümidiylə bir neçə dəfə İrandan silahlı dəstə ilə Şəkiyə yürüş etsə də uğur qazana bilməyərək geri çəkilmiş, bir müddət İranda yaşadıqdan sonra Türkiyəyə getmiş və 12 aprel 1826-cı il tarixdə Osmanlı İmperiyası ərazisindəki Kir şəhərində vəfat etmişdir. Bundan az sonra, elə həmin ilin 11 avqust tarixində isə Səlim xanın oğlanlarından biri - Hüseyn xan, Şəki xanı ola bilmiş, lakin onun hakimiyyət dövrü də çox çəkməmiş, cəmi 3 aya yaxın davam etmişdir. == Həyatı və siyasi fəaliyyəti == === Şəki xanı olmasına qədər qardaşı Məhəmmədhəsən xanla münasibətləri === Mənbələrdə Səlim xanın həyatının Şəkidə hakimiyyətə gəlişinə qədərki dövrü haqqında demək olar ki heç bir məlumat yoxdur. Bircə o göstərilir ki Səlim xan sələfi olan qardaşı Məhəmmədhəsən xanın onu “birütbə” saxlamasını və digər qardaşı Fətəli xanın gözlərini çıxartdırmasını gördükdən sonra “Şəki vilayətinin bəylərindən özünə yoldaş eləyib, tarixi-islamiyyə 1199 (1784/1785) olanda” (digər bir mənbədə 1795-ci illin mart ayında) Şəkidən Cara qaçmış və qardaşını devirmək əzmiylə orada özünə qoşun toplamışdı. 1795-cı ilin son aylarında isə qardaşı Məhəmmədhəsən xan Şəki qoşunu ilə Muğanda – orada qışlayan İran şahı Ağa Məhəmməd şah Qacarın sərəncamında, olarkən Səlim xan Əliskəndər Hüzzatinin başçılıq etdiyi Car və Avar qoşunu ilə Cardan Şəkiyə doğru hərəkət edir. Məhəmmədhəsən xan bunu bilən kimi Ağa Məhəmməd şahdan da əlavə qoşun götürüb Səlim xanı qovmaq üçün Şəkiyə qayıdır. İki qardaş arasında ən şiddətli döyüş Göynük kəndi yaxınlığında baş verir, Səlim xan məğlub olub geri çəkilir.
Şeyxəli xan (Quba xanı)
Şeyxəli xan, Şeyx Əli xan, Şıxəli xan və ya Şıx-Əli xan (1778, Quba şəhəri – 25 may, 1821(22), Balaxanı, Çar Rusiyası) — Quba xanlığının VIII, sonuncu xanı (1791–1806). Quba və Dərbəndin sonuncu xanı Şeyxəli xan Cənubi Qafqaz bölgəsində çar Rusiyasının müstəmləkə və imperiya rejiminə qarşı müqavimətdə görkəmli şəxsiyyət kimi xatırlanır. Şeyxəli xan vətəninin suverenliyini və müstəqilliyini Rusiya təcavüzünə qarşı müdafiə etmək üçün 20 ildən artıq fasilələrlə mübarizə aparıb. == Mənşəyi == 1778-ci ildə Qubada doğulan Şeyxəli xan Quba xanı Fətəli xanın oğlu idi. Şeyxəli xanın anası əslən dağ yəhudisi olan Səhərnas xanım olub. Dərbəndin alınmasının şahidi olan rus yazıçısı Varvara Bakunina Şeyxəli xan haqqında yazır ki, "o təxminən on yeddi yaşında, orta boylu, gözəl cizgiləri və yəhudi tipli (anası yəhudi idi), lakin asiyalılar arasında nadir rast gəlinən sarışın bir gənc kimi görünürdü". Babası vasitəsilə qacarlar nəsli ilə qohumluq əlaqələrinə sahibdir. Qacar şahı Ağaməhəmməd Qubaya yürüşü zamanı, həmçinin məktublaşmaları zamanında Şeyxəli xanı öz qohumu adlandırırdı. Çünki, Quba xanlarının əcdadı olan və XVII əsrdə qaytaq usmisi olmuş Hüseyn xan İsfahanda qacar sülaləsindən olan Zöhrə xanım ilə evləndi və gələcək Quba xanlarının kökündə qacar qanınında rolu oldu. Nənəsi tərəfdən, yəni atası Fətəli xanın anası olan Pəricahan Bikə usmi Əhməd xanın qızı idi.
Əbdülkərim xan (Yarkənd xanı)
Əbdülkərim xan (1529, Yarkənd – 1591) — Yarkənd xanlığının hakimi. == Həyatı == Əbdürrəşid xanın 1559da ölümü üzərinə on üç oğullarından ikincisi olan Əbdülkərim xan, qardaşlarının dəstəyi ilə taxta çıxmışdır. Nə var ki, Əbdülkərim xan bütün səylərinə rəğmən ölkənin yenidən şəhər dəvlətləri halına gəlməsinə və birbiri ilə uğraşaraq həm məmləkətin, həm də xalqın zərər görməsinə əngəl olamamışdır. Ölkəsinin və xalqının bütünlüyünü yaratma ümidi ilə Qərbi Türkistanda yetişmiş böyük din alimlərindən Əhməd Qazani (Məhdum-i Əzəm)nin oğullarından Xoca İshaq Vəlini Şərqi Türkistana çağırmışdır. Xoca İshaq Vəli, bütün Şərqi Türkistanı dolaşaraq müsəlmanların qardaş olduğunu birbirlərinə yardım edərək ölkənin və insanların birlik və bərabərliyini qorumaları gərəkdiyini anlatmağa çalışmışdır. Xoca İshaq Vəli bu çalışmalarında bəzi yöndən uğurlu olmuş və ölkənin parçalanmaya getməsinə əngəl olmuşdur. Fəqət Xoca İshaq Vəlinin bu təsirləri ölkənin şərqi bölgələrinin hakimi olan Əbdüllətif xan (1614–1624) tərəfindən, Əbdülkərim xanın yerinə keçən oğulları Məhəmməd xan ilə Şücaəddin Əhməd xan və Abdulla xana hökmranlıq yönündən yarar qazandıracağı düşüncəsiylə Əhməd Qazani (Mahmud-i Əzəm)nin ilk xanımından olan böyük oğlu Xoca Kalan (Məhəmməd Əmin)ı Yarkəndə çağırması Şərqi Türkistanın yazğısına təsir edəcək hadisələrin inkişaf etməsinə səbəb olmuşdur. Çünki bu iki qardaş xocanın ölümündən sonra oğulları böyük bir çəkişməyə girərək ölkəyə fayda yerinə, zərər gətirmişdilər. Xoca İshaq Vəlinin oğulları İshaqiyyə və ya Karatağlık adıyla, qardaşı Xoca Kalanın oğulları da Afaqiyyə vəya Aktağlık adıyla ayrı görüşləri müdafiə edən iki dini qrup olaraq qırğın-qada savaşıma girmələri ölkəni yeni bir dönəmə sürükləmişdir ki, bu dönəmə "Xocalar dövrü" deyilmişdir. Ölkəni öz təsirində tutmaq üçün Xoca İshaq Vəlini Şərqi Türkistana yardıma çağıran Əbdülkərim xanın bu hərəkəti yalnız dini mövzularda deyil, eyni zamanda siyasi sahədə də hadisələrin sürətləhızla inkişaf etməsinə səbəb oldu.
Əbdürrəhman xan (Həştərxan xanı)
Əbdürrəhman xan(tatar. Ğabdelraxman, Габделрахман) (1545-ci ildən sonra ölüb) —Əbdülkərim xanın yeganə oğlu, 1533-1537-ci illərdə və 1539-1545-ci illərdə Həştərxan xanlığının hakimi. == Həyatı == Əbdürrəhman xan 1533-cü ildə noğayların yardımı ilə Ağgöbək xanı devirib taxta əyləşdi. 1537-ci ildə həmin ordanın səyi ilə taxtdan endirildi. Onun yerinə Dərvişəli xan əyləşdirildi.1539-cu ildə hakimiyyətini qaytardı. Əbdürrəhman xan 1545-ci ildə noğaylar tərəfindən taxtdan kənarlaşdırıldı. Sonrakı taleyi məlum deyil.
Kan Hi-Çan
Kanq Hi-Çan (10 may 1970) — Cənubi Koreyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Kanq Hi-Çan Cənubi Koreyanı 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci pillənin, cüt turnirdə isə bürünc medalın sahibi olub. Daha sonra Kan Hi-Çan Cənubi Koreyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 5-ci pillənin sahibi olub.
Dolanlar
Dolanlar — Azərbaycan Respublikasının Xocavənd rayonunun Dolanlar kənd inzibati ərazi dairəsində kənd. 2 oktyabr 1992-ci ildən 23 oktyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Dolanlar kəndi 23 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Kəndin keçmiş adı Arqyuneş (Arguneş) olmuşdur. Kənd 1828-ci ildən sonra Şimali Farsdan köçmüş erməni ailələri tərəfindən yaradılmışdır. Arqyuneş ərazidəki dağın adıdır. Dolanar XIII əsrdə monqol basqınlarında iştirak etmiş dolan tayfasının adını əks etdirən eyniadlı soyaddır. Bu tayfanın adı qırğız və özbəklər arasında da geniş yayılmışdır [3]. == Tarixi == === Tarixi abidələri === Dolanlar kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır: == Coğrafiyası və iqlimi == İcma dağlıqdır, sahəsi 3085,1 ha, bunun 739,54 ha kənd təsərrüfatı, 2261,29 ha meşə torpaqlarıdır. == Əhalisi == == Tarix və mədəniyyət abidələri == Tarix-mədəniyyət abidələri: "Hənqət Eğtsi" kilsəsi (IX–X əsrlər), qəbiristanlıq (IX–X əsrlər), xaçkar (XII–XIII əsrlər).
Donanma
Donanma — mülki və hərbi məqsədlər üçün, çoxlu müxtəlif üzən (Dəniz donanması) və uçan (Hava donanması) obyektdən təşkil olunaraq, suda (dənizdə və ya çayda) yaxud havada istifadə olunmaq üçün nəzərdə tutulur. == Tarixçə == Azərbaycan donanma tarixi çox qədim çağlara gedib çıxır. Buna sübut olaraq Qobustandakı qayaüstü rəsmləri göstərmək olar. Orta Çağlarda Azərbaycanda feodal xanlıqlarının yaranması, eləcə də IX–X əsrlərdə vikinqlərin və rusların dəniz tərəfdən hücumları ilə gəmi tikintisi yeni inkişaf qazanır. Özəlliklə Şirvanşahlar dövlətinin güclənməsi ilə Bakının önəmi bir liman şəhəri kimi artır. 1175-ci ildə I Axsitan Bakı yaxınlığında 73 rəqib gəmisini qıraraq rus donanmasını məğlub edir. Bu fakt XII əsrdə Şirvan donanmasının yüksək keyfiyyətindən xəbər verir. 1172-ci ildəki Şamaxı zəlzələsindən sonra paytaxtın köçürülməsi Bakının önəmin daha da artırır. Saray şairi Xaqani Şirvaninin yazdığına görə, Bakı böyük limana və Xəzərdə uluslararası ticarətin mərkəzinə çevrilir. Şirvanşah III Fəribürzun vaxtında Bakı adaların birində hərbi baza kimi istifadə edilən Səbayıl qalası tikilir.
Dolama
Dolama — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Ümumi məlumat == Bu oyunu əsas hallarda uşaqlar dəstələrə bölünərək oynayırlar. Bəzən bu oyunu iki uşaq arasında da keçirilir. Hətta kiçik yaşlı uşaqlar bir-birini dolamaq (sataşmaq və cırnatmaq) məqsədilə bu oyunun sözlərindən (dolamadan) istifadə edirlər. == Oyunun qaydaları == Əvvəlcə dəstəbaşılar seçilir. Dəstəbaşı iki cür təyin olunur: ya onları oyunçular özləri seçirlər, ya da ümumin razılığı ilə (oyunda və uşaqlar arasında müəyyən keyfiyyətləri fərqlənənləri), çox hallarda isə (əgər oyunçular bir-birini tanımırlarsa) püşk yolu ilə seçirlər. Dəstələrə bölünərək oynanılan bu oyunu başlamaq üçün halay yolu ilə uşaqlar dəstələrə bölünürlər. Dəstələr bir-birindən bir neçə addım aralı dayanır. Dəstələrdən biri sanama üsulu ilə oyuna başlayır. Növbə ilə bir-birinə dolama söyləməklə oyun aşağıdakı kimi davam edir: Hansı dəstə dolama tapıb deyə bilməsə həmin dəstə oyunda uduzmuş olur.
Bağ yerində
Bağ yerində qısametrajlı sənədli televiziya filmi rejissor Oqtay Əlizadə tərəfindən 2007-ci ildə çəkilmişdir. Azərbaycan Televiziyasında istehsal edilmişdir. Film Bakı bağlarından bəhs edir. == Məzmun == Film Bakı bağlarından bəhs edir. Bu etnoqrafik filmdə söhbət Bakı bağlarının özünəməxsusluğundan gedir.
Dolanan dağı
Dolanan – Şərur rayonu ərazisində, Dərələyəz silsiləsindən şimal-qərbə ayrılan Saraybulaq qolunun cənub-qərb istiqamətli Ağsal şaxəsində, Arpaçay su anbarının sol sahil yamacında, Şahbulaq kəndindən 3 km şimalda dağ (hünd. 1660,3 m). Üst Permin Murqab regiomərtəbəsinə aid Şahbulaq lay dəstəsinin əhəngdaşılarından təşkil olunmuş sıldırım yamaclı, konusvari yüksəklikdir. Tektonik cəhətdən Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin şimal-şərq cinahında müşahidə edilən Qızılqaya-Dolanan sinklinalının nüvə hissəsində yerləşir. Zirvəsindən submeridional istiqamətli fay qırılması keçir. Yamaclarında şimal-şərq və şimal-qərbə uzanan qırılmalar müşahidə olunur. Yerli əhali bəzən dağı Dolanay dağı adlandırır.
Donanma Cəmiyyəti
Donanma Cəmiyyəti gerçək adı ilə Donanma-yı osmani Muavenet-i Milliyə Cəmiyyəti — 19 iyul 1909-cu ilda Yağcızade Şefik bəy adında bir tacirin liderliyində qurulan, xalqdan və vətəndaş təşkilatlardan maddi yardım əldə edib Osmanlı Donanmasını gücləndirməyi qarşısına məqsəd qoyan bir təşkilatdır.
Donanma gəmisi
Donanma daşıyıcısı və ya donanma gəmisi bir ölkənin donanmasının əsas donanması ilə işləməsi üçün nəzərdə tutulmuş təyyarə daşıyıcısıdır. Bu termin, İkinci Dünya müharibəsi zamanı donanma gəmisini müşayiət gəmilərindən və digər daha az qabiliyyəti olan gəmilərdən fərqləndirmək üçün hazırlanmışdır. Bir çox orta ölçülü daşıyıcılardan əlavə, super daşıyıcılar və bəzi yüngül daşıyıcılar da donanma daşıyıcıları kimi təsnif edilirlər. == İkinci Dünya Müharibəsindəki donanma gəmilərinin müqayisəsi == Aşağıdakılar tam siyahı deyildir, lakin İkinci Dünya Müharibəsi zamanı aktiv olan donanma gəmilərinin üç növündən bəzi nümunələr müqayisə edilərək əlaqə təqdim edilmişdir.
Dolama (Urmiya)
Dolama (fars. دولاما‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 321 nəfər yaşayır (92 ailə).
Fəxri Keşikdə (1938)
Keçiddə götürmə (şahmat)
Keçiddə vurma — Şahmat termini Başlanğıc mövqedən birdən-birə iki xana hərəkət edərək, rəqibin piyadası ilə üfüqi vəziyyətdə duran piyadanı götürmək deməkdir. Keçiddə vurma (bəzi ədəbiyyatlarda "keçiddə götürmə") yalnız müvafiq gedişdən sonra ola bilər. == Debütdə tətbiqi == Rus görüşü (şahmat): 1.e4 e5 2. Af3 Af6 3.d4 ed 4.e5 Ae4 5. V:d4 d5 (diaqrama bax) 6.ed.
Mübariz keşikdə (qəzet)
Polis — 1933-cü ildən etibarən çap olunan həftəlik qəzet. == Tarixi == Azərbaycan Daxili İşlər Nazirliyi tərəfindən 1933-cü ildə "Mübariz keşikdə" adı ilə təsis edilib. "Mübariz keşikdə" qəzeti və 1993-dən çap edilən Bakı Şəhər Baş Polis İdarəsinin "Polis" qəzeti 2021-ci ilin yanvarın 7-dən "Polis" adı altında birləşdirilib. "Polis" qəzeti "Mübariz keşikdə" qəzetinin varisi hesab edilmişdir. == Fəaliyyəti == === İstiqaməti === DİN-in orqanı "Mübariz keşikdə" qəzeti cinayətlərin qarşısının alınması və açılması, ictimai qaydanın və ictimai təhlükəsizliyin, habelə insan hüquq və azadlıqlarının təmin edilməsi sahəsində Azərbaycan Respublikası daxili işlər orqanlarının fəaliyyətini ictimaiyyətə çatdırır, nöqsan və çatışmazlıqlarla bağlı materiallar verir. Bundan əlavə, DİO əməkdaşlarının təcrübəsini yayır, əməkdaşların yaradıcılıq imkanlarından istifadə etməklə daxili işlər orqanlarının və Daxili Qoşunların fəaliyyəti barədə respublika əhalisində dolğun və obyektiv təsəvvür, sağlam ictimai rəy formalaşdırır, daxili işlər orqanlarının fəaliyyətinə dair kütləvi informasiya vasitələri ilə yayımlanan həqiqətə uyğun olmayan məlumatları müəyyən edilmiş qaydada təkzib edir. Abunə yolu ilə yayılır. == İstinadlar == == Xarici keçidlər == Aytən Əliyeva. ""Bizim qəzet" - "Mübariz keşikdə": Azərbaycan polisinin 80 yaşlı mətbuat orqanı". modern.az (az.).
Məmmədvəli Kəminə
Məmmədvəli Kəminə (1770 - 1840) — XIX əsr türkmən klassik ədəbiyyatının ən böyük nümayəndələrindən biri. == Həyatı == Məmmədvəli Kəminə 1770 - 1840-cı illər arasında yaşamışdır. Təkə türkmənlərinin Toxtamış boyunun Toxlular qoluna mənsub olan Kəminə maddi imkansızlıq səbəbiylə istədiyi təhsili ala bilməmiş, buna baxmayaraq yaşadığı bölgənin mədəniyyət mərkəzlərini diyar-diyar gəzmiş, görərək və söhbətlərdə iştirak edərək öz-özünü yetişdirməyə çalışmış və bunu bacarmışdır. Kəminənin akademik səviyyədə şərq ədəbiyyatına bələd olmamasına baxmayaraq, bu sahənin ədəbiyyatı haqqında əhəmiyyətli məlumatlara malik idi. Onun ərəb və fars dillərində təhsil verən ədəbi məktəblərdən xəbərsiz olduğunu söyləmək mümkün deyil. Kəminənin türk ədəbiyyatının əhəmiyyət kəsb edən şəxsiyyətlərindən başqa fars dilində əsərlər qələmə alan Firdovsidən, Nizamidən, Dəhləvidən, Sadidən, Rumidən, Hafizdən, Məscididən, Müşfiqidən təsirləndiyini söyləmək olar. Türkmən şairi Kəminə həmçinin Yunus İmrə, Bürhanəddin Sivaslı, Lütfü, Nəvai, Füzuli, Nəsimi, Qaracaoğlan kimi böyük şəxsiyyətlərin əsərlərini bilmiş və onun sənət anlayışının meydana gəlməsində bu şairlərin yaradıcılığının böyük təsiri olmuşdur. Kəminə, Türkmən klassik ədəbiyyatının ən böyük xəlifəsi olan Maxdımqulunun şagirdidir. Kəminə Maxdımqulunu söz sənətinin, ədəbiyyatın şeyxi kimi dəyərləndirmişdir. Bir məclisdə ondan "Necə yazmaq lazımdır?" deyə soruşulduğunda belə cavab vermişdir: "Ustadımız Maxdımqulu şairlik meydanının dənələrini orağıyla yığdı.
Qızılağac kəndində döyüş
Qızılağac kəndində döyüş - İndiki Masallı rayonu ərazisində yerləşən Qızılağac kəndi ətrafında Talış xanı Mir Həsən xan ilə rus qüvvələri arasında baş vermiş döyüş. İyulun sonları-Avqustun əvvəllərində rus hərbi dəstələri Kür çayının Salyan sahilindən keçmişdi. Ərkivan mahalının kəndlərini qarət edən rus dəstələri yürüş istiqamətlərini Lənkərana doğru çevirmişdilər. Xan çaparlar vasitəsilə bu xəbəri öyrəndi və 4-5 min atlı toplayıb Muğana doğru hərəkət etdi. Yolüstü Yeddioymaq və Hüseynhacılı əhalisindən 500 nəfərlik dəstə Mir Həsən xanın dəstəsinə qoşuldu. Bu dəstə əvvəlcədən ruslarla döyüşmüş və rus bayrağını ələ keçirməyə müvəffəq olmuşdu. Döyüş Qızılağac kəndi ətrafında baş verdi. Dörd dəstəyə ayrılan rus qoşunu dəstə-dəstə önə çıxır və tüfəng atırdı. Bir dəstə tüfəng atarkən digər dəstələr tüfənglərini doldururdular. Bunun nəticəsində talış qoşunu heç bir həmlə edə bilmədi.
Bir cənub kəndində
Bir cənub şəhərində — 1997-ci il Azərbaycan istehsalı musiqili film. == Məzmun == Bu musiqili filmdə cənub kəndlərindən birində müğənnilərin başına gələn əhvalatlardan danışılır.