Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Yapon yeni
Yen,(円) Yaponiyanın pul vahidi, dünyanın əsas valyuta ehtiyatlarından biri. Yenin simvolu ¥ hərfi qəbul olunmuşdur. Qızl və gümüş pul kimi 1869–1871-ci illərdə buraxılmışdır. Pul ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Yeni Qaralar
Yeni Qaralar — Azərbaycan Respublikasının Ağdərə rayonunun Yeni Qaralar kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Prezidentinin 4 noyabr 1991-ci il tarixli, 441 saylı Fərmanı ilə Dağlıq Qarabağ Muxtar Vilayətinin Mardakert rayonunda Yeni Qaralar kənd Soveti yaradılmış və Yeni Qaralar kəndi Sırxavənd kənd Sovetinin tərkibindən onun tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Yeni Qaralar kəndi Ağdam rayonunun inzibati tərkibinə verilmişdir. Kənd 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuş, 2020-ci il noyabrın 20-də işğaldan azad olunmuşdur. Kənd Ağdərə rayonunun tərkibində olub. 1992-ci Ağdərə rayonu ləğv edilib və ərazisi qonşu rayonlar arasında bölüşdürüldükdən sonra kənd Ağdam rayonunun ərazisinə düşüb. 5 dekabr 2023-cü ildə yenidən Ağdərə rayonunun tərkibinə daxil edilib.
Yeni Qvineya
Yeni Qvineya — Qrenlandiyadan sonra Dünyanın ikinci böyük adası, sahəsi 786 min km²-dir.O Materik mənşəli adadır
Yeni Qızmeydan
Yeni Qızmeydan (əvvəlki adı: Novoastraxanka) — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Şamaxı rayonunun Qızmeydan kənd inzibati-ərazi vahidi tərkibindəki Novoastraxanka kəndi Yeni Qızmeydan kəndi adlandırılmışdır. Kənd vaxtilə Astraxanka adlı rus kəndindən çıxmış ailələr tərəfindən Şirəlibəy mülkündə bina edilmişdir. Qızmeydan yaylasında yerləşən Astraxanka (indi Qızmeydan) kəndindən çıxmış ailələr tərəfindən yeni kənd salındığına görə, Novoastraxanka adı verilmişdir. Hazırda bu kənd Yeni Qızmeydan adlanır. Kənd Pirsaat çayının sol qollarından olan Yapalaq çayının başlanğıc sahəsində, Qızmeydan platosunda yerləşir.
Yeni Qızılca
Yeni Qızılca — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 26 dekabr 2006-cı il tarixli, 215-IIIQ saylı Qərarı ilə Xanlar rayonunun Qızılca kənd inzibati ərazi dairəsinin tərkibində yeni salınmış yaşayış məntəqəsi Yeni Qızılca kəndi adlandırılmaqla rayonun ərazi vahidləri siyahısına daxil edilmiş və bu kənd mərkəz olmaqla, Yeni Qızılca kənd inzibati ərazi vahidi yaradılmışdır. Kənd Gəncə-Qazax düzənliyində yerləşir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1173 nəfər əhali yaşayır.
Yeni Ramana
Yeni Ramana — Bakı şəhərinin Sabunçu rayonunun Ramana qəsəbə inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Bakı şəhərinin Sabunçu rayonunun Ramana qəsəbə inzibati ərazi vahidi tərkibindəki Yeni Ramana qəsəbəsi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır. Qəsəbədə 24 dekabr 2013-cü ildə Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin açılışı olmuşdur. Qəsəbədə 316 nömrəli tam orta məktəbi, 90 nömrəli tam orta məktəb, Qubadlı rayonu Fərrux İsrafil oğlu Mehdiyev adına Qaralar kənd tam orta məktəbi, Qubadlı rayonu Xanlar kənd tam orta məktəbi, Xankəndi rayonu 4 nömrəli tam orta məktəb yerləşir.
Yeni Roma
Nova Roma və ya Yeni Roma — İstanbul şəhəri Roma İmperatorluğunun paytaxtı elan edildiyi zaman imperator I Konstantin tərəfindən qoyulan, lakin qəbul edilməmiş qısa müddətli (330–337) Latın dilindəki adıdır. İstanbulun on altı əsr boyunca paytaxt olma tarixi, 395-ci ildə Roma İmperatorluğunun Şərq-Qərb hissələrinə parçalanmasından 65 il əvvəl, 330-cu ildə Nova Roma olaraq başlanmışdır. Bizantionun (İstanbulun ilk şəhər adı) coğrafi mövqeyi Roma imperatoru I Konstantinin diqqətini çəkir. 11 may 330-cu ildə Konstantin Bizantion şəhərini Roma İmperiyasının yeni paytaxtı elan etdi və adını Yeni Roma (Latın dilində Nova Roma) adlandırdı. Nova Roma adı çox da qəbul edilmir və I Konstantinin ölümü ilə tamamilə ləğv edilərək Konstantinopol adı ilə əvəz olunur. I Konstantin, Liciniusu məğlub edərək Roma İmperatorluğunu birləşdirdi, Şotlandiyadan Qırmızı dənizə, Mərakeşdən Dəclə çayına qədər uzanan böyük bir imperatorluğun yeganə hökmdarı oldu. IV əsrin şərtlərinə görə, imperatorluğun sərvəti Şərqdən Misir və Kiçik Asiya vasitəsilə həyata keçirilən ticarətə əsaslanırdı. Bu səbəbdən, əfsanəyə görə e.ə. 667-ci ildə kral Bizas (Byzas) tərəfindən qurulan Bizantion (Byzantion) (Romalılar tərəfindən Latınlaşdırılan Byzantium) şəhərinin varlı şərq əyalətlərinə hakim olan misilsiz mövqeyi I Konstantinin diqqətini cəlb etmişdir. Byzantium, Pontus Euxinusa (Qara dəniz) və Asiyadan keçən ticarət yollarının çoxuna nəzarət edə biləcək strateji bir mövqedə yerləşirdi.
Yeni Sibir
Yeni Sibir (saxa Саҥа Сибиир арыы) — Yeni Sibir adalarının Anju qrupuna daxil olan ada. Sahəsi 6,2 min km² təşkil edir. Şərqi Sibir dənizində Kotelnı adasından şərqdə yerləşir. Cənub-qərbdə Sannikov boğazı onun sahillərini yuyur. Üst-Lensk təbiət qoruğu ərazisində yerləşir. Adanın relyefi ümumilikdə düzəndir. Relyefin bu cür olması buzlaqların ekzarasiya fəaliyyəti ilə meydana gəlir. Ada tundra örtülü olur. Adanın sahillərində hündürlüyü 10–17 m hündürlüyə malik olan uçurumlar vardır. Şimalında isə bu bur sıldırımların hündürlüyü 25 metrə çatır.
Yeni Sudur
Yeni Sudur — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 510 nəfərdir. Burada azərbaycanlılar, ləzgilər, buduqlular, xınalıqlılar yaşayır. Əhalisi dağ kəndlərindən köçüb gəlmədir. Ləzgilər Qusar rayonunun kəndlərindən, buduqlular Quba rayonunun Buduq kəndindən və xınalıqlılar Xınalıq kəndindən köçüb gəlmələrdir. Əhali əsasən, kənd təsərrüfatı və maldarlıqla məşğul olur. Meyvəçilik də geniş yayılmışdır.
Yeni Suraxanı
Yeni Suraxanı (əvvəlki adı: Kirov) — Bakının Suraxanı rayonunda qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Bakı şəhərinin Suraxanı rayonundakı Kirov qəsəbəsi Yeni Suraxanı qəsəbəsi adlandırılmışdır. 1930-cu ildə Suraxanı kəndinin əhalisi dövlət tərəfindən kəndin əkin sahələrində tikilmiş yeni, qəsəbə tipli kəndə köçürüldü. Səbəb kimi Suraxanı kəndinin ərazisində neft mədənlərinin olması və bunun əhali üçün çətinliklər törətməsi göstərildi. Kənd sakinləri arasında yeni yaşayış məskəni "Nuqədi" (Yeni kənd) adlandı. 29 dekabr 1992-ci il tarixinə qədər Suraxanı rayonundakı bu qəsəbə Kirov qəsəbəsi adlanırdı. Bu ad kənd əhalisi tərəfindən qəbul edilməmiş və Yeni Suraxanı adından istifadə edilmişdir. Suraxanı sözünün mənası Bakılıların eynilə də suraxanılıların və balaxanılıların danışdığı tat dilində sura — "qırmızı", xanı — "ev", əslində isə, sörx — "qırmızı", xonə — "ev" deməkdir.
Yeni Suvagil
Yeni Suvagil (əvvəlki adı: Yeni Suvaqil) — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Zaqatala rayonunun Yeni Suvaqil kənd inzibati-ərazi vahidi tərkibindəki Yeni Suvaqil kəndi Yeni Suvagil kəndi, Yeni Suvaqil kənd inzibati-ərazi vahidi Yeni Suvagil kənd inzibati-ərazi vahidi adlandırılmışdır. Kənd 1953-cü ildə salınıb. Kənd rayon mərkəzindən 22 km cənubda, Alazan-Həftəran vadisində yerləşir. Rəsmi məlumatlara əsasən kənd əhalisinin əksəriyyətini (rəsmi məlumatlara əsasən təxminən 99 %-ni) saxurlar təşkil edir. Əhalinin əsas məşğuliyyəti taxılçılıq, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır.
Yeni Tahircal
Yeni Tahircal — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. Kənd 1999-cu ildə yaradılmışdır. Yeni Tahircal oyk., mür. Qusar r-nunun Samur qəsəbə i.ə.v.-də kənd. Şahdağın ətəyindədir. Sakinləri əsasən, Aşağı Tahircal və Yuxan Tahircal kəndlərindən gəldiklərinə görə 1975-ci ildə yaşayış məntəqəsinə Yeni Tahircal adı verilmişdir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 483 nəfər əhali yaşayır.
Yeni Torpaq
Yeni Torpaq — Şimal Buzlu okeanda yerləşən arxipelaq. Kara dənizi və Barens dənizləri arasında qərar tutur. İnzibati cəhətdən Rusiyanın Arxangelsk vilayəti «Novaya Zemlya» rayonuna daxildir. Arxipelaq iki iri adadadan və bir sıra xırda adalardan ibarətdir. Şimal adası və Cənub adası ən iriləri olub aralarında ən ensiz yeri 2 km olan Matoçkin Şar boğazı yerləşir. Kiçik adalar arasında ən irisi Mejduşarski adasıdır. Şimal adasının şərq qutaracağında Avropanın adada yerləşən ən ucqar nöqtəsi olan Flissinqski burnu yerləşir. Arxipelaq cənub-qərbdən şimal-şərq qutaracağına qədər 925 km məsafədə uzanır. Arxipelaqın ucqar şimalı Böyük Oranski adalarıdır. Cənub qutaracağı Petuxov arxipelaqı, şərq qutracağı Qusinaya Zemlya yarımadasında yerləşən adsız burun, şərq qutaracağı isə Şimal adasında yerləşən Flissinqski burnunda yerləşir.
Yeni Türkan
Yeni Türkan — Bakı şəhərinin Əzizbəyov rayonunun Türkan qəsəbə inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Bakı şəhərinin Əzizbəyov rayonunun Türkan qəsəbə inzibati ərazi vahidi tərkibindəki Yeni Türkan qəsəbəsi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır.
Yeni Ulduz
"Yeni Ulduz" — 2004-cü ildən 2010-cu ilə qədər Azərbaycanın ATV kanalında yayımlanan musiqi yarışma verilişi. Veriliş Britaniyanın "Pop Idol" verilişi üzərində əsaslanıb.
Yeni Uluxanlı
Yeni Uluxanlı (əvvəlki adı: Aydıngün) — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 12 fevral 2008-ci il tarixli, 548-IIIQ saylı Qərarı ilə Salyan rayonunun Yolüstü kənd inzibati ərazi dairəsi tərkibindəki Aydıngün kəndi Yeni Uluxanlı kəndi adlandırılmışdır. Aydıngün Salyan rayonunun Qaracala qəsəbə inzibati ərazi vahidində qəsəbə. Kür çayının sahilində, Şirvan düzündədir. Sovet hakimiyyəti illərində (1965) verilmiş adlardandır. Oykonim "Xoş gun; firavan həyat" mənasındadır. Kənddə ilkin yaşayış XIX əsrin ortalarına təsadüf etmişdir. Həmçinin Qərbi Azərbaycanda da eyniadlı yaşayış yeri mövcuddur. Ermənistan SSRİ-nin Masis rayonundan buraya köçürülmüşlər. Əhalisi 2013-cü il üzrə 3.000 nəfərdir.
Yeni Veysli
Yeni Veysli — Azərbaycan Respublikasının Goranboy rayonunun inzibati ərazi vahidində qəsəbə. 2009-cu il noyabrın 20-də Goranboy rayonunun Veyisli kəndi yaxınlığında məcburi köçkünlər üçün salınmış Yeni Veysli qəsəbəsinin açılış mərasimi olub. Prezident İlham Əliyev mərasimdə iştirak edib. Prezident Kəlbəcər ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Qəsəbədə Kəlbəcər rayonundan olan 596 məcburi köçkün ailəsi yerləşdiriləcək. 120 hektar ərazidə salınan qəsəbədə 89-u bir, 275 iki, 200 üç, 32 dördotaqlı olan evlər tikilibdir. Qəsəbədə bütün zəruri infrastruktur yaradılıb. Qəsəbədə müstəqil elektrik stansiyası tikilib, bütün evlər təbii qazla təchiz olunub. 2011-ci ildə Yeni Veysli qəsəbəsində elektron ATS istifadəyə verilməsi nəzərdə tutulmuşdur. Burada məktəb binası, uşaq bağçası, ambulatoriya, klub-icma mərkəzi, poçt binası və digər inzibati binalar tikilmişdir.
Yeni sofistika
İkinci sofistika və ya yeni sofistika — sofistika dövrlərindən biri. Əsas nümayəndələri Samosatalı Lukian və Flavi Filostrat olmuşdur. II əsrin əvvəlindən, yəni Antoninlərin "qızıl dövrü"ndən IV əsrin sonuna qədərki dövrü əhatə edir. İkinci sofistikanın nümayəndələri adətən Filostratın "Sofistlərin bioqrafiyası" kitabında bəhs etdiyi filosoflar hesab olunurlar. Bəzi tədqiqatçılar hesab edirlər ki, ikinci sofistika b.e. I əsrinin əvvəllərinə gedib çıxır. Yeni sofistika dövrünü V əsrdən başlayaraq üçüncü sofistika dövrü, digər adı ilə Bizans ritorikası izləmişdir. İkinci sofistikanın nümayəndələri xüsusi boşluqları ilə seçilirdilər, çünki onların dövründə fəlsəfə çox yüksək ehtiramla qarşılanırdı, Roma hökmdarları sofistləri hər formada təşviq etməyə çalışırdı. Məsələn, Eli Aristid yuxuda ona tanrının göründüyünü və ona dahi olaraq Platon və Demosfenə bərabər olduğunu elan etdiyini söyləmişdir. Odur ki, ikinci sofistika ümumiyyətlə Demosfen və Platonun tərənnümü ilə xarakterizə olunur.
Yeni Buxara
Kağan (özb. Kogon) — Özbəkistanın Buxara vilayətində şəhər. 1989-cu ildə əhalisi 48.054 nəfər imiş. Kağan keçmişdə Yeni Buxara (özb. Yangi Buxoro) kimi tanınarmış. Rus imperatorluğu yeni torpaqları imperiyanın mərkəzi ilə sürətli bir şəkildə çağdaş ticarət yolları ilə birləşdirməyə çalışırdı. Bu problemin ən yaxşı həlli dəmir yollarının tikintisi idi. Kağan dəmiryolu işçiləri üçün Rusiyanın Yeni Buxara kəndi kimi quruldu. 1888-ci ildə Transxəzər dəmir yolu xəttindəki stansiyalara və yollara qulluq göstərmək üçün Buxaradan 12 kilometr aralıda tikilən kənd, neçə ildən sonra bir növ səfirlik şəhərinə çevrildi. O dönəmlərdə yaşayış binalarının tikintisi üçün torpaq sahələri Buxara hökumətindən hər kvadrat sazen üçün təxminən 50 qəpik (3 Buxara tengəsi) qiymətinə satılırdı.
Yeni jurnalistika
Yeni jurnalistika — Dövrümüzdə iz qoymuş informasiya texnologiyaları çərçivəsində inkişaf edən internet bəşəriyyət üçün yeni bir dövrün başlanğıcı oldu. İnternetlə ünsiyyət və media sahəsində çox fərqli struktur və funksional transformasiya prosesləri başladı. Çap mediası və audio-vizual media kimi fərqlər aradan qalxdı və inteqrasiya olunmuş və mürəkkəb media quruluşu yarandı. Yeni jurnalistika ənənəvi mediadan çox fərqlənməsə də, onun inkişafının nəticəsi olsa da bir sıra kriteriyalarda ondan müəyyən dərəcədə fəqlənir. 1980-ci illərə kimi bütün KİV-lər çap və analoqlu görüntüyə əsaslanan məlumatlardan, yəni televiziya, qəzetlər və radiodan ibarət idi. Lakin son 25 ildə informasiyanın yayılması və cəmiyyətə çatdırılması sahəsində çox ciddi və sürətli irəliləyişlər, inkişaf nəzərə çarpmağa başladı və bütün bunlar internet və kompüterin yaranması ilə bağlı oldu. İstifadəçilərin internetdə məzmun axtardığı, istifadə etdiyi və istehsal etdiyi interaktiv ünsiyyət platformasıdır. İnsanların bir-biri ilə məzmun və məlumat paylaşmasına imkan verən sosial şəbəkələr, internet saytları və proqramlar sayəsində hər kəs axtardığı və maraqlandığı məzmuna daxil ola bilir. Kiçik qruplar arasında dialoqlar və paylaşımlar istifadəçi əsaslı məzmunun (UGC-User Generated Content) istehsalını tədricən artırır, həvəskar məzmunu rəqəmsal dünyada dəyərə çevirir. Bu, vaxt və məkan məhdudiyyəti olmadan (mobil əsaslı) paylaşma və müzakirənin vacib olduğu insan ünsiyyətinin formasıdır.
Yeni horizont
Yeni horizont — Ağarza Quliyev və Qriqori Braginski birgə çəkdikləri film. Film Bakı neftçilərinin həyatından, onların yeni neft yataqları kəşf etmələrindən bəhs edir. Filmdə olan kəskin konflikt, elm aləmində cürətli yenilikçi fikri ilə köhnəliyin qalıqları olan ətalət, mühafizəkarlıq və ehkamçılığın təzadları üzərində qurulmuşdur. Film yazıçı və ssenarist İmran Qasımovun kinomatoqrafiyada ilk işidir. Ssenari: İmran Qasımov Quruluşçu rejissor: Ağarza Quliyev, Qriqori Braginski Quruluşçu operator: Fyodor Novitski, Muxtar Dadaşov Bəstəkar: Niyazi Səs operatoru: İlya Ozerski Mahnının mətni: Əliağa Vahid Rejissor assistenti: Lətif Səfərov, Məmməd Əlili(2-ci şəxs titrlərdə yoxdur) Operator assistenti: Teyyub Axundov Montaj üzrə rejissor assistenti: Zeynəb Kazımova Quruluşçu rəssam: Qasım Səlimxanov (titrlərdə yoxdur) İsmayıl Əfəndiyev — Adil Kərimov Rza Əfqanlı — professor Əhmədov Ələsgər Ələkbərov — partiya təşkilatçısı Aslanov Əli Qurbanov — Heydər Sofa Bəsirzadə — Validə Əzizə Məmmədova — Fatma Möhsün Sənani — Ruben Mustafa Mərdanov — trest müdiri Əlisəttar Məlikov — Rüstəm Abbasov V.Çavçavadze — tibb bacısı Şəmsəddin Abbasov. “Sovet Azərbaycanının kinosu” //Kommunist.- 1958.- 29 avqust. Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др.
Yaponiya yeni
Yen,(円) Yaponiyanın pul vahidi, dünyanın əsas valyuta ehtiyatlarından biri. Yenin simvolu ¥ hərfi qəbul olunmuşdur. Qızl və gümüş pul kimi 1869–1871-ci illərdə buraxılmışdır. Pul ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Yeni İsveç
Yeni İsveç (isv. Nya Sverige) — 1638-1655-ci illərdə Amerikada mövcud olmuş İsveç imperiyasının müstəmləkəsi.
Yeni Musavat
Müsavat Partiyası və ya sadə şəkildə Müsavat, bəzən Musavat — Azərbaycanda 1911-ci ildə Məhəmməd Əmin Rəsulzadənin göstərişi ilə qurulmuş siyasi partiya. Müsavat və ya Musavat həmçinin bu mənaları ifadə edə bilər: Müasir Müsavat Partiyası — 2001-ci ildə Hafiz Hacıyev liderliyində qurulmuş sol mərkəziyyətçi siyasi partiya. Müsavat və bitərəflər fraksiyası — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin sayca ən çox millət vəkili olan, Məhəmməd Əmin Rəsulzadənin başçılığındakı Müsavat Partiyası üzvləri və bitərəf siyasətçilərdən ibarət fraksiya. Yeni Müsavat (qəzet) və ya sadə şəkildə Müsavat — 1989-cu ilin noyabrın 7-də Azərbaycan Milli Demokrat Yeni Müsavat Partiyasının mətbuat orqanı kimi yaradılan, 1993-cü ildən İsa Qəmbər tərəfindən təsis olunan və Azərbaycanda nəşr olunan, hazırkı rəhbərinin Rauf Arifoğlunun olduğu gündəlik qəzet. Yeni Müsavat (agentlik) və ya sadə şəkildə Müsavat — Azərbaycanda onlayn qəzet, xəbər və informasiya agentliyi, internet telekanalı. Musavat (Qacar qəzeti) — 1907–1909-cu illərdə Qacarlar dövlətində nəşr olunan həftəlik fars qəzeti. Müsavatçılıq — Müsavat Partiyasının siyasi və ümumi dəsti-xətti, partiyanın əsas ideologiyalarından biri. Müsavat Dərvişoğlu — Türkiyə siyasətçisi, İYİ Partiyanın ikinci sədri (2024-cü ildən), Türkiyə Böyük Millət Məclisi XXVII və XXVIII çağırışlarının millət vəkili, TBMM İYİ Partiya fraksiyasının sədr müavini.
Yeni monetarizm
Yeni monetarizm (ing. New Monetarism, New Monetarist Economics, New Monetarist Approach) — makroiqtisadi nəzəriyyənin istiqaməti (klassik və ya “köhnə” monetarizm) pul və əmtəə mübadiləsində qüsurların modelləşdirilməsinə yönəlmişdir. Axtarış nəzəriyyəsi, oyun nəzəriyyəsi, danışıqlar nəzəriyyəsi və iqtisadi mexanizmlərin dizaynı nəzəriyyəsi alətlərinə əsaslanır və makroiqtisadiyyat və mikroiqtisadiyyatın kəsişməsində yerləşir. 2005—2010-ci illərdə yeni monetarizm müstəqil istiqamət kimi formalaşmışdır. Onun tərtibçiləri ABŞ Federal Ehtiyat Sisteminin akademik tədqiqatçıları, ilk növbədə Stiven Uilyamson və Randall Rayt idi. Bundan əlavə, fərdi ideyalar Nyu-York Universitetinin professoru, əvvəllər Minneapolis Federal Ehtiyat Bankında tədqiqat aparmış Rikardo Laqos və Klivlend Federal Ehtiyat Bankında işləyən Kaliforniya Universitetinin professoru Qiyom Roşeto tərəfindən təklif edilmişdir. Yeni monetaristlər iqtisadi agentlərin pulu yalnız faydalılıq funksiyasına və ya istehsal funksiyasına daxil olduğu üçün saxlaması fikrini rədd edirlər. Əksinə, pul köməkçi deyil, müstəqil rol oynayır, çünki pula sahib olmaq mübadilə prosesinə mane olan qüsurları aradan qaldırmağa imkan verir. Pulun mübadilə aləti kimi təqdim edilməsi üçün yeni monetarizm axtarışın mikroiqtisadi nəzəriyyəsinə əsaslanır. Onun modelləri güman edir ki, əməliyyatın bağlanması agentlərin bir-biri ilə görüşüb-görüşməməsindən (satıcının öz məhsulunu almaq istəyən alıcı tapıb tapmamasından və əksinə) asılıdır.
Məxfi
Məhəmmədəli bəy Məşədi Əsədulla bəy oğlu Vəliyev — azərbaycanlı şair, titulyar müşavir, Məclisi-ünsün üzvü. "Əhvalati-Qarabağ" əsərinin müəllifi. Məhəmmədəli bəy Məşədi Əsədulla bəy oğlu 1832-ci ildə Şuşada anadan olub. Atası Məşədi Əsədulla bəy Hacı Həsənəli bəy oğlu Vəliyev Şuşada tacir kimi tanınıb. İbtidai təhsilini atasından aldıqdan sonra təhsilini mədrəsədə davam etdirib. Şuşa qəza məktəbində isə rus dilini öyrənir. Şamaxı, Tiflis, İrəvan və Şuşada qəza idarələrində məmur kimi fəaliyyət göstərib. Mülki xidmətə tərcüməçiliklə başlayan o, öz xidmətində quberniya katibi çinindən titulyar müşavir çininə qədər yüksəlib. Məhəmmədəli bəy həm də şair olub. Məxfi təxəllüsü ilə şeirlər yazıb.
Nənni
Nənni və ya Hamak — iki dayaq arasında parça, ip və ya tordan hazırlanaraq asılmış, yatmaq və istirahət üçün istifadə edilən sadə yataq yeri. Cənubi Amerikanın və Afrikanın bir sıra ölkələrində çarpayını əvəz edir. Azərbaycan ərazisində hələ qədim dövrlərdən başlayaraq əsasn körpə uşaqları yatırtmaq üçün istifadə olunurdu.
Ptxni
Ptxni — İrəvan xanlığı, Qırxbulaq mahalı, İrəvan quberniyasının İrəvan qəzasında, indiki Ellər (Kotayk, Abovyan) rayonunda kənd. Kəndin köhnə adı Bağçalıq olmuşdur.
Qəzni
Qəzni vilayəti (fars. غزنی‎; puşt. غزني) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri, inzibati mərkəzi Qəzni şəhəridir. Vilayətin ərazisi 22.915 km², 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata əsasən əhalisi 1111.3 min nəfərdir. Əhalisinin 49%-ni puştunlar, 45%-ni həzaralar (milliyyətindən asılı olmayaraq birinci dil kimi dari dilini istifadə edənlər: bura Azərbaycan əsilli türklər olan qızılbaşlar da daxildir), 4%-ni taciklər və 1%-ə yaxınını hindlilər/siqhlər və başqa azlıqlar təşkil edir. Rəşidan (2002-ci ildə əhalisi 29 min nəfər): 96%-i puştunlar, 4%-i həzaralar. Zanaxan (2002-ci ildə əhalisi 12 230 nəfər): 100% puştunlar. Navur (2002-ci ildə əhalisi 91 778 nəfər): 100% həzaralar. Qarabağ (2002-ci ildə əhalisi 218 min nəfər): 55%-i puştunlar, 45%-i həzaralar. Nava (2002-ci ildə əhalisi 29 054 nəfər): 100% puştunlar.
Yanni
Yanni (tam adı Yiannis Hrysomallis ya da məşhur olduğu adıyla John Yanni Christopher; 14 noyabr 1954[…], Kalamata[d]) — Yunan pianoçu və bəstəkar. 1992-ci ildə "Dare to Dream" albomu ilə Grammy mükafatı qazanmışdır. Başqa uğurlu albomlarından biri isə 1993-cü ildə çıxardığı "My Time" albomu olmuşdur. Əsl müvəffəqiyyəti 1994-cü ildə çıxardığı "Yanni Live at the Acropolis" albomu ilə qazanan sənətçinin bu əsəri bütün zamanların ən çox satan ikinci video-klipi olmuşdur. 2011-ci ilə qədər 20 ölkədə, 2 milyondan çox konsert vermiş; 20 milyonun üzərində albom satmışdır. 1993-cü ildə İngilis Kraliyət Simfonik Orkestri ilə Acropolis-də verdiyi konsertlə özünü dünyaya tanıtdırmışdır. Özü xüsusi bir musiqi təhsili almadığı halda Simfoniyalar yazan bir musiqiçidir. 1987-ci ildəki ilk albomu " Keys to Imagination " olan məşhur musiqiçinin eyni zamanda Yunanıstan gənclər üzmə rekorçuluğu və Amerikadakı Minnesota Universitetindən psixologiya lisenziya var. Optimystique (1980) Keys to Imagination (1986) Out of Silence (1987) Chamaleon Days (1988) Niki Nana (1989) Reflections of Passion (1990) In Celebration of Life (1991) Dare to Dream (1992) In my time (1993) Live at the Acropolis (1993) In the Mirror (1997) Tribute (1997) If I Could Tell You (2000) Ethnicity (2003) Yanni Live!
Yəsna
Yəsna - ("ehtiram", "pərəstiş", "qurban vermə") "Avesta"nın 72 fəsildən ibarət olan, ibadət, müxtəlif adətlər, mərasimlər və qurban verilməsi zamanı oxunan ayrı-ayrı duaları özündə ehtiva edən ən həcmli hissəsidir. Metrik formada tərtib olunmuş və xarakterinə görə Bibliya peyğəmbərlərinin nitqlərini xatırladan "Qatlar" ("himnlər", nəğmələr") onun ən mühüm qismidir (17 fəsildən ibarətdir). Yasnanın qismən şeirlərlə tərtib olunmuş Yeddi fəsli (35-41-ci fəsillər) Qatlara yaxınlaşır. Bu fəsillərdə ən qədim zamanların ruhu duyulmaqdadır. Yasnanın nəticə hissəsində dualar vardır.
Çəpni
Çəpni — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda kənd. Rayon mərkəzindən 19 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Orta əsrlərdə Anadoluda Ulu-Yörük tayfa ittifaqının bir qolu Çəpni adlanırdı XVI əsrdə Qızılbaşların Çəpni tayfasının məskunlaşması nəticəsində yaranmışdır Toponim qədim oğuz tayfasından olan çəpni etnonimi əsasında əmələ gəlmişdir. Qızılbaş tayfalarından birinin də adı "çəpni"dir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Mənşəcə Səlcuq oğuzlarının Çəbni (Çəpni) tayfasının adını əks etdirir. 1828-ci ildə kəndin azərbaycanlı əhalisi qovulmuş və İrandan gəlmə ermənilər yerləşdirilmişdir. Ona görə də XIX əsrin 80-ci illərinə aid mə'lumata görə kəndin əhalisi erməni idi (yenə orada).
Yuxi
Yuxi — Çində Yunnan əyalətində yerləşən vilayət tipli şəhər. İdarə mərkəzi Honqta mahalıdır. Yuxi Kunminqin cənubunda, təxminən 90 km aralıqda yerləşir. Sahəsi 15.285 kvadrat kilometr, əhalisi 2.5 milyona yaxındır. Yuxinin daxilində Fuxian gölü vardır. Bu göl Çində ən dərin ikinci göl sayılır. Bundan başqa şəhərin ətrafıda daha üç göl vardır. Bunlar Xingyun Gölü, Qilu Gölü, və Yanqzong Gölüdür. Şəhərdə əsasən subtropik yayla iqlimi hakimdir. Günlük orta tempratur +17 ° C -dir.
Dəştabi bəxşi
Dəştabi bəxşi (fars. بخش دشتابی‎) , (az.-əski. دشتابی بؤلومو‎) iranın Qəzvin ostanının Buyinzəhra şəhristanının ərazisinə daxil olan bəxş.
Firdovsinin dəfni
"Firdovsinin dəfni" — azərbaycanlı rəssam Qəzənfər Xalıqovun 1934-ci ildə çəkdiyi rəsm əsəri.
Fəxri Kazımov
Fəxri Xanhüseyn oğlu Kazımov (23 oktyabr 1970, Bakı) — Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun İdarə Heyətinin sədri, iqtisadiyyat üzrə fəlsəfə doktoru. == Həyatı və fəaliyyəti == Fəxri Kazımov (Fəxri Xanhüseyn oğlu Kazımov) 23 oktyabr 1970-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1992-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir. 1994–1995-ci illərdə İstanbul Mərmərə Universitetinin Bankçılıq və Sığortaçılıq İnstitutunda aspirant təhsili almışdır. 1993–1995-ci illərdə Azərbaycan Respublikasının kommersiya banklarında çalışıb. 1995-ci ildə Azərbaycan Respublikası Milli Bankı Pul-kredit siyasəti departamentinin makroiqtisadi şöbəsində baş iqtisadçı vəzifəsində işləyib. 1995–2000-ci illərdə Azərbaycan Respublikası Milli Bankı İdarə Heyəti Sədrinin baş müşaviri vəzifəsində çalışıb. 2000–2002-ci illərdə Azərbaycan Respublikası Milli Bankının Daxili Audit departamentinin direktoru vəzifəsində işləmişdir. 2002–2008-ci illərdə Azərbaycan Respublikası Milli Bankının İdarə Heyəti Sədrinin Ofisinin rəhbəri, daha sonra Milli Bankın İcra Aparatının rəhbəri vəzifəsində çalışıb. 2008–2016-cı illərdə Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondunun İcraçı direktoru vəzifəsində çalışmışdır.
Fəxri Korutürk
Fəxri Sabit Qorutürk (türk. Fahri Sabit Korutürk; 3 avqust 1903, Fateh, İstanbul ili – 12 oktyabr 1987, İstanbul) — Türkiyə Respublikasının 6-cı prezidenti (1973–1980). Qorutürk soyadını ona Mustafa Kamal Atatürk vermişdir. Fəxri Korutürk 1901-ci ildə İstanbulda anadan olub. Atası Osman Sabit Əfəndi, anası Əminə Nəsrin xanımdır. 1916-cı ildə Hərbi məktəbə daxil olmuş, 1923-cü ildə isə leytenant rütbəsi ilə Dəniz Qüvvələrinə qəbul olunmuşdur. Müxtəlif hərbi məktəblərdə oxumuş, 1933-cü ildə Dəniz Hərb Akademiysından məzun olmuşdur. Roma, Berlin və Stokholmda Dəniz Attaşeliyi vəzifələrində çalışmış, 1936-cı ildə Montrö Boğazlar Konfransına hərbi mütəxəssis kimi qatılmış, nəhayət, Dəniz Hərb Akademiyasının komandanı olmuşdur. 27 may çevrilişindən sonra Moskva səfirliyindən istefa vermiş, 7 iyun 1968-ci ildə prezident tərəfindən senator təyin edilmişdir. 6 aprel 1973-cü ildə TBMM tərəfindən prezident seçilmişdir.
Fəxri Müslüm
Quliyev Fəxri Müslüm oğlu (10 aprel 1948, Düzrəsullu, Gədəbəy rayonu) — Azərbaycanlı şair, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü (2003), Prezident mukafatçısı (2010–2011), Azərbaycan Jurnalistlər Birliyinin üzvü (2003), iqtisad üzrə fəlsəfə doktoru (2012), Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının dosenti (2015) == Həyatı == Quliyev Fəxri Müslüm oğlu 10 aprel 1948-ci ildə Gədəbəy rayonunun Şınıx bölgəsinin Düz Rəsullu kəndində anadan olmuşdur. Düz Rəsullu kənd orta məktəbində 8-ci sinifə qədər həmin məktəbin dəyərli müəllimlərindən dərs almış, sonradan təhsilini Tovuz rayonunda A. S. Puşkin adına şəhər orta məktəbində davam etdirmiş və 1966-cı ildə həmin məktəbi bitirmişdir. 1967–1969-cu illərdə hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra 1971-ci ildə Bakı Yeyinti Sənaye Texnikumunu bitirmişdir. 1976-cı ildə Azərbaycan Xalq Təsərrüfatı (hal-hazır ki, Azərbaycan Dövlət İqtisad Universiteti) insitututnun maliyyə fakültəsini bitirmişdir. Fəxri Müslüm, Tovuz rayonunun Yekallar kəndinin sakini, XIX əsrin axırlarında Xankəndinin pristavı olmuş Tanrıverdi kişinin qız nəvəsidir. Uşaqlıq dövrünün əksər hissəsini Yekallarda Tanrıverdi kişinin qardaşı (Tanrıverdi kişi 1913-cü ildə dünyasını dəyişmişdir) Qulam kişinin, eləcə də onun oğlu Həmid Suleymanovun evində keçirmişdir. == İş fəaliyyəti == Fəxri Müslüm Quliyev, əmək fəaliyyətinə Bakı Yeyinti Sənaye Texnikumunda oxuyarkən 1970-ci ildən gözətçi vəzifəsilə başlamışdır. O,1971–1973-cü illərdə Bakı Tütün Kombinatında "Texnoloq", 1973–1977-ci illərdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Naziriyinin Normativ Tədqiqat İdarəsində "Böyük iqtisadçı", 1977–1997-ci illərdə Azərbaycan Respublikası Əmanət Bankında "Təftişçi", "Böyük təftişçi", "Kassalarla hesablaşma şöbəsinin rəisi", "Nağdsız hesablaşmalar və yığım idarəsinin rəis müavini", "Pul dövriyyəsi və kassa əməliyyatı idarəsinin rəisi", 1997–1999-cu illərdə "AZAL" Səhmdar Kommersiya Bankında şöbə rəisi, 1999–2005-ci illərdə Azərbaycan Hava Yolları QSC-də müfəttiş-mühasib və baş mühasib vəzifələrində çalışmışdır. == Pedaqoji fəaliyyəti == Fəxri Müslüm Quliyev pedoqoji fəaliyyətə 2005-ci ildən Milli Aviasiya Akademiyasının "Beynəlxalq İqtisadi Münasibətlər" kafedrasının müəllimi kimi başlamışdır.
Fəxri Məmmədov
Fəxri Qorutürk
Fəxri Sabit Qorutürk (türk. Fahri Sabit Korutürk; 3 avqust 1903, Fateh, İstanbul ili – 12 oktyabr 1987, İstanbul) — Türkiyə Respublikasının 6-cı prezidenti (1973–1980). Qorutürk soyadını ona Mustafa Kamal Atatürk vermişdir. Fəxri Korutürk 1901-ci ildə İstanbulda anadan olub. Atası Osman Sabit Əfəndi, anası Əminə Nəsrin xanımdır. 1916-cı ildə Hərbi məktəbə daxil olmuş, 1923-cü ildə isə leytenant rütbəsi ilə Dəniz Qüvvələrinə qəbul olunmuşdur. Müxtəlif hərbi məktəblərdə oxumuş, 1933-cü ildə Dəniz Hərb Akademiysından məzun olmuşdur. Roma, Berlin və Stokholmda Dəniz Attaşeliyi vəzifələrində çalışmış, 1936-cı ildə Montrö Boğazlar Konfransına hərbi mütəxəssis kimi qatılmış, nəhayət, Dəniz Hərb Akademiyasının komandanı olmuşdur. 27 may çevrilişindən sonra Moskva səfirliyindən istefa vermiş, 7 iyun 1968-ci ildə prezident tərəfindən senator təyin edilmişdir. 6 aprel 1973-cü ildə TBMM tərəfindən prezident seçilmişdir.
Fəxri Qəribzadə
Fəxri Uğurlu
Fəxri Uğurlu (Əliyev Fəxri Ağa oğlu; 5 sentyabr 1968, Bakı) — Azərbaycanlı yazıçı, jurnalist, nasir. "Multikulturalizm" jurnalının baş redaktoru (2016), Azərbaycan Yazıçılar Birliyinin üzvü (1995). == Həyatı == Fəxri Uğurlu 5 sentyabr 1968-ci ildə Bakıda doğulub. 1987–1989-cu illərdə sovet ordusunda xidmət edib. 1993-cü ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirib. == Yaradıcılığı == Dövri mətbuatda ilk yazısı 1986-cı ildə "Azərbaycan gəncləri" qəzetində çap edilib. Həmin vaxtdan müntəzəm olaraq mətbuatla əməkdaşlıq edib, "Ulduz", "Pioner", "Gənclik" jurnallarında, "İlham", "Səs", "Novruz", "Dədəm Qorqud" qəzetlərində yazıları çap olunub. 1991-ci ildən "Novruz" qəzetinin müxbiri, 1992-ci ildən "Yol" qəzetinin redaktoru, 1994-cü ildən "525-ci qəzet"in şöbə müdiri vəzifələrini tutub. 1996-cı ilin əvvəlindən iyul ayınadək "Müxalifət" qəzetinin şöbə müdiri vəzifəsində çalışıb. 1996-cı ilin iyul ayından yeni nəşr olunan "Rezonans" qəzetində baş redaktor müavini kimi fəaliyyətə başlayıb.
Fəxri Vəkilov
Fəxri Məmmədrza oğlu Vəkilov (11 oktyabr 1916, Qazax – 2 fevral 1987, Bakı) — səhiyyə təşkilatçısı, tibb alimi, bir neçə dəfə Azərbaycan SSR Ali Sovetinin deputatı, 1947–1952-ci illərdə SSRİ Səhiyyə naziri olmuş Yefim İvanoviç Smirnovun (1904–1989) baş referenti, Azərbaycan SSR səhiyyə naziri (1963–1970). Azərbaycan SSR əməkdar həkimi, səhiyyə əlaçısı, tibb elmləri namizədi. Şair Mənsur Vəkilovun atasıdır. ADR Parlamentinin üzvü, Azərbaycanda səhiyyənin ilk təşkilatçılarından biri olan Məmmədrza ağa Vəkilovun oğludur. == Həyatı və fəaliyyəti == Fəxri Məmmədrza oğlu Vəkilov 1916-cı ildə oktyabr ayının 11də Qazax qəzasının Yuxarı Salahlı kəndində ziyalı ailəsində anadan olmuşdur. 1937–1941-ci illərdə Azərbaycan Tibb İnstitutunda təhsil almışdır. İkinci dünya müharibəsi illərində sovet ordusunda xidmət etmiş, tibb xidməti kapitanı rütbəsinə qədər yüksəlmişdir. 1946-cı ildə müharibədən qayıtdıqdan sonra Tibb İnstitutunu bitirmişdir. Moskvada səhiyyə təşkilatçılarının ali kurslarını bitirdikdən sonra 1947–1952-ci illərdə SSRİ Səhiyyə naziri Yefim İvanoviç Smirnovun (1904–1989) şəxsi təşəbbüsü ilə həmin Naziirliyin aparatına işə dəvət edilmiş, nazirin baş referenti kimi 1952-ci ilə qədər orada çalışmışdır. 1952-ci ildən Azərbaycan SSR səhiyyə nazirinin müavini, 4-cü Baş İdarənin rəisi vəzifəsini daşımışdır.
Fəxri Xiyaban
I Fəxri Xiyaban — Bakı şəhərində Azərbaycan xalqına xidmətdə xüsusi fədakarlıq göstərmiş insanların bir qisminin dəfn olunduğu kütləvi məzarlıq. Fəxri Xiyaban Azərbaycan SSRİ Nazirlər Sovetinin 27 avqust 1948-ci il sərəncamı ilə yaradılıb. Hazırda Bakıda I və II fəxri xiyabanlar mövcuddur. == Tarixi == Birinci Fəxri Xiyabanın salınması Mir Cəfər Bağırovun adı ilə bağlıdır. 1948-ci il avqustun 27-də M.C.Bağırovun tapşırığı ilə Azərbaycan SSR Nazirlər Soveti aşağıdakı qərarı qəbul etmişdir: Bakı Şəhər İcraiyyə Komitəsinə (A.Buzdakov və T.Qasımov yoldaşlara) tapşırılsın ki, 1948-ci ildə ümumi dəyəri 180 min manat dəyərində Fəxri Xiyabanın tikintisinə başlasınlar və buraya Azərbaycanın böyük elm və incəsənət xadimlərindən 12-sinin qəbri köçürülsün (siyahı əlavə olunur), Fəxri Xiyabanın tikintisi 1949-cu ilin 1-ci yarısında başa çatdırılsın. Azərbaycan SSR Nazirlər Soveti Yanında Arxitektura İşləri İdarəsinə təklif edilsin ki, bu il sentyabr ayının 20-dən gec olmayaraq, Azərbaycanın görkəmli elm və incəsənət xadimlərinin 12 nəfərinin qəbirüstü abidəsi daxil olmaqla, Fəxri Xiyabanın ilk model nümunəsini hazırlasın. Azərbaycan SSR Maliyyə Nazirliyinə bir vəzifə olaraq tapşırılsın ki, 1948-ci ildə Bakı Şəhər İcraiyyə Komitəsinə qəbirüstü abidə daşlarının hazırlanması məqsədilə neft çıxarılması üzrə vəsaitdən 90 min manat ayırsınlar, 1949-cu ildə də bu məbləğ nəzərdə tutulsun. Həmçinin Vidadinin qəbirüstü abidəsinin qoyulmasına Qazax rayon icraiyyə komitəsinə 15 min manat, Seyid Əzim Şirvaninin və Mirzə Ələkbər Sabirin qəbirüstü abidəsinin hazırlanması üçün Şamaxı rayon icraiyyə komitəsinə 30 min manat məbləğində vəsait ayrılsın. Azərbaycan SSR Nazirlər Soveti Dövlət Plan Komitəsinə tapşırılsın ki, Fəxri xiyabanın tikintisi üçün Bakı Şəhər İcraiyyə Komitəsini lazım olan miqdarda sementlə təmin etsin. Nazirlər Sovetinin sərəncamına əsasən 1948-49-cu illərdə Çəmbərəkənd və şəhər qəbiristanlığında dəfn olunmuş bir neçə mərhumun nəşi Fəxri Xiyabanda yenidən torpağa tapşırılmışdır.
Fəxri ad
Fəxri ad - mədəniyyət, ədəbiyyat, elm, təhsil, səhiyyə, memarlıq, jurnalistika, mühəndislik, bədən tərbiyəsi və idman, mülki aviasiya, habelə dövlət qulluğu və hüquq sahəsində xüsusi xidmətlərə, yüksək peşə ustalığına və ictimai həyatda fəal iştiraka görə həm dövlət, həm ictimai təşkilat tərəfindən verilən xüsusi ad. Bəzi ölkələrdə tarixən gələn fəxri adlar sistemi də mövcuddur. Məsələn, lord, qraf, bəy, monarx nəsli və s. == Bəzi fəxri adlar == Azərbaycanın Milli Qəhrəmanı Azərbaycan Respublikasının Xalq Artisti Azərbaycan Respublikasının Əməkdar Elm Xadimi Акаdemik Cəmiyyətin (biriliyin) fəxri üzvü == Fəxri adların verilmə qaydası == Azərbaycan Respublikasının fəxri adları Azərbaycan Respublikasının vətəndaşlarına verilir, lakin digər ölkələrin vətəndaşlarına da verilə bilər. Azərbaycanda fəxri adların verilməsi şərtləri "Azərbaycan Respublikasının fəxri adları haqqında Əsasnamə" ilə tənzimlənir və Azərbaycan Respublikası Prezidentinin sərəncamı əsasında verilir. Eyni fəxri ad bir şəxsə təkrar verilmir.
Fəxri dəmiryolçu
Fəxri dəmiryolçu — SSRİ-nin dövlət mükafatlarından biri, 13 may 1933-cü ildə SSRİ-nin MSK tərəfindən dəmir yolu nəqliyyatı işçilərinin mükafatlandırılması üçün təsis edilmişdir. Dəmiryolunda əməyin ən yüksək və sabit nəticələrinin əldə edilməsi, hazırlanması, inkişafı və həyata keçirilməsinə, dəmiryol nəqliyyatının fəaliyyətinin təkmilləşdirilməsinə, həmçinin qatarların hərəkətinin təhlükəsizliyinin təmin olunmasıyla bağlı fədakar hərəkətlərə görə, elmin, texnikanın və yeni texnologiyanın nailiyyətlərinin tətbiqinə, sərnişinlərin həyatları, yüklərin, yükün və başqa tapşırılmış əmlakın qorunmasına görə dəmir yolu işçiləri və eyni zamanda qeyriləri təltif edilir.
Gərni döyüşü
Qarni döyüşü — 1225-ci ildə Gürcüstan çarlığı və Xarəzmşahlar arasında baş vermiş döyüş. Döyüş nəticəsində Gürcüstan çarlığı məğlub edildi və Gürcüstan çariçası Rusudan qərargahını Tiflisdən Kutaisiyə köçürməyə məcbur olmuşdur. == Döyüşdən əvvəl == Bu dövrdə Cəlaləddin Mənguberdi çariça Rusudana məktub yazaraq tabelik göstərməsini istədi. Lakin Rusudan tabe olmaqdan imtina etdi və Cəlaləddinə Monqol imperiyasına məğlub olduğunu xatırladan məktub yazdı. Bundan sonra 1225-ci ildə Xarəzmşah ordusu sərhədi keçərək Gürcüstana daxil oldu və qısa bir müddət sonra iki tərəf arasında ağır döyüş baş verdi. == Tərəflərin hərbi potensialı == Çariça Rusudan əsgər toplamaq üçün Gürcüstan çarlığının bütün bölgələrinə elçilər göndərdi. Bu dövrdə çarlıq muzdlu əsgərlər də daxil olmaqla 100,000 yaxın əsgər toplamaq potensialına sahib idi. Bununla yanaşı gürcülər təhlükəsizlik səbəbindən qüvvələrinin bəzi hissələrini ayırdılar. Beləliklə, Cəlaləddinə qarşı gürcülərin əlində 60–70,000-ə qədər qüvvə var idi. Xarəzmşah ordusunun sayı isə gürcülərdən daha çox idi.
Gərni məbədi
Gərni məbədi — Gərnibasar mahalının dağlıq hissəsində, Gərni çayının sağ sahilində Gög dağının ətəyində Ellər (12.10.1961-ci ildən Abovyan) rayonunun Baş Gərni (03.01.1935-ci ildən Qarni) kəndində bütpərəst məbədi. == Tarixi == 1945-ci ildə məbəddə rəssam Martiros Saryan tərəfindən kəşf edilən yunan yazısında "Günəş Trdat" tərəfindən əsasının qoyulduğu qeyd olunur. Məbəd XVII əsrdə zəlzələ nəticəsində dağılmış, 1969–1974-cü illərdə bərpa edilmişdir. Xristianlığın qəbul edilməsindən sonra saray kimi fəaliyyət görmüşdür. Hazırda erməni bütpərəstlər məbədi mütəmadi ziyarət edib ibadətlərini yerinə yetirirlər. Hər il 136.000 turist məbədi görməyə gəlir. Məbədin divarlarında 9–10-cu əsrlərdə qazınmış ərəbcə yazılar da tapılmışdır. == Haqqında == Qədim Qaqar türklərinə məxsus Gərni qalasının qalıqları da vaxtilə burada türk tayfalarının yaşadığını və onların xəttatlıq qabiliyyətini təsdiqləyirdi. Qaladan yadigar qalan qalıqlarda qəribə ornamentlər, naxışlar var idi. Həmin mahalda eramızın I yüzilliyinə aid olan başqa bir məbədin də xarabalıqları qalırdı.
Gərni nahiyəsi
Gərni nahiyəsi — XIV əsr əsr-XIX əsrlər. İnzibati ərazi. Adı Gərni çayının adındandır. 1591-ci ildə Osmanlı dövründə inzibati-ərazi vahidi. İrəvan əyalətinin nahiyəsi İndiki Ermənistanda mövcud olan azərbaycanlıların yaşadığı mahal.. Osmanlı dönəmində Qırxbulaq nahiyəsi davamı olan Qırxbulaq mahalı İrəvan xanlığının tərkibinə daxil olmuşdur. Sonra mahal ərazisinsə İrəvan qəzası təşkil olmuşdur. 1591-ci ilə aid Osmanlı təhrir dəftərində qeydə alınmış Oğuz-Türkmən tayfalarımız: Karni nahiyədə yaşayan Türkmən tayfaları: Başlı, Ağa Çorum, Əyricə, Göynük, Şərur, Girilücə, Eymir Bulacı, Şirvankəndi, Tuluca, Dikmədaş, Alpavud, Samaqar, Muğanlu, Əli Bəglü (Avşar), Əkrək, Uluxanbəg, Anduvan, Ağacəri, Mustafalu, Almalu, Candarlar, Toquz (Varsaq). 1590-cı ilin icmal dəftərinə görə Osmanlı İmperiyasının İrəvan əyalətinə tabe olan Gərni nahiyəsində aşağıdakı kəndlər mövcud idi: Yolkəsən kəndi (Qaraqoyunlu (Qəmərli)) 1728-ci ilin icmal dəftərinə görə Osmanlı İmperiyasının İrəvan əyalətinə tabe olan Gərni nahiyəsində aşağıdakı kəndlər mövcud idi: Qaraqoyunlu (Qəmərli) == Dağıdılmış kəndlər == 1826–1828-ci illər Rusiya-İran və 1828–1829-cu illər Rusiya-Türkiyə müharibələri nəticəsində Gərnibasar mahalında dağıdılmış kəndlərin siyahısı 1. Məsimli, 2.
Laləcin bəxşi
Laləcin bəxşi (fars. بخش لالجین‎) — İranın Həmədan ostanının Bahar şəhristanında bəxş. Əhalisi 2006-cı il əhalinin sıyahıya alınmasına əsasən 10 635 ailədə 44 568 nəfərdir. Bəxşin iki şəhəri (Laləcin və Mühaciran), iki dehistanı (Mühaciran dehistanı və Sufalqaran dehistanı) var.