Mehman Telman oğlu Quliyev (29 mart 1992; Əyricə, Bərdə, Azərbaycan — 6 oktyabr 2020; Ağdam, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin MAXE əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.[1][2]
Mehman Quliyev | |
---|---|
Mehman Telman oğlu Quliyev | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Əyricə, Bərdə, Azərbaycan |
Vəfat tarixi | (28 yaşında) |
Vəfat yeri | Ağdam, Azərbaycan |
Vəfat səbəbi | Şəhid |
Dəfn yeri | Bərdə |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Xüsusi Təyinatlı Qüvvələr |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Madagizin azad edilməsi • Murovdağ döyüşləri |
Təltifləri | 2020, 2021 |
Mehman Quluyev 1992-ci il martın 29-da Bərdənin Əyricə kəndində anadan olub.[3][4] Bərdə rayon Elçin Abdullayev adına Əyricə kənd tam orta məktəbində oxuyub. 2010-cu ilin aprel ayında həqiqi hərbi xidmətə gedib. O, xidmətini Lənkərandakı sərhəd Qoşunlarında keçib. 2011-ci il oktyabr ayında tərxis edilib. 2016-cı ilin mart ayında müddətdən artıq hərbi xidmət qulluqçusu kimi, hərbi xidmətə yollanıb. 2019-cu il iyun ayının 29-da ailə qurub. Bir qız övladi var idi.[5][6]
Mehman Quliyev daha sonra xidmətinə Xüsusi Təyinatlı Qüvvələrdə kəşfiyyatçı kimi davam etmişdir.
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Mehman Quliyev Ağdam, Suqovuşan və Murovdağ döyüşlərində savaşıb. 6 oktyabr 2020-ci ildə Ağdamda kəşfiyyat zamanı şəhidlik zirvəsinə ucalıb. Bərdədə dəfn edilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mehman Quliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[7]
Azərbaycanın Ağdam rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Mehman Quliyev "Ağdamın azad olunmasına görə" medalı ilə təltif edildi.[8]