Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Məhəmməd Hüseyn Həsən Zaruq
Mohammed Hussein Hasan Zaroug — Sudanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2011-ci ildən)
Nikolay Alekseyeviç Zarudnıy
Nikolay Zarudnıy
Zarudny
Nikolay Zarudnı
Nikolay Alekseyeviç Zarudnı (rus. Николай Алексеевич Зарудный;25 sentyabr (7 oktyabr) 1859, Qryakovo[d], Xarkov quberniyası[d] – 17 mart 1919, Daşkənd) – rus ornitoloqu və səyyahı. Орнитологическая фауна Оренбургского края («Записки Императорской Академии Наук», 1888; удостоена премии академика Брандта). Экскурсия по Северо-Восточной Персии и птицы этой страны (ib., 1900). О нахождении Melivora indica в Закаспийской области (Yevgeni Aleksandroviç Bixnerlə birlikdə, ib., 1892). Орнитологическая фауна области Аму-Дарьи между гг. Чарджуем и Келифом («Bulletin de la Société impériale des naturalistes de Moscou», 1890). Oiseaux de la Contrée Trans-Caspienne (ib., 1885). Recherches zoologiques dans la Contrée Trans-Caspienne (ib., 1890). Материалы для орнитологической фауны Северной Персии (ih., 1891).
Zaruhi Batoyan
Zaruhi Batoyan (erm. Զարուհի Բաթոյան, 29 sentyabr 1979, İrəvan) — erməni ictimai və dövlət xadimi, jurnalist və əlillərin hüquqlarının müdafiəçisi. O, ikinci Paşinyan hökumətində keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri, Ermənistan Respublikasının Milli Məclisinin 8-ci çağırış deputatı, "Mülki müqavilə" fraksiyasının üzvü, əmək və sosial məsələlər üzrə daimi komissiyasının üzvüdür. Zaruhi Batoyan 1979-cu ildə İrəvanda anadan olub. İrəvandakı 44 saylı orta məktəbdə oxuyub. 2008-ci ildə İrəvan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 2008–2009-cu illərdə "Gənc Liderlər Məktəbi"ndə təhsil alıb. 2012-ci ildə Oreqon ştatının Yevgeniya şəhərində Mobility International USA tərəfindən təklif olunan Qadın Liderlik və Əlillik İnstitutunun (WILD) təlim proqramında iştirak etmişdir. 1999–2014-cü illərdə "Günəbaxan" uşaq aylıq jurnalının baş redaktoru olub. 2007-ci ildən "Ümid Körpüsü" adlı QHT-də əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi üzrə məsul vəzifədə çalışır.
Mesobuthus zarudnyi
Mesobuthus zarudnyii Buthidae ailəsinə daxil olan əqrəb növü olub, ilk dəfə Azərbaycanda, Abşeron yarımadasında 2022-ci ildə rəsmi olaraq sənədləşdirilib Bu növ zoologiya sahəsinə böyük töhfə verən 1896-1904-cü illərdə Persiyada (indiki İran) əqrəb nümunələrinin geniş kolleksiyası ilə tanınan görkəmli rus zooloqu və tədqiqatçısı Nikolay Zarudnyinın (1859-1919) şərəfinə adlandırılmışdır. . Chelicerae sarı rəngə malikdir və minimal retikulyasiya nümayiş etdirir. Həm pedipalplar, həm də metasoma seyrək nazik tüklərlə örtülmüşdür. Karapas və tergitlər qırmızı-qəhvəyi görünür, qara piqmentasiya ilə güclü şəkildə qeyd olunur. Eyni zamanda, metasoma, telson, pedipalps və ayaqları sarımtıldan qırmızı-qəhvəyi rəngə qədər dəyişir, metasomal V seqmentinin yalnız bir hissəsi qara olur. Növ morfoloji cəhətdən anal lobun iki yerə bölünməsi ilə Azərbaycandan məlum olan digər iki bənzər növdən fərqlənir. Həm Mesobuthus eupeus, həm də M. persicus-un anal lobu üç hissəyə bölünür. Yetkinlərin uzunluğu erkəklərdə 40–49 millimetr (1.6–1.9 düym), dişilərdə isə 42–58 millimetr (1.7–2.3 düym) arasında dəyişir. Erkəklər adətən dişilərə nisbətən proksimal barmaqlarında daha çox bükülürlər. Pedipalp chelada uzunluğun eninə nisbəti erkəklər üçün 3,2 ilə 3,4 arasında, dişilər üçün isə 3,7 ilə 3,8 arasındadır.
Zarı-zarı
Zarı–zarı - Azərbaycan xalqına məxsus bu rəqs Şərur mahalında, xüsusən Havuş və Şahbulaq kəndlərində geniş yayılmışdır. İndi çox az oynanılan "Zarı-zarı" rəqsini toy şənliklərində, xınayaxdı mərasimlərində əsasən qadınlar oynayırlar. Kişi və uşaqların da ifasında təsadüf olunur.
Azaru
Azaru — Azərbaycan Respublikasının Astara rayonunun Asxanakəran kənd inzibati ərazi dairəsində kənd. Azaru Astara rayonunun Asxanakəran inzibati ərazi vahidində kənd. Peştəsər silsiləsinin ətəyindədir. Adını ərazidəki eyniadlı çaydan almışdır. == Etimologiyası == Talış dilində azu (asu) "sürətli" və rud "çay" sözlərindən olub "iti axan çay" (İtiçay) və ya çay kənarındakı kənd mənasındadır. == Tanınmış şəxslər == === Şəhidləri === Pəncəli Teymurov (1981–2016).
Zara
Zara — ad. Zara Yılmaz — Türkiyəli müğənni. Zara Larsson — İsveçli müğənni. ZARA — İspaniya brendi.
Zarl
𐔵 (səslənməsi: /z/; transkripsiyası: Z, z) — Alban əlifbasının altıncı hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. Զառլ (Zar̄l) kimi verilmişdir. Erməni tədqiqatçı Aşot Abramyanın fikrincə bu hərf gürcü əlifbasındakı Ⴆ hərfinin prototipi əsasında yaradılıb. Alban əlifbasında [z] səsinin qarşılığı kimi işlənilib. Rəqəmsal dəyəri 6 olmuşdur.
Zaur
Zaur — Qafqazın ən məşhur kişi adlarından biri. Ərəb dilində "zəvvar" mənasında işlənir və ziyarət edən, ziyarətçi anlamına gəlir. Bundan başqa bu ad ərəb dilində Aslan nəriltisinə də uyğun gəlir. Gürcüstan, Azərbaycan və İtaliya müxtəlif yazılma və tələffüz olunma şəklində geniş yayılıb. Zaur Rzayev — müğənni Zaur Məhərrəmov — Rejissor. Operator. Ssenari müəllifi. Zaur Tağızadə — Azərbaycan futbolçusu. Zaur Ustac — Azərbaycanlı yazıçı. Zaur Kamal — Azərbaycanlı aparıcı.
Zar
Zar (Kəlbəcər) — Azərbaycanın Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. Zar (Qırxbulaq) — İrəvan quberniyasının İrəvan qəzasında, indi Ellər (Kotayk, Abovyan) rayonunda kənd.
Kasato Maru
Kasato Maru və ya Kasado Maru (yap. 笠戸丸) – 1900-cü ildə Wigham Richardson tərəfindən tikilmiş Yaponiyaya məxsus yük və sərnişin gəmisi. İlk olaraq Potosi adlandırılan gəmi Rusiya Dobroflotu tərəfindən alınmış və Kazan adlandırılmışdır. Bu zaman tibbi gəmiyə çevrilmişdir. Rus-yapon müharibəsində Yaponiya tərəfindən batırılmış, daha sonra sudan çıxarılmış və Yaponiyanın istifadəsinə keçmişdir. Gəmi Kasato Maru olaraq adlandırılmış və sərnişin gəmisinə çevrilmişdir. Mancuriyada döyüşən yapon əsgərləri Yaponiyaya çatdırmaqda xidmət etmişdir. Daha sonra gəmi yaponları 1906-cı ildə Havay adalarına, 1907-ci ildə Peru və Meksikaya aparmaqda istifadə edilmişdir. 1908-ci ildə ilk rəsmi qrupu Braziliyaya gətirmiş və yaponların Braziliyaya miqrasiyası başlamışdır. Səyahət Kobe limanında başlamış və 52 gün davam edərək 18 iyun 1908-ci ildə Santos limanında başa çatmışdır.
Maru (pişik)
Maru (yap. まる [mä.ɾɯ́] — hərfi. "yumru", d. 24 may 2007-ci il) — şotland sallaqqulaq pişiyi növünə aid olan Yaponiyada yaşayan, YouTubeda məşhur videoların qəhrəmanı olan pişik. 2017-ci ilin mart ayında Maru YouTube-da ən çox izlənilmiş heyvan oldu. 3 iyun 2017-ci il tarixinə görə, Maru ilə olan videolar 341,840,777 baxış əldə etmişdir. Pişik tez-tez KİV-lərdə yada salınır. Videolarda heç vaxt üzünü göstərməyən və danışmayan onun sahibi YouTube-da mugumogu niki ilə qeydiyyatdan keçmişdir. 2011-ci ildə Marunun sahibəsinin müəllifi olduğu "I Am Maru" kitabı işıq üzü gördü (ISBN 978-0-06-208841-3).
Melo zard
Yemiş (lat. Cucumis melo) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin xiyar cinsinə aid bitki növü. Qovun qarpıza nisbətən daha çox istisevən bitkidir və quruluşuna görə qarpızdan fərqlənir. Bunun toxumları içərisi boş olan toxum kamerasında yerləşir. Əsasən Orta Asiya respublikalarında və Zaqafqaziya respublikalarında becərilir. Tərkibində şəkərin miqdarı 5-17%-ə çatır. 20 mq% C, 1,2 mq% A, 0,5 mq% B1, 0,3 mq% B2, 0,6 mq% PP vitaminləri vardır. Mineral maddələrdən ən çox rast gələni dəmirdir ki, bunun da miqdarı 2,5 mq%-ə bərabərdir. Qarpızdan fərqli olaraq saxlanılarkən yetişə bilir. Qovunların təsərrüfat-botaniki sortları biri-digərindən meyvəsinin ölçüsünə və kütləsinə, qabığının rənginə və bərkliyinə, ətli hissəsinin konsistensiyası və rənginə, dad və ətrinə, yetişmə müddətinə və saxlanılmasına görə fərqlənirlər.
Saru Brayli
Saru Brayli — Saroo 5 yaşında öz ailəsindən ayri düşmüş avstraliyali biznesmendir. O, avstraliyalı cütlük tərəfindən övladlığa götürülmüş və yalnız 25 ildən sonra öz bioloji anasını tapa bilmişdir. Onun həyat hekayəsi bir çox media orqanlarının xüsusilə Hindistan ve Avstraliya metbu orqanlarının diqqetini cəlb etmişdir. Onun şəxsi həyatından bəhs edən avtobioqrafik kitabı “A long way home” – Avstraliyada 2013, beynəlxalq səviyyədə isə 2014–cü ildə nəşr edilmişdir. 2016-cı ildə Nikol Kidmanın övladlığa götürdüyü anası Suu Brayli rolunu canlandırdığı “Lion” filmi bu kitabin əsasında səhnələşdirilmişdir. Saru Brayli Madhya Pradeş şəhərinə qonşu olan Ganeş-Talai qəsəbəsində anadan olmuşdur. O, uşaq olarkən atası tərəfindən tərk edilən ailəsini anası böyük kasıbçılıq içərisində böyütmüşdür. İnşaatda çalışan anası ailəsini dolandırmaq üçün kifayət qədər qazana bilmir və həmçinin onları məktəbə göndərə bilmirdi. 5 yaşlı Saru ve qardaşları Quddu ve Khalu qatar stansiyalarında yemək və pul üçün dilənirdi. Qardaşı Quddu bəzən qatar vaqonlarını təmizləməklə də məşğul olurdu.
Zara (Sivas)
Zara (türk. Zara) — Sivas ilinin ilçəsi.
Zara (brend)
"Zara" — İspaniyanın geyim və aksesuar markalarından biri. "Zara" brendinin sahibi Amansio Orteqadır. Dünya üzrə 88 ölkədə 2000-dən çox "Zara" mağazası vardır.
Zara Larsson
Sara Mariya Larsson (isv. Zara Maria Larsson; d. 16 dekabr 1997, Stokholm, İsveç) — İsveçli müğənni. TV4 bacarıq yarışması olan "Talang 2008"i qazanaraq tanınmışdır. 2013-cü ildə tanıtdığı "Uncover" adlı sinqlı ilə İsveç və Norveç musiqi siyahılarında zirvəyə yüksəlmişdir. 2013-cü il apreldə ABŞ-nin "Sony Music Entertainment" şirkəti ilə müqavilə bağlamışdır.
Zari Ərəşi
Zari Ərəşi XVIII əsri şair, xəttat Hüseyn Əfəndi Qayıbov özünün “Azərbaycanda məşhur olan şüəranın əşarına məcmuədir” adlı məcmuəsində Zarinin “Hicran oduna öylə bəni yar yandırır” misrası ilə başalanan qəzəlini, “Eyləmiş tarac canım nəqdin ol nazik bədən” misrası ilə başlanan dörd bəndlik müxəmməsini, “Ey dil, yenə bu dövrdə bir şux dilara” misrası ilə başlanan qəzəli-müstəzadını salmışdır. Araz Dadaşzadə “XVIII əsr Azərbaycan lirikası” adlı monoqrafiyasında Zarinin bir neçə əsərinin adını çəkmişdir.
Zaro Ağa
Zaro Ağa (kürd. Zaro Axa; 16 fevral 1764 və ya təq. 1824 – 29 iyun 1934, İstanbul) – Türkiyənin ən uzunömürlü şəxsi. 157 il yaşamışdır. Bəzi mənbələrə görə isə dünyanın ən uzunömürlü şəxslərindən biridir. Kürd əsillidir. Zaro Ağa ömrü boyunca 10 Osmanlı hökmdarı, 1 Türkiyə prezidenti və 5 Türkiyə baş nazirinin hakimiyyətinə şahidlik edib. Zaro Ağanın neçə dəfə evlənməsi barədə məlumatlar mənbələrə görə dəyişir: 10, 13, 27 və 29 dəfə evləndiyi barədə mənbələr var. Sonuncu həyat yoldaşının adı Qüdrət idi. Zaro Ağanın 13 uşağı (bəzi mənbələrdə 36), 26 nəvəsi (dəqiq bilinkir), 29 kötükcəsi olmuşdur.
Zaur (ad)
Zaur — Qafqazın ən məşhur kişi adlarından biri. Ərəb dilində "zəvvar" mənasında işlənir və ziyarət edən, ziyarətçi anlamına gəlir. Bundan başqa bu ad ərəb dilində Aslan nəriltisinə də uyğun gəlir. Gürcüstan, Azərbaycan və İtaliya müxtəlif yazılma və tələffüz olunma şəklində geniş yayılıb. Zaur Rzayev — müğənni Zaur Məhərrəmov — Rejissor. Operator. Ssenari müəllifi. Zaur Tağızadə — Azərbaycan futbolçusu. Zaur Ustac — Azərbaycanlı yazıçı. Zaur Kamal — Azərbaycanlı aparıcı.
Zaur Askenderov
Zaur Askenderov (12 iyul 1970, Məmmədqala, Dağıstan MSSR) — Rus iş adamı, ictimai və siyasi xadim. 30 sentyabr 2021-ci ildən Dağıstan Respublikası Xalq Məclisinin sədri. Əvvəllər Rusiya Federasiyası Federal Məclisi VI və VII çağırış Dövlət Dumasının deputatı, Vahid Rusiya fraksiyasının üzvü olmuşdur. Dövlət Dumasının İqtisadi Siyasət, Sənaye, İnnovativ İnkişaf və Sahibkarlıq Komitəsinin üzvü olur. "İş Rusiyası" Ümumrusiya ictimai təşkilatının Dağıstan regional şöbəsinin sədridir Milliyyətcə qumuqdur. Dağıstan Respublikası Xasavyurd rayonunun Kostek kəndindəndir. 2009-cu ildə Dünya İqtisadiyyatı İnstitutunun Dünya İqtisadiyyatı ixtisasını bitirir. 2015-ci ildə Dağıstan Dövlət Universitetində yenidən hazırlıq keçir. 2016-cı ildə Rusiya Federasiyası Prezidenti yanında Rusiya Xalq Təsərrüfatı və Dövlət İdarəçiliyi Akademiyasında təhsil alır. 1988-ci ildə Mikoyan ət kombinatında işçi olaraq çalışır və daha sonra sahibkarlıq fəaliyyəti ilə məşğul olur.
Zaur Bayramoğlu
Zaur Abdullayev
Zaur Natiq oğlu Abdullayev — Azərbaycan Respublikasının Daxili İşlər Naziriliyi Nəqliyyatda Baş Polis İdarəsinin rəisi. Polis general-mayoru. Zaur Abdullayev 2011-ci ilədək Daxili Qoşunların Qubada yerləşən “N” saylı hərbi hissəsinin komandiri vəzifəsini daşımışdır. O, 13 may 2011-ci il tarixində daxili işlər naziri general-polkovnik Ramil Usubovun əmri ilə Çevik Polis Alayının komandiri vəzifəsinə təyin edilmişdir. Zaur Abdullayev 15 yanvar 2019-cu il tarixində daxili işlər naziri general-polkovnik Ramil Usubovun əmri ilə Çevik Polis Alayının komandiri vəzifəsindən azad edilərək Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini təyin olunmuşdur. Zaur Abdullayev 18 fevral 2022-ci il tarixində daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini vəzifəsindən azad edilərək Azərbaycan Respublikasının Daxili İşlər Naziriliyi Nəqliyyatda Baş Polis İdarəsinin rəisi vəzifəsinə təyin olunmuşdur. Zaur Abdullayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 6 may 2005-ci il tarixli 803 saylı sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalı ilə təltif olunmuşdur. Zaur Abdullayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1 iyul 2015-ci il tarixli 1311 saylı sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30 iyun 2016-cı il tarixli 2186 saylı sərəncamı ilə polis polkovniki Zaur Abdullayevə polis general-mayoru ali xüsusi rütbəsi verilmişdir. Zaur Abdullayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2 iyul 2021-ci il tarixli 2733 saylı sərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif olunmuşdur.
Tsuşima-maru
Tsuşima-maru (対馬丸) – Yaponiyaya məxsus olmuş sərnişin və karqo gəmisi. İkinci Dünya müharibəsi zamanı Okinavadan Naqasakiyə yüzlərlə məktəblini daşıyarkən ABŞ-yə məxsus USS Bowfin sualtı qayığı tərəfindən batırılmışdır. Tsuşima-maru Şotlandiyanın Russell & Company şirkəti tərəfindən istehsal olunmuş və 8 sentyabr 1914-cü ildə suya buraxılmışdır. Gəmi Yaponiyanın Nippon Yusen şirkəti tərəfindən karqo və sərnişin gəmisi kimi istifadə olunurdu. Uzunluğu 135,6 metr idi. Tsuşima-maru 22 avqust 1944-cü ildə, gecə saat 10:12-də Yaponiyanın Akuseki adası yaxınlığında ABŞ donanmasına aid olan USS Bowfin sualtı qayığı tərəfindən torpedo ilə vurulmuş və 10 dəqiqə ərzində batmışdır. Həmin an Tsuşima-maru Ryukyu adalarının ABŞ tərəfindən işğal edilməsi səbəbilə Okinavadan Naqasakiyə sərnişin daşıyırdı. 21 avqustda Naha limanından yola düşən gəminin göyərtəsində 1783 sərnişin var idi ki, onlardan 1661 nəfəri Nahanın 8 məktəbindən olan məktəblilər idi. Gəmidə bir neçə valideyn və məktəb müəllimi də var idi. Gəmini Kazuura-maru və Qyoku-maru adlı iki sərnişin gəmisi də müşayiət edirdi.
Zaur Hümmətov
Zaur Cəlal oğlu Hümmətov — Azərbaycan Hərbi Dəniz Qüvvələrinin I dərəcəli Kapitanı, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Komandanı vəzifəsini icra edən (2017-2020). Zaur Hümmətov 2000-ci illərdən Azərbaycan Hərbi Dəniz Qüvvələrinin sıralarında xidmət edir. Zaur Hümmətova 2017-ci il yanvarın 25-də müdafiə nazirinin əmrinə əsasən Azərbaycan Hərbi Dəniz Qüvvələri Komandanı vəzifəsinin icrası tapşırılıb. O, 2020-ci il martın 12-nə qədər bu vəzifəni icra edib.
Zare Sinanyan
Zare Con Sinanyan (erm. Զարեհ Սինանյան, ing. Zareh John Sinanyan; 1973, İrəvan) — Ermənistan və ABŞ siyasətçisi, vəkili. O, hal-hazırda Ermənistan diasporla iş üzrə ali komissarı vəzifəsində çalışır. Sinanyan Kaliforniyanın Qlendeyl şəhər şurasının keçmiş üzvüdür və iki dəfə şəhərin meri vəzifəsində çalışmışdır. Şəhər şurasının üzvü kimi müxtəlif komissiyalarda, o cümlədən Parklar, İstirahət və İcma Xidməti və İcma İnkişafı Bloku Qrant Məsləhət Komitəsində vəzifələr tutmuşdur. 14 iyun 2019-cu ildə Sinanyan baş nazir Nikol Paşinyan tərəfindən Ermənistan diasporla iş üzrə ali komissarı (ləğv edilmiş diaspor naziri postunu əvəz etmək üçün yaradılmış vəzifə) təyin edilmişdir. Zare Sinanyan 1973-cü ildə Ermənistanın İrəvan şəhərində anadan olmuş və 172 nömrəli yerli məktəbdə təhsil almışdır. Atası Türkiyənin İstanbul şəhərində anadan olmuş və 1946-cı ildə Ermənistanda məskunlaşmışdır. Anası Ermənistanın Talın şəhərindəndir.
Zaur Şiriyev
Zaur Şiriyev (Şəki) — beynəlxalq münasibətlər sahəsində azərbaycanlı alimdir. Londondakı Kral Beynəlxalq Münasibətlər İnstitutunun (Chatham House) müxbir üzvüdür. 2014-cü ilin may ayından 2017-ci ilin mart ayına kimi Bakıda ADA Universitetində baş elmi işçi olub. ADA Universitetində işə başlamazdan əvvəl Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində aparıcı elmi işçi vəzifəsində çalışıb (2009–14). 2011-ci ildə Azərbaycanda ilk ingilisdilli akademik jurnal olan Caucasus International-ı təsis edib və baş redaktoru olub. Bu vəzifədən əvvəl, 2004-2008-ci illərdə Türkiyədə İstanbulda Türk Asiya Strateji Araşdırmalar Mərkəzinin (TASAM) Qafqaz və Orta Şərq Araşdırmaları bölməsində elmi işçi, Qafqaz və Orta Asiya bölməsində baş elmi işçi vəzifələrində çalışıb. Ankarada Beynəlxalq Strateji Araşdırmalar Təşkilatında (ISRO). Şiriyev Türkiyədə "Today's Zaman" qəzetinin köşə yazarı olub və regional problemlər, münaqişələrin həlli və Avropa İttifaqı siyasəti ilə bağlı bir sıra konfranslarda iştirak edib və çıxış edib. 2011-ci ildə Qara Dəniz Gənc İslahatçılar Təqaüdünə layiq görülüb və 2012-ci ildə XII Avropa Gənc Liderlər Konfransı üçün Atlantik Forum tərəfindən Azərbaycandan gənc lider kimi seçilib. O, hazırda Vaşinqtonda Ceymstaun Fondunun Avrasiya Gündəlik Monitoru və Mərkəzi Asiya-Qafqaz İnstitutu və İpək Yolu Araşdırmaları Proqramının qonaq analitikidir.
Zaur Şükürov
Zaur Ramiz oğlu Şükürov ( ) — 2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinin VII çağırış deputatlarının seçilməsi üçün keçirilən növbədənkənar parlament seçkilərində 31 saylı Suraxanı ikinci Seçki Dairəsindən seçilmiş deputat, Azərbaycanın Cənubi Afrika Respublikasındakı müvəqqəti işlər vəkili, diplomatik missiyanın rəhbəri. == Həyatı == == İstinadlar == == Xarici keçidlər == Diplomatiyadan parlamentə...
Zaur Axundov
Zахu
Zaxo (kürd. زاخۆ,süry. ܙܵܟ݂ܘܿ,erm. Զախո,ərəb. زاخو‎) — İraqın şimal bölgəsində iştirak edən Kürdüstan Regional Hökumətinə bağlı şəhər. Dəhuk mühafazasında yerləşir. Zaxo şəhərin əhalisi təxminən 350 min nəfərdir. Əhalinin əksəriyyətini kürdlər təşkil edir. Zaxo Türkiyə sərhədinə ən yaxın İraq şəhəridir. Habur və Mosul yolunun üstündə və bütün ticarət trafiki Zaxodan keçir.