Zaur Ramiz oğlu Şükürov (10 dekabr 1971) — 2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinin VII çağırış deputatlarının seçilməsi üçün keçirilən növbədənkənar parlament seçkilərində 44.5 % səslə 47 saylı Sumqayıt-Abşeron-Qaradağ Seçki Dairəsindən seçilmiş deputat,Bitərəf [1][2][3] Azərbaycanın Cənubi Afrika Respublikasındakı səfirliyinin Müvəqqəti işlər vəkili, diplomatik missiyanın rəhbəri.[4]
Zaur Şükürov | |
---|---|
Seçki dairəsi | 2024 — 47 saylı Sumqayıt-Abşeron-Qaradağ Seçki Dairəsindən qalib namizəd |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 10 dekabr 1971 (52 yaş) |
Zaur Ramiz oğlu Şükürov 1971-ci il dekabrın 10-da anadan olub. 25 ilə yaxın diplomatik xidmətdə fəaliyyət göstərib. Bu dövr ərzində Azərbaycan Xarici İşlər Nazirliyinin mərkəzi aparatında müxtəlif vəzifələrdə – şöbə müdiri, idarə rəisinin müavini, idarə rəisi, nazirin köməkçisi kimi postlarda çalışıb.
Eyni zamanda, Azərbaycanın Polşa, Belarus, Macarıstandakı səfirliklərində müşavir (missiya rəhbərinin müavini) olub.
Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının Parlamentlərarası Assambleyasında (AİPA) Azərbaycan nümayəndə heyətinin rəhbəri Zaur Şükürov oktyabrın 17-də bu qurumun Baş Assambleyasının 45-ci sessiyasında iştirak etmək üçün Laos Xalq Demokratik Respublikasının Vyentyan şəhərinə səfər edib[5].
2024-cü il oktyabrın 8-də Azərbaycan - Hindistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib.[6]
1. Şotlandiya parlamentində təqdim olunan anti-Azərbaycan layihə əsassız ittihamlar üzərində qurulub[7]
2. Millət vəkili Zaur Şükürov və Millət vəkili Kamran Bayramov “Real İntervyu”dadırlar [8]