ayıçınqılı

ayıçınqılı
ayıcasına
ayıdöşəyi
OBASTAN VİKİ
Ayıçınqılı
Ayıçınqılı və ya Ayıçınqıllı — Kəlbəcər rayonu ərazisində Qarabağ yaylasında dağ. Tərtər çayı və Bazarçayın mənbəyi yaxınlığında sönmüŞ vulkan konusudur. Hündürlüyü 3344 m. Ədəbiyyatlarda Ayıçınqıllığı, Ayıçınqıllı formalarına da təsadüf olunur. Oronim ayı (heyvan adı), çınqıl (daş qırıntısı) və -lı (şək.) komponentlərindən düzəlib. Vulkan mənşəli olduğuna görə dağda Şaxta aşınması nəticəsində coxlu çınqıl əmələ gəlmişdır. Türk dillərində ayı sözünun "coxlu"; "zəydaşı" mənalarına da rast gəlirik. Bu baxımdan oronimi "coxlu çınqıl olan dağ" kimi izah etmək olar.