Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İdeologiya
İdeologiya — siyasət yaxud sosial təlim yaradan, hökumətin, siyasi partiyanın, sosial sinfin davranışlarına istiqamət verən siyasi, hüquqi, elmi, fəlsəfi, dini, əxlaqi, estetik düşüncələr toplusu. İdeologiyanın nəzəri hissəsində Marksist düşüncələr əhəmiyyətli yer tutur. Marks, Lenin, Gramsci, Lukacs, Frankfurt Məktəbi, Althusser kimi mütəfəkkirlərin bu mövzuda mühüm fikirləri olmuşdur. Bundan başqa, ideologiya nəzəriyyəsi ilə maraqlanan digər mütəffəkirlərin də marksizmlə qarşılıqlı (marksizmə qarşı və ya marksizm tərəfdarı) olaraq fikirlərini irəli sürmələri böyük maraq doğurmuşdur. ideologiya sözü fransızca idéologie (tələffüz: [ideoloʒiː]) (idée - fikir; düşüncə, ologie -elm) sözündən yaranmışdır. Idéologie sözü ilk dəfə Fransa inqilabı dövründə, Antoine Destutt de Tracy tərəfindən işlədilmişdir və ilk ictimai istifadəsi 1796-cı ilə aiddir. Din Siyasi ideologiyalar siyahısı Alman İdeolojisi, Karl Marx, Sol yayınları Kapital, Meta fetişizmi bölümü, Marx. İdeoloji ve Ütopya, K. Mannhein İdeoloji ve Devletin İdeolojik Araçları, Louis Althusser, İletişim yayınları. İdeoloji, Terry Eagleton, Ayrıntı yayınları. Eleştiri ve İdeoloji, Terry Eagleton, İletişim yayınları.
Böyük Şərq (ideologiya)
Böyük Şərq (türk. Büyük Doğu ) — Türkiyədən Nəcib Fazil Qısakürək tərəfindən irəli sürülən islamçı ideologiya. Nəcib Fazil əsərlərində Böyük Şərq ideologiyasının konturunu "islam anlayışının yenilənməsi" əsas tezisi ətrafında izah etmişdir. O, siyasi, mədəni, əxlaqi və fikri mülahizələrdən istifadə edərək "ideal islam dövləti"ni irəli sürmüşdür. "İdeal İslam dövləti" bu gün "Böyük Alilik dövləti" kimi tanınan İBDA-C konsepsiyası ilə təmsil olunur. İslamı əsas istinadlarının mərkəzinə qoyan Böyük Şərq ideologiyası Türkiyə Respublikasının birpartiyalılıq dövründə yetişən islamçı aydınların istifadə etdiyi modernist bir ideologiyaya çevrilmişdir. Nəcib Fazildən sonra Böyük Şərq ideologiyasını İBDA-C qurucusu və kürdəsilli məhkum edilmiş terrorçu Saleh Mirzəbəyoğlu daşımışdır. İBDA-C Türkiyəni devirmək və "Böyük Alilik dövləti"ni yaratmaq məqsədini daşıyır.
Kapital və ideologiya
Kapital və ideologiya (fr. Capital et idéologie) — fransız iqtisadçısı Tomas Pikettinin bəşər sivilizasiyası tarixi kontekstində iqtisadi bərabərsizlik probleminə həsr olunmuş kitabı. 12 sentyabr 2019-cu ildə fransız dilində nəşr olunmuşdur. Kitab, 2013-cü ildə çap olunmuş “XXI əsrdə kapital” kitabının davamıdır. == Əsas məqamlar == === Bərabərsizliyin ideoloji hadisədsi === Bərabərsizlik iqtisadi və texnoloji deyil, ilk növbədə hər bir cəmiyyətin sosial ədalət və ədalətli iqtisadiyyat haqqında təsəvvürləri ilə, müxtəlif qrupların maddi deyil, intellektual qarşıdurması ilə bağlı olan ideoloji-siyasi hadisədir. Bu yanaşma bərabərsizliyin “təbii” əsaslarından bəhs edən mühafizəkar nəzəriyyələrdən fərqlənir: elita həmişə və hər yerdə bərabərsizliyi təbii və obyektiv proses kimi, mövcud sosial bərabərsizlikləri isə yoxsul vətəndaşların və bütövlükdə cəmiyyətin maraqları naminə yaradılmış struktur kimi təqdim edir. , bu cür strukturların dəyişdirilməsi dəhşətli fəlakətlərə səbəb olacaq. Lakin tarixi təcrübə əksini göstərir - keçmiş bərabərsizlikləri azaldan və dəyişdirən inqilabi və siyasi proseslər çox böyük uğurlar olub. Bəşəriyyətin tərəqqisi ideyasını reallığa çevirən ən dəyərli institutların əsasında məhz dəyişiklik dayanır: ümumi seçki hüququ, pulsuz və icbari təhsil, ümumi tibbi sığorta, mütərəqqi vergilər. Bu tendensiyanın gələcəkdə də davam edəcəyi gözlənilir.
Kommunist ideologiyası
Kommunizm (lat. commūnis — ümumi) — İstehsal vasitələri üzərində ictimai mülkiyyətə əsaslanan iqtisadi ideologiya. Dar mənada həmin formasiyanın sosializmə nisbətən daha yüksək inkişaf pilləsi. Marksizmə görə, sosialist inqilabı inkişaf etmiş kapitalist ölkələrində, özü də dünyada eyni vaxtda baş verməlidir. Lenin isə kəşf etdi ki, imperializm kapitalizmin xüsusi formasıdır. İmperializm dövründə sosialist inqilabı iqtisadi cəhətdən geri qalmış tək bir ölkədə də qalib gələ bilər. Və həmçinin Kommunizmin yeni yaranmış və əvvəlki ideologiyalardan fərqli olan konsepsiyası da var: Azad Kommunizm == Kommunizmin yaranması == Kommunizmin yaranmasını başa düşmək üçün mütləq 18 və 19-cu əsr Avropa mədəniyyətinə nəzər salmaq lazımdır. B.e.-nın 2-ci əsrindən etibarən Avropa qitəsində xristianlıq dini mərhələ-mərhələ qəbul olunmuş və bu xristianlıq mədəniyyəti "Maariflənmə dövrü" adlanan dövrə qədər davam etmişdir.
Siyasi ideologiyaların siyahısı
Anarxizm
Dietologiya
Dietologiya — Sağlamlığı öyrənən elm. Dietologiya bölməsi sağlam insanın düzgün qidalanmasıyla bağlı bütün məsələlərlə, həmçinin müxtəlif xəstəliklərdən əziyyət çəkən və xüsusi qidalanmaya ehtiyacı olan bir qrup insanların qidalanmasıyla məşğul olur. Şöbənin işi, insan sağlamlığını möhkəmlədən faktorların ayrılmaz bir hissəsinin qidalanma olmasının tam anlayışında əsaslanır. Dietologiya bölməsi artıq çəkini təhrik edən xəstəliklərin diaqnostikası və müalicəsi ilə məşğul olur. Dietologiya sadəcə yemək haqqında elm yox, artıq çəkinin səbəblərini(endokrinoloji problemlər, kardioproblemlər, qastroentroloji problemlər və s.) əks etdirən daha dərin anlayışdır. 1929-cu ildə Niderlandın Utrext Universitetinin alimi Kristian Eykman nevritə qarşı vitamin kəşfinə görə və Böyük Britaniyanın Kembric Universitetinin alimi Frederik Hopkins böyüməni stimullaşdıran vitaminlərin kəşfinə görə hər ikisi Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatı adına layiq görülmüşlər.
Hidrologiya
Hidrologiya — təbii suları, onlarda gedən hadisələri və prosesləri öyrənən elm. Hidrologiya su obyektlərinin və onları öyrənmə metodlarının spesifik xüsusiyyətləri ilə əlaqədar okeanologiya (okean və dənizlərin hidrologiyası) və qurunun hidrologiyasını (qurunun səth sularını) öyrənir; potamologiya (çayların hidrologiyası), limnologiya (gölşünaslıq), qlyasiologiya, bataqlıqşünaslıq sahələri var; qurunun hidrologiyasına hidrometriya, hidroqrafiya, hidrokimya daxildir. Müasir hidrologiyanın əsas problemləri təbiətdə su dövranının tədqiqi, insanın təsərrüfat fəaliyyətinin ona təsiri, su obyektlərinin, ərazilərin və ümumiyyətlə Yerin hidroloji elementlərinin (suyun səviyyəsi, sərfi, temperaturu və s.) zaman, məkan analizi, həmin elementlərin tərəddüdünün qanunauyğunluqlarının aşkar edilməsi və s. ibarətdir. Çoxillik hidroloji müşahidələr və tədqiqatlar arasında hidroloji proqnozlar tərtib edilir.
Pedologiya
Torpaqşünaslıq – torpaqlar, onların əmələ gəlməsi (genezisi), quruluşu, tərkibi və xassələri; torpaqların coğrafi yayılmasının qanunauyğunluqları; torpağın əsas xassəsi olan münbitliyinin formalaşması və inkişafını müəyyən edən ətraf mühitlə qarşılıqlı əlaqəsi; torpaqdan kənd təsərrüfatında və iqtisadiyyatın digər sahələrində səmərəli istifadənin yolları və torpaq örtüyünün kənd təsərrüfatında istifadəsi şəraitində dəyişkənliyi haqqında elmdir. Torpaqşünaslıq elmi təlim kimi XIX əsrin sonlarında tanınmış rus alimləri Vasili Dokuçayev və Pavel Kostıçyevin əməyi nəticəsində formalaşmışdır. Azərbaycanda isə H.Ə.Əliyev, V.R.Volobuyev, M.E.Salayev, K.A.Ələkbərov, M.P.Abduyev, Ş.G.Həsənov, R.H.Məmmədov və başqalarının bu elmin inkişafında əməyi danılmazdır. Torpaqşünaslıq bir çox məsələləri əhatə edən təbii-elmi təlimdir. Torpaqşünaslığın təmasda olduğu və metodlarından geniş istifadə etdiyi fundamental elmlərə fizika, kimya, riyaziyyat, daim nəzəri mübadilə halında olduğu elmlərə isə təbiət, kənd təsərrüfatı və iqtisadi elmləri aiddir. Sonunculara geoloji-coğrafi tsiklə (mineralogiya və petroqrafiya ilə birgə geologiya, hidrogeologiya, fiziki coğrafiya, geobotanika, biogeosenologiya), aqrobioloji tsiklə (biologiya, mikrobiologiya, biokimya, aqrokimya, bitki fiziologiyası, bitkiçilik, əkinçilik, çəmənçilik, meşəçilik) və nəhayət aqrar – iqtisadi tsiklə (siyasi-iqtisad, kənd təsərrüfatı iqtisadiyyatı, yerquruluşu və s.) daxil olan elmlər aid edilir. Torpaqşünaslığın ən çox əhəmiyyət kəsb edən bölmələri aşağıdakılardır: torpağın formalaşması və inkişafı (genezisi) haqqında təlim; torpaq örtüyünün ətraf mühitlə (torpaq coğrafiyası) qarşılıqlı əlaqədə olan bütöv məkan törəməsi olması haqqında təlim; torpaq və torpaq örtüyünün münbitliyi və onun aqrotexniki və meliorativ metodlarla tənzim edilməsinin prinsipləri haqqında təlim. Torpaqşünaslığın tərkibində adı çəkilən əsas bölmələrlə yanaşı, onun torpaq kütləsinin xassələri əsasında fundamental bölmələri (torpaq fizikası, torpaq kimyası, torpaq biologiyası) və torpaq və torpaq örtüyündən istifadənin tətbiqi bölmələri (aqronomik torpaqşünaslıq, meşə torpaqşünaslığı və s.) də mövcuddur. Bu tətbiqi bölmələr torpaqşünaslığın ümumi nəzəriyyəsinin inkişafına böyük təsir göstərir, belə ki, ilkin materialların geniş mənbəyi və nəzəri konsepsiyaların yoxlanmasının bazasını təşkil edir. Torpaqların təsnifatı xüsusi bölmə təşkil edir.
Jineologiya
Jineologiya (kürd. Jineolojî) — feminizm və gender bərabərliyinin Kürdüstan Fəhlə Partiyasının (PKK) lideri Abdullah Öcalanın müdafiə etdiyi forması. Orta Şərq cəmiyyətlərində qadınları məhdudlaşdıran namusa əsaslanan dini və qəbilə qaydaları fonunda Öcalan "qadınlar azad olmadıqca bir ölkə azad ola bilməz" demiş, qadınların azadlığının səviyyəsinin ümumən cəmiyyətdə azadlıq səviyyəsini müəyyən etdiyini bildirmişdir. Jineologiya demokratik konfederalizmin tərkib hissəsidir, Şimali və Şərqi Suriyanın Muxtar Administrasiyasının idarəçiliyində dəstəklənən fəlsəfədir. == Tarixi == Kürdüstan İcmalar İttifaqı (KCK) Demokratik Birlik Partiyası (PYD) və PKK-nın daxil olduğu çətir təşkilatdır. 2005-ci ildə KCK ayrıca kürd dövləti qurmaq məqsədindən əl çəkmiş və bunun əvəzinə demokratik konfederalizmin tərəfdarı olmuşdur. 2012-ci ildə PYD Şimali Suriyanın böyük bir hissəsinə nəzarəti ələ keçirmiş və demokratik konfederalizm modeli altında özünüidarəni həyata keçirərək muxtariyyət elan etmişdir. Şimali və Şərqi Suriya Muxtar İdarəsi kimi tanınan bu region 2016-cı ildən əvvəl Suriya ərazisinin təxminən beşdə birini təşkil edirdi. PYD-nin hərbiləşdirilmiş qüvvəsi Xalq Qoruma Dəstələri (YPG) və Qadın Qoruma Dəstələrindən (YPJ) ibarətdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Liberating life: Woman's Revolution.
Geologiya
Geologiya (Yunanca geo — Yer, logiya — təlim, elm) — yaşadığımız planet (səyyarə) — Yer kürəsi haqqında elm. Müasir geologiya hidrologiya da daxil olmaqla Yer haqqında elmlər ilə əhəmiyyətli dərəcədə üst-üstə düşür. Yer sistemi elmi və planet elmi ilə inteqrasiya olunur. Geologiya Yerin quruluşu və bu quruluşu formalaşdıran prosesləri təsvir edir. Geofizika Yerin qatları və nüvəsində gedən fiziki proseslər və hadisələri öyrənir. Geoloqlar süxurların əmələ gəlmə tarixini öyrənmək üçün onların mineraloji tərkibini öyrənirlər. Geologiyanın bir qolu olan geoxronologiya müəyyən bir yerdə tapılan süxurların nisbi yaşlarını müəyyən edir; geokimya onların mütləq yaşlarını müəyyən edir. Müxtəlif petroloji, kristalloqrafik və paleontoloji alətləri birləşdirərək geoloqlar bütövlükdə Yerin geoloji tarixini sala bilirlər. Bir aspekt Yerin yaşını nümayiş etdirməkdir. Geologiya plitələrin tektonikası, həyatın təkamül tarixi və Yerin keçmiş iqlimləri üçün dəlillər təqdim edir.
Neologiya
Neologizm (yun. νέος λόγος - yeni söz) — linqvistikada dildə yeni yaranan sözlərə deyilir. Məsələn: Helikopter, monitorinq, android, robot, kompüter, birja və s. Neologizm sözü "Yeni bir şey tapmaq", "törətmək", "gətirmək" mənalarını bildirir. Dildə yeni yaranan sözləri öyrənən elmə "Neologiya" deyilir. Yeni sözlərin yaranması daha çox elm və texnikanın inkişafı ilə bağlıdır.
Reologiya
Reologiya yunan (rheos – axım və loqos – söz, nəzəriyyə) sözündən yaranan, maddənin axımı və deformasiya haqqında elmdir. Reologiyanın M. Reynerin nəzəriylə fizika elminə, daha çox mexanika elminə aid etmək olar. Rəsmi olaraq "reologiya" termini amerikalı Yudjin Binqam tərəfindən 3-cü plastik mövzusuna aid olan simpoziumda (1929-cu il ABŞ) irəli sürülüb, lakin reologiyanın ayrı-ayrı mövqeləri bir qədər əvvəl də məlum idi. İ. Nyutonun qatı mayelərin hərəkətinə müqavimət qanunu, Novye-Stoksun sıxılmayan mayelərin hərəkətinin düsturu, Dj-Maksvell Tomsonun və başqalarının işləri təşkil edir. Bu sahədə rus alimlərinin – D. İ. Mendeleyev, N. P. Petrov, N. Ş. Vedov və sovet alimləri P. A. Rebinder, M. P. Volaroviç, Q. V. Vinoqradovun da əməkləri böyükdür. Reologiya bir neçə bölmələrə ayrılır: Nəzəri reologiya (fenomenoloji reologiya və yaxud makroreologiya) hidromexanika elmi ilə, elastik, plastin və sürünmə nəzəriyyələri ilə çox sıx bağlıdır. O, cismə deformasiyadan yaranan mexaniki gərginliyin təsiri ilə vaxt dəyişməsi arasında olan asılılığı təyin edir. Təcrübi reologiya (reometriya) cisimlərin müxtəlif reoloji xassələrini xüsusi cihaz və sınaq maşınları vasitəsilə təyin olunur. Mikroreologiya mikrohəcmlərdə deformasiyanı və axıcılığı tədqiq edir, məsələn dispers sistemlərin fazalarındakı hissələrin ölçüsündəki və yaxud atom və molekul ölçüsündə həcmlərdə. Bioreologiya insanlarda və heyvanlarda müxtəlif bioloji mayelərin (qan, sinoval, plevral və s.) axıcılığını, müxtəlif toxumaların (əzələ, sümük, qan damarları) deformasiyasını tədqiq edir.
Teologiya
Teologiya (yun. θεος, theos, "Tanrı", + yun. λογος, logos, "bilim") — hər hansı bir dinin, xüsusi mənada isə xristianlığın təliminin sistemləşdirilməsi. Bu sahə ilə məşğul olan insanlar teoloq adlanır. Bir qayda olaraq Bibliyaya, ümumdünya kilsə məclislərinin qərarlarına və (protestantlardan başqa) "kilsə atalarının" təlimlərinə ("Müqəddəs Yazıya" və "Müqəddəs Ənənəyə") əsaslanan xristian teologiyasının tarixi nisbətən yenidir. XVIII əsrə qədər ilahiyyatçılar adətən Bibliya mətninin tarixi, ədəbi kontekstinə əhəmiyyət vermədən sitat gətirərək təlim vermişlər. Bibliya teologiyası müstəqil bir elm olaraq XVIII əsrdə protestant kilsəsində meydana gəldi. Protestantlar, ümumiyyətlə, Müqəddəs Ənənənin avtoritetini qəbul etmədikləri və yalnız Bibliyanı vəhy saydıqlarına görə, sistematik teologiyanı yaradan protestantların başlıca üsulu "Bibliyanı Bibliya vasitəsilə şərh etmək" qaydasından ibarət idi. Müqəddəs Ənənəyə böyük əhəmiyyət verən pravoslav və katolik teoloqları əvvəllər protestantlığın təsirindən ehtiyatlanaraq belə teologiyaya bir qədər şübhə ilə yanaşmışlar. Lakin sonra elmi üsullara əsaslanan teologiyanın təkcə protestant deyil, pravoslav və katolik təliminə də tətbiq edilməsinin mümkünlüyünü və zərurətini görmüşdürlər.
Aktualizm (geologiya)
Aktualizm — keçmişdə baş vermiş geoloji proses və hadisələri dərk etmək üçün müasir proseslərin tədqiqinə əsaslanan təlim. Lakin nəzərə almaq lazımdır ki, keçmişdə, xüsusilə müasir zamandan uzaq olan qədim dövrlərdə Yer səthində (və dərinlikdə) fiziki-coğrafi şərait və baş verən proseslər, qədimliyindən asılı olaraq, müasir zamandakından müəyyən dərəcədə fərqlənirdi. Təlimin əsasını İ. Valter qoymuş və sonralar Straxov (1945 və b.) tərəfindən inkişaf etdirilmişdir. Yerin geoloji həyatının müxtəlif tərəflərinə bu metodun tətbiqi məhduddur. Məsələn: aktualizm dərinlik proseslərinə, o cümlədən tektonik və maqmatik proseslərə tətbiq oluna bilməz. Çünki biz onların müasir dövrdə necə baş verdiyini bilmirik. Aktualizm tətbiqi paleontologiyada da olduqca məhduddur. Çünki üzvi aləmin inkişafı böyük sürətlə getdiyindən və orqanizmlərin şəraitə uyğunlaşması çox yüksək olduğundan müasir və qədim formaların müqayisəsi az inandırıcıdır və bir çox mübahisəli məsələlərin meydana çıxmasına səbəb olur. Aktualizm ən çox və effektiv tətbiq sahəsi litologiyadır. Müasir çöküntütoplanma prosesinin hər hansı dəqiqliklə öyrənilməsi və kifayət qədər dərk edilməsi, digər tərəfdən, Yer səthindəki fiziki-kimyəvi şəraitin təkamülü və uyğun olaraq çökmə prosesinin özünün yavaş təkamülü ilə izah edilir.
Ekstruziya (geologiya)
Ekstruziya (yun.extrusio-püskürmə) — Vulkan kraterindən elastiki lavanın yer səthinə çıxıb qübbə və s. formalar əmələ gətirməsidir.
Epigenez (geologiya)
Epigenez — mineral və süxurların, faydalı qazıntıların sonrakı dəyişilmələrinə və yeni əmələgəlmələrin yaranmasına səbəb olan təkrar proseslərdir. Pustovalov epigenez terminindən çökmə süxur əmələgəlmənin gec diagenez mərhələsini adlandırmaq üçün istifadə etmişdir. Bəzi alimlər epigenez litogenezin hər hansı bir mərhələsi hesab etmirlər. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006.
Eroziya (geologiya)
Eroziya — relyefin erozion formalarının mənşəyini və inkişafını bilmək üçün axar suların işi və onların əsasını təşkil edən fiziki qanunları bilmək lazımdır. Axar suların işi, onların kipetik (canlı) enerjisinin böyüklüyü ilə müəyyən edilir. Axar su yataqlarında eyni vaxtda bir-birinin əksi olan iki müxtəlif proses – eroziya və akkumulyasiya prosesləri gedir. Bu proseslərin kəmiyyət münasibətindən asılı olaraq çay yatağının quruluşu, vaxt getdikcə dəyişikliyə uğrayır. Eroziya üstünlük təşkil edən sahələrdə yataq dərinləşir, akkumulyasiya üstünlük olan sahələrdə isə yataq çayın gətirdiyi məhsullarla dolaraq dayazlaşır. Axar suyun miqdarı və yatağın meyilliyi nə qədər çox olarsa, onun erozion fəaliyyəti də bir o qədər çox olacaqdır. Eroziya dedikdə, çayın yatağını dərinləşdirən və genişləndirən yuma prosesləri başa düşülməlidir. Eroziya prosesi aşağıdakı proseslərdən ibarətdir: Çay hövzəsində aşınmış məhsulun daşınması. Çay yatağında üzə çıxan süxurların çayın dibi ilə aparılan qum, çaqıldaşı, valun vasitəsilə yonulması və çilalanması. Bəzi süxurların (əhənğdaşı, dolomit, gips) suda həll olması və süxurların tərkibindəki duzların yuyulması.
Genezis (geologiya)
Geologiya İnstitutu
Geologiya və Geofizika İnstitutu — Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan elmi tədqiqat institutu. == Tarixi == 1926-cı ildə Azərbaycanın tədqiq olunması və öyrənilməsi cəmiyyəti yaradılmışdır (geologiya və geofizika sahəsində tədqiqatlar daxil olmaqla). 1932-ci ildə bu cəmiyyətin bazasında SSRİ Elmlər Akademiyasının Zaqafqaziya filialının Azərbaycan şöbəsi (EAZDAzŞ) təşkil edilmişdir. 1935-ci ildə EAZFAzŞ bir sıra institutlar ilə və o cümlədən Geologiya sektoru ilə birlikdə SSRİ-in Elmlər Akademiyasının Azərbaycan filialına çevrilmişdir. 1938-ci ildə Azərbaycanın görkəmli alimləri — Ş.A.Əzizbəyov, M.A.Qaşqay, Ə.A.Yaqubovun təklifi və SSRİ EA-nın yardımı ilə müstəqil elmi-tədqiqat idarəsinə — Geologiya İnstitutuna çevrilmişdir (Geologiya İnstitutunun təşkil edilməsinin rəsmi tarixi). 2003-cü ildə Geologiya İnstitutu və Dərin neftqaz yataqları problemləri institutunun (DNQYPİ) bazasında Azərbaycan MEA Geologiya İnstitutu yaradıldı. 2014-cü ildə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə Geologiya İnstitutu Geologiya və Geofizika İnstitutu adlandırıldı. İnstitutun yaranması və inkişaf Azərbaycanda neft və qaz sənayesinin sürətli inkişafı ilə eyni vaxta düşdü. İnstitutun qurulmasında və inkişafında məşhur rus alimləri İ.M.Qubkin, D.B.Qolubyatnikov, Vladimir Boqaçyov, N.B.Vasseviç, V.V.Veber, A.V.Vinaqradov, S.A.Kovalevskiy, D.V.Nalivkin, E.F.Savarenskiy, J.V.Rizniçenko, M.A.Sadovskiy, Vladimir Tixomirov, B.S.Sokolov, Viktor Xain və s. böyük rolu olub.
Matriks (geologiya)
Matriks - çökmə süxurların daha iri hissəçiklərini əhatə edən nisbətən narın dənəli material. Bəzən əsas kütlə terminin sinonimi kimi işlədilir. Lakin termindən istifadə olunduqda süxur genezisi nəzərə alınmır və ya terminin əsasən çökmə süxurlara şamil edildiyi nəzərdə tutulmur. Bəzi hallarda "sement" terminin sinonimi kimi başa düşülür. == Həmçinin bax == Çökmə süxurlar Termin Genezis == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006. — Səhifələrin sayı: 679.
Minerallaşma (geologiya)
Minerallaşma (ing. Mineralization; rus. Минерализация) — qalxan və ya enən filizli məhlullar və ya dağ enamasiyaları, bəzən isə maqmatik ərintilərdə filiz və qeyri-filiz minerallarının gətirilməsi və çökdürülməsi prosesi.
Mühəndisi geologiya
Mühəndisi geologiya - geologiya elminin insanın mühəndis fəaliyyətilə əlaqədar olaraq Yer qabığının üst qatlarının geoloji şəraitini və dinamikasını öyrənən sahəsi. Mühəndisi geologiya tədqiqatların əsasında tikinti obyektlərinin daha münasib yeri, əlverişli konstruksiyası, inşaat işlərinin üsulları və həmçinin tikintinin təsiri nəticəsində baş verə və onun normal istismarına mane ola biləcək geoloji proseslərə qarşı mübarizə tədbirləri müəyyən edilir. Mühəndisi geologiya tədqiqatlar əsasında: a) tikintinin ağırlığı altında süxurların sıxlaşma həddi və sürəti; b) süxurun özül altından sıxışdırılıb çıxardılmasına qarşı müqaviməti; c) özül, karxana, kanal və b. qazımalarda divarların möhkəmliyi; ç) su hövzəsi bəndinin hövzə suyunun təzyiqinə qarşı davamlılığı; d) su hövzəsi sahillərinin yuyulması; e) qrunt suyu səviyyəsinin qalxdığı ərazilərdə tikinti özüllərinin möhkəmlik şəraiti; ə) seysmik, karstlaşma, sürüşmə və b. zonalarda tikilən obyektlərin davamlılığı öyrənilir. Geologiya Mühəndislik Yer qabığı Geoloji proseslər Qrunt suyu Seysmik zona Sürüşmə Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
Planetar geologiya
Planetar geologiya və ya astrogeologiya, ekzogeologiya —planetologiyanın planetlər və onların peykləri, asteroidlər, kometlər və meteorlar kimi göy cisimlərinin geologiyasını öyrənən bölməsidir. Geo- sözönü ümumiyyətlə Yeri və ya əlaqəli mövzularını göstərsə də, planetar geologiya tarixi və rahatlıq səbəbi ilə belə adlandırılmışdır. Planetar geologiya Yerə əsaslanan geologiya ilə sıx bağlıdır. Planetar geologiyaya bərk planetlərin daxili quruluşunu müəyyənləşdirmək, həmçinin planetar vulkanizm və zərbə kraterləri, flüvial və eol prosesləri kimi yerüstü proseslər daxildir. Günəş sisteminin asteroidlər, Koyper qurşağı və kometlər kimi kiçik cisimləri ilə birlikdə nəhəng planetlərin quruluşları və onların peykləri də araşdırılır. 1960-cı illərin əvvəllərində Yugin Şumeykerə geologiya prinsiplərini planetar xəritələrə tətbiq etmək və planetologiyanın yeni qolunu yaratmaq etibar edilir. O planetologiya sahəsinə və zərbə kraterlərinin, peyklərin, astroid və kometlərin öyrənilməsinə əhəmiyyətli töhfələr vermişdir. Bu gün bir çox qurum planetar elmlərin və planetar geologiyanın öyrənilməsi ilə maraqlanır. Arizona yaxınlığındakı Arizona kraterindəki Ziyarət Mərkəzinə planetar geologiya muzeyi də daxildir. Bundan əlavə Montana Dövlət Universiteti, Braun Universiteti, Arizona Universiteti, Kaliforniya Texnologiya İnstitutu, Kolorado Universiteti, Qərbi Miçiqan Universiteti, Massaçusets Texnologiya İnstitutu və Sent Luis Vaşinqton Universiteti kimi bir sıra universitetlər geniş planetar tədqiqatlar aparırlar.
Resessiya (geologiya)
Resessiya - dənizin quru ilə əvəz olunmadığı hallarda çöküntütop­lanmada fasilə. Güclü dib axınlarına məruz qalan, dənizdibi sahələrdə müşahidə olunur. Bu zaman bütün çöküntülər, hətta dəniz dibi də yuyulmaya məruz qalır. Belə sahələrdə çöküntülərin toplanmasına şərait yaranmır. Dəniz Çöküntülər Dəniz dibi Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
Sekresiya (geologiya)
Sekresiya - süxur boşluqlarını dolduran, tərkibcə süxurlardan fərqlənən kristallik, yaxud kolloid mineral maddələr. Konkresiyadan fərqli olaraq, maddələrin çökməsi, boşluğun divarlarından mərkəzə doğru gedir, nəticədə müxtəlif rəngli və müxtəlif mineral tərkibli konsentrik-zonal quruluş əmələ gəlir. Boşluğun dolması tam, yaxud qismən ola bilər. Sekresiya badamcıqlar — kiçik ölçülü sekresiya və jeodlar – iri, qismən doldurulmuş boşluqlar şəklində olur. Sekresiya əmələ gəlməsi hipergen və hidrotermal proseslərdə maddənin həqiqi və kolloid məhlullarla gətirilməsi ilə əlaqədardır. Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
Təsbeh (teologiya)
Təsbih və ya təsbeh (ərəb. تشبيه‎ ) — antropomorfizm mənasını verən islam dini anlayışı. Bu, tanrını öz yaratdıqıları ilə müqayisə edir. İslam teologiyasında tanrıya iki əks termin aid edilir: tənzih və təsbih. Birincisi "yaxınlıq, əlçatanlıq" deməkdir, lakin tənzihin daha dolğun mənası "müqayisəsizliyi bəyan etmək", yəni tanrının insanlıqdan üstünlüyünü təsdiq etməkdir. Həm tanrını öz sifətlərindən məhrum edən tətil, həm də antropomorfizmi təsdiq edən təsbih sünnilər tərəfindən bidət hesab olunur. Təsbih zeydi şiə təlimində, xüsusən b.e. VIII əsrdə yaşamışzeydiyyə imamı Qasim Rəssinin fikrində aydın görünürdü. Murata, Sachiko; William C. Chittick. The Vision of Islam.