Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Məşrif
Məşrif — Azərbaycan Respublikasının Siyəzən rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Siyəzən rayonunun Məşrif kəndi Yenikənd kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqda Məşrif kənd Soveti yaradılmışdır. Əhalisinin sayı 831 nəfərdir.
Təşriq günləri
Təşriq günləri — (ərəb. أيام التشريق‎) — Qəməri təqviminin sonuncu ayının 11-dən 13-nə kimi qeyd olunan Qurban bayramının davamıdır. Qurban bayramının özü Zülhiccə ayının 10-cu günü qeyd olunur. Möminlər həcc ziyarəti etdikdə bu ay müsəlmanlar tərəfindən mübarək sayılır. Zəvvarlar Mina vadisinə gedir və orada şeytanı döymək simvolu olaraq üç sütuna daş atırlar. Sütunların hər birinə 7 çınqıl atılır - kiçik cəmrətül-ula, orta cəmrətül-vüsta və böyük cəmrətül-əkəbə. Onlar ət-Təşrik günlərinin birinci gecəsini orada keçirirlər, səhər isə camaat namazı qılır, sonra təkbir (Allaha həmd) oxuyurlar. Sonra ət-Təşriq ayının üçüncü günündə yenidən daş atma baş verir. Ализаде А. А. Аййам ат-Ташрик // Исламский энциклопедический словарь. — М. : Ансар, 2007.
Müşfiq
Müşfiq, Müşviq — Kişi adı və təxəllüs. Müşfiq Abbasov — redaktor, prodüser, ssenarist. Müşfiq Atakişiyev — professor, iqtisad elmləri doktoru. Müşfiq Şükürov — Azərbaycanlı filosof. Fəlsəfə elmləri namizədi, dosent. Müşfiq Orucov — Dördgünlük müharibə şəhidi. Müşfiq Çobanov — Azərbaycan jurnalisti. Müşfiq Mustafayev (leytenant) Bu təxəllüsü olan tanınmışlar Mikayıl Müşfiq — Azərbaycan şairi. Yaşayış məntəqələri Müşviq (Xaçmaz) — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. Müşfiqabad — Azərbaycan Respublikasında qəsəbə.
Müşrik
Şirk (ərəb. شرك‎) — Allaha şərik qoşmaq. Ümumiyyətlə şirk tövhidin ziddidir. Şirkin böyük günah olduğu açıq-aşkardır. Bu barədə kifayət qədər Quran ayələri və hədislər mövcuddur. "Loğmаn öz oğlunа nəsihət edəndə belə dedi: "Oğlum, Allаhа şərik qoşmа. Çünki şirk böyük zülmdür". Başqa bir ayədə buyurulur: "...Kim Rəbbi ilə qarşılaşacağına (qiyamət günü dirilib haqq-hesab üçün Allahın hüzurunda duracağına) ümid bəsləyirsə (yaxud qiyamətdən qorxursa), yaxşı iş görsün və Rəbbinə etdiyi ibadətə heç kəsi şərik qoşmasın!" Nəql olunan hədislərdə şikin ən aşağı səviyyəsi nədir də bəyan olunur: "Şirkin ən аşаğı dərəcəsi budur ki, insаn meyvə çərdəyinə "bu bir xırdа dаş pаrçаsıdır", dаş pаrçаsınа dа "bu bir çərdəydir" desin. Sonrа dа, özünün bu sözünə inаnsın və ondаn dönməsin.", yaxud "Şirkin ən aşağı səviyyəsi öz rəyinə, əqidəsinə bidət gətirən, sonrа dа onа xаtir sevən və düşmənçilik edən şəxsdir". Bəzən insan şirk etdiyindən xəbərsiz olur, bu da elmsizliyindən qaynaqlanır.
Müşviq
Müşfiq, Müşviq — Kişi adı və təxəllüs. Müşfiq Abbasov — redaktor, prodüser, ssenarist. Müşfiq Atakişiyev — professor, iqtisad elmləri doktoru. Müşfiq Şükürov — Azərbaycanlı filosof. Fəlsəfə elmləri namizədi, dosent. Müşfiq Orucov — Dördgünlük müharibə şəhidi. Müşfiq Çobanov — Azərbaycan jurnalisti. Müşfiq Mustafayev (leytenant) Bu təxəllüsü olan tanınmışlar Mikayıl Müşfiq — Azərbaycan şairi. Yaşayış məntəqələri Müşviq (Xaçmaz) — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. Müşfiqabad — Azərbaycan Respublikasında qəsəbə.
Məntiq
Məntiq düzgün düşünmə elmidir. Ona həm formal məntiq həm qeyri formal məntiq daxildir. Formal məntiq deduktiv baxış nöqtəsinə əsaslanmış nəticələrə arxalanaraq məntiqi nəticəyə qəlir. Formal məntiqdə mövzusundan və məzmunundan asılı olmayaraq, fikirdən arqumentlərin necə yaranıdığına nəzərdən baxılır. Qeyri-formal məntiq düşüncədəki səhvləri, tənqidi düşüncə və mübahisə nəzəriyyəsini araşdırır. Qeyri-formal məntiq gündəlik danışdıqımız dili yəni təbii dildə ifadə olunan arqumentlərə baxır və onları araşdırır. Məntiq elminin inkişafında Aristotel və Qottlob Fregenin rolu böyükdür. Məntiq əsas olaraq iki hissəyə bölünür. Ənənəvi məntiq üzərində qurulmuş Formal məntiq və formal məntiq üzərində qurulmuş Riyazi məntiq. Məntiq bütün elmlərin instrumenti kimi götürülür.
Məğrib
Məğrib — ərəbcə qərbdə olan. Tarixi Ərəbistana nisbətən qərb Şimali Afrikada yerləşdiyindən ərəb, sonradan isə ümumiyyətlə Orta Əsr müsəlman ənənəsinə görə buralara Məğrib deyirdilər. Əsasən Əlcəzair, Mərakeş, Tunis qismən Mavritaniya Məğrib adlandırılırdı. Hal-hazırda region 2 yerə ayrılır:Böyük və Kiçik Məğrib. Kiçik Məğribə Mərakeş,Əlcəzair,Tunis daxildir.Böyük Məğribə Kiçik Məğrib regionundakı ölkələrdən(Mərakeş,Əlcəzair,Tunis) əlavə olaraq Qərbi Səhra,Mavritaniya,Liviya daxildir.
Mərib
Mərib (ərəb. مأرب‎) — Yəməndə şəhər. Tarixləri miladdan öncə VIII əsrə qədər çatan Səba kitabələrində Mryb (Mrb) şəklində qeyd edilən şəhərin adı Ərəb dilli qaynaqlarda Mərib (Marib) olaraq keçir. Mərib kəliməsi haqqında, Səba krallarına verilən bir ünvan vəya Ad qəbiləsinin qollarından birinin adı olduğu yaxud “sahib, hakim” anlamını daşıyan Himyəricə maridən ya da ərəbcə “ehtiyaç” anlamındakı ərəbdən gəldiyi yolunda müxtəlif fərziyyə və görüşlər iləri sürülmüşdür . Kimlər tərəfindən nə zaman qurulduğu bilinməyən Mərib, miladdan öncə I minildə Cənubi Ərəbistanın dəniz ipək yolu üzərindəki ən böyük mərkəzi və Səba dövlətinin paytaxtı idi. Arxeoloji qazıntı nəticələrinə görə antik şəhər 1 km²lik bir sahəni əhatə edirdi və səkkiz qapılı bir divarla çevrilmişdi. Hələ qədim zamanlardan Məribin ən böyük və ən məşhur memarlıq əsərləri arasında saraylar və mabədlər yer alırdı. Tarixçi Həmdani Məribdə Səlhin, Həcər və Kaşib adlı saraylardan bəhs edir . Kitabələrdə də adı keçən Səlhin (Səlhim) Sarayı kralların hakimiyyət mərkəzi və iqamətgahı olaraq istifadə edilməklə, pullar da burada zərb olunurdu. Ən önəmli məbəd, şəhərdən 5 km.
Dialektik məntiq
Dialektik məntiq — konseptual və məntiqi üsul. Bir çox fərqli mənada qiymətləndirilən dialektik anlayışından əldə edilən bir məntiq formasıdır. Birincisi, bir anlayışdan digərinə ziddiyyətləri məhv edərək irəliləmək üsuluna verilən addır. Qarşıdurmalar içində irəliləyərək bu qarşıdurmaları aradan qaldıraraq nəticəyə çatmağı istəyən məntiqi düşünmə şəklidir. Əvvəlcə Heraclitus dialektik məntiqdən istifadə etmişdir. Dialektik məntiq xüsusilə Hegeldə zirvəyə çatmışdır. Marksın əlində isə materialist bir məzmuna sahib olmuşdur. Bütün bu nəzəriyyələrdə dialektik məntiq ümumi mənada ziddiyyət və nisbilik anlayışları ilə işləyən məntiq şəklində baş verir. Formal məntiqin əsas konsepsiyaları və kateqoriyaları bir kənara qoyulmur, eyni fikir və kateqoriyalar isə ziddiyyət və nisbilik prinsipləri baxımından yenidən rasionaldır.
Formal məntiq
Formal məntiq — İnsan mühakimələrinin konkret məzmununu nəzərə almadan onların formasını — (strukturunu), quruluşunu öyrənir. Başqa sözlə, formal məntiq konkret məzmunu nəzərə almadan əqli nəticə və isbat qaydalarında, mühakimə, anlayışlar arasında əlaqənin və məntiqi nəticə çıxarılmasının qanunlarını öyrənir. Formal məntiqin əsasını Aristotel qoymuşdur. Formal məntiq – təfəkkür haqqında elm. R. Əliquliyev, S. Şükürlü, S. Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Bakı, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Kombinasiyalı məntiq
Kombinasiyalı məntiq — Kombinasiyalı məntiqi dövrələrin dizaynı problemlərin ifadəsi ilə başlayıb, məntiqi dövrənin layihələndirilməsi ilə başa çatır. Kombinasiyalı məntiqi dövrələrin dizaynına aid məntiqi addımlar aşağıdakı kimi xülasə edilə bilər: Problem müəyyənləşdirilir. Giriş dəyişkənlərinin və tələb olunan çıxış dəyişkənlərinin sayı müəyyən edilir. Giriş və çıxış kimi istifadə olunan dəyişkənlər adlandırılır. Giriş və çıxış dəyişkənləri arasındakı əlaqəni müəyyən edən bir həqiqət cədvəli qurulur. Hər bir çıxış üçün müvafiq Boolean funksiyasını yazılır. Əldə edilən Boole funksiyaları sadələşdirilir. Məntiqi dövrə tərtib edilir. Dizayn və layihələndimə prosesinin məntiqi addımları içərisində ən çox diqqət edilməsi lazım olan addım sözlərlə çərçivəsini çəkdiyimiz əməliyyatların həqiqilik cədvəli halına gətirilməsidir. Çünki bu mərhələdə ediləcək bir səhv, daha sonrakı bütün addımlarda səhv əməliyyat edilməsi nəticəsini yaradır.
Kombinatorial məntiq
Kombinatorial məntiq — formal məntiqi sistemlərin və ya kalkulyasiyanın əsasları (yəni izah edilməli və təhlil edilməməsi lazım olmayan) ilə əlaqəli riyazi məntiqin bir istiqaməti. Diskret riyaziyyatda kombinatorial məntiq hesablama proseslərini izah etdiyi üçün lambda hesablanması ilə sıx əlaqəlidir. Yarandığı gündən bu yana kombinatorial məntiq və lambda hesablamaları qeyri-klassik məntiq kimi təsnif edilmişdir. Məsələ burasındadır ki, kombinatorial məntiq 1920-ci illərdə və lambda hesablamaları — 1940-cı illərdə kifayət qədər müəyyən edilmiş bir məqsədi olan metamatikanın bir qolu kimi — riyaziyyata əsas vermək üçün yaranmışdı. Bu o deməkdir ki, həqiqi xarici mühitdə baş verən prosesləri və hadisələri əks etdirən, tələb olunan "tətbiq olunan" riyazi nəzəriyyə — mövzu nəzəriyyəsi quraraq, "saf" metatoriyasını mövzu nəzəriyyəsindən imkanlarını və xüsusiyyətlərini müəyyənləşdirmək üçün bir qabıq kimi istifadə etmək olar. Tezliklə məlum oldu ki, bu sistemlərin hər ikisini proqramlaşdırma dilləri kimi qəbul etmək olar (bax kombinatorial proqramlaşdırma). İndiyə qədər bu dillərin hər ikisi yalnız kompüter elmləri sahəsində bütün tədqiqat kütləsi üçün əsas olmur, həm də proqramlaşdırma nəzəriyyəsində geniş istifadə olunur. Kompüterlərin hesablama gücünün artması nəzəri (məntiqi və riyazi) biliklərin əhəmiyyətli bir hissəsinin avtomatlaşdırılmasına və lambda hesablamaları ilə birlikdə kombinatorial məntiq obyektlər baxımından düşüncə üçün əsas kimi qəbul edilir. Kombinatorial məntiqdə tək yerlik bir funksiya və bir funksiyanın bir arqumentə (tətbiqə) tətbiq olunması əsas anlayışlardır. Funksiya ümumiyyətlə başa düşülür və arqumentlər və dəyərlər kimi bərabər səviyyədə olan obyektlərləişləyə bilər.
Mikayıl Müşfiq
Mikayıl Müşfiq (tam adı: Mikayıl Əbdülqadir oğlu İsmayılzadə; 5 iyun 1908, Bakı – 6 yanvar 1938, Bakı) — Azərbaycan şairi, tərcüməçisi və pedaqoqu, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1934), "Azərnəşr"in keçmiş redaktoru. Azərbaycan poeziyasının inkişafında böyük rol oynamış şairlərdən biridir. Sevgi və gözəlliyi tərifləyən bir çox şeirlərin müəllifidir. Onun şeirlərində sosial və mədəni məsələlər üzrə fikirlər də dilə gətirilirdi. Stalin repressiyasının qurbanı olub və 1938-ci ildə güllələnmişdir. 1956-cı il mayın 23-də SSRİ Ali Məhkəməsinin Hərbi kollegiyasının qərarına əsasən ölümündən sonra bəraət almışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Mikayıl Müşfiq Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir. Mikayıl Mirzə Əbdülqadir oğlu İsmayılzadə (Mikayıl Müşfiq) 1908-ci il iyun ayının 5-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Atası Mirzə Əbdülqadir İsmayılzadə (Vüsaqi) dövrünün tanınmış ziyalılarından idi. O, müəllimlik fəaliyyəti ilə yanaşı, yaradıcılıqla məşğul olmuş, şeirlər yazmışdır.
Mikayıl Müşviq
Mikayıl Müşfiq (tam adı: Mikayıl Əbdülqadir oğlu İsmayılzadə; 5 iyun 1908, Bakı – 6 yanvar 1938, Bakı) — Azərbaycan şairi, tərcüməçisi və pedaqoqu, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1934), "Azərnəşr"in keçmiş redaktoru. Azərbaycan poeziyasının inkişafında böyük rol oynamış şairlərdən biridir. Sevgi və gözəlliyi tərifləyən bir çox şeirlərin müəllifidir. Onun şeirlərində sosial və mədəni məsələlər üzrə fikirlər də dilə gətirilirdi. Stalin repressiyasının qurbanı olub və 1938-ci ildə güllələnmişdir. 1956-cı il mayın 23-də SSRİ Ali Məhkəməsinin Hərbi kollegiyasının qərarına əsasən ölümündən sonra bəraət almışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Mikayıl Müşfiq Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir. Mikayıl Mirzə Əbdülqadir oğlu İsmayılzadə (Mikayıl Müşfiq) 1908-ci il iyun ayının 5-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Atası Mirzə Əbdülqadir İsmayılzadə (Vüsaqi) dövrünün tanınmış ziyalılarından idi. O, müəllimlik fəaliyyəti ilə yanaşı, yaradıcılıqla məşğul olmuş, şeirlər yazmışdır.
Müşfiq Abbasov
Müşfiq Abbasov (tam adı: Müşfiq Dilqəm oğlu Abbasov; 7 iyul 1978, Bakı) — redaktor, prodüser, aktyor, ssenarist. Müşfiq Abbasov 7 iyul 1978-ci ildə Bakı şəhərində anadan olub. Parni iz Baku KVN komandasının ssenaristlərindən biri olub. 2000-ci ildə Moskvada keçirilən "Onluğun turniri"ndə "Parni iz Baku" əsrin çempionu kubokunda MDB KVN komandalarının müəllifləri içində, 20-ci əsrin ən yaxşı zarafatının müəllifi diplomuna layiq görülüb. 2000-ci ilin sonunda onlar CoRaf tərəfindən təklif gəlir. 2001-ci ildə "Parni iz Baku" komandasının kapitanı rəhmətlik Anar Məmmədxanovun qərarı ilə, fəaliyyətini dayandırdıqdan sonra, Müşfiq CoRaf-ın təklifini qəbul etdi. Daha sonra "Bu şəhərdə" prodakşn kimi qeydiyyatdan keçdi. Sonra Müşfiq "Bu şəhərdə"nin formatını dəyişib, etdi konsert formatı. Müşfiq çörək mağazasında satıcı da işləyib, plastik qapı-pəncərə sexində menecer də, Neftbazada inspektor da, bir çox telekanallarda – redaktor, prodüser, ssenarist kimi də çalışmış, 5 filmin ssenarisini və 20 mahnının sözlərini yazmışdır. Ailəlidir.
Müşfiq Atakişiyev
Atakişiyev Müşfiq Cəmil oğlu (22 aprel 1966, Ağaməmmədli, İmişli rayonu) — iqtisad elmləri doktoru, professor. 2000-ci ildən Beynəlxalq İnformatizasiya Akademiyasının həqiqi üzvü, AMEA İqtisadiyyat İnstitutunun icraçı direktoru, AMEA İqtisadiyyat İnstitutu Müdafiə Şurasının üzvü, AMEA İqtisadiyyat İnstitutunun "İqtisadi Artım və İctimai Rifah" jurnalının baş redaktor müavinidir. Müşfiq Atakişiyev 1966-cı ildə İmişli rayonunun Ağaməmmədli kəndində anadan olmuşdur. Orta təhsilini orada bitirdikdən sonra, Azərbaycan Neft və Kimya İnstitutuna (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) daxil olmuşdur. 1990-cı ildə həmin institutun "İqtisadçı mühəndis" fakültəsini fərqlənmə diplomu ilə bitirib. O, ali təhsilini başa vurduqdan sonra, təyinatla həmin fakültədə stajyor kimi saxlanılmışdır. Elmi fəaliyyətini davam etdirərək 1996-cı ildə "Neft qaz quyularının istehsal gücündən istifadənin səmərəliliyinin artırılmasının ehtiyat mənbələri" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsi almışdır. 1996-cı ildən "Neft və Qaz Sənayesinin İqtisadiyyatı" kafedrasında dosent vəzifəsində fəaliyyət göstərmişdir. 1999-cu ildə "Neftçıxarmada istehsal potensialından istifadənin iqtisadi problemləri" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 2005-ci ildən Azərbaycan Ali Attestasiya komissiyasının qərarı ilə professor adına layiq görülmüşdür.
Müşfiq Borçalı
Müşfiq Bəktiyev
Müşfiq Cəfərov
Müşviq Cəfərov (cüdoçu) — Beynəlxalq dərəcəli idman ustası. Müşfiq Cəfərov (siyasətçi) — Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputatı.
Müşfiq Darbazlı
Müşfiq Hüseynov
Müşfiq Hüseynov (14 fevral 1970, Ağdam) — azərbaycanlı futbolçu. "Kəpəz", "Neftçi", "Qarabağ", MKT-Araz futbol klublarının oyunçusu olub. Azərbaycan çempionu və Azərbaycan kubokunun sahibidir. M. Hüseynov milli çempionatımızda 363 oyunda 141 qol vurub. "Qarabağ" klubunda məşqçilik karyerasına başlayıb. Azərbaycan milli futbol komandasında 3 oyun keçirib. Müşfiq Hüseynov 14 fevral 1970-ci ildə Ağdamda anadan olmuşdur. Uşaq yaşlarından futbola həvəsi onu bu sənətə peşəkar yanaşmasına səbəb olmuşdur. Müşfiq Hüseynov Qarabağ klubunda ilk oyununu 1989-cu ildə keçirib. Həmin ildə 28 dəfə meydana çıxan Hüseynov, 6 dəfə fərqlənib.
Müşfiq Hətəmov
Müşfiq Mürşüd oğlu Hətəmov (6 may 1969, Güllücə, Ağdam rayonu) — ssenarist, kinoprodüser, "Azərbaycanfilm" kinostudiyasının direktoru (2011–2019), Space TV-nin sabiq direktoru (2021–2023), Azərbaycan Prodüserlər Gildiyasının sədri (2012–2022), Azərbaycanın Əməkdar incəsənət xadimi (2016). Müşfiq Hətəmov 6 may 1969-cu ildə Ağdam rayonunda anadan olmuşdur. 1976–1986-cı illərdə orta təhsil almış, 1986-cı ildə M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyoru fakültəsinə daxil olmuş, 1992-ci ildə bu təhsil ocağını bitirmişdir. 1987–1989-cu illərdə ordu sıralarında xidmət etmişdir. Ailəlidir. 1992–2002-ci illərdə Əhməd Cavad adına Bakı Mədəni Maarif Texnikumunda gənc nəslə rejissor və aktyor sənətini tədris etmişdir. 2000-ci ildə təsis etdiyi "MM" MMC-də 100-ə yaxın konsert və televiziya proqramlarının, reklam kampaniyalarının rəhbəri, 12 video-filmin prodüseri, bir çox televiziya layihələrinin müəllifi olmuşdur. 2002-ci ildən 2006-cı ilə qədər Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsində inspektor, 2006-cı ildən Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsində filmlərin dövlət reyestri sektorunun müdiri, 2010-cu ildən isə Kinematoqrafiya şöbəsinin müdir müavini vəzifəsində çalışmışdır. 2011-ci ilin dekabr ayından 2019-cu ilədək C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasına rəhbərlik etmişdir. 2012–2022-ci illər aralığında Azərbaycan Prodüserlər Gildiyası sədri, 2021–2023-cü illərdə SPACE TV-nın baş direktoru olmuşdur.
Müşfiq Kərimov
Müşfiq Mecidov
Müşfiq Bayram oğlu Mecidov (8 mart 1997; Göylər, Şamaxı rayonu — 8 oktyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Müşfiq Mecidov 1997-ci il martın 8-də Şamaxı rayonunun Göylər kəndində anadan olub. 2003-2014-cü illərdə T.Kərimov adına 2 saylı Göylər kənd tam orta məktəbində təhsil alıb. Subay idi. Müşfiq Mecidov 2015-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2015-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin Ağdam rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edib. 2016-cı ilin 2-5 aprelində baş tutan döyüşlərdə baş kəşfiyyatçı kimi iştirak edib. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Müşfiq Mecidov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Ağdərə və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Müşfiq Mecidov oktyabrın 8-də Ağdərə döyüşləri zamanı şəhid olub. Şamaxı rayonunun Göylər kəndində torpağa tapşırılıb.
Müşfiq Mirzəyev
Maşlıq
Maşlıq — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. Kəndin əsas təsərrüfatı kartof əkinçiliyidir. Bununla yanaşı heyvandarlıq və ovçuluq da inkişaf etmişdir. Maşlıq oyk., sadə. Cəlilabad r-nunda kənd. Lənkəran ovalığındadır. Yaşayış məntəqəsi XIX əsrdə müxtəlif kəndlərdən çıxmış ailələrin Maşlıq adlı yerdə (Azərb. dilində maş paxlalı bitki, lobyanın bir növü) məskunlaşması nəticəsində yaranmışdır. Oykonim maş əkilən yer mənasındadır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 3654 nəfər əhali yaşayır.
Mehriz
Mehriz — İranın Yəzd ostanının şəhərlərindən və Mehriz şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 26 364 nəfər və ya 6 954 ailədən ibarət idi.
Mersin
Mərsin (köhnə adı İcəl) — Türkiyənin Mərsin ilinin mərkəzi, əhali sayına görə onuncu böyük şəhəri. 2016-cı ildə aparılmış əhalinin siyahıyaalınmasına əsasən əhalisi 1 773 852 nəfərdir. Böyükşəhər statusuna malikdir. Mersin həm də liman şəhəridir. Mersin limanı Türkiyənin ən böyük limanıdır.
Mestia
Mestia (gürc. მესტია) — Qafqaz sıra dağlarında 1500 metr yüksəklikdə, şimal-qərbi Gürcüstanda yerləşən şəhər.
Meşari
Meşari (alb. Meshari) - alban dilində çap edilmiş ilk kitab. Hal-hazırda tək bir nüsxəsi mövcuddur. Kitab 188 səhifədən ibarət olmuşdur və yazılar səhifələrdə iki sütunla yazılmışdır. Kitab təxminən 1555-ci ildə Venesiyada katolik yepiskopu Gön Buzuku tərəfindən nəşr edilmişdir. Meshari 1740-cı ildə Skopyedə aşkar edildi, bir müddət sonra isə onun haqqında məlumatlar itdi. 1910-cu ildə kitabın bir nüsxəsi Katolik Yepiskopu Luzi Skiroi tərəfindən yenidən aşkar edildi. 1930-cu ildə kitabın fotonüsxəsi, 1968-ci ildə isə elm adamlarının rəyləri ilə kitab yeni formada nəşr olundu. Hal-hazırda orijinal kitab Vatikan Kitabxanasındadır. Vatikan nüsxəsində kitabın titul vərəqi və ilk 16 səhifəsi yoxdur.
Meşinq
Meşinq — kompüter qrafikasında hissələrin səthlərinin təsviri üsuludur. CAD/CAM sistemlərində çox vaxt müərrəkəb, ayrı-ayrı səthlərdən ibarət hissənin topologiyasının müəyyən məqsədlər üçün bir toplum şəklində təsvir olunması zərurəti yaranır. Riyazi şəkildə verimiş səthlər kiçik müstəvilərlə (üçbucaqlılar və ya dördbucaqlılarla) aproksimasiya olunaraq meş şəklində verilir. Alınan meş NC-proqramlarının tərtibində və sonlu elementlər üsulu ilə hesablamalarda tətbiq oluna bilir. Üçbucaqlılardan ibarət meşinq trianqulyasiya, dördbucaqlılardan ibarət meşinq isə pavinq adlanır. Rezo Əliyev. Maşınqayırma leksikonu. II hissə, Bakı: Appostrof nəşriyyatı, 2012, 423 s.
Meşkin
Meşkinşəhr (tarixi adı Xiyov və ya Xiyav) — Iran Ərdəbil ostanına daxildir. İranın şimal-qərbində yerləşir. Tehrandan 839 km aralıda, Savalan dağının yaxınlığında yerləşən şəhər. Meşkinşəhr şəhristanının mərkəzidir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 63 655 nəfər və 14 949 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan türkcəsində danışırlar. Bu şəhər Savalan dağına ən yaxın şəhərdir. İqlimi mülayimdir. Keçmişdə adları "Xio", "Orami", "Vəravi" olmuşdur. Ən mühüm turizm obyektləri bunlardır: Seyid Süleyman Fəxrəbad İmamzadə Seyid Süleyman məqbərəsi Mavand, Qotursu, Şabil, İlandoğan və Qaynarca isti su bulaqları Qarasu çayının sahili Qədim Meşkinşəhr qalası, Ağaeh qalası, Döv qalası, Qəhqəhə qalası Sasani dövrünün 2000 illik epiqrafik abidələri Unar kəndində qədim qəbiristanlıq Şeyx Heydər türbəsi Arşaq qalası Qışlaqzaxir qalası Qənbər təpəsi Anar qədim məzarlığı Cənnət Sara məscidi Həsəndaş müqəddəs yeri Meşəlik parkı Şirvan dərəsi Qarasu Huşəng meydanı Savalan dağının ətəkləri Şəhərdə kilim, xalça, yun parçalardan müxtəlif toxuculuq məhsulları toxunur.
Mərsin
Mərsin (lat. Myrtus) — mərsinkimilər fəsiləsinə aid bitki cinsi.
Məscid
Məscid (ərəb. مسجد‎ — "səcdə yeri") — İslam dinində müsəlmanların Allaha kütləvi və tək ibadətləri üçün nəzərdə tutulmuş memarlıq tikilisi. Məscid namaz qılınan məkanı ifadə edir. Xüsusi ərazidə olan günbəzli və minarəli bina üslubunda tikilir. Bir çox hallarda daxili həyətə malik olur. Minarələrin sayı birdən doqquzacan ola bilər. Daxili ibadət zalının divarları təsvirsiz olmalıdır. Ancaq divarlarda Qurandan ərəb dilində sətirlər yazıla bilər. Məscid Məkkə istiqamətində tikilməlidir. İbadət zalında Məkkə istiqamətindəki divarda mehrab adlanan boşluq olur.
Məsiri
Məsiri- İranın Fars ostanının şəhərlərindən və Rüstəm şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,365 nəfər və 1,178 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti məməsəni elinin rüstəm oymağından ibarətdir, lur dilində danışırlar və şiə müsəlmandırlar.
Qəsrik
Qəsrik (Salmas)
Yəsrib
Mədinə — Səudiyyə Ərəbistanında şəhər. (Qədimdə Yəsrib adlanırdı (ərəbcə: يثرب Yəsrib). Erkən orta əsrlərdən isə Mədinə, Mədinətü 'n-Nəbi [ مدينة ال نبي Mədinət əl-Nəbi] (Nəbi/Peyğəmbər şəhəri) ya da Mədinətü 'l-Münəvvərə (المدينة المنورة) (işıqlandırılmış şəhər) olaraq adı dəyişdirilmişdir. Məhəmməd peyğəmbərin qəbri də bu şəhərdədir. Məkkədən 300 km şimalda yerləşir. Müsəlman aləmində Məkkə ilə birlikdə iki müqəddəs şəhərdən biri hesab olunur. Qeyri-müsəlmanların şəhərə daxil olması qadağandır.
Keriq
Keriq (Ərdəbil) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. Keriq-i Büzürg (Nir) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd.
Mehri
Meğri (erm. Մեղրի) — Ermənistanın cənubundakı Sünik mərzində, İranla sərhəddə yerləşən Meğri rayonunun mərkəzi olan şəhər. 2011-ci il siyahıyaalınmasına əsasən, şəhərin əhalisi 4 580 nəfər olmuşdur. 2020-ci ilin rəsmi hesablamalarına görə isə Meğrinin əhalisi təxminən 4 500 nəfərdir. Meğri paytaxt İrəvandan 376 km, mərzin mərkəzi Qafandan isə 73 km cənubda yerləşir. Toponim türk dilində "quruyan, az sulu çöl çayı olan dərə", "yüksəkliklərində aşırımı olmayan çıxılmaz dərə", "dalan kimi dərə" mənasında işlənən mukır, mukur sözünün fonetik variant olan mığrı sözü əsasında formalaşmışdır. Digər bir variant olaraq, Meğri erməni dilində "bal şəhəri" mənasını verir. Şəhərin adı mənbələrdə Mığrı formasında işlənir. 1930-cu ilin sentyabrında Meğri rayonu yaradılmış və Meğri qəsəbəsi yeni yaranan rayonun mərkəzinə çevrilmişdir. 1959-cu ildə Meğriyə şəhər tipli qəsəbə statusu verilib.
Meğri
Meğri (erm. Մեղրի) — Ermənistanın cənubundakı Sünik mərzində, İranla sərhəddə yerləşən Meğri rayonunun mərkəzi olan şəhər. 2011-ci il siyahıyaalınmasına əsasən, şəhərin əhalisi 4 580 nəfər olmuşdur. 2020-ci ilin rəsmi hesablamalarına görə isə Meğrinin əhalisi təxminən 4 500 nəfərdir. Meğri paytaxt İrəvandan 376 km, mərzin mərkəzi Qafandan isə 73 km cənubda yerləşir. Toponim türk dilində "quruyan, az sulu çöl çayı olan dərə", "yüksəkliklərində aşırımı olmayan çıxılmaz dərə", "dalan kimi dərə" mənasında işlənən mukır, mukur sözünün fonetik variant olan mığrı sözü əsasında formalaşmışdır. Digər bir variant olaraq, Meğri erməni dilində "bal şəhəri" mənasını verir. Şəhərin adı mənbələrdə Mığrı formasında işlənir. 1930-cu ilin sentyabrında Meğri rayonu yaradılmış və Meğri qəsəbəsi yeni yaranan rayonun mərkəzinə çevrilmişdir. 1959-cu ildə Meğriyə şəhər tipli qəsəbə statusu verilib.
Əsrik
Əsrik nahiyəsi