GÜNBATAN (günbatan tərəf) Biz ayrıldıq, həyətin ortasına gəldik, qapımız günbatana açılırdı (M.İbrahimov); QƏRB Vətən torpağının Şərqindən çıxıb; Bir gün günəş kimi Qərbinə çatdım (M.Dilbazi); MƏĞRİB (köhn.) Keçən vaxtlarda bir ucu məşriq, bir ucu məğrib əlində idi (S.Rəhimov).