Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Səndən nigaranam (mahnı)
Səndən nigaranam — azərbaycanlı müğənni Aygün Kazımovanın mahnısıdır. Mahnının sözləri Baba Vəziroğluya, musiqisi isə Kəmaləddin Heydərova məxsusdur. Mahnı ermənicə, tatca, rusca, ərəbcə və s. dillərdə ifa olunmuşdur. Mahnını Brilliant Dadaşova, Ayan Babakişiyeva, Nəsibə Abdullayeva, Elnur Məmmədov, Aygün Bəylər, Elçin Cəfərov, Gülay Qədirova, Qoçaq Əsgərov, Lalə Məmmədova, Samir Dərgah, özbək müğənni Lola Ahmedova, ərəb müğənni Şəhrazad, erməni müğənni Tiqran Asatryan, yunan qrupu "Avangard Band" ifa etmişdir. 2006-cı ildə Aygün Kazımova mahnıya yeni nəfəs verərək, mahnının remiks versiyasını Türkiyədə keçirilən "The Best Model Of The World" dünya gözəllik müsabiqəsində dinləyicilərə təqdim etmişdir.
Nigarançılıq (film, 1998)
Nigarançılıq — film-tamaşada harınlıq, yaltaqlıq, sədaqət, iman, fırıldaq hərəkətlər, hiylə, xəbislik, ikiüzlülük əks etdirilir. Qurbanəli bəy (Yaşar Nuri) çar Rusiyası çinovniklərinin quludur. Onlar öl desə, ölər, qal desə qalar. Qurbanəli bəy məclisdə sərxoş olandan sonra qonaqların hamısını öz evinə dəvət edir, lakin sərxoşun yaddaşı olmaz deyiblər. Bunu yaddan çıxaran bəy pis vəziyyətə düşür və biabır olur... Film-tamaşa Cəlil Məmmədquluzadənin üç hekayəsinin motivləri əsasında çəkilmişdir.
Səndən nigaranam (Aygün Kazımova mahnısı)
Səndən nigaranam — azərbaycanlı müğənni Aygün Kazımovanın mahnısıdır. Mahnının sözləri Baba Vəziroğluya, musiqisi isə Kəmaləddin Heydərova məxsusdur. Mahnı ermənicə, tatca, rusca, ərəbcə və s. dillərdə ifa olunmuşdur. Mahnını Brilliant Dadaşova, Ayan Babakişiyeva, Nəsibə Abdullayeva, Elnur Məmmədov, Aygün Bəylər, Elçin Cəfərov, Gülay Qədirova, Qoçaq Əsgərov, Lalə Məmmədova, Samir Dərgah, özbək müğənni Lola Ahmedova, ərəb müğənni Şəhrazad, erməni müğənni Tiqran Asatryan, yunan qrupu "Avangard Band" ifa etmişdir. 2006-cı ildə Aygün Kazımova mahnıya yeni nəfəs verərək, mahnının remiks versiyasını Türkiyədə keçirilən "The Best Model Of The World" dünya gözəllik müsabiqəsində dinləyicilərə təqdim etmişdir.
Nobaran
Nobaran — İranın Mərkəzi ostanının Savə şəhristanının Nobaran bəxşində şəhər və bu bəxşin mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,931 nəfər və 577 ailədən ibarət idi. Əhalisi azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Ziyaran
Ziyaran — İranın Qəzvin ostanının Abyek (Oba) şəhristanının Mərkəzi bəxşində şəhər. 2016-cı ilin məlumatına görə şəhərdə 3,749 nəfər yaşayır (1,251 ailə). Əhalisi tatlardan ibarətdir və tat dilində danışırlar.
Çinaran
Çinaran — İranın Rəzəvi Xorasan ostanının şəhərlərindən və Çinaran şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 41,735 nəfər və 10,179 ailədən ibarət idi.Əhalisi kurmanclar, fars dillilər, türklər və bərbərilərdən ibarətdir.
Nigar
Nigar — Azərbaycanda ad. Nigar Axundova — tarix üzrə fəlsəfə doktoru, dosent. Nigar Axundova — sənətşünaslıq üzrə fəlsəfə doktoru, sənətşünaslıq namizədi. Nigar xanım — Osmanlılar dövründə yaşayan türk şair. Nigar Əhmədova — Azərbaycanı təmsil edən sabiq qadın güləşçi. Nigar Xanlarova — Azərbaycan həkimi.
Dinaran (Sərdəşt)
Dinaran (fars. ديناران‎) - İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 166 nəfər yaşayır (31 ailə).
Nigabad (Miyanə)
Nigabad (fars. نقااباد‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 234 nəfər yaşayır (70 ailə).
Çinaran şəhristanı
Çinaran şəhristanı— İranın Rəzəvi Xorasan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Çinaran şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 108,533 nəfər və 26,937 ailədən ibarət idi. Əhalisi Xorasan türkləri, farslar və kurmanclardan ibarətdir.
Brassica nigra subsp. nigra
Qara xardal (lat. Brassica nigra) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin kələm cinsinə aid bitki növü. == Sinonimləri == Brassica brachycarpa P.Candargy Brassica bracteolata Fisch. & C.A.Mey. Brassica elongata var. longipedicellata Halácsy ex Formánek Brassica nigra var. abyssinica Alexander Br. Brassica nigra var. bracteolata (Fisch. & C.A.Mey.) Spach ex Coss.
Brassica nigra var. nigra
Qara xardal (lat. Brassica nigra) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin kələm cinsinə aid bitki növü. == Sinonimləri == Brassica brachycarpa P.Candargy Brassica bracteolata Fisch. & C.A.Mey. Brassica elongata var. longipedicellata Halácsy ex Formánek Brassica nigra var. abyssinica Alexander Br. Brassica nigra var. bracteolata (Fisch. & C.A.Mey.) Spach ex Coss.
Pinus nigra var. nigra
Təbii şəraitdə Alp, Karpat dağları və Balkan yarımadasında dəniz səviyyəsindən 1100–1400 m yüksəkliklərdə qarışıq və təmiz meşəliklər yaradır. Hündürlüyü 20–40 m-ə, gövdəsinin diametri 60 sm-ə çatan ağacdır. Çətiri piramidalıdır, yaşlandıqca çətiri tədricən oval şəkil alır. Gövdəsinin qabığı qalın, qara-boz, dərin yarıqlı, qeyri-bərabər çatlıdır. İki-üçillik zoğları tünd-qonur və ya tünd-bozdur, qınların xırda yarpaqları açıq-sarıdır. İynəyarpaqları uzun (8–14 sm), tünd-yaşıl, parlaq olmaqla budaqda cüt-cüt yerləşir, duz və ya bir az əyilmiş, bəzən burulmuşdur. Qısa saplaqlı qozalar budaqlarda üfüqi (8x3 sm) yerləşir, sarı-qonur, parlaqdır, uzunluğu 5–8 sm və qalınlığı 3–5 sm-dir, üçüncü il yetişir, ağacın üzərində 4–5 il qalır. Toxumları parlaq, tünd-bozumtul rənglidir, uzunluğu 4–6 mm olub, 1000 ədəd toxumun çəkisi 14 qr-dır. Toxum qabıqlarının apofizləri yuxarı kənarında yumrudur. Sıx iynəyarpaqlaırna və gövdənin tünd rənginə görə adi şama nisbətən daha qaranlıq, kölgəli əkinlər üçün yararlıdır.
Salix nigra var. nigra
Niaqara
Niaqara şəlaləsi — Amerika Birləşmiş Ştatları və Kanada arasında şəlalə. Niaqara çayı — Amerika Birləşmiş Ştatları və Kanada arasında çay. Niaqara (film, 1953) — 1953-cü ildə Henri Heteueyın rejissorluğu ilə Merilin Monronun çəkildiyi ABŞ filmi.
Nigerin daxili deltası
Nigerin daxili delta — Mali ərazisində, Niger çayının orta axarında yerləşən daxili delta. Bəzən Masina adı ilə tanınır. Delta 425 uzunluğa və 87 km enə malikdir. Nigerin əsas qollarınfdan biri olan Bani çayının yatağında vaxtı ilə axarsız bir göl olmüşdür. Hazırda bu ərazidə yalnız yağıçlar mövsümündə göl əməllə gəlir. Bu sulu ərazidə çoxlu sayda canlıları müşahidə etmək mümkündür. Dörd ay müddətində(iyuldan oktyabra qədər) ddeltanın sahəsi 3,9 mın. km²-dən 20 min. km² qədər artır. Deltanın yerləşdiyi ərazidə Fulbe və Doqon xalqları yaşayır.
Vielha e Mijaran
Vielha e Mijaran və ya Vielha (Aranes dilində: Vielha, Katalan və İspanca: Viella) - İspaniyanın Kataloniya regionunun Lleida əyalətinin dairə mərkəzidir. Dünyada Oksitan dilinin rəsmi dil kimi istifadə edildiyi yeganə ərazi olan Val-d'Aran regionunun paytaxtıdır. Ərazinin dəniz səviyyəsindən hündürlüyü isə 974 metrdir. Əhalisi 2005-ci ildəki əhalinin siyahıya alınmasının statistik məlumatlarına əsasən 5020 nəfər təşkil edir.
Eldar & Nigar
Ell & Nikki — 2011 Avroviziya Mahnı Müsabiqəsində Azərbaycanı təmsil edən duet. Müsabiqədə ifa etdikləri Running Scared mahnısı finalda 221 xalla birinci olmuşdur.
Eragrostis nigra
Eragrostis nigra (lat. Eragrostis nigra) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin eragrostis cinsinə aid bitki növü. == Sinonimləri == === Heterotipik sinonimləri === Eragrostis deqenensis B.S.Sun & S.Wang Eragrostis nigra var.
Fragaria nigra
Yaşıl çiyələk (lat. Fragaria viridis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin çiyələk cinsinə aid bitki növü. == Arealı == Avropadan Sibir və Türkiyəyə qədər yayılmışdır.
Melanitta nigra
Qara qılquyruq (lat. Melanitta nigra) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin qılquyruq cinsinə aid heyvan növü.
Melanosinapis nigra
Qara xardal (lat. Brassica nigra) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin kələm cinsinə aid bitki növü. Brassica brachycarpa P.Candargy Brassica bracteolata Fisch. & C.A.Mey. Brassica elongata var. longipedicellata Halácsy ex Formánek Brassica nigra var. abyssinica Alexander Br. Brassica nigra var. bracteolata (Fisch. & C.A.Mey.) Spach ex Coss.
Morus nigra
Qara tut (lat. Morus nigra) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin tutkimilər fəsiləsinin tut cinsinə aid bitki növü. Qara tuta Xartut da deyilir. Tutun Azərbaycanda və Orta Asiyada keyfiyyətli və iri meyvəsi olan növ müxtəliflikləri vardır. Xartutun meyvəsi tünd qara, qırmızı və ya tünd bənövşəyi rəngdə, turşa-şirin dadlı və ətirlidir. Xartutun tərkibində 9% şəkər, 2,86% üzvi turşu, 2,03% zülal, 0,36% zülalsız azotlu maddələr, 0,55% pektin maddəsi vardır. Xartutdan mürəbbə, şirə və jele hazırlanır Təbii halda İran, Qazaxıstan, Rostov-Don, Əfqanıstan və Orta Asiya ölkələrində çox geniş yayılmışdır. Hündürlüyü 10–15 m-ə çatan, çətiri nisbətən sallaq budaqlara malik ağacdır. Cavan budaqları qısa, yoğun, sərt, narın tükcüklərlə örtülmüşdür. Yarpağı yumurtaşəkilli, tam kənarlı və ya 2–3 dilimli, uzunluğu 7–9 sm, eni 3–4 sm-ə çatır.
Mutarda nigra
Qara xardal (lat. Brassica nigra) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin kələm cinsinə aid bitki növü. Brassica brachycarpa P.Candargy Brassica bracteolata Fisch. & C.A.Mey. Brassica elongata var. longipedicellata Halácsy ex Formánek Brassica nigra var. abyssinica Alexander Br. Brassica nigra var. bracteolata (Fisch. & C.A.Mey.) Spach ex Coss.
Nigar (Kirman)
Nigar — İranın Kirman ostanının Bərdsir şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 9,291 nəfər və 407 ailədən ibarət idi.
Nigar (Koroğlu)
Nigar — Azərbaycan xalq qəhrəmanı Koroğlunun həyat yoldaşı. "Koroğlu" dastanına görə sultan qızı olmuş, lakin xalq intiqamçıları tərəfinə keçmişdir. Dastanda mərd qadın kimi tərənnüm edilir. Tarixi şəxsiyyət olması müəyyən edilməmişdir.
Nigar Arpadarai
Nigar Cavid qızı Arpadarai (17 yanvar 1982, Bakı) — Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputatı, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü. O, 2015–2020 Formula 1 Azərbaycan Qran Prisinin Marketinq və kommunikasiyalar şöbəsinin rəhbəri və Milli mətbuat katibi kimi fəaliyyət göstərmişdir. Nigar Cavid qızı Arpadarai 17 yanvar 1982-ci ildə Bakı şəhərində rəssam ailəsində anadan olmuşdur. O, 1998-ci ildə Bakı şəhəri 44 saylı tam orta məktəbi bitirmişdir. 1998–2002-ci illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsində "Beynəlxalq hüquq" ixtisası üzrə bakalavr, 2002–2004-cü illərdə isə magistratura təhsili almış, magistraturanı fərqlənmə diplomu ilə bitirmişdir. Atası Cavid Arpadarai Süleyman oğlu rəssamdır, 1992–2001-ci illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinin direktoru vəzifəsində çalışmışdır. Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Anası Lətafət Məmmədova SSRİ Rəssamlar İttifaqının üzvü, Azərbaycan SSR əməkdar incəsənət xadimi Hafiz Məmmədovun qızıdır. 1980–2001-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində çalışmışdır. 1996–2001-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində Rəssamlıq kafedrasının rəhbəri vəzifəsində işləmişdir.
Nigar Axundova
Nigar Axundova (sənətşünas)
Nağara
Nağara - Azərbaycanın qədim milli zərb alətidir. Şərq xalqları və Qafqazda geniş yayılıb. Əvvəllər onun üzərinə qurd dərisi çəkilərmiş. Nizami Gəncəvi nağaranı belə təsvir etmişdir: Coşdu qurd gönündən olan nağara, Dünyanın beynini gətirdi zara. "Nağara" ərəbcə "vurmaq" deməkdir " Nağara 5 hissədən ibarətdir: Sağanaq: Nağaranın sağanağı torpaq (saxsı), ağac (qoz, tut, fıstıq), kardon və fonerkadan düzəlir. Dəri: Nağaranın dəridisi keçi, dana, dəvə dərisi və plastikdən düzəlir. İp (kəndir): Nağaranın 7 metr ipi olur. Sağanağın ölçüsü böyüdükdə ip metri də artır. Çəmbər (üzük): Çəmbərin ölçüsü nağaranın diametrinə görə dəyişir. Qırmaq (aşıq): Nağaranın 7 aşığı olur.
Niaqara yarımadası
Niaqara yarımadası (ing. Niagara Peninsula) — Kanadanın Ontario vilayətinin Cənubi Ontario ərazisinə daxildir. Cənubdan Eri gölü, şimaldan Ontario gölü, şərqdən Niaqara çayı ilə əhatələnir. Yarımadada 1 milyon insan yaşayır. Bölgə "Nuiaqara Frontiri" kimi tanınır. ilk əvvəllər yarımada yerli hinduların məskəni olmuşdur. Ərazi əsasən iki hindu qəbiləsi arasında bölünmüşdü: huron və irokez. Qunduz müharibəsi zamanı burada yaşayan irokezlərin böyük qismi məhv edilmişdir. ABŞ istiqlal müharibəsi sonrasında isə loyalistlərin çoxu bura köçürülür. 1812–1815-ci illər İngilis-Amerikan müharibəsi zamanı ABŞ qüvvələri bölgəni ələ keçirmək üçün hərəkətə keçsələrdə bölgə əhalisinin (loyalislər, hindular və fransızlar) güçlü müqaviməti sayəsində bölgə ingilislərin nəzarətində qalır.
Niaqara çayı
Niaqara çayı — Şimali Amerikada, ABŞ-la Kanada arasında çay. Eri və Ontario göllərini birləşdirməklə yanaşı ABŞ-Kanada sərhəddini təşkil edir. Eri gölündən başlanır. Uzunluğu 54 km, hövzəsinin sahəsi 665 min km²-dir. Orta axınında Niaqara şəlaləsini əmələ gətirir. Buffalo və Niaqara-Fols şəhərləri Niaqara çayı sahilindədir. ASE, VII cild, Bakı, 1983-cü il, səhifə 236.
Niaqara Şəlaləsi
Niaqara şəlaləsi (ingiliscə: Niagara Falls, fransızca: les Chutes du Niagara) – Amerika Birləşmiş Ştatları və Kanada arasında şəlalə. Niaqara şəlaləsi ingilis dilində Niagara falls adlanır. Niaqara çayı üzərində üç şəlalə yerləşir və Amerika ştatı olan Nyu – Yorku, Kanada əyaləti olan Ontariodan ayırır. Niaqara şəlaləsi "Nal" adlanır, ingilis dilində isə "Horseshoe Falls" kimi tərcüm edilir. Bəzi hallarda isə Kanada şəlaləsi (Canadian Falls), Amerikan şəlaləsi (American Falls) və "Duvaq" şəlaləsi (Bridal Veil Falls) kimi də qeyd edirlər. Lakin suyun töküldüyü hissə hündürdür, ancaq böyük deyil. Şəlalələr isə çox genişdir və Niaqara şəlaləsinin suyu buradan asanlıqla keçir. Həmçinin şəlalə Şimali Amerikada ən güclü hesab olunur. Şəlalənin hündürlüyü 53 metr təşkil edir. Amerikan şəlaləsinin su tökülən hissəsini daş qalaqları əhatə etdiyinə görə hündürdür, lakin onun yüksəkliyi 21 metrdir.
Çığıran sərçələr
Çığıran sərçələr (lat. Tyranni) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinə aid heyvan yarımdəstəsi.
III Tiqran
III Tiqran (erm. Տիգրան Գ; e. ə. I əsr, Qəmərli – e. ə. I əsr, Qəmərli) — E.ə. 20–8-ci illər arasında Böyük Ermənistanın kralı olub II Artavazdın oğludur. Miladdan əvvəl 34-cü ildə Roma triumviri Mark Antoni cani hesab etdiyi II Artavazdı oğulları və arvadları ilə birlikdə əsir tutub Misirə göndərmiş və eramızdan əvvəl 31-ci ildə onun başını kəsərək öldürtdürmüşdür. Elə həmin ildədə Mark Antoni və VII Kleopatranın özlərinin də öldürülməsindən sonra Tiqran, qardaşı Artaşes və ailənin digər üzvləri ilk Roma imperatoru Oktavian Augustus tərəfindən idarə olundular. Tiqran, eramızdan əvvəl 20-ci ilə qədər təhsil aldığı Romada yaşamışdır.
II Tiqran
II Tiqran, və ya Böyük Tiqran (e.ə. 140 – e.ə. 55, Ermənistan krallığı) — e.ə. 95-ci ildən e.ə. 55-ci ilə qədərki Ermənistan kralı.
IV Tiqran
IV Tiqran (e.ə. 35 – 1) (arm: Տիգրան Դ) - III Tiqranın oğlu Artaşşidlər sülaləsinin nümayəndəsi və Ermənistan kralı. III Tiqranın ölümündən sonra oğlu IV Tiqran Roma qanunlarına əhəmiyyət verməyərək taxta çıxmışdır. Yunan dünyasının qanunlarına görə öz bacısı Erato ilə evlənmişdir. Lakin, e.ə. 5-ci ildə Romalılar onu taxtdan məhrum etmiş və onun yerinə uzun müddət əsir saxlanılmış başqa bir qardaşı olan III Artavazdeni kral təyin etmişlər. Ancaq onu yalnız üç il taxtda saxlaya bildilər. Çevrilişin köməyi ilə Tiqran və Erato yenidən taxta qayıtdılar. Lakin Tiqran tezliklə şimaldan gələn və Ermənistana hücum edən Alanlara qarşı döyüşdə öldürüldü və Erato qısa müddət sonra taxtdan imtina etdi.
Nağara (dəqiqləşdirmə)
Qoltuq nağara
Neqara məscidi
Neqara məscidi — Kuala-Lumpurda yerləşən Malayziyanın milli məscidi. Məscidin tutumu 15000 nəfərdir və 53,000 m² sahəni əhatə edən bağların arasında yerləşir. Orijinal struktur İctimai İşlər Nazirliyindən üç nəfərdən ibarət komanda tərəfindən hazırlanıb: Böyük Britaniyalı Hovard Eşli, Malayziyalı Hişam Albakri və Baharuddin Kassim. Məscid 1965-ci ildə keçmiş kilsənin yerində inşa edilib. Məscid hal-hazırda islam ölkəsi olan Malayziyanın mühüm rəmzi sayılır. Məscidin layihələndirilməsi prosesi Hindistan, Pakistan, İran, Türkiyə, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və İspaniyada yerləşən məscidlərdən ilhamlanaraq təxminən üç il vaxt aparıb. Məscidin əsas xüsusiyyətləri qatlanmış çətirə oxaşayan 73 metr hündürlüyündə minarənin və açılmış çətirə oxşayan 16 itiuclu ulduz formalı beton günbəzlərin olmasıdır. Əsas ibadət zalında günbəzin unikal dizaynı nəhəng açılmış çətir altında dayanan təəssüratını yaradır. Dam örtüyünün tam ortasında İstanbuldakı Sultan Əhməd camisindən ilhamlanaraq alüminium üzərinə Quran ayələri həkk olunur. Malayziya 31 Avqust 1957 Britaniya hökumətindən öz dövlət müstəqilliyini əldə etdi.
Niqlan (Miyanə)
Niqlan (fars. نقلان‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 101 nəfər yaşayır (30 ailə).
Qoltuq nağara
Nağaranın bu növü, adətən, zurna, balaban və başqa alətlər qrupunda istifadə edilir (şəkil). Əvvəllər onun üzünə qurd dərisi çəkilərmiş. Nizami Gəncəvi nağaranı belə təsvir etmişdir: Hazırda ansambl və orkestrlərin tərkibində aparıcı alət kimi çalınan qoltuq nağaranın rolu böyükdür. Nağara ərəb sözü olub, "döyəcləmək", "taqqıldatmaq" mənasını verir. Alət hər iki əllə və barmaqlarla ifa edilir. Bəzi folklor nümunələrində iki yüngül çubuqla da çalınır. Çalğı zamanı qoşa şapalaq, tremolo, trel və çırtma ifa üsullarından istifadə edilir. Çox güclü səs dinamikasına malik olan nağarada müxtəlif tembr çalarlarını almaq mümkündür. Açıq havada sərbəst çalınır. Folklor ənənələrində, xalq oyunu tamaşalarında, eləcə də "Cəngi", "Yallı" və bu növ rəqslərdə qoltuq nağaradan istifadə edilir.
Qoşa nağara
Qoşanağara, və ya Qoşa dumbul - ən qədim Azərbaycan zərbli musiqi aləti. xalq musiqisində ən çox istifadə edilən zərb çalğı alətlərindən biridir. Adından məlum olduğu kimi, qoşa nağara bir-birinə bərkidilmiş iki kiçik qədəhvarı nağaradan ibarətdir. Bəzən "qoşa dumbul" da deyilir. Digər ölkələrdə qoşa nağaraya sadəcə "nağara" deyilir. Yunan dilində nağaraya "tarin",ingilis dilində isə "narima" deyilir. Güney Azərbaycanın Çığamış şəhərində tapılmış saxsı qaba istinadən qoşa nağaradan Azərbaycanda ən azı 8 min il bundan əvvəl istifadə edilib. Kos haqqında olan rəvayətlərdə deyilir ki, kos o qədər böyük həcmli musiqi aləti idi ki, onu iki cüt öküzün çəkib apardığı xüsusi arabada yerləşdirir və iki nəfər təbilçinin iri çomaqlarla vuraraq səsləndirilməsi mümkün olurdu. Kosun səsi o qədər güclü idi ki, vuruş meydanında çalındığı zaman düşmən lərzəyə gəlirdi. Hazırda Azərbaycanın bəzi rayonlarında ağac ilə çalınan iri nağaralar da bəzən koos adlandırılır.
Tiqran Avinyan
Tiqran Avinyan (erm. Տիգրան Ավինյան; 28 fevral 1989, İrəvan) — Ermənistan siyasətçisi. O, Ermənistan Baş nazirinin müavini vəzifəsini tutur və "Yelk" blokunun siyahısından İrəvan Şəhər Şurasının keçmiş deputatı olmuşdur. Avinyan "Vətəndaş Müqaviləsi" Partiyasının yaradıcılarından biridir. 2018-ci ilin mayında o, Nikol Paşinyanın yeni administrasiyası zamanı baş nazirin müavini təyin edilmişdir.
Tiqran Bekzadyan
Tiqran Bekzadyan (erm. Տիգրան Բեկզադյան) — Ermənistan siyasətçisi. O, Birinci Ermənistan Respublikasının Bakı və Tiflisdəki nümayəndəsi vəzifəsində çalışmışdır.
Tiqran Nağdalyan
Tiqran Ovanesi Nağdalyan (erm. Տիգրան Հովհաննեսի Նաղդալյան; 8 iyun 1966, İrəvan, SSRİ – 28 dekabr 2002, İrəvan) — Ermənistan jurnalisti. İrəvanda qətlə yetirilmişdir. Tiqran Ovanesi Nağdalyan 8 iyun 1966-cı ildə Ermənistan SSR-nin İrəvan şəhərində anadan olmuşdur. 1995–1997-ci illərdə "Azadlıq Radiosu"nda işləmişdir. O, Ermənistan İctimai Televiziyasının rəhbəri idi və burada həftəlik xəbərlər proqramını da aparırdı. Nağdalyan 1998–2008-ci illərdə Ermənistan Prezidenti olan Robert Köçəryanın dostu və tərəfdarı olmuşdu. O, həmçinin 1999-cu ildə Ermənistan parlamentinə hücumun lideri Nairi Hunanyanın məhkəməsində mühüm şahid kimi qəbul edilmişdir. 28 dekabr 2002-ci idə İrəvanda valideynlərinin evinin girişində bir qrup müxalifət tərəfdarı tərəfindən başından güllə yarası almışdır. O, 36 yaşında xəstəxanada vəfat etmişdir.
Tiqran Sarkisyan
Tiqran Sureni Sarkisyan (erm. Տիգրան Սուրենի Սարգսյան, 29 yanvar 1960, Kirovakan) — 2008–2014-cü illərdə Ermənistanın baş naziri olmuş erməni siyasi xadimi. O, bundan əvvəl 1998–2008-ci illərdə Ermənistan Mərkəzi Bankının sədri vəzifəsində çalışıb. Baş nazir postunu tərk etdikdən sonra 2014–2016-cı illərdə ABŞ səfiri, 2016–2020-ci illərdə isə Avrasiya İqtisadi Komissiyasının Direktorlar Şurasının sədri vəzifələrində çalışıb. Tiqran Sarkisyan 1960-cı il yanvarın 29-da Ermənistan SSR-in Böyük Qarakilsə şəhərində anadan olub. Uşaqlıq illərində ailəsi İrəvana köçüb. İbtidai təhsilini 1967–1977-ci illərdə İrəvan Puşkin adına 8 №-li məktəbdə almışdır. 1978-ci ildə 14 saylı Yerevan Texniki Kollecindən məzun olmuşdur. Həmin il Sarkisyan İrəvan Xalq Təsərrüfatı İnstitutunun İqtisadiyyat və Planlaşdırma fakültəsinə daxil olub. 1980-ci ildə N. A. Voznesenski adına Leninqrad Maliyyə-İqtisad İnstitutuna daxil olmuş, 1983-cü ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir.