Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Arida
Arida (lat. Arida) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Arida arizonica (R.C.Jacks. & R.R.Johnson) D.R.Morgan & R.L.Hartm. Arida blepharophylla (A.Gray) D. R. Morgan & R. L. Hartm. Arida carnosa (A. Gray) D. R. Morgan & R. L. Hartm. Arida coulteri (A. Gray) D. R. Morgan & R. L. Hartm. Arida crispa (Brandegee) D. R. Morgan & R. L. Hartm. Arida mattturneri B.L.Turner & G.L.Nesom Arida parviflora (A. Gray) D. R. Morgan & R. L. Hartm. Arida riparia (Kunth) D. R. Morgan & R. L. Hartm.
Ariya
Ariya (it. aria – hava, təranə) — operanın və ya iri həcmli vokal-instrumental əsərin tərkibində vokalist tərəfindən orkestrın müşayiəti ilə ifa olunan, quruluşuna görə bitkin, geniş oxuma tərzli vokal əsər növü. Adətən ariyadan əvvəl orkestr girişi və reçitativ səslənir.
Birja
Birja (lat. bursa, pul kisəsi; ing. exchange) — səhmlər, əmtəələr, törəmə maliyyə alətləri və xidmətlər ilə mütəşəkkil ticarət yeri. Burada bazar iştirakçıları müvafiq aktivlərin, həmçinin standartlaşdırılmış müqavilə və xidmətlərin alışını və satışını ya öz adlarından, ya da müştərilərin maraqlarından çıxış etməklə həyata keçirirlər. Təşkilati cəhətdən xüsusi qayadada formalaşmış, müəyyən əmtəələrlə sövdələşmələr aparan bazar başa düşülür. Birja — əmtəələrin, xammalın, qiymətli kağızların satışı ilə məşğul olan vaxtaşırı fəaliyyət göstərən topdan bazardır. Onlar bazar iqtisadiyyatının iqtisadi aləti rolunu yerinə yetirir və əmtəələrin, xammalın, qiymətli kağızların alışı və satışında azad bazar münasibətlərini formalaşdırırlar. Birja — qanunvericiliklə müəyyən edilmiş qaydada marağı olan hüquqi və fiziki şəxslər tərəfindən könüllü pay əsasında yaradılmış təşkilatdır. Birjaların yaradılmasında dövlət orqanları, banklar, sığorta və investisiya şirkətləri və fondları, ictimai, dini və xeyriyyəçi təşkilatlar və qurumlar iştirak edə bilməzlər. Birjalar təsisçilərin iclasında qəbul edilmiş qərar əsasında yaradılır.
Drina
Drina (serb. Дрина, bosn. Drina) — Bosniya və Herseqovina ilə Serbiya arasında dövlət sərhəddini təşkil edən çay. İki çayın birləşməsindən əmələ gələn çay mənsəbə qədər 346 km məsafədə uzanır. Yaşımtıl suya malik olması səbəbində bəzən serblər tərəfondən «zelyonka» adlandırılır. Yuxarı axarlarda çay ensiz dağ dərələri ilə axdığından əsrarəngiz mənzərələr yaradır. Bu səbəbdən bütün Balkan ərazisində ən gözəl mənzərəli çay hesab edilir. İki çay Drina çayının başlanğıcını təşkil edir. Tara və Piva Monteneqronun şimal-qərbindən axaraq, Bosniya və Herseqovinanın Xum şəhərciyi yaxınlığında birləşirlər. Drina buradan başlayır.
Erica
Erika (lat. Erica) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin erikakimilər fəsiləsinə aid bitki cinsi.
Erida
Erida (simvolı: ; q.yun. Ἔρις, lat. Eris, əvvəllər 2003 UB|313) şərti adı istifadə edilirdi — cırtdan planet, 5 yanvar 2005-ci ildə astronomlardan ibarət qrup tərəfindən kəşf edildi. Qrupa Maykl Braun (Kaliforniya texnologiya institutu), Devid Rabinovic, Cedvik Truxilo (Cemini rəsədxanası) daxil idi. Qrup Palomar rəsədxanasındakı 122 sm-lik teleskopdan istifadə etmişdir. 29 iyul 2005-ci ildə kəşf haqqında artıq ictimaiyyətə məlumat verildi. Perihelisi 5.7 milyard km, afelisi 14,6 milyard km-dir. Orta radiusu 1163 km-dir. Səthində temperatur −231S dir. Günəş ətrafında 1 dövrü 557 ildir.
Erika
Erika (lat. Erica) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin erikakimilər fəsiləsinə aid bitki cinsi.
Eriya
Eriya (lat. Eria) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinə aid bitki cinsi.
Qariqa
Qariqa — Aralıq dənizi ətrafındakı dağların quraqlıq-daşlıq yamaclarının aşağı qurşağında alçaqboylu, seyrək həmişəyaşıl kserofit kolluqdur..
Qrilaj
Qrilaj- (fr. grillage «жарение»)-Fransız deserti olub, qızardılmış çərəzlərdən və şəkər tozundan ibarətdir. Şərqin məşhur halvası ilə baqlıdır. SSRİ dövründə və Rusiyada bu şirniyyat növü geniş yayılmışdır. Şirniyatçılar qrilajı iki hissəyə bölürlər. Yumşaq qrilaj-özündə bişirilmiş meyvələri və doğranmış çərəzləri birləşdirən. Bərk qrilaj isə özündə doğranmış çərəzlərdir ki, şəkər tozu ilə qarışdırılır. Burada birləşdirici kimi meyvəli siroplar əlavə edilir.
Qrimas
Qrimas (fr. grimace) — müxtəlif mimik hərəkətlər, üz-gözün müxtəlif şəkillərə salınması. Viktor Hüqo - Paris Notr-Dam Kilsəsi, s 23.
Qrimm
Qrims
Qrayms (Əsl adı: Kleyr Elis Buşe; 17 mart 1988, Vankuver, Britaniya Kolumbiyası) — kanadalı müğənni, bəstəkar və musiqi prodüseri. Kleyr 17 mart 1988-ci ildə Britaniya Kolumbiyasının Vankuver şəhərində anadan olub və burada böyüyüb. O əslən ukraynalı və italyandır. Roma-Katolik məktəbində təhsil aldı. 2006-cı ildə MakQil Universitetində təhsil almaq üçün Monreala köçüb, lakin 2011-ci ilin əvvəlində təhsilini bitirməmiş universitetdən ayrılmışdır.
Qrind
Qrind (lat. Globicephala) — Delfinlər sinfinə daxil olan heyvan cinsi. Cinsə iki növ daxildir: Adi qrind (Globicephala melas) və Qısaüzgəc qrind (Globicephala macrorhynchus). «Qrind» sözü Farer dilindən götürülmüşdür. Qrindlərin uzunluqları 3,6 - 8,5 metr arasında dəyişir. Çəkiləri 800 kq olsa da bəzən 3 tonu keçə bilir. Ağ ləkələr istisna demək olar ki, qara rəngdə olur. Hər iki növ bir birindən əsasən üzgəclərinə görə fərqlənirlər. Qısaüzgəc qrindlərdə hər çənədə 14-18 diş, Adi qrindlərdə isə hər çənədə 16-26 arası diş olur. Osa və Qısaüzgəc qrindlər nadir məməlilərdəndir ki (insanda daxil), dişiləri Menopauza dövrü keçirir və bu uzun on illiklər boyu təkrarlanır.
Qrivna
Ukrayna qrivnası — Ukraynanın pul vahidi. Bir qrivna — Ukrayna qrivnasında xırda pul.
Qriyi
Qriyi (fr. Grilly) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Jeks kantonuna daxildir. Kommunanın dairəsi — Jeks. INSEE kodu — 01180. 2010-ci ildə əhalinin sayı 762 nəfər təşkil edirdi. 2010-cu ildə əmək qabiliyyətli 499 nəfər arasında (15-64 yaş) 378 nəfər iqtisadi cəhətdən fəal, 121 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi - 75.8%, 1999-cu ildə - 72.2%). 378 fəal sakindən 355 nəfər (186 kişi və 169 qadın) işləyir, 23 nəfər işsizdir (7 kişi və 16 qadın). Aktiv olmayan 121 nəfər arasında şagird və ya tələbə, 32 nəfər təqaüdçü, 51 nəfər digər səbəblərə görə hərəkətsizdir.
Donuz qripi
Donuz qripi (SIV) – Ümumdünya Səhiyyə Təşkilatının yaydığı məlumata görə, virus "donuz qripi" adlansa da, əslində, müxtəlif H1N1 viruslarının qarışığından yaranıb – donuz qripi, quş qripi və insan qripi. Bu üzdən viruslara həm donuzların, həm quşların, həm də insanların yoluxması mümkündür. Adi öskürək və asqırıqla ətrafa yayılan damcılar və xəstə insanla yaxın kontaktla xəstəlik asanlıqla yayıla bilir. "Donuz qripi"nə ilk dəfə 2008-ci ilin aprelində Meksikanın La-Qloriya kəndində yaşayan beş yaşlı oğlan Edqar Ernandes donuz ferması yaxınlığında yoluxub. Həmin vaxtdan dünyanın 135 ölkəsində 134 mindən çox adam bu qripə tutulub ki, onların da 700 nəfərdən çoxu dünyasını dəyişib. Xəstələrin sayı ABŞ, Meksika, Kanada Böyük Britaniya, Çili və Avstraliyada daha çoxdur. "Donuz qripi"nin texniki adı belə qəbul olunub: A/H1/N1. "A" tipli qrip virusun nəfəs yolu ilə yoluxması nəticəsində ortaya çıxır və bu xəstəlik sürətlə yayıla bilir. "Donuz qripi" donuzlarda bütün il boyu özünü büruzə verə bilər. Xəstəliyə yoluxanlar özlərini əzgin, yorğun hiss edirlər, boğazları qaşınır, əzələləri ağrıyır, quru öskürək müşahidə olunur.
Drina banovinası
Drina banovinası (serb-xorv. Дринска бановина/Drinska banovina) — 1929-1941-ci illər arasında Yuqoslaviya krallığında mövcud olmuş vilayət (banovina). Drina banovinası krallığın mərkəzi hissəsi, müasir Bosniya və Herseqovina və Serbiya ərazisində yerləşirdi. Banovinanın bu adı burada axan Drina çayı görə verildi. Şimalda Sava və Dunay banovinaları, şərqdə Dunay və Morava, cənubda Zeta və qərbdə Sahil və Vrbas banovinaları ilə həmsərhəd idi. Banovinanın inzibati mərkəzi Sarayevo idi. 1939-cu ildə banovina ərazisinin bir hissəsi Xorvatiya banovinasının tərkibinə daxil oldu. 1941-ci ildə banovina ərazisi Müstəqil Xorvatiya Dövləti və Üçüncü Reyx işğalı altında olan Serbiya arasında bölündü.
Drina körpüsü
Sokollu Mehmed Paşa və ya Drina körpüsü — 1577-ci ildə Memar Sinan tərəfindən Sokollu Mehmed Paşanın şərəfinə Drina çayı üzərində tiklimiş körpü. About the Mehmed Pasa Sokolović bridge on the official presentation of Tourist organization of Višegrad Arxivləşdirilib 2009-01-24 at the Wayback Machine UNESCO listing of Mehmed Paša Sokolović Bridge in Višegrad Vikianbarda Drina körpüsü ilə əlaqəli mediafayllar var.
Erika Lorents
Erika Lorents (d. 18 fevral 1981) — Birləşmiş Ştatları təmsil edən su poloçusu. Erika Lorents, ABŞ yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə Avstraliya yığmasına 4:5 hesabı ilə məğlub olan ABŞ yığması, Sidney Olimpiadasının gümüş medalına sahib oldu. Daha sonra Erika Lorents, ABŞ yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Avstraliya yığmasını 6:5 hesabı ilə məğlub edən ABŞ yığması, Afina Olimpiadasının bürünc medalına sahib oldu.
Erina Yamane
Erina Yamane (d. 20 dekabr 1990) — Yaponiya qadın futbolçusu. Yaponiya milli komandasının heyətində 23 oyun keçirib.
Priva
Priva (lat. Priva) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin minaçiçəyikimilər fəsiləsinə aid bitki cinsi.
İrida
İrida, İris (yun. Ίρις "göyqurşağı") yunan mifologiyasında yerlə göyün əlaqəsini tərənnüm edən, qanadlı göyqurşağı ilahəsi, okeanidalar nəslinə aid olub, Elektra və Tavmantın qazı. Harpiyaların bacısı, Zefirin arvadı. İrida da Hermes kimi tanrı Zevsin sərəncam və göstərişlərini çatdırmaq, yerinə yetirməklə məşqul olarmış. Yelenanın Paris tərəfindən qaçırılması xəbərini Kritdə olan Menalaya məhz İrida çatdırmışdır.
İrina
İrina — ad.
Oriba
Anemonoides (lat. Anemonoides) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. Aiolon Lunell Nemorosa Ruppius ex Nieuwl. Anemonanthea Gray Arsenjevia Starod. Oriba Adans. Tamuria Starod.
Ganja
Cut (lat. Corchorus) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinə aid bitki cinsi.
Spilanthes grisea var. grisea
Acmella grisea (lat. Acmella grisea) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin acmella cinsinə aid bitki növü. Spilanthes arnicoides var. grisea (Chodat) Chodat Spilanthes arnicoides f. grisea Chodat Spilanthes grisea (Chodat) A.H.Moore Spilanthes grisea var.
Frida Kahlo
Frida Kalo de Rivyera (isp. Frida Kahlo de Rivera; 6 iyul 1907[…] – 13 iyul 1954[…]) və ya Maqdalena Karmen Frida Kalo Kalderon (isp. Magdalena Carmen Frieda Kahlo Calderón) — yaratdığı avtoportretlərlə tanınan meksikalı rəssam, kubist rəssam Dieqo Riveranın həyat yoldaşı. Frida Kalo 6 yaşında poliomielit xəstəliyinə tutulur və bundan sonra ömrünün sonunadək axsayır. 18 yaşında avtomobil qəzası yaşayır. 17 sentyabr 1925-ci ildə baş verən qəzada onun evə getdiyi avtomobil tramvay ilə toqquşur. Zərbədən tramvayın kollektorunun sınıq dəmir çubuğu Fridanın mədəsindən keçib çanaq sümüyünü parçalayaraq, sol qasığından çıxır. Onurğa sümüyü üç yerdən zədələnir və iki budu sınır. Bundan sonra Frida çoxsaylı əməliyyatlar keçirməli olur. 1929-cu ildə o, Dieqo Rivera ilə evlənir və onun kimi kommunist partiyasını dəstəkləyir.
Friza boğazı
Friza boğazı (rus. Фриза (Пролив)) — Sakit okeanına daxil olan Urup adasını İturup adalarından ayırır. Oxot dənizini Sakit okeanı ilə birləşdirir. Uzunluğu 30 km, ən dar eni isə 40 km təşkil edir. Dərinliyi 1300 m-ə çatır. Sahilləri sıldırımlı və qayalıdır. Boğazın duzluluğu 33 - 34,4 ‰ təşkil edir. Boğazın sahillərində dərinlik 1 m təşkil edir. Boğazın ümumi sahəsi 17,85 km²-dir. Orta dərinlik 500 m-dir.