Azərbaycan dilinin etimologiya lüğəti

  • QAROV

    Əsli qaraq yox kimi olub, qaraq “göz”dür, söz “kor” anlamında işlədilir. (Rus­lar куриная слепота deyirlər, zəif görən adamla bağlı işlədilir)

    Tam oxu »
  • QAROVUL

    Bir zamanlar “baxmaq” mənasını verən qaramaq feilimiz olub. Göz ye­ri­nə qaraq işlətmişik. Gözümün qarası birləşməsindəki qara sözü də həmin qaraq kəl

    Tam oxu »
  • QARPIZ

    “Avesta”da, qədim fars dilində bucina (xiyar) və xərbucina (eşşək xiyarı) sözləri olub. Sonradan xərbucina sözü qarpız şəklinə düşüb

    Tam oxu »
  • QARRİQA

    fr. garrigue – boş yer

    Tam oxu »
  • QARŞI

    Qaraq (göz) sözü ilə qohumdur, “ön (göz) tərəf” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
  • QARTAL

    Mənbələrdə qartal ət (tikə-tikə doğranmış ət), qartal qoyun (zolaqlı qoyun) kimi ifadələr var. Görünür, qartal sözü “parçalayan” demək olub

    Tam oxu »
  • QARTMAQ

    Yaranın üzündə əmələ gələn bərk qabıq belə adlanır (qərtmək də de­yirlər). Mənbələrdə qart sözü “язва” kimi şərh olunub

    Tam oxu »
  • QARUN

    Musa peyğəmbərin əmisi oğlunun adı Qarun, qardaşının adı isə Harun olub. Qarun çox varlı, lakin xəsis olub

    Tam oxu »
  • QASIQ

    Qasmaq (qatlamaq) feilindən düzəlib, “qırış” anlamında işlədilir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
  • QASIQBAĞI

    “Bandaj” deməkdir. Qasıq və bağlamaq sözlərindən əmələ gəlib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
  • QASIRĞA

    Bu söz qaynaqlarda qısırğa kimi verilib. Güman ki, qısmaq (qırışmaq, bu­rulmaq) feili ilə bağlıdır. Havada qasırğa olanda hərə bir tərəfə qaçır və sığ

    Tam oxu »
  • QASNAQ

    Dilimizdəki qas (paltarın ətəyini qas deyirik) və qat sözləri sinonimdir (qatla deyirik). Qasnaq sözü də “əymək, ətrafına dolamaq” anlamı ilə bağlıdır

    Tam oxu »
  • QAŞ

    Mənbələrdə “hündür, yuxarı” mənalarında qeydə alınıb. Qaş qaralanda, üzük qaşı, dağın qaşı birləşmələri də buna sübutdur

    Tam oxu »
  • QAŞ DÜZƏLTMƏK

    Qaş düzəltdiyi yerdə göz çıxardı deyimi var. Ruslar buna “медвежья услуга” deyirlər. Bizim kənddə isə Sadıqlı həngi sözündən istifadə olunur

    Tam oxu »
  • QAŞIQ

    Qazımaq (qaşımaq) feili ilə bağlıdır: qaşığın içini çökəltmək üçün əydi adlı alətlə qazıyıblar. Başqa dillərdə də belədir

    Tam oxu »
  • QAŞQA

    Həm də təpəl, ağıtma kəlmələri ilə ifadə edilib, “ağ ləkə” kimi açıqlanıb. Anadolu türklərində qaşqa yerinə akıtma işlədilir

    Tam oxu »
  • QAŞQABAQ

    Qaş-qabaq sallamaq deyirik. Burada qabaq sözü “göz qapağı” (веко) anlamını əks etdirir və müasir türkmən dilində həmin mənada qa: bak formasında işləd

    Tam oxu »
  • QAŞQALDAQ

    Nə qədər qəribə görünsə də, bu kəlmə heyvanın alın hissəsindəki ağ ləkəni bildirən qaşqa sözü ilə kökdaşdır

    Tam oxu »
  • QAŞQAY

    Mənbələrdə söz “ağ, parlaq, günəş kimi olan” mənalarında açıqlanıb. “Ağ” mənasını verən qaşqa (təpəl) kəlməsi ilə qohumdur

    Tam oxu »
  • QAŞOV

    Qaşımaq feilindən əmələ gəlib. Qaşağu kimi olub, sonra dəyişərək qaşov şəklinə düşüb. “Qaşıma aləti” deməkdir

    Tam oxu »
  • QAT

    Ərəbcə (qate) “kəsən” deməkdir (qat kəsib deyirik), bizdə qas sözü işlədilib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
  • QATI

    Qatmaq (bərkimək) feilindən əmələ gəlib, “qatılaşmış (bərkimiş)” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
  • QATIQ

    Bu əşya südlə çalasının (mayanın) qarışmasından hasil olur. Qatmaq, qatışmaq (qarışmaq) sözləri ilə bağlıdır

    Tam oxu »
  • QATIR

    “Qatışığı (qarışığı) olan heyvan” deməkdir. Anası atdır, atası eşşək. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
  • QATIRDIRNAĞI

    Ruslar buna дрок deyirlər. Bizim lüğətlərdə дрок “naz” kimi tərcümə olunub. Formaca qatırın dırnağına oxşayan sarı çiçəkli yabanı bitkidir

    Tam oxu »
  • QATIRQUYRUĞU

    Formaca qatırın quyruğuna oxşayan və bataqlıqda yetişən bitki növüdür. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
  • QATIŞIQ

    Qarışmaq feili ilə kökdaşdır. Sözün ilkin kökü qadır. Tuva dilində qatışıq sözü ruslardakı вместе sözünün qarşılığı kimi şərh olunub, yəni “qatışıb (q

    Tam oxu »
  • QATİL

    Ərəb mənşəlidir, qətl sözü ilə qohumdur. Bizdə onun yerinə ölütçü sözündən istifadə olunub. (Bəşir Əhmədov

    Tam oxu »
  • QAYA

    Qayamaq “sürüşmək” deməkdir. Bu söz bəzi mənbələrdə qıya kimi verilib. Qayaların çoxu sıldırımlı, sürüşkən olur

    Tam oxu »
  • QAYBALI

    “Qeyb olmuş Əli” deməkdir. (“Əli yolunun davamçısı” kimi anlaşıla bilər). (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
  • QAYBULLA

    Ərəbcə “Allah görünmür, Gizli (qeyb) olanı Allah bilir” deməkdir. Bəlkə də, Allahın qeybə çəkdiyi deməkdir

    Tam oxu »
  • QAYÇI

    Mənbələrdə bunun bir adı da qoş bıçaq (iki tiyəsi olduğu üçün) kimi verilib. Qayçı sözü həmin qoş bıçaq sözünün dəyişmiş formasıdır

    Tam oxu »
  • QAYĞANAQ

    Qaynağaq variantı da olub. “Bişirmək, qaynatmaq” anlamları ilə bağ­lıdır. Dilimizdə “od” anlamını verən göy ad-feil omonimi olub

    Tam oxu »
  • QAYĞI

    Kökü “göy” (od, yanmaq) deməkdir. Qayğı kiminsə halına yanmaqla bağlıdır. Rus dilində də печаль, горе sözləri “yanmaq” mənasını əks etdirir (müqayisə

    Tam oxu »
  • QAYIQ

    “Sürüşmək” mənasında kay feili olub. Buz üstündə xizək sürməyə kayımaq deyiblər. Poplavok sözü bəzi türk dillərində indi də kayğalaq kimi tərcümə olun

    Tam oxu »
  • QAYIM

    Qərb dialektlərində “möhkəm” anlamında işlədilir. Ərəbcədir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
  • QAYINANA

    Uyğur dilində bu kəlmə qadın ana (теща) kimi işlədilir. Onlar “ərə ver” cümləsinin müqabilində “kadıt edip ber” deyirlər

    Tam oxu »
  • QAYIR

    Qum sözünün sinonimi olub. Kəsəri itiləmək üçün əzmə adlanan daş var, ona qayraq deyirlər. Qum kimi ovxalanır

    Tam oxu »
  • QAYIŞ

    Qıymaq (əy) feili ilə bağlıdır. Qayışı göndən dairəvi şəkildə kəsirlər. Mən­bə­lər­də söz rus dilinə “срезать наискос” kimi tərcümə olunub

    Tam oxu »
  • QAYITMAQ

    Mənbələrdə birhecalı qay feili var, mənası rusca “поварачиваться” kimi açıqlanıb. İndi qay feili müstəqil işlədilmir, amma qay-tar, qay-ı-dış kimi söz

    Tam oxu »
  • QAYLANQOÇU

    “Aşıq Alı” dastanında işlədilib (aşığın qəlyanını imzalayan şəxs). Əsli qəlyançı kimi olub. (Bəşir Əhmədov

    Tam oxu »
  • QAYMAQ

    Bişmiş südün, eləcə də qatığın üzündəki yağ pərdəsinə qaymaq deyirik. Bişməmiş südün üzünə çiyə (tatar dilində: çiyəmal), xama (tatarlarda: xammal) de

    Tam oxu »
  • QAYRAMAQ

    “İtiləmək”anlamında işlədilib. Bizdə “bülov”, “əzmə” (itiləmə vasitəsi olan daş) anlamını verən qayraq sözü var

    Tam oxu »
  • QAYSAQ

    1. Sözün kökü qay (“bərk təbəqə”) hissəsidir, qaysa “bərkiməyə meyilli ol­maq”dır. Qaysaq “bərkimiş” deməkdir

    Tam oxu »
  • QAYSAVA

    Qaysı sözü küy (od, yandırmaq, qurutmaq) və -sa hissələrindən əmələ gəlib: istiyə verilmiş, qurumuş əriyə deyirlər

    Tam oxu »
  • QAYTAN

    İp, lent mənalarında işlədilir. İlk dəfə Qayeta şəhərində düzəldilib (İta­liyada) və həmin yerin adı ilə bu cür adlanıb

    Tam oxu »
  • QAZ

    Quşun adı mənbələrdə rənglə əlaqələndirilir və boz (ağ) kimi açıqlanır. Belə çıxır ki, boz kəlməsi qaz şəklinə düşüb

    Tam oxu »
  • QAZAXLAR

    XI əsrdən qıpçaq çölündən Azərbaycanın qərbinə gəlmiş qıpçaqlardır (elmdə belə deyilir). Qaz sözü “məkan, dağ” anlamında işlədilir

    Tam oxu »
  • QAZAMAT

    İtalyancadır, mənası da “qaranlıq qala” deməkdir. Rusiyada bir adamlıq kamera da qazamat adlanmışdır

    Tam oxu »
  • QAZAN

    Bu qabın adı qazmaq məsdəri ilə bağlıdır. Qabaqlar ağacın içini çanaq kimi oymaqla düzəldiblər. İndi misdən və digər metaldan hazırlanır

    Tam oxu »