QARTMAQ

Yaranın üzündə əmələ gələn bərk qabıq belə adlanır (qərtmək də de­yirlər). Mənbələrdə qart sözü “язва” kimi şərh olunub. Tuva dilində qart (kart) sö­zü “qabıq, pərdə” anlamında işlədilir. Bir ehtimala görə, qartmaqqart kökdaş ola bilər. Başqa variant isə belədir: qart feildir və “bərkimək” anlamını əks etdirir. Qartmaq ismi də qabığın bərkliyi ilə bağlıdır. Üçüncü ehtimala görə, qartmaq sözü “köhnəlmək” mənasını verir, qarımaq sözü ilə bağlı ola bilər, çünki qartmaq təzə yarada yox, bir qədər köhnəlmiş yarada əmələ gəlir. Ən inandırıcı və etibarlı yozum ondan ibarətdir ki, qart “qabıq” deməkdir; qartmaq isə “yaranın bərkimiş qabığı” kimi başa düşülməlidir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

QARTAL
QARUN

Digər lüğətlərdə