Фразеологический словарь азербайджанского языка

  • ATDAN DÜŞÜB EŞŞƏYƏ MİNMƏK

    vəzifə və ya zənginlik baxımından  geriləmək, hər hansı bir işin vaxtında qədir-qiymətini bilməmək, şansı dəyərləndirə bilməmək

    Полностью »
  • ATDAN SALMAQ

    yıxmaq, məğlub etmək; ~ atlını atdan salmaq.

    Полностью »
  • ATƏŞƏ TUTMAQ

    1. Gülləbaran etmək.  2. Şiddətli tənqid etmək (“tənqid atəşinə tutmaq”  şəklində də işlənir).

    Полностью »
  • ATI ATIN YANINA BAĞLAMAQ

    eyni xasiyyətli, eyni düşüncəli adamların bir yerdə olmasına şərait yaratmaq.

    Полностью »
  • ATI DAŞLIĞA SÜRMƏK

    vəziyyəti çətinləşdirmək; ~ ağzını şuma salmaq.

    Полностью »
  • ATI EŞŞƏYƏ DƏYİŞMƏK

    yaxşı bir şeyi daha pis və ucuz bir şeylə dəyişmək, səviyyəni aşağı salmaq.

    Полностью »
  • ATILAN DIRNAĞINA DA DƏYMƏZ

    bax: dırnağına belə dəyməz.

    Полностью »
  • ATIN QABAĞINA ƏT, İTİN QABAĞINA OT QOYMAQ

    işi tərsinə görmək; bölgüdə ədalətsizlik etmək; insanlara qabiliyyətlərinə uyğun olmayan vəzifə vermək

    Полностью »
  • ATIN TƏRS YƏHƏRLİ GƏLSİN

    dan. “səni görüm öləsən” mənasında işlədilən ifadə; qarğış etiketi.

    Полностью »
  • ATLA GEDİŞ ETMƏK

    müəyyən vəziyyətlə bağlı gözlənilməz və hiyləgər hərəkət etmək.

    Полностью »
  • ATLINI ATDAN SALMAQ

    bax: atdan salmaq.

    Полностью »
  • ATMACA ATMAQ

    kimisə qıcıqlandırmaq üçün kinayəli söz demək.

    Полностью »
  • AVAM YERİNƏ QOYMAQ

    qarşısındakını xam, zəif, təcrübəsiz, bacarıqsız sayaraq bundan istifadə etməyə çalışmaq

    Полностью »
  • AVARA QOYMAQ

    işdən-gücdən etmək, səmərəli, faydalı işlə məşğul olmasına əngəl yaratmaq.

    Полностью »
  • AVAZIN YAXŞI GƏLİR, OXUDUĞUN QURAN OLSA

    birisinin çox yaxşı, maraqlı, gərəkli, amma həyata keçməsi, reallaşması mümkünsüz və ya çox çətin olan şeylərdən danışması müqabilində işlədilən ifadə

    Полностью »
  • AY DOLANDI, İL KEÇDİ

    bax: ay ötdü, il dolandı.

    Полностью »
  • AY İŞIĞINDA İYNƏ SAPLAMAQ

    gözləri yaxşı görmək.

    Полностью »
  • AY ÖTDÜ, İL DOLANDI

    vaxtın keçməsi mənasında işlədilən ifadə.

    Полностью »
  • AY PARÇASI

    adətən, qız haqqında: çox gözəl, məftunedici, heyranedici.

    Полностью »
  • AYA DEYİR, SƏN ÇIXMA, MƏN ÇIXIM

    çox cazibədar, misilsiz gözəlliyi olan qız haqqında işlədilən ifadə.

    Полностью »
  • AYA-GÜNƏ DÖNMƏK

    gec-gec görünmək; ~ bayramdan-bayrama görünmək, gözə dəyməmək, bayram şəkərburasına (aşına) dönmək.

    Полностью »
  • AYAĞA DOLAŞMAQ

    mane olmaq, əngəl olmaq; ~ əl-ayağa dolaşmaq.

    Полностью »
  • AYAĞA DÖŞƏNMƏK

    çox yalvarmaq, bir şeyi təkidlə istəmək.

    Полностью »
  • AYAĞA GETMƏK

    ishal olmaq; ~ mədəsi pozulmaq, qarnı açılmaq (işləmək, pozulmaq).

    Полностью »
  • AYAĞA QALDIRMAQ

    1. Mübarizəyə sövq etmək.  2. Müalicə etmək, xəstəliyini sağaltmaq; ~ ayaq üstə qoymaq.  3. Əlinə pul gəlməsinə, varlanmasına, maddi cəhətdən müstəqil

    Полностью »
  • AYAĞA QALXMAQ

    1. Hərəkata başlamaq, üsyan etmək.  2. Xəstəlikdən sağalmaq, yaxşı olmaq.  3. Maddi cəhətdən artıq müstəqil olmaq, işə başlamaq, pul qazanmaq; ~ özünü

    Полностью »
  • AYAĞA SALMAQ

    aşağılamaq, hörmətdən, nüfuzdan, etibardan salmaq.

    Полностью »
  • AYAĞA VERMƏK

    kiminsə qarşısında alçaltmaq.

    Полностью »
  • AYAĞI AÇILMAQ

    bir yerə gedib-gəlməyə başlamaq.

    Полностью »
  • AYAĞI BÜDRƏMƏK

    səhvə yol vermək, yanılmaq; ~ ayağı sürüşmək.

    Полностью »
  • AYAĞI DALINCA GETMƏMƏK

    bax: əldən düşmək.

    Полностью »
  • AYAĞI DOLAŞMAQ

    büdrəmək.

    Полностью »
  • AYAĞI DÜŞƏRLİ (YÜNGÜL, SAYALI) OLMAQ

    bir işə müsbət təsiri olmaq, xoşqədəm olmaq, uğur gətirmək, gəlişi uğurlu olmaq; ~ ayağı düşmək.

    Полностью »
  • AYAĞI DÜŞMƏK

    1. Gəlişi ilə uğur gətirmək, xoşqədəm olmaq; ~ ayağı düşərli (yüngül, sayalı) olmaq.  2. Təsadüfən, yolüstü bir yerə gəlmək; ~ yolu düşmək

    Полностью »
  • AYAĞI KƏSİLMƏK

    bir yerə gəlib-getməmək, əlaqəsini kəsmək.

    Полностью »
  • AYAĞI SÖZÜNƏ BAXMAMAQ

    bərk yorulmaq, çətin yerimək, səndirləmək.

    Полностью »
  • AYAĞI SÜRÜŞMƏK

    yanlışlığa yol vermək; ~ düz yoldan çıxmaq, ayağı büdrəmək.

    Полностью »
  • AYAĞI YER ALMAQ

    ürəklənmək, özünü inamlı hiss etmək, yerini möhkəmlətdikcə dili uzun olmaq, özünə güvənmək.

    Полностью »
  • AYAĞI YER TUTMAQ

    1. Gəzə bilmək, yeriməyə başlamaq.  2. Güclənmək, özünə inamı artmaq; ~  ayağı yer almaq.

    Полностью »
  • AYAĞI YERDƏN ÜZÜLMƏK

    gözlənilməz hadisədən bərk  təsirlənmək, həyəcanlanmaq, qorxmaq; ~ ayağının altından yer qaçmaq.

    Полностью »
  • AYAĞI YIĞILMAQ

    bir yerə gediş-gəlişi dayandırmaq; ~ əl çəkmək.

    Полностью »
  • AYAĞIM HARA, BAŞIM ORA

    bir yerdən çıxaraq hələ hara gedəcəyini dəqiqləşdirməyən adamın işlətdiyi ifadə.

    Полностью »
  • AYAĞIMI DA QOYMARAM (BASMARAM)

    bir yerə qəti olaraq getməmək qərarını bildirərkən işlədilən ifadə.

    Полностью »
  • AYAĞINA APARMAQ

    bax: ayağına gətirmək.

    Полностью »
  • AYAĞINA ÇAĞIRMAQ

    yanına gəlməsini tələb etmək.

    Полностью »
  • ... AYAĞINA ÇIXMAQ

    qayğı, hörmət və ehtiram əlaməti olaraq kimisə qarşılamaq üçün qatar, avtobus və s. dayanacağına gəlmək

    Полностью »
  • AYAĞINA DURMAQ

    hörmət və ehtiram göstərmək.

    Полностью »
  • AYAĞINA DÜŞMƏK

    birinin qabağında diz çökərək yalvarmaq, kömək istəmək.

    Полностью »
  • AYAĞINA GETMƏK (GƏLMƏK)

    iradəsinin əleyhinə olaraq xahiş üçün kiminsə hüzuruna getmək (gəlmək) məcburiyyətində qalmaq.

    Полностью »
  • AYAĞINA GƏTİRMƏK

    kimisə aşağılamaq məqsədilə yanına gəlməyə məcbur etmək.

    Полностью »