Фразеологический словарь азербайджанского языка

  • AYAĞINA YAZMAQ

    xoşagəlməz, mənfi söz və ya hərəkəti başqasının adı ilə bağlamaq; ~ adına çıxmaq, adına yazmaq.

    Полностью »
  • AYAĞINDA QALMAQ

    borclu qalmaq; ~ boynunda qalmaq.

    Полностью »
  • AYAĞINDAN ÇƏKMƏK

    mane olmaq, paxıllıq etmək.

    Полностью »
  • AYAĞINDAN DAŞ ASILMAQ

    işi ləng getmək, gec həll olmaq.

    Полностью »
  • AYAĞINDAN SİLMƏK

    borcunu ləğv etmək.

    Полностью »
  • AYAĞINI ÇƏKMƏK

    bir yerə daha gedib-gəlməmək; ~ ayağını kəsmək.

    Полностью »
  • AYAĞINI DİRƏMƏK

    öz fikrindən, dediyindən dönməmək, inadkar olmaq, tərslik etmək; ~ iki ayağını bir başmağa dirəmək.

    Полностью »
  • AYAĞINI KƏNDİRLƏMƏK

    evləndirmək; ~ baş-göz eləmək, əl-ayağını bir yerə yığmaq, başını bağlamaq, başını bənd etmək.

    Полностью »
  • AYAĞINI KƏSMƏK

    üzülüşmək, bir yerə daha gedib-gəlməmək, gediş-gəlişi kəsmək, qapısını açmamaq; gedib-gəlməsinə icazə verməmək, əlaqəni kəsməyə məcbur etmək; ~ əl-aya

    Полностью »
  • AYAĞINI QOYDUĞU YERƏ BAŞINI QOYMAQ

    kimi isə fanatikcəsinə dəstəkləmək, uğrunda ölməyə hazır olmaq.

    Полностью »
  • AYAĞINI SÜRÜMƏK

    bir yerə və ya  bir buyruğun ardınca könülsüz getmək.

    Полностью »
  • AYAĞINI TAPDALAMAQ (BASMAQ)

    bax: quyruğunu basmaq (tapdalamaq).

    Полностью »
  • AYAĞINI YERDƏN GÖTÜRÜR

    az-çox işlək vəziyyətdə olan avtomobil haqqında işlədilən ifadə.

    Полностью »
  • AYAĞINI YERƏ VURMAQ

    hirslənmək, qeyzlənmək.

    Полностью »
  • AYAĞINI YORĞANINA GÖRƏ UZATMAQ

    öz imkanlarına görə hərəkət etmək, imkanına görə yaşamaq.

    Полностью »
  • AYAĞININ ALTI YER GÖRMƏMƏK

    dayanmadan fasiləsiz işləmək, istirahət etməmək, dinclik bilməmək.

    Полностью »
  • AYAĞININ ALTINA DAŞ QOYMAQ

    ürəkləndirmək, həvəsləndirmək, şirnikdirmək; ~ qoltuğuna qarpız vermək, belinə palan basmaq.

    Полностью »
  • AYAĞININ ALTINA DƏMİR ATIN

    gəlməsi arzuedilən və çoxdan görünməyən bir adam bir yerə birinci dəfə, ya da uzun müddət keçdikdən sonra gəldikdə işlədilən ifadə

    Полностью »
  • AYAĞININ ALTINA DÜŞMƏK

    bax: ayağına düşmək.

    Полностью »
  • AYAĞININ ALTINA SALMAQ

    döymək, təpikləmək.

    Полностью »
  • AYAĞININ ALTINDAN YER QAÇMAQ

    üzləşdiyi gözlənilməz vəziyyət və ya eşitdiyi xəbərdən bərk təsirlənmək, həyəcanlanmaq, qorxmaq; ~ əl-ayağı yerdən üzülmək, əli üzündə qalmaq, ayağı y

    Полностью »
  • AYAĞININ ALTINI QAZIMAQ (EŞMƏK)

    əleyhinə xəlvəti iş görmək, zərər vurmaq; ~ quyu qazmaq, badalaq gəlmək (vurmaq), məzarını qazmaq.

    Полностью »
  • AYAĞININ ALTINI ÖPMƏK

    birinin qabağında alçalaraq yalvarmaq, özünü son dərəcə alçaltmaq.

    Полностью »
  • AYAĞININ BİRİNİ GÖTÜRÜB BİRİNİ QOYMAQ

    narahatlıq keçirmək, həyəcanlanmaq, intizarda olmaq.

    Полностью »
  • AYAQ AÇMAQ

    1. Yeriməyə başlamaq.  2. Bir yerə tez-tez gedib-gəlməyə başlamaq.

    Полностью »
  • AYAQ ALMAQ

    tələsmək, tez-tez, cəld yerimək, qaçmaq, iri addımlarla yerimək; ~ ayaq götürmək.

    Полностью »
  • AYAQ ALTINA DÜŞMƏK

    tapdanmaq.

    Полностью »
  • AYAQ ALTINA SALMAQ

    hörmətdən, nüfuzdan, qiymətdən salmaq.

    Полностью »
  • AYAQ ALTINDA QALMAQ

    tapdanmaq, təzyiqə məruz qalmaq, sayılmamaq; ~ tapdaq altında olmaq.

    Полностью »
  • AYAQ-AYAĞA QOYMAQ

    davamlı etiraz etmək, mübahisə etmək, dirəşmək, razılaşmamaq; ~ qoz-qoz oynamaq, kəllə-kəlləyə gəlmək

    Полностью »
  • AYAQ BASMAĞA YER OLMAMAQ

    bir yerdə çox tünlük, qələbəlik, izdiham olmaq; ~ iynə atsan, yerə düşməz.

    Полностью »
  • AYAQ BASMAQ

    gəlmək, daxil olmaq; ~ qədəm basmaq.

    Полностью »
  • AYAQ BASMAMAQ

    bir yerə gedib-gəlməmək, əlaqəsini kəsmək.

    Полностью »
  • AYAQ DÖYMƏK

    bir işin dalınca həddindən çox getmək, bir yerə tez-tez gedib-gəlmək; ~ təpik döymək, daban döymək, yol ağartmaq

    Полностью »
  • AYAQ GÖTÜRMƏK

    tələsmək, tez-tez, cəld yerimək, qaçmaq, iri və sürətli addımlarla yerimək; ~ ayaq almaq.

    Полностью »
  • AYAQ QOYMAĞA YER TAPMAMAQ

    bax: ayaq basmağa yer olmamaq.

    Полностью »
  • AYAQ SAXLAMAQ

    dayanmaq, durmaq.

    Полностью »
  • AYAQ TUTMAQ

    təzə-təzə yeriməyə başlamaq.

    Полностью »
  • AYAQ ÜSTƏ CANI ÇIXMAQ

    bax: ayaq üstə qırxı çıxmaq.

    Полностью »
  • AYAQ ÜSTƏ QIRXI ÇIXMAQ

    çox zəif, arıq olmaq; ~ ayaq üstə üzülmək, ayaq üstə canı çıxmaq, ortası ortasından keçmək, bir dəri, bir sümük qalmaq

    Полностью »
  • AYAQ ÜSTƏ QOYMAQ

    dirçəltmək, sağaltmaq, gücləndirmək; ~ ayağa qaldırmaq.

    Полностью »
  • AYAQ ÜSTƏ QURUMAQ

    çox arıqlamaq; ~ ayaq üstə ölmək, çöpə dönmək.

    Полностью »
  • AYAQ ÜSTƏ ÖLMƏK

    1. Qorxudan, həyəcandan sarsılmaq; ~ sarısını udmaq, dirigözlü ölmək.  2. Çox arıqlamaq; ~ ayaq üstə qurumaq

    Полностью »
  • AYAQ ÜSTƏ ÜZÜLMƏK

    bax: ayaq üstə qırxı çıxmaq.

    Полностью »
  • AYAQ ÜSTƏ YATMAQ

    çox yorğun olmaq; ~ taqətdən düşmək.

    Полностью »
  • AYAQ VERMƏK

    başqasının söhbətə başlaması üçün nə isə demək; ifa zamanı bir pərdədən, bir şöbədən başqasına keçid etmək

    Полностью »
  • AYAQALTI ELƏMƏK

    1. Bir yerə tez-tez gedib-gəlmək.  2. Alçaltmaq, təhqir etmək.

    Полностью »
  • AYAQDA OLMAQ

    daim hazır vəziyyətdə olmaq, ayıq olmaq, gözlənilən hər şeyə cəld reaksiya vermək.

    Полностью »
  • AYAQDAN DÜŞMƏK

    1. Yeriməkdən, gəzməkdən yorulmaq.  2. Qocalmaq; ~ taqətdən düşmək, əldən düşmək.

    Полностью »
  • AYAQDAN SALMAQ

    1. Çox gəzdirib yormaq; ~ əldən salmaq, haldan salmaq; 2. Üzmək, iztirab, cəfa və əziyyət vermək.

    Полностью »