Фразеологический словарь азербайджанского языка

  • BAĞIRSAĞINI AYAĞINA DOLAŞDIRMAQ

    bıçaqlamaq, xəncərlə öldürmək.

    Полностью »
  • BAĞLARI QIRMAQ

    əlaqəni kəsmək, get-gəli dayandırmaq, ünsiyyətdə olmamaq; ~ körpüləri yandırmaq.

    Полностью »
  • BAĞLI QAPI ÜZÜNƏ AÇILMAQ

    müvəffəq olmaq, işi düzəlmək; ~ bəxti gətirmək, bəxti üzünə gülmək, işi düz gətirmək.

    Полностью »
  • BAĞRI ÇATLAMAQ

    1. İnfarkt olmaq, ölmək.  2. Bərk narahatlıq keçirmək, darıxmaq; ~ əzab çəkmək, ürəyi partlamaq.

    Полностью »
  • BAĞRI DAŞA DÖNMƏK

    sərtləşmək, hissini itirmək, insafsız, rəhmsiz olmaq.

    Полностью »
  • BAĞRI KÖZƏ DÖNMƏK

    çox üzülmək, hədsiz sıxıntı çəkmək.

    Полностью »
  • BAĞRI QAN OLMAQ

    kədərlənmək, qüssələnmək; ~ bağrı qana dönmək.

    Полностью »
  • BAĞRI QANA DÖNMƏK

    bax: bağrı qan olmaq.

    Полностью »
  • BAĞRI YANMAQ

    susamaq; ~ ürəyi yanmaq, ciyəri yanmaq.

    Полностью »
  • BAĞRI YARILMAQ

    çox bərk qorxmaq; ~ ürək-göbəyi düşmək, zəhri yarılmaq.

    Полностью »
  • BAĞRINA BASMAQ

    məhəbbətlə, nəvazişlə qucaqlamaq, ürəklə görüşmək.

    Полностью »
  • BAĞRINI DAĞLAMAQ

    həddindən artıq kədərləndirmək, əzab vermək.

    Полностью »
  • BAĞRINI DƏLMƏK

    dərindən kədərləndirmək, sarsıtmaq, dərddən üzmək.

    Полностью »
  • BAĞRINI QAN ELƏMƏK

    bax: bağrını qana döndərmək.

    Полностью »
  • BAĞRINI QANA DÖNDƏRMƏK

    həddən artıq kədərləndirmək; ~ bağrını qan eləmək, iztirab vermək.

    Полностью »
  • BAĞRINI YARMAQ

    bərk qorxutmaq; ~ zəhrini yarmaq, ürəyini partlatmaq, ürəkqopmasına salmaq, ürək-göbəyini salmaq. 

    Полностью »
  • BAHA BAŞA GƏLMƏK

    ağır nəticələr vermək, nəticəsi ağır olmaq; ~ baha oturmaq, xərc aparmaq.

    Полностью »
  • BAHA OTURMAQ

    1. Baha qiymətə almaq; ~ baha başa gəlmək.  2. Çox pis, ağır nəticələnmək.

    Полностью »
  • BAHARI XƏZAN OLMAQ

    gəncliyi erkən solmaq, üzüntülü bir ömür yaşadığından tez qocalmaq.

    Полностью »
  • BAHASINA PUL VERMƏMƏK

    bir şeyi pulsuz almaq, öz zəhməti hesabına (məs.: meyvə-tərəvəzi), havayı və ya təsadüfən əldə etmək

    Полностью »
  • BAXIŞ BUCAĞI

    bir şeyə konkret mövqedən yanaşma, fərqli prizmadan yanaşma; ~ nəzər nöqtəsi.

    Полностью »
  • BAXYA TUTMAQ

    bir yerdə və ya bir işdə sabitləşmək, dayanmaq; sakitləşmək, rahat olmaq; ~ qərar tutmaq (tapmaq), bir yerdə tikiş tutdurmaq

    Полностью »
  • BAQAJA QOYMAQ

    dan. satqınlıq, çuğulluq etmək, pis vəziyyətdə qoymaq; ~ ələ vermək.

    Полностью »
  • BALABANÇIYA DƏM TUTMAQ

    tərəfkeşlik etmək, birisinin tərəfini saxlamaq; ~ züy tutmaq.

    Полностью »
  • BALABANDA QANDIRMAQ

    mətləbi, sözü dolayısı ilə, incə işarələrlə başa salmaq.

    Полностью »
  • BALALARININ BAŞINA ÇEVİRMƏK

    bağışlamaq, əfv etmək, sərt qərarını dəyişərək güzəşt etmək; ~ başına dolandırmaq.

    Полностью »
  • BALIĞIN BÖYÜYÜ TABAQ ALTINDADIR

    birisinin yalan danışdığına, əsl həqiqəti gizlətməyə çalışdığına eyham vurmaq məqsədilə işlədilən ifadə

    Полностью »
  • BALTA ÇALMAQ

    bilərəkdən zərər vurmaq, məhv etmək, bir işi pozmaq, sarsıtmaq; ~ balta vurmaq.

    Полностью »
  • BALTA GÖRMƏMİŞ

    əl dəyməmiş, əl vurulmamış, təbii halında qalmış.

    Полностью »
  • BALTA VURMAQ

    bax: balta çalmaq.

    Полностью »
  • BALTANI DİBİNDƏN (KÖKÜNDƏN) VURMAQ

    problemi kökündən həll etmək; sərt yanaşmaq, kəskin qərar qəbul etmək; ~ kökündən baltalamaq (qazımaq), əl yeri qoymamaq

    Полностью »
  • BALTASI DAŞA DƏYMƏK

    işi baş tutmamaq, işi düz gətirməmək.

    Полностью »
  • BALTASI DÜYÜNƏ DÜŞMƏK

    ciddi maneə ilə qarşılaşmaq, işləri düz gətirməmək, çətinliklə üzləşmək; ~ işi düyünə düşmək, işi dolaşığa düşmək

    Полностью »
  • BALTASI KƏSMƏMƏK

    nüfuzu, etibarı olmamaq; ~ sözü keçməmək, ağzı qatıq kəsməmək.

    Полностью »
  • BANAN RESPUBLİKASI

    siyasi sabitliyin olmadığı, tez-tez hərbi çevrilişlərin baş verdiyi ölkə.

    Полностью »
  • BANK ÜSTÜNDƏ OTURMAQ

    bax: xəzinə üstündə oturmaq.

    Полностью »
  • BARIT ÇƏLLƏYİ

    münaqişə və gərginlik mənbəyi.

    Полностью »
  • BARIT QOXUSU GƏLMƏK

    dava-dalaş, müharibə havası duyulmaq.

    Полностью »
  • BARITI ÇATMAMAQ

    bir işə gücü çatmamaq, iqtidarı olmamaq.

    Полностью »
  • BARITI QURU SAXLAMAQ

    hər an döyüşə hazır olmaq.

    Полностью »
  • BARITI YAŞ OLMAQ

    mübarizə aparmağa, iş görməyə imkanı, bacarığı olmamaq.

    Полностью »
  • BARITINI ÇOX ELƏMƏK

    nitqdə və ya davranışda müəyyən qədər sərtliyə yol vermək.

    Полностью »
  • BARITLA ODUN NƏ AŞNALIĞI

    reallaşması heç cür mümkün olmayan birlik, münasibət haqqında işlədilən ifadə.

    Полностью »
  • BARMAĞI AĞZINDA QALMAQ

    heyrətlənmək, təəccüblənmək, donub-qalmaq; ~ mat qalmaq, əli üzündə qalmaq.

    Полностью »
  • BARMAĞI BALA BATMAQ

    bax: əli bala batmaq.

    Полностью »
  • BARMAĞI OLMAQ (İŞLƏMƏK)

    bir işin gizli iştirakçısı olmaq (adətən, mənfi mənada), üzdə görünməsə də, hadisə və proseslərə təsir etmək; ~ əli olmaq

    Полностью »
  • BARMAĞINA DOLAMAQ

    aldatmaq, əlində oyuncaq etmək; ~ ələ salmaq, əlində oynatmaq, barmağında oynatmaq.

    Полностью »
  • BARMAĞINDA OYNATMAQ

    təsiri altında saxlamaq, əlində oyuncaq etmək, istədiyi kimi idarə etmək; ~ əlində oynatmaq.

    Полностью »
  • BARMAĞINI DA TƏRPƏTMƏMƏK

    bax: əlini ağdan-qaraya vurmamaq.

    Полностью »
  • BARMAĞINI DİŞLƏMƏK

    bir şeyi ani olaraq xatırlamaq, sonradan başa düşmək; ~ dodağını dişləmək.

    Полностью »