Фразеологический словарь азербайджанского языка

  • BARMAĞINI GÖZÜNƏ SOXMAQ

    qorxutmaq, əl-qol hərəkətləri ilə hədələmək; ~ hədə-qorxu gəlmək.

    Полностью »
  • BARMAĞINI İLİŞDİRMƏK

    müvəqqəti də olsa, bir işə düzəlmək; müəyyən yeri, mövqeyi tutmaq; ~ özünə yer eləmək.

    Полностью »
  • BARMAĞINI KƏSSƏN, XƏBƏR TUTMAZ

    çox dərin yuxuya gedən barəsində  işlədilən ifadə.

    Полностью »
  • BARMAĞINI SORMAQ

    çox kasıb olmaq, ac olmaq; ~ bir həsirdir, bir Məmmədnəsir, bir lələdir, bir şələ.

    Полностью »
  • BARMAQ QOYMAQ

    başqasının işinə qarışmaq, bir işə mane olmaq; ~ barmaq uzatmaq.

    Полностью »
  • BARMAQ SİLKƏLƏMƏK

    hədələmək, qorxutmaq, təhdid etmək.

    Полностью »
  • BARMAQ UZATMAQ

    başqasının işinə qarışmaq, bir işə mane olmaq; ~ barmaq qoymaq.

    Полностью »
  • BARMAQ YERİ

    bəhanə, girəvə, fürsət.

    Полностью »
  • BARMAQ YERİ QOYMAQ

    münasibəti tam korlamamaq, münasibət üçün əl yeri qoymaq, özünə əlavə ümid yeri qoymaq.

    Полностью »
  • BARMAQHESABI GÖSTƏRMƏK

    hesabda aldatmaq; ~ kələk gəlmək.

    Полностью »
  • BARMAQLA GÖSTƏRİLMƏK

    yaxşı və ya pis əməlləri ilə tanınmaq, məşhur olmaq; ~ ad çıxarmaq.

    Полностью »
  • BARMAQLA SAYILMAQ

    sayı çox az olmaq.

    Полностью »
  • BARMAQLARI QIZILDIR

    bax: əli qızıl olmaq.

    Полностью »
  • BAS BAYIRA

    “rədd ol”, “gözüm səni görməsin” mənasında əmr, təkid bildirən ifadə.

    Полностью »
  • BASARATI BAĞLANMAQ

    duya bilməmək, kütləşmək, qafil olmaq; ~ gözləri bağlanmaq, gözləri yumulmaq, bəsirəti bağlanmaq.

    Полностью »
  • BASDIĞINI KƏSMƏMƏK

    mərhəmətli, rəhmdil olmaq, günahından keçmək, bağışlamaq; ~ qaçanı qovmamaq, aman vermək.

    Полностью »
  • BAŞ AÇMAQ

    anlamaq, dərk etmək; ~ öhdəsindən gəlmək, baş tapmaq.

    Полностью »
  • BAŞ AĞARTMAQ

    bir işdə çox çalışıb təcrübə qazanmaq; ~ saç ağartmaq.

    Полностью »
  • BAŞ AĞRITMAQ

    incitmək, vaxtını almaq, mane olmaq, dəng etmək.

    Полностью »
  • BAŞ ALIB GETMƏK

    1. Hara gəldi çıxıb getmək, uzaqlaşmaq; ~ baş götürüb getmək.  2. Arzuedilməz dərəcədə çoxalmaq.

    Полностью »
  • BAŞ APARMAQ

    bax: baş-beynini aparmaq.

    Полностью »
  • BAŞ-AYAQ SALMAQ

    qarışıq salmaq, çaşmaq, yerini dəyişik, səhv salmaq.

    Полностью »
  • BAŞ-AYAQ VURMAQ

    məntiqsiz, anlaşılmaz, rabitəsiz, dolaşıq danışmaq, nə dediyini bilməmək; çaşmaq; ~ dili topuq vurmaq (çalmaq)

    Полностью »
  • BAŞ-BAŞA GƏLMƏK

    toqquşmaq, konfliktə girmək; ~ kəllə-kəlləyə gəlmək, üz-üzə gəlmək.

    Полностью »
  • BAŞ-BAŞA VERMƏK

    birlikdə olmaq, köməkləşmək, birgə iş görmək, bir araya gəlmək; ~ çiyin-çiyinə vermək.

    Полностью »
  • BAŞ-BEYNİ GETMƏK (DAĞILMAQ)

    səs-küydən, danışıqdan və s.-dən dəng olmaq, səs-küydən fikrini cəmləşdirə bilməmək; ~ beyni dağılmaq, qulaqları tutulmaq

    Полностью »
  • BAŞ-BEYNİNİ APARMAQ

    çox danışmaqla, səs-küylə birini rahatsız etmək, yormaq, dəng etmək; ~ baş aparmaq, başının ətini yemək, zəhlə aparmaq (tökmək), gic eləmək

    Полностью »
  • BAŞ-BEYNİNİ YEMƏK

    öz təsiri altına salmağa çalışmaq; ~ başını piyləmək (tovlamaq), başını bişirmək.

    Полностью »
  • BAŞ ÇƏKMƏK

    yanına gedib hal-əhval tutmaq, yoxlamaq; ~ baş vurmaq.

    Полностью »
  • BAŞ ÇIXARMAQ

    anlamaq, bilmək, bacarmaq, öhdəsindən gəlmək.

    Полностью »
  • BAŞ DOLANDIRMAQ

    1. Birtəhər keçinmək, güc-bəla ilə dolanmaq.  2. Ciddi bir işlə məşğul olmamaq, vaxtını boş keçirmək, gününü orda-burda keçirmək; ~ baş girləmək

    Полностью »
  • BAŞ ENDİRMƏK

    təslim olmaq, tabe olmaq; ~ boyun əymək.

    Полностью »
  • BAŞ ƏYMƏK

    tabe olmaq, kiminsə iradəsini qəbul etmək; ~ boyun əymək, qılıncının altından keçmək, ikiqat əyilmək (bükülmək)

    Полностью »
  • BAŞ GİRLƏMƏK

    1. Birtəhər keçinmək, çox kasıb yaşamaq; ~ baş dolandırmaq.  2. Vaxtını boş keçirmək, avaralanmaq; ~ gününü sovmaq

    Полностью »
  • BAŞ GÖTÜRÜB GETMƏK

    uzaqlaşmaq, hara gəldi birdəfəlik çıxıb getmək; ~ baş alıb getmək, baş götürüb qaçmaq.

    Полностью »
  • BAŞ GÖTÜRÜB QAÇMAQ

    bax: baş götürüb getmək.

    Полностью »
  • BAŞ-GÖZ ELƏMƏK

    evləndirmək; ~ əl-ayağını bir yerə yığmaq, başını bağlamaq, ayağını kəndirləmək, başını bənd etmək.

    Полностью »
  • BAŞ İŞLƏTMƏK

    fikirləşmək, düşünmək, götür-qoy etmək.

    Полностью »
  • BAŞ KƏSMƏK

    çox baha satmaq, insafsızlıq eləmək.

    Полностью »
  • BAŞ QALDIRMAQ

    üsyan etmək, kütləvi etiraza qalxmaq, hərəkətə keçmək, dirçəlmək, ortaya çıxmaq.

    Полностью »
  • BAŞ QARIŞDIRMAQ

    vaxtı uzatmaq, hiylə işlətməklə diqqəti əsas məsələdən yayındırmaq.

    Полностью »
  • BAŞ QATMAQ

    1. Əhəmiyyətsiz şeylərlə diqqəti əsas məsələdən yayındırmaq, məşğul etmək, diqqəti başqa şeyə yönəltmək; aldatmağa çalışmaq; ~ fikrini yayındırmaq

    Полностью »
  • BAŞ QIRXMAQ

    fırıldaq işlətmək, aldatmaq, tovlayıb almaq.

    Полностью »
  • BAŞ QOŞMAMAQ

    maraqlanmamaq, bir işin arxasınca düşməmək, fikir verməmək, əhəmiyyət verməmək; bir işə müdaxilə etməmək, qarışmamaq, münasibət bildirməmək; ~ reaksiy

    Полностью »
  • BAŞ QOYMAQ

    canını fəda etmək, bir işi başa çatdırmaq üçün fədakarlıq göstərmək; ~ canından keçmək.

    Полностью »
  • BAŞ-QULAĞI GETMƏK

    narahat olmaq, dəng olmaq; ~ başı şişmək.

    Полностью »
  • BAŞ-QULAQ APARMAQ

    bax: baş-beynini aparmaq.

    Полностью »
  • BAŞ SINDIRMAQ

    çətin bir məsələ üzərində dərindən düşünmək; ~ baş yormaq.

    Полностью »
  • BAŞ SOXMAQ

    hər şeyə qarışmaq, müdaxilə etmək; ~ burnunu soxmaq.

    Полностью »
  • BAŞ TAPMAQ

    bax: baş açmaq.

    Полностью »