Фразеологический словарь азербайджанского языка

  • BAŞAĞRISI VERMƏK

    incitmək, vaxtını almaq, bezdirmək, yormaq; ~ təngə gətirmək.

    Полностью »
  • BAŞDAN ÇIXARMAQ

    öz fikrindən daşındırmaq, azdırmaq, aldatmaq; ~ ağlını almaq (aparmaq), ağlını başından çıxarmaq, ağlını əlindən almaq, yoldan çıxarmaq, qarğa beyni y

    Полностью »
  • BAŞDAN ELƏMƏK

    1. Başdansovdu yanaşmaq, yaxasını  qurtarmaq, yalan vədlə yola salmaq; ~ yola vermək, əlinə çöp vermək, ağzını boza vermək

    Полностью »
  • BAŞDAN GİRİB AYAQDAN ÇIXMAQ

    1. Çox axtarmaq, ələk-vələk etmək, hərtərəfli yoxlamaq, diqqətlə nəzərdən keçirmək; ~ altını üstünə çevirmək, altından vurub üstündən çıxmaq

    Полностью »
  • BAŞDAN OLMAQ

    1. Rədd olmaq, çıxıb  getmək.  2. Səs-küydən  dəng  olmaq, təngə gəlmək; ~ baş-beyni getmək (dağılmaq)

    Полностью »
  • BAŞI AÇILMAQ

    işləri azalmaq, asudə vaxt tapmaq, sərbəstləşmək, başı bəladan qurtulmaq, asudə olmaq; ~ başı ayazımaq, başı ayılmaq

    Полностью »
  • BAŞI AĞRIMAQ

    bir işdən ötrü başını bəlaya salmaq, təhlükə ilə üzləşmək; ~ bəlaya düşmək.

    Полностью »
  • BAŞI-AYAĞI BİLİNMƏMƏK

    xaotik, qarma-qarışıq olmaq, bir işdə aydınlıq olmamaq.

    Полностью »
  • BAŞI AYAZIMAQ

    işi azalmaq, asudə vaxt tapmaq, sərbəstləşmək; ~ başı açılmaq.

    Полностью »
  • BAŞI AYILMAQ

    qayğıları azalmaq, işi yüngülləşmək, rahat olmaq, əziyyətdən xilas olmaq; ~ başı açılmaq.

    Полностью »
  • BAŞI BAĞLANMAQ

    evlənmək, ailə qurmaq.

    Полностью »
  • BAŞI BƏDƏNİNƏ AĞIRLIQ ETMƏK

    təhlükəli işlərə girişmək, təhlükə qarşısında qalmaq.

    Полностью »
  • BAŞI BƏLALAR ÇƏKMƏK

    müsibət görmək, çox ağır vəziyyətlərdən keçmək.

    Полностью »
  • BAŞI ÇATLAMAQ (PARTLAMAQ)

    başı bərk ağrımaq.

    Полностью »
  • BAŞI ÇATMAMAQ

    ağıldankəm olmaq, sarsaq-sarsaq danışmaq, sözünün yerini bilməmək; ~ başı pozulmaq.

    Полностью »
  • BAŞI ÇƏKMƏK

    çox müsibətlərlə üzləşmək, çətinliklər, bəlalar görmək.

    Полностью »
  • BAŞI ÇIXMAQ

    bələd olmaq, məlumatı olmaq, dilini bilmək; anlamaq; ~ başa düşmək.

    Полностью »
  • BAŞI DAŞA DƏYMƏK

    uğursuzluğa düçar olmaq; ~ başı daşdan-daşa dəymək.

    Полностью »
  • BAŞI DAŞDAN-DAŞA DƏYMƏK

    çox çətinliklər görmək, sınaqlardan çıxmaq; ~ başı qovğalar çəkmək, başı daşa dəymək.

    Полностью »
  • BAŞI DUMANLI OLMAQ

    özündə olmamaq, qeyri-ixtiyari davranmaq, nə etdiyini bilməmək.

    Полностью »
  • BAŞI ƏLHƏD DAŞINA DƏYMƏYİB

    bax: alnı əlhəd daşına dəyməyib.

    Полностью »
  • BAŞI ƏLİNDƏ OLMAMAQ

    həbs edilmək, həbsxanaya salınmaq, ixtiyarı özündə olmamaq.

    Полностью »
  • BAŞI ƏRŞƏ DAYANMAQ

    çox uca, hündür, yüksək olmaq.

    Полностью »
  • BAŞI ƏTLƏNMƏK

    varlanmaq, pullanmaq.

    Полностью »
  • BAŞI FIRLANMAQ

    bax: başı hərlənmək.

    Полностью »
  • BAŞI GİRMƏYƏN YERƏ BƏDƏNİNİ SOXMAQ

    bacarmadığı işə girişmək; ~ düzdə gedə bilməyib şumda şıllaq atmaq.

    Полностью »
  • BAŞI GÖYƏ DƏYMƏK

    son dərəcə uzun, hündür olmaq.

    Полностью »
  • BAŞI HƏRLƏNMƏK

    özünü pis hiss etmək, halı pisləşmək, başı gicəllənmək, bir anlığa heç nə görə bilməmək; ~ gözləri qaralmaq, başı axmaq, başı fırlanmaq

    Полностью »
  • BAŞI XARAB OLMAQ

    sarsaqlamaq, səfehləmək, ağlı özündə olmamaq, gicləmək; ~ başına hava gəlmək, ağlı azmaq.

    Полностью »
  • BAŞI İLƏ CAVAB VERMƏK

    bütün məsuliyyəti öz üzərinə götürmək.

    Полностью »
  • BAŞI İŞLƏMƏK

    hər şeyi düzgün təhlil etmək, fikirləşə bilmək, çox ağıllı, əsaslı, məntiqli olmaq.

    Полностью »
  • BAŞI QARIŞMAQ

    bir şeylə məşğul olmaq, işsiz qalmamaq.

    Полностью »
  • BAŞI QARPIZA İŞLƏMƏK

    mənasız işlər görmək, enerjisini boş yerə sərf etmək.

    Полностью »
  • BAŞI QAZANA DÖNMƏK

    çox fikirləşib qərara gələ bilməmək.

    Полностью »
  • BAŞI QIZIŞMAQ

    bir işə aludə olmaq.

    Полностью »
  • BAŞI QOLTUQ GÖRMƏMƏK

    çətinliyə düşməmək, çətinliklə üzləşməmək.

    Полностью »
  • BAŞI QOVĞALAR ÇƏKMƏK

    çox bəlalar görmək, ağır sınaqlarla üzləşmək; ~ başı daşdan-daşa dəymək.

    Полностью »
  • BAŞI POZULMAQ

    səfehləmək, düşünmə qabiliyyətini itirmək; ~ ağlını itirmək.

    Полностью »
  • BAŞI ŞİŞMƏK

    işin çoxluğundan, yaxud başqa bir səbəbdən nə edəcəyini bilməmək, usanmaq, bezikmək; ~ baş-qulağı getmək, öz adını başqasından soruşmaq, öz adını yadı

    Полностью »
  • BAŞI TOXMAQLI OLMAQ

    xəcalətli, minnətli, gözükölgəli olmaq.

    Полностью »
  • BAŞI ÜSTÜNDƏ DURMAMAQ

    bərk kefli olmaq, sərxoş olmaq; başı bərk ağrımaq.

    Полностью »
  • BAŞI ÜSTÜNDƏ GƏZDİRMƏK

    kimisə həddən artıq əzizləmək, qayğı göstərmək.

    Полностью »
  • BAŞI YASTIĞA DÜŞMƏK

    bax: döşəyə düşmək.

    Полностью »
  • BAŞI YERİNDƏ OLMAQ

    ağlı başında olmaq, düşüncəli davranmaq.

    Полностью »
  • BAŞI ZİLLƏT ÇƏKMƏK

    çətin, ağır günlər keçirmək.

    Полностью »
  • BAŞIM BAŞMAQÇIDAN, QOLUM QOLBAQÇIDAN

    özünün heç bir şeyi olmaması mənasında işlədilən ifadə.

    Полностью »
  • BAŞIMA HARANIN DAŞINI SALIM (TÖKÜM)

    dan. hər hansı səbəbdən ağır, çıxılmaz vəziyyətə düşmüş şəxsin işlətdiyi ifadə; ~ başımı hansı daşa döyüm

    Полностью »
  • BAŞIMI HANSI DAŞA DÖYÜM

    bax: başıma haranın daşını salım (töküm).

    Полностью »
  • BAŞINA AĞIL QOYMAQ

    birinə düzgün yol göstərmək, yaxşı məsləhət vermək, pis fikirdən daşındırmaq.

    Полностью »
  • BAŞINA ALMAQ

    geniş yayılmaq, əhatə etmək; ~ ağzına almaq (götürmək).

    Полностью »