Фразеологический словарь азербайджанского языка

  • BAŞINA AT TƏPMƏK

    sarsaqlamaq, axmaq-axmaq danışmaq; ~ ağlı başından çıxmaq (getmək), ağlını itirmək, başına soyuq dəymək

    Полностью »
  • BAŞINA BATMAQ

    bax: beyninə batmaq (girmək).

    Полностью »
  • BAŞINA BƏLA AÇMAQ (GƏTİRMƏK)

    bədbəxtliyə, əziyyətə, narahatlığa səbəb olmaq, çıxılmaz vəziyyətə salmaq, əngəl törətmək; ~ işə salmaq, şərə salmaq

    Полностью »
  • BAŞINA CƏNCƏL AÇMAQ

    çətin vəziyyətə salmaq; ~ başına iş açmaq.

    Полностью »
  • BAŞINA CORAB HÖRMƏK

    işini dolaşığa salmaq; ~ tələ qurmaq.

    Полностью »
  • BAŞINA ÇARƏ QILMAQ

    çətin vəziyyətdən çıxış yolu axtarmaq, tədbir görmək; ~ gün ağlamaq.

    Полностью »
  • BAŞINA ÇƏKMƏK

    birnəfəsə içmək, acgözlüklə içmək.

    Полностью »
  • BAŞINA ÇIXARMAQ

    həddən çox güzəştə getmək, əzizləmək, səhv hərəkətlərinə göz yummaq,  həddindən artıq ərköyün böyüdüb qudurtmaq; ~ başına mindirmək, boynuna mindirmək

    Полностью »
  • BAŞINA ÇIXMAQ

    göstərilən hədsiz qayğıdan sui-istifadə etmək, qudurmaq; ~ həddini aşmaq.

    Полностью »
  • BAŞINA DAŞ SALMAQ

    1. Nəyisə lazımsız yerə sərf etmək, pulu xərcləyib qurtarmaq.  2. Xarab etmək, korlamaq; ~ sıradan çıxarmaq

    Полностью »
  • BAŞINA DƏN DÜŞMƏK

    bax: saçına dən düşmək.

    Полностью »
  • BAŞINA DƏYSİN

    çox pis, keyfiyyətsiz əşya təklif olunarkən söylənilən ifadə.

    Полностью »
  • BAŞINA DOLANDIRMAQ

    əfv etmək, bağışlamaq, günahından, təqsirindən keçmək; ~ balalarının başına çevirmək.

    Полностью »
  • BAŞINA DOLANMAQ

    həddindən artıq əzizləmək, nəvaziş göstərmək; ~ qayğısını çəkmək.

    Полностью »
  • BAŞINA DÖVLƏT QUŞU QONMAQ

    birdən-birə xoşbəxtliyə, var-dövlətə sahib olmaq; ~ bəxti gətirmək.

    Полностью »
  • BAŞINA DÖYƏ-DÖYƏ QALMAQ

    bax: başına döymək.

    Полностью »
  • BAŞINA DÖYMƏK

    etdiyi əməldən peşman olmaq, təəssüflənmək; ~ başına döyə-döyə qalmaq, dizinə döymək.

    Полностью »
  • BAŞINA DÜŞMƏK

    bax: beyninə düşmək.

    Полностью »
  • BAŞINA FIRLADIB VERMƏK

    bir şeyi (əsasən, pulu) istəmədən, məcbur olub vermək; ~ it aparan olsun.

    Полностью »
  • BAŞINA FIRLANMAQ

    hədsiz diqqət və qayğı göstərmək, mehribanlıq etmək.

    Полностью »
  • BAŞINA GİRMƏMƏK

    beyninə yeridə bilməmək, anlaya bilməmək, başa düşə bilməmək, qavramağa çətinlik çəkmək.

    Полностью »
  • BAŞINA GÖTÜRMƏK

    bax: aləmi başına götürmək.

    Полностью »
  • BAŞINA-GÖZÜNƏ DÖYMƏK

    gördüyü işdən, etdiyi əməldən peşman olmaq.

    Полностью »
  • BAŞINA HAVA GƏLMƏK

    dəli kimi olmaq, şüursuz hərəkət etmək; ~ ağlı başından oynamaq, başı xarab olmaq.

    Полностью »
  • BAŞINA XALTA SALMAQ

    özünə tabe etmək, öz itaəti altına almaq; ~ boğazına ip salmaq, boynuna xalta keçirmək.

    Полностью »
  • BAŞINA İP SALIB OYNATMAQ (HƏRLƏMƏK)

    bax: ələ salmaq.

    Полностью »
  • BAŞINA İŞ AÇMAQ

    çətin vəziyyətə salmaq; bilmədən özünün və ya başqasının işini artırmaq; ~ dolaşığa salmaq, başına tərs dəyirman çevirmək, başını bəlaya salmaq, başın

    Полностью »
  • BAŞINA İŞ GƏLMƏK

    müsibətlə qarşılaşmaq, xoşagəlməz hadisə baş vermək; gözlənilmədən çətin və çıxılmaz bir vəziyyətə düşmək; ~ lov düşmək, oyuna düşmək

    Полностью »
  • BAŞINA İŞ GƏTİRMƏK

    pislik eləmək, bəlaya, fəlakətə uğratmaq.

    Полностью »
  • BAŞINA İT OYUNU AÇMAQ

    incitmək, pis vəziyyətə salmaq, dolamaq.

    Полностью »
  • BAŞINA KÜL QOYUM

    bax: kül başına.

    Полностью »
  • BAŞINA KÜL OLMAQ

    dağılmaq, pis vəziyyətə düşmək, məhv olmaq.

    Полностью »
  • BAŞINA QAXMAQ

    etdiyi yaxşılığı xatırladaraq utandırmaq; ~ üzünə çırpmaq  (vurmaq), başına vurmaq, başa vurmaq, minnət qoymaq, başa qaxınc etmək

    Полностью »
  • BAŞINA QALMAQ

    bax: başlı-başına qalmaq.

    Полностью »
  • BAŞINA QAPAZ VUR, ÇÖRƏYİNİ ƏLİNDƏN AL

    bax: başına vur, çörəyini əlindən al.

    Полностью »
  • BAŞINA QARA BAĞLAMAQ

    yaxın adamı üçün yas saxlamaq.

    Полностью »
  • BAŞINA QAZAN KEÇİRMƏK

    aldatmaq, kələk gəlmək.

    Полностью »
  • BAŞINA QƏZA GƏLMƏK

    başına bəla gəlmək; ~ işə düşmək, paza keçmək.

    Полностью »
  • BAŞINA LƏÇƏK ÖRTMƏK

    1. Öz namusuna, şərəfinə, mənliyinə toxunacaq hərəkət etmək.  2. Qorxaqlıq göstərmək.

    Полностью »
  • BAŞINA MİNDİRMƏK

    həddən çox sərbəstlik vermək, güzəştə gedib üz vermək; ~ başına çıxarmaq, boynuna mindirmək.

    Полностью »
  • BAŞINA OD ƏLƏMƏK (YAĞDIRMAQ)

    əzab-əziyyət vermək, davamlı təhqir və söyüşlərə məruz qoymaq, cəzalandırmaq.

    Полностью »
  • BAŞINA OYUN AÇMAQ (GƏTİRMƏK)

    ağır bir əziyyətə salmaq, pislik etmək, bəlaya, fəlakətə uğratmaq; ~ başına tənbəki oyunu açmaq, başına tərs dəyirman çevirmək, başına iş açmaq, başın

    Полностью »
  • BAŞINA SOYUQ DƏYMƏK

    özünə nəzarət edə bilməmək, gic hərəkətlər etmək; ~ ağlını itirmək, başına at təpmək.

    Полностью »
  • BAŞINA ŞAMIN MÜSİBƏTİNİ GƏTİRMƏK

    əzab vermək, ağır sıxıntı və əziyyətə salmaq; ~ başına oyun açmaq (gətirmək), başına tənbəki oyunu açmaq, başına tərs dəyirman çevirmək, başına iş açm

    Полностью »
  • BAŞINA TƏNBƏKİ OYUNU AÇMAQ

    çətin vəziyyətə salmaq; ~ başına tərs dəyirman çevirmək, başına iş açmaq, başına oyun açmaq (gətirmək), başında dəyirmandaşı fırlatmaq, başında turp ə

    Полностью »
  • BAŞINA TƏRS DƏYİRMAN ÇEVİRMƏK

    bax: başında dəyirmandaşı fırlatmaq.

    Полностью »
  • BAŞINA TOPLAMAQ

    bir qrup adamı ətrafına yığmaq; ~ başına yığmaq.

    Полностью »
  • BAŞINA TORBA SALIB OYNATMAQ

    aldatmaq, etibarından sui-istifadə etmək.

    Полностью »
  • BAŞINA TORBA SALMAQ (KEÇİRMƏK)

    oğurlamaq, gizlətmək.

    Полностью »
  • BAŞINA VUR, ÇÖRƏYİNİ ƏLİNDƏN AL

    birinin məğmunluğunu, bacarıqsızlığını, kütlüyünü bildirmək üçün işlədilən ifadə; ~ başına qapaz vur, çörəyini əlindən al

    Полностью »