Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Aşağı Adyaman
Aşağı Adyaman — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Qaranlıq (Martuni) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 6 km məsafədə, Adyaman çayının yanında yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Adyaman kəndindən köçənlər yeni yaşayış yerlərinə Aşağı Adyaman qoymuşlar. Mürəkkəb quruluşlu toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 7.XII.1945-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Nerkin Getaşen (Aşağı Çaykənd) qoyulmuşdur. == Əhalisi == 1897-ci ildə burada 13 nəfər azərbaycanlı yaşamışdır. Ermənilər buraya 1828-29-cu illərdə Türkiyənin Alaşkerd bölgəsindəki Topraqqala kəndindən köçürülmüşdür.
Aşağı Adıqca
Aşağı Adıqca (КӀахыбзэ; КӀах Адыгэ псалъэ) — Abxaz-adıq dillərindən Adıq dilinin (Адыгэ псалъэ) bir dialektidir. Adıgey Respublikasında, Lazarev və Tuapse bölgələrində və Krasnodar vilayətində yayılmışdır. Şərqi Avropanın yerlisi Adıq dilinin digər əsas dialekti isə Yuxarı Adıqdır (Kabarda-çərkəz). Aşağı Adıq dialektindən 120 mindən artıq adam ünsiyyət vasitəsi kimi istifadə edir. Aşağı Adıq dili əsas ağızları arasında temirgoi, abadzex, bjeduq və şapsuq kimi boyların ağızları tapılar. Temirgoi, bu dilaketin ədəbi standartıdır. Ədəbi dil intensiv şəkildə inkişaf edir.
Aşağı Alçalı
Aşağı Alçalı, Ardzvanist (erm. Արծվանիստ) — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Qaranlıq (Martuni) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 18 km şimal-şərqdə, Göyçə gölündən 2 km aralıda, Alçalı çayının yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim fərqləndirici əlamət bildirən aşağı sözü ilə məasubluq bildirən -lı şəkilçisi qəbul etmiş alça bitki adı əsasında əmlə gəlmişdir. Fitotoponimdir. Quruluşca mürəkkəb toponiındir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 27.IX.1968-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Ardzvanist qoyulmuşdur. == Əhalisi == XIX əsrin 20-cı illərinə qədər burada azərbaycanlılar yaşamışdır. Türkmənçay müqaviləsindən sonra, 1829-30-cu illərdəTürkiyənin Alaşkerd bölgəsindən köçürülən ermənilər burada yerləşdirilmişdir.
Aşağı Amburdərə
Aşağı Amburdərə — Azərbaycan Respublikasının Lerik rayonunun Qosmalyan inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 15 mart 2002-ci il tarixli, 273-IIQ saylı Qərarı ilə Lerik rayonunun Aşağı Amburdərə kəndi Qosmalyan kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Kələxan kəndi mərkəz olmaqla Kələxan kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponim == r.Amburdərə Anbar dərəsi adının təhrif olunmuş formasıdır kənd ərazisində böyulük bir anbar olmuşdur , türk kəndidir 1933 ci ildə sadəcə Amburdərə yazılışında qeyd olunmuşdur . Elave etdi Lerik_tanitim_seifesi == Tarixi == 1933-cü ildə kənd sadəcə Amburdərə yazılışında qeydə alınmışdır. == Coğrafiyası == Kənd Gəncəvü çayının sahilində, Peştəsər silsiləsinin ətəyində yerləşir.
Aşağı Apu
Aşağı Apu — Azərbaycan Respublikasının Lənkəran rayonunun Biləsər inzibati ərazi vahidində kənd. Əhalisi 115 nəfərdir. Peştəsər silsiləsinin yamacında yerləşir. == Toponimiyası == Oykonim "aşağıda yerləşən Apu kəndi" deməkdir. talış dilində abı/abu/apu paralelləri "xəlvət guşə; təcrid olunmuş yer; gizli yer; dincəlmək üçün sakit yer", "papaq; dağ başı" mənalarını ifadə edir. Bu da həmin kəndin yerləşdiyi ərazinin coğrafi movqeyi ilə bağlıdır. == Coğrafiyası == Şimaldan Daşdatük kəndi, cənubdan və qərbən meşə sahələri, şərqdən Bəşəru çayı ilə həmsərhəddir.
Aşağı Aralıq
Aşağı Aralıq — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. == Toponimikası və tarixi == Düzənlikdədir. Yaşayış məntəqəsi keçmiş Aralıq Başkənd (indiki Yuxarı Aralıq) kəndindən çıxmış ailələr tərəfindən salınmış və Aşağı Aralıq Başkənd adlandırılmışdır. Sonralar toponimin tərkibindəki Başkənd komponenti ixtisara uğramış və indiki formada rəsmiləşdirilmişdir. Oykonim "aşağıda yerləşən Aralıq kəndi" deməkdir. 29 mart 2005-ci ildə Aşağı Aralıq kəndi Aralıq kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Aşağı Aralıq kənd inzibati ərazi vahidi yaradılmışdır. == Əhalisi == Əhalisi 1077 nəfərdir. === Tanınmış şəxləri === Vasif Talıbov - Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Yeni Azərbaycan Partiyası İdarə heyətinin üzvü, Azərbaycan dövlət xadimi.
Aşağı Astanlı
Aşağı Astanlı — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Aşağı Astanlı Yardımlı rayonunun Astanlı inzibati ərazi vahidində kənd. Bolqar çayından bir qədər aralı, Buravar silsiləsinin ətəyindədir. Keçmiş adı Astanlı olmuşdur. Oykonimin birinci komponenti kəndin coğrafi mövqeyini bildirməklə yanaşı, onu eyniadlı digər yaşayış məntəqəsindən fərqləndirməyə xidmət edir. "Astanlı kəndinin Aşağı hissəsi" deməkdir.
Aşağı Atuc
Aşağı Atuc — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Quba rayonunun faktiki mövcud olan Aşağı Atuc kəndi rayonun yaşayış məntəqələri siyahısına daxil edilmiş, bu kənd mərkəz olmaqla Aşağı Atuc kənd Soveti yaradılmışdır. == Toponimikası == XIX əsrin sonlarında Atuc kəndindən çıxmış bir qrup ailənin həmin kəndə məxsus qışlaq yerində məskunlaşması nəticəsində yaranmışdır. Yaşayış məntəqəsi əvvəlki kənddən bir qədər aşağıda yerləşdiyi üçün belə adlandırılmışdır. == Coğrafiyası və iqlimi == Kənd Baş Qafqaz silsiləsinin yamacında yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 2236 nəfər əhali yaşayır.
Aşağı Avşar
Aşağı Avşar — Azərbaycan Respublikasının Ağcabədi rayonunun Aşağı Avşar kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Ağcabədi rayonunun Xocavənd kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Aşağı Avşar kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 11 iyun 2002-ci il tarixli, 341-IIQ saylı Qərarı ilə Ağcabədi rayonunun Aşağı Avşar kəndi Xocavənd kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Aşağı Avşar kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == Kənd əhalisinin əsas tərkibini Nərgiztəpədən köçüb gələn Avşarlar təşkil etdiyinə görə kənd Aşağı Avşar adlanmışdır. == Tarixi == Kəndin əsası XX əsrin əvvəllərində Kirov deyilən bu ərazidə 5–10 ailədən ibarət maldar obalar halında qoyulmuşdur. Kəndin əsasını qoyan ilk sakin Kərbəlayi Bağır olmuşdur. == Coğrafiyası və iqlimi == Kəndin ərazisi 9.0 kv.km-dir. == Əhalisi == Əhalisi 1756 nəfərdir (2009). == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini əkinçilik və heyvandarlıq təşkil edir.
Aşağı Axta
Hrazdan və ya Razdan (1959-cu ilədək Aşağı Axta) — Ermənistan Respublikası ərazisində yerləşən şəhər. Hrazdan rayonunun mərkəzi. Zəngiçay sahilində yerləşən kiçik şəhərdir. 1959-cu ildən respublika tabeli şəhərdir. == Tarixi == Aşağı Axta — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Axta (Hrazdan) rayonunda kənd. Zəngiçayın yaxınlığında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim fərqləndirmə mənasını bildirən aşağı sözü ilə padar türk tayfasının bir qolunu təşkil edən axta etnoniminin birləşməsindən əmələ gəlmiş etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 30 iyun 1959-cu il fərmanı ilə kəndin adı dəyişdirilib Hrazdan qoyulmuşdur.
Aşağı Axtala
Aşağı Axtala / Gümüşxana , Axtala (erm. Ախթալա) — Ermənistan Respublikasının Loru mərzində şəhər. 1939–cu ildə işçi qəsəbəsi, 1995–ci ildə isə şəhər statusu almışdır. 7 noyabr 1995–ci il tarixində Ermənistan Respublikası Milli Məclisinin qəbul etdiyi və 4 dekabr 1995–ci ildə Ermənistan Respublikasının prezidenti Levon Ter-Petrosyanın təsdiq etdiyi "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında Qanunu" na əsasən yaxınlığındaki kurort kəndi ilə birlikdə "Axtala bələdiyyəsi"ni (erm. Ախթալայի քաղաքային համայնքի) təşkil edir. 12 – 21 oktyabr 2011–ci il siyahıyaalınmasına əsasən şəhərin (de–yuri) daimi əhalisi 2.092 nəfərdir, şəhərdən 3 km aralıda yerləşən və onunla eyni bələdiyyəyə daxil olan (adsız) kurort kənddə isə cəmi 14 nəfər əhali yaşayır.
Aşağı Aybasanlı
Aşağı Aybasanlı — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. == Tarixi == Hacılı camaatı Cavanşir elinin böyük qollarından biridir. XVIII yüzildə Yağləvənd oymağının Gecəgözlü, Seyidəhmədli qolları, elin digər oymağı Köçərlinin bir budağı olan Mahmudlunun birləçməsi nəticəsində yaranıb. Bu camaat Qarabağ xanlığının yaranmasında fəal iştirak edib. XIX yüzildə Hacılı camaatına Gecəgözlü, Seyidəhmədli, Mahmudlu, Aybasanlı, Mirzəcamallı, Şıxılı, Comərdli və Sarılar obaları daxil idi. XIX yüzilin ortasında Mahmudlu obasının yeni qolları meydana gəldi. Bunlar Hüseynbəyli və Ələsgərli obaları idilər. Aybasanlı obasından isə Qorqan şenliyi əmələ gəldi. Hacılı camaatı Rus-İran savaşlarında fəal iştirak etmişdi.
Aşağı Ayrım
Aşağı Ayrım — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Aşağı Ayrım kənd inzibati ərazi dairəsində kənd. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == Tarixi == Aşağı Ayrım Kəlbəcər rayonunun Oktyabrkənd inzibati ərazi vahidində kənd. Dağətəyi ərazidədir. Kənd Ayrım çayının Aşağı hissəsində yerləşdiyi üçün belə adlandırılmışdır. Digər məlumatlara görə Yuxarı Ayrım və Aşağı Ayrım kəndlərinin türk ayrım tayfalarının adı ilə bağlıdır. == Əhalisi == "1886-cı il ailə siyahılarından çıxarılmış Zaqafqaziya diyarının əhalisi haqqında statistik məlumatlar toplusu"na görə, Ayrım kəndində 129 evdə 684 şiə kürd yaşayırdı.
Aşağı Ayıblı
Əyyublu (əvvəlki adları: Çıraqlılar; Aşağı Ayıblı) — Azərbaycan Respublikasının Tovuz rayonunun Əyyublu kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 7 mart 2012-ci il tarixli, 310-IVQ saylı Qərarı ilə Tovuz rayonunun Aşağı Ayıblı kənd inzibati ərazi dairəsi tərkibindəki Aşağı Ayıblı kəndi Əyyublu kəndi adlandırılmış, Aşağı Ayıblı kənd inzibati ərazi dairəsi Əyyublu kənd inzibati ərazi dairəsi hesab edilmişdir. == Toponimikası == Kənd XIX əsrin əvvəllərində keçmiş Gövhər Ayıblı kəndindən çıxmış ailələrin burada məskunlaşması nəticəsində yaranmışdır. Tədqiqatçıların məlumatına görə, bu kənd şərti olaraq 3 hissəyə ayrılır: Aşağı Ayıblı, Yuxarı Ayıblı (və ya Qaş Ayıblı) və Qazanlar. Araşdırmalar gostərir ki, bu kəndin ilkin adı Çıraqlılardır. Zəyəmçay üzərində məskun olan çıraqlıların hakimi Eyyubxan olmuşdur. XVII–XVIII əsrlərdə kənd Eyyublu kimi də qeydə alınmışdır. Ayıblı Eyyublu adının təhrif olunmuş şəklidir. Oykonim "Eyyublu kəndinin Aşağı hissəsi" kimi başa düşülməlidir. Rayonun ərazisində Ayıblı qobusu adlı yarğan da vardır.
Aşağı Aza
Azadkənd (əvvəlki adı: Aşağı Aza) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Aza kənd inzibati ərazi dairəsi tərkibindəki Aşağı Aza kəndi Azadkənd adlandırılmışdır. Düzənlikdədir.Araz və Gilançayın birləşdiyi ərazidə yerləşir. Oykonim "Aşağıda yerləşən Aza kəndi" mənasındadır. 2003-cu ildən kəndin adı Azakənd kimi rəsmiləşdirilmişdir..Kənddə əsasən əkinçilik,meyvəçilik və maldarlıq inkişaf etmişdir. Kənddə 510 yerlik məktəb, kitabxana, mədəniyyət evi və tibb məntəqəsi fəaliyyət göstərir. == Tarixi == == Əhalisi == Əhalisi 1095 nəfərdir.
Aşağı Manhetten
Aşağı Manhetten (ing. Lower Manhattan, Downtown Manhattan), həmçinin Aşağı Nyu-York (ing. Downtown New York) kimi də tanınır — Manhettenin ən cənub hissəsi. Ərazi 2010-2020-ci illərdə Nyu-Yorkun ən sürətlə inkişaf edən yeri olmuşdur.
Aşağı Qazanış
Aşağı Qazanış (qum. Тёбен Къазаныш, Тюпдеги Къазаныш, Уллу Къазаныш, rus. Нижнее Казанище) — Rusiya Federasiyasının Dağıstan Respublikasının Buynaksk rayonunda bir kənd. Yuxarı Qazanış kəndinin yaxınlığında yerləşir. == Tarixi == Keçmiş adı Böyük Qazanış olmuşdur (qum. Уллу Къазаныш, rus. Большое Казанище).
Aşağı Xatunarxı
Yuxarı Xatınarx — İrəvan quberniyasında Eçmiədzin qəzasında, əvvəl Zəngibasar rayonunda, sonralar isə Üçkilsə (Eçmiədzin) rayonunda kənd. == Tarixi == İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Üçkilsə (Eçmiədzin) rayonunda kənd. Rayon mərkəzindən 6 km cənubda, Böyük Qarasu çayının yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. 1670–80-ci illərdə Çuxur-Səd bəyləribəyi Səfixanın Qarasu çayından çəkdirdiyi arxın kənarında onun arvadı Xatın, kənd saldırmış və həmin kənd Xatınarx adlanmışdır. Antropotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 25.1.1978-ci il fərmanı ilə adı dəyişdirilib Qay qoyulmuşdur == Əhalisi == Kənddə 1828-ci ilə kimi yalnız azərbaycanlılar yaşamışdır. Türkmənçay müqaviləsindən sonra 1828–29-cu illərdə buraya İranın Xoy və Salmas vilayətlərindən ermənilər köçürülüb yerləşdirilmişdir.
Aşağı Şənəstəq
Aşağı Şənəstəq və ya Kiçik Şənəstəq (az.-əbcəd. کیچیک چینسته، آشاغێ چینسته‎, fars. شنستق سفلی‎) — İranın Qəzvin ostanının Takistan şəhristanının Xürrəmdəşt bəxşinin Əfşariyyə dehistanının ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 296 nəfər yaşayır (103 ailə). Kəndin əhalisini Azərbaycanlılar təşkil edir, Azərbaycan dilində danışırlar və şiə müsəlmandırlar.
Aşağı Çaylı
Aşağı Çaylı, və ya Nerkin Çaylı, və ya Nergin Çaylı — Azərbaycan Respublikasının Ağdərə rayonunun Çaylı kənd inzibati ərazi dairəsinin indiki Çaylı kəndi ərazisində keçmişdə mövcud olmuş kənd. == Toponim == Aşağı Çaylı kəndi 1828-ci ildə İrandan köcürülmüş ermənilərin Qarabağda (Tərtər çayı sahilində) yerləşdirilməsindən yaranmış kənddir. Ermənicə Nerkin (aşağı) Çaylı adlanmışdır. == Coğrafiya == Ərazisi Tərtər çayının sol sahilində yerləşir. == Tarixi == 1933-cu ildə Aşağı Çaylı kimi qeydə alınan bu kənd sonralar Nerkin (erm. "Aşağı") Çaylı adlandırılmışdı. ASÇC-nin (Azərbaycan Sosialist Şura Cümhuriyyəti və ya Azərbaycan SSR) 1933-cü il üçün inzibati bölgüsündə o zaman mövcud olmuş Muxtar Dağlıq Qarabağ Oblastın (Dağlıq Qarabağ Muxtar Vilayətinin) tərkibində Yuxarı Çaylı kənd şurası və qeyd olunan kənd şurasının tərkibində Aşağı Çayı və Yuxarı Çaylı məskun yerləri qeyd olunur. Azərbaycan SSR-nin 1977-ci il yanvarın 1-nə olan vəziyyətə görə tərtib edilmiş inzibati-ərazi bölgüsündə Verin Çaylı (yəni Yuxarı Çaylı) və Nerkin Çaylı (yəni Aşağı Çaylı) kəndləri o zaman mövcud olmuş Dağlıq Qarabağ Muxtar Vilayətində Mardakert rayonunun Verin Çaylı kənd Sovetinin tərkibində göstərilir, Verin Çaylı kəndi isə Verin Çaylı kənd Sovetinin mərkəzi kimi göstərilir. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 26 mart 1982-ci il tarixli Fərmanı ilə bir birinə birləşmiş Verin Çaylı və Nerkin Çaylı kəndlərinə Çaylı adı verilməsinin və bununla əlaqədar Çaylı kəndi mərkəz olmaqla, Verin Çaylı kənd Sovetinin Çaylı kənd Soveti adlandırılmasının təsdiq olunması qərara alınmışdı. Qarabağ münaqişəsi başlayandan sonra Azərbaycan Respublikasının 26 noyabr 1991-ci il tarixli Qanunu ilə Dağlıq Qarabağ Muxtar Vilayətinin ləğv olunması, Mardakert rayonunun Ağdərə rayonu adlandırılması qərara alınmışdı.
Aşağı Ağasıbəyli
Aşağı Ağasıbəyli — Azərbaycan Respublikasının Samux rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 15 mart 2002-ci il tarixli, 273-IIQ saylı Qərarı ilə Samux rayonunun Aşağı Ağasıbəyli kəndi Əhmədbəyli kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Yuxarı Ağasıbəyli kəndi mərkəz olmaqla Yuxarı Ağasıbəyli kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == Yuxarı Ağasıbəyli oykoniminin qarşılığıdır. Ağasıbəyli XIX əsrin ortalarında maldar elatlardan birinin adını əks etdirir. == Coğrafiyası və iqlimi == Kənd düzənlikdə yerləşir. == Əhalisi == Əhalisinin sayı 460 nəfərdir.
Aşağı Ağbaş
Aşağı Ağbaş — İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 10 km şimal-şərqdə, Çatmadağın ətəyində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim türk mənşəli ağbaş etnonimi əsasında əmələ gəlmişdir. «Aşağı» fərqləndirici əlamət bildirir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 20.VIII.1945-ci il fərmanı ilə adı dəyişdirilib Arevşat qoyulmuşdur. == Əhalisi == Kəndin köklü sakinləri azərbaycanlılar olmuşdur. Ermənilər buraya 1828-ci illərdə İranın Salmas və Xoy bölgələrindən köçürülüb yerləşdirilmişdir.
Aşağı Ağcakənd
Aşağı Ağcakənd (əvvəlki adı: Şaumyanovsk) — Azərbaycan Respublikasının Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbə inzibati ərazi dairəsində qəsəbə. Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı ilə Goranboy rayonunun Şaumyanovsk qəsəbəsinin tarixi adı özünə qaytarılaraq Aşağı Ağcakənd qəsəbəsi adlandırılmışdır. == Toponimikası == 1938-ci ildən 1992-ci ilədək Şaumyan adlandırılmışdır. Qarabağ yaylasında yerləşən Ağcakənd yaşayış məntəqəsinin adının qarşılığıdır. == Tarixi == Sovetlər dönəmində, 1938-ci ildə Goranboyun sözügedən hissəsi ayrılaraq, mərkəzi Aşağı Ağcakənd olmaqla, ətraf kəndlərlə birlikdə ayrıca rayon elan edilmişdi. Elə o illərdə Aşağı Ağcakəndin adı 26-lardan biri olan erməni Stepan Şaumyanın adına Şaumyan adlandırılmışdı. 1991-ci ildə keçirilən Halqa əməliyyatından sonra Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Şaumyan rayonu ləğv edildi və həmin ərazi yenidən Goranboya birləşdirildi. 1992-ci ilin iyun ayında Ermənistanın işğalçı qoşunları tərəfindən işğal edilmiş qəsəbə bütünlüklə yandırılsa da, bir müddət sonra Azərbaycan ordusu tərəfindən geri alınmışdır. Aşağı Ağcakənddə bərpa işləri indiyə qədər davam edir. Hazırda Xocalı köçkünləri Aşağı Ağcakənddə və ona yaxın kəndlərdə məskunlaşdırılıb.
Aşağı Ağcaqala
Aşağı Ağcaqala — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Talin rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 12 km cənub-şərqdə, Alagöz dağının cənub-qərb tərəfində yerləşir. Kəndin digər adı Hacıqala olmuşdur. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim Azərbaycan toponimiyasında fərqləndirici əlamət bildirən aşağı sözü ilə türk dilində «ağımtıl, quru, bozumtul düzən, çöl» mə’nasında işlənən ağca sözünə qala sözünün qoşulmasından əmələ gəlib «ağımtıl, bozumtul yerdətikilən qala yanındakı kənd» mə'nasının ifadə edir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. Emı.SSR AS RH-nin 12.XI.1946-cı il fərmanı ilə adı dəyişdirilib Nerkin Bazmaberd (Aşağı Rəngbərəng, çal qala) qoyulmuşdur. == Əhalisi == Kənddə 1831-ci ildə 53 nəfər, 1873-cü ildə 398 nəfər, 1886-cı ildə 502 nəfər, 1897-ci ildə 617 nəfər, 1904-cü ildə 315 nəfər, 1914-cü ildə 334 nəfər, 1916-cı ildə 733 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd erməni təcavüzünə mə'ruz qalaraq sakinləri azərbaycanlılar tarixi-etnik torpaqlarından qırğınlarla deportasiya olunmuş və 1915-18-cı illərdə Türkiyənin Sasun vilayətinin Arzvik, Qrmav, Qdzak, Kaşkşenk kəndlərindən və Muş vilayətindən köçürülən ermənilər kənddə yerləşdirilmişdir. Göründüyü kimi, 1918-ci ilə kimi burada yalnız azərbaycanlılar yaşamışdır.
Aşağı Ağcayazı
Aşağı Ağcayazı — Azərbaycan Respublikasının Ağdaş rayonunun Yuxarı Ağcayazı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Ağdaş rayonunun Yuxarı Qolqəti kənd Sovetinin Aşağı Ağcayazı kəndi Dəhnəxəlil kənd Sovetinin tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 9 oktyabr 2007-ci il tarixli, 425-IIIQ saylı Qərarı ilə Ağdaş rayonunun Aşağı Ağcayazı kəndi Dəhnəxəlil kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Yuxarı Ağcayazı kəndi mərkəz olmaqla, Yuxarı Ağcayazı kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == Kənd XIX əsrin ortalarında Ağçayazı (indiki Yuxarı Ağçayazı) kəndindən çıxmış ərəbəbdülkərim tayfasına mənsub olan ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Birinci komponent ərazidəki eyniadlı iki yaşayış məntəqəsini fərqləndirmək məqsədilə işlənir. Oykonim "Aşağıda yerləşən Ağçayazı kəndinin aşağı hissəsi" deməkdir. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Şirvan düzündə yerləşir.
Buxarı
Buxarı — evlərin daxilində, evi qızdırmaq və xörək hazırlamaq məqsədilə qurulmuş ocaq yeri. == Xüsusiyyətləri == Buxarı evdə diqqəti cəlb edən əsas elemntlərdən biridir. Yaşayış evlərinin əksəriyyətində buxarı kəllə divarın ortasında yerləşdirilirdi. Bəzən otağın künclərinin birində ocaq oyuğundan və divariçi tüstü borusundan ibarət buxarılara da rast gəlmək olurdu. Atmosfer çöküntülərindən mühafizə edilməsi və tüstünü yaxşı çəkməsi üçün buxarının başı hörülərək dam örtüyündən 80 - 90 sm hündürə qaldırılır, günbəzli, qövüsvari və ya üçbucaq formalı başlıqla tamamlanırdı. Azərbaycanın Şirvan bölgəsində bağdadı tipli evlərdə bu funksiyanı "səbətbaca" yerinə yetirirdi. Lənkəran - Astara bölgəsi kəndlərində bişmiş və çiy (kal) kərpicdən hörülmüş buxarıların içərisinə xüsusi çuqun tava yerləşdirilirdi. İki qulpu olan bu tava istiliyi tənzimləyir, evə tüstünün dolmasının qarşısını alırdı. Belə ki, ocaq yeni yandırılanda qulp vasitəsilə tava fırladılır, tüstü ancaq bacadan çıxardı. Köz düşdükdə isə tava əksinə fırladılır, bu zaman tavanın qövsü bacanın yolunu bağlayır, istiliyi otağa ötürürdü == Formaları == Azərbaycanda buxarının bir neçə formalarından istifadə olunmuş.
Buxari
Buxari və ya tam adı ilə Əbu Abdullah Məhəmməd ibn Əbülhəsən İsmayıl ibn İbrahim əl-Muğirə ibn Əhnəf Bərdizbəh əl-Cufi əl-Buxari (810-869) — tanınmış hədis alimi. == Həyatı == Buxari əslən Səmərqənd Buxara şəhərində anadan olub. Buxari ərəb olub. Uşaq yaşlarından atasını itirən Buxari anasının tərbiyəsi ilə böyüyüb və kiçik yaşında artıq Qurani Kərimi əzbərlədi və ərəb dilini öyrəndi. Atasından qalan sərvət onun heç kimə möhtac olmadan elm öyrənməsinə yararlı oldu. On bir yaşında hədis öyrənməyə başlayan Buxari 16 yaşında anası və qardaşı Əhmədlə həcc ziyarəti edir. Anası və qardaşı Buxaraya qayıdanda o, elm öyrənmək istəyi ilə Məkkədə qalır. On səkkiz yaşında "Kitabi Kadyas-Səhabə vət Tabiin" ilə "ət-Tarixül-Kəbir" adlı əsərlərini yazan Buxari elmini artırmaq üçün Şam, Misir, Bəsrə və Bağdada səfər edir. Bu səbəblə altı il Hicazda qalan Buxari hədis öyrənmək və nəql etməklə yanaşı şeirlə də maraqlanırdı. Döyüş idmanlarına maraq göstərir, at minir, ox atırdı.
Yubari
Yubari (yap. 夕張市) — Yaponiyanın Hokkaydo adasında və eyni adlı prefekturanın Soraçi sabprefekturada yerləşən şəhər.
Yuxarı Ağalı
Yuxarı Ağalı — Azərbaycan Respublikasının Biləsuvar rayonunun Yuxarı Ağalı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 6 may 1997-ci il tarixli, 293-IQ saylı Qərarı ilə Biləsuvar rayonunun faktiki mövcud olan Yuxarı Ağalı kəndi dəqiqləşdirmə qaydasında Ağalıkənd kənd inzibati-ərazi vahidinin tərkibində yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. Rayonda ağalı komponentli iki kənd mövcuddur: Ağalıkənd və Yuxarı Ağalı. Oykonimin birinci komponenti coğrafi mövqeyi, ikinci komponenti isə keçmiş dilağarda tayfasının canşalı (cahanşahlı) tirəsinin ağalı nəslinin adını əks etdirir. 1870-ci ilə aid bir sənəddə Ağalıkəndin bu nəsilin nümayəndələri tərəfindən salındığı haqqında məlumat verilir. Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Kənd rayonun cənubunda yerləşir. Muğan kəndi və İran İslam Respublikası ilə sərhəddir. 31 may 2023-cü ildə Bolqarçayda olacaq sel təhlükəsindən vətəndaşların qorunması məqsədilə Biləsuvar rayonunun Yuxarı Ağalı, Amankənd və Muğan kəndlərinin sakinləri təxliyə edilmişdir. Abdulov Asif Mirayə oğlu — Birinci Qarabağ müharibəsi şəhidi.
Yuxarı Ağalı bələdiyyəsi
Biləsuvar bələdiyyələri — Biləsuvar rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Aşaği Qalaquz
Aşaği Qalaquz — İrəvan quberniyasının Eçmiədzin qəzasında qışlaq adı. 1918-ci ilin əvvəllərində Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və kənd dağıdılmışdır. XIX əsrdə Şimali Qafqazda Kalaus-Bert yer-Barts (təpə), Kalaus (kənd), Kalaus (qala), Kalaus (çay) və Kalaus (kənd) toponimləri ilə sıra təşkil edir. Mənası məlum deyil. Bax: Kalauz.
Aşaği Qaraqoymaz
Aşağı Qarakoymaz — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Talin rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 9 km cənub-şərqdə, Alagöz dağının qərb tərəfində yerləşir. Qafqazın 5 verstlik xəritəsində Qarakovmaz formasında qeyd edilmişdir. Toponim türk dilində «böyük», «təpə», «dağın zirvəsi»,«zirvə» mə'nasında işlənən qara sözündən və türkdilində kənd mə'nasında işlənən köy sözünün forması olan koy sözü ilə «dağın cənub yamacı», «yüksəkliyin meşəsiz tərəfi», «dağın gün düşən tərəfi» mənasında işlənən mes sözünün birləşməsindən əmələ gəlmişdir. «Böyük dağın, təpənin gün düşən, cənub tərəfində olank ənd» mə'nasını ifadə edir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 12.XI.1946-cı il fərmanı ilə adı dəyişdirilib Nerkin Sasunaşen qoyulmuşdur. == Əhalisi == Kənddə 1831-ci ildə 49 nəfər, 1873 - cü ildə 265 nəfər, 1886-cı ildə 356 nəfər, 1897-ci ildə 233 nəfər, 1904 - cü ildə 394 nəfər, 1914 - cü ildə 418 nəfər, 1916-cı ildə 322 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd erməni təcavüzünə mə'ruz qalaraq sakinləri azərbaycanlılar tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur.
Yuxarı Qanlıca
Yuxarı Qanlıca - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunda kənd. Rayon mərkəzindən 14 km məsafədə yerləşir. 1937-ci ilə kimi Leninakan rayonunun tərkibində olmuşdur. Toponim fərqləndirici əlamət bildirən yuxarı sözü ilə qanlı qədim türk tayfasının adına -ca şəkilçisinin qoşulması əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 26.lV.1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Marmaşen qoyulmuşdur. Kəndin köklü sakinləri azərbaycanlılar olmuşdur. Onlar 1828-ci ildə deportasiya olunmuş, 1828-30-cu illərdə Türkiyədən köçürülən ermənilər burada yerləşdirilmişdir.
Yuxarı Qanqlıçay
Yuxarı Qansöyər
Yuxarı Qansöyər (rus. Верхнекансиярово, başq. Үрге Ҡанһөйәр) — Başqırdıstan Respublikasının Baltas rayonunda yerləşən kənd. Kənd, Tusıbay kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Starobaltas): 20 km., kənd sovetliyindən (Tusıbay): 4 km. ən yaxın dəmiryol stansiyasından (Kueda stansiyası): 91 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə başqırdlar (81%) üstünlük təşkil edir.
Yuxarı Qapanlı
Yuxarı Qapanlı, Qapanlı (?-2015) — Azərbaycan Respublikasının Tərtər rayonunun Yuxarı Qapanlı kənd inzibati ərazi vahidində kənd. 29 may 2015-ci ildə Qapanlı kənd inzibati ərazi dairəsi tərkibindəki Qapanlı kəndi Yuxarı Qapanlı kəndi adlandırılmış və Qapanlı kənd inzibati ərazi dairəsi Yuxarı Qapanlı kənd inzibati ərazi dairəsi hesab edilmişdir.
Yuxarı Qarabulaq
Yuxarı Qarabulaq (gürc. ზემო ყარაბულახი) — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Başkeçid rayonunun inzibati-ərazi vahidində kənd. 1 yanvar 2010-cu il vəziyyətinə görə Qarabulaq kənd inzibati-ərazi dairəsinin mərkəzidir. Kənd rayonun inzibati mərkəzi olan Başkeçid şəhərindən 22–25 km qərbdə, Qarabulaq çayının sahilində yerləşir. Qaraxaç silsiləsinin şərq ətəklərində yerləşən kənd coğrafi cəhətdən rayonun Gödəklər, İpnari və Hüseynkənd kəndləri ilə qonşu, Aşağı Qarabulaq kəndi ilə iç-içədir. Borçalı bölgəsində Qarabulağın adı 1701-ci il əhalisayımında çəkilib, Yuxarı Qarabulaqda 8 nəfər, Aşağı Qarabulaqda 7 nəfər əhali qeyd edilib. Müxtəlif tarixlərdə keçirilmiş əhali sayımları zamanı kənd əhalisinə dair məlumatlar bəzən vahid Qarabulağ kəndi adı ilə ümumi, bəzən isə ayrı kəndlər olaraq aşağı və yuxarı Qarabulaq kəndləri adı ilə verilmişdir. 1886-cı ildə Böyük Qarabulaqda 32 ailədə 155 nəfər, İkiqapılı-Qarabulaqda 8 ailədə 37 nəfər, Bala Qarabulaqda 6 ailədə 45 nəfər, 1926-cı ildə ümumi Qarabulaq kəndində 110 ailədə 765 nəfər azərbaycanlı yaşayırdı. 17-24 yanvar 2002-ci il Ümumgürcüstan əhali siyahıyaalınmasının rəsmi yekunlarına əsasən kənddə yaşayan 1.114 nəfər əhalinin 99 %-i etnik azərbaycanlılardan ibarətdir. 1 yanvar 2010-cu il tarixinə olan rəsmi təxminə əsasən kənddə 1.129 nəfər əhali yaşayır.
Yuxarı Qaradağlı
Yuxarı Qaradağlı, Qaradağlı (?-2015) — Azərbaycan Respublikasının Tərtər rayonunun Qaraağacı kənd inzibati ərazi vahidində kənd. 29 may 2015-ci ildə Qaraağacı kənd inzibati ərazi dairəsi tərkibindəki Qaradağlı kəndi Yuxarı Qaradağlı kəndi adlandırılmışdır. Yaşayış məntəqəsi mənşəcə Səfəvilərin hakimiyyət uğrunda mübarizəsində böyük rol oynamış qızılbaşların Qaradağlı tayfasının məskunlaşması nəticəsində yaranmışdır. Tayfa isə öz adını Cənubi Azərbaycanın Qaradağ mahalının adından almışdır. Səfəvilər hakimiyyətə keçdikdən sonra Qaradağlılar müxtəlif ərazilərə yayılmışlar. Qaradağlı adlı kəndlər də məhz həmin tayfaya məxsus ailələrin etnik adını əks etdirir. XX əsrin 30-cu illərinədək Laçın rayonunun Güləbird kəndi yaxınlığında da Qaradağlı adlı kənd olmuşdur. Bu kəndin adı Sarı Aşığın bir bayatısında çəkilir. XX əsrin 60-cı illərinədək Ermənistan ərazisində Qaradağlı adlı kənd qeydə alınmışdır.
Yuxarı Qaragüvəndli
Qaragüvəndikli — Azərbaycan Respublikasının İmişli rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə İmişli rayonunun 1 May qəsəbə Sovetinin Aşağı Qaragüvəndli və Yuxarı Qaragüvəndli kəndləri faktiki birləşdiyinə görə həmin kəndlər Qaragüvəndli kəndi adlandırılmış, Qaragüvəndli kəndi 1 May qəsəbə Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Suvorovka kənd Soveti yaradılmışdır.
Yuxarı Qaralar
Yuxarı Qaralar (əvvəlki adı: Qaralar) — Azərbaycan Respublikasının İmişli rayonunun Ölcələr kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə İmişli rayonunun Ölcələr kənd inzibati ərazi dairəsi tərkibindəki Qaralar kəndi Yuxarı Qaralar kəndi adlandırılmışdır. Kənd əhalisinin sayı 1255 nəfərdir ki, onun da 623 nəfəri kişi, 632 nəfəri isə qadındır. Kənddə Qaralar kənd məscidi dini icması fəaliyyət göstərir.
Yuxarı Qaramanlı
Yuxarı Qaramanlı — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində kənd. Kəndin adı türkdilli qədim qaramanlı (qaraimanlı kimi də qeydə alınmışdır) tayfasının adı ilə bağlıdır. Oykonimin əvvəlinə yuxarı sözü onu digər eyniadlı kənddən fərqləndirmək üçün əlavə edilmişdir. Əhalisi 2737 nəfərdir.
Yuxarı Qaraqoymaz
Yuxarı Qaraqoymaz - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Talin rayonunda kənd. Rayon mərkəzindən 9–10 km cənub-şərqdə, Alagöz dağının cənub-qərb ətəyində yerləşir. Qafqazın 5 verstlik xəritəsində, «Сборник сведений о Кавказе» əsərində Qarakovmaz formasında qeyd edilmişdir. Toponim Azərbaycan toponimiyasında fərqləndirici əlamət bildirən yuxarı sözü ilə, türk dilində «uca, hündür, yüksək, şiş», «dağ, zirvə» mənasında işlənən qara sözündən, türk dilində kənd mənasında işlənən köy sözü ilə «dağın cənub yamacı», «yüksəklikdə meşəsiz tərəfi» mənasında işlənən mas sözünün birləşməsindən əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 12.XI.1946-cı il fərmanı ilə adı dəyişdirilib Verin Sasunaşen qoyulmuşdur. Kənddə 1897-ci ildə 142 nəfər, 1916-cı ildə 224 nəfər, 1918-ci ilin yanvarında 394 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ilin mart ayına kimi kənd erməni təcavüzünə məruz qalaraq sakinləri deportasiya olunmuş və kəndə Türkiyədən köçürülən ermənilər yerləşdirilmişdir.
Yuxarı Qarasaqqal
Yuxarı Qarasaqqal — Azərbaycan Respublikasının Laçın rayonu inzibati ərazi vahidində kənd. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 1 dekabr 2020-ci ildə Azərbaycana qaytarılıb. Heyvandarlığın, əkinçiliyin inkişafi üçün bol suyu, münbit torpağı, zonanın təbii şəraiti, əlverişli iqlimi olduğundan əhalinin əsas məşğuliyyəti heyvandarlıq və əkinçilik olmuşdur. Heyvandarlıq çox güclü inkişaf edərək əsas sahələrdən birinə çevrilmişdir. Əkinçilik kəndin iqtisadiyyatında ikinci yeri tutur. Əkinə yararlı sahələrdə buğda, arpa, vələmir və başqa dənli bitkilər, eləcə də çoxillik yem bitkiləri becərilir. Meşədə bitən cır meyvə və giləmeyvələrdən meyvə qurusu (qax) hazırlanır, müxtəlif məqsədlər üçün istifadə edilir. Bunlardan əlavə toxuculuq çox yaxşı inkişaf etmişdir. Yerli qoyun növlərinin yununun xüsusiyyətlərinə uyğun xalcalar toxunurdu.
Yuxarı Qaraçimən
Yuxarı Qaraçimən — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonunda kənd olmuşdur. Toponim qədim türk dilində «böyük, geniş» mənasında işlənən qara sözü ilə «yaşıl otla örtülmüş sahə» mənasında işlənən çəmən sözünün dialekt variantı olan çimən sözünün birləşməsindən əmələ gəlmişdir. «Yuxarı» sözü fərqləndirici əlamət bildirir. Fitotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Kənddə 1897-ci ildə 237 nəfər, 1922-ci ildə 217 nəfər azərbaycanlı yaşamışdır. 1926-cı ildən sonra ləğv edilərək Aşağı Qaraçimən kəndi ilə birləşdirilmişdir.
Yuxarı Qaronna
Yuxarı Qaronna (fr. Haute-Garonne, oks. Nauta Garona, Auta Garona) — Fransa cənub-qərbində yerləşən, Oksitaniya regionun departamentlərindən biri. Sıra nömrəsi — 31. İnzibati mərkəzi — Tuluza. Əhalisi - 1,268,370 nəfər (departamentlər arasında 14-cü yer, 2010-cu ilin məlumatları). Sahəsi — 6309 km². Qaronna çayı departametin ərazisində axır. Cənub bölgələri Pireney dağıdır. Ən yüksək nöqtəsi — Perdiger dağıdır (3222 m).
Yuxarı Ortatağ
Yuxarı Oratağ (əvvəlki adı: Verin Oratağ) — Azərbaycan Respublikasının Ağdərə rayonunun Qızılqaya kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Verin Oratağ kəndi Kəlbəcər rayonunun inzibati tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Kəlbəcər rayonunun Verin Oratağ kəndi Yuxarı Oratağ kəndi adlandırılmışdır. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 19–20 sentyabr 2023-cü il tarixlərində Azərbaycan Silahlı Qüvvələrinin anti-terror tədbirləri nəticəsində Azərbaycanın nəzarətinə qayıtmışdır. 5 dekabr 2023-cü ildə kənd Ağdərə rayonunun tərkibinə daxil edilib. Kəndin qədim adı Oratağ olmuşdur. XIX əsrin 20-ci illərində İrandan köçüb gəlmiş erməni ailələri burada məskunlaşdiqdan sonra ondan eyni adda digər məntəqə (Nerkin Oratağ — "Aşağı Oratağ") yarandığına görə kənd Verin (erm. "Yuxarı") Oratağ adlanmışdır. Oykonimin ikinci komponenti qədim türk dillərindəki ur (şiş, qabanq) və tağ (dağ, təpə, yüksəklik) komponentlərindən düzəlib, "şiş təpə" mənasındadır.
Yuxarı Qazanış
Yuxarı Qazanış (qum. Оьр Къазаныш, Оьрдеги Къазаныш, Гиччи Къазаныш, rus. Верхнее Казанище) — Rusiya Federasiyasının Dağıstan Respublikasının Buynaksk rayonunda bir kənd. Aşağı Qazanış kəndinin yaxınlığında yerləşir. Keçmiş adı Kiçik Qazanış olmuşdur (qum. Гиччи Къазаныш, rus. Малое Казанище).
Yuxarı Qılıçbağ
Yuxarı Qılıçbağ, və ya Yuxarı Qılıcbağ, həmçinin Verin Qlıçbağ, və ya Verin Qılıçbağ — Azərbaycan Respublikasının Xocalı rayonunun ərazisində keçmişdə mövcud olmuş kənd. Ehtimal edilir ki, bu keçmiş kəndin ərazisi hal hazırda Xocalı rayonunun Xanabad kənd inzibati ərazi dairəsinin tərkibinə daxil olunur. Hal hazırda, Azərbaycan Respublikasının inzibati-ərazi bölgüsündə Xocalı rayonunun tərkibində bu adda kənd qeyd olunmur, bu kəndin yaxınlığındakı başqa bir kəndə birləşdirildiyi və ya ümumiyyətlə ləğv edildiyi ehtimal edilir. Burada ilkin yaşayışın XIX əsrin əvvəllərinə aid olduğu deyilir. Kənd Sovet vaxtı Azərbaycan SSR-nın inzibati-ərazi bölgüsünün 1961-ci, 1964-cü, 1968-ci illərin nəşrlərinə əsasən o zamanlar mövcud olmuş Stepanakert rayonunun Xanabad kənd Sovetinin nəzdində idi və orada Verin Qlıçbağ adı ilə qeyd olur, amma 1979-cu il nəşrli Azərbaycan SSR-nin inzibati-ərazi bölgüsündə bu kənd artıq qeyd olunmur. Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin 15 may 1978-ci il tarixli Fərmanı ilə Stepanakert rayonu mərkəzinin Stepanakert (indiki Xankəndi) şəhərindən Əsgəran fəhlə qəsəbəsinə keçirilməsi və Stepanakert rayonunun Əsgəran rayonu adlandırılması haqqında Dağlıq Qarabağ Muxtar Vilayəti Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin qərarı təsdiq edilmişdi. Həmçnin, 26 noyabr 1991-ci il tarixində Azərbaycan Respublikasının Dağlıq Qarabağ Muxtar Vilayətini ləğv etmək haqqında Azərbaycan Respublikasının Qanunu № 279-XII ilə Azərbaycan Respublikasının Ali Soveti Stepanakert şəhərinin tarixi adını qaytarılmaqla Xankəndi şəhəri adlandırılmasını, Əsgəran rayonunun ləğvini, Xocalı şəhəri mərkəz olmaqla Xocalı rayonu yaradılmasını, ləğv edilmiş Əsgəran rayonunun ərazisi Xocalı rayonunun tərkibinə verilməsini qərara aldı. Bununla, keçmiş yaşayış məntəqəsi hal hazırda Xocalı rayonunun Xanabad kənd inzibati ərazi dairəsinin ərazisində yerləşmiş olur. Keçmiş kəndin ərazisi 1990-cı illərin əvvəllərində Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarətinə qaytarılmışdır.
Yuxarı Daşlıçay
Yuxarı Daşlıçay (türk. Yukarıtaşlıçay) — Türkiyənin Ağrı ilinin Daşlıçay ilçəsində kənddir. == Əhalisi == === Milli tərkibi === Kəndin ilkin sakinləri azərbaycan türkləri olsa da sonradan bura kürdlər də yerləşiblər. Hal hazırda kənddəki 35 evdən 23-ündə azərbaycan türkləri, 12-sində isə qonşu kəndlərdən buraya köçmüş Piləki əşirətinə mənsub kürdlər yaşayır. Kənddə həmçinin 20 evin boş olduğu bildirilir. Buradakı azərbaycanlıların vaxtilə İğdırın Duzluca ilçəsindəki Xəmirkəsən kəndindən buraya gəldikləri rəvayət edilir. == Din == Kənd əhalisi müsəlmandır. Azərbaycan türkləri şiə-cəfəri; kürdlər isə sünni-şafi məzhəbinə etiqad edirlər.
Yuxarı Xatunarxı
Yuxarı Xatınarx — İrəvan quberniyasında Eçmiədzin qəzasında, əvvəl Zəngibasar rayonunda, sonralar isə Üçkilsə (Eçmiədzin) rayonuunda kənd. == Tarixi == Rayon mərkəzindən 6 km cənub-qərbdə, Böyük Qarasu çayının yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kənddə 1828-ci ilə kimi azərbaycanılılar yaşamışdır. Türkmənçay müqaviləsindən sonra, 1828–29-cu illərdə İranın Xoy vilayətindən köçürülən ermənilər kənddə yerləşdirilmiş və azərbaycanlılar kənddən deportasiya olunmuşdur. İndi ermənilər yaşayır. Kənd Böyük Qarasu çayından çəkilən arxın kənarında İrəvan xanı Səfıqulu xanın (1655–1680) arvadı Xatun tərəfindən salınmışdır. Ona görə də kənd Xatınarx adlandırılmışdır. Toponimin əvvəllindəki "yuxarı" sözü fərqləndirici əlamət bildirir. Antropotoponimdir.
Yuxarı Şənəstəq
Yuxarı Şənəstəq və ya Böyük Şənəstəq (az.-əbcəd. بؤیۆک چینسته، یوخارێ چینسته‎, fars. شنستق علیا‎) — İranın Qəzvin ostanının Takistan şəhristanının Xürrəmdəşt bəxşinin Əfşariyyə dehistanının ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 344 nəfər yaşayır (124 ailə). Kəndin əhalisini Azərbaycanlılar təşkil edir, Azərbaycan dilində danışırlar və şiə müsəlmandırlar.
Aşağı Daşağıl
Aşağı Daşağıl — Azərbaycan Respublikasının Şəki rayonunun Aydınbulaq kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Aşağı Daşağıl Şəki rayonunun Aydınbulaq inzibati ərazi vahidində kənd. Dəhnə çayının sahilində, çökəklikdədir. Mənbələrin verdiyi məlumatdan və tədqiqatçıların yazılarından məlum olur ki, bu kənd Şəki rayonundakı Bucaq kəndinin yaxınlığında yerləşdiyinə görə keçmışdə Bucaq Daşağıl, bir müddət Qışlaq Daşağıl da adlandırılmışdır. XIX əsrdə Daşağıl kəndindən çıxmış bir qrup ailə kəndin yaxınlığında yeni yaşayış məntəqəsi - Aşağı Daşağıl yaratmışlar. Əvvəlki kənd isə indi olduğu kimi, Baş Daşağıl adlandırılmışdır. Oykonimin ikinci komponenti daş və ağıl (qoyun saxlanan yer; tövlə) sözlərindən ibarətdir. Həqiqətən də, kəndin ərazisində iki təbii mağara və bir qayaaltı daş mağara vardır. == Əhalisi == Kəndin əhalisi 584 nəfər təşkil edir ki, onun da 296 nəfəri kişi, 288 nəfəri isə qadındır. ləzgilər.
Aşağı Daşağıl bələdiyyəsi
Şəki bələdiyyələri — Şəki şəhərində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Yuxarı Qarxun
Yuxarı Qarxun (Yevlax) — Azərbaycan Respublikasının Yevlax rayonunun inzibati ərazi vahidində kənd. Yuxarı Qarxun (Üçkilsə) — Ermənistanın Üçkilsə rayonunda kənd.
Yuri adası
Yuri adası (aynu. Юри, yap. 勇留島) — Kuril adalarına daxil olan Cənubi Kuril sırasına daxildir. İnzibati cəhətdən Rusiyaın Cənubi Kuril şəhər dairəsinə daxildir. Yaponiya adaya iddia edir. İnzibati cəhətdən Hokkaydo qubernatorluğu Nemuro dairəsi ərazisinə daxil edilir. Yaponlar adanı Habomay adarı qrupuna daxil edirlər. Adı Aynuların dilindən əmələ gəmişdir. Adada hazırda yaşayış yoxdur. Burada vaxtı ilə Katernaya qəsəbəsi vardı.