BƏRBADLIQ
BƏRBƏRXANA
OBASTAN VİKİ
Bərbər
Bərbər — Saçların kəsilməsi, yuyulması ilə məşğul olan peşə sahibi. Bərbərlər saç kəsimi ilə yanaşı üzün təraş edilməsi və dəriyə qulluq ilədə məşğul olurlar.
Bərbər dili
Bərbər dili - Avrasiya dillərindən biridir. Şimali Afrikada geniş bir ərazidə yayılmışdır. Təqribən 12 milyon adam bu dildə danışır. Bərbər dili dörd qrupa bölünür: Ərəb dilinin güclü təsiri altındadır. Söz sırası: xəbər, mübtəda, tamamlıqdır (XMT).
Bərbər paradoksu
Bərbər paradoksu — Rassel paradoksundan yaradılmış tapmacadır. Bertran Rassel tərəfindən yaradımışdır. Bu paradoksu ona tövsiyə edən adsız bir kişiyə ithaf etmişdir. == Paradoks == Sadəcə bir kişi bərbərin olduğu qəsəbə düşünün. Bu qəsəbədə hər kişi bunlardan birini etməklə daima taraşlı gəzməkdədir. özünü taraş edərək bərbərə gedərək Fərqli şəkildə ifadə edərsək: bərbər yalnız qəsəbədə özünü taraş edə bilməyən kişiləri taraş edir. Bunlar aşağıdakı paradoksal sual xaricində məntiqli görünməkdədir. Bərbəri kim taraş edir? Bu sual paradoks yaradır. Bərbər yalnız aşağıdakı adamlar tərəfindən taraş edilə bilər.
Bərbər şiri
Berber şiri (lat. Panthera leo leo) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin şir növünə aid heyvan yarımnövü.
Bərbər dilləri
Bərbər dili - Avrasiya dillərindən biridir. Şimali Afrikada geniş bir ərazidə yayılmışdır. Təqribən 12 milyon adam bu dildə danışır. Bərbər dili dörd qrupa bölünür: Ərəb dilinin güclü təsiri altındadır. Söz sırası: xəbər, mübtəda, tamamlıqdır (XMT).
Bərbər dəniz quldurları
Bərbər (Barbar, vəhşi) dəniz quldurları (Mərakeş istisna olmaqla, çünki, Mərakeşlilər özlərini Osmanlı kimi qəbul etmədikləri üçün Osmanlı təbələri kimi tanınmırlar) - Ərəb fəthləri dövründən XIX əsrin ortalarına qədər Şimali Afrika bölgəsində döyüşən müsəlman quldurlar. Məğribin (Barbar sahili) bir çox limanından istifadə edərək Tunis, Tripoli, Əlcəzair və Sale kimi iri bölgələrdə fəaliyyət göstərərək, bütün qərbi Aralıq dənizi sahillərini qorxu içində saxlayırdılar. Quldurların fəaliyyəti təkcə tacir gəmilərinə hücumlarla məhdudlaşmırdı, çox vaxt onlar "razii" - Avropanın sahil şəhərlərində xristian qullarını tutmaq və Əlcəzairdə və ya Mərakeşdəki qul bazarında satmaq üçün xüsusi reydlər təşkil edirdi . Tarix professoru Robert Devisin dediyinə görə, XVI əsrdən XIX əsrə qədər quldurlar 1 milyondan 1,25 milyona qədər avropalını kölə etmiş və satmışdılar. Bu cür basqınların əsas hədəfi İtaliya, İspaniya və Portuqaliyadakı sahil kəndləri olurdu. Lakin bəzən daha uzaq ölkələr - Fransa, İngiltərə, Hollandiya, İrlandiya və hətta İslandiya da daxil olmaqla Skandinaviya ölkələri də belə hücumlardan əziyyət çəkdilər. Bu hücumların nəticəsi son dərəcə acınacaqlı idi: Fransa, İngiltərə və İspaniya quldurların belə reydlərində minlərlə gəmisini itirdi. İspaniya və İtaliyanın sahil bölgələri boşalırdı. Bu quldur baqsqınları XIX əsrə qədər Aralıq dənizinin qərb sahillərinin tam məskunlaşmasının qarşısını alırdı. XVI əsrdən etibarən "Əlcəzair ekspedisiyaları" başladı - Avropa dövlətlərinin Əlcəzairdəki quldur yuvalarına qarşı bir sıra dəniz və desant yürüşləri.
Bərbəran (Urmiya)
Bərbəran (fars. بربران‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 143 nəfər yaşayır (30 ailə).
Bərbərlər
Bərbərlər ( yun. βάρβαροι, lat. barbari; öz adları amaziq, amaxaq - "azad kişi") — Afrikanın şimalında Misirdən Atlantik okeanına qədər ərazidə VII əsrdə islam dinini qəbul etmiş yerli xalqların ümumi adı. Bərbərlər Şimali Afrikanın ən qədim sakinlərindəndirlər. Dini inanca görə sünnidirlər. Avropalılar onlara "bərbər" adını ehtimal ki, yun."barbaros" sözündən yaranmışdır. == Tarixi == Müsəlmanların fəthindən bəri Məğrib sakinləri ərəb mədəniyyətindən əhəmiyyətli dərəcədə təsirlənmişlər. Onların əksəriyyəti ərəb dilində, bəziləri isə müstəmləkə dövründə (XIX—XX əsrlər) Şimali Afrikaya yayılan fransız və ispan dillərində danışırlar. Fransada əhəmiyyətli bir Bərbər diasporu var və bir sıra məşhur şəxsiyyətlər oradan çıxmışdır. Bərbərlərin Bərbər adlı xüsusi dili də var.
Sevilya bərbəri
Sevilya bərbəri (it. Il Barbiere di Siviglia) — Coakkino Rossininin 2 pərdəli Pyer Bomarşenin eyniadlı pyesi əsasında Sezare Sterbini librettosunda opera. Komik janrda olan bu operanın ilk premyerası 20 fevral, 1816-cı ildə Romada Arcintina teatrında oynanılmışdır (it. Almaviva, ossia l’inutile precauzione). Rossininin əsəri belə adlanırmasına səbəb ondan əvvəl Covanni Paizellonun belə bir süjetə müraciət etmiş olması idi. Bundan başqa L. Benda (1786), İ Şults, N. İzuar (1797) və başqaları bu mövzuda opera yazmışdılar. Rossini hələ 1816 cı ildə Arcintina teatrı qarşısında karnaval ərafəsində bir opera yazmaq üçün öhdəlik götürür. Lakin senzura operanın bəstəkarın özü tərəfindən yazmış olduğu liberettoya izin vermir. Karnavala az vaxt qaldığından mövcud liberettolardan birinə müraciət edir. Beləliklə də "Sevilyalı bərbər" ideyası ortaya çıxmış olur.
Svini Tod: Flit küçəsinin şeytan bərbəri (film, 2007)
Svini Tod: Flit küçəsinin şeytan bərbəri (ing: Sweeney Todd: The demon barber of Fleet street) - Tim Burtonun rejissoru ilə 2007-ci ildə çəkilmiş musiqili film. 1846-cı ildə Benjamin Barker dənizçi Antoni Hop ilə birlikdə Londona gəlir. On beş il əvvəl özbaşınalıq edən hakim Töpin Benjaminin arvadı Lusi ilə evlənmək üçün onu şərləyərək sürgün etdirir. Benjamin Barker Svini Tod taxma adını qəbul edir və Neli Lavitin Londonun ən pis piroqlarını satdığı mağazasına gedir. Lavet ona sürgünə göndərildikdən sonra Töpinin Lusiyə təzavüz etdiyini və sonra da arsen ilə zəhərlədiyini deyir. Cütlüyün qızı Cohanna isə Töpinin yanındadır. Tod (Barker) onu qarşılıqsız sevən Lavetin ona köhnə ülgüclərini verdikdən sonra intiqama and içir və bərbər dükanını yenidən açır. Antoni Cohannaya aşiq olur, ancaq Töpin xidmətkarı Bidl Bamford tərəfindən uzaqlaşdırılır. Tod saxta italyan bərbər Adolfo Pirellenin saç tonikinin aldatmaca olduğunu deyərək onu qınayır və hakimliyi Bamford tərəfindən edilən xalqa açıq taraş yarışında onu pərt edir. Bir neçə gündən sonra Pirelli Todun dükanına gəlir.
Təsviri İncəsənət Bərbərlik İnstitutu
Barber Təsviri İncəsənət İnstitutu (ing. Barber Institute of Fine Arts) — Birmingem Universitetinin təhsil müəssisələrindən biri. İnstitut 1939-cu ildə Robert Atkinson tərəfindən yaradılmışdır. Binası Birmingem Universitetinin memarlıq üslubuna görə seçilən tikililərindən biridir.
Bərbərlik
Bərbər — Saçların kəsilməsi, yuyulması ilə məşğul olan peşə sahibi. Bərbərlər saç kəsimi ilə yanaşı üzün təraş edilməsi və dəriyə qulluq ilədə məşğul olurlar.

Digər lüğətlərdə