Babil-Məndəb

coğ. Bab al-Mandab ; Bab el-Mandeb

babı
Babilistan
OBASTAN VİKİ
Babil
Babil (Akkad dilindəki "Tanrının qapısı" mənasını verən "bab-İllu" sözlərindən) — E.ə. II minilliyin əvvələrində Mesopotamiyada mövcud olmuş şəhər, Babilistanın paytaxtı. Qədim dünyanın ən böyük şəhərlərindən biri. Babil şəhər dövləti e.ə. XIX əsrdə Babilistan dövlətinə çevrildi. Babilin qalıqları Dəclə və Fərat çaylarının qovuşması yaxınlığında, indiki Bağdad şəhərindən 85 km cənubdakı Əl-Hillə şəhərinin yerində tapılmışdır. == Tarixi == Babil çarlığı Mesopotamiyada yerləşən, öz hakimiyyətə altında böyük əraziləri birləşdirən güclü bir dövlət olmuşdur. Onun tarixi üç dövrə bölünür: Qədim (e.ə. XIX–XVI); Orta (e.ə. XVI–XII); Yeni (e.ə.
Babül-Məndəb boğazı
Babül-Məndəb boğazı (ərəb. باب المندب‎ Babül-məndəb — kədər, göz yaşı darvazası) — Ərəbistan yarımadasının cənub-qərbinin qurtaracağı ilə Afrika arasında boğaz. Qırmızı dənizi Ədən körfəzi və Ərəbistan dənizi ilə birləşdirir. Uzunluğu 109 km, Ən ensiz yeri 26 km, farvaterdə ən dayaz yeri 31 metrdir. Perim adası boğazı iki keçidə (Böyük və Kiçik) bölür. Boğazın böyük iqtisadi və strateji əhəmiyyəti var. Avropadan Şərqi və Cənubi Asiyaya, Avstraliyaya yol Babül-Məndəb boğazından keçir.
Babil (dəqiqləşdirmə)
Babil — Mesopotamiyada mövcud olmuş şəhər-dövlət. Babil (el) — İraqın 18 mühafəzəsindən biri. Babil (film, 2006) — Alehandro Gonzalez İnyarritunun çəkdiyi dram filmi.
Babil (el)
Babil mühafəzəsi — İraqın 18 mühafəzəsindən biri. Babil Livasının ərzisi 6.468 km², 2014-cü ildə aparılmış rəsmi siyahıya almaya əsasən əhalisi 2,000,000 nəfər, inzibati mərkəzi Əl-Hillə şəhəridir.
Babil (serial)
Babil — Türkiyə istehsalı teleserial. == Rollarda == === Baş rollar === Halit Ergenç (İrfan Tuna Saygun): 7 yaşındakı oğlu Dəniz üçün əlindən gələni edən bir iqtisad professoru. İlayın köhnə sevgilisi. Ozan Güven (Egemen Kıvılcım): İrfanın uşaqlıq dostu və ən yaxın dostu. Dənizin əsl atası. Aslı Enver (Ayşe Karaali / Nihal): İrfan çətinlik çəkəndə rastlaşan gənc qız. Süleymanın qaranlıq işlərini ortaya çıxarmaq üçün onunla birlikdə gedən gizli polisdir. Daha sonra İrfan və Egemen'in köməkçisi oldu. Birce Akalay (İlay Yücedağ): Süleymanın sevgilisi və İrfanın köhnə sevgilisi. Nur Fettahoğlu (Eda Saygun): İrfanın həyat yoldaşı, Dənizin anası.
Babil mühafazası
Babil mühafəzəsi — İraqın 18 mühafəzəsindən biri. Babil Livasının ərzisi 6.468 km², 2014-cü ildə aparılmış rəsmi siyahıya almaya əsasən əhalisi 2,000,000 nəfər, inzibati mərkəzi Əl-Hillə şəhəridir.
Babil mühafəzası
Babil mühafəzəsi — İraqın 18 mühafəzəsindən biri. Babil Livasının ərzisi 6.468 km², 2014-cü ildə aparılmış rəsmi siyahıya almaya əsasən əhalisi 2,000,000 nəfər, inzibati mərkəzi Əl-Hillə şəhəridir.
Babil mühafəzəsi
Babil mühafəzəsi — İraqın 18 mühafəzəsindən biri. Babil Livasının ərzisi 6.468 km², 2014-cü ildə aparılmış rəsmi siyahıya almaya əsasən əhalisi 2,000,000 nəfər, inzibati mərkəzi Əl-Hillə şəhəridir.
Babil qülləsi
Babil qülləsi — E.ə. II minilliyin əvvələrində Babilistan dövlətində yerləşən bir qüllədir. Onun varlığı haqqında yəhudi, xristian, islam və başqa mənbələrdə rast gəlinir. Əfsanəyə görə bu qüllə tanrıya çatmaq üçün tikilmişdir. == Tarixi == Dünyanın yeddi möcüzəsindən biri hesab edilən və Babilin asma bağlarında yerləşən Babil qülləsi Tanrı Mardukun adına tikilib Şumerlər göylərə sitayiş edir, göylə yeri birləşdirən müqəddəs ağacın varlığına inanırdılar. Şumerlər yeri göylə birləşdirən bu ağacı təmsil edən və Tanrı dağı adlandırdıqları qülləni bizim dövrümüzdən təxminən 5000 il əvvəl tikiblər. Qüllə əsasən eni 90 metr, hündürlüyü 90 metr olan 7 mərtəbəli bina idi. Qüllənin ətrafında kahinlərin sarayları, taxıl anbarları, qonaq otaqları və tanrı Mardukun başqa bir məbədi olan Esagilaya gedən liturgik yol var idi. Babili işğal edən Tikulti-Ninurta, Sarqon, Sanherip və Aşurbanipal qülləni dağıdıb. Babil padşahları Nebupolassar və Navuxodonosor isə qülləni yenidən bərpa edirlər.
Babil sürgünü
Babil sürgünü — Yəhudilərin Miladdan əvvəl 598/7 və 587/6-cı illərdə Babililər tərəfindən fəth edilməsi nəticəsində Yəhudilərin Babilə sürgün edilməsi və orada əsirlik dövrü. Sürgün dövrü, eramızdan əvvəl 538-ci ildə farsların Babil fəthi ilə rəsmi olaraq sona çatdı. Fars kralı Böyük Cyrus (Cyrus) yəhudilərin Fələstinə qayıtmasına icazə verdi. == Əsirlik müddəti == Bibliya Yeremya kitabında, Babil sürgünü 70 il davam edir. Bir çox alim deyir ki, ilk köçürülmə miladdan əvvəl 597-ci ildə, Kral Yekhanya devrildikdə və ailəsi, saray adamı və minlərlə işçi sürgün edildikdə baş verdi. Bu vəziyyətdə sürgünün müddəti təxminən 60 ildir. Bəzi alimlər deyirlər ki, ilk köçürmə eramızdan əvvəl 586-cı ildə, Yerusəlim Nebuchadnezzar tərəfindən yandırılaraq məhv edildikdən sonra və sürgün 48 il davam etdi. Müqəddəs Kitabın 70 nömrəsini qəbul edənlər eramızdan əvvəl 608–58 və ya 586–511 tarixlərini düzgün söyləyirlər. 516-cı il Qüds Məbədinin yenidən qurulması idi. == Qeydlər == Cüzeppe Verdinin "Nabukko" operası Babilin sürgün edilməsi ilə məşğuldur.
Babil təqvimi
Babil təqvimi — qədim təqvimlərdən biri. Şumerdə e.ə. IV minilliyin sonu-III minilliyin başlanğıcında hər bir şəhərin öz təqvimi var idi. Kahinlər ulduzlu səmanı müşahidə etməklə xeyli astronomik nəticəni əldə etmişlər. E.ə. III minillikdə səma cisimlərinin hərəkətinin müşahidə etmək üçün hündürlüyü 20 m-ə çatan çoxmərtəbəli qüllələr inşa olunurdu. Bu qüllələr adətən məbədlərin yanında tikilirdi. Üst hissəsində ibadətgah olurdu. Ümumiyyətlə İkiçayarasının əhalisinin qədim inamında astral sitayişlər geniş yayılmışdır. İkiçayarasının erkən sivilizasiyalarında təsərrüfat həyatının tənzimlənməsində ayın hərəkətinə xüsusi yer verildiyində buradakı şəhər və dövlətlərin ilk təqvimləridə qəməri təqvim olmuşdur.
Babil söyüdü
Babil söyüdü (lat. Salix babylonica) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni İran və Çindir. == Botaniki təsviri == Hündürlüyü 15 m-ə, gövdəsinin diametri 60 sm-ə çatan ağacdır. Çətiri uzun, nazik, elastiki, sallaq budaqlardan ibarət sarımtıl-yaşıldır. Yarpaqlarının alt tərəfi tüklü olub, sonralar hər iki tərəfi çılpaqlaşır. Yarpaq ayasının uzunluğu 9-16 sm, eni 1-2,5 sm-dir, neştərvari-хətvari və ya uzunsov-neştərvaridir, ucuna doğru uzun və çəpəki sivridir, qaidəsinə doğru isə tədricən daralır, kənarları хırda mişardişlidir, üst tərəfi tünd-yaşıl, alt tərəfi göyümtüldür. Uzunluğu 1 sm-ə qədər olan yarpaqaltlıqları neştərşəkilli, sivri, tüklü, yanları dişli olub, çoх vaхt damarlıdır və erkən tökülür. Çiçəkləri bircinslidir. Erkəkcikləri 2, sərbəst, qaidəyə yaхın hissəsi tüklüdür.
Babil Hərəkatı
Babil Hərəkatı (ərəb. حركة بابليون‎) — İraqda yerləşən siyasi partiya. 2014-cü ildə qurulan partiya İraqın Xalq Səfərbərlik Qüvvələrinin bir hissəsi kimi yaradılmış xristian milis olan Babil Briqadalarının siyasi qanadıdır. Rəyan əl-Kildani hazırda partiyanı 2014-cü ildə qurduqdan sonra rəhbərlik edir. Partiya Xalq Səfərbərlik Qüvvələrinə daxil olmaqla Bədr Təşkilatı və SEPAH ilə sıx əlaqələrə malikdir. İŞİD-in məğlubiyyətindən bu yana Babil Hərəkatı çoxsaylı insan haqları pozuntularında, o cümlədən Neynəvə mühafəzəsində qeyri-qanuni torpaq zəbtində və seçkilərdə korrupsiyada ittiham olunur.
Babil (film, 2006)
Babil (ing. Babel) — Alehandro Qonsales İnyarritunun 2006-cı ildə çəkdiyi psixoloji dram filmi. Film Mərakeş, Yaponiya, Meksika və ABŞ-də yaşayan bir-biriləri ilə əlaqəsi olan insanların həyatından bəhs edir. == Məzmun == Filmdə üç əsas süjet xətti göstərilib. Bütün bunlar tamaşaçıya böyük bir Babili xatırladan dünyamızın vəziyyətini göstərir, harada insanlar bir biri ilə anlaşmağa məcburdular: özünkünə nail olmaq və başqalarına qulaq asmaq. Mərakeş süjet xətti — amerikalı turistlərin, həmçinin Riçard Cons və Syuzan Cons ər-arvadın talelərinin bir sıra sadə Mərakeş əhalisinin taleləri ilə toqquşması. Sadə əhalinin ABŞ sakinləri üçün qəribə gələn həyat tərzləri göstərilib. Syuzan çoban oğlanın təsadüfən tüfəngdən açdığı atəş zamanı yaralanır. Atəş bir neçə insanın əzab çəkməsinə səbəb olur. Meksika/ABŞ süjet xətti Riçard və Syuzanın uşaqlarına dayəlik edən meksikalı qulluqçu Ameliya ilə bağlıdır.
Babil (teleserial, 2020)
Babil — Türkiyə istehsalı teleserial. == Rollarda == === Baş rollar === Halit Ergenç (İrfan Tuna Saygun): 7 yaşındakı oğlu Dəniz üçün əlindən gələni edən bir iqtisad professoru. İlayın köhnə sevgilisi. Ozan Güven (Egemen Kıvılcım): İrfanın uşaqlıq dostu və ən yaxın dostu. Dənizin əsl atası. Aslı Enver (Ayşe Karaali / Nihal): İrfan çətinlik çəkəndə rastlaşan gənc qız. Süleymanın qaranlıq işlərini ortaya çıxarmaq üçün onunla birlikdə gedən gizli polisdir. Daha sonra İrfan və Egemen'in köməkçisi oldu. Birce Akalay (İlay Yücedağ): Süleymanın sevgilisi və İrfanın köhnə sevgilisi. Nur Fettahoğlu (Eda Saygun): İrfanın həyat yoldaşı, Dənizin anası.
Babil döyüşü (634)
Babil döyüşü — 634-cü ildə Babil bölgəsində Sasanilərlə Ərəblər arasında gedən döyüşlərdən biridir.
Babil kitabxanası (sayt)
Babil kitabxanası (ing. The Library of Babel) — amerikalı yazıçı və kompüter mühəndisi Conatan Basile tərəfindən Xorxe Luis Borxesin "Babil kitabxanası" (1941) adlı qısa hekayəsinə əsaslanan veb sayt. Sayt 2015-ci ildə açılmışdır. Saytda axtarılan istənilən təsadüfi və ya müəyyən 3200 simvoldan çox olmayan mətn kitabxanadakı kitabların içərisində mövcuddur. == Saytın məzmunu == Basile saytı yaratmaq fikrini "gecə yatarkən ağlına gəldiyini" deyir. Basile rəqəmsallaşdırılmış Babil kitabxanası yaratmaq üçün düşündüyündən daha çox rəqəmsal yaddaş lazım olacağınl tez bir zamanda başa düşdü. Bu problemi həll etmək üçün bunun əvəzinə kitabxananın simulyasiyasını yaradan alqoritma qurdu. Kitabxananın ana səhifəsində əsas məlumatlar, forumlar və kitabxananı kəşf etməyin üç yolu var. Bu yollar saytın minlərlə "cild"dən birini təsadüfi seçməsi, kitabları manuel axtarmaq və müəyyən mətni axtarışa verməkdir. Kitabxananın sonsuz meymun teoremi — qəribə dil oxşarlığı olan məzmunlar səbəbi ilə söz və söz toplularını "ingilisləşdirmə" xüsusiyyəti var.
Babil qülləsi (dəqiqləşdirmə)
Babil qülləsi
Babil qülləsi (rəsm)
Babil qülləsi — Flamand rəssam Piter Breygelin eyni mövzu üzərindən çəkdiyi bir neçə tabloya verilən addır. Tablonun 1563-cü il tarixli iki fərqli versiyası günümüzə çatmışdır. Taxta üzərində yağlıboya ilə çəkilmiş olan bu tablolarda, Əhdi-Ətiq də bəhs edilən Babil Qülləsinin (Varlığın kitabı 11: 1-9) tikilişi təsvirlənmişdir. Tabloların biri Vyana Sənət Tarixi Muzeyində, digəri isə Rotterdamdakı Museum Boijmans Van Beuningen-də yerləşir. == Vyana versiyası == Tablonun bu günə qalan iki versiyasından daha məlum olanı, Vyana Sənət Tarixi Muzeyindəki tablodur. Bu versiya, digərinə görə daha böyük ölçülərə malik olduğundan, «Böyük Qala» olaraq da adlandırılır. ==== Məzmunu ==== Breygel bu tabloda, Babil Qülləsi hekayəsini Avropa sənət tarixindəki tipik ələ alınmış surətilə təsvir etdi. Rəsmdə quruluşun böyüklüyünü, sərf olunan əməyin çoxluğunu və tikinti texnikalarını göstərməyə çalışdı. 1553-cü ildə Romaya səfər etmiş Breygelin bu rəsm əsərində Kolizeydən təsirləndiyi görünür. Qüllənin yuxarıya doğru uzanan sütunları, binanın üfüqi yerləşməsi, iki sıra olan kəmər serialları və iç-içə iki divarlı quruluş, rəssamın qüllə təsvirində Romadakı bu binanın xüsusiyyətlərini istifadə etdiyini göstərir.