Badımcan
Badımcan (lat. Solanum melongena) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin quşüzümü cinsinə aid bitki növü.
Tərkibində karotin, A vitamini, B qrupu vitaminlər, C vitamini, şəkər [3,2 %] olmaqla yanaşı, xeyli miqdarda kalium, fosfor, kalsium və dəmir duzları da vardır.
Badımcan istisevən birillik bitkidir. Əsasən Moldaviyada, Orta Asiya və Zaqafqaziya respublikalarında becərilir. Badımcan quruluşuna görə iri meyvə olub, qabıqla örtülmüşdür. Daxilində qalın ətli hissəsi və çoxlu toxumu vardır.
Badımcanın tərkibində 4,2% şəkər, 1,3% sellüloza, 0,2% üzvi turşu, 0,5% kül, 0,6% zülal, 0,5–0,7% pektin maddəsi, 0,0044–0,093%-ə qədər solanin qlükozidi vardır. Yetişib ötmüş badımcanın tərkibində solanin qlükozidi nisbətən çoxdur. Kal badımcanın tərkibində 0,8–3,7% nişasta olur.