Badaqalar
Badaqalar - Çənubi Hindistanda Tamilnad ştatında yaşayan xalq. Mavi dağların vadisində (Nilgiri) məskunlaşmış xalq. Badaqaların sayı 170 min nəfərdir (2005). Avstraliya böyük irqinin vedda irqinə mənsubdurlar. Hazırda yaşadıqları ərazilərə XVI-XVIII əsrlərdə şimaldan köçmüşlər (adları da buradandır). Dinləri induizmdir, ənənəvi inanclar da saxlanılır
== Dili ==
Badaqalar Dravid dil ailəsinə aid badaqa dilində danışırlar.
== Məişəti ==
Yaşayış evləri iki otaqdan və anbardan ibarət olan böyük daş binalardır. Badaqaların əksəriyyəti vegeteriandır. Onların mətbəxinin ayrılmaz hissəsini kartofdan, kələmdən, gicitkandan hazırlanmış yeməklər təşkil edir.
== Ənənəvi məşğuliyyətləri ==
Badaqaların əsas məşğuliyyətləri terraslı toxa əkinçiliyi və tərəvəzçilikdir.