BAHA
BAHADIRLIQ
OBASTAN VİKİ
Bahadır
Bahadur (dağ) — İranın Həmədan ostanında dağ. Hündürlüyü 2812 m.
Bahadır Akkuzu
Bahadur Ağquzu (tam adı: Mehmed Bahadur Ağquzu, türk. Mehmet Bahadır Akkuzu; 3 fevral 1955, İstanbul – 6 avqust 2009) — Türkiyə musiqiçisi, müğənnisi və bəstəkarı.
Gökçe Bahadır
Gökçə Bahadır (doğum 9 noyabr 1981, İstanbul, Türkiyə) — Türkiyə aktrisası. Akademiya İstanbul Radyo Televizyon hissəsindən məzun olub. Müjdat Gezen İncəsənət Mərkəzinde aktrisalıq dərsi alıb. Universitetdən məzun olduqdan sonra Best TV-də VJ-lik, sonra isə Show TVdə Siqnal verilişinin aparıcılığını etdi. "Tatlı Hayat", "Beşik Kertmesi", "Mühürlü Güller" kimi məşuur seriallarda rol alıb.Hayat Bilgisi serialinda Törpü rolunu canlandırıb. Gökçe Bahadır Yaprak Dökümü serialinda Leyla rolunu canlandırmışdır.14 sentyabr 2012-ci ilde Kayıp Şehir adli serialda Aysel rolunu canlandırmısdır. Star tvdə yayımlanan Aramızda qalsın tele-serialında Yadigar rolunu canlandırmıştır. == Şəxsi həyatı == Əli Sunal ilə bir neçə ay evli qalmışdır. Cütlük 23 fevral 2012 tarixində boşanmışdır.
Gökçə Bahadır
Gökçə Bahadır (doğum 9 noyabr 1981, İstanbul, Türkiyə) — Türkiyə aktrisası. Akademiya İstanbul Radyo Televizyon hissəsindən məzun olub. Müjdat Gezen İncəsənət Mərkəzinde aktrisalıq dərsi alıb. Universitetdən məzun olduqdan sonra Best TV-də VJ-lik, sonra isə Show TVdə Siqnal verilişinin aparıcılığını etdi. "Tatlı Hayat", "Beşik Kertmesi", "Mühürlü Güller" kimi məşuur seriallarda rol alıb.Hayat Bilgisi serialinda Törpü rolunu canlandırıb. Gökçe Bahadır Yaprak Dökümü serialinda Leyla rolunu canlandırmışdır.14 sentyabr 2012-ci ilde Kayıp Şehir adli serialda Aysel rolunu canlandırmısdır. Star tvdə yayımlanan Aramızda qalsın tele-serialında Yadigar rolunu canlandırmıştır. == Şəxsi həyatı == Əli Sunal ilə bir neçə ay evli qalmışdır. Cütlük 23 fevral 2012 tarixində boşanmışdır.
Mirhafiz Bahadır
Xaliq Bahadır
Xaliq Bahadır oğlu Hacıyev (Xaliq Bahadır; 1 iyun 1952, Azadkənd, Saatlı rayonu) — Azərbaycan siyasətçisi və yazıçısı. Xaliq Bahadır 1952-ci il iyunun 1-də Saatlı rayonunun Azadkənd kəndində doğulub. 1967-ci ildə Krasnoselsk kənd orta məktəbini bitirib. 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakultəsinə girib, 1979-cu ildə filoloq ixtisası üzrə universiteti bitirib. 1982-ci ildə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində redaktor kimi çalışıb. AXC hakimiyəti dönəmində Azərbaycan Teleradio Verilişləri Şirkətində televiziyanın informasiya studiyasının direktoru (1992–1993-cü illər) olub. 1993–1994-cü illərdə televiziyanın ədəbi dram verilişləri redaksiyasında İncəsənət şöbəsinin müdiri görəvində çalışıb. 1989-cu ildə "Azadlıq" qəzetini yaradanlardan olub, orada İnformasiya şöbəsinin müdiri kimi çalışıb. 1994-cü ilin mayından "Azadlıq" qəzetində köşə yazarlığı edib. Xalq Hərəkatının yaranmasında aktiv qatqısı olub.
Çarıqçı Bahadır
Çarıqçı Bahadır (təq. 1870, Şuşa – 1930, Şuşa, DQMV) — XIX–XX əsr Azərbaycan müğənni-xanəndəsi, Qarabağ muğam məktəbinin nümayəndəsi. Çarıqçı Bahadır təqribən 1870-ci ildə Şuşa şəhərində yerləşən Saatlı məhəlləsində anadan olmuşdur. Kiçik yaşlarından çarıqçılıq sənətini öyrənən Bahadır Şuşa şəhərində kiçik dükan açmış, burada işləmişdir. Buna görə də o, "çarıqçı" ləqəbi ilə tanınmışdır. Gənc yaşlarından şəhərin qış klubuna və ya "Xandəmirovun teatrı"na gedərək buradakı musiqiçilərin çıxışlarını dinləyən Bahadır bir müddət sonra özünə qrammofon almış, vallardan bir sıra Azərbaycan muğam və təsniflərini öyrənərək ifa etmişdir. Çarıqçını səsini eşidən tarzən Balaca Qrikor onu Daşaltına toy məclisinə aparmış, bununla Bahadırın xanəndəlik fəaliyyəti başlanmışdır. Çarıqçı Bahadır 30 il xanəndə kimi fəaliyyət göstərmişdir. Bu illər ərzində o, Qarabağ kəndlərində ifa etmiş, tarzən Balaca Qrikor, Tatevos, Lazar Qabrielyan, kamançaçalan Mirzə və Makiç ilə uzun müddət əməkdaşlıq edərək Şuşa məclislərində çıxışlar etmişdir. Bahadır həyatının son illərində tarzən Abbasqulu ağa və qarmonçu Kərbəlayı Lətif ilə əməkdaşlıq etmişdir.
Ələki Bahadır
Ələki Bahadır (–v.1351) — XIV əsrin 40-cı illərində Naxçıvan hakimi Azərbaycan tarixçisi Əbu Bəkr əl-Qütbü əl-Əhəri və İran tarixçisi Zeynəddin Qəzvini XIV əsrin 2-ci yarısında İranda və Azərbaycanda baş vermiş hadisələrdən bəhs edərkən Ələki Bahadır haqqında məlumat vermiş, onun böyük qüdrət sahibi olduğunu qeyd etmişdir. Çobani əmiri Teymurtaşın qulamlarından olan Ələki Bahadır Çobani Məlik Əşrəf və Yağı Basdının 1343-cü il Təbriz yürüşündə fəal iştirak edib. 1346-cı ildə Məlik Əşrəf tərəfindən zindana salınmış,sonra azad edilərək başqa dövlət işinə cəlb olumuşdur. 1351-ci ildə Qarabağda iğtişaş qaldırmış Dəli Bəyazidin üzərinə göndərilən Ələki Bahadır onunla ittifaqa girmiş və az sonra öldürülmüşdür. Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 124-125. ISBN 5-8066-1468-9.
Əmir Bahadır
Hüseynpaşa xan Məhəmmədsadıq xan oğlu Bahadurlu (1855-1917) — İran şahı Məhəmmədəli şahın saray vəziri. Hüseynpaşa xan Məhəmmədsadıq xan oğlu 1855-ci ildə Qaradağ vilayətinin Şərqi Dizmar mahalının Mərdannaqim kəndində anadan olmuşdu. Tanınmış Bahadurlular nəslindəndir. Bu soy Rusiya-İran müharibəsi zamanı Qarabağdan mühacirət edib. Hüseynpaşa xan mükəmməl təhsil almışdı. Təbrizə yollanıb vəliəhd Müzəffərəddin mirzəyə xidmət etmişdi. 1884-cü ildə yüzbaşı, 1886-cı ildə qullarağasıbaşı, 1891-ci ildə acudanbaşı rütbəsinə, 1892-ci ildə Əmir Bahaduri-Cəng ləqəbinə layiq görülmüşdü. Müzəffərəddin şah 1896-cı ildə Nizamüssəltənə Abdulla xan Qacar keşikçibaşının yerinə təyin etdi. Şah qvardiyasının rəisi oldu. Hüseynpaşa xan Əmir Bahaduri-Cəng 1903-cü ildə sərdar rütbəsinə layiq görüldü.
Bahadır Yenişehirlioğlu
Bahadır Nahid Yenişəhərlioğlu (26 yanvar 1962, Akhisar[d], Manisa vilayəti) — Türkiyə aktyoru, hüquqçu, yazıçı. Ədalət və İnkişaf Partiyasından 28-ci çağırış Manisa millətvəkili.
Bahadır Yenişəhərlioğlu
Bahadır Nahid Yenişəhərlioğlu (26 yanvar 1962, Akhisar[d], Manisa vilayəti) — Türkiyə aktyoru, hüquqçu, yazıçı. Ədalət və İnkişaf Partiyasından 28-ci çağırış Manisa millətvəkili.
Ağbulaq-Bahadır (Zəncan)
Ağbulaq-Bahadır — İranın Zəncan ostanında kənd.. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Mahnişan bölgəsinin Ənquran kəndistanında, Mahnişan qəsəbəsindən 18 km cənub-qərbdə, dağlıq ərazidədir.
II Bahadır Şah
II Bahadır Şah (urdu ابو ظفر سراجُ الدین محمد بہادر شاہ ظفر) — Böyük Moğol İmperiyasının son hökmdarı. Şair və xəttat olaraq, siyasi liderdən çox sənətçidir.
I Bahadır Gəray
I Bahadır Gəray — Krım xanı. I Səlamət Gərayın oğludur. Atasının Krım xanı olaraq təyin edilməsindən sonra adəti üzrə Osmanlı İmperiyasına girov olaraq Yanboluya göndərildi. 4 iyun 1637-ci ildə Krım xanı İnayət Gərayın edam edilməsindən sonra Osmanlı sultanı IV Murad tərəfindən 7 iyun 1637-ci ildə Krım xanı olaraq təyin edildi. Hökmdarlığının ilk illərində noqayların Mansuroğlu qəbiləsi ilə mübarizə aparmışdır. Bu mübarzə nəticənsində onların çoxunu öldürmüşdür. 1637-ci ildə Don kazakları tərəfindən ələ keçirilən Azov qalasını geri almaq üçün 1638-ci ildə Osmanlı ordusu ilə birgə etdiyi hücum müvəfqiyyətsizliklə nəticələndi. Xanlığı dövründə ruslar və polşalılarla münasibətləri nisbətən müharibəsiz idi. Xırda basqınlar edilsə də, ciddi qarşıdurma olmadı. IV Murad 1639-cu ildə Bağdadı yenidən ələ keçirib İstanbula qayıtdıqdan sonra Azov qalasını yenidən almaq məsələsini gündəmə gətirdi.
I Bahadır Şah
I Bahadır Şah (urdu بہادر شاه اول - Bahādur Shāh Awwal; 14 oktyabr 1643 və ya 1643, Burhanpur – 27 fevral 1712 və ya 18 fevral 1712, Lahor) — Böyük Moğol İmperiyasının VIII padşahı.
Murad Bahadır Ağqoyunlu
Murad Bahadır Ağqoyunlu (türk. Murat Bahadır Akkoyunlu) — Azərbaycan Türkü əsilli Anadolu Türkü yazar, fikir adamı. Böyük Türk sülaləsi Ağqoyunluların nəslindəndir. Murat Bahadır Akkoyunlu 1958-ci ildə Trabzonda anadan olub. İbtidai və orta məktəbi Bayburtda, lisey təhsilini Ankara Atatürk Liseyində, universiteti isə Ankara İqtisadiyyat və Ticarət Elmləri Akademiyasının (Qazi Universiteti) İqtisadiyyat fakültəsində oxuyub. Ülküçülərlə 1971-ci ildə orta məktəbdə tanış olub. 1975-ci ildə mərhum Nəcməddin Ərbakana dəstək olan Akıncılarla görüşür. O, 2000-ci ilə qədər mərhum Nəcməddin Ərbakana dəstək verib. O, 1970-ci illərin terror dəhşətlərini, 1980-ci illərin keşməkeşli siyasətini, 1990-cı illərin dərin siyasi təlatümlərini yaşamış, şahidi olmuş, oxumuş və dinləmişdir. 2000-2004-cü illərdə Şəhid Muhsin Yazıcıoğlu bəy ilə siyasi mübarizəsini davam etdirib.
İsmayil xan Bahadır
İsmayil xan Hacı Əli xan oğlu Bahaduri (Ərəb əlifbası) ilə: (اسماعیل خان بهادری) (Təbriz – 1937, Qoçan, Rəzəvi Xorasan ostanı)—Məhəmmədtağı xan Püsyanın silahdaşı, mayor, pedaqoq. İsmayil xan Hac Əli xan oğlu 1891-ci ilin avqust ayında Təbrizdə dünyayə gəlib. Faylı Təbriz bələdiyyəsində göstərir ki, 4 il (Qədimi tərz məktəb)də, 1/5 il Təbrizin Pərvəreş məktəbində, 7 ay Tehranın Nizam (hərbi) məktəbində, 5 ay jandarmeriya məktəbində və bir il Türkiyənin Nizam (hərbi) məktəbində təhsil alıbdır. İsmayıl xan Bahadır Məhəmmədtağı xan Püsyanın silahdaşı idi.
Əbulqazi Bahadır xan
Əbülqazi Bahadır xan (1603–1663) — Xivə xanı, tarixçi, şair. Urgənc hökmdarı Ərəb Məhəmməd xanın oğlu, 1643-cü ildə Aral özbəklərinin, 1644-cü ildən isə Xivənin xanı olmuşdur. Əbülqazinin "Şəcərəyi tərakimə" (1659) və "Şəcərəyi türk" (1663) əsərlərində bir sıra türk xalqlarının tarixi haqqında qiymətli məlumat, həmçinin xalq əfsanələri, rəvayətlər, atalar sözü və s. verilmişdir. Родословная туркмен. Пер. А. Г. Туманского. Асхабад, 1897. Родословное древо тюрков. Пер.
II Bahadır Gəray
II Bahadur Gəray (1722 – 1791, Türkiyə) — XXXXVIII Krım xanı. 1722-ci ildə doğuldu. Krım xanı II Dövlət Gərayın nəvəsi, Topal Əhməd Gərayın (ö. 1750) oğludur. İlk illəri haqqında məlumat yoxdur. Haqqındakı ilk məlumat isə 1777-ci ildə abazin qəbilələrinə rəhbər təyin edilməsidir. Qardaşı Şahin Gərayın 1777-ci ildə hakimiyyətə gəlməsinin ardından bölgədə radikal islahatlar aparıldı. Bu isə bəzi yerli bəylərin etirazına səbəb olmuşdu. Nəhayət bu etirazlar 1781-ci ildə üsyana çevrildi. Ayaqlanan əhali saraya hücum edərək bir çox saray əyanını öldürdü.
Bahadır Hüseynov
Bahadur Hüseynov (15 dekabr 1921, Şərur – 31 dekabr 2016, Bakı) — Azərbaycanın əməkdar hüquqşünası, general-mayor. == Həyatı == Bahadur Məmmədqulu oğlu Hüseynov 1921-ci il dekabr ayının 15-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kəndli ailəsində anadan olmuşdur. Ağır iqtisadi həyat şəraitini yüngülləşdirmək məqsədilə onun 3 yaşı olanda ailəsi Naxçıvandan Gəncəyə köçməli olur. 1934-cü ildə Gəncədə yeddiillik təhsilini başa vuran Bahadur elə bu şəhərdə Toxuculuq Texnikumuna qəbul olur və 1938-ci ildə həmin texnikumu müvəffəqiyyətlə bitirərək Toxuculuq Kombinatında işə düzəlir. Amma nə aldığı təhsili, nə də ki, işi ürəyincə olur. Bu həmin vaxtlar idi ki, Bahadur Hüseynovun böyük qardaşı Əhməd Xarkovda təhsil alırdı. Bahaduru da təhsilini davam etdirmək üçün öz yanına çağırırdı. Elə bu istəklə də 1939-cu ilin mayında Xarkova yola düşür. 1939-cu ildə Xarkov şəhərindəki Elektrotexnika İnstitutunun hazırlıq şöbəsinə daxil olmuş, həmin şöbəni bitirdikdən sonra təhsilini F. E. Dzerjinski adına Xarkov sərhədçilər məktəbində davam etmişdir. Böyük Vətən müharibəsi başlananda Bahadur da vaxtından əvvəl təhsilini başa vuraraq, kiçik leytenant rütbəsində, taqım komandiri kimi cəbhəyə yollanır.
Bahadır Həziyev
Bahadur Salam (Aslan) oğlu Həziyev (1 may 1926, Qəzyan, Zəngəzur qəzası – 1983) — Əməkdar məşqiçi, SSRİ və Azərbaycan SSR çempionu, Azərbaycan güləşçisi, Yunan-Roma güləşi, sərbəst güləş, milli güləş, ağır atletika üzrə SSRİ idman ustası adını qazanmışdır. == Həyatı == Bahadur Həziyev 1 may 1926-cı ildə Qubadlı rayonunun Qəzyan kəndində anadan olub. Yunan-roma güləşi ilə məşqul olub. Əməkdar məşqiçi, Yunan-roma güləşi və sərbəst, milli güləş növləri və ağır atletkadan idman ustası, SSRİ çempionu, dəfələrlə Azərbaycan çempionu olmuşdur. B. Həziyev uzun müddət rayon Kənd Könüllü İdman Cəmiyyətinin sədri olmuşdur. 1983-cü ildə vəfat etmişdir. Bahadır Həziyev Qubadlının Qəzyan kəndində anadan olub. Hələ uşaqlıqdan fiziki cəhətdən tay-tuşundan fərqlənən Bahadır Həziyev 1946 - 1949-cu illərdə hərbi xidməti başa vurub idman ustası kimi respublika yığma komandasına cəlb olunur. İdman ustası Bahadır Həziyev on dəfə Azərbaycan çempionu adına layiq görülüb. Sonra Yunan-Roma güləşi, sərbəst güləş, milli güləş, ağır atletika üzrə SSRİ idman ustası adını alır.
Bahadır Vəlibəyov
Bahadır Qasım bəy oğlu Vəlibəyov (12 yanvar 1894, Çəmənli, Şuşa qəzası – 12 fevral 1940, Moskva) — Azərbaycan sovet partiya və dövlət xadimi, Azərbaycan SSR baş prokuroru, Stalin repressiyalarının qurbanı. == Həyatı == Bahadır Vəlibəyov 1894-cü il də Şuşa qəzasının Çəmənli kəndində anadan olmuşdur. Bahadır bəy özünün bəy nəslindən olmasına baxmayaraq kəndlilərə və aşağı təbəqədən olan insanlara xüsusi rəğbət bəsləmişdir. 1912 ci ildə Bakıda gimnaziyanı bitirdikdən sonra Kiyev Universitetinin hüquq fakultəsinə daxil olmuş və burada da inqilabi fəaliyyətə başlamışdır. 1913-cü ildə inqilabi hərəkata qoşulduğu üçün universitetdən xaric edilmiş, sonradan sosial-demokrat partiyasının 3-cü dumasının tələbinə əsasən hüquq fakultəsinə bərpa olunmuşdu. 1918-ci ildən Rusiya Kommunist (bolşeviklər) Partiyasının (sonradan Sov. İKP) sıralarında olmuş, Oktyabr inqilabından sonra Minsk quberniyasının milis kommissarı, Minsk Vilayət Soveti İcrayyə Komitəsinin üzvü, Smolensk Qızıl qvardiya qərargahı hərbi-təsərrüfat idarəsinin kommissarı işləmişdir. Bahadır bəy Tambov quberniyasında qolçomaq qiyamçılara qarşı vuruşmuş, 1919-cu ildə RK(b)P Qafqaz Ölkə Komitəsinin tapşırığı ilə Batum, Gəncə, və Qarabağda partiya işi aparmışdır. 1920–37-ci illərdə AK(B)P Naxçıvan Ölkə Komitəsinin katibi, Azərbaycan SSR Maarif Kommissarının müavini, Ədliyyə komisarı, Naxçıvan MSSR MİK sədri, Vilayət Partiya Komitəsinin Birinci Katibi, Gürcüstan K(b)P Borçalı Qəza Komitəsinin Katibi, Azərbaycan SSR Baş Prokuroru, SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının sədr müavini olmuşdur. 21 iyul 1937-ci ildə Bahadır Vəlibəyov Vətənə xəyanətdə günahlandırılaraq Azərbaycan SSR Xalq Daxili İşlər Kommissarının müavini, Dövlət Təhlükəsizlik İdarəsi 4-cü şöbəsinin rəisi DT baş leytenantı Qriqoryanın imzaladığı qərarla həbs olunmuşdur.
Bahadır və Sona
Bahadır və Sona (roman) — Nəriman Nərimanovun romanı. Bahadır və Sona (opera) — bəstəkar Süleyman Ələsgərovun Nəriman Nərimanova məxsus eyniadlı faciəvi pyesi əsasında yazdığı opera.
Bahadır şah Qucarati
Sultan Qütbəddin Bahadır şah Qücərati (1500-cü illər, Qucarat sultanlığı – 5 aprel 1526) — Qücərat sultanlığının hökmdarı. == Həyatı == Mahmud Bəgranın nəvəsi, II Müzəffər şahın oğludur. II Müzəffər şah arvadının basqısı ilə böyük oğlu İskəndəri vəliəhd elan edincə Bahadır şah gizlincə Qücəratdan qaçaraq öncə Dunqarpurda Udai Sinqhə, sonra da Çitorda Məvar hakiminə sığındı. Onlardan yardım görəməyincə daha güclü olduğunu duyduğu Dehli Sultanı İbrahim şah Ludinin yanına getdi. Ancaq bu sırada Ludi ölkəsi də Sultan Babur təhlükəsinə məruz qalmışdı. Panipat səhrasında ikən bu dəfə gizlincə Babura müraciət etdi. Babur savaş sonrası uyğun bir zamanda onunla görüşə biləcəyini bildirdi. Bahadır, Panipat savaşından öncə bilinməyən bəzi səbəblərlə Ludi qərargahından ayrıldı və Qücərat tərəfı getdi (1526). Bu sırada II Müzəffər şah öldü və yerinə İskəndər sultan elan edildi. Səltənətinin başlanğıcında xalq üzərində basqı quran və vəzirləri də hər zaman xor görən İskəndər bir saray zərbəsiylə ortadan qaldırıldı.
Bahadır şah Qücərati
Sultan Qütbəddin Bahadır şah Qücərati (1500-cü illər, Qucarat sultanlığı – 5 aprel 1526) — Qücərat sultanlığının hökmdarı. == Həyatı == Mahmud Bəgranın nəvəsi, II Müzəffər şahın oğludur. II Müzəffər şah arvadının basqısı ilə böyük oğlu İskəndəri vəliəhd elan edincə Bahadır şah gizlincə Qücəratdan qaçaraq öncə Dunqarpurda Udai Sinqhə, sonra da Çitorda Məvar hakiminə sığındı. Onlardan yardım görəməyincə daha güclü olduğunu duyduğu Dehli Sultanı İbrahim şah Ludinin yanına getdi. Ancaq bu sırada Ludi ölkəsi də Sultan Babur təhlükəsinə məruz qalmışdı. Panipat səhrasında ikən bu dəfə gizlincə Babura müraciət etdi. Babur savaş sonrası uyğun bir zamanda onunla görüşə biləcəyini bildirdi. Bahadır, Panipat savaşından öncə bilinməyən bəzi səbəblərlə Ludi qərargahından ayrıldı və Qücərat tərəfı getdi (1526). Bu sırada II Müzəffər şah öldü və yerinə İskəndər sultan elan edildi. Səltənətinin başlanğıcında xalq üzərində basqı quran və vəzirləri də hər zaman xor görən İskəndər bir saray zərbəsiylə ortadan qaldırıldı.
Milli ruhun bahadırları (film, 2010)
Xalqın mənəvi mədəniyyət tarixində ilk növbədə, çox geniş yayılan xalq oyunları, Milli idman növləri hesab edilən: çövkan, zorxana mühüm yer tutub. Nağıllarımızda məharətlə at sürənlər, ox atanlar, güləşənlər haqqında çox deyilib. Dahi Nizami Gəncəvinin tarixi "Şərəfnamə" əsərində çövkan oyunundan, "Xosrov və Şirin" poemasmda Şirinin çövkan meydanında Sasani hökmdarı Xosrovdan geri qalmaması, Şirin ilə oynayan qızların da məharətli çövkan oyunçusu olması kimi məlumatlar var. İnsan cəmiyyətinin mövqeyinin fiziki qüvvəyə görə müəyyənləşdiyi bir dövrdə at çapmaq, ox atmaq, qılınc oynatmaq, güləşmək məharətinə malik olmaq böyük əhəmiyyət kəsb edirdi...Bu kəlmələr Milli idman tariximizdən və idman növlərimizdən bəhs edən Milli ruhun bahadırları adlı sənədli filmdən götürülüb. Film İdman Azərbaycan kanalının təqdim etdiyi sayca üçüncü filmdir. Tarixi xronoloji ardıcıllıqla verilən, bu günümüzdə sürətlə inkişaf edib böyük uğurlara imza atan zorxana idman növü haqqında filmdə ətraflı məlumatlar verilir. Film dərin tamaşaçı rəğbəti qazanmış və Novruz bayramı ərəfəsində həm İdman Azərbaycan kanalı ilə, həm də, AzTv ilə nümayiş etdirilib. Ssenari müəllifi: Eldar İsgəndərzadə Rejissor: Vasif Məmmədzadə Operator: Mahir Cahagirov Musiqi tərtibatçısı: Ceyhun Ağayev Filmi səsləndirdi: Əli Məmmədov Montaj: Rasim Baxşəliyev; Elmar Vəliyev İnzibatçı: Elşən Qarayev Proqramın rəhbəri və redaktor: Elsevər Dünyamalıyev X.Qurbanov-AZF-nin və Milli İdman Növləri Assosiasiyasının prezidenti. Hadi Ərəbi- AZF-nin baş katibi,məşqçi. Zorxana pəhləvanları,dünya və Avropa çempionları.
Nigar Bahadırqızı
Üç bahadır və Şamaxı çariçası
Üç bahadır və Şamaxı çariçası (rus. Три богатыря и Шамаханская царица) − "Melnitsa" studiyasının tammetrajlı cizgi filmi. Георгиев С.Г. Три богатыря и Шамаханская царица. М.: Эгмонт. 2011. ISBN 978-5-9539-5758-8 , 978-5-9539-5757-1. Три богатыря и Шамаханская царица "Мельница" saytında (rus.) Filmin rəsmi saytı (rus.) Üç bahadır və Şamaxı çariçası — Internet Movie Database saytında. Filimdə İqor Raseryayev tərəfindən bəstələnmiş Arxivləşdirilib 2011-02-23 at the Wayback Machine "Bahadırlar" mahnısı.
Üç bahadır və Şamaxı çariçası (cizgi filmi, 2010)
Üç bahadır və Şamaxı çariçası (rus. Три богатыря и Шамаханская царица) − "Melnitsa" studiyasının tammetrajlı cizgi filmi. Георгиев С.Г. Три богатыря и Шамаханская царица. М.: Эгмонт. 2011. ISBN 978-5-9539-5758-8 , 978-5-9539-5757-1. Три богатыря и Шамаханская царица "Мельница" saytında (rus.) Filmin rəsmi saytı (rus.) Üç bahadır və Şamaxı çariçası — Internet Movie Database saytında. Filimdə İqor Raseryayev tərəfindən bəstələnmiş Arxivləşdirilib 2011-02-23 at the Wayback Machine "Bahadırlar" mahnısı.
Bahadır Gəray (Həştərxan xanı)
Bahadır Gəray (krımtat. Bahadır Geray)(v. noyabr 1523, Həştərxan, Həştərxan xanlığı) — Həştərxan xanı. Krım xanı I Mehmed Gərayın oğlu və Krım kalqayı olmuşdur. == Həyatı == Doğum tarixi bilinməsə də, babası I Məngli Gərayın səltənətində dünyaya gəldiyi təxmin edilir. Atası o əsnada Krım kalqayı olan Mehmed Gəraydır. Babasının vəfatıyla 1515-ci ildə atası I Mehmed Gəray taxta çıxdı. Atası tərəfindən kalqay elan edilmək istənilsə də, ənənəyə görə yaşca ən böyük xanzadə olan əmisi Topal Əhməd Gəray kalqay elan edildi. I Mehmed Gəray isə səltənətin öz övladları ilə davam etməsini istəyirdi. Üstəlik, qardaşı Əhməd Gəray doğuşdan və ya qatıldığı səfərlərdə aldığı yaralardan fiziki qüsurlu idi və topallayırdı.
İlahə Bahadırova
İlaha Bahadırova ( ) Azərbaycanlı bədii gimnastdır. O, Avropa və gənclər arasında Dünya mükafatçısıdır. == Karyerası == O, 2023-cü ildə milli yeniyetmələr qrupunun üzvü idi və Bakıda keçirilən Avropa Çempionatında İlaha, Madina Aslanova, Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Zəhra Cəfərova və Ayan Sadıqova ilə birlikdə çoxnövçülük və 5 topla komanda yarışında bürünc medal qazandı. İyul ayında qrup Kluz-Napokada keçirilən 2-ci Yeniyetmələr Dünya Çempionatında çoxnövçülükdə Bolqarıstan və İsrailin ardından bürünc medal, iki fərdi finallarda isə yenidən bürünc medal qazandı. 2024-cü ildə İlaha fərdi yarışlara keçdi və Bakıda keçirilən 1-ci Bədii Gimnastika Avropa Kubokunda iştirak etdi, burada yeniyetmələr arasında topla yarışmanın finalında gümüş medal qazandı.

Значение слова в других словарях