baməzə
banan
OBASTAN VİKİ
Ban Pain
Ban Pain (Norfolk dili Ban Pain) — Norfolk adasının ən iri şəhəri. Adanın əsas kommersiya mərkəzi, faktiki paytaxtı. Adanın bir kənarından digərinə yol şəhərdən keçir. == Əhalisi == Dəqiq əhali sayı məlum deyil. Müəyyən mənbələrə görə onun əhalisi 180 nəfərdir (2007-ci il) == İdarəetmə == Şəhərin bələdiyyəsi və dəqiq sərhədi yoxdur. Şəhərin ticarət-sənaye palatası sahibkarların şəhərin idarə edilməsində iştirakını təmin edir. Şəhərin emblemi və hansısa fərqlənmə nişanı yoxdur.
Ban Çan
Ban Kristofer Çan və ya səhnə adı ilə Bang Chan (3 oktyabr 1997, Seul) — 2018-ci ildə JYP Entertainment tərəfindən yaradılan Cənubi Koreyalı oğlan qrupu "Stray Kids"-in lideri, vokalı, repçisi və prodüseridir. 3Racha mahnı yazan triosunun üzvüdür.Koreya Musiqi Müəllif Hüquqları Assosiasiyasının (KOMCA) məlumatına görə, o 124 mahnının müəllifidir. == İlk İllər == === Həyatı === Ban Çan 3 oktyabr 1997-ci ildə Cənubi Koreyada Seul şəhərində anadan olub.Hannah adında bacısı və Lucas adında qardaşı var. Kiçik yaşlarında bir müddət Avstraliyanın Sidney şəhərində yaşamışdır. Çan Avstraliyada ikən "Newtown" Liseyində oxudu. Cənubi Koreyaya köçdükdə "Chungdam" Liseyində oxudu. Kiçik yaşlarında modern rəqs və balet rəqsi üzrə təhsil almışdır. == Karyera == === Stray Kids === 11 aprel 2011-ci ildə JYP Entertainment-ə qatıldı. 800 namizəd arasından tək o seçilmişdir. 7 il stajçı olub.
Ban Ki-mun
Pan Gi Mun və ya Ban Ki Mun (kor. 반기문, 13 iyun 1944[…]) — Birləşmiş Millətlər Təşkilatının sayca səkkizinci sədri. Səlahiyyətlərinin icrasına 1 yanvar 2007-ci ildən başlamışdır. Əslən Cənubi Koreyalı olan Pan Gi Mun bu vəzifədə Qanalı Kofi Annanı əvəz etmişdir.
Ban Ki Mun
Pan Gi Mun və ya Ban Ki Mun (kor. 반기문, 13 iyun 1944[…]) — Birləşmiş Millətlər Təşkilatının sayca səkkizinci sədri. Səlahiyyətlərinin icrasına 1 yanvar 2007-ci ildən başlamışdır. Əslən Cənubi Koreyalı olan Pan Gi Mun bu vəzifədə Qanalı Kofi Annanı əvəz etmişdir.
Ray-Ban
"Ray-Ben" (ing. Ray-Ban) — Amerika şirkəti Bausch & Lomb Inc., tərəfindən yaradılmış günəş eynəkləri və korreksiyaedici optika çərçivələri brendi, hazırda İtaliyanın Luxottica Group S.p. şirkətinə məxsusdur.
1907 Tiflis bank soyğunu
1907 Tiflis bank soyğunu (ing. 1907 Tiflis bank robbery, rus. Тифлисская экспроприация) — 1907-ci ilin 26 iyun tarixində Gürcüstanın mərkəzi Tiflis şəhərində baş vermiş silahlı soyğun. == İstinadlar == == Mənbə == Kun, Miklós. Chapter 5: Why Stalin Was Called a 'Mail-Coach Robber' // Stalin: An Unknown Portrait. New York: Central European University Press. 2003. ISBN 978-963-9241-19-0.
ABŞ-ın bani ataları
Amerika Birləşmiş Ştatlarının qurucu ataları (ing. The Founding Fathers) — Amerika dövlətçiliyinin yaranmasında və əsasının qoyulmasında mühüm rol oynamış amerika xadimləri qrupu. Bəzi tarixçilərə görə, bura Amerika inqilabını təşkil edən və aparan ABŞ siyasətçiləri, hüquqşünaslar, dövlət xadimləri, əsgər və diplomatlar və ya sadəcə adi vətəndaşlar olaraq meydana gətirən On üç İngilis koloniyasının nümayəndələri daxildir. 1973-cü ildə tarixçi Riçard Morris aşağıdakı yeddi əsas qurucu atanı təyin etmişdir: Con Adams, Bencamin Franklin, Aleksandr Hamilton, Con Cey, Tomas Cefferson, Ceyms Medison və Corc Vaşinqton.
ATM (Bank)
ATM və ya Bankomat (ing. Automated Teller Machine) — ən asan anlamda müştərilərin bankın xidmətlərindən istifadə zamanı insansız çalışan elektromexanik vasitədir. Bankomat bank kartlarından istifadə edərək kart hesabından nağd pul vəsaitləri çıxarmağa, hesab barədə məlumat almağa, kommunal və digər xidmətlərin haqqını ödəmək üçün nağdsız hesablaşmalar aparmağa imkan verən aparatdır. Maşınlar, əsasən plastik kartlar və istifadəçi kodları (PİN) vasitəsilə işlədilir. Ekrana istifadəçini yönləndirməyə yarayan bir menyu gəlir. İstifadəçilər ATM xidmətlərindən özlərinə lazım olan mesaj və variantlar vasitəsilə faydalanırlar. İlk maşınlar sadəcə müəyyən miqdarda pul götürmək üçün istifadə olunurdusa indi daha da inkişaf edən texnologiya dövründə maşınların təqdim etdiyi xidmətlər daha da artmışdır. Son illərdə hesaba pul köçürmə, hesab durumları haqqında məlumat alma, maaş alma, daimi ödemələri aparma, hesabdan hesaba pul köçürmə, və s. əməliyyatlar aparılır. Çox şöbəli böyük banklar şöbələr üçün lazımlı bina və heyət xərclərini azaltmaq məqsədilə ATM-lərə maraq göstərirsə, daha kiçik bankların əksəriyyəti isə bazar paylarını, dolayısıyla gəlirlərini artırmaq üçün eyni xidməti göstərmək yolunu seçmişlər.
Abirjit Banerji
Abirjit Vinayak Banerji (Benqal dili: অভিজিৎ বিনায়ক বন্দ্যোপাধ্যায়); 21 fevral 1961, Bombey) — Əslən Benqaldan olan Hindistan və amerikalı iqtisadiyyatçı. O, Massaçusets Texnologiya İnstitutunda iqtisadiyyat üzrə professordur. Banerji 2019-cu ildə İqtisadiyyat üzrə Nobel mükafatını Ester Düflo və Maykl Kremerlə bölüşüb. Onlar qlobal yoxsulluğun aradan qaldırılması üzrə təcrübi yanaşmalarına görə bu mükafata layiq görülüblər. Banerji həyat yoldaşı Ester Düflo ilə birlikdə tarixdə Nobel mükafatını qazanan 6-cı cütlük olub. Banerji iqtisadçı Ester Düflo və Sendhi Mullaynathanla birlikdə Abdul Lətif Cəmil Yoxsulluq Hərəkəti Labaratoriyasının qurucularından biridir. O, həmçinin Yosuluq Hərəkəti üçün Yeniliklərin araşdırmaçı şəriyi və Maliyyə Sistemləri və Yoxsulluq bağlı Konsorsiumun üzvüdür. Bundan əlavə, Banerji Bureau İnkişafın İqtisadi Analizində Araşdırmada prezident, Milli Bureau İqtisadi Araşdırmasının araşdırma köməkçisi, İqtisadi Siyasət Araşdırması Mərkəzinin tədqiqatçı üzvü, Kiyel İnstitutunun beynəlxalq tədqiqat üzvü, Amerika İncəsənət və Elmlər Akademiyası və Ekonometrika Cəmiyyətinin üzvü vəzifələrini icra edir. O, həmçinin Quqqenheym və Alfred P. Sloan Üzvü olmuşdur. O, ''Yoxsul İqtisadiyyat'' kitabının müəlliflərindən biridir.
Afrika İnkişaf Bankı
Afrika İnkişaf Bankı (İngiliscə: African Development Bank-AFDB) — müstəqil Afrika ölkələri arasında iqtisadi əməkdaşlığı inkişaf etdirmək məqsədi ilə qurulmuş olan bank. Qısa adı AFDB olan Afrika İnkişaf Bankı, 10 sentyabr 1963 tarixində qurulmuşdur. İlk qurulduğu illərdə "Yeni Müstəmləkəçilik" təsirlərindən qorunmaq məqsədi ilə Afrikadan başqa bölgələrdən üzv qəbul edilmirdi. 197-ci ildə Afrikalı olmayan ölkələrə açıq və bankın bir yan quruluşu olan Afrika İnkişaf Fondu yaradıldı. Fond vasitəsilə üzv ölkələrə aşağı faizlə borc imkanları tanındı. 1982-ci ildə bank statusunda edilən bir dəyişiklik ilə Afrika xaricindəki ölkələrə də üzvlük haqqı verildi.
Al Bano
Al Bano(Al Bano Karrizi) 20 may 1943) — məşhur İtalyan müğənnisi, aktyor və şərabçı. == Həyatı == Al Bano Karrizi 1943-cü ildə İtaliyada Puglia bölgəsinin Brindisi vilayətində çox kasıb italyan ailəsində doğulub. Anası evdar qadın Atası əkinçilik və maldarlıqla məşğul olurdu. Anası İolanda Ottino ona Albano adını verdi, çünki o, doğulduğu zaman, atası Carmelo Karrisi II Dünya müharibəsi dövründə Royal İtaliya Ordusu üçün Albaniya ilə döyüşürdü. Sonralar müğənni öz adından utanaraq onu iki hissəyə ayırır və Al Bano Karrizi olur. Albanonun digər qardaşı isə tanınmış pop musiqiçisi Franko Karrisdi. Al Bano müğənnilik fəaliyyətinə qədər ofisiant, aşpaz, koveyerdə fəhlə kimi işləyib. Al Bano ilk mahnısını 12 yaşında yazır, 16 yaşında isə müğənnilik karyerası üçün Milana gəlirO, 1965-ci ildə Adriano Çelentanonun təşkil etdiyi konkursda iştirak edənədək ofisiant, aşpaz, koveyerdə fəhlə kimi işləyir.1966-cı ildə müğənni olaraq, Delle Rose-de və televiziyada yayımlanan musiqi festivalında çıxış edir,1968-ci ildə "Pensando a te" qrupu ilə birlikdə İtalyan mahnısı olan "L'Estate" Disko musiqisi ilə birciliyi qazanır. O, "La siepe" və "Nel sole" kimi bir sıra böyük hitləri qeyd etdi. "Nel sole" 1967-ci ildə üç ay azadlıq dövründə İtaliyada 600 min nüsxə satdı və nəticədə 1 milyondan çox nüsxə və 1968-ci ilin iyulunda qızıl diskə layiq görülmüşdür.
Albaniya banklarının siyahısı
Albaniyada fəaliyyət göstərən bankların siyahısı
Aleksandr Bannerman
Ser Aleksandr Bannerman (ing. Sir Alexander Bannerman; 7 oktyabr 1788, Aberdin – 30 dekabr 1864) — Şotlandiya tüccarı, şərabsatanı, siyasətçisi, Böyük Britaniya müstəmləkə qubernatoru. == Həyatı == === Ailəsi === Aleksandr Bannerman 7 oktyabr 1788-ci il tarixində Böyük Britaniyaya daxil olan Şotlandiyanın Aberdin şəhərində anadan olmuşdur. "Sendi" (Sandy) olaraq tanınan Aleksandr Bannerman Tomas Bannermanın oğludur. Tomas Bannerman Şotlandiyanın Aberdin şəhərinin tanınmış biznesmeni idi. Onun uğurlu bir şərab biznesi, eləcə də ticarət və balina ovu sahələrində böyük gücü var idi. Bannerman şəhərin prorektor olaraq fəaliyyət göstərirdi və 1837-ci ildə o, Marişal Kollecinin dekanı seçilmişdir. Aleksandr Bannerman 1825-ci ildə Marqaret Qordon ilə evlənmişdir. Onun bioqrafı Qordonu "Karlaylın ilk eşqi" adlandırmışdır. Tanınmış Tomas Karlayl Marqaret Qordonun "zəkasına və idrakına cəlb olunmuşdu".
Aleksandr Bannermann
Aleksandr Bannermann (1720, Kembric – 1780) — İngiltərə qravürçüsü. Aleksandr Bannermann 1730-cu ildə Böyük Britaniyaya daxil olan İngiltərənin Kembric şəhərində anadan olmuşdur. O, Alderman Boydellin sifarişi ilə bir sıra qravür hazırlamışdır. Aleksandr Bannermann 1766-cı ildə Böyük Britaniya Rəssamları Cəmiyyətinin üzvü olmuşdur. == Qalereya == == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Bannermann, Alexander // Dictionary of National Biography (ingilis). London: Smith, Elder & Co. 1885–1900. == Xarici keçidlər == Vikianbarda Aleksandr Bannermann ilə əlaqəli mediafayllar var.
Artemisia banihalensis
Artemisia banihalensis (lat. Artemisia banihalensis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü.
Avropa İnvestisiya Bankı
Avropa İnvestisiya Bankı — maliyyə qurumu olaraq 1958-ci ildə Roma Anlaşması ilə Birliyin hədəflərini həyata keçirməsinə kömək edərək investisiyanı maliyyələşdirmək məqsədilə qurulmuşdur. Avropa İnvestisiya Bankı hüquqi və maliyyə muxtariyyətinə sahibdir. Bankın üzvləri Avropa Birliyi üzvü olan dövlətlərdir. Bankın mərkəzi Lüksemburqdadır. AİB 1994-cü ildə 19,9 milyard ECU həcmində kredit vermiş, beləliklə öndə gələn beynəlxalq maliyyə qurumları arasındakı yerini qüvvətləndirmişdir. AİB-in ən əsas hədəfi Avropa Birliyinin taraz inkişafına kömək etməkdir. Bununla yanaşı Transavropa nəqliyyat və telekommunikasiya sahələrinin inkişafına, ətrafın qorunmasına, enerji mənbələrinin davamlılığının təmin olunmasına və sənayə və kiçik şirkətlərin rəqabət gücünün beynəlxalq aləmdə artırılmasına yönəlmiş layihələri maliyyə ilə təmin edir. Bank Avropa Birliyi xaricində də birliyin üzvü olmayan ölkələrə yönəlmiş əməkdaşlıq siyasətinin həyata keçirilməsinə kömək edir. Afrika, Karib ölkələri və Sakit okean ölkələrində, Aralıq dənizi hövzəsində, Orta və Şərqi Avropada, Latın Amerikasında və Asiyada fəaliyyət göstərir. Avropa İnvestisiya Bankı mənbələrinin böyük bir hissəsini sərmayə bazarlarından borc alır.
Azərbaycan Dövlət Bankı (1919)
Azərbaycan Dövlət Bankı, Azərbaycan Xalq Cümhuriyyəti maliyyə siyasətinin həyata keçirilməsini təmin edən mühüm dövlət qurumu. == Yaradılmasında məqsəd == Dövlətin maliyyə-iqtisadi müstəqilliyinin təmin edilməsi məqsədilə yaradılmışdı. Belə ki, Rusiya Mərkəzi Bankının Bakıdakı şöbəsi Azərbaycan Xalq Cümhuriyyətinin qarşısında duran mühüm dövlətçilik vəzifələrini yerinə yetirə bilməzdi. Buna görə də, Hökumət 1919-cu il martın 7-də ADB-nın təşkili barədə layihəni bəyəndi və bankın nizamnaməsini hazırlamağı maliyyə nazirinə tapşırdı. 1919-cu il, mayın 20-də ADB-nın nizamnaməsi Nazirlər Şurasına təqdim olundu. == Yaradılması == Nizamnamə hazırlanarkən Rusiya Dövlət Bankının nizamnaməsi əsas götürülmüş, lakin bir sıra dəyişikliklər və ixtisarlar edilmişdi. Məsələn, banka qanunvericilik qaydasında müəyyən olunmuş əsaslarla pul nişanları buraxmaq hüququ verilmişdi, mərkəzi idarənin və onun ayrı-ayrı qurumlarının tərkibi ixtisar olunmuş, eyni zamanda, mərkəzi idarə Bakı şəhərindəki əməliyyat şöbəsi ilə birləşdirilmişdi, bankın yerli strukturlarının şöbə və agentlik hesab edilməsi məqbul sayılmamış, yaradılması nəzərdə tutulan strukturların hamısı bölmə adlandırılmışdı. Onların ştat cədvəli, hüquq və vəzifələri də buna müvafiq olmalı idi. Nizamnaməyə görə, ADB-nın vəzifələri kommersiya banklarının vəzifələrindən geniş idi və o dövlət xarakterli bir sıra tapşırılqarı, o cümlədən pul emissiyasının yerinə yetirməsi dövlətin maliyyə aparatı kimi müvafiq hallarda digər ölkələrin eyni orqanları ilə sazişlər bağlanması, valyuta məsələsinin tənzimlənməsi və s. funsksiyaları yerinə yetirməli idi.
Azərbaycan Mərkəzi Bankı
Azərbaycan Respublikasının Mərkəzi Bankı və ya qısaca AMB — inzibati binası Bakı şəhərində yerləşir. "Azərbaycan Respublikasının Milli Bankının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 11 fevral tarixli Fərmanı ilə yaradılmışdır. "Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında" 18 mart 2009-cu il tarixli Azərbaycan Respublikasının Referendum Aktının qüvvəyə minməsi ilə əlaqədar olaraq "Azərbaycan Respublikasının Milli Bankı" "Azərbaycan Respublikasının Mərkəzi Bankı" adlandırılmışdır. Azərbaycan Respublikasının Mərkəzi Bankının statusu, onun məqsəd, funksiya və səlahiyyətləri, habelə idarəetmə və təşkilati strukturu, dövlətin mərkəzi bankı kimi dövlət hakimiyyəti orqanları ilə və digər şəxslərlə münasibətləri "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Azərbaycan Respublikasının 10 dekabr 2004-cü il tarixli Qanunu ilə tənzimlənir. Mərkəzi Bankın müstəsna olaraq ölkənin milli valyutasının emissiya funksiyası Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit olunur. Mərkəzi Bank öz fəaliyyətində həmçinin Azərbaycan Respublikasının digər qanunvericilik aktlarını və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri rəhbər tutur. == Tarix == Azərbaycanda mərkəzi bankçılığın tarixi bir neçə mərhələdən ibarətdir: Xalq Cumhuriyyəti dövrü (1918–1920); sovet sosialist quruluşu dövrü (1920–1991); 1991-ci ildə Azərbaycanın müstəqilliyinin bərpa edilməsindən başlayan müasir mərkəzi bankçılıq dövrü. 1918-ci il may ayının 28-də Azərbaycan öz müstəqilliyini elan edərək Azərbaycan Xalq Cumhuriyyətini yaratmışdır. İlk dövrdə müstəqil respublikada Rusiya pulları, həmçinin 1918-ci ilin yanvar ayından etibarən Bakı Xalq Komissarları Sovetinin qərarı ilə Bakı şəhər idarəsi və Bakı Sovetinin şəhər təsərrüfatı tərəfindən dövriyyəyə buraxılmiş "Bakı bonları" ilə yanaşı Zaqafqaziya bonlarından da geniş istifadə olunurdu. Həmin vaxtda keçmiş Rusiya Dövlət Bankının Bakı bölməsi də öz fəaliyyətini davam etdirirdi.
Azərbaycan Respublikasının Mərkəzi Bankı
Azərbaycan Respublikasının Mərkəzi Bankı və ya qısaca AMB — inzibati binası Bakı şəhərində yerləşir. "Azərbaycan Respublikasının Milli Bankının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 11 fevral tarixli Fərmanı ilə yaradılmışdır. "Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında" 18 mart 2009-cu il tarixli Azərbaycan Respublikasının Referendum Aktının qüvvəyə minməsi ilə əlaqədar olaraq "Azərbaycan Respublikasının Milli Bankı" "Azərbaycan Respublikasının Mərkəzi Bankı" adlandırılmışdır. Azərbaycan Respublikasının Mərkəzi Bankının statusu, onun məqsəd, funksiya və səlahiyyətləri, habelə idarəetmə və təşkilati strukturu, dövlətin mərkəzi bankı kimi dövlət hakimiyyəti orqanları ilə və digər şəxslərlə münasibətləri "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Azərbaycan Respublikasının 10 dekabr 2004-cü il tarixli Qanunu ilə tənzimlənir. Mərkəzi Bankın müstəsna olaraq ölkənin milli valyutasının emissiya funksiyası Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit olunur. Mərkəzi Bank öz fəaliyyətində həmçinin Azərbaycan Respublikasının digər qanunvericilik aktlarını və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri rəhbər tutur. == Tarix == Azərbaycanda mərkəzi bankçılığın tarixi bir neçə mərhələdən ibarətdir: Xalq Cumhuriyyəti dövrü (1918–1920); sovet sosialist quruluşu dövrü (1920–1991); 1991-ci ildə Azərbaycanın müstəqilliyinin bərpa edilməsindən başlayan müasir mərkəzi bankçılıq dövrü. 1918-ci il may ayının 28-də Azərbaycan öz müstəqilliyini elan edərək Azərbaycan Xalq Cumhuriyyətini yaratmışdır. İlk dövrdə müstəqil respublikada Rusiya pulları, həmçinin 1918-ci ilin yanvar ayından etibarən Bakı Xalq Komissarları Sovetinin qərarı ilə Bakı şəhər idarəsi və Bakı Sovetinin şəhər təsərrüfatı tərəfindən dövriyyəyə buraxılmiş "Bakı bonları" ilə yanaşı Zaqafqaziya bonlarından da geniş istifadə olunurdu. Həmin vaxtda keçmiş Rusiya Dövlət Bankının Bakı bölməsi də öz fəaliyyətini davam etdirirdi.
Azərbaycan Sənaye Bankı
Azərbaycan Sənaye Bankı – Azərbaycanda fəaliyyət göstərən bank. 1996-cı ildə “Capital Investment Bank” (CI Bank) olaraq yaradılmış, 2006-ci ildən hazırkı adı ilə fəaliyyət göstərən ASB Bank hüquqi və fərdi müştərilərə bütün növ bank xidmət və məhsullarını təqdim edir. Bankın 4-ü Bakı şəhərində, eyni zamanda Sumqayıt, Gəncə və İmişlidə olmaqla 7 filialı və vardır. ASB “Azərbaycan Sənaye Sığorta”, “Azərbaycan Sənaye Lizinq”, “Azərbaycan Beynəlxalq Bankı Gürcüstan”, kart prossesinq mərkəzi “Millikart” və “Bakı Fond Birjası” kimi təşkilatların səhmdarıdır.
Azərbaycan futbolunun əfsanələri. Anatoli Banişevski (film, 2012)
Azərbaycan–Banqladeş münasibətləri
Azərbaycan–Banqladeş münasibətləri — Azərbaycan Respublikası ilə Banqladeş Xalq Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. == Diplomatik əlaqələr == İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin fevral ayının 26-da qurulmuşdur.
BANM
Bakı Ali Neft Məktəbi və ya qısaca: BANM — Azərbaycanda dövlət ali təhsil müəssisəsi. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturuna daxildir. == Haqqında == Azərbaycan ali təhsil orqanlari sırasına yeni daxil edilmiş Bakı Ali Neft Məktəbi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29 noyabr 2011-ci il tarixli Fərmanı əsasında ARDNŞ-nin tərkibində yaradılmışdır. Bakı Ali Neft Məktəbinin tələbələri nəzəri bilikləri mənimsəməklə yanaşı ARDNŞ-nin müəssisə və təşkilatlarında peşə təlimi və istehsalat təcrübəsi də keçirlər. Bu məqsədlə BANM-in tədris infrastrukturu ən müasir təlim avadanlıqları ilə təchiz olunmuşdur. Hazırda BANM-in bakalavr səviyyəsində təhsil alan tələbələri Heriot-Vatt Universitetinin tədris proqramlarına uyğun təlim keçirlər. Birinci kurs tələbələri üçün "İngilis dili" və "Kompüter və İnformasiya Kommunikasiya Texnologiyaları" fənləri intensiv şəkildə və yüksək səviyyədə tədris olunur. == Maddi-texniki bazası == Bakı Ali Neft Məktəbi Bakı şəhərinin "Ağ Şəhər" adlanan hissəsində yerləşir. Bibiheybət ərazisində yerləşən yeni şəhərcik isə 2017-ci ildə tikilib istifadəyə verilmişdir. 7 hektar ərazisi olan kampusun tikintisinə 2012-ci ildə başlanılıb və tədris üçün tam hazır vəziyyətə gətirilib.
Bagz Banni
Baqz Banni və ya Dovşan Baqz (ing. Bugs Bunny) — Warner Bros. tərəfindən yaradılan cizgi filmi qəhrəmanıdır. Daffi Dakdan başqa cizgi filmlərinin bütün qəhrəmanları onu sevir. İlk dəfə 1938-ci ildə Bruklində Nyu-Yorkda yaradılmışdır. Əsası Teks Eyveri və animator Robert MakKimson tərəfindən qoyulmuşdur. Digər versiyalarda isə personajın yaradıcısını bu kampaniyanın animasiya studiyasında çalışan Çak Consu hesab edirlər. Baqs özündənrazı, laqeyd xarakteri ilə seçilən antromorfik, boz və ağ rəngli dovşandır. Zarafata çox meyillidir. Cizgi filmlərdə, televiziya verilişlərində, video oyunlarında, bir çox reklamlarda rol alıb.
Bakı Banklararası Valyuta Birjası
Bakı Banklararası Valyuta Birjası (BBVB) — 1993–2014-cü illərdə fəaliyyət göstərmiş və rəsmi olaraq 2022-ci ildə ləğv edilmiş Azərbaycan birjası. Azərbaycanda və Qafqaz regionunda ən iri birja təsisatı olmuşdur. == Fəaliyyəti == 1993-cü ilin 26 iyul tarixində Milli, Beynəlxalq, Əmanət, Sənaye-investisiya və Aqrosənaye bankları tərəfindən təsis edilmişdir. 2003-cü ilə qədər burada 2 mindən çox ticarət sessiyası keçirilmişdir, 2013-cü ilə qədər bu say 6,900-a çatmışdır. Bağlanmış valyuta əqdlərinin ümumi həcmi, təxminən 3 milyard dollar, manat ekvivalentində isə 12 trilyon manatdan çox olmuşdur. 1995-ci il martın 31-dən bu günədək BBVB-də Azərbaycan Milli Bankının kredit hərracları keçirilir və bu hərraclarda kommersiya bankları 900 milyard manat borc götürmüşlər. 1996–1999-cu illərdə dövlət istiqrazları üzrə hərracların həcmi 694,15 milyard manat təşkil etmişdir. BBVB-nın səyləri sayəsində Azərbaycanda bankların əksəriyyəti elektron hərraclarının iştirakçısı olmuş, ötən il iyulun 9-dan BEST sistemində 85 milyon dollar məbləğində əqdlər bağlayaraq, valyuta risklərini və qısamüddətli likvidliyi daha operativ və kompleks şəkildə idarə etmək imkanı qazanmışdır. BBVB və onun səhmdarlarının Azərbaycanda ilk dəfə reallaşdırdığı layihələr arasında Maliyyə Nazirliyinin Dövlət Qısamüddətli Emissiyalarının (DQİ) dövriyyəsinə xidmət göstərilməsi, səhmlərlə birinci birja ticarətlərinin təşkili, dövlət qiymətli kağızları ilə əməliyyatların uçotu üçün elektron depozitarinin yaradılması, listinq üzrə xüsusi Komissiyanın təsis edilməsi, birinci banklararası kredit hərracları, həmçinin universal ticarət-hesablama birja kompleksinin işə buraxılması var. Birja 2001-ci ildə BEST informasiya-ticarət sistemi işə buraxmışdır.
BanG Dream!
BanG Dream! (バンドリ, Bandori) — Bushiroad tərəfindən istehsal olunan bir musiqi media franşizi. == İstinadlar == == Xarici keçidlər == bang-dream.com — BanG Dream!

Digər lüğətlərdə