BAYAQKI
BAYANÇALAN
OBASTAN VİKİ
I Bayan
Bayan Xaqan — avar hökmdarı (568–601) Bayan Xaqan 565-ci ildə slavyan tayfalarını ağır məğlubiyyətə uğradaraq Mərkəzi Karpatı ələ keçirmiş, Bizansı xərac vermək məçburiyyətində qoymuşdu. Lanqobardlarla ittifaq bağlayaraq hepidləri özünə tabe etmişdi. O. 568-ci ildə lanqobardların Cənubi İtaliyaya köçməsindən sonra indiki Macarıstan ərazisini tamamilə hakimiyyəti altına almışdı. Daha sonra qərbdə Frank kralı Ziqberti məğlubiyyətə uğratmış, cənubda isə Bizansın Singidunum və Sirmium kimi strateji əhəmiyyətli sərhəd qalalarını tutmuşdu (582). Bayan xaqanın hakimiyyəti dövründə xaqanlığın sərhədlərini Don çayından Qalliyaya, şimali slavyanların torpaqlarından İtaliyaya qədər genişləndirmişdi. == İstinadlar == == Mənbə == Azərbaycan Milli Ensiklopediyası, III cild. Bakı,2011, səh. 302.
Kiçik-Bayan məbədi
Bayan kilsəsi — Daşkəsən rayonunun Bayan kəndində Çiçərvəng məbədinin yanında yerləşir. Daşkəsən şəhərindən təxminən 20 kilometr aralıdadır. Məbədə gedən yolun 1,5 km qeyri-qənaətbəxşdir və məbədin harada yerləşməsi haqqında heç bir müvafiq göstərişli nişanlar yoxdur. Digər məbədlər kimi bu məbədin üzərində yerləşən alban xaç daşı və başqa dini əşyalar ermənilər tərəfindən oğurlanaraq aparılmışdır.
Qozı Körpeş–Bayan Sulu
Qozı Körpeş — Bayan Sulu — XIX əsrin ortalarında yazılmış XIII-XIV əsrlərə aid Qazaxıstan lirik-epik poeması. Poema Sıbanbay, Bekbau, Janak və Şoje kimi akınların şifahi ifası sayəsində populyar idi. Onun təxminən 20 variantı arasında Janakın variantı ən məşhurudur. Yazılı şəkildə ən çox yayılmış versiyalar folklor toplayıcıları Sablukova (1831-ci il), Derbisalinə (1834-cü il), A. Frolova (1841-ci il) və Çokan Vəlixanova (1856-cı il) məxsusdur. Rus dilində poema 1865-ci ildə M. Putintsev tərəfindən nəşr olunmuşdur, daha sonra 1870-ci ildə V. Radlovun "Türk tayfalarının xalq ədəbiyyatı nümunələri" (rus. Образцы народной литературы тюркских племён) toplusunun üçüncü cildinə daxil edilmişdir. == Süjeti == Qozı Körpeş və Bayan Sulunun faciəvi sevgisi haqqında qədim əfsanəyə əsasən, uşaqlıqdan dost olan Sarıbay və Karabay adlı iki şəxs öz uşaqlarını bir-biri ilə evləndirəcəklərinə dair and içdilər və onları doğulmazdan əvvəl nişanlandırdılar. Oğlu doğulmazdan əvvəl Sarıbay ov zamanı vəfat edir. Böyüyən Kozı və Bayan bir-birilərini görməsələr də, nikah razılaşması onları birləşdirir və nəhayət onlar bir-birini sevirlər. Zaman keçir və Karabay həyat planlarını dəyişir.
Bayan
Toponimlər Bayan (Daşkəsən) — Azərbaycanın Daşkəsən rayonunda kənd. Bayan (Oğuz) — Azərbaycanın Oğuz rayonunda kənd.
Kozı Körpeş və Bayan Sulu dastanı
Kozı Körpeş və Bayan Sulu dastanı — Türk epik ənənəsinin önəmli örnəklərindən sayılan "Kozı Körpeş və Bayan Sulu" dastanının Altay, başqırd, qazax, tatar (Krım-Dobruca, Kazan, Baraba-Sibir) və uyğur türklərinə aid bir çox variantları mövcuddur ki, onlar "Kuzıy Körpeş ilə Bayan Sulu", "Kuzıy Körpes minen Mayanhılıv", "Kuzı Körpe", "Kuzı Körpe bilen Bayansılu", "Kozın Erkeş", "Közüyke", "Boz Körpeş-Qara Göz Ayım" və s. kimi müxtəlif adlarla adlandırılmışdır. Bu mətnlər nəzm, nəzm-nəsr və ya nəsr şəklindədir. Dastanın ən qədim variantı hesab olunan Altay variantını V. V. Radlov XII–XIII əsrlərə aid edir. "Kozı Körpeş və Bayan Sulu" bir çox zəngin motivləri ehtiva edir. Məsələn, sonsuzluq, hamilə maral (qurd), beşik kərtməsi, ad qoyma, qərhəmanın silahlarını alması, yaxşı və pis heyvanlar, formul sayları, cilddəyişmə, müxtəlif mükafatlar və cəzalar, köməkçi insanlar, hiylə, at, silah və geyim almaq, müxtəlif heyvanlarla söyləşmək, sehrbaz, yuxu, ölüb-dirilmə və s. "Türk dünyasının Romeo və Cülyettası" adlandırılan "Kozı Körpeş və Bayan Sulu" böyük bir məhəbbət dastanıdır. Bu dastana görə uşaqları olmayan iki bəy (xan) övladları dünyaya gələndə onları beşikkərtməsi edirlər. Uşaqlara Kozı və Bayan adını verirlər. Bir müddət keçəndən sonra Kozının atası ölür, Bayanın atası da verdiyi sözdən dönüb başqa bir yerə köçür.
Bayan-Ölgiy
Bayan-Ölqiy vilayəti (monqolca: Баян-Оглий аймаг; Qazaqça: Бай-Өлке; Azərbaycan Türkcəsi: Bay-Ölkə; "Zəngin Ölkə") — Monqolustanın 21 vilayətindən (aymaqından) biri. Özündə 13 rayonu (sumu) birləşdirən Bayan-Ölqiy vilayətinin ərazisi 45 704 Km2-dır. == Ərazisi == 1939-cu ildə yaradılan Bayan-Ölqiy vilayətinin ərazisi 45 704 Km2-dır. Bayan-Ölqiy vilayətinə 13 rayon (sum) daxilidir. Vilayətini paytaxtı Tsaqaannuur şəhəridir. == Əhalisi == 2017-ci ildə olan məlumatlara əsasən Bayan-Ölqiy vilayətinin əhalisinin 88,7% i Qazaqlardan ibarət olup cəmi 101 592 nəfərdir.
Bayan-Öndör
Bayan-Öndör (monq. Баян-Өндөр) — Monqolustanın Uverxanqay aymakında yerləşən sumdur. Aymakın paytaxtından 120 kilometr məsafədə, Bumbat qəsəbəsinin mərkəzində yerləşmişdir. Əhalisi 5100 nəfərə bərabərdir. Ulan-Batordan 303 km məsafədə yerləşmişdir.. == Təsviri == === Relyefi === Sumun səth sahəsi çoxlu kələ-kötürlüklə zəngindir. Sumda çoxsaylı dağarası şoran çökəkliklərə rast gəlmək olar. Bu da sum üçün xarakterik əlamətlərdən biridir. Zirvələr: Моdon Ovoot 2116 m (ən yüksək nöqtəsi) Аrqal 2050 m, Undur Maqnay 2014 m, Şiveet 1892 m, Şərq Mandalı 1886 m.Göllər: Bumbiy Olon Çaydam (1459 m. ən yüksək nöqtədə)Vadilət: Ulaan Tolqoyn Qudaa, Xuuvryin Budaa, Eun Araqç Barun Araqç === İqlimi === Kəskin-kontinental iqlimə malikdir.
Bayan (Daşkəsən)
Bayan (erm. Բանանց)— Azərbaycan Respublikasının Daşkəsən rayonunun Bayan kənd inzibati ərazi dairəsində kənd. 21 dekabr 2012-ci il tarixli "Gəncə şəhərinin və Daşkəsən, Goranboy, Göygöl, Samux rayonlarının sərhədlərində qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu"na görə Bayan kənd inzibati ərazi dairəsi tərkibindəki Bayan kəndinin ərazisindən 11,57 ha (bundan dövlət mülkiyyətində olan 0,8 ha, bələdiyyə mülkiyyətində olan 2,57 ha və xüsusi mülkiyyətdə olan 8,2 ha) torpaq sahəsi Gəncə şəhər Nizami rayonunun inzibati ərazisinə verilmişdir. == Toponimikası == Toponimiyada bu söz çox vaxt türk dillərindəki bayan (qadın, xanım, varlı, dövlətli, zəngin) sözü ilə açıqlanılır. Lakin nəzərə almaq lazımdır ki, qədim abidələrin dilində baya (müasir Azərbaycan dilində "bayaq") sözü də işlənmişdir ki, bu da "əvvəlki, keçmiş, yaxın keçmiş" mənasını ifadə etmişdir. Bundan başqa, həmin sözün bayın variantı da işlənməkdədir. Qədim lüğətlərdə bayın "al qırmızı gül növü" kimi izah edilir. Tədqiqatçıların əksəriyyəti bu fikirdədir ki, bayan komponentli toponimlər qaraqalpaq, uyğur və qırğız xalqlarının tərkibindəki bayan adlanan türk qəbiləsinin adı ilə bağlıdır. Monqolustanda Bayan-Tümen, Bayan-Uleqey, Bayan-Xara, Bayan-Xonqor, Cənubi Azərbaycanda Bayan, Bayandaş, Buryat toponimiyasında Bayanqol və s. coğrafi adlar qeydə alınmışdır.
Bayan (Oğuz)
Bayan — Azərbaycan Respublikasının Oğuz rayonunda Bayan kənd inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Oğuz rayonunun Bayan kəndi Oğuz şəhər inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Bayan kənd inzibati ərazi vahidi yaradılmışdır. == Toponimikası == Bayan kəndinin adı 24 Oğuz qəbiləsindən biri olan bayandurların adı ilə bağlıdır. "Bay"ın "dövlətli, zəngin, varlı", "böyük, ali" mənaları da (Azərbaycan dilinin izahlı lüğəti) ilkin mənadan törəmişdir. "Bayan" sözündəki "an" cəmlik bildirir. 1917-ci ildə Boyan variantında qeydə alınmışdır. Toponimiyada bu söz çox vaxt türk dillərindəki bayan (qadın, xanım; varlı, dövlətli, zəngin) sözü ilə açıqlanılır. Lakin nəzərə almaq lazımdır ki, qədim abidələrin dilində baya (müasir Azərbaycan dilində "bayaq") sözü də işlənmişdir ki, bu da əvvəlki, keçmiş, yaxın keçmiş" mənasını ifadə etmişdir. Bundan başqa, həmin sözün bayın variantı da işlənməkdədir. Qədim lüğətlərdə bayın "al qırmızı gül növü" kimi izah edilir.
Bayan (Portuqaliya)
Bayan (port. Baião) — Portuqaliyada şəhər tipli qəsəbə, Portu dairəsində eyni adlı munisipalitetin mərkəzi. Keçmiş inzibati bölgüyə əsasən Doru-Litopal əyalətinin tərkibinə daxil idi. Bayan qəsəbəsi Şimal regionuna daxil olan Tameqa iqtisadi-statistik subregionun tərkibinə daxildir. Əhalisinin sayı 2,8 min məfərdir (2006). Sahəsi 175,71 km².-dir. Qəsəbənin himayəçisi Müqəddəs Varfolomey (portuqaliya dilində:São Bartolomeu) hesab olunur. Qəsəbədə Müqəddəs Varfolomey bayramı 24 avqustda keçirilir. == Coğrafi mövqeyi == Bayan qəsəbəsi Portu şəhərindən 49 km şimalda yerləşir. Munisipalitet şimalda Amarante munisipaliteti, şərqdə Pezu-da-Requa, Mezan-Fruy munisipalitetləri, cənubda Rezende, Sinfaynş munisipalitetləri, qərbdə Marku-de-Kanavezeş munisipaliteti ilə əhatə edilmişdir.
Bayan (dəqiqləşdirmə)
Toponimlər Bayan (Daşkəsən) — Azərbaycanın Daşkəsən rayonunda kənd. Bayan (Oğuz) — Azərbaycanın Oğuz rayonunda kənd.
Bayan bələdiyyəsi
Bayan bələdiyyəsi (Daşkəsən) — Daşkəsən rayonunda bələdiyyə. Bayan bələdiyyəsi (Oğuz) — Oğuz rayonunda bələdiyyə.
Bayan kilsəsi
Bayan kilsəsi — Daşkəsən rayonunun Bayan kəndində Çiçərvəng məbədinin yanında yerləşir. Daşkəsən şəhərindən təxminən 20 kilometr aralıdadır. Məbədə gedən yolun 1,5 km qeyri-qənaətbəxşdir və məbədin harada yerləşməsi haqqında heç bir müvafiq göstərişli nişanlar yoxdur. Digər məbədlər kimi bu məbədin üzərində yerləşən alban xaç daşı və başqa dini əşyalar ermənilər tərəfindən oğurlanaraq aparılmışdır.
Bayan monastırı
Bayan monastırı — Daşkəsən rayonunun Bayan kəndində yerləşən qədim alban monastırı. == Tarixi == Bayan monastırının IV–V əsrlərdə tikildiyi güman edilir. Məbəd hazırda qəza vəziyyətindədir və uçmaq təhlükəsi ilə üz-üzədir. Ərazi baxımından rayonda olan digər monastırlardan böyüklüyü ilə seçilən tikilinin əsas binasından başqa həyətdə çoxlu sayda otaqlar, sədd divarları, təsərrüfat damları və çay daşlarından tikilmiş xeyli sayda quyular var. Mərkəzdə böyük bir meydan yerləşir. Bu isə vaxtilə burada dini ayinlərin keçirildiyini deməyə əsas verir. Monastırın özü ağ və qırmızı rəngli qaya daşlarından inşa olunub. Sütunların inşasında istifadə olunan daşların üzərinə döyülən xaç işarələri bu günədək qalmaqdadır. Daşların üzərində alban əlifbası ilə yazılmış kiçik kitabələr də var. Məbədin inşası zamanı səs akustikasını yaratmaq üçün divarlarına içi boş küplər yerləşdirilib.
Bayan məbədi

Bayan qəbirləri
Bayan qəbirləri — Azərbaycan Respublikası Daşkəsən rayonunun Bayan kəndi yaxınlığında e.ə. I minilliyin əvvəllərinə aid qəbirlər. == Xüsusiyyətləri == Qəbirstanlıq yaşayış məntəqəsinin yuxarı hissəsindəki təpəlik üzərində salınmışdır. 1901-ci ildə aparılan arxeoloji qazıntılar zamanı E.A.Resler ərazidə 32 daş qutu qəbir aşkar etmişdir. Bu məzarlıqdakı iri sənduqə tipli qəbirlər, sal sinə daşları üzərində oyulmuş zəngin nəbati naxışlar, müxtəlif işarələr və xaç şəkilləri qəbirlərin İslamdan əvvəlki dövrə aid olduğunu göstərir. Qəbirlərdə ölülər əsasən böyrü üstə bükülü, yaxud oturdulmuş vəziyyətdə dəfn edilmiş, iki qəbirdə isə yandırılmışdı. Kişi və qadın qəbirləri avadanlığına görə fərqlənir. Həndəsi naxışlar və heyvan rəsmləri ilə bəzədilmiş cilalı qara gil qablar, tunc xəncərlər, bıçaqlar, bizlər, iynələr, kəmərlər, bilərziklər, sırğalar, muncuqlar və s. (yalnız bir qəbirdən dəmir bıçaq) tapılmışdır. Bayan qəbirləri Xocalı-Gədəbəy mədəniyyətinin səciyyəvi abidəsidir.
Bayan xaqan
Bayan Xaqan — avar hökmdarı (568–601) Bayan Xaqan 565-ci ildə slavyan tayfalarını ağır məğlubiyyətə uğradaraq Mərkəzi Karpatı ələ keçirmiş, Bizansı xərac vermək məçburiyyətində qoymuşdu. Lanqobardlarla ittifaq bağlayaraq hepidləri özünə tabe etmişdi. O. 568-ci ildə lanqobardların Cənubi İtaliyaya köçməsindən sonra indiki Macarıstan ərazisini tamamilə hakimiyyəti altına almışdı. Daha sonra qərbdə Frank kralı Ziqberti məğlubiyyətə uğratmış, cənubda isə Bizansın Singidunum və Sirmium kimi strateji əhəmiyyətli sərhəd qalalarını tutmuşdu (582). Bayan xaqanın hakimiyyəti dövründə xaqanlığın sərhədlərini Don çayından Qalliyaya, şimali slavyanların torpaqlarından İtaliyaya qədər genişləndirmişdi. == İstinadlar == == Mənbə == Azərbaycan Milli Ensiklopediyası, III cild. Bakı,2011, səh. 302.
Bayan-Ölqiy vilayəti
Bayan-Ölqiy vilayəti (monqolca: Баян-Оглий аймаг; Qazaqça: Бай-Өлке; Azərbaycan Türkcəsi: Bay-Ölkə; "Zəngin Ölkə") — Monqolustanın 21 vilayətindən (aymaqından) biri. Özündə 13 rayonu (sumu) birləşdirən Bayan-Ölqiy vilayətinin ərazisi 45 704 Km2-dır. == Ərazisi == 1939-cu ildə yaradılan Bayan-Ölqiy vilayətinin ərazisi 45 704 Km2-dır. Bayan-Ölqiy vilayətinə 13 rayon (sum) daxilidir. Vilayətini paytaxtı Tsaqaannuur şəhəridir. == Əhalisi == 2017-ci ildə olan məlumatlara əsasən Bayan-Ölqiy vilayətinin əhalisinin 88,7% i Qazaqlardan ibarət olup cəmi 101 592 nəfərdir.
Bayan (Ayırtau rayonu)
Bayan - (2009-cu ilədək - Naslednikovka) - Qazaxıstanın Şimali Qazaxıstan vilayətinin Ayırtau rayonunda kənd. Arıqbalıq kənd dairəsinin tərkibinə daxildir. Ünvan və kodu - (rus dilində: Kod KATO - 593235500.. == Əhalisi == 1999-cu ildə kəndin əhalisi 305 nəfərdən (156 kişi və 149 qadın) ibarət idi..2009-cu il əhalinin siyyahıyaalınmasına görə kənddə 219 nəfər (107 kişi və 112 qadın) yaşayırdı..
Bayan (Bolqarıstan şahzadəsi)
Bayan — Birinci Bulqar dövlətinin şahzadəsi, I Simeonun ən kiçik oğlu idi. Onun sehrbaz olduğuna, istəyəndə bir qurd halına yaxud bir heyvan cildinə girə bildiyi inanılırdı.
Bayan (Cambul rayonu)
Bayan - Qazaxıstanın Şimali Qazaxıstan əyalətinin Cambul rayonunda kənd. Bayanaul kənd dairəsinin inzibati mərkəzi. Unvan və kodu - (rus dilində: Код КАТО) — 594635100. == Coğrafiyası == Bayan kəndi Qazaxıstanın Şimali Qazaxıstan əyalətinin Cambul rayonunda, Masakol gölü yaxınlığında yerləşir. == Əhalisi == 1999-cu ildə kəndin əhalisi 983 nəfərdən (517 kişi və 466 qadın) ibarət idi.. 2009-cu il əhalinin siyahıyaalınmasına görə kənddə 644 nəfər (337 kişi, 307 qadın) yaşayırdı..
Bayan (musiqi aləti)
Bayan (qədim rus salnaməçisinin adından götürülmüşdür) - qarmona bənzər pnevmatik, dilli musiqi aləti. Sağ klaviaturası düyməlidir, 3-5 cərgəli, 4-5 oktava həcmində tam xromatik səsdüzümündən ibarətdir, sol klaviaturası standart ("italyan) sistemi üzrə, yəni müşayiət üçün hazır akkordlar dəsti ilə qurulur. 1891-ci ildə bavariyalı usta Q.Mirvald tərəfindən düzəldilmişdir. Sağ klaviaturalı sistem Avstriya və başqa ölkələrdə "Vyana qarmonu" adı ilə geniş yayılmışdır. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası, III cild, Bakı,2011, səh.302.
Bayan bələdiyyəsi (Daşkəsən)
Daşkəsən bələdiyyələri — Daşkəsən rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Bayan Çur xaqan
Moyon Çur xaqan (çin. 葛勒可汗) — 747-ci ildən 759-cu ilədək Uyğur xaqanlığının xaqanı. == Həyatı == 716-cı ildə doğulmuşdur. İlk dövrləri haqda məlumat yoxdur. 747-ci ildə Qutluq Bilgə Kül xaqan ölüncə yerinə oğlu Tay Bilgə Tutuk yabqu təyin olunsa da, Moyon Çur qardaşını devirərək xaqan oldu. O, qardaşının tərəfini tutan Qırğız, Çik, Səkkiz Oğuz və Doqquz Tatar kimi Türk boylarını itaət altına alaraq, dövlət nüfuzunu gücləndirdi. Digər yandan yenə bu dövrdə, cənubdakı Beş-balıq, Kuça və Qaraşar kimi zəngin taxıl və ticarət şəhərləri də Uyğur təsirinə düşmüşdü. Turfan bölgəsi ilə Uyğurlar arasındaki münasibətlər də, yenə bu dövrdən etibarən başlamış oldu. Moyon Çur xaqanın önəmli işlərindən biri də, onun zamanında, Uyğurlar arasında şəhərləşmə, oturaqlaşma işlərinə başlamasıdır. Digər yandan eyni xaqan, geMoyonə güclənməkdə olan Tibet təhlikəsini sezərək onlara qarşı cəbhə aldı.
Bayan mis-polimetal təzahürü
Həmzə bəy Bayandur
Həmzə bəy Bayandur — Ağqoyunluların tayfa başçısı. Cəlaləddin Əli Bəyin kiçik qardaşı idi. Qara Yuluq Osman bəyin oğlu. == Hakimiyyəti == Həmzə bəy Bayandurun doğum tarixi ilə bağlı mənbələrdə məlumat yoxdur. O Ağqoyunlu tayfa başçısı Qara Yuluq Osman bəyin oğlanlarından biri idi. 1435-ci ildə atasının ölümündən sonra Teymuri Şahruxun oğlu Məhəmməd Cukinin qərargahında hakimiyyətin qardaşı Cəlaləddin Əli bəyə verilməsinə qarşılıq olaraq köçəri hərbi elitanın köməyi ilə paytaxtın təhlükəsizliyini təmin edə bilmişdi. Daha sonra 1436-cı ildə o Ərqanini ələ keçirmək üçün hazırlığa başlayır. Lakin onun hücumu Cəlaləddin Əli bəyin oğlu Cahangir Mirzə tərəfindən dəf edildi. 1437-ci il yayının əvvəlində Həmzə də qardaşı İsgəndər kimi öz bölgəsinin sərhədlərini genişləndirmək üçün Ağqoyunluların daxili çəkişmələrindən bəhrələnməyə ümid edirdi. O Bağdadın Qaraqoyunlu valisi İsfahan ibn Qara Yusifi məğlub edərək böyük hərbi nüfuz qazandı.
Həsən bəy Bayandur
Uzun Həsən (tam adı: Həsən ibn Əli ibn Qara Yuluq Osman Bayanduri; 1423, Diyarbəkir – 6 yanvar 1478, Təbriz) — Ağqoyunlu dövlətinin (1468–1503/1508) banisi, Azərbaycan padişahı, Ağqoyunluların IX hökmdarı və sülalənin ilk sultanı (padşah). Uzun Həsən 1453-cü ildən 1478-ci ilə qədər hökmdar olmuşdur, 1468-ci ildə müasir İraqı, Türkiyənin bir hissəsini, Cənubi Qafqazı, İranın böyük hissəsini və Suriyanın bir hissəsini əhatə edən Ağqoyunlu dövlətinin əsasını qoymuşdur. == Həyatı == 1423-cü ildə anadan olmuşdur. Əli bəy ibn Osman bəyin oğlu, Qara Yuluq Osman bəyin nəvəsidir. Kitab-i Diyarbəkriyyə kitabında babası Osman bəydən başlamaqla Bayandur xanın Uzun Həsənin 52-ci babası olması göstərilir. Uşaqlıq və gənclik illəri barədə heç nə məlum deyil. Bircə onu ehtimal etmək olar ki, o, yaxşı təhsil almış və yenicə yaranan Ağqoyunlu dövlətinin hərbi təlimlərində iştirak etmişdir. Uzun Həsənin sarayında səfir olmuş Venesiya diplomatı Ambrozio Kontarini Uzun Həsən haqqında yazır: == Ağqoyunlu dövlətinin yaradılması == 1453-cü il yanvarın 16-da Diyarbəkirə daxil olan Uzun Həsən qardaşı Cahangir Mirzənin qüvvələrini dağıtdı. Cahangir Mirzə Mardinə qaçdı, sonralar ağqoyunluların əsas rəqibi olan Qaraqoyunlu Cahanşahla ittifaqa girdi. Osmanlılar Qaraqoyunlu Cahanşah və teymurilərdən olan Əbu Səidi Uzun Həsənlə mübarizəyə təhrik edirlər.
Həsən padşah Bayandur

Nur Bayanov
Nur Bayanov (tatar. Нур Галим улы Баянов, Нур Баян; 15 may 1905, Ənək[d], Minzələ qəzası[d], Ufa quberniyası, Rusiya imperiyası – 23 aprel 1945, Avstriya) — tatar şair. == Bioqrafiyası == Nur Bayanov kasıb kəndlinin ailəsində anadan olub. 1921-ci ildə Nur Bayan Permə getdi və burada fəhlə kimi işə düzəldi. 1923-cü ildə təhsil almaq üçün Kazana gəldi və Tatar-Başqırd hərbi məktəbinə daxil oldu. Eyni zamanda özünü ədəbi yaradıcılıqda sınadı və artıq 1925-ci ildə dövri mətbuat səhifələrində dərc etməyə başladı. 1928-ci ildə Bayanov Nur artıq "Kyzlarmeets" qəzetinin redaksiyasında ədəbi işçi kimi çalışır. Elə həmin il onun "biçici qızlar" və "məhv edilmiş səngərlər" şeirlərinin ilk topluları nəşr olundu. 1929–1930-cu illərdə Nur Bayan "Kolxoz Yaşlara" jurnalının məsul katibi vəzifəsini aldı, sonra Chelninskaya regional qəzetinin redaktoru təyin edildi. Eyni zamanda "Yonca tarlaları", "Yağışlı gecə" şeirlərini və bir sıra şeirlərini yazdı.
Nur Əli Bayandur
Nur Əli Bayandur — Ağqoyunlu bəyi, Tuncelinin Çəmişkəzək bölgəsində hakimlik edirdi. Pir Əli Bayandurun oğlu, Sara xatunun qardaşıdır. Cəlaləddin Əli bəyin seçildiyi qurultayda o da var idi.
Piltən bəy Bayandur
Piltən bəy Bayandur — Pir Əli Bayandurun oğlu, Bingölün Kiğı qalasının hakimi. Kiğı məscidini ucaltdırmış, Cəlaləddin Əli bəyin iki qızı zorla oğullarına aldırmışdı. Yerinə oğlu Xəlil bəy keçmişdir.
Pir Əli Bayandur
Pir Əli Bayandur bəy — Fəxrəddin Qutlu bəyin oğlu, Bingölün Kiğı kəndində hakimlik edirdi == Ailəsi == Piltən bəy, Musa bəy, Nur Əli Bayandur və Sara Xatunun atasıdır.
Pəhləvan bəy Bayandur
Pəhləvan bəy Bayandur — İdris bəy Bayandurun oğlu, Bayandur elinin başçısı. İlk dəfə onun dövründə Bayandur eli Diyarbəkir bölgəsində yerləşdi. Kitabi-Diyarbəkriyyə əsərində Əlincə qalasını ələ keçirdiyi, Çormoğun noyonu məğlub etdiyi və 1340-cı ildə Diyarbəkirdə öldüyü qeyd olunur.
Qulaməli Bayandur
Qulaməli Əliəkbər xan oğlu Bayandur (13 dekabr 1898-25 avqust 1941) — İran Dəniz Qüvvələrinin kontr-admiralı. == Həyatı == Qulaməli xan Əliəkbər xan Bayandurun ikinci oğludur. 13 dekabr 1898-ci ildə Tehran şəhərində anadan olmuşdu. 1941-ci ildə SSRİ-nin təhlükəsizliyi və yerli əhaliyə "kömək göstərmək" məqsədilə Sovet qoşunları Güney Azərbaycana daxil oldu. İkinci dünya müharibəsinin əvvəllərindəki, habelə, 1941-ci ildə Sovet və Britaniya qoşunları İrana daxil olduqdan sonra ümumilikdə İranda və Güney Azərbaycanındakı siyasi proseslər, İranda SSRİ-ABŞ-Böyük Britaniya qarşıdurmasının gücləndi. Dünya müharibəsi ərəfəsində və müharibənin ilk vaxtlarında alman firmalarının nümayəndələri adı altında xüsusi xidmət orqanlarının işçiləri Təbriz, Maku, Xoy, Mianə, Mərənd kimi şəhərlərdə də yerləşdirilmişdi. 1941-ci ilin əvvəllərində Almaniya gizli yolla İrana 11.000 ton silah və sursat gətirmişdi. İranın "turist düşərgələrində" istirahət edənlərin çoxunun hərbçi olması barədə kəşfiyyat materialları var idi. 1941-ci ilin iyul-avqust aylarında minə qədər mülkü geyimli alman zabitlərinin Ərzurum yolu ilə İrana keçməsi müşahidə edilmişdi. Rusların köməyi ilə dövlət çevrilişi etmiş, ingilislərin köməyi ilə səltənəti ələ keçirmiş Rza şah Almaniya yardımı ilə XX əsri İranda "Pəhləvinin qızıl əsrinə" çevirmək ümidində idi.
Qılınc Arslan Bayandur
Qılınc Arslan Bayandur — Qara Yuluq Osman bəyin qardaşı Əhməd bəyin oğlu, Ağqoyunluların Palu hakimi Qara Yuluq Osman ölümündən sonra başlamış Ağqoyunlular arasındakı ara müharibələrində taxt uğrunda mübarizə aparmağa başladı. Bu məqsədlə Qara İsgəndər ilə müttəfiqlik etdi. Qılınc Arslan Qaraqoyunlu dəstəyi ilə Harputu ələ keçirməyi bacardı. O Məmlüklər və Osmanlılar ilə də müttəfiqlik qursa da Ağqoyunlu taxtını ələ keçirmək səyləri uğursuzluqla nəticələndi. 1453-cü ildə hakimiyyətə gələn Uzun Həsən Qılıç Arslanı məğlub etdi və müstəqil hakimiyyətinə son qoydu.
Sultan Murad Bayandur
Əbül Müzəffər Sultan Murad (31 iyul 1490, Təbriz – 1518, Şanlıurfa) — Ağqoyunlu hökmdarı, Uzun Həsən və I Fərrux Yasarın nəvəsi, Sultan Yaqubun oğlu, Baysunqurun qardaşı. == Həyatı == 31 iyul 1490-ci ildə Təbriz şəhərində dünyaya gəlmişdi. Həyatının ilk dövrləri Şirvanda gizlənərək keçmişdir. == Hakimiyyəti == Eybə Sultanın qardaşları tərəfindən 9 yaşında Şirvandan gətirilib taxta oturdulmuş, Sultan Məhəmmədin ordularını məğlub, torpaqlarını isə işğal edərək sonuncunu öldürtmüşdü. Daha sonra Əlvəndlə sülh müqaviləsi bağlamış, əllərində olan torpaqları, Qızılüzən çayı sərhəd olmaqla iki yerə bölüb idarə etməyə üstünlük vermişdilər. Belə ki, Ərəb İraqı, Əcəm iraqı, Fars və Kirman Muradın hakimiyyətində qaldı. == Hakimiyyətdən getməsi == 21 iyun 1503-cü ildə Şah İsmayılla Sultan Murad, Həmədan yaxınlığında Alma Qulağı adlanan yerdə üz-üzə gəldi. Sayca üstün olmasına baxmayaraq Sultan Muradın qoşunu darmadağın edildi. Eybə Sultanın qardaşı əsir düşdü, özü isə qaçdı. Buna baxmayaraq o, hələ 5 il də Bağdad və ətrafında hakimiyyətini davam etdirdi.
Sultan Məhəmməd Bayandur
Əbül Mükərrəm Sultan Məhəmməd və ya Sultan Məhəmməd — Uzun Həsənin nəvəsi, Yusif Mirzənin oğlu, Əlvənd Mirzənin qardaşı. Sultan Məhəmməd 1497-1500-ci illərdə Kerman və Fars əyalətlərində Ağqoyunlu hökmdarı kimi hakimiyyətdə olmuşdur. Tam adı Əbül Mükərrəm Məhəmməd Bayandur ibn Yusifdir. == Hakimiyyəti == Ağqoyunlu ailəsində doğulan Məhəmməd Uzun Həsənin oğul nəvəsi, Yusif Mirzənin birinci oğlu idi. Məhəmmədin doğumu və həyatının ilk dövrü barədə olan məlumatlar çox azdır. Məlumdur ki, o, 1497-ci ildə qohumlarının və imperiyanın yuxarı təbəqəsinin bir hissəsi ilə birlikdə özünü sultan elan etmiş qohumu Gödək Əhmədə qarşı üsyan başlatmışdır. Gödək Əhməd İsfahan döyüşündə məğlub edildikdən sonra isə Məhəmməd müttəfiqi olan qardaşı Əlvənd Mirzə ilə imperiyanı bölüşdürmüşdür. Bu döyüşdə Məhəmmədin qalib gəlməsində Eybə Sultanın da onu dəstəkləməsi və Gödək Əhmədin ordusundakı əmirlərin ona xəyanəti mühüm rol oynamışdı. Məhəmməd Fars, Sistan, Yəzd və Kermanda hakimiyyəti öz əlinə alarkən, yerdə qalan ərazilər də Əlvəndə verilmişdir. Lakin qardaşlar arasında da tezliklə münaqişə başlayır.
Xurşid bəy Bayandur
Xurşid bəy Bayandur - Ağqoyunlu əmirəlümərası, Ərzincan hakimi. == Həyatı == Xurşid bəy Bəyazid bəy oğlu Ağqoyunlu elinin Bayandur tayfası içində doğulmuşdu. Sultan Uzun Həsən bəyə xidmət еdirdi. 1445-ci ildən Ərzincanın hakimi olmuşdu. Osmanlılara qarşı Məndiz dağının yanında savaşmışdı. Еlçi kimi Qaraqoyunlu Sultan Cahanşah bəy Baranlının yanına gеtmişdi. Sonra səfir missiyası ilə Osmanlı sultanı Fatih Məhəmmədin yanına yollanmışdı. Xurşid bəy osmanlı qoşunları ilə bir nеçə dəfə savaşmışdı. 1461-ci ildə Sultan Fatih Məhəmməd özü Xurşid bəyin üstünə gəlmişdi. Xurşid bəy 1462-ci ildə vəfat еdib.
Xəlil bəy Bayandur
Xəlil bəy Bayandur — Bingöldəki Kiğı qalasının son hakimi. 1473-cü ildə Uzun Həsənin hücumundan sonra qalanı sultana təhvil verməli oldu.
Yədulla Bayandur
Yədulla Ələkbər xan oğlu Bayandur (1913, Tehran - 1942, Ənzəli) — İranın Hərbi-Dəniz qüvvələrinin zabiti. == Həyatı == Yədulla Ələkbər xan oğlu Bayandur 1913-cü ildə Tehran şəhərində anadan olmuşdu. İbtidai və orta təhsilini doğma şəhərində almışdı. Sonra Hərbi-Dəniz qüvvələrinin məktəbində oxumuşdu. Məktəbi leytenant rütbəsi ilə tamamlayaraq Xəzər dənizində xidmətə başlamışdı. Vəzifəsində yüksələrək gəmi komandiri olmuşdu. Almaniya təyyarələri tez-tez İran səmasında görünür, bəzi yerləri bombalayırdılar. 1942-ci ildə baş verən belə hücumların birində Yədulla Bayandurun gəmisi sıradan çıxarıldı. Özü isə əbədi gözlərini yumdu.
Zeynal bəy Bayandur
Zeynal bəy Bayandur ibn Həsən bəy — Uzun Həsənin oğlu, Ağqoyunlu şəhzadəsidir. Zeynal bəy Mahmudabad döyüşündə iştirak etmiş və Əbu Səidi əsir tutmuşdu. Otluqbeli döyüşündə Ağqoyunlu qoşunun cinahına başçılıq etmişdi. Həmin döyüşdə onun qəfil hücuma keçməsi və Osmanlı ordusuna qarşı etdiyi bu hücumda ağır yaralandığı, bir müddət sonra vəfat etməsi barədə məlumatlar var. == İstinadlar == == Ədəbiyyat == Y.M.Mahmudov. Azərbaycanın Avropa ölkələri ilə əlaqələri. Ağqoyunlu dövrü (XV əsrin II yarısı). Bakı, «Təhsil», 2007. İ.H. Uzunçarşılı. Osmanlı tarixi.
Zeynalabdin bəy Bayandur
Zeynalabidin bəy Bayandur — Ağqoyunlu imperiyasının süqutu dövlərində Diyarbəkir və ətraf ərazilərə hökm etmiş Ağqoyunlu hökmdarı. == Həyatı == Gödək Əhmədin oğlu idi. Zülqədəroğlu Əlaüddövlə Bozqurdun sarayında yaşamışdır. 1500-cü ildə Şərur döyüşündə məğlub olan Əlvənd mirzə Diyarbəkir və ətraf ərazilərin hakimliyini Qasım mirzədən alaraq 1505-ci ilə qədər burada hökm sürmüşdür. Onun ölümündən sonra Ağqoyunlu əyanları Zeynalabidin bəyi Bozqurd Zülqədərdən istədilər. Bozqurd Zülqədər bu təklifi qəbul etdi və Zeynalabidin bəyi qüvvə ilə Diyarbəkirə göndərdi. Zeynalabidin bəy uzun müddət Diyarbəkir hakimi olan Əmir bəy Mosullunu həbs etdirdi. Hasankeyfi ələ keçirib, Urfaya doğru irəlilədi. Urfaya hücumu vaxtı həbsdən çıxan Əmir bəy Zeynalabidin bəyi məğlub etdi. Döyüşdə Zeynalabidin bəy əsir düşdü.
Zeynalabidin bəy Bayandur

İbrahim Bayandurlu
İbrahim Bayandurlu — Azərbaycanlı jurnalist, Qarabağ müharibəsi iştirakçısı. Zerkalo qəzetində və Azadlıq Radiosunda fəaliyyət göstərmişdir. == Həyatı == İbrahim Bayandurlu 1971-ci ildə Bakıda anadan olub. Onun həyat yolu çox çətin və əzablı olmuşdur. Müxtəlif vaxtlarda İnternews-Azərbaycan şirkəti ilə əməkdaşlıq edib. Son günlərə qədər Zerkalo qəzeti və Azadlıq Radiosunun əməkdaşı olub. === Vəfatı === Jurnalist 2010-cu ilin 16 mart tarixində uzun sürən xəstəlikdən sonra 38 yaşında 1 saylı Şəhər Klinik Xəstəxanasının reanimasiya şöbəsində vəfat edib. Evli idi, bir qızı var. === Qarabağ müharibəsində iştirakı === Qarabağ müharibəsinin başladığı vaxtlarda İbrahim Bayandurlu Türkiyənin paytaxtı Ankara şəhərində politologiya sahəsində təhsil alırdı. Təhsilini yarımçıq qoyaraq, Azərbaycana gəlir.
Əhməd bəy Bayandur
Əhməd bəy Bayandur — Ağqoyunlu tayfa ittifaqının başçısı (1389–1403) == Həyatı == Fəxrəddin Qutlu bəyin oğlu idi. Atasının vəfatından sonra, 1389-cu ildən 1403-cü ilədək Ağqoyunlu tayfa birliyinə rəhbərlik etmişdi. Ağqoyunlu tayfa birliyinin başında dövlət qurmaq yolunda mübarizəyə girişmişdi. Ərzincan əmiri Mütəhhərtən Qazı Bürhanəddin Sivasda hakimiyyəti ələ keçirdikdən bir qədər sonra, ona qarşı yürüşə başladı. Mütəhhərtən Əhməd bəy Bayandur da tabeliyində olan Ağqoyunlular ilə Sivasa qarşı hərəkətə keçdi. Bu basqının qarşısını almaq üçün Qazi Bürhanəddinin göndərdiyi Əmir Yusif Çələbi baş vermiş vuruşmada məğlub edildi və öldürüldü. == Qazi Bürhanəddinlə münasibətləri == Əhməd bəy Bayandur bu basqından peşman olub Bürhanəddin Əhməd bəy Salurun yanına gəldi. Özü ilə qardaşlarını da gətirdi. Üzr istəyib kiçik qardaşı Qara Yuluq Osmanı ona girov verdi. 1389-cu ildə Qaraqoyunlu əmiri Qara Məhəmməd bəy Müttəhərtənlə birləşib köhnə düşmənlərinə qarşı vuruşmaq qərarına gəldi.
Ələşrəf xan Bayandur
Ələşrəf xan Lütfəli xan oğlu Bayandur (?-?)—Qacarlar dövründə bir neçə şəhərin hakimi. == Həyatı == Ələşrəf xan Lütfəli xan oğlu Cənubi Azərbaycanın Gərrus şəhərində anadan olmuşdu. Bayandur boyuna mənsubdur. Hələ Ağqoyunlular dövründən bəri Gərrusda məskunlaşmışdılar. Ulu babaları da bu bölgəni idarə edirdilər. O, mükəmməl mədrəsə təhsili almış, dövrünün savadlı şəxslərindən sayılırdı. Qacar şahlarına xidmət etmişdi. Əmir Müəzzi Gərrusi kimi tanınırdı. Ələşrəf xan Bayandur İsfahan, Kaşan, Kürdüstan əyalətlərinin, Ərdəbil vilayətinin və Gərrus bölgəsinin hakimi olmuşdu. Ələşrəf xan Bayandur Məhəmmədəli şah Qacarın hakimiyyəti dönəmində Ərdəbilin hakimi idi.

Digər lüğətlərdə