BELÇİKALI

i. Belgian

BELÇİKA
BELETAJ
OBASTAN VİKİ
Belçikalı
Belçika (nid. België, alm. Belgien‎, fr. Belgique) — Şimal-qərbi Avropada dövlət. Avropa İttifaqı və NATO-nun üzvüdür. Federativ dövlət quruluşuna sahibdir və üç hissəyə — Niderland dilinin rəsmi dil olduğu Flandriya (Vlaanderen), fransız dilinin rəsmi dil kimi qəbul edildiyi Valloniya (Wallonie) və Brüssel paytaxt bölgələrinə (Région də Bruxelles-Capitale; Brussels Hoofdstedelijk Gewest) bölünür. Şimalda Niderland, şərqdə Almaniya, cənub-şərqdə Lüksemburq və cənub-qərbdə Fransa ilə həmsərhəddir. Şimal-qərbdə Şimal dənizinə çıxışı var. Sahəsi 30 528 km², əhalisi 10,8 milyon nəfərdir. Ölkə kelt tayfalarından olan bölgələrin etnoniminə görə adlandırılmışdır.
Belçikalı Astrid
Belçikalı Astrid Jozefina-Şarlotta Fabrizya Yelizaveta Paola Mariya (fr. Astrid Joséphine-Charlotte Fabrizia Elisabeth Paola Marie de Belgique; 5 iyun 1962, Brüssel) — Belçika kralı II Albertin qızı, Belçika şahzadəsi. 22 sentyabr 1984-cü ildə Avstriya-Este ailəsindən hersoq Lorenzo ilə evləndi və cütlüyün 5 övladı dünyaya gəldi. Şahzadə Amadey Mari İosif (21 fevral 1986) Şahzadə Mariya Laura Zita (26 avqust 1988) Şahzadə Joakim Karl-Mari (9 dekabr 1991) Şahzadə Luiza Maiya Anna (11 oktyabr 1995) Şahzadə Laetiya Mariya Nora (23 aprel 2003) == Mənbə == Guenther, Rocío (7 December 2016). "City Welcomes Princess Astrid of Belgium to San Antonio". San Antonio Report. Liban, Délégation de l'Union Européenne au (3 October 2019). "Envoyé spécial en visite au Liban pour l'encourager à prendre des mesures concrètes pour adhérer au traité historique de désarmement humanitaire". Libnanews, Le Média Citoyen du Liban (in French) Genealogisches Handbuch des Adels, Furstlicher Hauser Bande XVI, C.A. Starke Verlag, Haus Osterreich, Limburg, 2001, pp.
Belçikalı Klementina
Belçikalı Klementina Albertina Mariya Leopoldina (fr. Clémentine Albertine Marie Léopoldine de Belgique; 30 iyul 1872, Laken sarayı[d] – 8 mart 1955, Nitsa) — Belçika kralı II Leopoldun qızı, de-yure Fransa kraliçası. == Həyatı == 30 iyul 1872-ci ildə Brüsseldə dünyaya gəldi. Atası Belçika kralı II Leopold, anası isə onun xanımı Avstriyalı Mariya Henrettadır. Atasının ən kiçik övladı kimi öz səltənətində dünyaya gəldi və 3 sentyabrda vəftiz edildi. Gənclik illərində əmisi Şahzadə Filippin böyük oğlu Boduenə aşiq olsa da, bu sevgisi qarşılıqlı deyildi. Üstəlik, gənc şahzadə hələ 21 yaşında ikən tutulduğu qrip epidemiyası səbəbilə vəfat etdi. Anasıyla münasibətləri yaxşı deyildi və bu səbəblə, anasının onu 1896-cı ildə Bavariya taxt-tacının vəliəhdi Şahzadə Ruprextlə evləndirmək istəyini qəbul etmədi. Anasının ölümündən sonra Fransa taxt-tacının Bonapartist iddiaçısı və de-yure kralı Şahzadə Napoleon Viktor Bonapartla sevgi yaşamağa başlayan Klementina atasının qarşı çıxması səbəbilə evlənə bilmədi. Yalnız atasının 1909-cu ildəki vəfatından sonra cütlük nişanlandı və 1910-cu ildə evləndilər.
Belçikalı Luiza
Belçikalı Luiza Mariya Amaliya (fr. Louise Marie Amélie de Belgique; 18 fevral 1858, Brüssel – 1 mart 1924, Visbaden, Prussiya[d]) — Belçika kralı II Leopoldun qızı, Saksen-Koburq-Qota şahzadəsi. == Həyatı == === İlk illəri === 18 fevral 1858-ci ildə Brüsseldə dünyaya gəldi. Atası Belçika kralı I Leopoldun oğlu və varisi Brabant hersoqu Şahzadə Leopold, anası isə onun xanımı Avstriyalı Mariya Henrettadır. Babasının səltənətində dünyaya gəldi və 28 martda vəftiz edildi. Vəftiz anası atasının nənəsi Siciliyalı Mariya Amaliya, vəftiz atası isə anasının əmisi Avstriyalı İohann oldu. Cütlüyün ən böyük övladı idi və özündən sonra bir qardaşı və 2 bacısı daha dünyaya gəldi. 1865-ci ildə babasının ölümü və atası II Leopoldun taxta çıxmasıyla həyatı dəyişdi. Onun təlim-tərbiyəsilə məşğul olan xüsusi mürəbbiyələrin yerini saray məmurları aldı və daha sərt nəzarət altında yaşamağa başladı. Qapalı saray həyatı boyunca yalnız qohumu olan bəzi monarx ailələrinin övladlarıyla münasibət saxlaya bildi.
Belçikalı Stefaniya
Belçikalı Stefaniya Klotilda Luiza Harmoniya Mariya Şarlotta (fr. Stéphanie Clotilde Louise Herminie Marie Charlotte de Belgique; 21 may 1864, Brüssel[d] – 23 avqust 1945, Pannonhalma[d], Dyör-Moşon-Şopron) — Belçika kralı II Leopoldun qızı, Avstriya-Macarıstan taxtının vəliəhd şahzadəsi. 21 may 1864-cü ildə Brüsseldə dünyaya gəldi. Atası Belçika kralı I Leopoldun oğlu və varisi Brabant hersoqu Şahzadə Leopold, anası isə onun xanımı Avstriyalı Mariya Henrettadır. Babasının səltənətində dünyaya gəldi və 25 iyunda vəftiz edildi. Hələ bir yaşında ikən babasının ölümü və atası II Leopoldun taxta çıxmasıyla həyatı dəyişdi. Onun təlim-tərbiyəsilə məşğul olan xüsusi mürəbbiyələrin yerini saray məmurları aldı və daha sərt nəzarət altında yaşamağa başladı. Evlənərək Vyana sarayına gəlin göndərilən böyük bacısı Luizanın vastəçiliyi ilə Avstriya-Macarıstan imperatoru I Frans İosifin yeganə oğlu vəliəhd Şahzadə Rudolfla tanış oldu və 10 may 1881-ci ildə cütlük Vyana sarayında evləndi. Bu nigahdan bir qızı dünyaya gələn cütlük xoşbəxt olmadı. Şahzadə Rudolfun çoxlu sayda məşuqəsi vardı və onlardan qazandığı zöhrəvi xəstəliyi xanımına da keçirmişdi.
Belçikalı Nobel mükafatçılarının siyahısı
Belçikalı Nobel mükafatçılarının siyahısı məqalədə təqdim olunub.
Belçikalı Şarlotta (Meksika imperatriçası)
Belçikalı Şarlotta (fr. Charlotte de Belgique; 7 iyun 1840[…], Laken[d], Brabant əyaləti[d] – 19 yanvar 1927[…], Brüssel[d]) — Belçika kralı I Leopoldun qızı, Meksika imperatriçası.
Belçikalı Mariya-Xose (İtaliya kraliçası)
Belçikalı Mariya-Xose (it. Maria José del Belgio; 4 avqust 1906[…], Ostende[d], Qərbi Flandriya – 27 yanvar 2001[…]) — Belçika kralı I Albertin qızı, sonuncu İtaliya kraliçası. 34 günlük qısa səltənəti səbəbilə, "May Kraliçası" adlanır. == Mənbə == Saad719 (2 February 2021). "Funeral of Queen Marie Jose of Italy, 2001". The Royal Watcher Cope, Rebecca (28 January 2021). "The extraordinary life of the beautiful, and radical, last Queen of Italy". Tatler "Mussolini 'had affair with Italy's last queen'". The Guardian.
Belçikalı Jozefina-Şarlotta (Böyük Lüksemburq hersoqinası)
Belçikalı Jozefina-Şarlotta (fr. Joséphine-Charlotte Stéphanie Ingeborg Elisabeth Marie José Marguerite Astrid de Belgique; 11 oktyabr 1927 – 10 yanvar 2005) — Belçika kralı III Leopoldun qızı, Böyük Lüksemburq hersoqinası. == Mənbə == Icelandese Presidency Website Archived 2015-07-17 at the Wayback Machine, Josephine Charlotte; stórhertogafrú; Lúxemborg ; 1986-06-09; Stórkross "Notice biographique de S.A.R. la Grande-Duchesse Joséphine-Charlotte".
Belçikalı Mariya-Esmeralda (III Leopoldun qızı)
Belçikalı Mariya-Esmeralda Adelayd Lilyan Anna Leopoldina (fr. Marie-Esméralda Adelaide Lilian Anne Léopoldine de Belgique; 30 sentyabr 1956) — Belçika kralı III Leopoldun ikinci evliliyindən doğulan qızı, Belçika şahzadəsi. Kralın gizli evliliyindən dünyaya gəlməsi səbəbilə, şahzadə titulu daşımasına baxmayaraq Belçika taxt-tacından məhrum edilmişdir. 30 sentyabr 1956-cı ildə Laykendə dünyaya gəldi. Atası taxtdan əl çəkdirilən keçmiş Belçika kralı III Leopold, anası isə onun gizlicə evləndiyi ikinci xanımı Mariya Lilyan Baeldir. Vəftiz atası isə ögey qardaşı olan II Albertdir. Valideynlərinin gizlicə evlənməsi səbəbilə Mariya-Esmeralda kralın rəsmi övladı olaraq qəbul edilsə də, Belçika taxt-tacından məhrum edildi. 5 aprel 1998-ci ildə Londonda ingilis əsilli farmakoloq Sör Salvador Monkada ilə evləndi. Cütlüyün bu nigahdan 2 övladı dünyaya gəldi. Aleksandra Leopoldina Monkada (4 avqust 1998, London) Leopold Danyel Monkada (21 may 2001, London) Jurnalistika üzrə təhsil alan Mariya-Esmeralda yazar və jurnalist olaraq fəaliyyət göstərir.
Belçikalı Mariya-Kristina (III Leopoldun qızı)
Belçikalı Mariya-Kristina Dafne Astrid Yelizaveta Leopoldina (fr. Marie-Christine Daphné Astrid Élisabeth Léopoldine de Belgique; 6 fevral 1951, Laken sarayı[d]) — Belçika kralı III Leopoldun ikinci evliliyindən doğulan qızı, Belçika şahzadəsi. Kralın gizli evliliyindən dünyaya gəlməsi səbəbilə, şahzadə titulu daşımasına baxmayaraq Belçika taxt-tacından məhrum edilmişdir. 6 fevral 1951-ci ildə Laykendə dünyaya gəldi. Atası Belçika kralı III Leopold, anası isə onun gizlicə evləndiyi ikinci xanımı Mariya Lilyan Baeldir. 8 martda keçirilən mərasimlə vəftiz edildi və ögey qardaşı olan Boduen vəftiz atası oldu. Valideynlərinin gizlicə evlənməsi səbəbilə Mariya-Kristina kralın rəsmi övladı olaraq qəbul edilsə də, Belçika taxt-tacından məhrum edildi. Ancaq doğulduğu il atası III Leopold taxtdan əl çəkdirildi və ögey qardaşı olan Boduen taxta çıxdı. 1960-cı ilədək ailəsiylə birlikdə Layken sarayında yaşadı. Ardından ailəsiylə birlikdə hökumət tərəfindən onlara təsis edilən bir digər malikanəyə köçürüldülər və Mariya-Kristina ilk təhsilinə burada başladı.
Belçikalılar
Belçika (nid. België, alm. Belgien‎, fr. Belgique) — Şimal-qərbi Avropada dövlət. Avropa İttifaqı və NATO-nun üzvüdür. Federativ dövlət quruluşuna sahibdir və üç hissəyə — Niderland dilinin rəsmi dil olduğu Flandriya (Vlaanderen), fransız dilinin rəsmi dil kimi qəbul edildiyi Valloniya (Wallonie) və Brüssel paytaxt bölgələrinə (Région də Bruxelles-Capitale; Brussels Hoofdstedelijk Gewest) bölünür. Şimalda Niderland, şərqdə Almaniya, cənub-şərqdə Lüksemburq və cənub-qərbdə Fransa ilə həmsərhəddir. Şimal-qərbdə Şimal dənizinə çıxışı var. Sahəsi 30 528 km², əhalisi 10,8 milyon nəfərdir. Ölkə kelt tayfalarından olan bölgələrin etnoniminə görə adlandırılmışdır.

Digər lüğətlərdə