Kağız təbəqəni birləşdirməklə emal
Kagız təbəgəni birləşdirməklə emal — mahiyyəti ondan ibarətdir ki, üçölçülü modellər iki ölçülü kontur daxilində təbəqələrə bölünür və bu təbəqələr kontur boyu kəsildikdən sonra birləşdirilir. Yüksək keyfiyyətli model hazırlamaq üçün tətbiq olunan qatın qalınlığı çox kiçik olmalı və kontur boyu dəqiq kəsilməlidir. Ona görə də bu üsulun tətbiqində verilən qatın emalı artiq hazır qatın üzərində aparılır. Yəni ilkin qat hazır olduqdan sonra onun üzərinə ikinci qat yapişdırılır və sonra kontur boyu kəsilir. Bu üsul ümumi olaraq təbəqələri birləşdirməklə hissələrin hazırlanması - Layer Objekt Manufacturing (LOM) adlanır. Tətbiq olunan təbəqənin materialından asılı olaraq bu üsulu əsasən iki istiqamətə bölürlər: kağız və metal təbəqəni birləşdirməklə hazırlama.
LOM üsulu da başqa RP üsulları kimi modellərin qatbaqat hazırlanmasına əsaslanır. Təbəqələri birləşdirməklə hissələrin hazırlanma prosesinin ümumi iş prinsipi şəkil 5.19-də göstərilmişdir. Prosesin aparılması üçün tətbiq olunan qurğu verici və yığıcı diyircəklərdən, lazer başlığından, işçi platformadan və qızdırıcı diyircəkdən ibarətdir. Burada tətbiq olunan kağızın qalınlığı təxminən 0,1 mm həddində olur.