BİRLƏŞDİRMƏK

f.
1. Yapışdırmaq, birbirinə calamaq, qovuşdurmaq, bir-birinə bənd etmək. Elektrik məftillərini birləşdirmək. Sınmış hissələri lehimlə birləşdirmək.
2. Bir neçə, yaxud bir çox şeyi bir araya toplayıb bir tam halına salmaq. Müəssisələri birləşdirmək. Sənayenin eyni tipli sahələrini birləşdirmək.
3. Aralarında vəhdət, birlik yaratmaq.
Dəstənin apardığı çətin iş onları [kəşfiyyatçıları] yumruq kimi birləşdirmişdi. S.Rəhimov.

4. İctimailəşdirmək, ümumiləşdirmək. Təsərrüfat alətlərini birləşdirmək.
5. Aralarında əlaqə yaratmaq, rabitə yaratmaq, bağlamaq. İki şəhəri bir-biri ilə şose ilə birləşdirmək. Məni telefonda şəhərlə birləşdirin. Çayın hər iki sahilini körpü ilə birləşdirmək.
// Qovuşdurmaq, yaxınlaşdırmaq. Tale onları birləşdirdi.
6. məc. Uyğunlaşdırmaq, uzlaşdırmaq, əlaqələndirmək, bağlamaq. Nəzəriyyə ilə təcrübəni birləşdirmək. O, cəsarətlə soyuqqanlığı birləşdirə bilir.
BİRLƏŞDİRMƏ
BİRLƏŞMƏ
OBASTAN VİKİ
Birləşdirməklə nizamlama
Birləşdirməli nizamlama(ing. merge sort, ru. сортировка слиянием) -bir neçə çeşidlənən (giriş) siyahının bir (çıxış) siyahıda birləşdirilməsindən ibarət çeşidləmə üsulu. Birinci siyahının ilk elementi götürülür və ikinci siyahının birinci elementi ilə müqayisə olunur; seçim edildikdən sonra elementin seçildiyi siyahının başlanğıcının göstəricisi növbəti elementə keçir və beləliklə, siyahılardan birinin sonunadək hərəkət edilir. Bu metod bir neçə siyahıya tətbiq edilə bilər. Maraqlıdır ki, iş yalnız siyahıların birinci elementləri ilə aparılır. Birləşdirməli çeşidləmə alqoritmi 1945-ci ildə Con fon Neyman tərəfindən icad olunub. Birləşdirməklə nizamlama alqoritmi Con fon Neyman tərəfindən 1945 -ci ildə ixtira edilmiş, parçala və idarə etmə mexanizminə əsaslanan nizamlama alqoritmidir. Alqoritm ən pis, ən yaxşı və orta halda eyni sayda əməliyyat yerinə yetirir, O(n log n). Ən pis halda tutduğu yer isə O(n).
Kağız təbəqəni birləşdirməklə emal
Kagız təbəgəni birləşdirməklə emal — mahiyyəti ondan ibarətdir ki, üçölçülü modellər iki ölçülü kontur daxilində təbəqələrə bölünür və bu təbəqələr kontur boyu kəsildikdən sonra birləşdirilir. Yüksək keyfiyyətli model hazırlamaq üçün tətbiq olunan qatın qalınlığı çox kiçik olmalı və kontur boyu dəqiq kəsilməlidir. Ona görə də bu üsulun tətbiqində verilən qatın emalı artiq hazır qatın üzərində aparılır. Yəni ilkin qat hazır olduqdan sonra onun üzərinə ikinci qat yapişdırılır və sonra kontur boyu kəsilir. Bu üsul ümumi olaraq təbəqələri birləşdirməklə hissələrin hazırlanması - Layer Objekt Manufacturing (LOM) adlanır. Tətbiq olunan təbəqənin materialından asılı olaraq bu üsulu əsasən iki istiqamətə bölürlər: kağız və metal təbəqəni birləşdirməklə hazırlama. LOM üsulu da başqa RP üsulları kimi modellərin qatbaqat hazırlanmasına əsaslanır. Təbəqələri birləşdirməklə hissələrin hazırlanma prosesinin ümumi iş prinsipi şəkil 5.19-də göstərilmişdir. Prosesin aparılması üçün tətbiq olunan qurğu verici və yığıcı diyircəklərdən, lazer başlığından, işçi platformadan və qızdırıcı diyircəkdən ibarətdir. Burada tətbiq olunan kağızın qalınlığı təxminən 0,1 mm həddində olur.

Digər lüğətlərdə

нестаре́ющий офице́ришка подря́гивать полуживо́й поразбуди́ть пропеча́таться ти́хнуть юс большо́й клику́ха лингвисти́ческий обда́ривать огово́рка стожо́к цинера́рия жернов Acta damper duplicate Irrawaddy pickling reverberative Ruwenzori shipboy teraphim theomorphic