Birma

coğ. Birmanie f

birlikdə
birmanatlıq
OBASTAN VİKİ
Birma
Myanma, rəsmi adı: Myanma İttifaqı Respublikası (1989-cu ilədək Birma İttifaqı, 1989–2010-cu illərdə Myanma Birliyi) — Cənub-şərqi Asiyada dövlət. Paytaxtı — Naypyida. "Myanma" sözü tərcümədə "cəld", "güclü" mənalarını verir və zümrüd mənasını verən "mya" sözündən götürülmüşdür. Myanmada insan və coğrafi məkan adlarının seçilməsinə ənənəvi olaraq Myanmalı astroloqların böyük təsiri olur. Ölkə əhalisinin böyük əksəriyyətini təşkil edən Birmalılar tərəfindən öz seçdikləri ad "Bama" istifadə olunur. 1989 cu ilədək ölkə rəsmi olaraq Birma Birliyi Sosialistik Respublikası və ya qısaca olaraq — Birma adlanırdı. Amma "Birma" adı alınma mənşəli olduğun üçün ölkə daxilində populyar deyil. 2010-cu ilin Oktyabr ayında ölkənin adı "Myanma İttifaqı"ndan "Myanma İttifaqı Respublikası"na dəyişdi. Həmçinin ölkənin gerbi və bayrağı da dəyişdirildi. Myanmanın paytaxtı — Naypyida şəhəri(Mandalay inzibati dairəsi) Pyinmana şəhərinin yaxınlığındakı kiçik bir kəndin yerində yaradılmışdır.
Birma pişiyi
Birma pişiyi - yarımuzuntüklü pişik cinsi. == Haqqında == Birma pişiyi 1920-ci illərdə Fransada yetişdirilmişdir. Bədəni əzələli, azca uzunsovdur; qüvvətli, qısa ayaqları var. Başı yumru, alnı bir qədər dikdir. Gözləri oval formalı, tünd-mavidir. Tükü Siam pişiyi tükü rəngində, ipək kimi yumşaq, boynunda, belində, yanlarında və quyruğunda daha uzundur. Birma pişiyinin rənginin fərqləndirici əlaməti bütün pəncələrinin simmetrik ağ "corab"da olması - ağ tüklə örtülməsidir. Sakit və insana tez alışandır. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası. IV cild.
Birma İstiqlaliyyət Bəyannaməsi
Birma İstiqlaliyyət Bəyannaməsi (birm. လွတ်လပ်ရေးကြေညာစာတမ်း) — 4 yanvar 1948-ci ildə Birmada (indiki Myanma kimi tanınır) Britaniya hakimiyyətinə son qoyan bəyannamə. 1947-ci il İstiqlaliyyət Aktı nəticəsində rəsmi olaraq elan edilmişdir. Bu tarix indi Müstəqillik Günü kimi qeyd olunur, milli səviyyədə qeyd olunan bayramdır. == Tarixi == Yaponiyanın Birmaya hücumu İkinci Dünya müharibəsi zamanı, 1941-ci ilin dekabrında Malayadan başlamışdır. Bu, Britaniya və Hindistan qüvvələrinin məğlubiyyəti və Yaponiya hökmranlığı ilə nəticələnmişdir. 1942-ci ildə yaponlar müharibədən sonra Birmanın müstəqilliyini təmin edəcəklərinə dair vədlər vermiş, birmalılar isə Ox dövlətlərinin qələbəsində pay qazanacaqlarına inanırdılar. Onlar və gələcək yeniliyə qarşı müqavimət yaradacağına inanırdılar. Qərb güclərinin gələcək müstəmləkəçilik siyasətinə qarşı müqavimət yaratmış və Yaponiyanın müharibə səylərinə hərbi və iqtisadi formada dəstək olmuşdular. 1 avqust 1943-cü ildə nominal olaraq müstəqil Birma Dövləti elan edilmişdir.
Tibet-Birma dilləri
Tibet-Birma dilləri - Sino-Tibet dil ailəsinin alt qrupu. Cənub-Şərqi Asiyanın yüksək dağlıq ərazilərində və həmçinin Cənubi Asiyada və Şərqi Asiyada yaşayan 400-ə yaxın xalqı birləşdir. Tibet-Birma dillərində danışan 60 milyon insandan təqribən yarısı birma dilində, 13%-ə yaxını isə Tibet dilində danışırlar. Bu alt qrupun belə adlanmasının əsas səbəbi qrup daxilində üstünlük təşkil edən dillərin təsnifatına görədir (Birma dilində danıanlar-32 milyon nəfər, Tibet dilində danışanlar-8 milyon nəfər). Tibet-Birma dilləri Hindistan ərazisində əsasən Himalay dağ silsiləsi uzunu Ladakh, Himaçal Pradeş, Siqqim, Arunaçal Pradeş ştatlarında, eləcə də Qərbi Benqal, Assam, Meqhalaya, Naqaland, Manipur, Tripula və Mizoram ştatlarında yayılmışdır. Tibet-Birma dillərinə karbi, meitei, lepcha dilləri, eləcə də Tibet, Şərqi Himalay, Tani, Brahmaputra, Anqami-Poçuri, Tanqkhul, Zeme, Kukish və s. dialektləri aiddir. Hindistanın şimаl-şərqində əsаsən Tibеt-Birmа xalqlаrının yаşаdığı ərаzilərdə mürəkkəb еtnik vəziyyət yаrаnmışdır. Bu bölgənin cоğrаfi vəziyyəti əsаsən dаğlıqdır, dağlаr isə sıх mеşələrlə örtülmüşdür. Bu dа əhаli qruplаrının dаğınıq, bir birindən izоlyаsiyа оlunmuş şəkildə yаşаmаsınа gətirmişdir.
İkinci İngilis-Birma müharibəsi
Birinci İngiltərə-Birma müharibəsi (5 aprel, 1852- 20 yanvar, 1853) - Birma Pequ əyalətinin işğalı ilə nəticələnən müharibə. İngiltərənin hakim dairələri bütünlüklə Birmanı zəbt etmək və onu öz müstəmləkəsinə çevirmək səylərindən əl çəkməmişdilər. 1852-ci ilin aprel ayının 5-də İngiltərə ilə Birma arasında ikinci müharibə başlandı. Bu müharibəni Birmada Britaniya tacirləri ilə pis rəftar edilməsi bəhanəsilə ingilis Ost-Hind kompaniyası başladı. Aprel-iyun aylarında ingilis qoşunları aprel ayının 5-də Aşağı Birmanın Martaban ərazisi, 12 apreldə Ranqunu, iki gün sonra isə Şvedaqonu ələ keçirdilər. 19 may tarixində ağır döyüşlərdən sonra Basseyn şəhəri işğal edildi. Düşmənə müqavimət göstərməsinə baxmayaraq Birma qoşunları geri çəkilməyə məcbur oldu. 3 iyunda Pequ işğal edildi, ardınca da Şvemodo ingilis qoşunları tərəfindən ələ keçirildi. İngilis müstəmləkəçiləri ölkənin içərilərinə soxulduqca işğal edilmiş ərazidə yerli əhalinin partizan müharibəsi genişlənməyə başladı. İngilislərin Birma xalqına qarşı müharibəsi Birmanın nizami hissələri ilə müharibədən daha təhlükəli idi.
Birinci İngilis-Birma müharibəsi (1824-1826)
Birinci İngiltərə-Birma müharibəsi (1824-1826) - Ölkənin şimalında Assam, Kaçar, Manipur əyalətləri, habelə ən mühüm dəniz sahili əyalətləri olan Arakan və Tenasserim Birmadan alınması ilə nəticələn müharibə; Bu müharibə Birma dövlətinə zorla qəbul etdirilən ilk qeyri-bərabərhüquqlu və qarətkar müqavilə ilə başa çatdı. == Tarixi == === Müharibə ərəfəsində vəziyyət === XVIII əsrin axırı və XIX əsrin əvvəllərində Birmada ingilislərin təcavüzkarlığı daha da gücləndi. İngilis hökumət orqanları Birmaya qonşu olan hind feodal knyazlıqları ilə Birma əleyhinə "müdafiə və hücum sazişləri" bağlayaraq, onları silahla təchiz edir, Birmaya qarşı basqın etməyə qaldırırdılar. İngilislər eyni zamanda Birmaya əsarətli sazişlər qəbul etdirmək yolu ilə burada öz mövqelərini möhkəmlətmək istəyirdilər. Lakin Birma hökumətinin göstərdiyi müqavimət nəticəsində, Birmaya göndərilən bütün diplomatik nümayəndəliklərin səyləri uğursuzluqla nəticələndi və ingilis təxribatları baş tutmadı. XIX əsrin 20-ci illərinin əvvəllərində İngiltərənin daimi müttəfiqi ABŞ Birmaya soxulmağa səy edirdi. Amerika hökuməti dini baptist cəmiyyətinin missionerləri vasitəsilə Birma kralından müxtəlif güzəştlər, o cümlədən öz tacirləri üçün müxtəlif imtiyazları almaq, Birmada amerikalıların yaşaması üçün orada torpaq satın almaq hüququ və bu kimi güzəştlər əldə etməyə çalışırdı. Bir sıra cəhdlərə baxmayaraq Birma hökumətinə qeyri-bərabər saziş qəbul etdirmək mümkün olmadı. Milli qüvvələr haqlı olaraq xariciləri ölkəyə buraxmadılar. Nəhayət ki, ABŞ-nin təcavüz cəhdləri ingilis burjuaziyasının Birmaya qarşı işğalçılıq müharibəsinə başlamaq niyyətinə təkan verdi.
Birinci İngiltərə-Birma müharibəsi (1824-1826)

Üçüncü İngilis-Birma müharibəsi (1885-1887)
Üçüncü İngilis-Birma müharibəsi - 1885–1887-ci illərdə kral Tibonun hakimiyyəti dövründə baş vermiş və Birmanın müstəqilliyini itirməsi ilə nəticələnən növbəti ingilis-birma müharibəsi. İki İngilis-Birma müharibəsindən sonra Britaniyanın Birmadakı təsir dairəsi genişləndi. Bu da öz növbəsində ölkənin iqtisadi və dövlət müstəqilliyinin tam itirilməsi təhdidi doğurdu. Ölkənin böyük hissəsini işğal edən Britaniyaya qarşı mübarizə aparmağa çalışan kral Tibo Fransa ilə Laosdan Mandalaya qədər dəmir yolu xəttinin çəkilməsinə və İravadidə hərbi donanma yaradılmasına dair müqavilə imzaladı. İngilislər fransızların Birmaya nüfuz etməsini önləmək məqsədilə bu ölkəni tam olaraq öz müstəmləkəsinə çevrimək qərarına gəldilər. Britaniyanın Birmadakı ali komissarı Birma hökumətinin ölkə suverenliyini Britaniyaya güzəştə getməyə razı olmamasına görə ultimatium verdi. Bu da öz növbəsində üçüncü İngilis-Birma müharibəsinin başlanması ilə nəticələndi. Müasir silahlarla silahlanmış ingilis qoşunlarından fərqli olaraq Birma qoşunları pis təşkil olunmuş, ox və nizə ilə silahlanmışdı. Hərbi üstünlüyündən faydalanan ingilislər 1885-ci ildə Birmanın mərkəzi Mandalaya çay boyu yürüş edərək asanlıqla paytaxtı zəbt etdilər. Paytaxt demmək olar ki, müqavimətsiz tutuldu.
İkinci İngilis-Birma müharibəsi (1852-1853)
Birinci İngiltərə-Birma müharibəsi (5 aprel, 1852- 20 yanvar, 1853) - Birma Pequ əyalətinin işğalı ilə nəticələnən müharibə. İngiltərənin hakim dairələri bütünlüklə Birmanı zəbt etmək və onu öz müstəmləkəsinə çevirmək səylərindən əl çəkməmişdilər. 1852-ci ilin aprel ayının 5-də İngiltərə ilə Birma arasında ikinci müharibə başlandı. Bu müharibəni Birmada Britaniya tacirləri ilə pis rəftar edilməsi bəhanəsilə ingilis Ost-Hind kompaniyası başladı. Aprel-iyun aylarında ingilis qoşunları aprel ayının 5-də Aşağı Birmanın Martaban ərazisi, 12 apreldə Ranqunu, iki gün sonra isə Şvedaqonu ələ keçirdilər. 19 may tarixində ağır döyüşlərdən sonra Basseyn şəhəri işğal edildi. Düşmənə müqavimət göstərməsinə baxmayaraq Birma qoşunları geri çəkilməyə məcbur oldu. 3 iyunda Pequ işğal edildi, ardınca da Şvemodo ingilis qoşunları tərəfindən ələ keçirildi. İngilis müstəmləkəçiləri ölkənin içərilərinə soxulduqca işğal edilmiş ərazidə yerli əhalinin partizan müharibəsi genişlənməyə başladı. İngilislərin Birma xalqına qarşı müharibəsi Birmanın nizami hissələri ilə müharibədən daha təhlükəli idi.
Üçüncü İngilis-Birma müharibəsi (1885–1887)

İkinci İngilis-Birma müharibəsi (1852–1853)

Birman dili
Birman dili (birm. မြန်မာဘာသာ) - Çin-Tibet dillərindəndir və Myanmanın rəsmi dilidir.Bamarların danışdığı dildir.Birman dili 32 milyon nəfər tərəfindən ilk dil kimi və 10 milyon nəfər tərəfindən ikinci dil kimi danışılır.
Melia birmanica
Melia azedarach (lat. Melia azedarach) – meliekimilər fəsiləsinin melia cinsinə aid bitki növü. Azedara speciosa Raf. Azedarach commelinii Medik. Azedarach deleteria Medik. Azedarach fraxinifolia Moench Azedarach odoratum Noronha Azedarach sempervirens Kuntze Azedarach sempervirens var. glabrior (C.DC.) Kuntze Azedarach sempervirens f. incisodentata Kuntze Azedarach sempervirens f. longifoliola Kuntze Azedarach sempervirens f. subdentata Kuntze Melia angustifolia Schumach.