biznes
bizon
OBASTAN VİKİ
Biznesmen
Sahibkar — xidmət, ticarət və ya istehsal şəklində qazanc əldə etmək məqsədilə bir iş sahibi olan şəxs. Sahibkar mənfəət əldə etmək üçün bütün məsuliyyəti öz üzərinə götürüb, bütün gücünü sərf etməklə sahibkarlıq fəaliyyətini həyata keçirən şəxsdir. == Sahibkarlıq fəaliyyəti == Sahibkarlığın iqtisadi fəaliyyət növü kimi yaranma tarixi orta əsrlərdən başlanır. Artıq bu dövrlərdə tacirlər, satıcılar, sənətkarlar, habelə xeyriyyəçi missionerlər belə sahibkarlıqla məşğul olmağa başlamışdılar. Kapitalizmin yaranması ilə əlaqədar sərvətin artırılmasına cəhd mənfəətin həcminin də hədsiz dərəcədə artmasına gətirib çıxardı. Məhsuldar qüvvələrin və istehsal münasibətlərinin inkişafı nəticəsində sahibkarlıq fəaliyyəti daha çox bəşəri xarakter almışdır. Sahibkarlığın inkişafı hazırda yüksək bir mərhələyə gəlib çıxmışdır. İndi sahibkar özünəməxsus olan fabrik və zavodda digər işçilərlə bərabər çalışır. XVIəsrin ortalarından etibarən səhm kapitalı əsasında səhmdar cəmiyyətləri təşkil edilməyə başladı. İlk səhmdar şirkəti beynəlxalq ticarətsferasında yaradılmışdı.
Biznesmen (film, 1989)
Biznesmen qısametrajlı sənədli filmi rejissor Aydın Dadaşov tərəfindən 1989-cu ildə çəkilmişdir. "Ay-Al" Müstəqil Studiyasında istehsal edilmişdir. == Məzmun == Film varlanmış şəxsin həqiqət axtarışı yolunda müxtəlif dinləri qəbul etməsi və bunun nəticəsində mənəvi təcavüzə məruz qalması haqqında söhbət açır. Film SSRİ-də ilk rəsmi milyonçu olan Cənnət Əliyev haqqındadır. Filmdəki kadrların hamısı realdır. Rejissor filmin qəhrəmanını 1985-1989-cu illər ərzində müşahidə etmiş və hadisələri kinolentə köçürmüşdür. Film boyu Cənnət Əliyev öz tərcümeyi-halını müxtəlif məkanlarda nəql edir.
Ceyhun Abbasov (biznesmen)
Murad Məmmədov (biznesmen)
Rövşən Tağıyev (biznesmen)
Rövşən Asəf oğlu Tağıyev (1981, Yengicə, İliç rayonu) — Azərbaycan iş adamı, hüquqşünası və ictimai xadimi, "Kral Group" şirkətlər qrupunun təsisçisi. Rövşən Tağıyev 1 sentyabr 2024-cü ildə keçiriləcək Milli Məclisə seçkilərdə 18 saylı Nərimanov-Nizami-Binəqədi seçki dairəsi üzrə namizədliyini irəli sürmüşdür. == Erkən həyatı == Rövşən Asəf oğlu Tağıyev 1981-ci ildə Şərur rayonunun Yengicə kəndində anadan olmuşdur. 1997-ci ildə Şərur rayon Yengicə kənd məktəbini bitirmişdir. Bundan sonra Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına daxil olmuş, təhsilini başa vuraraq hərbi xidmətə yollanmışdır. O, 2003-cü ildə yenidən təhsil almaq qərarına gəlmiş və Naxçıvan Dövlət Universitetinin Hüquq fakultəsinə daxil olmuşdur. == Fəaliyyəti == === Sahibkarlıq === Rövşən Tağıyev 2000-ci illərdə Naxçıvan Daxili işlər orqanlarında xidmətə başlamış, 2009-cu ildə isə öz xahişi ilə xidmətdən ayrılaraq Bakı şəhərinə köçmüş, burada sahibkarlıq fəaliyyətinə başlamış, eyni zamanda ictimai fəaliyyətlə məşğul olmuşdur. 2015-ci ildə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində fəaliyyətə başlamış və 2017-ci ildə öz ərizəsi ilə işdən ayrılmışdır. Rövşən Tağıyev 2010-cu ildə "Kral Rent a Car" avtomobil icarəsi şirkətini təsis etmişdir. Sonradan şirkət turizm, təbabət və media kimi sektorları özündə birləşdirərək 2017-ci ilin aprel ayında "Kral Group" olaraq fəaliyyətini genişləndirmişdir.

Digər lüğətlərdə