Ceyhun Abbasov (biznesmen)
Ceyhun Həsən oğlu Abbasov (4 iyul 1972, Naxçıvan) — "Avrora Qrup" unun prezidenti , Ölkənin iqtisadi inkişafında göstərdiyi xidmətlərinə görə "Tərəqqi" medalına layiq görülüb.
== Həyat və fəaliyyəti ==
1972-ci il iyulun 4-də Naxçıvan Muxtar Respublikası, Ordubad rayonu, Unus kəndində anadan olub. Orta təhsilini Unus kəndində başa vurub. 1996-cı ildə Azərbaycan Texniki Universitetini "Mühəndis-elektronik-konstruktor" ixtisasını fərqlənmə diplomu ilə bitirib. Avropa, ABŞ, Böyük Britaniya, Mərakeş və digər ölkələrdə biznes görüşləri, konfransları seminarlarında iştirak edib. Ceyhun Abbasov 1992-ci ildən etibarən bizneslə məşğuldur. Hazırda fəaliiyətini qurucusu və rəhbəri olduğu "Avrora Qrup"un prezidenti kimi davam etdirir. Şirkət distribütor fəaliyyətini daha peşəkar və davamlı həyata keçirmək üçün mərkəzi ofisi Bakıda olmaqla Gəncə, Lənkəran, Bərdə, Quba, Göyçay, Şəki və Saatlıda filialları fəaliyyət göstərir.
== Ailə vəziyyəti ==
Ailəlidir, iki övladı var.
== Biznes fəaliyyəti ==
Avrora Qrup"un əsas istehsal xətləri Abşeron yarımadasında – Hökməli Sənaye Mərkəzində yerləşir.