boyunardı
boyunca
OBASTAN VİKİ
Boyunbağı
Boyunbağı- Boyun ətrafında geyilən qiymətli mədənlər, qiymətli daşlar və ya sıravi vəsaitlərdən tikilmiş bijüteriya.Boyunbağılar ən sadə halıyla, bir zəncir və ya kəndir üzərinə keçirilmiş daşlardan və ya boyunbağı uclarından meydana gəlirlər.
Yaşıl boyunbağı (film, 1975)
Kinolentdə Bakının yaşıllaşdırılmasından, bu sahədə aparılan işlərdən söhbət açılır. Film Bakı Şəhəri İcraiyyə Komitəsinin sifarişi ilə çəkilmişdir. Filmdə kinoxronika kadrlarından da istifadə olunmuşdur.
Ovçular təpəsi boyunbağısı
Ovçular təpəsi boyunbağısı — Ovçular təpəsi yaşayış yerindən aşkar edilmiş Eneolit dövrünə aid qızıl boyunbağı. Boyunbağı AMEA Naxçıvan Bölməsi və Fransa Milli Araşdırmalar Mərkəzinin birgə həyata keçirdiyi arxeoloji tədqiqatlar zamanı arxeoloqlar Vəli Baxşəliyev, Ketrin Marro və Səfər Aşurov tərəfindən aşkarlanmışdır. Artefakt Cənubi Qafqazın ən qədim qızıl əşyası kimi qiymətləndirilmişdir. Naxçıvan ərazisi qədim tarixi abidələr və yaşayış məskənləri ilə zəngindir. Naxçıvan İkiçayarasına yaxın yerləşdiyinə görə burada mədəniyyət daha tez inkişaf etmiş və bu ərazidə yaşayan tayfalar İkiçayarası mədəniyyətləri ilə daimi əlaqədə olmuşlar. Regionda yerləşən I Kültəpə və II Kültəpə, Naxçıvantəpə, Maxta, Oğlanqala və digər çoxsaylı qədim yaşayış yerlərində aparılmış tədqiqatlar bölgənin qədim tarixinə dair maraqlı məlumat və artefaktların üzə çıxarılmasına imkan vermişdir. Şərur rayonunun Dizə kəndi yaxınlığında yerləşən və e.ə. V–III minilliklərə aid edilən Ovçular təpəsi yaşayış yerində ilk tədqiqatlar Vəli Əliyev və A. Q. Seyidov tərəfindən aparılmışdır. Həmin tədqiatlar zamanı arxeoloqlar abidə ərazisindən Eneolit və İlk Tunc dövrünə aid mədəni təbəqə və müvafiq artefaktlar aşkar etmişlər. Daha sonra abidədə S. H. Aşurov arxeoloji qazıntı işləri aparmış və çoxsaylı tikinti qalıqları üzə çıxarmağa müvəffəq olmuşdur.

Digər lüğətlərdə