buxarxana
buxarıgülü
OBASTAN VİKİ
Buxarı
Buxarı — evlərin daxilində, evi qızdırmaq və xörək hazırlamaq məqsədilə qurulmuş ocaq yeri. == Xüsusiyyətləri == Buxarı evdə diqqəti cəlb edən əsas elemntlərdən biridir. Yaşayış evlərinin əksəriyyətində buxarı kəllə divarın ortasında yerləşdirilirdi. Bəzən otağın künclərinin birində ocaq oyuğundan və divariçi tüstü borusundan ibarət buxarılara da rast gəlmək olurdu. Atmosfer çöküntülərindən mühafizə edilməsi və tüstünü yaxşı çəkməsi üçün buxarının başı hörülərək dam örtüyündən 80 - 90 sm hündürə qaldırılır, günbəzli, qövüsvari və ya üçbucaq formalı başlıqla tamamlanırdı. Azərbaycanın Şirvan bölgəsində bağdadı tipli evlərdə bu funksiyanı "səbətbaca" yerinə yetirirdi. Lənkəran - Astara bölgəsi kəndlərində bişmiş və çiy (kal) kərpicdən hörülmüş buxarıların içərisinə xüsusi çuqun tava yerləşdirilirdi. İki qulpu olan bu tava istiliyi tənzimləyir, evə tüstünün dolmasının qarşısını alırdı. Belə ki, ocaq yeni yandırılanda qulp vasitəsilə tava fırladılır, tüstü ancaq bacadan çıxardı. Köz düşdükdə isə tava əksinə fırladılır, bu zaman tavanın qövsü bacanın yolunu bağlayır, istiliyi otağa ötürürdü == Formaları == Azərbaycanda buxarının bir neçə formalarından istifadə olunmuş.
Su buxarı
Su buxarı fasiləsiz olaraq su səthindən, rütubətli torpaqdan buxarlanma və bitkilərin transpirasiyası vasitəsilə atmosferə daxil olur. Havadakı su buxarının miqdarı en dairəsindən asılıdır. O, yer səthindən yuxarı yayılır və hava axınları vasitəsilə Yer kürəsinin bir yerindən digər yerinə daşınır. Atmosferdə su buxarının doyma halı yarana bilər. Belə vəziyyətdə su buxarı havada verilən temperaturda mümkün ola bilən qədər ola bilər. Bu zaman su buxarı doymuş su buxarı adlanır. Adətən doyma vəziyyəti havanın temperaturunun azaldığı zaman yaranır. Bu hala çatdıqdan sonrakı temperatur azalması zamanı su buxarının bir hissəsi izafi olur və kondensasiya baş verərək maye və yaxud bərk hala keçir. Buludlarda və dumanda su damcıları və buz kristalları əmələ gəlir. Buludlar yenidən buxarlana bilər.Digər halda damcılar və kristallar böyüyərək yağış şəklində yer səthinə düşür. Bunun nəticəsində atmosferin ayrı-ayrı yerlərində su buxarının vəziyyəti fasiləsiz olaraq dəyişir. Havada su buxarı və onun qaz halından maye və bərk hala keçməsilə havanın vacib prosesləri və iqlim xüsusiyyətləri əlaqədardır.

Digər lüğətlərdə