BUZLAQ AŞIRIMI

silsilənin əks yamaclarında yerləşən iki buzlaq karının, yaxud buzlaq sirkinin qovuşması nəticəsində əmələ gəlir. перевал ледниковый glacial mountain pass
BUZLAQ AKKUMULYASİYASI
BUZLAQ CİLALANMASI
OBASTAN VİKİ
Buzlaq
Buzlaq — dağ yamacı və ya dərə üzrə ağırlıq qüvvəsinin təsiri altında yavaş-yavaş hərəkət edən buz kütləsi. Buzlaq bərk yağıntıdan (qardan) o sahələrdə əmələ gəlir ki, il müddətində onun qalınlığı əriyən və buxarlanan sudan xeyli çox olur, daha doğrusu buzlaq iqlim qar sərhədindən yuxarıda, qarın toplanması üçün relyef formalarının əlverişli olduğu yerdə əmələ gəlir. Hidrosfer qütb ölkələrində dəniz səviyyəsində, mülayim və isti qurşaqlarda isə uca dağlarda qarlardan və buzlaqlardan ibarətdir. Yerin çoxillik və ya "əbədi" qar və buz olan təbəqəsi Kriosfer adlanır. Onu birinci dəfə 1923-cü ildə polyak alim А. B. Dobrovolski tətbiq etmiş. == Kriosfer == Kriosfer Yerin üç əsas təbəqəsinin qarşılıqlı təsiri nəticəsində əmələ gəlir: qar və buz yaranması üçün rütubət verən hidrosferin, bu rütubəti yayan və onu bərk fazada saxlayan atmosferin, səthində qar təbəqəsi əmələ gəlməsi mümkün olan litosferin. Bu okean — atmosfer — materik sisteminin vəsilələrindən biri iştirak etməsə daima qarlar da olmaz. Beləliklə, kriosfer qeyri-müntəzəm yayılmışdır. O yalnız qartoplanma şəraiti olan yerdə meydana gəlir. Lakin bu qeyri — müntəzəmlik hidrosferin vəhdətini və fasiləsizliyini gəstərir: su maye fazada ola bilməyən yerdə bərk fazada olur.
Buzlaq dili
Buzlaq dili – dərə buzlağının qar sərhədindən aşağıda yerləşən hissəsidir. Buzlaq dili dərə üzrə aşağı enir və burada buz kütləsi ərimə və buxarlanma yolu ilə kiçilir..
Buzlaq epoxaları
Buzlaq epoxaları (qlyasiallar) — Yerin geoloji inkişaf tarixində çox soyuq iqlim və geniş sahəli qalın materik buzlaqları ilə xarakterizə olunan epoxalar. == Təsviri == Bu epoxalarda buz yalnız dağları deyil, qütb və mülayim enliklərdəki düzənlikləri də örtmüşdü (qurunun təqr.40%-ini). Buzlaq epoxalarının davamiyyət müddəti müxtəlifdir. Yerin müxtəlif sahələrində Erkən Proterozoy, Son Proterozoy (Üst Rifey – Vend), Son Paleozoy (Karbonun sonu – Permin əvvəli) və Son Kaynozoyda müəyyən edilmişdir. Sonuncu epoxa daha çox öyrənilmişdir. Neogenin sonunu və Dördüncü dövrü əhatə edən buzlaq dövründə (2,5–3 mln. il) ən azı 4 buzlaşmanın olması və hər buzlaşmanın 2 və daha çox mərhələyə bölünməsi müəyyən edilmişdir. == Buzlaq nəzəriyyəsi == Buzlaq nəzəriyyəsin baniləri Avropa düzənliklərində buzlaşmanın bir dəfə baş verməsi fikrində idilər. 19-cu əsrin sonlarında aparılan tədqiqatlar nəticəsində bu ərazilərdə iki, yaxud üç buzlaşmanın baş verməsi qənaətinə gəlindi. 20-ci əsrin əvvəllərində A. Penk, E. Brikner və başqaları Alp dağları üçün 5 müstəqil buzlaq epoxasını (Dunay, Güns, Mindel, Riss, Vürm) ayırmışlar; Alp buzlaşmaları sxemi sonralar daha da təkmilləşdirilmişdir.
Buzlaq eroziyası
Buzlaq gölü
Buzlaq gölü – buzlaqların eşdikləri çökəkliklərdə və ya buzlaq çöküntüləri (morenlər) arasında əmələ gəlmiş göl. Kola yarımadasında, Kareliyada və Finlandiyada çoxlu buzlaq gölü var..
Buzlaq günbəzi
Buzlaq günbəzi- Kiçik üfüqi ölçüləri ilə əlaqədar olaraq nisbətən dik yamacları olan, günbəzvari formada çox da böyük olmayan buzlaq örtüyü; dağ buzlaq tipi olub, suayrıcı sahəni əhatə edir. Kənarlarından dərəyə axan buz, dərə buzlağını əmələ gətirir.
Buzlaq relyefi
Buzlaq relyefi- qədim və müasir dövr buzlaşmasının təsiri nəticəsində əmələ gələn relyef. Buzlaq relyefi formaları iki cürdür: buzlaq eroziya relyef formalalrı (kar, sirk, troq və s.) və buzlaq akkumulyativ relyef formalları (uc moren tirələri,drumlinlər və s.) Nival-buzlaq relyefi qədim və müasir buzlaqların ekzavrasiya və akkumulyasiya fəaliyyəti nəticəsində əmələ gəlmişdir; Troq dərələrə, karlar, Moren tirələri və təpəciklər ilə təmsil olunmuşdur. Böyük Qafqazın (Baş Qafqazın silsiləsi, Yan Silsilə) və Kiçik Qafqazın (Murovdağ, Şahdağ, Zəngəzur silsilələri, Qarabağ yaylası) yüksək dağlıq qurşaqlarında yayılmışdır.
Buzlaq zonası
Buzlaq çöküntüləri
Buzlaq örtüyü
Buzlaq örtüyü və ya materik buzlağı qalınlığı bir neçə km (müasir Antarktida buzlağında 4 km-dən çoxdur) və milyonlarla km2 sahəni əhatə edən, buzlaq qalxanı şəkilində yerüstü buzlaq tipi.
Buzlaq qazsoğanı
Buzlaq qazsoğanı (lat. Gagea glacialis) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin zanbaqkimilər fəsiləsinin qazsoğanı cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir — NT. Nadir növdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Soğanaq xırda, yumurtavari-kürəşəkilli, qabığı açıq bozumtuldur. İkinci soğanaq çox kiçikdir. Gövdəsi 5–10 sm hündürlükdə, kökətrafı yarpaqları ensiz-xətvaridır. 1,5–2 sm enində, çiçəkqrupundan uzun, çılpaq, yarımsilindrik formadadır, bəzən yarpaqları 2-dir. Çiçək qrupu az çiçəklidir, altdakı yarpaqları 2, bəzən 3-dür. Çiçəkyanlığının ləçəkləri 6 — uzunluğunda, neştərvaridir, küttəhərdir, daxili tərəfi sarı, xarici yaşılımtıldır.
Cənub Aşırımı
Cənub Aşırımı - Everest və Lhotze, yəni müvafiq olaraq dünyanın ən yüksək və dördüncü ən yüksək dağları arasında aşırımdır. Cənub Aşırımı adətən yüksək küləklər altında qalır və buna görə də əhəmiyyətli dərəcədə qar yığımından azad olur. 1950-ci ildən (Tibet bağlandıqda) Everest ekspedisiyalarının əksəriyyəti Nepaldan çıxaraq cənub-şərq silsiləsi və Cənub Aşırımı yolu ilə gedirlər. Alpinistlər Nepaldakı cənub-şərq silsiləsindən Everestə qalxmağa çalışdıqda, son düşərgəni (adətən IV Düşərgə) Cənub Aşırımında qururlar. Cənub Aşırımına ilk dəfə 12 May 1952-ci ildə Aubert, Lambert və Eduard Viss-Dunantın İsveçrə Dağ Everest Ekspedisiyası dırmanmışdır. Onlar zirvəni fəth edə bilməmişdilər. Cənub Aşırımında alpinistlər ölüm zonasına girirlər. Hündürlükdəki xəstəlik bu yüksəklikdə əhəmiyyətli bir təhlükədir və asanlıqla ölümcül olduğunu sübut edə bilər. Yatmaq da çətindir və alpinistlərin əksəriyyətinin həzm sistemləri əhəmiyyətli dərəcədə yavaşlayır və ya tamamilə dayanır. Bunun səbəbi, bu yüksəklikdə bədənin yeni qida həzm etməkdən daha çox enerji mənbələrindən istifadə etməsidir.
Dağdağan aşırımı
Dağdağan aşırımı – Şahbuz rayonu ərazisində, Zəngəzur silsiləsinin suayırıcısında, Naxçıvançayın sol qolu Zərnətünçayın mənbə hissəsində aşırım (hünd. 2858,5 m). Alt Pliosen yaşlı Biçənək lay dəstəsinin andezit, andezit-dasit, bazalt lavaları və piroklastlarını yaran gəzdəkdir. Cənub-qərb yamacında vulkanogen törəmələr Orta Pleystosenin flüvioqlasial çöküntülərilə örtülmüşdür. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin şimal-şərq cinahına aid Toğluqaya-Üçqardaş maili əyilməsinin hüdudlarında yerləşir. Zirvə hissəsindən submeridional istiqamətli qırılma pozulması keçir.
Girdəni aşırımı
Girdəni aşırımı – Ordubad rayonu ərazisində dağ aşırımı (hünd. 2560,2 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Yağlıdərə yüksəkliyindən (3835,9 m) ayrılan Girdəni qolunun suayırıcısında gəzdək. Urmis kəndindən 2 km-dək cənub-cənub-şərqdədir. Alt Eosenin İpr mərtəbəsinə aid Kələki lay dəstəsinin vulkanogen-çökmə süxurlarının aşınması nəticəsində əmələ gəlmişdir. Tektonik cəhətdən Zəngəzur qalxım zonasının cənub-qərb kənarında, Kilit-Kotam qalxımının mərkəzi strukturu olan Kilit-Ağrıdağ antiklinalının maili şimal-şərq qanadında yerləşir və şimal-qərb istiqamətli əks-fay qırılma pozulması ilə kəsilmişdir.
Günaxay aşırımı
Günaxay aşırımı — Sarıbaş kəndinin Rusiya ilə sərhəd hissəsində yerləşir. Hündürlüyü 2657 m dir. Dağ Alp-Himalay qurşağında yerləşir. Böyük Qafqaz sıra dağlarına aiddir.
Gədik aşırımı
Gədik aşırımı – Culfa rayonu ərazisində, Zəngəzur silsiləsinin suayırıcısında, Qabaqlısu çayının mənbə hissəsində, Gədikdağdan 500 m şərqdə aşırım (hünd. 2563,0 m). Alt Pliosen yaşlı Biçənək lay dəstəsinin andezit, andezit-dasit, bazalt lavaları və piroklastlarını yaran gəzdəkdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin şimal-şərq cinahına aid Toğluqaya-Üçqardaş maili əyilməsinin şərq kənarında yerləşir.
Haramı aşırımı
Haramı (Hərəmi) — Ordubad rayonu ərazisində, Zəngəzur silsiləsindən cənub-qərbə ayrılan Dəmirlidağ-Göydağ qolunun cənub istiqamətli Gəvək şaxəsində, Qaradərə-Gilançay suayırıcısında, Biləv kəndindən 4 km qərb-cənub-qərbdə aşırım (hünd. 1290,0 m). Orta Eosenin Lütet mərtəbəsinə aid Dərəlik lay dəstəsinin çökmə süxurlarının aşınması nəticəsində yaranmış gəzdəkdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentində, eyniadlı əyilmənin cənub-qərb cinahına aid Gilançay antiklinalının şimal-şərq qanadında yerləşir. HƏRƏMİ AŞIRIMI – Ordubad rayonu ərazisində Haramı aşırımının əhali arasında işlədilən başqa adı.
Həzrəməscid aşırımı
Azərməsçid aşırımı və ya Həzrəməscid aşırımı – Ordubad rayonu ərazisində, Zəngəzur silsiləsinin suayırıcısında, Ordubadçayın mənbəyində aşırım (hünd. 3474,7 m). Mehri-Ordubad batolitinin Üst Oliqosen-Alt Miosen yaşlı porfirvari-qranitoid formasiyasına aid qranodiorit və qranosiyenitləri yaran, yamacları sıldırımlı, səthi qayalı gəzdəkdir. Tektonik cəhətdən Zəngəzur qalxım zonasının cənub-qərb cinahında yerləşir. Azərməsçid aşırımının yerli əhali arasında işlədilən başqa adı Həzrəməscid aşırımıdır.
Kluxor aşırımı
Kluxor aşırımı — Baş Qafqaz silsiləsində, Hərbi Suxumi yolu üzərində yerləşən aşırım. Hündürlüyü dəniz səviyyəsindən 2781 metrdir. Aşırım hissənin uzunluğu 45 km-dir. Brokhauz və Efronun ensiklopedik lüğətində aşırım belə təsvir edilmiş: Kodori dərəsi boyu, Qafqaz silsiləsindən Kluxor aşırımı vasitəsi ilə daşlıq yol keçir. Bu yol Suxumi ilə Çerkessk şəhəri arasında əlaqə vasitəsidir. Aşırım ərazisi ilə iki çay axır: Şimala Şimali Kluxor, cənuba isə Kliçi çayı. Kluxor aşırımı Hərbi Suxumi yolunun ən yüksək hissəsidir. Yolun Kluxor aşırımından keçən hissəsi avtomobil hərəkəti üçün uyğun deyil. Hərbi Suximi yolundakı nəqliyyat əlaqəsi aşırım ərazisində olan hava şəraitindən asılıdır. Qış aylarında ərazidə tez-tez qar uçqunları müşahidə olunur.
Mamison aşırımı
Mamison aşırımı (oset. Мамысоны æфцæг; gürc. მამისონის უღელტეხილი) — Böyük Qafqazın qərb hissəsindəki Baş Qafqaz silsiləsindən keçən hündürlüyü 2911 m (digər mənbələrə görə 2819 m) olan aşırım. Gürcüstan (Cənubi Osetiya) və Rusiya sərhədlərinin qovşağında olan keçid Mamikdon çayı vadisindən Çançaxı çayı vadisinə aparır. Tarixi Osetiya Hərbi Yolu Gürcüstan (Kutaisi) ilə Rusiyanı (Karcin) birləşdirən keçiddən keçir. Sərhəd keçidi hazırda bağlıdır və yol istifadədə deyil. Böyük Vətən müharibəsi illərində keçid mühüm rol oynamış və 1942-ci ilin iyunundan 1942 -ci il avqustun 15-dək olan dövrdə 46-cı Ordu qüvvələrinin bir hissəsi şimaldan Baş Qafqaz silsiləsindən - Mamison keçidini əhatə edərək müdafiəni təşkil edirdi. 10 iyun 2009-cu ilədək Gürcüstan sərhədçiləri Cənubi Osetiyadan keçid üzərində nəzarəti həyata keçirirdilər. Onların Çançaxi çayının vadisinə geri çəkilmədən sonra Rusiya və Cənubi Osetiya sərhədçiləri ərazini nəzarətə götürür, nəticədə bütün keçid faktiki olaraq Cənubi Osetiyanın nəzarətinə keçir. 2009-cu ilin iyun ayının əvvəlində partladılmış Nikolaevski körpüsünün bərpasından sonra, məlumat gəlir ki, Gürcüstan yenidən Çançaxi çayı boyunca yerləşən Hərbi-Osetiya yolunun bir hissəsinə nəzarəti ələ keçirir.
Qezevçek aşırımı
Qezevçek (gürc. გეზევცეკი, oset. Гезей æфцæг, qaraç.-balk. Гезе ыфцыкъ) — Baş Qafqaz silsiləsinin cənub yamacında olan dağ aşırımı. Aşırım Kabardin-Balkariya və Gürcüstan sərhəddində yerlşir. Aşırım Kabarin-Balkariya Respublikasının ən ucqar cənub nöqtəsidir. Aşırım Baş Qafqaz silsiləsinin ərazisində, Qezetau və Passis-Mta zirvələri arasında yerləşir. Aşırım Çerek və Rioni çaylarının yuxarı axarlarını əhatə edir. Qezevçek Qərbi Ştul buzlağından Passis-Mta zirvəsinin cənub sirkinə doğru uzanır. Aşırımdan 4 km şərqdə Kabardin-Balkariya, Şimali Osetiya və Gürcüstan sərhədləri birləşir.
Qipçi aşırımı
Qıpçaq aşırımı — Kəlbəcər rayonu ərazisində dağ aşırımı. Murovdağ silsiləsində, Yanşaq kəndindən şimaldadır. Oronim Qipçi formasında da qeydə alınmışdir. Qipçiq/qipçix sözü “çarpanaq daş” mənasındadır. Dağın yamacları çarpanaq daşlarla örtüldüyünə görə ona bu ad verilmişdir. Qipçi dağ aşirımı güman etmık olar ki, oronim Qıpçaq adının təhrif olunmuş formasıdır və etnonim mənşəlidir. Azərbaycan dilinin dialektlərində qipçaq sözu “kip”, “yigcam”, “bağlı” mənalarında da işlənir.
Qudurdağ aşırımı
Qudurdağ aşırımı — Baş Qafqaz silsiləsində yerləşən, Azərbaycannın Zaqatala rayonunu Samurçayın yuxarı axarı ilə birləşdirir. Aşırımın hündürlüyü 3259 m təşkil edir.
Qıpçaq aşırımı
Qıpçaq aşırımı — Kəlbəcər rayonu ərazisində dağ aşırımı. Murovdağ silsiləsində, Yanşaq kəndindən şimaldadır. Oronim Qipçi formasında da qeydə alınmışdir. Qipçiq/qipçix sözü “çarpanaq daş” mənasındadır. Dağın yamacları çarpanaq daşlarla örtüldüyünə görə ona bu ad verilmişdir. Qipçi dağ aşirımı güman etmık olar ki, oronim Qıpçaq adının təhrif olunmuş formasıdır və etnonim mənşəlidir. Azərbaycan dilinin dialektlərində qipçaq sözu “kip”, “yigcam”, “bağlı” mənalarında da işlənir.
Rikoti aşırımı
Rikoti (gürc. რიკოთის უღელტეხილი) — Gürcüstanı qərb və şərq hissəsinə ayıran Böyük Qafqazın bir qolu olan Lixi silsiləsinin cənub hissəsindəki aşırım. Burada Dzirula çayının sol qolu Rikotuli çayı axır. Gürcüstanın iki böyük şəhərini birləşdirən Tbilisi-Kutaisi magistral yolu, 1982-ci ildə inşa edilmiş uzunluğu 1722 m olan qaya tuneli sayəsində aşırımdan keçir. 2010-cu ildə tunel üzərində yenidənqurma işləri aparıldı, 2011-ci il noyabr ayında yenilənmə prosesi başa çatdı. M. Utmelidze, Gürcüstan Sovet Ensiklopediyası, 8-ci buraxılış, səh.