BUZLAQ GÖLÜ

1)buzlağın keçmiş fəaliyyəti (akkumulyasiyası, yaxud qazıması) ilə əlaqədar olaraq yaranmış, göl (kar və moren gölləri); 2) buzlaq örtüyünün ön hissəsi, yaxud buzlaq dili vasitəsi ilə təbii su axınının qarşısının bağlanması nəticəsində əmələ gələn, göl. ледниковое озеро glacial lake
BUZLAQ GÖBƏLƏYİ
BUZLAQ GÜNBƏZİ
OBASTAN VİKİ
Buzlaq gölü
Buzlaq gölü – buzlaqların eşdikləri çökəkliklərdə və ya buzlaq çöküntüləri (morenlər) arasında əmələ gəlmiş göl. Kola yarımadasında, Kareliyada və Finlandiyada çoxlu buzlaq gölü var..
Buzlaq
Buzlaq — dağ yamacı və ya dərə üzrə ağırlıq qüvvəsinin təsiri altında yavaş-yavaş hərəkət edən buz kütləsi. Buzlaq bərk yağıntıdan (qardan) o sahələrdə əmələ gəlir ki, il müddətində onun qalınlığı əriyən və buxarlanan sudan xeyli çox olur, daha doğrusu buzlaq iqlim qar sərhədindən yuxarıda, qarın toplanması üçün relyef formalarının əlverişli olduğu yerdə əmələ gəlir. Hidrosfer qütb ölkələrində dəniz səviyyəsində, mülayim və isti qurşaqlarda isə uca dağlarda qarlardan və buzlaqlardan ibarətdir. Yerin çoxillik və ya "əbədi" qar və buz olan təbəqəsi Kriosfer adlanır. Onu birinci dəfə 1923-cü ildə polyak alim А. B. Dobrovolski tətbiq etmiş. == Kriosfer == Kriosfer Yerin üç əsas təbəqəsinin qarşılıqlı təsiri nəticəsində əmələ gəlir: qar və buz yaranması üçün rütubət verən hidrosferin, bu rütubəti yayan və onu bərk fazada saxlayan atmosferin, səthində qar təbəqəsi əmələ gəlməsi mümkün olan litosferin. Bu okean — atmosfer — materik sisteminin vəsilələrindən biri iştirak etməsə daima qarlar da olmaz. Beləliklə, kriosfer qeyri-müntəzəm yayılmışdır. O yalnız qartoplanma şəraiti olan yerdə meydana gəlir. Lakin bu qeyri — müntəzəmlik hidrosferin vəhdətini və fasiləsizliyini gəstərir: su maye fazada ola bilməyən yerdə bərk fazada olur.
Buzlaq dili
Buzlaq dili – dərə buzlağının qar sərhədindən aşağıda yerləşən hissəsidir. Buzlaq dili dərə üzrə aşağı enir və burada buz kütləsi ərimə və buxarlanma yolu ilə kiçilir..
Buzlaq epoxaları
Buzlaq epoxaları (qlyasiallar) — Yerin geoloji inkişaf tarixində çox soyuq iqlim və geniş sahəli qalın materik buzlaqları ilə xarakterizə olunan epoxalar. == Təsviri == Bu epoxalarda buz yalnız dağları deyil, qütb və mülayim enliklərdəki düzənlikləri də örtmüşdü (qurunun təqr.40%-ini). Buzlaq epoxalarının davamiyyət müddəti müxtəlifdir. Yerin müxtəlif sahələrində Erkən Proterozoy, Son Proterozoy (Üst Rifey – Vend), Son Paleozoy (Karbonun sonu – Permin əvvəli) və Son Kaynozoyda müəyyən edilmişdir. Sonuncu epoxa daha çox öyrənilmişdir. Neogenin sonunu və Dördüncü dövrü əhatə edən buzlaq dövründə (2,5–3 mln. il) ən azı 4 buzlaşmanın olması və hər buzlaşmanın 2 və daha çox mərhələyə bölünməsi müəyyən edilmişdir. == Buzlaq nəzəriyyəsi == Buzlaq nəzəriyyəsin baniləri Avropa düzənliklərində buzlaşmanın bir dəfə baş verməsi fikrində idilər. 19-cu əsrin sonlarında aparılan tədqiqatlar nəticəsində bu ərazilərdə iki, yaxud üç buzlaşmanın baş verməsi qənaətinə gəlindi. 20-ci əsrin əvvəllərində A. Penk, E. Brikner və başqaları Alp dağları üçün 5 müstəqil buzlaq epoxasını (Dunay, Güns, Mindel, Riss, Vürm) ayırmışlar; Alp buzlaşmaları sxemi sonralar daha da təkmilləşdirilmişdir.
Buzlaq eroziyası
Buzlaq günbəzi
Buzlaq günbəzi- Kiçik üfüqi ölçüləri ilə əlaqədar olaraq nisbətən dik yamacları olan, günbəzvari formada çox da böyük olmayan buzlaq örtüyü; dağ buzlaq tipi olub, suayrıcı sahəni əhatə edir. Kənarlarından dərəyə axan buz, dərə buzlağını əmələ gətirir.
Buzlaq relyefi
Buzlaq relyefi- qədim və müasir dövr buzlaşmasının təsiri nəticəsində əmələ gələn relyef. Buzlaq relyefi formaları iki cürdür: buzlaq eroziya relyef formalalrı (kar, sirk, troq və s.) və buzlaq akkumulyativ relyef formalları (uc moren tirələri,drumlinlər və s.) Nival-buzlaq relyefi qədim və müasir buzlaqların ekzavrasiya və akkumulyasiya fəaliyyəti nəticəsində əmələ gəlmişdir; Troq dərələrə, karlar, Moren tirələri və təpəciklər ilə təmsil olunmuşdur. Böyük Qafqazın (Baş Qafqazın silsiləsi, Yan Silsilə) və Kiçik Qafqazın (Murovdağ, Şahdağ, Zəngəzur silsilələri, Qarabağ yaylası) yüksək dağlıq qurşaqlarında yayılmışdır.
Buzlaq zonası
Buzlaq çöküntüləri
Buzlaq örtüyü
Buzlaq örtüyü və ya materik buzlağı qalınlığı bir neçə km (müasir Antarktida buzlağında 4 km-dən çoxdur) və milyonlarla km2 sahəni əhatə edən, buzlaq qalxanı şəkilində yerüstü buzlaq tipi.
Buzlaq qazsoğanı
Buzlaq qazsoğanı (lat. Gagea glacialis) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin zanbaqkimilər fəsiləsinin qazsoğanı cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir — NT. Nadir növdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Soğanaq xırda, yumurtavari-kürəşəkilli, qabığı açıq bozumtuldur. İkinci soğanaq çox kiçikdir. Gövdəsi 5–10 sm hündürlükdə, kökətrafı yarpaqları ensiz-xətvaridır. 1,5–2 sm enində, çiçəkqrupundan uzun, çılpaq, yarımsilindrik formadadır, bəzən yarpaqları 2-dir. Çiçək qrupu az çiçəklidir, altdakı yarpaqları 2, bəzən 3-dür. Çiçəkyanlığının ləçəkləri 6 — uzunluğunda, neştərvaridir, küttəhərdir, daxili tərəfi sarı, xarici yaşılımtıldır.
Alp Tipli Buzlaq
Alp Tipli Buzlaq — sadə dərə buzlağı, müasir mərhələdə geniş yayılmış iri dağ-dərə buzlaq tipi olub, dağ sirkindən dərə boyu aşağı enir. Buzlağın birinci (qidalanma) hissəsi iqlim qar xəttindən yuxarıda, ikinci (ərimə) hissəsi isə aşağıda yerlışir.
Buzlaq qaz soğanı
Kanzas buzlaq epoxası
Kanzas buzlaq epoxası (rus. Канзасская ледниковая эпоха., ing. Kansan İce Age) (ABŞ-də Kanzas, Kansac ştatı adından götürülüb) — Erkən Pleystosen buzlaq mərhələsidir. Şimali Amerika düzənliklərində ayrılmışdır. Təxminən alp stratiq-rafik sxeminin Mindel buzlaşması ilə müqayisə edilir.
Perito Moreno (buzlaq)
Perito Moreno Buzlağı (isp. Glaciar Perito Moreno) — cənub-qərbi Argentinada dəniz səviyyəsindən 1500 m yüksəklikdə, Pataqoniyanın Kampo de Hielo Sur buzlaqının bir uzantısıdır. Pataqoniya tədqiqatçısı Fransisko Paskasio Morenonun adını daşıyır. Ən yaxın, ən böyük yaşayış məntəqəsi 80 km məsafədəki El Kalafatedir və bu milli park buzlağa turlar üçün ideal başlanğıc nöqtəsidir. Buzlaq Los-Qlasyares Milli Parkının və bütün Argentinanın əsas görməli yerlərindən biridir. Perito Moreno Buzlağı Antarktida və Qrenlandiya istisna olmaqla, az tanınan buzlaqlardan biridir. Eyni zamanda buzlaq getdikcə böyüməkdədir. Bunun səbəbi Sakit okeandan gələn buludların And dağlarına çox güclü yağışlar buraxmasıdır. 60 km buz kütləsi gündə təxminən 1 m irəliləyir. Bu kütləvi kütlədə davamlı çatlama və qırılma səs-küyləri ilə xarakterizə olunur.
Sartan buzlaq epoxası
Sartan buzlaq epoxası (rus. Сартанская ледниковая эпоха, ing. Sartan Ice Age) — son Pleystosenin axırlarında Sibir dağlarında sonuncu dağ buzlaşması, Taymırda və Putorana platosunda isə örtük buzlaşmasının inkişaf epoxası. Bəzən vahid Son Pleystosen /Zıryan/ buzlaşmasının axırıncı mərhələsi kimi başa düşülür.
Valday buzlaq epoxası
Valday buzlaq epoxası (rus. Валдайская ледниковая эпоха, ing. Valdai Ice Age) — Ş. Avropa düzənliyində Üst Dördüncü dövr buzlaşması epoxası (70-dən −11 min ilə qədər əvvəl). Bu zaman buzlaq müasir Valday yüksəkliklərinə qədər çatmışdır. Vaxt etibarilə Q. Avropanın Vyurm və Vislin buzlaşmalarına uyğun gəlir.
Düdən gölü
Düdən gölü (türk. Düden Gölü) və ya Kulu gölü (türk. Kulu Gölü) ― Türkiyənin Konya ilində acı göl. Düdən gölü Tuz gölünün 5 kilometr (3.1 mil) şimal-qərbində, Konyanın Kulu şəhərindən 950 metr (3,120 ft) şərqdə yerləşir. 860 hektar ərazini əhatə edən dayaz gölün suyu acıdır. Göl əsasən qərbdən Kulu və Değirmengözü krikləri ilə qidalanır. Göldən çay başlamır. Düdən gölünün qidalanmasında ətrafındakı bulaqlar da rol oynayır. Göldə doqquz adacıq var. Gölün cənubundakı "Kiçik Göl" (türk.
Elqıqıtqın gölü
Elqıqıtqın gölü — Çukot Muxtar Dairəsi ərazisində yerləşən vulkan gölü. Göl Anadır alçaqdağlığı, Anadır rayonu, Anadır şəhərindən 390 km şimal-qərbdə yerləşir. Gölün adı çukot dilindən tərcümədə эльгыгытгын — «ağ göl» mənasını verir. == Fiziki-coğrafi xüsusiyyətləri == Gölün diametri — 12 kilometr; mərkəzi hissədə dərinlik 169 m; maksimal dərinlik — 174 m; sahəsi — 119 km²; həcmi — 14,1 km³; su toplayıcı hövzəsinin sahəsi — 293 km²; suyun orta temperaturu 3 °C; dəniz səviyyəsindən hündürlüyü — 489 m. İlin böyük qismi üzəri buzla örtülü olur. Bəzi illərdə hətta yayda belə tamami ilə buzdan azad ola bilmir. Sahilə yaxın ərazilərdə daimi buzlaqlar vardır. Onların qalınlığı 481 çatır. Gölə 50 qol axır. Göldən Enmıvaam çayı başlayır.
Elsuort gölü
Elsuort gölü (ing. Lake Ellsworth) — Antarktida ərazisində buzaltında yerləşən göl. Bir çox aliklərin fikirinə görə göl təqribi olaraq 125 mln xarici aləmlə əlaqəsi yoxdur. Gölün ölçüləri 14,7 km х 3,1 km nisbətindədir. Elsuort gölünün sahəsi 28,9 km². Dərinliyi isə 52-156 metr arasında dəyişir. Gölün həcmi 1,37 km³-dir. Gölün araşdırılmasını Böyük Britaniya alimləri həyata keçirir.
Elton gölü
Elton gölü (rus. Эльтон) — Xəzəryanı ovalıqda yerləşən axarsız, şorsulu göl. Göl inzibati baxımından Rusiyanın Volqoqrad vilayəti, Pallasovski rayonu, Elton kənd inzibati vahidliyində, Qazaxıstan sərhəddindən bir qədər aralıda yerləşir. Vilayətin ən böyük, Avropanın isə minerallaşma həddinə görə ən böyük gölü. Gölün olduqca əhəmiyyətli xüssusiyyəti vardır. Belə ki, köçəri quşlar, əsasəndə sahildəyişənlər və durnalar təyinat nöqtəsinə gedərkən müəyyən müddətə bu göldə fasilə verməli olurlar Böyük ehtimalla gölün adı monqol dilində olan «Altın-Nor» (qızılı dib) sözündən əmələ gəlmişdir. == Ümumi təsviri == Göl Xəzəryanı ovalığın şimal-qərbində böyük duzlu qübbələr arasında bir çökəklikdə yerləşir. Sahəsi — 152 km², dairəvi quruluşa sahibdir. Hövzəsinin sahədi 1640 km²-dir. Dərinliyi — 5—7 sm; yazda isə 1,5 metrə çatır.
Eri gölü
Eri gölü (ing. Erie [ˈɪri], fr. Érié) — Kanada və ABŞ arasında, Böyük göllər sisteminə daxil göldür. 25 700 km² sahəyə malik olaraq, Göllərin dünyada sahəsinə görə sıralamasında 11-ci yeri tutur. Gölün qərb-cənun-qərb, şərq-şimal-şərq istiqamətində eni 388 kmdən 98 km qədərdir. Gölün sahillərində Miçiqan, Ohayo, Pensilvaniya və Nyu-York ştatları yerləşir. Gölün cənub-qərbində çoxlu ssayda adalar vardır. Suyun temperaturu qışda 0—2 °S, yayda isə 24 °S təşkil edir. Göl dekabrdan mart ayına qədər don olur. Gölə Detroyt, Qrand, Reyzin, Huron, Momi, Sandaski və Kuyahoqa çayları axır.
Eridania gölü
Eridania gölü — təxminən 1.1 milyon kvadrat kilometrlik bir səth sahəsi olan Marsdakı bir nəzəriyyənin qədim gölüdür. Madim Vallis axını kanalının mənbəyində yerləşir və Eridaniya və Pethonitis daxildir. Eridania gölü quruduğu kimi, bir sıra kiçik göllərə bölündü.Eridaniya dənizinin müxtəlif hissələrində təxmin edilən su dərinliyini göstərən xəritə bu xəritə, təxminən 850 km məsafədədir. == Haqqında == Eridania dənizinin ətrafındakı xüsusiyyətlər ilə seçilir. Daha sonra CRISM ilə edilən tədqiqatlar, 400 m-dən çox qalınlığında, saponit, talk-saponit, Fezəngin mika (məsələn, qlauconit-nontononit), Fe və Mg-serpentin, Mg-Fe-Ca karbonat və ehtimal Fe-sulfiddir. Fe-sulfid, ehtimal ki, vulkanlardan qızdırılan suyun dərin sularında formalaşmışdır. Hidrotermal kimi təsnif edilən belə bir proses həyatın başladığı yer ola bilərdi. Eridaniya dənizinin zirvəsindən dərin hövzələr. Dərin su buz örtüyü ilə sıx eroziyaya qarşı qorunduğundan, mərtəbədə olan mesas var. CRISM ölçmələri göstərir ki, minerallar seafloor hidrotermal yataqlardan ola bilər.
Gəhər gölü
Gəhər gölü — İranın Luristan ostanında Üştürankuh sıra dağlarının arasında yerləşən şirin su göldür.
Heviz gölü
Heviz (mac. Hévízi-tó) — Macarıstanın qərbində yerləşən termal göl. Göl kurort şəhəri Hevizin ərazisində yerləşir. Eləcədə Balaton gölünün qərb qurtaracağına yaxındır. == Ümumi məlumat == Heviz gölü Avropanın sahəsinə görə ən böyük termal gölüdür (47 500 m²). Qış aylarında suyun temperaturu 24 °C, yayda isə 36 °C olur. Göl suyu 48 saat ərzində tam yenilənir. İl boyu ərazi istirahət mərkəzi kimi fəaliyyət göstərir. Heviz gölü nadır geoloji xüsusiyyətə malikdir. Bu tip gölün analoqu yalnız Yeni Zellandiyada olan Rotorua gölüdür.

Digər lüğətlərdə