CƏMİYYƏT

is. [ ər. ]
1. Konkret tariximaddi həyat şəraiti ümumiliyi əsasında birləşmiş insan toplusu. İnsan cəmiyyəti. Cəmiyyətin inkişafı. Cəmiyyət tarixi. Cəmiyyət haqqında elm (cəmiyyətşünaslıq).
[Aşıq:] Sağ olun, əziz yoldaşlar, xalqa, cəmiyyətə xidmət eləmək bizim vətəndaşlıq borcumuzdur. B.Bayramov.

// Tarixən müəyyənləşmiş iqtisadi quruluş və ona uyğun üstqurum. İbtidai cəmiyyət. Sosializm cəmiyyəti. Kapitalizm cəmiyyəti.
[Almaz:] Yoldaşlar, mədəni cəmiyyət bu gündə yaşaya bilməz. C.Cabbarlı.

2. Hər hansı (mənşə, vəziyyət, mənafe və s.) ümumiliyi əsasında birləşən adamlar mühiti. Zadəgan cəmiyyəti. Yüksək cəmiyyətdə dolaşmaq.
// İctimai mühit. Cəmiyyətdə özünü apara bilmək.
– Taleyini ev xidmətçiləri ilə birləşdirən bir qızın cəmiyyətə girə bilməsi və kütlə arasında müəyyən bir mövqe tutması mümkün deyildir. M.S.Ordubadi.

3. Qarşılarına ümumi məqsəd qoymuş adamlar birliyi; təşkilat. Tələbə elmi cəmiyyəti. İdman cəmiyyəti. Siyasi və elmi bilikləri yayan cəmiyyət. Səhmdarlar cəmiyyəti.
– “Səadət” cəmiyyəti maarifi öz öhdəsinə almaq istəyirdi. Mir Cəlal.

Синонимы

  • CƏMİYYƏT CƏMİYYƏT Bir qütbdə Əzim əsgəriləri ehtiyacın pəncəsinə verib hərisliyə, acgözlüyə sövq edən cəmiyyət, o biri qütbdə ya insan iztirablarına qarşı kar
  • CƏMİYYƏT şirkət
  • CƏMİYYƏT mühit
  • CƏMİYYƏT camaat — xalq
  • CƏMİYYƏT birlik — ittifaq
  • CƏMİYYƏT quruluş

Омонимы

  • CƏMİYYƏT CƏMİYYƏT I is. [ ər. ] Birlik, ittifaq. Əhməd Cavad ədəbiyyat cəmiyyətinin məsul katibi idi. CƏMİYYƏT II is
CƏMİYYƏN
CƏMİYYƏTÇİ

Значение слова в других словарях