CAR
CARİ
OBASTAN VİKİ
Carçı
Carçı (agah edən)
Carçı (Marağa)
Carçı — İranın Şərqi Azərbaycan ostanında kənd.. == Coğrafi yerləşməsi == Marağa şəhristanının Qaraağac bölgəsinin Çaharoymaq kəndistanında, Qaraağac qəsəbəsindən 13 km şimal-qərbdədir.
Carçı (Zəncan)
Carçı — İranın Zəncan ostanında kənd.. == Coğrafi yerləşməsi == Zəncan şəhristanının Ətraf kəndistanında, Zəncan şəhərindən 12 km şimaldadır.Bunab mikrorayonunda yerləşir. == Əhali == 2006-cı ilin əhali siyahıyalınmasında əhalisi 39 nəfər idi.7 ailədən ibarətdir.
Carçı Film
"Carçı film" — Azərbaycanda yaradıcılıq birliyi. Bədii və sənədli filmlər istehsal edir. == Tarixi == İctimai Televiziyanın nəzdində yaradılmışdır. == Filmoqrafiya == 100000 AZN (film, 2009) (tammetrajlı bədii film) (İTV) Dalan (film, 2012) (tammetrajlı bədii televiziya filmi) Daşdan tikilmiş şəhər (film, 2008) Döngələr (2012) Qovğalı kəndinin gecələri (film, 2008) (qısametrajlı bədii televiziya filmi) Səhərə inan...
Carçı daşı
Carçı daşı — Ordubad rayonunun Biləv kəndindən cənubda, hündür təpənin üzərində təbiət abidəsi. Yerli əhalinin məlumatına görə, kəndlə bağlı ən mühüm xəbərlər bu daşın üzərinə çıxan carçı tərəfindən elan edildiyi üçün belə adlandırılmışdır. == Mənbə == “Naxçıvan abidələri ensiklopediyası”, Naxçıvan, AMEA Naxçıvan bölməsi, 2008, səh. 55.
Carçı (agah edən)
Carçı - keçmişdə bəzi Şərq ölkələrində, o cümlədən Azərbaycanda, şəhər və böyük kəndlərin müxtəlif məhəllələrində yüksək səslə car çəkərək əhalini mühüm hadisələrdən agah edən, zəruri məsələləri nəzərə çatdıran şəxs. == Haqqında == Səfəvilər dövründə carçı mülki və hərbi vəzifə olmuşdur. Carçılar carçıbaşının rəhbərliyi altında fəaliyyət göstərirdilər. Divanda çalışan carçılar "divan carçıları", hərbi xidmətdə topçubaşının tabeliyində olanlar isə "topxana carçıları" adlanırdı. Divan carçılarına vəzir başçılıq edirdi. Nadir şahın dövründə (1736-1747) orduda xüsusi carçılar dəstəsi var idi. == Mənbə == Milli Azərbaycan Ensiklopediyası. V cild.
Carçıkəndikuh (Çaroymaq)
Carçıkəndikuh (fars. جارچي كندي كوه‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 92 nəfər yaşayır (19 ailə).
Carçılı (Qoşaçay)
Carçılı (fars. جارچلو‎) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Marağa şəhristanının Miyandab bölgəsinin Mərhəmədabad kəndistanında, Miyandab qəsəbəsindən 11,5 km şimal-qərbdədir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 835 nəfər yaşayır (210 ailə).
Carçıyevlər
Cavanşir Carçıyev
Cavanşir Əsgər oğlu Carçıyev — Qazax rayonu İcra hakimiyyətinin sabiq başçısı Carçıyev Cavanşir 1952-ci il yanvarın 5-də Qazax rayonunun Çaylı kəndində anadan olub. 1974-cü ildə Azərbaycan Dövlət Neft-Kimya institutunu bitirdikdən sonra təyinat yerinə işləməyə gedərək 1979-cu ilədək Qorki vilayətinin Vıksa şəhərində elektrik idarəsində usta vəzifəsindən idarənin rəisi vəzifəsinə qədər yüksəlib. 1979–1981-ci illərdə Gəncə elektrik quraşdırma idarəsində baş iş icraçısı və başqa illərdə müxtəlif vəzifələrdə işləyib. Azərbaycanda Milli Azadlıq Hərəkatı başlayan illərdə öncüllərdən biri olub. 1989-cu ildən Azərbaycan Xalq Cəbhəsinin Qazax rayon şöbəsinin İdarə heyətinin üzvü, AXCP-nin hakimiyyəti illərində, Müharibənin ən qızğın dövründə Qazax Rayon İcra Başçısı vəzifəsində çalışıb. 1994-cü ildə faciəvi şəkildə dünyasını dəyişib.
Davud Carçıyev
Hüseyn Carçıyev
Murtuz Carçıyev
Murtuz Carçıyev — Sosialist Əməyi Qəhrəmanı. Carçıyev Murtuz Zeynal oğlu 1910-cu ildə Çaylı kəndində anadan olmuşdur. 1935-ci ildə kolxozda təsrrüfat briqadiri, ilk komsomol təşkilatının katibi olmuşdur. 1938-39-cu illərdə Qazax rayon partiya komitəsinin birinci katibi işləmişdir.Böyük Vətən müharibəsi zamanı cəbhəyə yollanan Murtuz Carçıyev 1942-45-ci illərdən sonra əmək fəaliyyətinə qayıtmışdır.1952-ci ildə yağ-pendir zavodunun direktoru, 1958-ci ildə kənd təsərrüfatı idarəsinin rəisi vəzifələrində çalışmışdır. İşlədiyi dövrlərdə “ Sosialist Əməyi Qəhrəmanı”, “Lenin Ordeni” , “ Kənd təsərrüfatı əlaçısı” kimi fəxri mükafatlalarla mükafatlandırılmışdır. Murtuz Carçıyev Zeynal oğlu 1985-ci ildə oktyabr ayında vəfat etmişdir.

Digər lüğətlərdə